Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-395/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1959-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə naməlum mənbədən bir ədəd şəffaf polietilen kəsiyində külli miqdarda 10,546 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 09 may 2022-ci il tarixdə saat 16:00-da Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri, H.Əliyev prospektində saxlanılaraq, Goranboy rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşıdığı şəffaf polietilen kəsiyində külli miqdarda 10,546 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qara rəngli pencəyin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə hər hansı narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmir. O, ünvan 1 ünvanda yaşamışdır. 08 may 2022-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində avtobus dayanacağında avtobus gözləyən zaman dayanacağın arxasında siqaret çəkərkən yerdə şəffaf sellofan kəsiyində büküm olduğunu görmüş və həmin bükümü yerdən götürüb baxdıqda bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. O, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməsə də, həmin psixotrop maddəni heç bir səbəb olmadan götürüb əynində olan pencəyin sağ yan cibinə qoymuşdur. O, isşiz olduğu üçün xx.xx.2022-ci il tarixdə özünə iş axtarmaq üçün saat 14 radələrində tanımadığı avtomobillə Goranboy şəhərinə gəlmiş və həmin gün tapdığı metamfetamin də əynindəki pencəyin sağ cibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən mağazadan özünə siqaret alan zaman polis əməkdaşları ona yaxınlaşaraq, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onun üzərində şəxsi axtarış aparılması üçün Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Goranboy RPŞ-nə gəlmişdir. Həmin gün Goranboy rayon polis şöbəsində şübhəli şəxs qismində tutularaq hüquqları ona izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Goranboy rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə foto və video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyması təklif edilmişdir. O, əynində olan qara rəngli pencəyin sağ yan cibində olan sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini çıxardıb masanın üzərinə qoymuş, üzərində başqa narkotik vasitə və yaxud qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən əlavə narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, onun təqdim etdiyi sellofan kəsiyinin içərisindəki psixotrop maddə olan metamfetaminə baxış keçirilərkən polis əməkdaşları həmin psixotrop maddə olan metamfetamini götürərək onun əvəzində daha böyük bükülüdə olan, yəni çəkisi daha çox olan metamfetamini stolun üstünə qoyaraq həmin çəkisi daha çox olan metamfetaminin ondan aşkar olunduğunu bildirmişlər. Polis əməkdaşları şəxsi axtarış zamanı əlində taxta dəyənək göstərərək özlərinin qoyduğu çəkisi daha çox olan metamfetamini ondan çıxdığını etiraf etməsə, onun şəxsiyyətini alçaldacaqlarını bildirmişlər. O isə ona edilən təzyiq nəticəsində məcbur olub polis əməkdaşlarının qoyduğu çəkisi daha çox olan metamfetaminin ondan aşkar edilməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, barəsində olan hazırki cinayət işinin ibtidai istintaqı zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə heç bir səlahiyyətli orqana şikayət etməmiş, hətta öz vəkilinə də bu barədə deməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən də ona təzyiq edilməsi barədə məhkəmədə bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı ona təzyiq edilməsi nəticəsində daha artıq çəkidə psixotrop maddə olan metamfetaminin ondan aşkar edildiyini etiraf etməsinə məcbur edilməsi barədə nəyə görə həmin vaxt öz müdafiəçisinə deməməsi və ya hər hansı səlahiyyətli dövlət orqanlarına bu barədə şikayət ünvanlamaması, yaxud barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə nəyə görə bu barədə bildirməməsinə dair suallara cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin hər hansı narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmədiyi təqdirdə nəyə görə yerdən tapdığı psixotrop maddə olan metamfetamini götürüb öz üzərində saxlayıb daşımasının səbəbinə dair suala cavab verə bilməmiş və göstərmişdir ki, heç bir səbəb olmadan həmin psixotrop maddə olan metamfetamini öz üzərində saxlayıb daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs nəyə görə iş axtarmaq üçün məhz Goranboy şəhərinə gəlməsinin, həmçinin tapdığı psixotrop maddə olan metamfetamini nəyə görə tapdıqdan sonra bir gün üzərində saxlamasını, bir gün sonra isə onu üzərində Yevlax rayonundan Goranboy şəhərinə daşıyıb gətirməsinin səbəbinə dair suallara da cavab verə bilməmişdir. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, psixotrop maddə olan metamfetamindən heç kimə satmamış və belə bir məqsədi də olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. 08 may 2022-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində avtobus dayanacağında avtobus gözləyən zaman dayanacağın arxasında yerdə şəffaf sellofan kəsiyində büküm tapıb, həmin bükümü yerdən götürüb baxdıqda bükümün içərisində «patı» adlandırılan psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin psixotrop maddəni özü istifadə etmək məqsədi ilə götürüb əynində olan pencəyin sağ yan cibinə qoymuşdur... Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş psixotrop maddəni istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.45-47, 57-59). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Goranboy RPŞ-nin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində narkotik vasitələrin satışı məqsədi ilə rayon ərazisinə narkotik maddə gətirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar şöbə rəhbərliyinə məruzə edilərək həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbiri keçirilməsi məqsədi ilə tərəfindən qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə şöbə rəhbərliyinin əmri ilə istintaq-əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mədətov X3 şəhəri ərazisində saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün Goranboy RPŞnə gətirilmişdir. Goranboy RPŞ-də təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Həbib Hacıyevin xidməti otağında müdafiəçi dəvət edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qubul edilmiş, onun hüquqları izah edilərək, üzərində şəxsi axtarış aparılması həyata keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində, ciblərində olan əşyaları könüllü olaraq çıxardıb masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələri masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin şəffaf sellofan torbada olan kütlələrin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Yevlax şəhərində H.Əliyev prospektində avtobus dayanacağında dayanıb avtobus gözləyən zaman dayanacağın arxasında yerdə şəffaf torba görərək götürdüyünü, torbanın içərisinə baxdıqda narkotik maddə qəbul etdiyi üçün sellofana bükülmüş maddənin «patı» deyilən psixtrop maddə metamfetamin olmasını bilərək götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu şəffaf sellofan bükümü, içindəki psixotrop maddə metamfetaminə bənzər kütlə ilə birlikdə elektron tərəzidə cəkildikdə 10,7 qram olması müəyyən edilmişdir. Həmin psixotrop maddə iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq, möhürlənmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən digər narkotik və yaxud psixotrop maddə aşkar edilməmiş və götürülməmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs üzrəində şəxsi axtarış keçirilərkən ona hər hansı şəkildə təsir və ya təzyiq olmamış, qeyd etdiyi psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, həmin psixotrop maddəni Təqsirləndirilən şəxs özü cibindən çıxarıb təqdim etmiş, başqa hər hansı maddənin Təqsirləndirilən şəxs aşkar edildiyinə məcbur edilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi onun müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə keçirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Goranboy RPŞ-də müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan pencəyin sağ yan cibində olan sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.26-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 10 may 2022-ci il tarixli, 16/541 nömrəli rəyinədən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminə bənzər kütlə» yazılar və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,546 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekupsorların» siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir (iş vərəqə: cild İ, səh.36-39). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli, 823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, tədqiqata 0,2 qramı sərf edildikdən sonra 10,346 qram qalmış metamfetamin xx.xx.2022-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-də saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Goranboy RPŞ-nə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin onun metamfetamini əldə etdiyi mənbənin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda, yəni 10,546 qram çəkidə psixotrop maddə olan metamfetamini Goranboy şəhərinə satmaq məqsədi ilə gətirməsi müəyyən edilmiş, lakin hansı şəxslərə satmaq üçün gətirməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.20). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.66-69). Cinayət işinə əlavə edilmiş Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.126). Məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin video çəkilişi nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Goranboy RPŞ-də müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan pencəyin sağ yan cibində olan sellofan kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür, eyni zamanda təhqiqatçı tərəfindən hər hansı təsirin olub-olmaması barədə sualına Təqsirləndirilən şəxs ona hər hansı təsirin olmamasını bildirmişdir (iş vərəqə: cild İ, səh.28). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş “metamfetamin” psixotrop maddəsinin külli miqdar həddindən beş dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən hədəqorxu gəlinərək təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Goranboy rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Goranboy rayon Prokurorluğundan məhkəməyə göndərilmiş “Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış, həmçinin araşdırma ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Goranboy rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini çəkisinin ona elan edilmiş ittihamda göstərilən miqdarda olmaması və polis əməkdaşları tərəfindən daha artıq miqdarda psixotrop maddənin ondan aşkar edilməsinə dair məcbur edilməsi ilə bağlı göstərdiklərini, həmçinin ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini satmaq məqsədi olmadan üzərində daşımasını bildirməsini məhkəmə onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs daha artıq çəkidə psixotrop maddənin ondan aşkar edilməsinə dair məcbur edilməsi ilə bağlı göstərdikləri, həmçinin ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini satmaq məqsədi olmadan üzərində daşıması cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı prosessual hərəkətlər videoçəkilişlə, həmçinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş və cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış istintaq hərəkətinin video çəkilişi nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçının ona hər hansı təsir göstərilib-göstərilməməsi barədə sualına hər hansı təsir göstərilmədiyini bildirmiş, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatından başqa, şübhəli şəxs kimi dindirilərkən, daha sonra ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində ifadə verərkən, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmədə təqdimata baxılarkən də izahatında ona hər hansı şəkildə təzyiq olması və ya onun üzərində daha artıq çəkidə psixotrop maddənin olmasının etiraf edilməsinə məcbur edilməsi ilə bağlı heç nə bildirməmişdir. İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən və ya məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. Həmçinin məhkəmə baxışı zamanı da məhkəmənin sorğusu əsasında Goranboy rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində də Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hədə-qorxu gəlinərək təzyiqlərə məruz qalmasının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini Yevlax şəhəri, H.Əliyev prospektində avtobus dayanacağının arxasından tapması və aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, heç bir səbəbi olmadan üzərində saxlayaraq daşımasına dair vermiş olduğu ifadəsində göstərdikləri inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Lakin təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, həmin psixotrop maddə olan metamfetamini 08 may 2022-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində avtobus dayanacağının arxasında tapmış, sabahı gün isə, yəni 09 may 2022-ci il tarixdə heç bir səbəb olmadan külli miqdarda həmin psixotrop maddə olan metamfetamini üzərində Goranboy şəhərinə gətirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitədən istifadə etdiyini və ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamini də ona görə üzərində daşıdığını bildirsə də, məhkəmə baxışı zamanı o, heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirmiş, heç bir narkotik vasitədən istifadə etmədiyi təqdirdə, heç bir səbəbi olmadan həmin külli miqdarda psixotrop maddə olan metamfetamini Yevlax şəhərindən Goranboy şəhərinə üzərində gətirdiyini bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadələrini, məhkəmə baxışı zamanı heç bir narkotik vasitədən istifadə etmədiyi təqdirdə qarşısına çıxmış psixotrop maddə olan metamfetamini tanıyaraq götürüb tapmasını, üzərində bir gün saxladıqdan sonra onu yaşadığı şəhərdən başqa şəhərə gətirməsi, həmin külli miqdarda psixotrop maddə olan metamfetamini başqa şəhərə daşımasının heç bir səbəbinin olmamasını bildirməsi, ibtidai istintaq zamanı isə həmin psixotrop maddə olan metamfetamini istifadə etmək üçün üzərində daşıdığını bildirməsi kimi ziddiyyətli ifadələrini, onlar obyektiv sübutlarla təkzib olunduğundan inandırıcı hesab etmir və məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Qeyd edilənlər Təqsirləndirilən şəxs göstərilən ifadələrinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması haqqında” protokol, maddi sübut, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlayaraq daşıması qənaətinə gələrkən cinayət işinin yuxarıda qeyd edilən faktiki halları ilə yanaşı, təqsirləndirilən şəxsdən aşkar edilmiş “metamfetamin” psixotrop maddəsinin miqdarının külli miqdar həddindən beş dəfədən də artıq miqdarda olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 09 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 09 may 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2022-ci il tarixli, 823 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 10,346 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 10,346 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-395/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-395/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver