Məhkəmə qərarları › İş №1(100)-395/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-395/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-395/2025 18.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclas katibləri: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafəçisi Gəncə regional Vəkil Bürosunun vəkili X12 iştirakı ilə, xx.xx.1971-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 prospekti 475 inzibati bina ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, X16, AKTA-6 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında X6 və Zərərçəkmiş şəxs birlikdə yaşadığı, yaşayış sahəsi hesab olunan-ünvan 3 ünvanına gəlib həmin evdə heç kimin olmamasını müəyyən etdikdən sonra evin içərisində olan əmlakı gizli olaraq talamaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə hasardan evin həyətyanı sahəsinə və pəncərənin şüşələrini sındırmaqla evin içərisinə daxil olmuş, cinayətkar niyyətinə uyğun olaraq həmin evdə qızıl-ziynət əşyalarının saxlanıldığı yerdən Şəmistan Süleymanov və Zərərçəkmiş şəxs ümumi birgə mülkiyyətində və sonuncunun istifadəsində olan, bir ədədinin dəyəri 225 manat olan iki ədəd boyunbağı və dəyəri 135 manat olan bir ədəd üzüyü gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə ümumilikdə 585 (beş yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs X2 yaşayış sahəsinə qanunsuz daxil olmaqla törətdiyi oğurluq əməlinə görə aralarındakı razılaşmaya əsasən sonuncuya 400 (dörd yüz) manat məbləğində pul vəsaiti ödəyəcəyini bildirsə də, zərərçəkmişə vurduğu ziyanı ödəməməsinə görə hadisədən əvvəlki günlərdə və hadisədən bir neçə saat əvvəl olan telefon danışıqları və “whatsapp” sosial şəbəkə ilə əlaqə zamanı yaranmış mübahisə ilə bağlı mərhum zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə saat 13 radələrində Gəncə şəhəri, Totanlı küçəsi, 6-cı döngədə yerləşən təmir işi apardığı fərdi yaşayış evinin həyətinə gəldikdən sonra Şəmistan Süleymanovla yaranmış şəxsi münasibətlər zamanı münaqişə zamanı sonuncunu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün tünd göy rəngli şalvarın cibində saxladığı, bir tərəfi küt, digər tərəfi kəsici, tiyəsinin uzunluğu 76 mm, dəstəyinin uzunluğu 121 mm olan təsərrüfatməişət təyinatlı, zavod üsulu ilə hazırlanmış aboy bıçaqla (rezakı) müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, xüsusi ağrılar verdiyini dərk edib sonuncunun sol yanaq, sağ yanaq, sağ qulaq, sağ ənsə, çənəaltı, alt çənə nahiyələrinə zərbələr endirmiş, Şəmistan Süleymanov özünü fəal müdafiə edib rezakı əlindən alıb kənara tullamasından sonra cinayət əməlini davam edərək sonuncunun müqavimətini qırmaq məqsədi ilə yerdən götürdüyü ovalvari formalı, səthi nahamar, ümumi uzunluğu 175 mm, diametri 77 mm daş parçasını götürüb Şəmistan Süleymanovun baş, alın-təpə, sol gicgah, təpə-ənsə, burun, çənəaltı nahiyələrinə çoxsaylı zərbələr endirməklə sonuncunun ölümünə səbəb olan baş beyinin, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və burun sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı ilə müşayiət olunan açıq küt kəllə beyin travması olmaqla Şəmistan Süleymanovun həyat fəaliyyəti üçün vacib nahiyələrinə - baş beyinə, beyin mədəciklərinə, beyinin yumşaq qişasına, başın yumşaq toxumalarına, alın-təpə, sol gicgah və təpə-ənsə nahiyələrində qansızma, burun sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınığı, başın alın-təpə, sol gicgah və ənsə-təpə nahiyələrinin əzilmiş yaraları, çənəaltı nahiyəsinin sıyrığı, burun, sol almaçıq nahiyələrinin qançırları kimi birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid, sağ yanaq, sağ qulaq, sağ ənsə nahiyələrinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid və alt çənə, sol yanaq nahiyələrinin kəsilmiş yaraları sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirməklə Şəmistan Süleymanovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, qeyri-rəsmi münasibətdə olduğu Könül adlı qadını axtarmaq üçün 2024-cü il iyul ayında Göyçəkgilin evinə girmiş, onun orada olmadığını görüb əsəbdən evi dağıtmışdır. Könül mütəmadi olaraq Göyçəkgilin evinə gedib-gəldiyi üçün, aynanı qıraraq içəri girmiş, evdə heç kimin olmadığını görüb çıxıb getmişdir. Daha sonra polislər onu şikayət əsasında bölməyə aparmış, evdən heç bir qızıl götürməsə də, oğurlanıldığı deyilən əşyaalara görə olan məbləği ayda 50 manat olmaqla ödəyəcəyini demişdir. Ölüm hadisəsi baş verən gün isə Şəmistan ona zəng edərək pulu ödəməyi tələb etmiş, aralarında mübahisə yaranmış və sonuncuya Totanlıda işlədiyi yerə gəlməsini demişdir. Şəmistan gəlib çatandan sonra ünvanına nalayiq ifadələr işlədərək pulu verməsini tələb etmiş, ev sahibinin olmadığını, gələndə pul alıb verəcəyini desə də, aralarındakı mübahisə artmışdır. Hadisənin necə baş verdiyini dəqiq bilmir, evdə həmin vaxt aboy vurduğu üçün əlində olan rezakla (aboy bıçağı) ilə Şəmistana xəsarətlər yetirmiş, onun qanı üstünə tökülmüş, əlbəyaxa olduqları müddətdə isə yerdən daş parçası götürüb Şəmistanın başına vurmuşdur. Hadisədən dərhal sonra ev sahibinə zəng edib çağırmış, sonuncu gələndə isə Şəmistan artıq ölmüşdür. O ev sahibinə “102” yə məlumat verməsini demiş, hadisə yerinə gəlmiş polislərlə birlikdə çıxıb getmişdir. Ölüm hadisəsinə görə əməlindən peşmandır, belə olmasını istəməmişdir, amma oğurluq hadisəsini o törətməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, mərhumla aralarındakı dava zamanı Şəmistan ona əl-qol atsa da, sonuncunun əlində hər hansı alət olmamışdır. Ona nalayiq ifadələr işlətdiyi üçün özünü cilovlaya bilməmiş, mərhum rezakı əlindən almaq istəyəndə sonuncunun boğazına bir neçə dəfə xəsarət yetirmiş, lakin Şəmistan rezakı alıb tullayandan sonra onu yerə yıxıb üzərində oturmuş, onu boğmağa çalışmışdır. Buna görə yerdən daş götürüb onun başına xəsarətlər yetirmişdir. O Şəmistanı daşla vurandan sonra sonuncu ayağa qalxıb bir neçə addım atdıqdan sonra yerə yıxılmışdır. Oğurlandığı deyilən qızıl-zinət əşyalarının əl çəkmədikləri üçün qızılı götürmədiyi halda dəyəri olan 400 manatı ayda 50 manat olmaqla ödəməyə razılaşmışdır. Göyçəklə danışanda qızılı götürməyibsə ödəyəcəyi pulun onlara haram olmasını demiş, evlərinə girməsinin səbəbi Könül adlı münasibətdə olduğu qadını Göyçəkgilin evlərində gizlətmələri olmuş, Göyçək Könülü daim müdafiə etdiyi üçün Göyçəkgildə olmasından şübhələnmişdir. Evin pəncərisini evdə olsalar qəsdən qapını açmadıqlarını fikirləşdiyi üçün qıraraq girmiş, günorta təxminən 3-4 radələri olmuşdur. Göyçəyə “whatsapp” vasitəsilə səs göndərərək pulu ödəyəcəyini, lakin qızılı götürməmişsə, ödəyəcəyi pulun onlara haram olmasını demiş, bu söhbətdən sonra Göyçək ona zəng etməmiş, danışıqları Şəmistanla olmuşdur. Hadisə günü Şəmistan ona zəng edib pulu istəmiş, aralarında mübahisə yaranmışdır. Son dövrlər Şəmistan ona davamlı zəng edərək qızılla bağlı borcunu ödəməyi təkid etmiş, aralarında söz-söhbət olmuşdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, mərhum Şəmistan onun əri olmuşdur. Oğurluq hadisəsi baş verən gün rayonda toyda olmuşlar. Rayondan evə qayıdanda darvazanın açıq olduğunu görmüş, maşını darvazanın qarşısında saxlayıb onu gözləməyi demişdir. Darvazadan içəri girəndə aynanın qırıldığını, mətbəğin aynasının açıq, işığın yanılı olduğunu görmüşdür. Qaz borusu ilə naməlum şəxs aynanı qırıb içəri girmişdir. Boru da qapının arxasında olmuşdur. Yoldaşı içəri girəndə qonaq otağındakı masanın üzərində olan gülün əzildiyini, mətbəğin masasının üzərinə qoyulduğunu, evdə şüşə qırıqları və qan izləri olduğunu görmüşlər. Mərhum yoldaşı “102” -yə məlumat vermiş, polis əməkdaşları gəlmiş, ekspertlər evdəki əşyalardan əl izi aşkar etmişlər. Polis əməkdaşları gələnə qədər çöldə oynayan uşaqlardan evdən kimin çıxdığını soruşanda uşaqlar Nəsiminin gəldiyini demiş, buna görə polislər sual verəndə uşağın dediyini onlara demişlər. Nəsimi uşağın kirvəsi olmuş, şöbədən Nəsiminin şəklini atmış, qeydiyyatda olduğu yerin “Tekstilni” adlanan ərazi, yaşadığı yer isə Gülüstan olmuşdur. Polis əməkdaşları Gülüstan ərazisinə getsələr də, onu tapa bilməmişlər. 2 gün sonra zəng edərək 3-cü Polis Şöbəsinə çağırmış, yoldaşı ilə gedəndə Nəsiminin tapıb gətirildiyini görmüşlər. Şəmistan ondan niyə evə girdiyini soruşanda Nəsimi qeyri-rəsmi yaşadığı Könülü axtardığını demişdir. Könül isə hələ mart ayından çıxıb Türkiyəyə getmişdir. Nəsimi qızıl götürmədiyini demiş, qızılın miqdarı 5-6 qram olmuşdur. Nəsimi yalvararaq oğlunun əsgərlikdə olduğunu, onu bağışlamağı demiş, qızılı götürmədiyini, ancaq Könülü axtardığını demişdir. Müstəntiq yoldaşından onu tutub-tutmamaları barədə soruşanda Şəmistan düşünməli olduğunu deyib onu çölə çağırmış, “necə edək?...uşağın kirvəsidir...demiş” özü də Şəmistana “eybi yoxdur, qoy tutulmasın” demişdir. Yoldaşı içəri girmiş, ərizəsini qızılın dəyərini ödəməsi şərtilə geri götürəcəyini demişdir. Nəsimi də 2-3 günə kimi evin pəncərəsini düzəltdirəcəyini, 1 aya kimi isə qızılın dəyərini ödəyəcəyinə söz vermişdir. Bir neçə gün sonra ərinə zəng edərək təşəkkür etmiş, 1 ay möhlət verməyi istəmiş, özü gəlib evin pəncərəsini düzəltmişdir. Bir müddət sonra yoldaşı Nəsimidən möhlətin bitdiyini, ödənişlə bağlı fikrini soruşanda pulunun olmadığını, “gedin kimə deyirsiz, deyin” demişdir. Hadisə günü isə əri Nəsimiyə zəng edərək harada olduğunu soruşanda Nəsimi “Totanlı”da işlədiyini demiş, sonradan kamera görüntülərinə baxanda ərinin maşınla Nəsimin işlədiyi yerə gəlib Nəsimi nalayiq ifadə işlətdiyi üçün maşından düşüb içəri girdiyini saat 1-ə 15 dəqiqə qalmış darvazadan içəri girdiyini bir daha da çıxmadığını, saat 2-yə 20 dəqiqə işləmiş isə ev sahibinin hadisə yerinə gəldiyini görmüşdür. Ona işdə olduğu müddətdə 3 №li xəstəxanadan zəng edib yoldaşının vəziyyətinin yaxşı olmadığını avtoqəza keçirtdiyini demişdirlər. Məhkəmə verilən suallara cavab olaraq göstərdi ki, evdən götürülən qızıl təxminən 5- 6 qram, sep və üzük olmuş, polislər qızılın miqdarını təxmini hesablamışlar. 2 ədəd boyunbağı, 1 ədəd üzük olmuş, 585 əyyarlı olmuşdur. Oğurluqdan sonra heç bir mübahisə olmamış, oğurluq hadisəsindən sonra Nəsimi onun barəsində həqiqətəuyğun olmayan sözlər demişdir. Polis şöbəsində görəndə Nəsiminin qolunda qırdığı şüşənin kəsik izləri olmuşdur. Ona dəymiş maddi ziyan ödənilməmişdir və o təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 göstərdi ki, mərhum X6 doğma qardaşıdır. Hadisədən əvvəlki dövrdə qardaşı ilə telefonla danışarkən kirvəsi olan Nəsiminin onun evinə daxil olaraq pul və qızıl apardığını demiş, qardaşıgil polisə müraciət etsələr də, sonradan polisdə barışıq əldə etmiş, Nəsimi səhv etdiyini, özündə olmadığını, Könülü axtardığını və gözünü açanda Şəmistanın evində olduğunu gördüyünü demişdir. Hadisə günü qardaşının ölüm xəbərini isə qardaşı arvadı Göyçək ona zəng edib demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nəsimi onun qardaşı uşağının kirvəsidir. 2019-cu ildən etibarən kirvə münasibətləri olmuşdur. Oğurlanmış pulun, qızılın ödənilməsi ilə bağlı Nəsimi ilə qardaşıgil arasında hansı razılaşma olmasını bilmir. Ehtimal edir ki, ölüm hadisəsi qardaşı Şəmistanın Nəsimidən oğurlanmış pulu, qızılı geri istəməsi və aralarında buna görə mübahisə ilə bağlıdır. Hadisə yerinə gələndə isə artıq qardaşı xəstəxanaya aparılmış olmuşdur. Sonradan prokurorluqda kamera görüntülərinə baxanda qardaşının maşınla hadisə yerinə gəlməsini görmüşdür. Onlara heç bir dəfn xərci verilməmiş, maddi və mənəvi ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxslə barışmamışdır. Nəsimiyə ən ağır cəza olan ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hadisə baş verən gün şəhərdə olmuş, Nəsimi ona zəng edərək həyətində adam öldürdüyünü demiş, bundan sonra özü evin olduğu ərazinin sahə rəisinə zəng edərək məlumat vermiş və qaynatasını götürərək Nəsiminin dediyi yerə - evinə getmişlər. Hadisə yerinə gedəndə zəng edərək polisə məlumat vermiş, Nəsimi üzəri qanlı işıq dirəyinin yanında oturmuş vəziyyətdə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nəsimiylə evində usta kimi işləmiş, puluisə işin bitməsindən sonra ödəməyə razılaşmışlar. Hadisə günü qaynatası onunla tək getməməsi üçün hadisə yerinə getmiş, usta kimi ancaq özü əmək haqqını alanda Nəsimiyə pul verməyi danışmışdır. Hadisə günü də Nəsimi ilə telefonda ödənişlə bağlı söhbətləri olmamış, ilk əvvəl mobil nömrəyə Nəsimi qısa zəng etmiş, gələndən sonra isə mərhumu qapının arxasında uzanıqlı vəziyyətdə görmüşdür, mərhumun necə və nə ilə öldürməsi barədə Nəsimiyə hadisə yerində sual verməmiş, Nəsimidən hadisə ilə bağlı heçnə soruşmamışdır. Nəsiminin üzərindəki qanın ona, yoxsa mərhuma məxsus olmasını, Nəsiminin yaralı olub-olmamasını bilməmişdir. Hadisədən bir saat əvvəl zəng etdikdən sonra səbəbini deməmişdir. İlk dəfə Nəsimiyə zəng edəndə sonuncu ona təxminən 1 saata yanına gəlməyi demişdir. Nəsimi zəng edib polisə məlumat verməyi demişdir. Hadisə yerinə gələndə Nəsimi polisə məlumat verməmiş, hadisə yerində onun telefonu ilə polis məlumat vermiş, hadisə yerinə gedəndə-yolda da sahə rəisinə zəng edib Nəsiminin dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisə günü kürəkəni Qəribə “sizin evinizdə adam öldürüblər” deyə zəng gəlmiş, bundan sonra Qərib onu götürmüş və hadisə yerinə getmişlər. Kürəkəni evi Totanlı adlanan yerdə tikdirmişdir. Hadisə yerinə gedəndə ətrafın qan olduğunu və Nəsiminin çöldə oturduğunu görmüşlər. Qan olduğu üçün özünü pis hiss elədiyinə görə darvazadan içəri girməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nəsimi işıq dirəyinin yanında oturub adam öldürdüyünü, polisə məlumat verməyi demiş, mərhum isə evin həyətində olmuşdur. Nəsimi ilə qohumluğu yoxdur. Qərib kürəkənidir, kürəkəninin Nəsimi ilə qohumluğunun olub-olmaması barədə məlumatı yoxdur. Qərib zəng edərək gəlib onu evdən götürmüş, hadisə yerinə polis əməkdaşlarını Qərib çağırmışdır. Nəsiminin əlində hər hansı əşya olub-olmamasını xatırlamır. Nəsimini işıq dirəyinin yanında görüb əsəbiləşmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, DİN “102” xidmətinə Gəncə şəhəri, S.Qazıyeva küçəsi, döngə 4, ev 15-də yaşayan X6 müraciət edərək yaşadığı evin qapı və pəncərəsinin sındırılaraq yaşadığı evdən oğurluq edilməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, keçirilmiş baxış zamanı Şəmistan Süleymanovun fərdi yaşayış evində qonaq otağının pəncərəsinin sındırılmaq yolu ilə mənzilə daxil olunması, eləcə də evin döşəməsi üzərində müxtəlif formalı qanabənzər ləkələr müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN Kriminalistik Tədqiqatlar İdarəsindən verilən xx.xx.2024-cü tarixli, 3-13-11/7-12573/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 4-cü döngə, ev 15-də yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi faktı üzrə aşkar edilmiş qanabənzər nümunələrin kişi cinsindən olan eyni naməlum şəxsə aid olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli təqrirdən görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü Polis bölməsindən rayon prokurorluğuna saat 14:32-də xx.xx.1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun qəsdən öldürülməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Totanlı küçəsi, 6-cı döngədə yerləşən yeni tikilmiş fərdi yaşayış evinin həyətidir. Evin həyətinin giriş darvazasının sol küncündən 1,19 metr aralıda arxası üstə, baş nahiyəsi darvaza istiqamətində uzanıqlı vəziyyətdə olan kişi cinsli meyit vardır. Meyitin sifət nahiyəsində xəsarətlər və qanabənzər ləkələrin olması müşahidə edilmişdir. Meyitin baş nahiyəsinin yerləşdiyi torpaq üzərində 71 sm x 61 sm ölçüdə gölməçə şəklində şərt olaraq “1” rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr vardır. Meyitin sağ ayağının daban nahiyəsindən 5,48 metr mənzil istiqamətində addımladıqda torpaq üzərində qanabənzər ləkələrin müşahidə edilir. Giriş darvazasının sağ küncündən həmin qanabənzər ləkəyə qədər olan 7,53 metrdir. Həmin qanabənzər ləkələr şərti olaraq “2” rəqəmi ilə işarələnmiş, məhkəmə fotoqrafiyası qaydasında şəkilləri çəkilmiş və müvafiq qaydada nümunələr götürülmüşdür. “2” rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən ev istiqamətində 89 sm aralıda torpaq örtüyü üzərində qanabənzər ləkə müşahidə edilir. Həmin qanabənzər ləkələr şərti olaraq “3” rəqəmi ilə işarələnmiş, məhkəmə fotoqrafiyası qaydasında şəkilləri çəkilmiş və müvafiq nümunələr qablaşdırılaraq götürülmüşdür. “3” rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən evin açıq eyvanı ilə üzbəüz dayandıqda eyvanın sağ küncünə qədər olan məsafə 2,21 metr təşkil edir. Həmin küncdən evin həyətinə doğru 2,89 metr aralıda üzərində qanabənzər ləkələr olan kəsici alət (rezak) olması müşahidə edilir. Aşkar edilmiş kəsici alət “4” rəqəmi ilə işarələnmiş, məhkəmə fotoqrafiyası qaydasında şəkilləri çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Giriş darvazasının qarşısında darvazanın sol küncündən 67 sm, meyitin baş nahiyəsindən 52 sm aralıda üzərində qanabənzər ləkələr olan çay daşı müşahidə edilir. Həmin daş parçası “5” rəqəmi ilə işarələnmiş, hadisə yeri, meyit, kəsici alət (rezakın) və qanabənzər ləkələr, hadisə yerinin yaxınlığında olan zərərçəkmiş şəxsə məxsus avtomobildən isə 1 ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilmiş kəsici alətdə (rezak) üzərində qanabənzər ləkələr mövcuddur. Həmin rezak tiyə və dəstək hissədən ibarət olub açıq vəziyyətdə ümumi uzunluğu 197 mm-dir. Rezakın tiyəsi boz rəngli metaldan hazırlanmışdır. Tiyənin bir tərəfi kəsici və digər tərəfi kütdür. Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin aşağıya doğru maili formada əyilərək kəsici tərəfə birləşməsi nəticəsində yaranmışdır. Tiyənin uzunluğu 76 mm-dir. Rezakın dəstək hissəsi sarı rəngdədir, uzunluğu 121 mm-dir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilmiş daş parçası üzərində qanabənzər ləkələr var. Daş parçası ovalvaridir və səthi nahamardır. Daş parçasının uzunluğu 175 mm-dir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X2 meyitinə baxış zamanı götürülmüş geyim əşyalarında gödəkcənin üzərində ön sol tərəfində, aşağı sol kənarından 200 mm yuxarıda 01 ədəd 135 mm uzunluqluğunda, ön sol tərəfdə, aşağı sol kənarından 340 mm yuxarıda, 50x50 mm sahədə, 05 ədəd uzunluqları 4-32 mm aralığında zədə, ön sol tərəfində, aşağı sol kənarında 420 mm yuxarıda, 50x70 mm sahədə 03 ədəd uzunluğu 12-26 mm aralığında, sol boğaz hissəsində 40 mm və 26 mm uzunluğunda 02 ədəd zədə, 01 ədəd köynək üzərində üzərində qəhvəyi rəngli qanabənzər ləkələr, köynəyin arxa sol qulluq hissəsində, aşağı sol kənarından 410 mm yuxarıda 01 ədəd 17 mm zədə, 01 ədəd qolsuz mayka üzərində, 01 ədəd göy rəngli cins şalvar üzərində qanabənzər ləkələr vardır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi zaman əynində olmuş geyim əşyalarına keçirilmiş baxış zamanı 01 ədəd qəhvəyi rəngli gödəkçə üzərində qanabənzər ləkələr, 01 ədəd qəhvəyi kofta, 01 ədəd şalvar tünd göy rəngli cins şalvar üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən zərərçəkmiş şəxs X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 13:14-də zəng edilmiş və danışıq aparılmışdır. Həmin tarixdə saat 13:30 və 13:38-də X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə zənglər edilmiş və telefon danışıqları aparılmışdır. Saat 13:55-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və telefon danışığı aparılmış, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Şəmistan Süleymanov xx.xx.2024-cü il tarixdə saat 13:55-də eyni anten dairədə olmuşlar. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Totanlı küçəsində, döngə 6 ünvanında yaşayan X17 tərəfindən istintaqa təqdim edilmiş, evin müşahidə kamerası ilə xx.xx.2024-cü il tarixə aid videogörüntülərinin olduğu “flashcard” məlumat daşıyıcısına keçirilmiş baxış zamanı, real vaxt rejimi ilə müqayisə edildikdə kameranın saatının real vaxt rejimindən 48 dəqiqə geridə olması müəyyən edilmişdir. “Video xx.xx.2024” adlı videfayla baxış zamanı kameranın vaxtı ilə saat 12:17:37-dən saat 13:16:02-dək olan videogörüntüləri əks olunduğu, saat 12:45:33də - real vaxt rejimi ilə saat 13:33-də Təqsirləndirilən şəxs hadisənin baş verdiyi evin darvazasından əlində mobil telefonla çölə çıxıb darvazanın yaxınlığında əyləşdiyi, saat 12:55:38-də - real vaxt rejimi ilə saat 13:43-də X2 “Opel” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına gəlməsi, maşından düşərək əl-qol hərəkətləri-jestlərdən istifadə etməklə emosional vəziyyətdə evin həyətinə daxil olması, saat 13:07:43-də - real vaxt rejimi ilə saat 13:55-də Təqsirləndirilən şəxs pilləkən vasitəsilə evin ikinci mərtəbəsinə qalxır, 17 saniyə sonra aşağı enməsi, saat 13:15:55-də real vaxt rejimi ilə saat 14:03-də Təqsirləndirilən şəxs əlində mobil telefonla darvazadan çölə çıxması, saat 13:18:51-də real vaxt rejimi ilə saat 14:06-da iki nəfər şəxsin ağ rəngli avtomobillə həmin evin yaxınlında maşını saxlaması, Təqsirləndirilən şəxs darvazadan çölə çıxıb həmin şəxsləri qarşılaması əks olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizasının tarixli, 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (ll) betadır. Zərərçəkmiş şəxs Şəmistan Süleymanov maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (lll) alfadır. Hadisə yerindən götürülmüş qan nümunələri, bir ədəd rezak və bir ədəd daş parçası, həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxslərə məxsus paltarlar üzərində insan qanı aşkar olunmuşdur, həmin qanın qrup göstəricisi B (lll) alfa olduğundan zərərçəkmiş şəxs Şəmistan Süleymanovun özünə məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən X1 barəsində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, mərhumun bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyinə, beyin mədəciklərinə, beyinin yumşaq qişasına, başın yumşaq toxumalarına alın-təpə, sol gicgah və təpə-ənsə nahiyələrdə qansızma, burun sümüklərinin kəllə əsasına keçən açıq qəlpəli sınığı, başın alın-təpə, sol gicgah və ənsə-təpə nahiyələrinin əzilmiş yaraları, çənəaltı nahiyənin sıyrığı, burun, sol almaçıq nahiyələrin qançırları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2024-ci il tarixə uyğun gəlir. X1 ölümünə səbəb baş beyinin, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və burun sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı ilə müşaiət olunan açıq küt kəllə beyin travması olmuşdur. Ətraf mühit şəraiti və meyit əlamətləri nəzarə alınaraq ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 3-4 saatdır (meyit xx.xx.2024-ci il tarixdə saat 17:00-da müayinə olunmuşdur). X11 bədənində yuxarıda göstərilən xəsarətlərdən başqa sağ yanaq-sağ qulaq-sağ ənsə nahiyəsində, çənəaltı, alt çənə, sol yanaq nahiyələrində kəsilmiş yaralar kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər də həyatidir, kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə bu kimi xəsarətlər canlı şəxslərdə aşağıdaki kimi qiymətləndirilir: a) sağ yanaq-sağ qulaq-sağ ənsə nahiyəsinin olan yara - sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, b) çənəaltı, alt çənə, sol yanaq nahiyələrində kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İlkin xəsarətlər yetirilən zaman Ş.Süleymanov ayaq üstə, sonra isə uzanmış vəziyyətlərdə olmaqla ön səthi xəsarət yetirən şəxsə doğru olmuşdur. X11 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1471№li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əl pəncəsinin və sağ ayağın İ barmağının üst səthinin qançırları - küt əşya(lar)ın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks məhkəməballistik və məhkəmə-trasoloji ekspertizasının 12 dekabr 2024-cü il tarixli 16/1077/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet (rezak) təsərrüfat-məişət təyinatlı (kağız, karton, faner və s. kəsmək üçün), zavod üsulu ilə hazırlanmış bıçaqdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş daş parçası soyuq silah hesab edilmir. Üzərilərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan zərərçəkmiş şəxs X4 məxsus jiletin üzərində olan 11 (on bir) ədəd “a”, “b”, “c”, “d” zədələri, poluverin üzərində olan bir ədəd zədə bir tərəfi kəsici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus maykanın, alt paltarın, 01 cüt corabın, 01 cüt ayaqqabının, şalvarın və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 94 saylı rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus jiletin üzərində olan 11 (on bir) ədəd “a”, “b”, “c”, “d” zədələri, poluverin üzərində olan bir ədəd zədə müqayisə edilmiş və müəyyən edilmişdir ki, bədəndə yerləşən “çənəaltı, alt çənə nahiyyələrinin kəsilmiş yaraları” xəsarəti ilə jiletin üzərində olan iki ədəd “d” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli 16/1076 nömrəli rəyindən görünür ki, X4 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. X4 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış yaşımtıl-qəhvəyi rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd pulloverin tərkib liflərinə uyğun gəlirlər. X4 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. X4 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qəhvəyi rəngli kimyəvi poliakronitril lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd jiletin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini (qəsdən adam öldürmə) törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən o, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və (və ya) onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra və halhazırda psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməlləri idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Onun halhazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə edilmiş əlavə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 895 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini (oğurluq) törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən o, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və (və ya) onları idarə edə bilmək iqtidarında olmuşdur. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməlləri idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuş, o, həmin vaxt fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmədə araşdırılan “əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan geyimlər götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol əlavəsi olan fotocədvəl və videoçəkilişin olduğu DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisə vaxtı mərhum zərərçəkmiş şəxslə aralarında baş vermiş münaqişə zamanı sonuncuya xəsarət yetirdiyi yerləri və qarşılıqlı vəziyyətlərini əyani göstərmişdir. xx.xx.2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokol və əlavəsi ilan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi zamanı aşkar edilmiş 01 ədəd rezakı tanıyaraq göstərmiş və zərərçəkmiş şəxs X4 həmin rezakla xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi zamanı aşkar edilmiş 01 ədəd daş parçasını tanıyaraq göstərərək zərərçəkmiş şəxs X4 həmin daş parçası ilə xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1973 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-348/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mərhum zərərçəkmiş şəxsin istifadəsində olan “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı zənglər bölməsində təqsirləndirilən şəxslə xx.xx.2024-cü ildə saat 13:14-də 35 saniyə, 13:30-da 5 dəqiqə 20 saniyə, 13:38-də isə 2 dəqiqə 43 saniyə, bundan başqa telefondakı “votsapp” mobil tətbiqində də xx.xx.2024-cü ildə saat 11:50-də 31 saniyə aralarında danışıq müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 14452 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər İHB-nin 2 №li SİƏD üzrə nümayəndəliyindən verilən xx.xx.2024-cü il tarixli, 3353№ li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri X16 AKTA-6 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-1542/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı faktı tanınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil kimi pensiya alır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə hökmlərinin surətindən görünür ki, Nəsim Mustafayevin əvvəlki məhkumluqları ödənilmişdir və o məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-dən verilən xx.xx.2024-cü il tarixli 418 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Vərəm şöbəsində xx.xx.2001-ci ildən “sağ ağ ciyərin yuxarı payının fibroz kavernoz vərəmi” diaqnozu ilı ambulator qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş qanabənzər ləkələrdən nümunələr, təqsirləndirilən şəxs və mərhum zərərçəkmiş şəxsin əynində olan geyimlər, 1 ədəd çaydaşı və 1 ədəd kəsici alət rezak maddi sübut qismində tanınaraq Gəncə Şəhər Prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin olduğu 1 ədəd DVD disk, hadisə yerinin videogörüntüləri olan 1 ədəd elekton məlumat daşıyıcı (fləşkard) isə iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmədiyini və onun evindən oğurluğu özünün etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə məhkəmə istintaqında araşdırılmış sübutları bir-biri ilə müqayisə edərək hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinyət əməllərini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarı 3 №li qərarına əsasən təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Belə ki, təqsirləndirilən şəxsə istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən oğurlanmış əşyanın dəyərinin hissə-hissə qaytarılması ilə bağlı borc münasibətlərini daha yumşaq formada həlll edilməsini mümkünlüyü göstərilsə də, istintaq orqanı nəzərə almamışdır ki, həmin pul vəsaitinin qaytarılması ilə bağlı tərəflər (mərhum zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs) arasında təxminən 3 (üç) ay davam edən mübahisələr böyüyərək münaqişəyə çevrilmiş və xüsusilə ağır cinayət hadisəsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı da hadisə günü tərəflər arasında davamlı və uzunmüddətli bir neçə dəfə (5 və 3 dəqiqə və sair müddətli) telefon zəngləri və danışıq olması, eləcə də hadisə yerində olan videogörüntülərinə keçirilmiş baxış zamanı avtomobildən düşən zərərçəkmiş şəxsin olduqca əsəbi psixo-emosional halda olması, əlqol hərəkətləri ilə danışaraq qapını açması şəxslər arasında konflikt olmasını göstərir. Yəni təqsirləndirilən şəxsin törətdiyi xüsusilə ağır cinayət hadisəsinin (qəsdən adamöldürmənin) motivsiz cinayət kimi tövsif edilməsi işin faktiki halları ilə təzad təşkil edir. Odur ki, məhkəmə qəsdən adamöldürmə cinayət hadisəsinin motivinin oğurlanmış əşyalarının dəyəri olan pulun verilməsi ilə bağlı əvvəlcədən tərəflər arasında yaranmış və hadisədən qısa müddət əvvəl ölümlə nəticələnmiş ədavətlə bağlı olması qənaətinə gəlir. Lakin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi digər əsaslarla razılaşmayaraq onun mərhum zərərçəkmiş şəxsin evindən qızıl-zinət əşyaları oğurlamaması, mərhum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməməsi, ümumiyyətlə sonuncunun öldürmək niyyətinin olmaması ilə razılaşmır və təqsirləndirilən şəxsin uğursuz özünümüdafiə cəhdi kimi qiymətləndirib aşağıdakılara əsasən rədd edir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus evə girməsini tamamilə digər motiv - yaxın münasibətdə olduğu Könül adlı qadını axtarmaq üçün etdiyini və evin qapısını döysə də, qapı açılmadığı üçün sonuncunun həmin evdə gizlədilməsi ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs “axtardığı şəxsin” həmin evdə olmasını müəyyən etmək üçün kifayət qədər imkan və vasitəyə malik olmuşdur. (Həm hazırki iş üzrə zərərçəkmiş şəxsə, həm də mərhum zərərçəkmiş şəxsə zəng edərək evdə axtardığı şəxsin olub-olmamasını dəqiqləşdirmək, qonşuları və ya ətrafda oynayan azyaşlılardan ev sahiblərinin harda olması ilə maraqlanmaq və sair aktiv hərəkətlər edərək) Məhkəmənin gəldiyi qənaət odur ki, evə daxil olmadan da etdiyi hərəkətlər (evin qonaq otağının pəncərəsinin sındırılması) təqsirləndirilən şəxsə evdə kiminsə olubolmamasını dəqiqləşdirməyə imkan verməsinə baxmayaraq sonuncu məhz talama məqsədilə zərərçəkmiş şəxslərə məxsus evə daxil olaraq, oradan zərərçəkmiş şəxs Göyçəyə məxsus qızıl-zinət əşyalarını qanunsuz olaraq gizli şəkildə talayaraq ələ keçirtmişdir. Hadisənin motivinin talama olması isə təqsirləndirilən şəxsin sonrakı hərəkətlərində də özünü bilavasitə biruzə verməklə onun evə məhz oğurluq məqsədlə daxil olmasını təsdiq edir. (Hadisədən sonra bir neçə gün ümumiyyətlə qaçıb gizlənməsi, sonradan zərərçəkmiş şəxsin istiqamətləndirməsi, götürülmüş qan nümunələri eyni kişi cinsli şəxsə məxsus olması təsdiq edildikdən sonra Polis Şöbəsinə gətirilib zərərçəkmiş şəxslərlə üzləşdirilməsi) Bundan başqa zərərçəkmiş şəxslərlə üzləşmə zamanı hərəkətləri də (şikayətin geri götürülməsi üçün qızılların dəyəri olan pulun hissə-hissə verəcəyinə razılaşması, oğurluq hadisəsinin pərdələnərək guya götürülmüş qızılların evdən tapılmış kimi göstərilməsi) Təqsirləndirilən şəxs qeyd edilən qızıl zinət əşyalarını oğurladığını bir daha təsdiq edir. Təqsirləndirilən şəxsin göstərdiyi qəsdən adamöldürmə əməlini xüsusi amansızlıqla törətməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hadisənin törədilmə mexanizmi və zərərçəkmiş şəxsin bədən səthi üzərindəki xəsarətlərin yeri və sayı hadisə vaxtı təqsirləndirilən şəxsi xüsusi amansızlıqla hərəkət etdiyini göstərən işin obyektiv hallarıdır. Belə ki, məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsə ilk bədən xəsarətlərini kəsici alət (rezakla) məhz qarşı-qarşıya ayaqüstə durarkən yaxın məsafədən məhz boyun və boğaz nahiyyəsinə yetirdiyini bildirmiş və bunu ifadəsinin yerində yoxlanılması zamanı bir daha əyani şəkildə göstərmişdir. Məhkəmə qeyd edir ki, hadisənin ilkin dövründə verilmiş ifadələrdə şəxslərin özünümüdafiə meylləri olduqca aşağı səviyyədə olmaqla hadisənin təsirindən sonra “mənəvi yük”dən azad olmaq üçün baş verən hadisələr ardıcıllıqla təsvir edilir, sonrakı dövrdə isə törədilən əməlin xarakteri nəzərə alınmaqla məsuliyyətdən yayınmaq, yaxud gələcəkdə məruz qalacağı cəzanı azaltmaq üçün şəxslərdə özünümüdafiə meylləri güclənir. Qeyd edilən hal iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertiza rəyində də əksini tapmış, xəsarətlərin yerləşdiyi nahiyyələrlə geyim əşyaları üzərində olan zədələrin cüzi fərqlə üst-üstə düşməsi təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, yetirilmiş çoxsaylı (11 ədəd) kəsilmiş yaralara baxmayaraq mərhum zərərçəkmiş şəxsin ölümünün səbəbi məhz ona yetirilmiş bərk küt xəsarət nəticəsində baş verən baş beyinə qansızmaları və kəllə sümüklərinin sınıqları olmuşdur. Yəni, münaqişə zamanı (yerə yıxılıb süpürləşmə) zamanı zərərçəkmiş şəxsin ilkin olaraq üstdə olması inkar edilməsə də, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsin özünün də təsdiq etdiyi zərərçəkmiş şəxsin sonuncunun əlindən cinayətin aləti olan və xəsarət yetirmək üçün ciddi təhlükə olan kəsici alət rezakın alınmasından sonra Təqsirləndirilən şəxs qəsdən adamöldürmə niyyətini davam etdirib zərərçəkmiş şəxsə yerdən götürdüyü daşla öz deməsinə görə gicgah nahiyyəsinə vurduqdan sonra hərəkətlərini davam etdirməsi - yəni həmin daşla bir neçə dəfə Şəmistanın baş nahiyyəsinə xəsarətlər yetirməsi sonuncunun həmin əməli xüsusi amansızlıqla törətməsini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında daşla ilk dəfə zərərçəkmiş şəxsə xəsarət yetirməsini sonuncunun onu boğmaq cəhdinin qarşısını almaq istəyi ilə əlaqələndirsə də, məhkəmə qeyd edir ki, onun bədən səthində (boğaz, boyun üzdə) xəsarət almasını göstərən obyektiv əlamətlər (qançır, qızartı, dəri səthinin tamlığının pozulmasını göstərən cızıq və sair) olmaması Təqsirləndirilən şəxs göstərdiklərinin əsassız olduğunu göstərir və zərərçəkmiş şəxsdə ölümünə səbəb olan xəsarətlərin xarakteri və yerləşmə lokalizasiyası həmin xəsarətlərin bərk küt alətlə dəfələrlə yetirilməsini göstərir. Digər hissələrdə əməlin tövsifi, işin halları ilə bağlı müdafiə tərəfindən hər hansı vəsatət irəli sürülmədiyi və təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyi, əməlindən səmimi peşman olmasını bildirdiyi və məhkəmə baxışı zamanı işin faktiki halları ilə verilmiş ittiham arasında hər hansı ziddiyyət müəyyən edilmədiyindən məhkəmə iş üzrə əlavə əsaslanma aparılmasını zəruri hesab etmir və təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinin tədqiq edilmiş iş materialları ilə kifayət qədər sübuta yetirildiyi qənətinə gəlir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 177.2.3-cü maddərinə uyğundur və O həmin əməlləri törətməkdə təqsirli bilinib cəzalanmalıdır. İbtidia araşdırma zamanı təqsirləndirilən şəxsin könüllü təslim olması ilə bağlı hər hansı sənədləşmə aparılmasa da, işin faktiki halları hadisədən sonra Nəsimi Musafayevin mobil telefonla ev sahibinə zəng edib hadisə barədə bildirməsi və iş üzrə məhkəmədə dindirilmiş şahid ifadələri ilə şəxsin hadisə yerindən yayınmadığı təsdiq edilmişdir. Bundan başqa məhkəmənin sorğusuna əsasən Gəncə şəhər 3-cü Polis Bölməsi tərəfindən təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, 3-13/57-3/2-4390/2025 saylı məktubdan görünür ki, xx.xx.2024-cü ildə ev sahibi Təqsirləndirilən şəxs ona verdiyi məlumat əsasında həm hadisə yerinə gələnə qədər, həm də ora gəldikdən sonra sahə polis rəisinə məlumat vermiş və təqsirləndirilən şəxs 3-cü Polis Bölməsinə gətirilməmişdir. Məhkəmə qeyd edilən halı - yəni baş vermiş hadisə barədə əvvəlcə ev sahibinə sonra isə polisə məlumat verməsini və hadisə yerində qalmasını Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma kimi və Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirici hal olaraq qiymətləndirir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, vərəm xəstəliyindən əziyyət çəkməsi və İİ qrup əlil olması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallardır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1 maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tətbiqi qeyri-mümkündür. Buna əsas verən digər hal isə təqsirləndirilənin şəxs Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyi, son 30 (otuz) ildə müxtəlif dövrdə müxtəlif cinayətlərlə bağlı məhkumluqları olub ödənilsə də, cinayət törətməyə meylli şəxs kimi xarakterizə edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetməyə nisbətən digər yüngül cəza növləri nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti və törətdiyi əməlin ictimai təhlükəliliyi, eləcə də öz əməlinə münasibəti, həmin cinayət hadisəsinin hazırki iş üzrə xüsusilə ağır cinayət hadisəsi ilə nəticələnməsi nəzərə alınmaqla ona daha yüngül cəza növünün təyin edilməsi məhkumun islah edilməsi ilə yanaşı, cəzanın ümumi xəbərdaredici vəzifəsi ilə ziddiyyət təşkil edir. Odur ki, törədilmiş və sübuta yetirilmiş oğurluq əməlinə görə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunda maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi, 01 ədəd rezak, 01 ədəd çaydaşı məhv edilməli, zərərçəkmiş şəxs Şəmistan Süleymanova məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 cüt ayaqqabı, 01 ədəd gödəkçə, 01 cüt corab, 01 ədəd mayka, 01 ədəd alt paltarı, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kofta, 01 cüt ayaqqabı, 01 ədəd gödəkçə, müvafiq olaraq zərərçəkmiş şəxsə və təqsirləndirilən şəxsin ailə üzvlərinə, yaxud yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, hadisə yerinin yaxınlığında yerləşən müşahidə kameraları ilə qeydə alınmış görüntülər olan elektron məlumat daşıyıcı olan 1 ədəd fləşkard, ifadənin yerində yoxlama istintaq hərəkətlərinin olduğu 01 (bir) ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Həmçinin xx.xx.2024-cü il tarixli protokola əsasən hadisə yerində mərhum zərərçəkmiş şəxsin istifadəsində olan “Opel” markalı avtomobildən götürülmüş, lakin sonrakı taleyinə aydınlıq gətirilməmiş “Redmi” markalı mobil telefon zərərçəkmiş şəxsə, yaxud zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Hazırkı iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizaların dəyəri olan 127,80 manat (bir yüz iyirmi yeddi manat, səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə isə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunda maddi sübutların saxlanması otağında saxlanılan hadisə yerindən götürülmüş 03 ədəd qan nümunəsi, 01 ədəd rezak, 01 ədəd çaydaşı məhv edilsin, zərərçəkmiş şəxs Şəmistan Süleymanova məxsus 01 ədəd şalvar, 01 ədəd köynək, 01 cüt ayaqqabı, 01 ədəd gödəkçə, 01 cüt corab, 01 ədəd mayka, 01 ədəd alt paltarı, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kofta, 01 cüt ayaqqabı, 01 ədəd gödəkçə, müvafiq olaraq zərərçəkmiş şəxsin hüquqi varisinə yaxud ailə üzvlərinə və təqsirləndirilən şəxsin ailə üzvlərinə, yaxud yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, hadisə yerinin yaxınlığında yerləşən müşahidə kameraları ilə qeydə alınmış görüntülər olan elektron məlumat daşıyıcı olan 01 ədəd fləşkard, və ifadənin yerində yoxlama istintaq hərəkətlərinin olduğu 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. xx.xx.2024-cü il tarixli protokola əsasən hadisə yerində mərhum zərərçəkmiş şəxsin istifadəsində olan “Opel” markalı avtomobildən götürülmüş, lakin sonrakı taleyinə aydınlıq gətirilməmiş “Redmi” markalı mobil telefon zərərçəkmiş şəxsə, yaxud zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127,80 manat (bir yüz iyirmi yeddi manat səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar