Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-394/2025 11.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X1 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və kiçik ədliyyə müşavirə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində birlikdə yeyib-içdiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək Zərərçəkmiş şəxs həmin evin həyətində heç bir əsaslı səbəb olmadan evin həyətində olan şkafın üzərindən götürdüyü küstar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən plevra boşluğuna keçərək sol tərəfli hemopnevmotoraksla müşahidə olunan bir ədəd döş qəfəsinin sol yan səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən periton boşluğuna keçən bir ədəd bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən mil sinirinin zədələnməsi ilə müşayiət olunan sol bazu nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sol kürəküstü nahiyənin bir ədəd kəsilmiş deşilmiş yarası və sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd olunan cinayət hadisəsinin baş verməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib həmin Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olduğunu qeyd edərək ifadəsində bildirmişdir ki, hadisə günü səhər saat 06-da anası Elnarə, Ruhiyə və Zərərçəkmiş şəxsla birlikdə Şəmkir rayonuna işləməyə getmişlər. Həmin günorta işlərini bitirib qayıdarkən yolda Ruhiyyə yemək yemək üçün onları evlərinə dəvət etmiş, o və Elyar Ruhiyyənin dəvətini qəbul edərək onlara getmişlər. Ruhiyə yemək hazırlayan zaman onlar birlikdə marketə gedib meyvə şirəsi, çörək və araq almışlar. Yemək yeyən zaman Elyar aldığı araqdan içib sərxoş olmuşdur. Söhbət edən zaman Elyar söyüş söymüş, o da qonaq gəldikləri evdə, süfrə arxasında söyüş söyməməsini bildirmişdir. Bundan sonra Elyar əsəbləşərək ona qarışmamasını bildirmişdi. O, yenidən “yediyimiz çörəyə hörmət elə” deyib söyüş söydüyü üçün Eyara irad bildirmişdir. Elyar onunla mübahisə edib, hədələyərək üstünə başqa şəxslər gətirəcəyini demişdir. O, Elyarın sərxoş olduğunu görüb sonra danışmağı təklif etmiş və evlərinə getmək istəmişdir. Elyar isə onu buraxmayacağını deyərək yenidən söyüş söymüşdür. O, atasına zəng edib Elyarın onunla mübahisə etdiyini bildirib yanına gəlməsini istəmişdir. Bu zaman Elyar üstünə gələrək onu tutub saxlamış, boğazından tutub boğmaq istəmişdir. Elyarın əlindən çıxmaq üçün dartışan zaman əynində olan köynəyi cırılmışdır. Sonra Elyar əlini cibinə aparanda onu vuracağından qorxub həyətdə olan şkafdan mətbəx bıçağı götürərək özünü müdafiə etmək üçün Elyarı vurmuşdur. Birinci zərbədən sonra Elyar əl çəkmədiyindən ikinci və üçüncü zərbəni də vurub evlərinə getmişdir. O gedəndən sonra atasıgil Ruhiyyənin evinə gedib Elyarı xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq Elyar Ruhiyyə ilə münasibətdə olmaq istədiyini, Ruhiyyə isə ona yaxınlıq vermədiyini, sonuncunun ona Elyarın ondan əl çəkmədiyini deyib onu taksi ilə yola salmasını dediyini, taksi çağırıb Elyara getməsini deyəndə isə sonuncunun üstünə gələrək onu söyüb təhqir etdiyini, Ruhiyyə ilə onun arasında olan məsələyə qarışmamasını dediyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü işləmək üçün getdikləri Şəmkir rayonunda işlərini tez bitirib qayıtmışlar. Gəncə şəhərinə çatanda Sevinc qəsəbəsində düşüb yemək yemək üçün digər iş yoldaşları Ruhiyyəgilə getmişlər. O, Ruhiyyə ilə zarafatlaşıb sözlü mübahisə edən zaman Haqverdi araya girmiş, o da ona irad bildirərək qarışmamasını demişdir. Bundan sonra aralarında sözlü mübahisə olmuşdur. Həyətə çıxanda Haqverdi arxadan bıçaqla ona zərbə endirmişdir. Həmin vaxt içkili olduğu üçün ilk zərbəni demək olar ki, hiss etməmişdir. Haqverdi onu bıçaqla vuranda Ruhiyyə sonuncunu itələyib yıxaraq ondan uzaqlaşdırmışdır. Haqverdi birini kürəyinə, ikisini qarnına, ikisini də qoluna olmaqla ümumilikdə ona 5 bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq Ruhiyyə ilə arasında şəxsi münasibət olmadığını, hadisə günü onunla hər hansı münasibət qurmağa cəhd etmədiyini, sonuncu ilə sözlü mübahisə edən zaman Haqverdinin araya girdiyini, dəfələrlə ona qarışmamasını dediyini, həmin vaxt Haqverdini söyüb təhqir etmədiyini, əvvəllər də Ruhiyyənin evində çox olduğunu, sonuncu onu istədiyi üçün evində olduğunu, Haqverdi onu bıçaqla vurarkən artıq mübahisədən uzaqlaşdığını, hadisədən sonra müalicə xərclərinin Haqverdinin ailəsi tərəfindən tam qarşılanmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, Haqverdi və anası ilə birlikdə Şəmkir rayonunda yerləşən parniklərdə fəhlə kimi işləmişlər. Hadisə günü işdən qayıdanda yemək yemək üçün onları evinə dəvət etmişdir. Haqverdi, anası Elnarə, Elyar və Almaz razılaşıb yemək yemək üçün onun evinə getmişlər. Birlikdə yemək yeyib deyib-güldükdən bir qədər sonra Haqverdi ilə Elyarın arasında səbəbini bilmədiyi mübahisə olmuşdur. Onları sakitləşdirib evində mübahisə etdikləri üçün tənbeh etmişdir. Bir qədər sonra Haqverdinin anası Elnarə çıxıb evinə getmiş, onun ardınca da Haqverdi həyətə çıxmışdır. Sonra Almaz yuxusu gəldiyini deyib digər otağa keçib yatmışdır. Haqverdi həyətə çıxdığı üçün onun da getdiyini fikirləşmişdir. Sonda da Elyar sağollaşıb getmişdir. Bir neçə dəqiqə sonra həyətdən səs-küy gəldiyini, Elyarın “mənə təcili yardım çağır” dediyini eşidib həyətə çıxanda Haqverdi ilə Elyarın əlbəyaxa olduqlarını görmüşdür. Yaxınlaşıb onları ayırmaq istəyəndə Haqverdi onu itələyib yıxmış, sonra da həyətdən çıxıb qaçmışdır. Yerdən qalxıb Elyarın yanına gedəndə onun yaralı olduğunu görüb qonşuları köməyə çağırmışdır. Sonra Haqverdinin atası Ruslan gəlib Elyarı xəstəxanaya aparmışdır. Şahid2 ifadəsinə əlavə olaraq Elyarla arasında heç bir şəxsi münasibət olmadığını, sonuncunun onunla sevgi münasibəti qurmağa cəhd etmədiyini, Haqverdi ilə Elyarın arasında olan mübahisənin onların özləri ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü oğlu Haqverdi Elyarla birlikdə işləmək üçün Şəmkir rayonuna getmişdir. Həmin gün axşam saat 21-22 radələrində Haqverdi ona zəng edib həyəcanlı şəkildə “ata tez özünü mənə çatdır” demişdir. O, hadisə yerinə çatanda Elyar yaralı halda yerdə olmuş, bir qədər sonra onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan başqa o, ifadəsində imkanı çatdığı qədər Zərərçəkmiş şəxs xəstəxana xərclərini qarşıladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Elyar və Haqverdi onun avtomobili ilə Şəmkir rayonuna işləməyə getmişlər. Həmin gün işlərini tez bitirib qayıtmışlar. Təxminən saat 15 radələrində Gəncə şəhərində onun avtomobilindən düşüb getmişlər. Ondan sonra təxminən saat 22 radələrində tanımadığı şəxs ona zəng edib Elyarın vurulduğunu demiş, o da Elyarın anasını götürüb xəstəxanaya getmişdir. Hadisənin səbəbinin nə olduğunu bilməmişdir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhər, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. Məhkəmədə tədqiq edilən “paltarlara baxış keçirilməsi və götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd sarı rəngli köynək və 01 ədəd göy rəngli şalvar baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində qanabənzər ləkələr olan, gümüşü rəngli tiyədən, qara və qəhvəli rəngli dəstəydən ibarət olan mətbəx bıçağı baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 278 nömrəli rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs qeyd edilan hadisə zamanı hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da har hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən çəkmir.
2. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. 3.Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 21-ci va 22 ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur.
4. Yoxlarılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətın daxil olma. 5.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 680 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yan səthində bir ədəd, bel nahiyəsində bir ədəd, sol bazu nahiyəsində iki ədəd və sol kürəküstü nahiyədə bir ədəd deşilmiş-kəsilmiş yaralar müəyyən edildi, qeyd edilən yaralar deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər. Dərəcələrinə görə döş qəfəsinin yarası daxilə-plevra boşluğuna keçərək sol tərəfli hemopnevmotoraksla müşahidə olunduğundan, bel nahiyəsinin yarası isə daxiləperiton boşluğuna keçdiyindən hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Sol bazu nahiyəsində olan yaralardan biri mil sinirinin zədələnməsi ilə müşahidə olunduğundan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş digər bazu nahiyəsinin bir ədəd yarası və kürəküstü nahiyənin yarası isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasıma səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 627 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, 1.Vat. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır.
2. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər.
3. Vat. Zərərçəkmiş şəxs məxsus bir ədəd sarı rəngli köynək, bir ədəd göy rəngli şalvar üzərində üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Məhkəmədə tədqiq edilən Gəncə şəhər narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli, 3261 nömrəli və Gəncə şəhər psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli 3663 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərlə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunan Göygöl rayon İcra Hakimiyyəti başçısının Əlimədədli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-47-29/3-2-22/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Əlimədədli kəndində qeydiyyatdadır və hazırda Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayır. Məhkəmədə tədqiq edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin xx.xx.2024-cü i tarixli, 16/766/767 nömrəli riyindən görünür ki,
1. Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. 2.Təqdim olunan qısaqol köynəyin üzərində olan 03 ədəd "a", "b", "c" zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən cins şalvarın səthində mexaniki zədə aşkar edilmədi. 3.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 680 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "döş qəfəsinin sol yan səthində bir ədəd, bel nahiyyəsində bir ədəd və sol kürəküstü nahiyyədə bir ədəd deşilmiş - kəsilmiş yaralar xəsarətləri ilə köynəyin səthində olan "a", "b", "c" zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. Məhkəmədə tədqiq edilən xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin xüsusi saxlanc yerinə verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qonaq getdikləri Ruhiyyənin evində yemək yeyib araq içkidən sonra söyüş söymüş, eyni zamanda Ruhiyyə ilə sevgi münasibəti qurmağa cəhd etmiş, sonuncu isə ona yaxınlıq vermədiyindən aralarında mübahisə yaranmışdır. Ruhiyyə ondan Elyarı evlərinə yola salmasını xahiş etmiş, o, Elyara getməsini dedikdə isə sonuncunun onu söyüb təhqir etmiş, boğazında tutub boğmaq istəmişdir. Əlini cibinə aparanda qorxub özünü müdafiə etmək üçün onu bıçaqla vurmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etməklə xüsusilə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs və Şahid2 ifadələri, eləcə də digər şahidlərin ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ruhiyyənin evində yeyib-içdikdən sonra sonuncu ilə zarafatlaşıb sözlü mübahisə edən zaman Haqverdi araya girmiş, o da ona irad bildirərək qarışmamasını demişdir. Bundan sonra aralarında sözlü mübahisə olmuş, həyətə çıxanda Haqverdi arxadan bıçaqla ona zərbə endirmişdir. Haqverdi onu bıçaqla vuranda Ruhiyyə sonuncunu itələyib yıxaraq ondan uzaqlaşdırmışdır. Onun Ruhiyyə ilə arasında şəxsi münasibət olmamış, hadisə günü sonuncu ilə sevgi münasibəti qurmağa çalışmamış, əvvəllər də dəfələrlə Ruhiyənin evində qonaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Haqverdi və Elyarla birlikdə onun evində yemək yeyib deyibgüldükdən sonra ilə Elyarla Haqverdi arasında arasında səbəbini bilmədiyi mübahisə olmuşdur. Onları sakitləşdirib evində mübahisə etdikləri üçün tənbeh etdikdən bir qədər sonra Haqverdi həyətə çıxmışdır. O da Haqverdinin getdiyini fikirləşmişdir. Sonda da Elyar sağollaşıb getmişdir. Bir neçə dəqiqə sonra həyətdən səs-küy gəldiyini, Elyarın “mənə təcili yardım çağır” dediyini eşidib həyətə çıxanda Haqverdi ilə Elyarın Əlbəyaxa olduqlarını görmüşdür. Yaxınlaşıb onları ayırmaq istəyəndə Haqverdi onu itələyib yıxmış, sonra da həyətdən çıxıb qaçmışdır. Yerdən qalxıb Elyarın yanına gedəndə onun yaralı olduğunu görüb qonşuları köməyə çağırmışdır. Eyni zamanda onun Elyarla arasında heç bir şəxsi münasibət olmamış, sonuncu onunla sevgi münasibəti qurmağa cəhd etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs birlikdə yeyib-içdiyi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək həmin evin həyətində heç bir əsaslı səbəb olmadan şkafın üzərindən götürdüyü mətbəx bıçağını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər BPİ-nin məsul saxlancında saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar onun özünə qaytarılmalı, qəbul etməkdən imtina edildikdə isə məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə regional Vəkil Bürosunun hesabına 85 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancında saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd şalvar onun özünə qaytarılsın, qəbul etməkdən imtina edildikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 85 manat məbləğdə pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.