Məhkəmə qərarları › İş №1(100)-396/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-396/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-396/2022 10.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X5 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X32 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Kövər kəndində anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Qaraçanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Hacallı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə, saat 9 radələrində Bərdə rayonu, Hacallı kəndində məcburi köçkün kimi müvvəqqəti məskunlaşmış X9 məxsus fərdi təsərrüfatda yerləşən və ailəsi ilə yaşadığı yaşayış evinin yataq otağında arvadı X4 yeməyi hazırlamadığına görə aralarında yaranan mübahisə zamanı Xasa Orucovanın mərhum anası X21 haqqında nalayiq ifadələr işlətməsindən əsəbiləşib qisas almaq niyyətilə arvadını qəsdən öldürmək qərarına gələrək istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən əldə etdiyi və otağın sağ küncündəki iki gözlü pəncərənin yuxarısında kəmərdən asılmış ümumi uzunluğu 1150 mm, lüləsinin uzunluğu 735 mm, 1965-ci il zavod istehsalı, 16 kalibrli “ИЖ-17” modelli, E 34100 nömrəli istifadəsində olan yivsiz odlu ov silahının (təklüləli tüfəngin) 70 mm uzunluğu olan patronluğuna həmin silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan otaqda olan sellofanın içərisindəki qutudan götürdüyü 1 ədəd patronu yerləşdirərək lüləyi bağlayıb çaxmağı döyüş vəziyyətinə keçirdikdən sonra Xasa Orucovanı öldürmək fikrini özlüyündə bir daha qətiləşdirib bu məqsədlə tətiyi çəkərək sonuncunun göbək nahiyəsinə öndən-arxaya, sağdan-sola, yuxarıdan-aşağıya doğru istiqamətdə təxminən 0.6-1 metr aralı məsafədən bir dəfə atəş açmaqla Xasa Orucovaya qırmaların təsirindən törənmiş qalça arteriyasının və venasının kəskin qanitirmə ilə nəticələnən yaralanmaları, bağırsaqların, uşaqlığın yaralanmaları, çanaq sümüyünün qəlpəli sınığı ilə qarın boşluğuna keçən göbək nahiyəsinin kor odlu silah (qırma) yaralanmaları ilə müşayiət edilən, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən xəsarətləri yetirərək Xasa Orucovanı şəxsi münasibətlər zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, X36 ilə 2016-cı il tarixdə evlənmişdir. Onun şəxsi evinin olmadığı, həmçinin maddi durumunun aşağı olduğu üçün Xasanın ailəsi qızlarının onunla evlənməsinə narazılıq etmişdirlər. Belə olan halda, Xasa ona qoşulub qaçmışdır. Evlilikdən iki övladları 2018-ci il təvəllüdlü Şahid1 və 2019-cu il təvəllüdlü X30 dünyaya gəlmişdir. O, Xasa ilə evləndikdən sonra daima başqa-başqa şəxslərin fermer təsərrüfatlarında işləyib fəhləlik etmiş, heyvanlara baxmışdır. Maddi durumu aşağı olduğu üçün arvadı Xasa ilə, həmçinin Xasanın valideynləri ilə onun arasında tez-tez söz-söhbət, mübahisə yaranmışdır. 2021-ci ilin oktyabr ayında arvadı Xasa ilə onun arasında yenidən narazılıq yarandığı üçün Xasanı Tərtər rayonu, Ələsgərli kəndində yaşayan atası evinə aparmış, özü isə işləmək üçün Bakı şəhərində getmişdir. O, Bakı şəhərində “Respublika Psixiatriya Xəstəxanasında” PHŞ-də mühafizədə işə qəbul olunduqdan təxminən 1 ay sonra Xasa ona zəng edib barışmaq istədiyini bildirdikdə geri qayıdıb ailəsini də özü ilə birlikdə Bakı şəhərinə aparmış, buna baxmayaraq Bakıda olarkən rayona qayıtmaq, təsərrüfatla məşğul olmaq istəmiş, adını xatırlamadığı, sosial şəbəkədə tanış olduğu bir nəfərdən Bərdə rayonu, Hacallı kəndində yerləşən fermerə çoban axtarıldığını öyrənmiş, həmin şəxs ona Xalisə xalanın oğlu Elşənin mobil nömrəsini vermişdir. O, Elşənə zəng edib iş axtardığını bildirmiş, sonuncu ilə aylıq əmək haqqı və iş şəraiti barəsində razılaşdıqdan sonra 7 may 2022-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərindən birbaşa Bərdə rayonu, Hacallı kəndindəki Elşənin fermasına gələrək həmin gündən etibarən işləməyə başlamışdır. O, xx.xx.2022-ci il tarixdə, təxminən səhər saat 06:30 radələrində arvadı Xasa ilə yuxudan oyanmış və heyvanları rahatlamaq üçün tövləyə getmişdirlər. Həmin vaxt uşaqlar da oyanmışlar. O, Xasa ilə birlikdə heyvanları rahatlamışdır. Bundan sonra o, birinci növbədə inəkləri fermaya gələn yola tərəf, fermadan təxminən 300 metr aralı məsafəyə otlamaları üçün aparan zaman Xasanı səhər yeməyi hazırlaması üçün evə göndərmiş, bundan sonra geri qayıdıb xırdabuynuzlu heyvanları da inəkləri apardığı yerə aparmış və səhər yeməyi üçün təxminən saat 8 radələrində evə qayıtmış, birinci otağa, yəni mətbəxə daxil olduqda övladları Nihad və Nicatın həmin otaqda oynadıqlarını görmüşdür. Birinci otağın qapısı da, birinci otaqdan ikinci otağa keçmək üçün istifadə edilən qapı açıq olmuşdur. O, birinci otaqdan ikinci otağa keçdikdə Xasanın qapı ilə üzbəüz divarın yaxınlığına qoyulan stulda oturduğunu görmüşdür. O, Xasanın hələ də səhər yeməyini hazırlamadığına əsəbiləşib Xasanın dədəsinə və nənəsinə (atasına və anasına) söymüşdür. Xasa isə ona cavab qaytarmağa başlamışdır. O, təxminən 10-15 dəqiqə müddətə Xasa ilə mübahisə etmişdir. Mübahisə zamanı həmin vaxta kimi heç vaxt barəsində hər hansı bir təhqiramiz sözlər işləmətməyən Xasa onun mərhum anası X12 goruna söyməyə, anası haqqında təhqiramiz ifadələr işlətməyə başlamışdır. Xasanın onun anasına söyməsi onu özündən çıxarmışdır. O, yataq otağının sağ küncündə, pəncərinin üstündən asılmış tək lüləli ov tüfəngini əlinə almışdır. Həmin vaxt onun arxası yataq otağının baş tərəfində yerləşən dəmir setkalı kravata tərəf olmuş, üzü isə otağın giriş qapısı tərəfə baxmışdır. Xasa isə onunla üzbəüz, arxası otağın giriş qapısına tərəf dayanmışdır. Xasa ilə onun arasında təxminən 1 metr məsafə olmuşdur. Tüfəngi əlinə aldıqdan sonra patronu patron yuvasına yerləşdirmiş və dərhal tətiyi çəkmişdir. O, tüfəngdən atəş açmış və Xasa arxası üstə üzərində dayandığı döşəyin üstünə yıxılmışdır. Qırma Xasanın qarın boşluğundan dəymişdir. Xasanın ayaqları onun tərəfə, başı isə qapı tərəfdə durmuşdur. O, silahı dəmir kravatın üzərinə atmışdır. Atəş səsinə övladları Nihad və Nicat birinci otaqdan içəri daxil olmuşlar. Nihad daha böyük olduğu üçün övladına onun, yəni atasının anasını öldürdüyünü heç kimə deməməsini bildirmiş və iti addımlarla heyvanları otlamaları üçün apardığı yerə getmişdir. Nihad isə qaçaraq qonşuluqda yaşayan, ferma təsərrüfatının sahibi Elşənin anası Xalisə xalanı çağırmağa getmişdir. O, Xasaya tüfənglə atəş açdıqdan sonra heç nə olmamış kimi heyvanların yanına getdikdən təxminən 10 dəqiqə sonra Xalisənin uca səslə onu çağırdığını eşitmiş və Xalisəni görmüşdür. O, heçnədən xəbəri yoxmuş kimi qaçaraq Xalisənin yanına getmişdir. Xalisə ona “Xasa yerdədi, özünə atıb tüfənglə” sözlərini demişdir. O, yataq otağına daxil olanda Xasanın xırıldadığını, can verdiyini görmüş, bundan sonra kömək üçün qonşuluqda yaşayan Familin evinə tərəf qaçmışdır. Familə avtomobilini tez sürüb yaşadığı evin yanına gəlməsini bildirmişdir. O, yenidən evə geri qayıtmış, Famil gecikdiyindən Xalisəni Familin ardınca göndərdikdə Xalisə özündən gedib yolda yerə yıxılmış, daha sonra gedib Xalisəni ayağa qaldırmışdır. Həmin vaxt Famil özünü çatdırmışdır. Famillə birlikdə yenidən Xasanın olduğu otağa daxil olmuş və Xasanı Familin “VAZ 2106” markalı ağ rəngli avtomobilinin arxa oturacağına qoymuşdur. Xalisə hadisə yerində qalmışdır. Bərdə Rayon Xəstəxanasına apararkən Xasa yolda, avtomobilin içərisində ölmüşdür. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, onun 3 qız və 1 oğlan olmaqla 4 övladı var. Xasa Orucova onun ortancıl qızı olmuşdur. Övladı Xasa 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmişdir. Təqsirləndirilən şəxs Yevlax rayonu, Kövərkənd kəndi ərazisində yerləşən Mərkəzi ferma adlandırılan yerdə ailə üzvləri ilə işlədiyi vaxtlar o da ailəsi ilə birlikdə Yevlax rayon ərazisində fermer təsərrüfatı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtlardan Xasanı görüb tanımışdır. Onun və həyat yoldaşının etirazlarına baxmayaraq, qızı Xasa Təbrizə qoşulub qaçmışdır. O, həmişə qızının ailəsinə həm maddi, həm də mənəvi köməklik göstərməyə, kürəkəni Təqsirləndirilən şəxs bir sənəd sahibi olmasına çalışsa da, Təbriz ailəsi üçün normal həyat şəraiti təmin etməyi bacarmamışdır. Təbriz hər dəfə başqa-başqa şəxslərin ferma təsərrüfatında işləmiş, ailəsini də özü ilə aparmışdır. Qızı ilə Təbriz evləndikdən sonra ailələrində həmişə söz-söhbət olmuşdur. Hətta bir dəfə Xasa boşanmaq istəmişdir. Onlar ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etsələr də, Xasa Təbrizlə qohumlarının vasitəsilə barışmışdır. O, heç vaxt Xasaya Təbrizlə barışması üçün icazə verməmiş, Xasaya “əgər Təbrizin yanına getsən, sən adlı övladım yoxdur” sözlərini demişdir. Ən son Xasa Təbriz ilə Bakıya getdikdə anası, yəni həyat yoldaşı əsəbindən Xasa ilə görüşməmişdir. O, sonuncu dəfə X35 rayonu ərazisində fəaliyyət göstərən fermada gedib tapmışdır. Təbriz həmin fermada işlədiyi üçün Xasa da əri ilə birlikdə həmin fermada yaşamışdır. O, onların şəraitinin pis olduğunu görüb Təbrizə Tərtər rayonu ərazisində olan, tanıdığı bir fermada iş təklif etmişdir. Təbriz onunla razılaşmış və onun dediyi fermaya işləmək üçün gəlmişdir. Təbriz həmin fermada təxminən 2 ay işlədikdən sonra orada yaşaya bilmədiyini, Bakı şəhərinə iş üçün gedəcəyini bildirmişdir. Təbriz təxminən 6-7 ay əvvəl Xasanı və uşaqları da onlardan alıb özü ilə Bakı şəhərinə aparmışdır. O, Xasanı həmin vaxtdan sonra görə bilməmişdir. Təbriz Xasanın mobil telefonunu əlindən almış, onun zənglərinə də cavab verməmişdir. Daha sonra o, qızı Xasanın Təbriz tərəfindən öldürüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, onun Mehdixanlı İƏD-nin Hacallı kəndində fərdi təsərrüfatı vardır. Kənddə tək qaldığı, həmçinin artıq təsərrüfata baxa bilmədiyi üçün həmişə təsərrüfatında köməkçiyə ehtiyacı olmuşdur. Qonşu kənd sakinləri Eldəniz və adını bilmədiyi Süleyman kişinin oğlu Elşənə təsərrüfatda işləmək üçün Təbriz adlı bir nəfəri məsləhət görmüşdürlər. Təbriz həmin vaxt Bakı şəhərində olmuşdur. Təbrizin qaldığı evə kirayə haqqı borcu olduğu üçün Bərdəyə gələ bilməmiş və buna görə də, Təbrizə 200 manat və yol xərci üçün əlavə 50 manat olmaqla cəmi 250 manat pul göndərmişdir. 8 may 2022-ci il tarixdə Təbriz ailəsi ilə birlikdə Hacallı kəndində gəlmişdir. Təbrizin iki azyaşlı övladı və Xasa adlı gənc arvadı olmuşdur. O, Təbrizgilə yaşayacaqları yeri göstərmişdir. Təbriz və ailəsi onun evindən təxminən 400- 500 metr aralı məsafədə, ona aid bir otaq və bir eyvandan ibarət olacaqda yaşamağa başlamışdır. Təbriz gələn gün Elşən də evdə olmuşdur. Elşən hər şeyi qaydasına qoyduqdan təxminən 6-7 gün sonra həmişəki kimi Bakı şəhərinə qayıtmışdır. O, xx.xx.2022-ci ilə kimi nə Təbrizdə, nə də onun ailəsində heç bir problem görməmişdir. Təbrizin arvadı Xasa həyalı, utancaq bir qadın olmuşdur. Təbriz də başını aşağı salıb öz işini görmüşdür. O, xx.xx.2022-ci il tarixdə, təxminən 04:20 radələrində ibadət üçün yuxudan oyanmış, namaz qıldıqdan sonra yenidən yatmış və təxminən 9 radələrində Təbrizin oğlunun onu çağırdığını eşitmişdir. Təbrizin Nihad və Nicat adında iki oğlu olmuşdur. Böyük oğlu ona “nənə, nənə, anam öldü” sözlərini demişdir. O, uşağa anan niyə öldü sualını verdikdə uşaq yenidən anam öldü sözünü demişdir. O qaçaraq Təbriz və ailəsinin yaşadığı yerə tərəf getmişdir. Eyvandan otağa daxil olanda Xasanın ayaqları dəmir kravat tərəfə, başı isə onun daxil olduğu qapı tərəfə arxası üstə uzandığını görmüşdür. Xasanın gözləri açıq olmuş və xırıldamışdır. Təbriz evdə olmamışdır. O, yataq otağının baş tərəfindəki dəmir kravatın üstündə tüfəngi görmüş və hələ də tam nə baş verdiyini bilməmişdir. Uşaq anasının öldüyünü demiş, anasının isə xırıltı səsini eşitmişdir. O, Xasanı bir neçə dəfə qışqıraraq “Xasa, Xasa, sənə nə olub” deyərək çağırmışdır. Xasadan xırıltıdan başqa səs çıxmamışdır. O, uşaqlar evdə olduğu üçün həm qorxduğundan, həm də uşaqların silaha toxunacağından qoxduğuna görə Təbrizi çağırmaq üçün çölə çıxdıqda tüfəngi götürüb dam tərəfə atmışdır ki, heç kimin əlinə keçməsin. Təbriz “olacaqdan” təxminən 300-400 metr aralı məsafədə, söyüd ağaclarının yanında üzü “olacağa” sarı heyvanların yanında olmuşdur. O qışqıraraq Təbrizi çağırmış və Təbriz qaçaraq gəlmişdir. O eyni zamanda qonşuluqda yaşayan Famili də qışqıraraq çağırmışdır. Təbriz evə daxil olmuş və Xasanın adını çəkərək qışqırmışdır. O, Təbrizi Famili köməyə çağırması üçün göndərmişdir. Təbriz Famili çağırıb geri qayıtmış, Famil bir qədər gecikdiyindən o qaçaraq Famili özü çağırmağa getmişdir. Familin artıq gəldiyini görəndə o dayanıb bu dəfə əks tərəfə, “olacaq” istiqamətə qaçdıqda yerə yıxılmışdır. Təbriz gəlib onu yerdən qaldırmış və özünə gəlmə bilməsi üçün onu silkələmişdir. Famil “VAZ 2106” markalı ağ rəngli avtomobili ilə olacağın qarşısına gəlmişdir. Famil ilə Təbriz köməkləşərək Xasanı avtomobilin arxa oturacağına qoymuşdurlar. Təbriz də arxa oturacaqda, Xasanın yanında qalmışdır. O isə Təbrizin istəyi ilə uşaqların ikisini də ön oturacağa otuzdurmuşdur. Bundan təxminən 30-40 dəqiqə sonra polis və prokurorluq əməkdaşları gəlmişdirlər. O, tüfəngi atdığı yeri polislər gələn kimi onlara göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhərində yaşayır. X8 2004-cü il tarixdə vəfat etmişdir. X2 isə Bərdə rayonu, Mehdixanlı İƏD-nin Hacallı kəndində yaşayır. O, təxminən 2003-2004-cü il tarixdən etibarən Bakı şəhərində olmuş, Bərdə rayonuna vaxt tapdıqca anasına baş çəkmək üçün gəlmişdir. Hacallı kəndində anasının kiçik fermer təsərrüfatı vardır. Həmin fermada təxminən 70-80 baş xırda buynuzlu və 5 baş iri buynuzlu heyvan vardır. O, anasının təsərrüfatı ilə çox da maraqlanmamışdır. Anası tək və yaşlı qadın olduğu üçün mal-qaraya baxa bilməmiş, buna görə də, anasına köməklik etməsi üçün işçi axtarmaq məcburiyyətində qalmışdır. Ən son Təbriz adlı şəxslə anasına təsərrüfatda köməklik etməsi üçün razılaşmışdır. Adını xatırlamadığı bir nəfər ona Təbrizin mobil nömrəsini vermiş, o da Təbriz ilə telefonda danışarkən Təbriz ona Bakı şəhərində qaldığı evin kirayə haqqını verə bilmədiyi üçün həmin evdən çıxa bilmədiyini demiş və əvvəlcədən ondan verməli olduğu 200 manat kirayə haqqını və Bakıdan Bərdəyə gəlmək üçün 50 manat yol xərcini istəmişdir. O, Təbrizin verdiyi hesaba 250 manat pul köçürmüşdür. Təbrizlə telefonda danışanda ona tanışlıq üçün qonşu kənd olan Qəhrəmanlı kəndin sakini Eldənizin adını vermişdir. Eldəniz ona qonşusu olan Marif adlı şəxsin təsərrüfatında Təbrizin əvvəllər işlədiyini bildirmişdir. O, buna görə də, Təbrizin təsərrüfatda işləməsinə icazə vermişdir. Təxminən 8 may 2022-ci il tarixdə Təbriz ailəsi – arvadı, iki azyaşlı oğlan övladı ilə birlikdə Hacallı kəndində gəlmişdirlər. O, Təbrizə təsərrüfatı və olacağı göstərmiş, görməli olduğu işlər barəsində Təbrizlə razılaşmışdır. Təbriz əvvəllər də bir çox başqa-başqa şəxslərin təsərrüfatında işlədiyi üçün sonuncu ilə bağlı heç bir problemin yaranmayacağını ümid etmişdir. Təbriz gəldikdən sonra o, anasının da artıq tək-tənha qalmayacağından rahat olub təxminən Bakı şəhərində geri qayıtmışdır. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, olarkən anası zəng edərək Təbrizin arvadının özünü öldürdüyünü bildirmişdir. O anasından nə baş verdiyini dəqiq danışmasını istədikdə anası ona Təbrizin oğlunun evə gəlib anasının özünü öldürməsi xəbərini verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. X36 böyük oğlu Təbrizin arvadıdır. X41 rayonu, Malbinəsi kəndi ərazisində sonuncunun ailəsi ilə birlikdə təsərrüfat işləri ilə məşğul olduğu zaman görmüşdür. Təbrizlə Xasa bir-birilərini sevmişdirlər. Onlar Xasaya elçi getsələr də, Xasanın valideynləri onlarla razılaşmamışdırlar. Buna görə də, Xasa Təbrizə qoşulub qaçmışdır. Təbriz Xasa ilə evləndikdən sonra onun yanından ayrılmışdır. Təbriz və ailəsi bu günə kimi Yevlax və Bərdə rayonu ərazisində fəaliyyət göstərən bir neçə ferma təsərrüfatında işləmiş, köçəri həyat yaşamışdırlar. Təbrizlə o, küsülü olmuşdur. O, Təbrizin böyük oğlu Nihadı hadisə olmamışdan əvvəl cəmi bircə dəfə təsadüfən Bərdə bazarında görmüş, balaca oğlu Nicatı isə hadisə olandan sonra görmüşdür. Təbrizlə Xasanın tez-tez dalaşmaları barədə qohumlarından məlumat almışdır. Xasa Təbrizlə dalaşıb atası evinə getmişdir. Sonra isə qohumlar araya girib Xasanı yalvar-yaxarla ər evinə geri qaytarmışdırlar. xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Mərkəzi fermada olan vaxtı tanımadığı bir nəfər polis əməkdaşı ona zəng edib ondan Təbrizin atası olub olmadığını soruşmuş, o, cavab verdikdən sonra nəvələrinin yanına gəlməli olduğu bildirilmişdir. Təbrizin silahla Xasanı öldürdüyünü prokurorluğa gəldikdən sonra öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qaçay oğlu ifadəsində göstərdi ki, 2018-ci il tarixdən Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Bərdə rayonu, Mehdixanlı və Həsənqaya İƏD-nə aid ərazilərə, kəndlərə nəzarət edir. O, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Hacallı kənd sakinlərindən bir nəfər qadının tüfəngdən açılmış atəş nəticəsində ölməsi barədə məlumat əldə etmiş və bu barədə dərhal rəhbərliyə məlumat vermiş, Mehdixanlı İƏD-nin nümayəndəsi Bəylər müəllim və Bərdə RPŞ-də əməliyatçı vəzifəsində işləyən Orxan ilə birlikdə Hacallı kəndində yerləşən həmin yaşayış yerinə getmişdir. Onlar hadisə yerinə çatanda Hacallı kəndində yaşayan və fərdi təsərrüfat sahəsinə malik olan Xalisə adlı qadını görmüşlər. Xalisə səhər saat 9 radələrində evdə olarkən ölən qadının uşağının gəlib onu evindən çağırmasını, uşağın ona anasının ölməsi xəbərini verdiyini bildirmişdir. Onlar silahın harada olmasını Xalisədən soruşduqda Xalisə qorxduğundan silahı hadisə yerindən götürüb mal damının arxasına atdığını demişdir. Bundan sonra Xalisə onlarla birlikdə mal damının arxasına getmiş və silahı atdığı yeri onlara göstərmişdir. Bərdə RPŞ-nin əməliyyatçıları tərəfindən Xalisənin göstərdiyi təklüləli tüfəng mal damının arxasındakı qamışlığın üzərindən götürülüb hadisənin baş verdiyi yaşayış evinin qarşısında, otluğun üzərinə qoyulmuşdur. O və digər polis əməkdaşları hadisə yerində Xalisədən tüfəngin kimə məxsus olmasını soruşduqda Xalisə tüfəng barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, Şahid2 ilə birlikdə sonuncunun tüfəngi atdığı yerə baxanda tüfəng gizlədilmiş vəziyyətdə yox, açıq-aydın görünmüşdür. Onlar mal damının arxasına keçən kimi tüfəngi görmüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Şahid4 Qaçay oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Qəhrəmanlı kəndində ailəsi ilə birlikdə yaşayır və həmin kənddə əkinçiliklə, kənd təsərrüfatı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs sonuncunun Bərdə rayonu, Nazırlı kəndində adını xatırlamadığı şəxsin fermasında çoban işlədiyi vaxtlardan, təxminən 1 il əvvəl tanımışdır. O, Təbrizi tanıdıqdan təxminən 15 gün sonra Təbriz həmin fermadan ayrılıb Qəhrəmanlı kənd sakini Marifin fərdi təsərrüfatında işləməyə başlamışdır. Marif onun kirvəsidir. Təbriz Marifin təsərrüfatında cəmi 20 gün işlədikdən sonra oradan da ayrılmışdır. Bundan sonra o, Təbrizi təxminən 5-6 ay görməmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə Elşən Təbrizlə mobil telefonda danışan zaman onu də konfransa qoşmuş, o, Elşəni səsindən tanısa da, özünü təqdim etdikdən sonra digər şəxsin Təbriz olduğunu bilmiş, Elşən anasının fərdi təsərrüfatında işləməsi üçün artıq Təbrizlə razılaşmışdır. Elşən Təbrizə 200 manat pul göndərmək istəmiş və Təbrizin dələduz olub-olmamasını ondan soruşduqda o, Təbrizdə belə bir xarakterin olduğunu görmədiyini, eşitmədiyini bildirmişdir. X40 arvadın təsərrüfatında işləməyə başladığını eşitmişdir. Təbrizlə arvadı arasında hər hansı münaqişənin şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, seyid nəslindən olmaqla, əsli bərdəlidir. Əvvəllər atasının Yevlax şəhərində tikintində işləməsi ilə bağlı uzun müddət Yevlaxda yaşamışdır. O, təxminən 2012-2013-cü illərdə Bərdə rayonu, Mehdixanlı İƏD-nin Hacallı kəndində 3 otaqlı birmərtəbəli həyət evi tikdirmiş, əvvəlcə həmin evdə bir il müddətə əmisigil yaşasa da, sonradan həmin evə özüm köçmüşdür. O, 2021-ci ilin mart ayında evlənmiş, evlilikdən iki azyaşlı əkiz oğlan övladı dünyaya gəlmişdir. O, hazırda Hacallı kəndində heyvandarlıq və əkinçiliklə məşğul olur. X15 onun qonşuluğunda yaşayır. Xalisə məcburi köçkündür. Xalisə də kənd təsərrüfatı və heyvandırlıqla məşğul olur. Xalisənin əri vəfat etmişdir, ancaq nə vaxt vəfat etdiyini dəqiq bilmir. Xalisə daimi Hacallı kəndində təkbaşına yaşayır. Xalisənin oğlu Elşənə camaat arasında Seyid Elşən deyirlər. Elşən isə Bakı şəhərində yaşasa da, tez-tez anasının yanına da gəlir. Xalisə arvadın təsərrüfatında təxminən 5 inək və təxminən 80-90 xırdabuynuzlu heyvanı vardır. Həmin heyvanlara baxmaq üçün onlar çobandan istifadə etmişdirlər. O, Təqsirləndirilən şəxs ilk dəfə Xalisə arvadın təsərrüfatında işləyən çoban kimi tanımışdır. Təbriz təxminən 15 gün əvvəl Xalisəyə kömək üçün Bakı şəhərindən ailəsi – arvadı və iki azyazşlı oğlu - ilə birlikdə gəlmişdir. O, Təbriz ilə həmin müddət ərzində cəmi 2-3 dəfə həmsöhbət olmuşdur. Təbrizdən əvvəl isə təxminən 1 il müddətində Nihad adlı bir çoban həmin təsərrüfatda işləmişdir. Bilmədiyi bir səbəbdən Nihad Xalisənin təsərrüfatından ayrılmış və bundan sonra Təbriz həmin təsərrüfatda işləmək üçün gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 oğlu Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “onun atasının adı Təbriz, anasının adı Xasa, qardaşımın adı isə Nicatdır. Onun atası ilə anası tez-tez dalaşmışdırlar. Atası anasını döymüşdür. Sonuncu dəfə anası evdə olan zaman atası ilə anası dalaşarkən o, qardaşı Nicatla çöldə oynamışdır. Atası qoyunların yanından gəlmiş və anası ilə dalaşmağa başlamışdır. O, onların səslərini eşimişdir. Atası onu evə girməyə qoymamış, ona “siz çöldə qalın” demişdir. Sonra atası anasına “atmış”, atası evdən çıxanda ona “kim soruşsa de ki, mamam özü-özünə atıb” sözünü demiş və heyvanların yanına getmişdir. O evə girəndə anası yerdə, mitilin üstündə arxası üstdə uzanmışdır. Sonra o, nənəni çağırmağa getmişdir. Nənə evə gəlmiş, ağlamış, nənə “tapança”nı götürüb dam tərəfə atmışdır. Nənə onun atasını çağırdıqdan sonra atası gəlmiş, bundan sonra kanalın o tərəfində qalan Famili çağırmışdırlar. Famil maşını ilə gəlmişdir. Onun anasını xəstəxanaya aparmışdırlar. İbtidai istintaq zamanı Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, onun maması ilə atası evdə dalaşanda qardaşı ilə birlikdə çöldə oynamışdırlar. Onların evdə böyük “tamapça” olmuş və həmin tapança evdən asılı olmuşdur. O, “hardan bilirsən ki, mamana atan atıb? Bəlkə maman özü-özünə atıb” sualına “Yox, atam mamama atdı. Atam evdən çıxıb heyvana gedəndə mən evə mamamın yanına getdim. Mamam yerdə uzanmışdı. Mamamın qarnında yara vardı.” cavabını vermişdir”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 may 2022-ci il tarixli “Hadisə yerinə baxış haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bərdə rayonu, Hacallı kəndi ərazisində fərdi təsərrüfat sahəsidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 aprel 2019-cu il tarixli raportdan görünür ki, 13 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində X25 və X26 xidmətdə olan zaman X37 onlara yaxınlaşaraq bir neçə dəqiqə əvvəl X7 iş otağında üstündə olan Makarov tipli tapança ilə atəş açaraq öldürdüyünü bildirmiş və 1 ədəd CK- 5069P nömrəli Makarov tipli tapançanı, 16 ədəd gülləni və 1 ədəd kaburanı təhvil vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 18 iyun 2022-cu il tarixli, 10 nömrəli ekspertiza rəyindən görünür ki, mərhum X22 meyidinin bədəni üzərində aşağıdakı xəsarətlər: qalça arteriyasının, venasının, bağırsaqların, uşaqlığın yaralanmaları, çanaq sümüyünün qəlpəli sınığı ilə qarın boşluğuna keçən göbək nahiyəsinin kor odlu silah (qırma) yaralanmaları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az əvvəl törənmişlər, müddəti qərarda göstərilən- xx.xx.2022-ci il tarixə uyğun gəlir, xəsarətlərin xarakterik xüsusiyyətlərinə əsasən demək olar ki, bu yara patronu qırma ilə doldurulmuş odlu silahdan ov tüfəngindən açılmış atəş nəticəsində qırmaların təsirindən törənmişdir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa AĞİR zərər vurmaya aiddir. X3 ölümünə göbək nahiyəsinin odlu silah (qırma) yaralanması ilə əlaqədar qalça arteriyasının və venasının yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyidinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X3 meyidinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlərin yerləşdikləri nahiyəyə və yara kanallarının istiqamətinə görə demək olar ki, göbək nahiyəsindəki yara kanalının istiqaməti öndən-arxaya, sağdan-sola, yuxarıdan-aşağıya doğru olmuşdur. X3 meyidinin bədəni üzərində-göbək nahiyəsində olan yaranın odlu silah yaralanmasının giriş dəlikləri olub mərmi (qırma) ilə dondurulmuş odlu silahdan mərmilərin (qırmaların) nisbi kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir. X3 meyidinin xarici müayinəsi zamanı hər iki qolunun uzunluğu 64 sm-dir. X10 hamilə deyildir. X3 meyidinin uşaqlıq yolu möhləviyyatı olan bir ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı tək-lək spermatozoidlər aşkar olundu. X3 arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilmədi, möhtəviyyatı olan 01 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, priazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 1871/k saylı maddi sübutların müayinəsi aktı). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X19 Publik Hüquqi şəxsin 26 may 2022-ci il tarixli, 340 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – dös qəfəsinin ön səthinin sol yarısının, sağ saidin yuxarı 1/3-nin arxa-bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 3/765;766 nömrəli ekspertiza rəyindən görünür ki, təqdim edilmiş bir ədəd silah - 1965-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №- li, xarici çaxmaqlı, patronluğu bir ədəd patron qoyulması üçün nəzərdə tutulmuş, təklüləli tüfəngdir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, o cümlədən lüləsi və qundağı kəsilməmişdir. -yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır və konstruksiyasına uyğun olaraq, həmin silahdan avtomatik və ya yarımavtomatik rejimdə atəş açmaq mümkün deyildir, atəş açmaq üçün hər dəfə silahın patronluğuna bir ədəd patron qoyulub, lüləsi bağlanıb çaxmağı döyüş vəziyyətinə keçirilib, tətiyi çəkilərək atəş açılır, atılmış növbəti patronun gilizi silahın patronluğundan avtomatik kənar edilmir (kənara atılmır), silahın lüləsi açılaraq giliz patronluqdan əl ilə çəkilib çıxarılır. Konstruksiyasına əsasən, təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №-li tüfəngin də aid olduğu yivsiz odlu ov silahlarından zavod üsulu ilə hazırlanmış patronlardan istifadə olunmaqla (tüfəngin konstruksiyası, patronlara doldurulmuş qırmaların diametrləri, sayı və s. nəzərə alınmaqla) atəş açılarkən, qırmalar silahın lüləsinin ağız kəsiyindən başlayaraq təxminən 1,5-2 metr məsafəyədək yığcam (kompakt) şəkildə - yayılmadan hərəkət edir, 1,5-2 metrdən 3-5 metrə qədər məsafədə nisbətən yığcam (kompakt) şəkildə - kiçik radiusda yayılır, 3-5 metr məsafədən başlayaraq isə onların yayılma sahəsi artır (genişlənir) və müvafiq məsafələrdə hədəflə təmas etdikdə (o cümlədən canlı hədəfdə) müvafiq zədəyetirmə xassəsinə malik olurlar. Təqdim edilmiş 1 (bir) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, atəşə (istifadəyə) yararlıdır və kalibrinə və təyinatına uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “ИЖ- 17” modelli, E 34100 №-li ov tüfəngində də istifadə oluna bilər. Təqdim edilmiş 1 (bir) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz, təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №- li ov tüfəngindən atılmışdır. Təqdim edilmiş 6 (altı) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər - diametrləri 3,75 mm olan (2 №-li) qırmalardırlar, döyüş sursatı hesab olunmurlar. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 1 (bir) ədəd 16 kalibrli gilizə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların, atəş komponenti kimi təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadıqlarını və eləcə də həmin gilizdən və təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №-li ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet - 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentinin atəşlə ayrılmış hissəsidir - polietilen “konteyner” tipli tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim olunmuş 1 (bir) ədəd 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun, təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən həmin gilizdən, yaxud başqa konkret bir gilizdən və eləcə də təqdim edilmiş 16 kalibrli, “ИЖ-17” modelli, E 34100 №-li ov tüfəngindən, yaxud da başqa hansısa konkret bir silahdan atılıbatılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından sonuncu atəşin vaxtını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Xasa Orucovaya” məxsus olduğu qeyd edilən bir ədəd jaket və bir ədəd uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 20 sm-dən 2 metrədək məsafə daxilində, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədə təqdim edilmiş silahdan açılmış atəş nəticəsində təqdim edilmiş X20 bədənindən götürülmüş kiçik oval formalı seçməyə bənzər metalların və tıxacın təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Xasa Orucovaya” məxsus olduğu qeyd edilən bir ədəd büstqalter, bir ədəd idman şalvarı və bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs” və “Şahid2ya” məxsus olduğu qeyd edilən geyim əşyaları, üzərində “hadisə yerindən götürüldüyü” qeyd edilən döşək üzü və yorğan üzünün səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Xasa Orucovaya” məxsus olduğu qeyd edilən bir ədəd büstqalter, bir ədəd idman şalvarı və bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları, üzərində “Şahid2ya” məxsus olduğu qeyd edilən bir ədəd jilet və bir ədəd ətəyin, üzərində “hadisə yerindən götürüldüyü” qeyd edilən döşək üzü və yorğan üzünün səthindən, Təqsirləndirilən şəxs əl və qolundan silinərək götürülmüş pambıq tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər bir-biri ilə və təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid2ya” məxsus olduğu qeyd edilən bir ədəd şal və bir ədəd gecəliyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklənaskər edilmədi. Qərarda qoyulan X16 paltarlarında odlu silah zədəsi olduğu halda, həmin zədə rikoşet güllənin təsirindən yarana bilərmi?” sualı istintaq yolu ilə müəyyən edilə bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 3/949 nömrəli rəyindən görünür ki, geyim əşyalarının səthində barıt hissəciklərinin qalması təsadüfi haldır və həmin geyim əşyalarını üzərində daşıyan şəxsin hadisə zamanı hadisədə yaxından iştirak edib-etməməsindən asılı olmayan digər səbəblərdən də həmin hissəciklər geyim əşyalarının səthinə düşə bilər. Belə ki, bu hissəciklərin Şahid2nın silahı əlinə alıb bir yerdən başqa bir yerə aparması və s. hallar da ola bilər. Lakin bütün bunlar ehtimal xarakterlidir və konkret fikir söyləməyə imkan vermir. Barıt hissəciklərinin geyim əşyalarının səthində qalma halları barədə tədqiqat üzrə ekspert ixtisasına aid ümumi və xüsusi elmi ədəbiyyat mövcud olmadığından Şahid2ya məxsus 1 ədəd jilet və 1 ədəd ətəyin səthindən aşkar aşkar edilmiş barıt hissəciklərinin konkret hansı halda yaranmasını müəyyən etmək mümkün deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 8 iyul 2022-ci il tarixli, 961 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 1 iyun 2022-i il tarixli 348/118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Şübhəli şəxs Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. Şübhəli şəxs Təqsirləndirilən şəxs özündən uydurmağa, simulyativ və ya dissimulyativ hərəkət etməyə meyilli deyildir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22--ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 may 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə, təxminən saat 9 radələrində X27 təklüləli tüfəngdən atəş açmaqla qəsdən öldürdüyü yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X51 Dispanserinin 3 iyun 2022-ci il tarixli 369 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X51 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingeçevir şəhəri X13 rayon Narkoloji kabinetin 7 iyun 2022-ci il tarixli 869 nömrəli arayışından görünür ki, Orucov X18 rayon Narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingeçevir şəhəri X13 rayon Narkoloji kabinetin 8 iyun 2022-ci il tarixli 1143 nömrəli arayışından görünür ki, Orucov X18 rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bərdə rayon Mərkəzi Xəstəxanasının 13 iyun 2022-ci il tarixli, PHŞ,1.1.37-3-2022- 223 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nın poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. xx.xx.2022-ci il tarixdə TTTYS şöbəsinə (XBT-İ06) “Yuxarı tənəffüs yollarının çoxsaylı və dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin infeksiyası” diaqnozu ilə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 iyul 2022-ci il tarixli, 011-7984-1222 nömrəli məkttubundan görünür ki, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahların və onlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparılır. Bu səbəbə görə də, təqdim etdilən 01 ədəd E-34100 nömrəli, 16 kalibrli, hamar tək lüləli İJ-17 modelli yivsiz ov tüfəngi həmin kartotekada yoxlanılmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 29 iyul 2022-ci il tarixli, 013-22175-1222 nömrəli məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində və axtarış uçotlarında “İJ-17” markalı, E34100 nömrəli ov tüfəngi barədə məlumat yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövhər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 8 avqust 2022-ci il tarixli, 455 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X36, oğulları Şahid1 (xx.xx.2018-ci il) və X30 (xx.xx.2019-cu il) ilə birlikdə Yevlax rayonu, Kövər kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs X20 atası X14 yetkinlik yaşına çatmayan nəvələri Şahid1 və X17 onunla yaşamalarını və onların ataları Təqsirləndirilən şəxs hazırda həbsdə olmasını nəzərə alaraq Şahid1 və X17 onun himayəsinə verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə 8 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 1 ədəd yivsiz odlu ov silahı (təklüləli tüfəng), 1 ədəd mobil telefon, pambıq tampon nümunələr, 1 ədəd giliz, 1 ədəd patron, 6 ədəd qırma, 1 ədəd tıxac, üzərində olan sarı-boz rəngli yun corab, göy rəngli, hər iki yanında zəncirbəndli cibləri olan yun şalvar, üzərində ağ-göy rəngli gülləri olan qara rəngli lifçik, qara-qırmızı zolaqları və önündə dəmir zəncirbəndi olan “ONSEXPLAN” yazılı boz rəngli uzunqol kofta, üzərində çoxlu sayda ağ rəngli qaşları olan boz rəngli uzunqol kofta, üzərində gümüşü rəngli dəmir düyməsi və zəncirbəndi olan qara vilvet şalvar, 1 ədəd ön tərəfində ağ rəngli naxışları olan tünd qəhvəyi qısaqol köynək, 1 ədəd ağ rəngli boğazlı, boğazında zəncirbəndi, sol sinə hissəsində cibi olan uzunqol kofta və bir cüt qara rəngli çəkmə, qara rəngli, ətəyi naxışlı qısa tuman, 1 ədəd önündə üç ədəd qaşlı düymələri, yanlarda isə cibləri olan qısaqol jilet, 1 ədəd şal, 1 ədəd qara rəngli kemano tuman maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanılır, 3 ədəd “CD” disk və 2 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması” protokolundan və 27 may 2022-ci il tarixli Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törtədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə barəsində 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti təyin edilmişdir. xx.xx.2019-u il tarixdə cəzanı tam çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin ağırlığı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni cinayətin odlu silahdan atəş açılması nəticəsində törədilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X28 yetirdiyi bədən xəsarətinin ağırlığını, xarakterini və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, təqsirləndirilən şəxsin cinayət əməlinin zərərçəkmiş şəxsin onun mərhum anası haqqında nalayiq ifadələr işlətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə törətməsini, iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini 61.1.7-ci maddəsinə əsasən ondan asılı vəziyyətdə olan şəxsə, yəni arvadı X28 qarşı törətməsini ağırlaşdıran hal kimi nəzərə almışdır. Zərərçəkmiş şəxs X36 Təqsirləndirilən şəxs ilə ailə münasibətlərində olmasına baxmayaraq məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən maddi və sair aslılığının olması müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 25 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olaraq Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanılan 1 ədəd yivsiz odlu ov silahı (təklüləli tüfəng), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, 1 ədəd giliz, 1 ədəd patron, 6 ədəd qırma, 1 ədəd tıxac pambıq tampon nümunələr, üzərində olan sarı-boz rəngli yun corab, göy rəngli, hər iki yanında zəncirbəndli cibləri olan yun şalvar, üzərində ağ-göy rəngli gülləri olan qara rəngli lifçik, qara-qırmızı zolaqları və önündə dəmir zəncirbəndi olan “ONSEXPLAN” yazılı boz rəngli uzunqol kofta, üzərində çoxlu sayda ağ rəngli qaşları olan boz rəngli uzunqol kofta, üzərində gümüşü rəngli dəmir düyməsi və zəncirbəndi olan qara vilvet şalvar, 1 ədəd ön tərəfində ağ rəngli naxışları olan tünd qəhvəyi qısaqol köynək, 1 ədəd ağ rəngli boğazlı, boğazında zəncirbəndi, sol sinə hissəsində cibi olan uzunqol kofta və bir cüt qara rəngli çəkmə, qara rəngli, ətəyi naxışlı qısa tuman, 1 ədəd önündə üç ədəd qaşlı düymələri, yanlarda isə cibləri olan qısaqol jilet, 1 ədəd şal, 1 ədəd qara rəngli kemano tuman təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilməli, 3 ədəd “CD” disk və 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarının 28-ci bəndində qeyd edilir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etdiyindən, X6 ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs övladları Şahid1 və X30 babası X6 himayəsinə etibar edilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 243 (iki yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 21 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 25 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması üçün” otağında saxlanılan 1 ədəd yivsiz odlu ov silahı (təklüləli tüfəng) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, 1 ədəd giliz, 1 ədəd patron, 6 ədəd qırma, 1 ədəd tıxac, pambıq tampon nümunələr, üzərində olan sarı-boz rəngli yun corab, göy rəngli, hər iki yanında zəncirbəndli cibləri olan yun şalvar, üzərində ağ-göy rəngli gülləri olan qara rəngli lifçik, qara-qırmızı zolaqları və önündə dəmir zəncirbəndi olan “ONSEXPLAN” yazılı boz rəngli uzunqol kofta, üzərində çoxlu sayda ağ rəngli qaşları olan boz rəngli uzunqol kofta, üzərində gümüşü rəngli dəmir düyməsi və zəncirbəndi olan qara vilvet şalvar, 1 ədəd ön tərəfində ağ rəngli naxışları olan tünd qəhvəyi qısaqol köynək, 1 ədəd ağ rəngli boğazlı, boğazında zəncirbəndi, sol sinə hissəsində cibi olan uzunqol kofta və bir cüt qara rəngli çəkmə, qara rəngli, ətəyi naxışlı qısa tuman, 1 ədəd önündə üç ədəd qaşlı düymələri, yanlarda isə cibləri olan qısaqol jilet, 1 ədəd şal, 1 ədəd qara rəngli kemano tuman təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilsin, 3 ədəd “CD” disk və 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladları Şahid1 və X30 babaları X6 himayəsinə etibar edilsinlər. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 243 (iki yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar