Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-398/2024 02.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakimləri Məmmədov Abdulla Elşad oğlu, (sədrlik edən) Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, iclas katibləri X3 və X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X8 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin və müdafiəçisi Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Yevlax rayon Qeydiyyat Şöbəsinin rəisi işləmiş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, İ. Əliyev küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 29 noyabr 2019-cu il tarixli, 622-K nömrəli əmrlə Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə 2 noyabr 2023-cü il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13-N nömrəli, xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”sinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini, onların bərpasını və ləğv edilməsini təmin etmək, vətəndaşlıq vəziyyəti akt qeydinin həmin qeyd üzrə razılıq tələb olunan digər şəxslərlə razılaşdırılmasını yoxlamaq, adın, ata adının və soyadın dəyişdirilməsi haqda ərizələrə baxmaq, bu ərizələrlə bağlı sorğuları, adın, ata adının və soyadın dəyişdirilməsi barədə rəyi imzalamaq və ya adın, ata adının və soyadın dəyişdirilməsindən imtina etmək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri, təkrar şəhadətnamələri, arayışları və vətəndaşlıq vəziyyəti akt qeydlərini imzalamaq və digər vəzifələrə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-192-ci maddələri və Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsaslanaraq xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbəri olduğu Yevlax rayon Qeydiyyat Şöbəsinin səlahiyyətləri daxilində olan X5 Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması səbəbindən ad və soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsinə köməklik göstərilməsi üçün 2023-cü ilin iyul ayında özünə müraciət etmiş tanışı Şahid3 Elçin İsmayılovun adına yeni doğum haqqında şəhadətnamə tərtib etməklə sonuncunun ad və soyadının “Şahid1” kimi qeyd edilməsi imkanına malik olduğunu bildirib, həmin məsələnin müsbət həlli ilə bağlı Elçin İsmayılovdan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat məbləğində pul vəsaitini həmin tarixdə Yevlax şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən Yevlax rayon Qeydiyyat şöbəsinin inzibati binasında xidməti otağında rüşvət qismində istəyib, Elçin İsmayılovun razılığını aldıqdan sonra həmin niyyətlə 20 iyul 2023-cü il tarixdə sözügedən ünvanda yerləşən xidməti otağında Şahid3 iştirakı ilə Elçin İsmayılovdan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, rüşvət qismində edəcəyi hərəkətin icrası ilə əlaqədar X5 ad və soyadını AZ İV seriyalı 914244 nömrəli doğum haqqında şəhadətnaməyə “Şahid1” kimi qeyd edərək özündə saxladığı Yevlax rayon Qeydiyyat Şöbəsinə məxsus dairəvi möhürlə təsdiq edib sonuncuya təqdim etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası zamanı Şahid2 Azərbaycan Respublikasının Daxili İşlər orqanları tərəfindən ölkə ərazisindən çıxışına qadağa qoyulması səbəbindən həmin qadağanın üzərindən götürülməsi, habelə ad və soyadının dəyişdirilməsi barədə tanışı Şahid3 2023-cü ilin iyul ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar edəcəyi hərəkətə, yəni Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləməklə Daxili İşlər orqanlarının vəzifəli şəxsləri ilə münasibətlərinin olmasını, güman edilən təsir imkanlarından və qulluq mövqeyindən istifadə edərək həmin vəzifəli şəxslər tərəfindən Şahid2 ölkə ərazisindən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, qeyd edilən məsələnin müsbət həlli ilə bağlı özü üçün birbaşa yolla maddi nemət olan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini istəyib, həmçinin həmin qadağa götürüldükdən sonra səlahiyyətləri daxilində olan sonuncunun adına yeni doğum haqqında şəhadətnamə tərtib etməklə ad və soyadının dəyişdirilməsi imkanına malik olduğunu bildirib, həmin məsələnin müsbət həlli ilə bağlı Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manat məbləğində pul vəsaitini 2023-cü ilin iyul ayında Yevlax şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən Yevlax rayon Qeydiyyat şöbəsinin inzibati binasında xidməti otağında təkrarən rüşvət qismində istəyib, Şahid2 razılığını aldıqdan sonra 20 iyul 2023-cü il tarixdə qeyd edilən ünvanda yerləşən xidməti otağında Şahid3 iştirakı ilə Şahid2 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3000 (üç min) manat, eyni niyyətlə 28 iyul 2023-cü il tarixdə həmin ünvanda 3000 (üç min) manat olmaqla cəmi 6000 (altı min) manat məbləğində pul vəsaitini şəxsən alıb, eyni niyyətlə 03 avqust 2023-cü il tarixdə cinayətdən xəbərsiz oğlu Cavid Quliyevin adına olmaqla özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 409858****0182 nömrəli “Leokart” plastik kart hesabına Şahid2 tərəfindən 4000 (dörd min) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub sözügedən bankın Gəncə şəhəri və Yevlax rayonu ərazisində yerləşən bankomatları vasitəsi ilə nağdlaşdırmaqla çıxarıb şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə əldə etdiyi 10000 (on min) manat pul vəsaitindən maddi nemət olan 2000 (iki min) manat hissəsini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, o cümlədən cinayətkar əməllərini davam etdirməklə 2023-cü ilin oktyabr ayında həmin qadağanın götürülməsi üçün Daxili İşlər orqanlarının vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək adı ilə cinayətdən xəbərsiz qardaşı Şahid4 oğlu vasitəsi ilə Gəncə şəhəri ərazisində sonuncunun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonun “Whatsapp” proqram təminatından istifadə edilməklə Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə aparılan danışıqlar zamanı sonuncudan əlavə olaraq özü üçün birbaşa yolla maddi nemət olan 4000 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə istəyib, öz həqiqi təsir imkanlarından istifadə edərək Şahid2 Azərbaycan Respublikasının Daxili İşlər orqanları tərəfindən ölkə ərazisindən çıxışına qoyulmuş qadağanın götürülməsi üçün sözügedən orqanın vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan ümumilikdə 12000 (on iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə istəyərək həmin məbləğin 8000 (səkkiz min) manatını özü üçün şəxsən birbaşa yolla almaqla vahid niyyətlə nüfuz alveri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə tam təqsirli bilərək, 312-2.1-ci maddə ilə isə təqsirli bilməyərək göstərdi ki, 2023-cü ilin iyul ayının əvvəllərində ümumi tanışlıq münasibətində olduğu Şahid3 onunla əlaqə saxlayıb yanına gəlmək istədiyini, iki nəfər tanışının ad və soyadının dəyişdirilməsini istədiyini demiş, birinin Rusiya Federasiyasına girişinə, digərinin isə ölkə ərazisindən çıxışına qadağa qoyulduğunu, bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt pula ehtiyacı olduğu və məsələni dəqiqləşdirmək üçün Nərimanı iş yerinə çağırmış, qısa müddət sonra Şahid3 iki nəfər sonradan tanıdığı Vüsal və Elçin adlı şəxslər Yevlax Qeydiyyat şöbəsinə gəlmişlər. Elçin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulduğunu, “deport” olunmasını, ad və soyadını qısa müddətə dəyişib yenidən işləməyə getmək istədiyini demiş, O da Elçinə ad və soyadını dəyişdirə, 15-20 gün ərzində yeni doğum haqqında şəhadətnamə verə biləcəyini, həmin şəhadətnamə əsasında da yeni şəxsiyyət vəsiqəsi və xarici pasport ala biləcəyini, maneəsiz Rusiya yaxud istənilən ölkəyə gedə biləcəyini, amma buna görə 2000 (iki min) manat pul verməli olduğunu demişdir. Nəriman digər tanışı Vüsalın ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş qadağa ilə əlaqədar problemin yarandığını bu məsələnin həllinə də köməklik etməyi xahiş etmiş, danışıq zamanı Vüsalın dələduzluq cinayəti üzrə artıq dəymiş ziyanı ödəməsini və barəsində olan cinayət işinin tezliklə xitam olunacağını Vüsal ölkədən çıxışına qadağının götürülməsi istəməsini demişdir. İş xitam olunduğu təqdirdə müəyyən müddət sonra hər bir halda şəxsin üzərindən qadağanın götürüləcəyini bildiyi üçün maddi çətinlikləri olduğundan guya vəzifədə olan hansısa tanışları vasitəsi ilə Vüsalın ölkədən çıxışına qoyulmuş qadağa ilə əlaqədar köməklik edə biləcəyini, qadağa götürüldükdə artıq ad və soyadının dəyişdirilməsini edəcəyini söyləmiş, qarşılığında isə 10000 (on min) manat pul istəmiş və həmin pulun 8000 (səkkiz min) manat hissəsinin vəzifəli tanışlarına çatacağını, qalan 2000 (iki min) manat müqabilində isə Elçin kimi Vüsalın da ad və soyadını dəyişdirəcəyini demişdir. Həmin ilin iyul ayının ortaları Nəriman yenidən Elçin və Vüsalla onun xidməti otağına gəlmiş, bir daha onlara dediklərini təkrarlayıb Elçinin verdiyi 2000 (iki min) manat, Vüsalın verdiyi 3000 (üç min) manat pulu almışdır. Vüsala 10000 (on min) manat pulu tam şəkildə verməyəcəyi halda işini həll edə bilməyəcəyini demiş, Vüsal qısa müddətə pulu tam verəcəyini demişdir. Elçindən ərizə-müraciət yazmış, iki ədəd 3x4 fotoşəkil, doğum haqqında şəhadətnaməsinin əslini, habelə şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətlərini almışdır. Növbəti günlərdə Yevlax rayon Polis Şöbəsinə sonuncu barəsində zəruri sorğular etmiş, prosedur qaydalarına riayət etmiş və təxminən bir ay ərzində bu məsələni həll edərək Elçin İsmayılovun ad və soyadını razılığı ilə “Şahid1”a dəyişdirilməsi haqda yeni doğum haqda şəhadətnaməni hazırlayıb ona vermişdir. Təxminən bir həftə və ya on gün sonra Vüsal yenidən Nərimanla birlikdə xidməti otağına gəlmiş, Vüsal ona daha 3000 (üç min) manat məbləğində pul vəsaitini vermiş, O Vüsala narazılığını bildirib qalan pulu qısa müddətə çatdırmasını demişdir. 2023-cü ilin avqust ayının əvvəli Nəriman onunla əlaqə saxlayıb Vüsalın pulun qalan hissəsini hazır etməsini qeyd etmiş, oğlu Cavid Quliyevin adına olmaqla istifadəsində olan "xxxx" ASC-yə məxsus “Leobank” plastik kartının hesab nömrəsini bildirib pulu həmin hesaba köçürməyi istəmiş, günortadan sonra 4000 (dörd min) manat pul vəsaiti sözügedən hesaba tam şəkildə yüklənmiş, qeyd edilən pulu Gəncə şəhəri və ya Yevlax rayonu ərazisində hissə-hissə müxtəlif vaxtlarda nağdlaşdırıb digər alınan pul vəsaitləri kimi şəxsi ehtiyaclarına sərf etmişdir. Növbəti aylarda Nəriman və Vüsal dəfələrlə onunla əlaqə saxlayıb işin nə yerdə olmasını dəqiqləşdirməyə çalışsalar da, vaxt uzatmaqla qısa müddətə düzələcəyini demiş, 2023-cü ilin oktyabr ayında Gəncə şəhərində yaşayan qardaşı Azərlə danışıq zamanı Vüsalın üzərində olan qadağanın götürülməsini vəd etməsini, işin ləngidiyini, vaxt qazanmaq üçün Nərimanla danışıb guya bu işlə özünün məşğul olmasını, qısa müddətə işi düzəldəcəyini, əlavə olaraq 4000 (dörd min) manat pul lazım olduğunu deməsini xahiş etmiş, qardaşı razılıq verib sonuncularla danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, Elçin İsmayılovun və Şahid2 pul vəsaiti istəyib almasında məqsədinin borcları və zəruri xərclərinin ödənilməsi ilə bağlı olduğunu bildirmişdir. O qoyulmuş məhdudiyyətin götürülməsi üçün hansısa vəzifəli şəxslə danışmamış, onun DİN-nin rəhbər vəzifəli şəxsləri ilə əlaqəsi olmamış, hansısa qərara təsir göstərmək istəyi və imkanı olmamışdır. Yaranmış vəziyyətdən istifadə edərək Vüsaldan daha artıq pul almaq üçün qardaşı da onun xahişi ilə Nəriman və Vüsalla danışmış hətta bir dəfə əyani olaraq Bakı şəhərində görüşmüşdür. Həm Vüsal, həm də Elçinin pul vəsaitini aldıqdan sonra o özü Nərimana hörmət əlaməti olaraq ümumilikdə 500 beş yüz manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 (İsmayılov Elçin) Miraf oğlu ifadəsində göstərdi ki, 2010-2019-cu illərdə Rusiya Federasiyasında yaşamış, sonradan həmin ölkədən “deport” olunduğu üçün Azərbaycana qayıtmış, Yevlax şəhərində olan zaman tanışı Şahid3la bu barədə danışmışdır. Sonuncu ona zaqsın (qeydiyyat şöbəsinin) müdiri Elşən adlı rəisi ilə münasibəti olmasını köməklik edə biləcəyini demişdir. 2023-cü ilin iyul ayının əvvəli Nəriman sonuncunun “Vüsal” adlı tanışı ilə birlikdə Elşənin yanına qeydiyyat şöbəsinə getmiş, sonuncu onları çox yaxşı qarşılayıb, dinləmiş, təxmini 15 gün ərzində ad-soyadını dəyişib yeni doğum haqqında şəhadətnamə verə biləcəyini, həmin sənəd əsasında yeni şəxsiyyət vəsiqəsi və xarici pasport alacağını, Rusiyaya maneəsiz qayıda biləcəyini demiş, buna görə ondan 2000 (iki min) manat pul istəmişdir. Ümumi şəkildə ad-soyadının dəyişdirilməsinin 3-6 ay çəkəcəyini bildiyi üçün Elşənin təklifi ilə razılaşmışdır. Danışıq zamanı Nəriman Elşəndən “Vüsal” adlı tanışının ölkədən çıxışına qoyulmuş qadağa ilə əlaqədar köməklik etmiş, Elşən isə qadağanın götürülməsi və adsoyadının dəyişdirilməsi üçün pul istəmişdir. İstənilən pul həddən artıq yüksək məbləğdə olduğu üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişlər. 10-15 gün sonra pulu hazırlayıb məlumat vermiş, prokurorluqda Vüsalın üzərinə xüsusi kamera qurğusu quraşdırılmışdır. 2023-cü ilin iyul ayının 20-si hər üçü birlikdə Bakıdan Yevlax şəhərinə gedib Elşənlə qeydiyyat şöbəsində görüşmüşlər. Söhbət vaxtı üzərində olan 2000 (iki min) manat pulu Nəriman və Vüsalın yanında Elşənə vermiş, gizli kamera ilə də çəkiliş aparılmışdır. Daha sonra özü çölə çıxmış, sonradan Vüsalın da Nərimanın yanında Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul verməsini öyrənmişdir. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs ona yeni doğum haqqında şəhadətnaməni vermiş, orada adsoyadı “Şahid1” kimi göstərilmiş, həmin sənəd əsasında digər şəxsiyyətini təsdiq edən sənədləri yeniləyib 2023-cü ilin oktyabr ayında Rusiya Federasiyasına maneəsiz gedibgəlmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-2023-cü illərdə cinayət əməllərinə görə ölkədən çıxışına qadağa qoyulmuş, sürücü olduğu üçün beynəlxalq yük daşımalarda iştirak edə bilməmiş və qadağanın götürülməsi üçün yol axtarmışdır. 2023-cü il iyun ayında tanışı Nərimanla bu barədə söhbət edərkən Nəriman ona X7 rəisinin onun tanışı olduğunu, bu məsələ ilə bağlı onun köməklik göstərə biləcəyini demişdir. O, Elşənin yanına Nərimanın “Elçin” adlı tanışı ilə birgə gəlmiş, həmin vaxt sonuncunun Rusiya Federasiyasından “deport” olunduğunu buna görə ad-soyadını dəyişdirmək istədiyini bilmişdir. Elşənin xidməti otağında olanda Elçinin ad və soyadının dəyişdirilməsi məsələsi müzakirə olunmuş, bu məsələyə görə Elşən 2000 (iki min) manat pul istəmişdir. Elşənə üzərinə qoyulmuş qadağalar barədə məlumat verəndə O, ölkədən çıxışına qoyulmuş “stop”un götürülməsini təmin edə biləcəyini, bundan sonra ad-soyadının da dəyişilməli olmasını bildirmiş, hər iki məsələnin həlli üçün ümumilikdə 10000 (on min) manat pul istəmiş, pulun 8000 (səkkiz min) manat hissəsinin məhz qadağanın götürülməsi üçün hansısa vəzifəli tanışına verəcəyini, 2000 (iki min) manat hissəsinin isə ad və soyadının dəyişdirilməsi üçün özünə çatacağını demişdir. O, Elşənlə razılaşmış, hamısı bir yerdə çıxıb getmişlər. Bakı şəhərinə qayıdanda yolda Nəriman və Elçin onlardan pul istədiyi üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə getməyi razılaşıb ərizə vermişlər. Bir müddət sonra 3000 (üç min) manat pulu hazırlamış, idarədə üzərinə gizli kamera yerləşdirilmiş, Nəriman və Vüsalla birlikdə Yevlax Rayon Qeydiyyat Şöbəsinə Elşənin yanına getmişlər. Elçin 2000 (iki min) manat, özü isə 3000 (üç min) manat pulu Elşənə vermiş, Elşən ondan pulun qalan hissəsini tələb etdiyi üçün bir neçə gün sonra yenidən sözügedən idarədə üzərinə gizli kamera quraşdırılmaqla 3000 (üç min) manat məbləğində pulu Nərimanın iştirakı ilə Yevlax Qeydiyyat şöbəsində, Elşənə otağında vermişdir. Elşənin istədiyi puldan qalan 4000 (dörd min) manat hissəni isə Elşən özü zəhmət çəkib rayona gəlməyə ehtiyac olmadığını, oğlunun adına olan karta göndərməyi demiş, 2023-cü ilin avqust ayının əvvəllərində hazırladığı pulu Korrupsiayaya qarı Mübarizə İdarəsinin əməkdaşlarına məlumat verməklə Elşən sonuncunun “whatsapp” proqramı vasitəsilə şəklini göndərdiyi plastik karta öz adına olan kartdan köçürmüşdür. Elşən məsələlərin iki ay ərzində həll olunacağını desə də, maraqlananda işin uzandığını demiş və sonuncunun qardaşı Azər ona “whatsapp” proqramı vasitəsilə zəng edərək “stop”un götürülməsi üçün əlavə olaraq 4000 (dörd min) manat verilməli olduğunu demiş, Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsilə zəng edib iradını bildirdikdə sonuncu “sənin işinlə bağlı əlavə xərclər çıxıb, buna görə 4000 (dörd min) manat da verməlisən” demiş, lakin imkanı olmadığından həmin pulu verə bilməmişdir. Sonradan barəsində ölkədən çıxışına qoyulmuş qadağa götürülsə də, ad soyadının dəyişdirilməsi təmin edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 da Elçin İsmayılovla (Şahid1la) və Şahid2lə eyni məzmunlu göstərmişdir ki, Elşənlə Yevlax rayon sakini kimi qeydiyyat şöbəsinə gedib gələndə tanış olmuş və münasibətləri yaranmışdır. Elçin və Vüsalı da Elşənin yanına sonuncular qeyd etdikləri məsələlərin həllində köməklik göstərməsi üçün aparmışdır. Elşəndən Elçin və Vüsalın işlərinin həllində vasitəçilik etməsi yaxud başqa hər hansı işlə bağlı pul istəyib almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Özü Gəncə şəhərində yaşamış, 2023-cü il oktyabr-noyabr ayında sonuncu bir neçə ay əvvəl Şahid2 adlı şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı müraciət etdiyini, həmin şəxsdən pul aldığını, lakin işin düzəlməsi üçün əlavə vaxta ehtiyac olduğu üçün inanmamasını və şikayət etmək istəməsini bildirməklə vaxt qazanmaq məqsədi ilə Şahid2lə danışıq aparmasını, guya özünün bu işlə məşğul olmasını və əlavə 4000 (dörd min) manat məbləğində pul lazım olduğunu deməyi xahiş etmiş, qardaşına problem yaranmaması və qardaşına inandığı üçün Vüsalla danışıb Elşənin dediklərini bildirmiş, bir dəfə də Bakıda dəqiq tanımadığı ərəzidə üzbəüz görüşüb sonuncu ilə söhbət etmiş və vaxtı uzatmağa çalışmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X9 və Şahid2 Təqsirləndirilən şəxs onlardan pul istəməsi barədə Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə yazılı müraciət etmiş, həmin məlumatın yoxlanılması üçün 9/14-25/23 saylı əməliyyat qeydiyyat işi açılmışdır. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5 (001)1592/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 6 (altı) ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli foto videoçəkiliş, aparılması eləcə də yaşayış yeri və iş yerinə mühüm əhəmiyyət kəsb edən yerlərə daxil olma və baxış keçirtmə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X4 qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə Elçin İsmayılov tərəfindən təqdim edilmiş müvafiq seriya və nömrəli 16 ədəd 100 manatlıq və 8 ədəd 50 manatlıq əskinasların üzərinə “Rüşvət 2023” sözləri xüsusi qaydada həkk edilməklə 2000 (iki min) manat məbləğində pul sonuncuya geri verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan “pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə sonuncu tərəfindən təqdim edilmiş müvafiq seriya və nömrəli 30 ədəd 100 manatlıq əskinasların üzərinə “Rüşvət 2023” sözləri xüsusi qaydada həkk edilməklə cəmi 3000 (üç min) manat məbləğində pul vəsaiti Şahid2 geri verilmiş, habelə həmin pulun verilməsi zamanı audi və video yazısının aparılması üçün sonuncunun üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmaqla istifadə qaydası izah edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 qeyriqanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə sonuncu tərəfindən təqdim edilmiş müvafiq seriya və nömrəli 26 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq əskinasların üzərinə “Rüşvət 2023” sözləri xüsusi qaydada həkk edilməklə cəmi 3000 (üç min) manat məbləğində pul vəsaiti Şahid2 geri verilmiş, habelə həmin pulun verilməsi zamanı audi və video yazısının aparılması üçün sonuncunun üzərinə “Stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmaqla istifadə qaydası izah edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş pul vəsaitinin təqdim edilməsi haqqında 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə sonuncu tərəfindən təqdim edilmiş müvafiq seriya və nömrəli 40 ədəd 100 manatlıq əskinaslarla tanış olduqdan və qeydiyyatı aparıldıqdan sonra cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaiti Şahid2 qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edillən “videogörüntülərə baxış keçirilməsi haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 üzərinə quraşdırılmış xüsusi texniki avadanlıq vasitəsi ilə qeydə alınan videogörüntüdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə X9 arasında ad-soyadının dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmaqla bu məsələnin həlli üçün sonuncudan 2000 (iki min) manat məbləğində pul vəsaiti istənilir, daha sonra Təqsirləndirilən şəxs vətəndaş E.M.İsmayılov tərəfindən təqdim edilən pul vəsaitini qəbul edərək əynində olan şalvarın cibinə yerləşdirir. Təqsirləndirilən şəxslə Şahid2 arasında da ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, habelə ad-soyadının dəyişdirilməsi ilə bağlı danışıqlar aparılmaqla bu məsələnin həlli üçün sonuncudan ümumilikdə 10000 (on min) manat məbləğində pul vəsaiti istənilir, Təqsirləndirilən şəxs həmin məbləğin 8000 (səkkiz min) manat hissəsinin məhz qadağanın götürülməsi məqsədilə hansısa vəzifəli tanışına çatacağını, qalan 2000 (iki min) manat hissəsinin isə ad və soyadının dəyişdirilməsi üçün özündə qalacağını bildirir, daha sonra Təqsirləndirilən şəxs vətəndaş Şahid2 tərəfindən təqdim edilən pul vəsaitini qəbul edərək əynində olan şalvarın cibinə yerləşdirir və qalan pulu qısa müddətə çatdırmasını, əks halda işini həll edə bilməyəcəyini deyir. Məhkəmədə tədqiq edilən Şahid2 üzərinə quraşdırılmış xüsusi texniki avadanlıq vasitəsi ilə qeydə alınan xx.xx.2023-cü il tarixli videogörüntüyə keçirilmiş baxış zamanı isə Təqsirləndirilən şəxslə sonuncu arasında ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi, habelə ad-soyadın dəyişdirilməsi ilə bağlı eyni məzmunlu danışıqlar aparılmaqla Təqsirləndirilən şəxs vətəndaş Şahid2 tərəfindən təqdim edilən 100 və 200 manatlıq əskinaslardan ibarət cəmi 3000 (üç min) manat məbləğində pul vəsaitini qəbul edərək əynində olan şalvarın cibinə yerləşdirir və qalan pulu qısa müddətə çatdırmasını, əks halda işini həll edə bilməyəcəyini təkrar edir. Videogörüntülərdə aparılan danışıqlarda və pul vəsaitlərinin təqdim edilməsi zamanı Şahid3 iştirak etməsi müşahidə edilir. Şahid2 istintaqa təqdim etdiyi videogörüntü və səs yazılarına baxış keçirilməsi haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, səs yazılarında Şahid4 oğlu ilə Şahid3 arasında Şahid2 üzərinə qoyulmuş qadağanın götürülməsi üçün əlavə pul vəsaitinin təqdim edilməsinin zəruriliyi və işin qısa müddətə həll olunacağı məzmununda, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında isə Şahid2 üzərinə qoyulmuş qadağanın götürülməsi və ad-soyadın dəyişdirilməsi üçün tələb olunan 10000 (on min) manat məbləğində pul vəsaitinin tam şəkildə çatdırılmalı olması məzmununda danışıqlar aparılmış, Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş səsli mesajda isə vəd etdiyi məsələni həll edəcəyini, bu işin üzərində özü və qardaşı Şahid4 çalışmasını, əks halda aldığı pulları geri qaytaracağını bildirir. Videogörüntülərdə isə Təqsirləndirilən şəxs artıq Elçin İsmayılova (Şahid1) yeni doğum haqqında şəhadətnamə təqdim etməsi və bundan sonra artıq həmin sənəd əsasında müvafiq dövlət qurumlarından digər zəruri sənədləri əldə edə biləcəyi barədə danışıqlar aparması müşahidə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023cü il tarixli ərizədən görünür ki, X1 rayon Qeydiyyat şöbəsinə müraciət edərək öz arzusu ilə ad və soyadının “Şahid1” kimi dəyişdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı, 17670370 nömrəli şəxsiyyət vəsiqəsi, AZ-T seriyalı, 233862 nömrəli doğum haqqında şəhadətnamə və AO seriyalı, ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, Şahid1 əvvəlki ad və soyadı Elçin İsmayılov olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 23 avqust 2023-cü il tarixli “ad və soyadın dəyişdirilməsi haqqında” rəy, 23 avqust 2023-cü il tarixli akt qeydi, AZ-İV seriyalı, 914244 nömrəli doğum haqqında şəhadətnamə, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi və AZE seriyalı, C03900949 nömrəli pasportun surətlərindən görünür ki, X5 ad və soyadı Şahid1 dəyişdirilməklə sonuncu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Rusiya Federasiyası ərazisində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixə saat 14:07də Şahid2 adına olan AZ62UBAZ**********1010AZN001 nömrəli “Leobank” kart hesabından “Cavid Q.” adlı şəxsin 4098-58****0182 nömrəli “Leobank” kart hesabına 4000 (dörd min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, xx/xx-103522/23-1Q nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə Şahid2 barəsində borclunun axtarışı haqqında qərar qəbul edilib icra üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən Cəlilabad rayon Polis şöbəsinin 29.022024-cü il tarixli, 3-13-71/2-7497/2024 nömrəli məktubu, əlavə edilmiş qərar və bildirişlərdən görünür ki, PŞ-nin İstintaq bölməsində Şahid2 barəsində istintaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə sonuncunun ölkədən çıxışına qoyulmuş qadağa xx.xx.2023-cü il tarixdə “İAMAS-ın sərhədkeçməyə məhdudiyyət” siyahısından çıxarılmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilən DİN-nin xx.xx.2024-cü il tarixli, 3- 13/2-19660/2024 nömrəli məktubdan görünür ki, Abşeron rayon Polis İdarəsi tərəfindən açılmış 271821 nömrəli axtarış işi ilə bağlı Şahid2 “Sərhəd, nəzarət və giriş-çıxışın məhdudlaşdırılması” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin mərkəzi məlumatlar bazasına “saxla” statusu ilə daxil edilmiş və hazırda aktivdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə xx.xx.2019-cu il tarixli, 622-K nömrəli əmrdən çıxarışdan görünür ki, Naftalan şəhər qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad olunaraq Yevlax rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi rəisinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ilin yanvar ayından ədliyyə orqanlarında əmək fəaliyyətinə başlamaqla Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Gəncə bölgə şöbəsinin aparıcı mütəxəssisi, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin böyük məsləhətçisi, Bərdə regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi, Naftalan şəhər qeydiyyat şöbəsinin rəisi, 2019-cu ilin noyabr ayından 2023-cü ilin noyabr ayınadək Yevlax rayon qeydiyyat şöbəsinin rəisi vəzifələrində işləmiş, 2019-cu ildə Təqsirləndirilən şəxs ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə xx.xx.2023-ci il tarixli, 553-K nömrəli əmrdən çıxarışdan görünür ki, yol verdiyi çoxsaylı kobud qanun pozuntuları və ciddi nöqsanlara görə Yevlax rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri Təqsirləndirilən şəxs həmin tarixdə ədliyyə orqanlarından xaric edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13-N nömrəli, xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”sinə əsasən, qeydiyyat şöbə rəisinin şöbənin işini təşkil etmək, onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək, vətəndaş qəbul etmək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və elektron qaydada qeydiyyatının aparılmasını, bu barədə şahədatnamələrin verilməsini, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini, onların bərpasını və ləğv edilməsini təmin etmək, vətəndaşlıq vəziyyəti akt qeydinin həmin qeyd üzrə razılıq tələb olunan digər şəxslərlə razılaşdırılmasını yoxlamaq, adın, ata adının və soyadın dəyişdirilməsi haqda ərizələrə baxmaq, bu ərizələrlə bağlı sorğuları, adın, ata adının və soyadın dəyişdirilməsi barədə rəyi imzalamaq və ya adın, ata adının və soyadın dəyişdirilməsindən imtina etmək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələri, təkrar şəhadətnamələri, arayışları və vətəndaşlıq vəziyyəti akt qeydlərini imzalamaq və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixdə DİN Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 860 nömrəli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 18 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, videgörüntülər və səs yazıları olan 3 ədəd DVD disk, "xxxx" ASC tərəfindən təqdim edilmiş qəbzin surəti və AZ- İV seriyalı, 914244 nömrəli doğum haqqında şəhadətnamənin əsli qanuni sahiblərinə geri qaytarılmış, surətləri isə təsdiq edilərək maddi sübut kimi iş materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 312-2.1-ci maddə ilə özünü təqsirli bilməməsi, Şahid2 ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı hər hansı bir vəzifəli şəxsə müraciət etməməsi və hansısa vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanı olmamasını, qardaşını da vaxt udmaq üçün sonuncunu aldatmaq və üzərindəki məhududiyyət götürülənə qədər vaxt udmaq məqsədilə etməsini, işin məhkəmədə araşdırılmış faktiki halları və sübutlarla ziddiyyət təşkil etdiyi üçün sübut kimi qəbul etmir, təqsirləndirilən şəxsin özünümüdafiə, özünüifşaetmədə sərbəstliyi kimi qiymətləndirir. Belə ki, məhkəmədə tədqiq edilmiş cinayət iş materiallarına və təqsirləndirilən şəxsin öz ifadəsinə əsasən onun Yevlax rayon qeydiyyat şöbəsinin rəisi kimi hüquqmühafizə orqanları polislə davamlı xidməti əlaqələrinin olması, qardaşının vasitəsilə DİNnin vəzifəli və iş üzrə icraatında olan şəxslərə təsir imkanlarının olması istisna edilmədiyindən və iş üzrə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhz əlaqələrdən istifadə edərək şəxsin üzərində olan ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün 10 (on min) manat pul vəsaitini tələb edib alması, qeyd edilən pulun 8 (səkkiz) min manatının məhz qoyulmuş məhdudiyyətin götürülməsi üçün vəzifəli şəxslərə rüşvət verilməsi üçün təqdim edilməsi verilən ittihamın həmin hissədə də əsaslı olmasını təsdiq edən amillərdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində və sübutların tədqiqi (şahidlərin) dindirilməsi zamanı Vüsal İmamquluyevin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün vaxt udmaq məqsədilə (şəxsin barəsində olan cinayət işi üzrə barışıq olması və dəymiş ziyan ödənildiyi üçün barəsindəki cinayət işinə xitam verildikdən sonra ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını ehtimal etməsi) etməsini göstərmişdir. Qeyd edilən hissədə onun əməllərində aldatma və etibardan sui-istifadə etmənin (dələduzluğun) oxşar əlamətləri olsa da, məhkəmə qeyd edilənlərə əsasən şəxsin əməlinin dələduzluq deyil, məhz nüfuz alveri olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla üzərinə qoyulmuş ölkədən çıxışa məhdudiyyəti götürülməsi məqsədilə müraciət etmiş şəxsə - Şahid2 məhz ehtimal edilən təsir imkanı (xahiş, maddi nemət təklifi və sair) ilə üzərinə qoyulmuş məhdudiyyəti aradan qaldıracağını, sonradan isə ona xidməti vəzifələrinin icrası ilə bağlı yeni doğum haqqında şəhadətnamə verəcəyini vəd etmişdir. Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi altı min manatdan on min manatadək miqdarda cərimə və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi təkrar olaraq törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmədə araşdırılan cinayət işi materiallarından göründüyü kimi hazırki iş üzrə Təqsirləndirilən şəxs əlavə cəza kimi müəyyən vəzifə tutmanın qadağan edilməsi cəzanın cinayət qanununda nəzərdə tutulmuş ümumi xəbərdaredici funksiyasının həyata keçirilməsi üçün məqsədəmüvafiq və zəruridir. Belə ki, tətbiq ediləcək əlavə cəza hüquqpozuntularınaa meylli şəxslər arasında gələcəkdə cinayət törədəcəyi təqdirdə azadlıqdan məhrumetmə növündə və digər cəzalara məruz qalmaqla yanaşı uzun müddət müəyyən vəzifə tutmağın mümkünsüzlüyünə dair fikir formalaşdıracaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48.0.-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar qəbul edir. Lakin cinayət işinin hazırki baxışı zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar (məhkəmə prosesində davranışı, cinayət prosesi iştirakçılarına və məhkəməyə münasibəti) uzunmüddətli xidməti fəaliyyəti dövründə hazırki cinayət hadisəsindən başqa digər hüquqpozuntularına yol verməməsi, məhkəmə tərəfindən ağır cinayət törətsə də, şəxsin ona verilmiş xüsusi rütbədən məhrum edilməsinə əsas olmadığı, belə qərarın ədalətli və qanuni olmayacağı, ədliyyə orqanlarında xidmət etmək arzusunda olan şəxslərə mənfi təsirinin olacağına dair qənaətə gətirmişdir. Beləliklə məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.13-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli öz qulluq mövqeyindən istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Təqsiri sübuta yetirilən maddələrdən biri CM-nin 312-1.1ci maddədə daha yüngül cəza kimi cərimə növündə cəza nəzərdə tutulsa da, təqsirləndirilən şəxsin əməlində məhz həmin hissədə ağırlaşdırıcı hal müəyyən edildiyindən, şəxsə cərimə növündə cəzanın təyin edilməsi ədalət mühakiməsinin mənafeləri ilə uyğun olmadığından məhkəmə Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan videogörüntü və səs yazıları olan 2 ədəd DVD və 1 ədəd CD disklər, AZ-İV seriyalı, 914244 nömrəli doğum haqqında şəhadətnamə, AA5440143 nömrəli şəxsiyyət vəsiqəsi və AZE seriyalı, C03900949 nömrəli pasportun surətləri cinayət işi materiallarında saxlanılmalı, sənədlərin əslinin Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 46.2.-ci maddəsinə əsasən 1 (bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2.-ci maddəsinə əsasən 1 (bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan videogörüntü və səs yazıları olan 2 ədəd DVD və 1 ədəd CD disklər, AZ-İV seriyalı, 914244 nömrəli doğum haqqında şəhadətnamə, AA5440143 nömrəli şəxsiyyət vəsiqəsi və AZE seriyalı, C03900949 nömrəli pasportun surətləri cinayət işi materiallarında saxlanılsın, sənədlərin əslinin Şahid1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-398/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-398/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver