Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-394/2023 03.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X11 və X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Naftalan şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu X24 Mərkəzində təsərrüfat müdiri işləmiş, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 31-də qeydiyyatda olmaqla Goranboy rayonu, Xanqərvənd kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə saat 23:15 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 8-ci bəndinin tələblərini pozaraq orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu Borsunlu kənd ərazisindən keçən 328-ci kilometrliyində "Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini yəni yol hərəkətinin iştirakçısı olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərərə vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yolun icazə verilən istiqamətində təhlükəsiz hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, "Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Bakı şəhəri istiqamətində maksimum 70 km/saat sürət məhdudiyyəti nəzərdə tutulan yolla 80 km/saat sürətlə hərəkətdə olarkən, avtomobil üzərində idarəetməni itirərək hərəkət istiqamətində sağa doğru istiqamətlənib avtomobilin qabaq sağ hissəsi ilə yolun sağ çiynində dayanmış vəziyyətdə olan “Mercedes Benz CLS 63” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq həmin avtomobilin qarşısında yol çiyninin səki ilə birləşdiyi yerdə dayanmış piyadalar X15 və X5 vurmuş, daha sonra “Mercedes Benz CLS 63” minik markalı avtomobilin qarşısında yol çiynində dayanmış vəziyyətdə olan “Toyota Rav 4” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq 75 metr qarşıya doğru istiqamətlənib yolun sağ hissəsində yerləşən su arxına düşüb dayanmış, nəticədə ehtiyatsızlıqdan piyadalar X3 budun əzilmiş-cırılmış yaraları, bud sümüyünün qopması, bud arteriyasının zədələnməsi, kəskin qanitirmə, burun qanaxması ilə müşayiət edilən həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri, X6 isə sağ baldırın əzilmiş-cırılmış yaraları, baldır sümüyünün açıq sınığı, sağ diz və baldır arteriyalarının zədələnməsi, daxili orqanların azqanlığı, bədən səthinin çoxsaylı sıyrıqları və yaraları, burun sümüyünün sınığı ilə müşayiət edilən həyat üçün təhlükəli olan, sağlamlığına Ağır zərər vuran bədən xəsarətləri yetirərək hər iki zərərçəkmiş şəxsin hadisə yerində ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 31-də qeydiyyatda olmaqla Goranboy rayonu, Xanqərvənd kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. İki azyaşlı uşağı var. Goranboy rayonu X24 mərkəzində təsərrüfat müdiri işləmişdir. 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili öz hesabına alsa da atası X7 adına sənədləşdirmiş, atası ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 12 mart 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində o, idarə etdiyi “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Göygöl rayon ərazisində yerləşən “Böyük Aşırım” adlanan restorana toya gəlmişdir. Toyda o, yemək yeyib, spirtli içki olan araq içmişdir. Saat təxminən 23 radələrində o, toydan çıxıb sərxoş halda idarə etdiyi avtomobilə əyləşmiş, avtomobili idarə edib yaşadığı Goranboy rayonu, Xanqərvənd kəndində yaşadığı evə getmək üçün yola çıxmış, avtomobildə tək olmuşdur. Saat təxminən 23:15 radələrində idarə etdiyi avtomobillə 80 km/saat sürətlə Bakı-Qazax yolunun Goranboy rayonu, Borsunlu kəndindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman vurduğu şəxsləri görərək onların dayanma səbəbi ilə maraqlanmaq üçün onalr tərəfə istiqamətlənmiş, lakin sərxoş olduğu üçün avtomobilin idarəetməsini itirmiş, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi yolun sağ çiynində Bakı şəhəri istiqamətində dayanmış vəziyyətdə olan avtomobilin sol yan hissəsinə, sonra isə həmin avtomobilin qarşısında dayanmış başqa avtomobilin sol yan hissəsinə dəymiş, bundan sonra yolun sağında yerləşən beton su arxına düşüb arxın içərisindəki betona dəyib dayanmış, hadisə zamanı xəsarət almamışdır. Avtomobili əzildiyi üçün avtomobildən düşə bilməmiş, həmin yerə gələn tanımadığı şəxslər onu avtomobildən çıxarmışlar. Avtomobildən düşəndə avtomobilin dayandığı yerin qarşısında sağ tərəfdə torpaq üzərində bir kişi meyiti görmüşdür. Toqquşduğu “Mercedes Benz CLS 63” minik markalı avtomobilin qarşısında yerdə isə başqa bir kişi meyiti olmuşdur. Ehtimal edir ki, birinci avtomobillə toqquşandan sonra iki avtomobil arasında dayanan piyadaları vurmuş, lakin həyacanlı və sərxoş olduğu üçün piyadaları vurmağını xatırlamır. Vurduğu piyadaların ikisini də onun həmkədliləri olmuş, mərhum Rəşad Bakı şəhərində, Ayxan isə Goranboy rayonunda yaşamışdır. Heç biri ilə arasında əvvəl ədavət, yaxud düşmənçilik olmamışdır. Tutduğu əməldən peşmandır. Himayəsində iki azyaşlı övladı var və 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğu üçün ona yüngül cəza təyin edilməsini xahiş edir. Hadisədən sonra ailə üzvləri zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməyə bir neçə dəfə cəhd etsələr də mərhumların ailə üzvləri onları yaxın qoymamış və onunla barışmamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, Goranboy rayonu, Qarasüleymanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X2 onun oğlu olmuşdur. 12 mart 2023-cü il tarixdə o, Bakı şəhərində olarkən 13 mart 2023-cü il tarixdə gecə saatlarında ona zəng edib bildirmişlər ki, oğlu Ayxanı Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu, Borsunlu kənd ərazisində avtomobil vurmuş, Ayxan aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Oğlunu vuran avtomobil eyni vaxtda Goranboy rayon sakini kimi tanıdığı Rəşad adlı şəxsi də vurmuş və Rəşad da vəfat etmişdir. Sonradan öyrənmişdir ki, 12 mart 2023-cü il tarixdə saat təxminən 23:15 radələrində oğlu Ayxan digər oğlu Tural məxsus “Toyota Rav 4” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonunda yerləşən restorandan toydan qayıdan zaman oğlu avtomobili Goranboy rayonu, Borsunlu kənd ərazisində yolun sağında saxlamış, həmin günü toyda iştirak etmiş, tanıdığı Rəşad da idarə etdiyi “Mercedes Benz CLS 63” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerdə saxlamış, onlar avtomobildən düşüb söhbət edən zaman, Goranboy rayon Xanqərvənd sakini kimi qiyabi tanıdığı Abbas adlı şəxs sərxoş halda idarə etdiyi “Mercedes Benz E 220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları və avtomobili vurmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq hüquqi varis X11 “Toyota Rav 4” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə özünə qaytarıldığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində vəfat etmiş X15 doğma oğludur. 12 mart 2023-cü ildə Rəşad idarə etdiyi özünə məxsus “Mercedes Benz CLS 63” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu ərazisində yerləşən Böyük Aşırım adlı restorana toya getmiş, 13 mart 2023-cü il gecə saatlarında ona zəng edib oğlu Rəşadı Goranboy rayonu, Borsunlu kənd ərazisində avtomobil vurduğunu, ilə birlikdə Goranboy rayon sakini kimi tanıdığı Ayxan adlı şəxsin də avtomobillə vurulduğu hər ikisinin hadisə yerində vəfat etdiyini öyrənmişdir. Hadisədən sonra Bakı şəhərindən 13 mart 2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonuna gəlmişdir. Sonradan 12 mart 2023-cü il tarixdə saat təxminən 23:00 radələrində oğlu Rəşadın idarə etdiyi “Mercedes Benz CLS 63” minik markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili Goranboy rayonu, Borsunlu kənd ərazisində yolun sağında saxladığını, həmin günü toyda iştirak etmiş mərhum Ayxanın da idarə etdiyi markasını və qeydiyyat nişanını sonradan bildiyi “Toyota Rav 4” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerdə saxladığını, hər ikisi avtomobildən düşüb yolun kənarında söhbət edən zaman, onları Goranboy rayon Xanqərvənd kənd sakini olan Abbas adlı şəxsin sərxoş halda idarə etdiyi “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduğunu, oğlu və digər şəxsin vəfat etdiyini, avtomobillərə isə ciddi maddi ziyan vurulduğunu öyrənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq hüquqi varis Rəşid Hüseynov “Mercedes Benz CLS 63” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə özünə qaytarıldığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərdi ki, DİN-in BDYPİ-nin 8-ci tağımında yol patrul inspektor vəzifəsində işləyir, polis baş serjantıdır. 12 mart 2023-cü il tarixdə saat 23:15 radələrində o, yoldaşı polis serjantı Şahid2 ilə ərazidə xidmətdə olan zaman 723 saylı stasionar postdan daxili radiorabitə vasitəsilə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Goranboy rayonu Borsunlu kəndi ərazisindən keçən 328-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi olması barədə məlumat verilmişdir. Məlumat alınandan dərhal sonra xidmət yoldaşı ilə deyilən yerə getmiş, hadisə yerinə çatanda “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz CLS 63” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı və “Toyota Rav4” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin əzilmiş vəziyyətdə yolun sağında dayanmış olduğunu görmüşlər. Digər “Mercedes Benz E220D” minik markalı avtomobil isə həmin avtomobillərdən bir qədər irəlidə yolun sağ hissəsində olan arxın içərisində olmuşdur. Hadisə yerində bir şəxsin meyiti olmuş, vətəndaşlardan onlar hadisə yerinə gələnə qədər yol nəqliyyat hadisəsi nəticəsində ölmüş digər şəxsin təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını öyrənmişlər. “Mercedes Benz E220D” minik markalı avtomobilin sürücüsü hadisə yerində olmuş, xəsarət almasa da ilk baxışdan sərxoş olması aydın sezilmişdir. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili digər vəfat etmiş şəxsi də hadisə yerindən aparmış, bundan sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və müvafiq sənədlər tərtib edilmişdir. Hadisə yerində özü digər yol patrul əməkdaşı ilə birlikdə xidməti avtomobillə hərəkət təhlükəsizliyini təmin etmiş və tərtib edilmiş sənədlərə imza etmişdir. Sonradan isə “Mercedes Benz E220D” minik markalı avtomobilinin sürücüsünün idarəetməni itirərək hər iki avtomobili və avtomobillər arasında dayanmış mərhum şəxsləri vurmasını öyrənmişlər. Məhkəmədə şahid qismində dindirilən DİN BDYPİ-nin 8-ci tağımında yol patrul inspektoru işləyən polis serjantı Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış 28 sentyabr 2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Goranboy rayonu Borsunlu kənd ərazisindən keçən 328-ci kilometrliyində Bakı istiqamətindədir. Avtomobil yolu 2 istiqamətlidir, əks istiqəmətləri bir-birindən 3.2 metr enində dəmir arakəsmə ayırır. Hər iki istiqamətdə iki hərəkət zolağı var, zolaqlar ağ qırıq xətlərlə ayrılır. Hərəkət hissənin kənarlarına sarı düz nişanlama xətti çəkilmişdir. Bakı istiqamətində yolun ümumi eni 11,3 metr, hərəkət hissənin eni isə 7,3 metrdir. Sağ tərəfdə sarı düz xətlə yol çiyni arasında 70 sm enində asfalt hissə, solunda isə sarı düz xətlə dəmir arakəsmə arasında 40 sm enində asfalt hissə var. Bakı istiqamətində sağda 2,9 metr enində yol çiyni var, hadisə yerində 70 km/saat sürət məhdudiyyət nişanı quraşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 13 mart 2023cü il tarixli 789/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X21 şəxsin xx.xx.2023-cü il tarixli 11 saylı ekspert rəyindən görünür ki, mərhum X9 bədənində aşkar edilmiş xəsarət – sağ budun əzilmiş-cırılmış yaraları, bud sümüyünün qopması, bud arteriyasının zədələnməsi, kəskin qanitirmə, burun qanaxması bərk küt alət(lər)in təsiri nəticəsində, eləcə də xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilə vurulma zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilir. X9 ölümünə səbəb bud arteriyasının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X21 şəxsin xx.xx.2023-cü il tarixli 12 saylı ekspert rəyindən görünür ki, X2nun bədənində aşkar edilmiş xəsarət – sağ baldırın əzilmiş-cırılmış yaraları, baldır sümüyünün açıq sınığı, sağ diz və baldır arteriyalarının zədələnməsi, daxili orqanların azqanlığı, bədən səthinin çoxsaylı sıyrıqları və yaraları, burun sümüyünün sınığı bərk küt alət(lər)in təsiri nəticəsində, eləcə də xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilə vurulma zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilir. X4 ölümünə səbəb sağ diz və baldır arteriyasının cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə avtotexniki ekspertizasının 14 mart 2023-cü il tarixli 8/754 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-16--9/2-1914/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı nəqliyyat vasitələrini idarəetmə hüququ olmuş və ona xx.xx.2021-ci il tarixdən xx.xx.2013ci il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Naftalan Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 206 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Naftalan Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 78 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Goranboy rayon Uşaqı Gənclər və İnkişaf Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 11 №li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə həmin mərkəzdə təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmiş, işlədiyi müddətdə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Goranboy rayon Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü i tarixli, 5-45- 2/2-61/2023 saylı arayışdan görünür ki, Goranboy rayonu Xanqarvənd kəndində ataanası, bacısı ilə birlikdə qeydiyyatsız yaşamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Fidan Abbasova və xx.xx.2019-cu il təvəllüdlü Əfşan Abbasova adlı azyaşlı övladları var. İş materiallarında olan Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (045)- 50/2021 saylı qətnaməsindən görünür ki, X14 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış nikah pozulmuş və azyaşlılar yetkinlik yaşa çatana qədər analarının himayəsində saxlanılması və aliment ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş №10475 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş № İ-322 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varislərinin məhkəmə baxışında verdiyi ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisləri X16 və X11 Təqsirləndirilən şəxs ilə barışmamışlar və ona ağır cəza təyin edilməsini xahiş edirlər. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin və X7 məhkəmə baxışında verdiyi ərizələrdən görünür ki, cinayət işi üzrə xx.xx.2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və yol nəqliyyat hadisəsində iştirak etmiş “Mercedes Benz CLS 63” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı və “Toyota Rav 4” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillər zərərçəkmiş şəxslərin hüquqi varisləri olan atalarına, hadisəni törətmiş “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə cinayət işi üzrə şahid qismində tanınaraq dindirilmiş avtomobilin mülkiyyətçisi olan təqsirləndirilən şəxsin atası X10 təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli “şəxsin tutulması haqqında” qərar və protokoldan və “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 10:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(045)-15/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda idarə edən şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə və icazə verilən hərəkət sürətindən yuxarı həddə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq 2 nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində və məhkəmə baxışında öz müdafiəsi üçün hər hansı dəlil gətirməmiş, məhkəmə baxışında verilmiş suallara cavab olaraq törətdiyi əməlin ehtiyatsızlıqdan baş verməsini və əməlindən səmimi peşmançılıq çəkdiyini, ailə üzvləri tərəfindən barışıq əldə edilməsi üçün zərərçəkmiş şəxsin ailə üzvləri və hüquqi varisləri ilə barışıq əldə etməyə cəhd etsələr də, sonuncuların onları yaxın qoymadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ailə üzvlərinin zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməyə cəhd etmələrini nəzərə alsa da nəzərdən qaçırılmamalıdır ki, baş vermiş yol ağır yol nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxslərə və ailə üzvlərinə məxsus avtomobillərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı müdafiə tərəfindən hər hansı aktiv hərəkət(lər) olmamış, göstərilənlərlə əlaqədar məhkəmə baxışında hər hansı sübut təqdim edilməmiş, bunu təsdiq edəcək hallar isə iş materiallarına əlavə edilməmişdir. Həmçinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər cavan şəxsin həyatdan məhrum olması hər iki zərərçəkmiş şəxsin ailə üzvlərinə və yaxın qohumlarına sarsıdıcı təsir göstərməklə onların təqsirləndirilən şəxslə barışıq əldə etməsinə mane olan əsas amil olmuşdur. Məhkəmə tərkibi diqqətə çatdırır ki, həmçinin təqsirləndirilən şəxsin ictimai mövqeyinə görə həmyaşıdları və gənclər arasında nümunə olmalı olduğu halda etinasızlıq göstərərək spirtli içki qəbul edib, alkaqol sərxoşluğu vəziyyətində sürətlə avtonəqliyyat vasitəsini idarə etməsi sonda ağır nəticələrə gətirib çıxaran yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxartmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, təqdim edilmiş sənədlərə əsasən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak edərək təltif edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməyə cəhd etməsini isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən məhkəmə tərkibi, cəzanın şərti olaraq tətbiq edilməsi və ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən etmədiyinə görə, cinayət əməli nəticəsində iki şəxsin ölməsini, hadisənin alkaqol sərxoşluğu vəziyyətində və avonəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilərək törədilməsini, aşağı həddə cəza təyininin hazırki dövrdə prioritet məsələlərdən olan hərəkət təhlükəsizliyi və yol nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı aparılan dövlət siyasəti və proqramların icrası ilə ziddiyyət təşkil etməsi, təqsirləndirilən şəxsə veriləcək daha aşağı hədd cəzanın cəmiyyətdə, xüsusilə də eynixarakterli qayda pozuntusuna yol verən şəxslərə arasında cəzasızlıq mühiti və psixologiyası yaranmasına yol verəcəyi ehtimallarının yüksək olmasını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varislərinin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən şikayətçi olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanunun müəyyən etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini sosial ədalət və qanunçuluq prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti nəzərə alınmaqla təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 85 (səksən beş) manat təşkil edir. Qeyd edilənlərə əsasa görə məhkəmə hesab edir ki, aparılmış ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınan ölmüş zərərçəkmiş şəxslərə məxsus avtomobillərin hüquqi varislərə və təqsirləndirilən şəxsin idarə edərək cinayət hadisəsini törətdiyi avtomobilin isə qanuni sahibi-yaxın qohumu olan atasına qaytarılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan - Mercedes Benz CLS 63” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün hüquqi varislərə, “Mercedes Benz E220D” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-394/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-394/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver