Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-4/2021 08.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X29 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X14 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslərin nümayəndələri X9, X15, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli, ailəli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı X6, keçmiş “xxxx” ASC-nin Tovuz filialının müdiri Şahid2, həmin filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid6 və Şahid4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək özgə əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs3 Gəncə şəhəri, Kəpəz rayonu N.Nərimanov küçəsi 12-də yerləşən və 22.000 manat məbləğində qiymətləndirilən 1 saylı, X10 Gəncə şəhəri, Vaqif küçəsi 5-ci döngədə yerləşən və 180.000 manat məbləğində qiymətləndirilən 11 saylı, Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Bakı fəhləsi küçəsində yerləşən və 100.000 manat məbləğində qiymətləndirilən 29 saylı, Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Dostluq küçəsində yerləşən və 40.000 manat məbləğində qiymətləndirilən 6 saylı və Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən və 100.000 manat məbləğində qiymətləndirilən 44-46 saylı evlərini keçmiş “xxxx” ASC-nin Tovuz şəhərində yerləşən filialına girov qoyduqları halda, onlara kredit verilməsini təşkil edəcəyini vəd verərək, sonuncuların ona olan inam və etimadlarından istifadə etməklə, R.Əbdürəhmanovun vasitəsi ilə əldə etdiyi həmin evlərin sənədlərini filiala girov qoyması ilə özünün, guya ev təmiri məqsədilə 400.000 manat məbləğində vəsaiti alması barədə xx.xx.2008-ci il tarixli 1811 nömrəli kredit müqaviləsinə krediti alan, xx.xx.2008, xx.xx.2008 və xx.xx.2008-ci il tarixli ipoteka müqavilələrinə isə ipoteka qoyan şəxs kimi imza edərək qeyd edilən məbləğdə kredit vəsaitinin verilməsinin əsaslığı görüntüsünü yaradıb Zərərçəkmiş şəxs3 məxsus 22000 manat, Zərərçəkmiş şəxs2 məxsus 40.000, Zərərçəkmiş şəxs1 məxsus 100.000 manat, Ə.Əsgərovaya məxsus 180.000 manat və Zərərçəkmiş şəxs4 məxsus 100.000 manat dəyərində əmlakların faktiki olaraq özünün aldığı yuxarıda qeyd edilən məbləğdə kredit üçün banka girov qoyulması ilə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və R.Əbdürəhmanov və qeyriləri ilə birlikdə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə təkrarən talanmışdır. Bundan əlavə o, “xxxx” ASC-nin 2 saylı yasamal filialının müdiri Şahid3 Mail oğluna etibar olunmuş əmlakı talama məqsədilə, sonuncu və tanışı X6 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, götürüləcək kreditin əsaslılığı və təminatlı olması üçün heç bir girov əmlakı qoymadan və həmin dövrdə götürəcəyi kredit ödəmək imkanı olmadığı halda, “xxxx” ASC-nin Bakı şəhərində yerləşən 2 saylı Yasamal filialından, guya kommersiya fəaliyyətini genişləndirmək adı ilə 50.000 manat məbləğində kredit vəsaitini alması barədə xx xxxxxxx 2008-ci il tarixli 255 nömrəli kredit müqaviləsi və digər rəsmi sənədləri imzalayıb həmin məbləğdə vəsaiti nağdlaşdırıb götürüb özlərinin şəxsi ehtiyaclarına sərf etməklə, R.Əbdürəhmanov və qeyriləri ilə birlikdə bilavasitə iştirak etməklə mənimsəmə yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən Gəncə şəhər kolxoz bazarının yaxınlığında yerləşən qohumu X3 məxsus ərzaq malları mağazasında fəhlə, 2008-2009-cu illərdə isə sonuncuya məxsus Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən valyutadəyişmə məntəqəsində satıcı işləmiş, 2009-cu ildə sonuncu həbs edildikdən sonra işdən çıxmış və fərdi qaydada qaynaqçı işləmişdir. X31 Gəncə şəhər Humanitar Kollecində müəllimə işləyir, birgə nigahlarından 2 oğlu vardır. Həmçinin ifadəsində bildirdi ki, «xxxx» ASC-nin 2 saylı Yasamal filialında adına rəsmiləşdirilən 50.000 manat kredit onun adına rəsmiləşdirilsə də, həmin vəsaiti X7 və Şahid3 Mail oğlu götürmüş, belə ki, təxminən 2008-ci ildə Gəncə şəhərində H.Əliyev və Ş.Xətai prospektlərinin kəsişməsində yerləşən ərazidə Rəfael Əbdürəhmanova məxsus valyutadəyişmə məntəqəsində satıcı işində işləyərkən sonuncu və Şahid3 onun yanına gəlmiş, onların xahişləri ilə ona təqdim etdikləri bir neçə kredit sənədlərini imzalamış, sonuncular həmin sənədlər əsasında ərzaq malları üçün müəyyən şirkətlərə pullar köçürüləcəyini bildirmiş, o, onlara inandığı üçün həmin sənədləri imzalamış, sonradan isə imzaladığı sənədlərin adına «xxxx» ASC-nin 2 saylı Yasamal filialından rəsmiləşdirilmiş 50.000 manat məbləğində kredit vəsaitinin alınması və həmin vəsaitinin köçürülməsi barədə sənədlər olmasını bilmişdir. Həmin sənədlərdə adının qarşısında olan imzalar ona məxsusdur, lakin həmin pulları o, hər hansı bankdan almamış, qeyd edilən dövrlərdə onun kreditə, o cümlədən 50.000 manat məbləğində kreditə ehtiyacı, həmçinin həmin məbləğdə krediti götürmək üçün girov qoyulacaq əmlakı da olmamışdır. Bundan sonra 2008-ci ildə Rəfael Əbdürəhmanov və Şahid6 onun iş yerinə gələrək «xxxx» ASC-nin Tovuz filialına aid bir neçə sənədlərə ona imza etdirmişlər. O, sonradan imzaladığı səndələrin «xxxx» ASC-nin Tovuz filialından adına rəsmiləşdirilmiş 400.000 manat məbləğində kredit və Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 adlarına rəsmiləşdirilmiş evlərin 400.000 manat məbləğində kreditlə bağlı evlərinin ipoteka yüklülüyünə qoyulması barədə sənədlər olmasını bilmişdir. Kredit və ipoetka sənədlərində adının qarşısında olan imzalar ona məxsusdur və imzalar onun tərəfindən icra olunmuşdur. Lakin ipoteka müqaviləsində göstərilən həmin şəxslərdən Zərərçəkmiş şəxs3 onun qardaşı İsmayıl adlı şəxsə görə tanımış və sonuncu Rəfael Əbdürəhmanovun təhsil aldığı orta məktəbdə sinif yoldaşı olmuş, digər şəxsləri isə əvvəllər tanımamış və onları yalnız məhkəmə iclasında görmüşdür. «xxxx» ASC-nin Tovuz filialının xəzinəsindən götürülmüş 247.400 manat nağd pulun verilməsinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli 019676 nömrəli və 148.500 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarixli 019677 nömrəli pul çeklərdə «İmza» qrafalarında olan imzalar ona məxsus olmasına baxmayaraq həmin vəsaitdən ona verilməmiş və onun götürülən həmin pulla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, 2008-ci ildə şəxsi işləri ilə bağlı pula ehtiyacı olduğu üçün evini banka girov qoyub bankdan kredit pul götürmək istəmiş, Gəncə şəhərində özünü bank dilleri kimi təqdim edən Şahid4 adlı şəxsin bu məsələdə ona köməklik edə biləcəyini eşitmiş, 2008-ci ilin avqust ayında sonuncunu axtarıb tapmış və istəyini ona bildirmişdir. Şahid4 ona bankdan kredit pul götürməsi üçün evin mülkiyyəti ilə bağlı müəyyən sənədləri toplamasını tapşırmış, onun köməkliyi ilə zəruri olan sənədləri toplamış, notariat kontorunda adının Rəfael Əbdürəhmanov olmasını bildiyi şəxs orada olmuş və o da müəyyən sənədlərə imza etmiş, sonuncular evinin sənədini ondan aldıqdan sonra istədiyi pulu ona verəcəklərini bildirmişdir. Lakin sonradan Rəfael Əbdürəhmanov və Şahid4 ona istədiyi pulu və ya evinin sənədini verməmişlər. O, hər dəfə onlardan evinin sənədlərini tələb edəndə müxtəlif bəhanələr gətirərək evinin sənədlərini və ya istədiyi pulu verməmişlər. 2008-ci ilin sonunda isə Rəfael Əbdürəhmanov ona 10.000 ABŞ dolları pul verərək həmin pulun öz şəxsi vəsaiti olduğunu, bankdan pul ala bilmədiyini bildirmişdir. O, sonradan sonuncu tərəfindən aldadıldığını başa düşüb aldığı pulu ona geri qaytarmış və evinin sənədlərini tələb etmişdir. Lakin sonuncu ona evinin sənədlərinin «xxxx» ASC-nin Tovuz filialında girov yüklülüyündə olmasını bildirmiş, sonradan isə onun tərəfindən 5 ay ərzində pul ödənişi olmaması barədə «xxxx»ın Tovuz filialından onun ünvanına məktub gəlmişdir. O, buna görə həmin filiala getmiş və onunla birlikdə cəmi 5 şəxsin evlərinin həmin filialdan Təqsirləndirilən şəxs adlı şəxsin adına olan 400.000 manat məbləğində kredit üçün girov qoyulmasını bilmiş, lakin onun həmin pulun kim tərəfindən və hansı qaydada götürülməsindən məlumatı olmamışdır. O, sonradan ona qarşı həmin filial tərəfindən qaldırılmış iddialar əsasında keçirilən məhkəmə iclaslarında evinin 400.000 manat kredit üçün aldadılaraq girov qoylumasından məlumatı olmadığını, həmin pulun kim tərəfindən alınmasını bilmədiyini bildirmişdir. Sonradan isə Rəfael Əbdürəhmanovu tapıb evinin sənədlərini qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamış, sonuncu yenə də müxtəlif bəhanələrlə onu aldatmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə olaraq bildirdi ki, hazırda ona dəymiş ziyan ödənilmiş, evinin sənədləri özünə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs məhkəmə zamanı tanımış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2008-ci ildə bankdan kredit almaq üçün pula ehtiyacı olduğunu tanışı İsmayıl İsmayılova bildirmiş və sonuncu bununla bağlı onu Rəfael Əbdürəhmanov adlı əvvəllər tanımadığı şəxslə tanış etmiş, aralarında olan söhbət zamanı sonuncu ona yaşadığı evi banka girov qoyduğu halda, bankdan kredit pulu almaq üçün köməklik edə biləcəyini bildirmiş, onun təklifi ilə razılaşmış və bir müddət sonra özünə məxsus evin sənədlərini ona versə də, sonradan evin sənədlərini ondan alıb öz təşəbbüsü ilə banklara müraciət etmək qərarına gəlmişdir. O, Gəncə şəhərində fəaliyyət göstərən banklara müraciət etmiş, lakin kredit verilmədiyi ona bildirildiyi üçün kredit ala bilməmişdir. Bundan sonra kredit almaqdan ötəri yenidən Rəfael Əbdürəhmanova müraciət etmiş və evinin mülkiyyət sənədlərini ona vermiş, sonuncu digər müvafiq sənədləri də özü əldə edəcəyini bildirərək bir müddət sonra iş gününün axırında onu və arvadı Yeganə Hüseynovanı müvafiq sənədlərə imza etməkdən ötrü Gəncə şəhəri, A.Səhhət küçəsində yerləşən Notariat Kontoruna dəvət etmiş, ona görə də arvadı ilə birlikdə həmin Notariat Kontoruna getmiş və təqdim edilən bütün sənədləri imzalamış, sənədləri imzaladıqdan sonra Rəfael Əbdürəhmanov pulu götürəndə ona xəbər verəcəyini bildirmişdir. Lakın bir müddət keçməsinə baxmayaraq ondan xəbər çıxmadığı üçün narahat olmuş və yaşadığı evlə bağlı Evlər İdarəsinə müraciət etmişdir. Özünün və digər bir neçə şəxsin, ümumilikdə 5 şəxsə məxsus evlərin Təqsirləndirilən şəxs adına «xxxx» ASC-nin Tovuz filialında sənədləşdirilən 400.000 manat məbləğində kreditə görə girov yüklülüyündə olmasını bilmiş, bundan sonra Rəfael Əbdürəhmanovu axtarsa da, onu tapa bilməmiş, telefon zənglərinə də sonuncu cavab verməmişdir. Bir müddət sonra evinə gəlmiş qeyd edilən bankın əməkdaşları kreditlə bağlı ödəniş etmək barədə ona xəbərdarlıq etmiş, sənədlərə imza etsə də bankdan pul almadığını həmin əməkdaşlara bildirmişdir. O, 2009-cu ilin fevral ayında Gəncə şəhəri Nizami rayon məhkəməsinə çağırılmış və məhkəmədə əvvəllər tanımadığı Təqsirləndirilən şəxslə görüşmüş, məhkəmə iclası zamanı bir daha evinin sonuncunun adına həmin bankdan sənədləşdirilmiş 400.000 manat məbləğində kreditə görə girov qoyulmasını bilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirdi ki, hazırda ona dəymiş ziyan ödənilmiş, evinin sənədləri özünə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs məhkəmə zamanı tanımış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, o, 2008-ci ilin yay ayında telefon vasitəsi ilə yoldaşına qudalarına 15- 20 min pul lazım olduğunu və 2 aya qaytaracağını demişdir. Onların pulu olmadığından evlərinin sənədlərini banka girov qoyub pul götürmək istəmişlər. O, da yoldaşı Elşən də etiraz etməmişlər. Bununla əlaqədar gələ bilmədiyinə görə yoldaşı onun adına etibarnamə göndərmiş, o, həmin etibarnamə əsasında evin sənədlərini qudası Elyara banka qoyması üçün sənəd toplaması üçün vermişdir. İlk dəfə Şahid4 və Rəfael Əbdürəhmanovu xx xxxxxx 2008-ci il tarixdə 4 saylı Notariat Kontorunda görmüşdür. Belə ki, Elyar ona təcili olaraq, həmin yerə oğlu Çingizlə gəlməyini xahiş etmişdir. O, da Notariat Kontoruna getmiş və təqdim olunan bütün sənədləri imzalamışdır. Sənədləri imzaladıqdan sonra Rəfael və Elnarə 1 həftəyə bankdan pulu götürəcəklərinə söz vermişlər. Onlar oradan evə gəlmiş və onların zəngini gözləmişlər. Lakin bir müddət keçməsinə baxmayaraq onlardan xəbər çıxmamış, həmçinin nə pulu verməmişlər, nə də evin sənədlərini geri qaytarmamışlar. xx xxxxxx 2008-ci il tarixdə xxxxın Tovuz filialından ona məktub gələrək götürülən pulun faizlərini ödəməli olmaları bildirilmişdir. Odur ki, əri Elşən Elyarla birlikdə Tovuz şəhərinə gedib bu barədə maraqlanmış, oranın müdiri Ədalət müəllim onları tanımadığını və 5 evə 400.000 pul ayırdığını bildirmişdir. Pulun Təqsirləndirilən şəxs adına verildiyini bildirmişdir. Bundan sonra o, 2009-cu ilin fevral ayında Gəncə şəhəri Nizami rayon Məhkəməsinə çağırılmış və məhkəmədə əvvəllər tanımadığı Təqsirləndirilən şəxslə görüşmüşdür. Məhkəmə iclası zamanı bir daha evinin sonuncunun adına həmin bankdan sənədləşdirilmiş 400.000 manat məbləğində kreditə görə girov qoyulduğu bilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsinə əlavə olaraq bildirdi ki, hazırda ona dəymiş ziyan ödənilmiş, evinin sənədləri özünə geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs məhkəmə zamanı tanımış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “2008ci ilin yay aylarında ona pul lazım olduğuna görə hər hansı bir bankdan 30.000 ABŞ dollar kredit almaq istəmiş, lakin heç bir bankdan ona kredit verməmişdir. Həmin ərəfədə bankların birində özlərini ona bank dilleri kimi təqdim edən Şahid4 və onun yanında olan Ramil adlı şəxslərlə tanış olmuşdur. Onlar söhbət zamanı bankların birindən ona kredit almağa köməklik göstərə biləcəklərini, ancaq bir şərtlə ki, aldığı kreditin 10 faizini onlara verməyimi bildirmişlər. O, razılaşdıqdan sonra kredit almaq üçün banka girov qoymaq lazım olduğunu bildirmişlər. Gəncə şəhəri, Bakı fəhləsi küçəsi ev 29 onun adınadır. O, razılıq verərərk evə dair sənədləri toplayıb Şahid4 ilə Ramilə vermişdir. 2008-ci ilin iyul ayında Şahid4 onu Gəncə şəhəri 4 saylı Notariat kontoruna çağırmış, orada onu Rəfael Əbdürəhmanov qarşılamış və dövlət notariusunun yanına qaldırmışdır. Rəfael Əbdürəhmanovu həmin hadisədən 2 gün əvvəl onunla Elnarə tanış etmiş, şirkətin müdiri kimi təqdim edərək 10 faizin ona çatdığını, sonuncun isə onlara qəpik-quruş verdiyini bildirmişdir. Notariat kontorunda o, ipoteka müqaviləsini imzalayan vaxt Rəfael Əbdürəhmanov, Şahid4 və Ramil də orada olmuşlar. Həmin vaxt kontorda çoxlu adamlar olmuş, qarma-qarışıqlıq olmuş, o, ipoteka müqaviləsini imzaladıqdan sonra Rəfael onu götürüb Sahib Nağıyevin yanına girmiş, Sahib Nağıyev onu görmüşdür. Bundan sonra X8 Qarayeva ona uzağı bir həftə ərzində bankdan krediti alacağını bildirmiş, lakin bankın adını ona deməmişlər. Təxminən 2008-ci ilin avqust ayında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialından ona banka kredit borcu olmasına dair məktub gəlmişdir. O, məktub gələndən sonra həmin filiala getmiş, filialın müdiri Ədalət Museyibovla görüşmüş və orada ona məlum olmuşdur ki, onun evini və digər şəxslərin evini girov qoyaraq həmin filialdan Təqsirləndirilən şəxs adlı şəxsin adına 400.000 manat kredit götürülmüşdür. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və heç vaxt görməyib. O, həmin vaxt filialda qeyd olunan kreditin alınması üçün evlərini kredit qoyan Elyar və Elşən adlı şəxslərlə də tanış olmuş. Həmin vaxt ona məlum olmuşdur ki, X8 Qarayeva onu aldatmışlar, xəbəri olmadığı halda ona və digər şəxslərə məxsus evləri girov qoyaraq “xxxx” ASC-nin Tovuz filialından girov qoyaraq həmin filialdan 400.000 manat kredit almışlar. O, bunu biləndən sonra dəfələrlə X8 Qarayevaya zəng etmiş, lakin onlar telefonu açmamışlar. Bundan sonra o, Elnarənin yaşadığı evə gedib bu barədə soruşduqda Elnarə ona kreditin alınmasından məlumatı olmadığını bildirmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanı onun və övladlarının adınadır. X37 şəhərində yerləşən Azərbaycan Türk litseyində ili 2500 manat olmaqla ödənişli təhsil alır. Ona oğlunun təhsil haqqını ödəmək üçün 2008-ci ilin yay aylarında 2500 manata yaxın pul lazım olmuş və haradansa borc pul götürmək qərarına gələrək bu barədə qardaşı İsmayıla bildirmişdir. Həmin ərəfədə qardaşı İsmayıl orta məktəbdə bir yerdə oxuduğu X7 ilə onlara gəlmişdir. O, Rəfael Əbdürəhmanovu uşaqlıqdan tanımışdır, belə ki, Rəfael onların ata evinə gəlib getmişdir. O, qardaşı ilə pul barədə danışanda, Rəfael bu barədə maraqlanmış, pul götürə bilməsi üçün köməklik edə biləcəyini və bunun üçün evin sənədi lazım olduğunu bildirmişdir. Həmin vaxtlarda Bakıda olan evləri satışda olduğundan Rəfaelə 5000 manat lazım olduğunu, evi satan kimi pulu qaytaracağını bildirmişdir. Rəfael onlara yaxın adam olduğu üçün o, evin sənədlərini Rəfaelə vermiş, Rəfaeldə pulun yaxın günlərdə hazır olacağını bildirmişdir. O, Rəfaelə pulun təcili lazım olduğunu bildirmiş, Rəfael isə pulun götürülməsi üçün lazımı sənədləri hazırladıqdan sonra imza üçün zəng edib xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Rəfael ona zəng edərək uşaqlar azyaşlı olduqları üçün Qəyyumluq şöbəsindən arayış alınmalı olduğunu bildirmişdir. O, uşaqların razılığına dair Nizami rayon Qəyyumluq və himayəçilik komissiyasından arayış alıb Rəfaelə vermişdir. Bir müddət sonra dəqiq xatırlamadığı vaxt Rəfael ona zəng edərək təcili 4 saylı Notariat kontoruna gəlməli olduğunu bildirmiş, o səbəbi soruşduqda Rəfaelə gəl bilərsən demişdir. Rəfael zəng edəndə artıq iş günün sonu olmuşdur. O, Rəfaelin göstərişi ilə sənədlərdə göstərdiyi yerlərə imza atmış, sənədlərlə tanış ola bilməmiş, Rəfael ona iş gününün başa çatdığını bildirərək sənədlərə imza atmağa tələsdirmiş və pulu gətirib özü verəcəyini bildirmişdir. Həmin tarixin təxminən 2008-ci ilin avqust ayının 19-u olduğunu bildirmişdir. O, sənədlərə notariusun girişində imza atmış, həmin vaxt orada o, Rəfael və notariusun 2 nəfər işçisi olmuşdur. Rəfael onu Dövlət Notariat kontorunun müdirinin yanına keçməyə imkan verməmiş və onun yanına keçməyə ixtiyarı olmadığını demişdir. Xatırladığı qədəri ilə Rəfaelin ona təqdim etdiyi 3 sənədə imza atmışdır. Dərs vaxtı olduğundan o bir neçə dəfə Rəfaelə zəng edərək təhsil haqqı ilə əlaqədar ona təcili pul lazım olduğunu, əgər pulu götürmək mümkün deyilsə xəbər etməsini bildirmişdir. O, isə yaxın günlərdə mütləq həll edəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra yenidən o, Rəfaelə zəng etmiş, Rəfael isə Prezident seçkiləri ilə əlaqədar kampaniya başladığından banklar krediti dayandırdığını, kredit açılan kimi pulu verəcəyini bildirdi və Rəfaelin bu sözləri onu axrayın salmışdır. Təxminən sentyabr ayının ilk 10 günlüyündə təhsil haqqını ödəmək lazım olduğundan o, qohumu Cəlilova Mahizərdən 2000 manat pul götürüb təhsil haqqının bir hissəsini ödəmiş, qalan pulla isə məktəb ləvazimatları almışdır. Həmin vaxtlarda nə onun bakıdakı evi satılmamışdı ki, Rəfaeldən evin sənədlərini götürsün, nə də ki kreditlə bağlı Rəfaeldən səs çıxmamışdır. O, bir neçə dəfə Rəfaellə əlaqə saxlasa da kreditin açılmadığını demişdir. Ona bankdan məktub gəlmiş və məktubda xx.xx.2008-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən onun uşaqlarının adına olan ev “xxxx”ln Tovuz filialına girov qoyularaq Təqsirləndirilən şəxs adına 400000 manat pul götürüldüyü, həmin pulun faizi ödənilmədiyi üçün mənzilin məhkəmə yolu ilə açıq hərraca çıxarılıb satılma təhlükəsi yarandığını bildirilmişdir. O, bununla əlaqədar Rəfaelə zəng etmiş, Rəfael isə ona narahat olmamasını və ona heç bir problem olmayacağını bildirmişdir. 2008-ci ilin noyabrın 18 də onun bakıda olan evi satılmış və o, Rəfaelə zəng edərək artıq kredit lazım olmadığını, evin sənədlərini geri qaytarmasını bildirmiş, Rəfael də tezliklə evin sənədlərini qaytaracağını bildirmişdir. Rəfael ona notariat kontorunda kredit müqaviləsinə imza etdiyini bildirmiş, lakin onun həmin müqavilədən xəbəri olmamış, Rəfael ona deyəndən sonra ona məlum olmuşdur ki, onun evi qanuni olaraq banka girova qoyulmuşdur. O, bununla əlaqədar olaraq xxxxın Tovuz filialına getmiş, orada bankın müdiri Ədalət və kredit şöbəsinin müdiri Zöhrabla görüşmüşdür. Orada ona məlum olmuşdur ki, onun evi Rəfael vasitəsilə banka girov qoyularaq pul götürülmüşdür”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, 2008-ci ilin oktyabr ayından etibarən «xxxx» ASC-nin Tovuz filialının müdiri vəzifəsinə işləmiş, filialın müdiri kimi vəzifəsi filialın bütün işlərinə nəzarət etmək, işçilər arasında iş bölgüsünü aparmaq, filialın şöbələrində aparılan əməliyyatlara nəzarət etmək və sair işlərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs və X4 filialın müştəriləri kimi tanımış, aralarında işgüzar münasibətlər olmuşdur. 2008-ci ilin yay aylarında həmin şəxsləri onunla «xxxx» ASC-nin Gəncə filialının müdiri Ələsgər Həsənov tanış etmiş və onların biznes fəaliyyəti ilə məşğul olduqlarını bildirərək öz işlədiyi filialda pul olmadığına görə onlara kredit verməsini xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə Gəncə şəhərində görüşmüş, onun ticarətlə məşğul olmasını bilmiş, hətta bir neçə ticarət obyektlərinə baxmış, həmin vaxt Təqsirləndirilən şəxs tanışı Rəfael Əbdürəhmanovu da tanımışdır. Sonradan Təqsirləndirilən şəxs kredit almaq üçün girov qoyulacaq evlərin sənədlərini ona iş otağında təqdim etmişdir. Bundan sonra o, zəruri kredit sənədlərini tərtib edib Baş İdarəyə təqdim etmiş, iki dəfəyə, yəni 250.00 və 150.000 manat olmaqla həmin məbləğdə vəsaitlər şəxsən Təqsirləndirilən şəxs özünə verilmiş, sonuncu adına olan müvafiq kredit sənədlərinə imza etməklə, adına olan cəmi 400.000 manat məbləğində vəsaiti şəxsən özü almışdır. Həmin puldan bankda saxlanılma və ya kredit verilməsi üçün ondan pul tələb edilməsi halları olmamış, Təqsirləndirilən şəxs heç vaxt ona pul verilməməsi barədə hər hansı bir hüquq mühafizə orqanına və ya şəxsən onun özünə müraciət etməmişdir. «xxxx» ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 1811 nömrəli müqaviləni filialın rəhbəri kimi o, imzalamış, müştəri kimi müqavilədəki digər imzanı isə Təqsirləndirilən şəxs icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, «xxxx» ASC-nin Gəncə filialının dilleri kimi fəaliyyət göstərən Rəfael Əbdürəhmanovla iş prosesində tanış olmuş, kredit almaq üçün ona müraciət etmiş şəxslər barədə məlumat verməsini, həmin şəxslərə məxsus evləri banka girov qoymaqla pul əldə edəcəklərini və hər müştərindən 100-200 ABŞ dolları civarında pul alaraq ona verəcəyini bildirmişdir. Bundan sonra qohumu X16 ona müraciət edərək kredit pul almasına kömək etməsini xahiş etmiş, o, ona bu işi Rəfael Əbdürəhmanovun vasitəsi ilə təşkil edəcəyini bildirmişdir. Sonradan tanımadığı şəxslərlə X19 Qasımovanın evinə gedib baxış keçirmiş və evə dair müvafiq sənədləri hazırlamağı ona tapşırmışdır. Sonuncu Gəncə şəhər 2 nömrəli Notariat Kontoruna getmiş və müqaviləyə aid sənədləri imzalayaraq 3 gündən sonra Rəfael Əbdürəhmanovla birlikdə evin çıxarış sənədini almış, təxminən 3-4 gün sonra Rəfael Əbdürəhmanov evlərin girov qoyulması ilə «xxxx» ASC-nin Gəncə filialından 800.000 manat pul almasını bildirib Bəsti Qasımovaya çatdırılması üçün ona 12.000 ABŞ dollar vermiş, aradan təxminən 1 ay keçəndən sonra Bəsti Qasımova ona zəng edərək «xxxx» ASC-nin Gəncə filialından kreditin ödənişi ilə bağlı ona bildiriş gəldiyini və bildirişə əsasən qeyd edilən tarixdə, guya onun bankdan götürdüyü 200.000 manat məbləğində pulun faiz dərəcəsinin ödənilmədiyi halda, həmin evin bank vasitəsi ilə satılacağı bildirilmişdir. Bəsti Qasımovadan başqa Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və bir neçə şəxsin evləri də onun və Rəfael Əbdürəhmanovun vasitəsilə «xxxx» ASC-nin Tovuz filialınadan Təqsirləndirilən şəxs adına sənədləşdirilən 400.000 manat məbləğində kreditə görə girov qoyulmuş, Rəfael Əbdürəhmanov onun vasitəsilə evi həmin banka giroy qoyulmuş Zərərçəkmiş şəxs1 15.000 ABŞ dolları göndərmiş, Zərərçəkmiş şəxs5 isə özü şəxsən Rəfael Əbdürəhmanovdan 10.000 ABŞ dolları pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində bildirdi ki, o, 2007-ci ildən 2011-ci ilə qədər olan dövrdə “xxxx” ASC-nin Tovuz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, “xxxx” ASC-nin Tovuz filialında işlədiyi dövrdə həmin filialın müdiri Şahid2, 2010-cu ilin yanvar ayından isə Xanlar Səfərov olmuş, Şahid2 məzuniyyətdə olduğu dövrlərdə İdarə Heyəti sədrinin əmri ilə filialın müdiri vəzifəsini icra etmişdir. Rəfael Əbdürəhmanov, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən valyutadəyişmə məntəqəsində işləmiş, R.Əbdürəhmanovu isə Təqsirləndirilən şəxs qohumu kimi tanımışdır. Sonuncularla tanışlığı filialın müdiri Şahid2 otağında olmuş, yəni o, Şahid2 vasitəsi ilə hər iki şəxsi tanımışdır. Belə ki, 2008-ci ildə Şahid2 onu öz otağına çağırıb əvvəllər tanımadığı R.Əbdürəhmanov və Təqsirləndirilən şəxslə tanış etmiş və həmin şəxslərin filialdan yüksək məbləğdə kredit almaq istəmələrini bildirmişdir. O, ona yüksək məbləğdə kreditin Bankın Müşahidə Şurasının qərarı ilə verilməsinin mümkünlüyünü bildirmişdir. Şahid2 onların sənədlərini qəbul etməsini və Baş İdarəyə göndərməsini ona tapşırmış, bundan sonra Bankın Kredit Komitəsindən Təqsirləndirilən şəxs kredit xəttinin açılması üçün hansı sənədlərin lazım olduğunu öyrənmiş və sonuncuya zəruri sənədləri toplamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəruri sənədləri kredit şöbəsinə təqdim etmiş, o, da həmin sənədləri Kredit Komitəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs bir neçə daşınmaz əmlakın sənədlərini də təqdim etmiş, o, kredit şöbəsinin müdiri kimi Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş əmlaklara yerində baxış keçirib həmin daşınmaz əmlakların fotoşəkillərini çəkib Kredit komitəsinə göndərmiş, sonuncuya filial tərəfindən kredit verilməsi ilə bağlı sənədləşmə aparılarkən Rafael Əbdürəhmanov da onunla birlikdə filiala gəlmiş, Bankın Müşahidə Şurasının qərarı ilə Təqsirləndirilən şəxs filial tərəfindən 400.000 manat məbləğində kredit xətti ayrılması ilə bağlı qərar verilmiş və filial tərəfindən daxili qaydalara uyğun olaraq Müşahidə Şurasının həmin qərarını icra edib «xxxx» ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında 400.000 manat məbləğində X21 bağlanmışdır. Lakin sonuncunun adına olan 400.000 manat pulun kimin tərəfindən alınmasından onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs filialdan 400000 manat məbləğində kredit götürməsi ilə bağlı bir neçə daşınmaz əmlaka baxış keçirmiş, lakin həmin əmlaklardan hansının Təqsirləndirilən şəxs həmin kredit əsasında təmir etdirəcəyi mənzil olmasını və hansının girov əmlakı olduğunu dəqiq xatırlamır. Təqsirləndirilən şəxs ona filial tərəfindən 400000 manat məbləğində kredit xətti açılması ilə bağlı ipoteka müqavilələrindən başqa bütün sənədləri “xxxx” ASC-nin Tovuz filialında imzalamış, götürəcəyi həmin kredit məbləğinə görə müxtəlif şəxslərin adlarına olan daşınmaz əmlakları girov qoymuş, həmin əmlaklar Gəncə şəhərində yerləşdiyinə görə Gəncə şəhərində nömrəsini dəqiq xatırlamadığı notariat kontorlarından birində «xxxx» ASC-nin Tovuz filialı ilə həmin əmlakları girov qoymuş şəxslər arasında ipoteka müqaviləsi imzalanıb təsdiq edilmiş, Rəfael Əbdürəhmanov da həmin vaxt Təqsirləndirilən şəxslə birlikdə olmuş, Gəncə şəhərində Təqsirləndirilən şəxs yalnız notariat kontorunda ipoteka müqavilələrinə dair sənədlərə imza etmiş, valyutadəyişmə məntəqəsində Təqsirləndirilən şəxs hər hansı sənədə imza etdirməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, «xxxx» ASC-nin Tovuz filialında baş mühasib vəzifəsində işləmiş, filialın kassasından pulun verilməsinə sərəncam vermək onun səlahiyyətinə aid olmuşdur. O, Təqsirləndirilən şəxs bankın müştərisi kimi tanımış, belə ki, Təqsirləndirilən şəxs müraciəti əsasında ona xx.xx.2008-ci il tarixli nağd pul çeki ilə 148.500 manat kredit pulları verilmiş, həmin pulları Təqsirləndirilən şəxs şəxsən özü almış və həmin əməliyyata görə ondan 500 manat xidmət haqqı tutulmuşdur. Qeyd edilən çekdə “Yoxlanılıb nəzarətçi” qrafasında olan imza ona məxsusdur. xx.xx.2008-ci il tarixdə isə ailə vəziyyəti ilə əlaqədar işdə olmadığı üçün həmin tarixdə Təqsirləndirilən şəxs 247.400 manat vəsaitin verilməsi prosesində iştirak etməməsinə baxmayaraq vəsaiti müştəri Təqsirləndirilən şəxs özü almışdır, belə ki, şəxsin özü şəxsiyyət xəsiqəsi ilə ilə birlikdə xəzinəyə yaxınlaşmasa və qəbzə imza atmasa xəzinədən heç kimə pul verilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, 2007ci ilin yay aylarından etibarən «xxxx» ASC-nin Tovuz filialında əməliyyatçı-mühasib vəzifəsində işləmişdir. Filialdan nağd pul köçürmələri, fərdi sahibkarlar və fiziki şəxslərin hesabları üzrə bank əməliyyatlarının aparılması və sair işlər onun səlahiyyətinə aid olmuş, Təqsirləndirilən şəxs işlədiyi filialın müştərisi kimi 2008-ci ildən etibarən tanımış, həmin dövrlərdə Təqsirləndirilən şəxs dəfələrdə filialda olmuş, filialdan kredit müqaviləsi ilə 400.000 manat kredit almışdır. O, sonuncunun Gəncə şəhərində şərikli mağaza və bir neçə obyekt işlətməsini bilmiş, Rəfael Əbdürəhmanov adlı şəxsin adını eşitmiş, lakin, onu gördüyünü xatırlamır. 247.400 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarixli və 148.500 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarxili nağd pul çeklərində “Ödənilsin icraya cavabdeh mühasib” qrafasında yerləşən imzalar ona məxsusdur, qeyd edilən tarixlərdə Təqsirləndirilən şəxs şəxsən onun yanında olmuş, sonuncu ona müraciət edərək adına rəsmiləşdirilmiş kredit pulunu nağd qaydada almaq istədiyini və filialın rəhbərliyinin razılığını da aldığını bildirmiş, onun şəxsiyyət vəsiqəsini alıb şəxsiyyətini müəyyən etdikdən sonra hesabında pulun olub-olmamasını yoxlamış, hər hansı uyğunsuzluq aşkar etmədiyi üçün Təqsirləndirilən şəxs çek kitabını alaraq onun istədiyi məbləği həmin çekdə qeyd etmiş, hər iki çekin rekvizitlərini eyni qayda ilə Təqsirləndirilən şəxs xahişi ilə doldurmuş və özünə qaytarmış, həmin əməliyyatlar zamanı Təqsirləndirilən şəxs yanında bir qohumu da olmuş, iş prosesində digər müştəriləri qəbul etdiyinə görə Təqsirləndirilən şəxs filialın xəzinəsindən pul alıb-almadığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, o, 2008ci ilin yay aylarından etibarən «xxxx of Baku» ASC-nin Tovuz filialının baş mühasibinin müavini vəzifəsində işləmiş, vəzifəsi əsasən kredit ödənişləri barədə qeydiyyatları bankın kompüter bazasına yerləşdirməkdən ibarət olmuşdur. 2008-ci ilin yay ayılarından etibarən Təqsirləndirilən şəxs həmin filialın müştərisi kimi tanımış, aralarında normal münasibətlər olmuş, belə ki, sonuncu kreditlə bağlı qohumu kimi təqdim etdiyi Rəfael Əbdürəhmanovla birlikdə dəfələrlə filialda olmuş və filialdan kredit müqaviləsi ilə bağlı ona 400.000 manat pul ayrılmışdır. İşlədiyi filialdan həmin krediti Təqsirləndirilən şəxs çek vasitəsilə nağd şəkildə almış, filialın xəzinəsindən nağd pul almaq üçün Təqsirləndirilən şəxs kassir Şahid7 müraciət etmiş, sonuncu çekləri tərtib edərək ona qaytarmış və daha sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq çekləri təqdim etmiş və Təqsirləndirilən şəxs filialın xəzinəsindən həmin miqdarda vəsaiti almışdır. Sonuncu tərəfindən həmin filialdan götürülmüş 247.400 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarixli və 148.500 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarixli nağd pul çeklərində “Yoxlanılıb nəzarətçi” qrafalarında olan imzalar ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Tarix oğlu ifadəsində bildirdi ki, 2008-ci ildə qardaşı Zərərçəkmiş şəxs5 şəxsi işləri ilə bağlı kredit pul almaq üçün banklardan kredit alınmasını təşkil edən Şahid4 adlı qadına müraciət etmişdir. Sonuncu özünü bankın işçisi kimi təqdim edərək kreditlərin verilməsini təşkil edən Rəfael Əbdürəhmanov adlı şəxslə qardaşı Zərərçəkmiş şəxs5 tanış etmiş, R.Əbdürəhmanov qardaşı Zərərçəkmiş şəxs5 evi girov qoyduğu halda, bankdan ona 30.000 ABŞ dolları məbləğində pul veriləcəyini təşkil edə biləcəyini vəd etmişdir. O, müvafiq razılaşmadan sonra qohumu (nənəsi) mərhum Ədilə Əsgərovaya məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 5ci döngədə yerləşən 11 nömrəli yaşayış evini banka girov qoymaq üçün Rəfael Əbdürəhmanova müraciət etmiş və sonuncu həmin evə dair sənədləri hazırlamağı tələb etmişdir. Qeyd edilən evin bütün sənədləri hazır olandan sonra evin banka girov qoyulması üçün sənədlər notarial qaydada təsdiq edilmiş və hesab etmişlər ki, həmin sənədlər 30.000 ABŞ dolları məbləğində vəsaitin qardaşı Zərərçəkmiş şəxs5 verilməsi üçün tərtib olunmuş sənədlərdir. Bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs5 çatdırılması üçün Rəfael Əbdürəhmanov ona 10.000 ABŞ dolları vermiş, lakin aralarında narazılıq olduğundan həmin vəsait ona qaytarılmış, sonradan isə Ədilə Əsgərovanın adına olan evin və bir neçə şəxslərin, o cümlədən Məhəbbət, Nəvai, İlqar və Vəfa adlı soyadını bilmədiyi şəxslərin də evlərinin «xxxx» ASC-nin Tovuz filialında Təqsirləndirilən şəxs adına rəsmiləşdirilən və götürülən 400.000 manat kreditə görə girov qoyulmasını bilmişdir. Hətta kredit ödənişləri barədə bank tərəfindən onlara rəsmi bildirişlər gəlmiş və ona görə də evə dair sənədləri əldə etmək üçün onları aldatmış Rəfael Əbdürəhmanovla dəfələrlə telefon əlaqəsi yaratsalar da, sonuncu evin sənədlərini qısa müddət ərzində qaytaracağını vəd etmiş, lakin evin sənədlərini qaytarmamışdir. 2015-ci ildə X29 Məhkəməsində Rəfael Əbdürəhmanov, Şahid4 və digərləri barəsində olan cinayət işi üzrə hökm çıxarıldıqdan sonra həmin yaşayış evi bankın girovluğundan çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirdi ki, o, 2005-2008-ci illərdə «xxxx» ASC-nin 2 saylı Yasamal filialında kredit mütəxəssisi, sonradan isə kredit bölməsinin rəhbəri vəzifəsində işləmiş, 2008-ci ilin noyabr ayında həmin vəzifədən azad olunmuş, kredit bölməsinin rəhbəri kimi bankda kredit sənədlərinin hazırlanması, kredit və girov müqavilələrinin tərtib edilməsi, kreditlərin qaytarılmasının təmin edilməsi, kredit şöbəsinə nəzarət edilməsi işləri ilə məşğul olmuşdur. O, «xxxx» ASC-nin 2 saylı Yasamal filialına işə qəbul olunanda həmin filialın müdirləri əvvəllər müxtəlif şəxslər, sonradan isə Şahid3 olmuş, sonuncu həmin filialın müdiri olduğu dövrdə filialın kredit bölməsinin rəhbəri vəzifəsində işləmişdir. Filialda kredit şöbəsinin müdiri olduğu dövrdə biznes, istehlak, avtokreditlər verilmiş, hansı müştəriyə kreditlərin verilməsi məsələsini filialın müdiri Şahid3 özü müəyyən etmiş, yəni filialda yalnız onun göstərdiyi şəxslərin adlarına kredit sənədləri tərtib olunmuş və kredit verilmiş, onun göstərişi olmadan hər hansı bir şəxsə kredit verilməsi mümkün olmamışdır. O, adına kredit sənədləri tərtib olunan Təqsirləndirilən şəxs tanımır, həmin şəxsin adına kredit sənədlərini filialın müdiri Şahid3 sözləri və tapşırığı ilə hazırlamış, yəni həmin şəxsin adına kredit sənədlərini hazırlayıb imza etməsi üçün filialın müdiri Şahid3 təqdim etmiş, qeyd olunan şəxsin adına kredit sənədlərini hazırlayarkən onun həmin krediti qaytarmaq qabiliyyətini, kreditin analizini, yəni hansı istiqamətə xərcləməsini, kredit üçün nəyi girov qoymasını analiz və təhlil etməmiş, həmin kredit vəsaitlərindən ona pul verilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “Azərbaycan Neft-Kimya İnstitutunu bitirmiş, Gəncə şəhərində yerləşən X5 işləyərkən iş yerləri ixtisara düşdüyü üçün ticarətlə məşğul olaraq müəyyən bank filialları ilə də iş birliyi yaratmış, onunla iş birliyində çalışan Şahid4 vasitəsilə bir neçə Gəncə şəhər sakinlərinə, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus evlərin sənədlərini hazırlayaraq onlar üçün kredit pulları almağı təşkil istəmiş, lakin müvafiq sənədləşmə işləri aparılsa da, banklar tərəfindən kredit pulları vaxtında verilməmişdir. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur, sonuncunun adına «xxxx» ASC-nin Tovuz filialından 400.000 manat məbləğində kredit sənədləşdirib almış və həmin kreditin alınması barədə xx.xx.2008-ci il tarixli və xx.xx.2008ci il tarixli ipoteka müqavilələrində “Borc alan” qrafasında olan imzalar Təqsirləndirilən şəxs məxsusdur və sonuncu həmin imzaları ona məxsus Gəncə şəhərində yerləşən mağazada şəxsən icra etmiş, həmin prosesdə «xxxx» ASC-nin Tovuz filialının kredit şöbəsinin müdiri Şahid6 da iştirak etmişdir. Bundan başqa Rəfael Əbdürəhmanov göstərmişdir ki, «xxxx» ASC-nin 2 saylı Yasamal filialından 50.000 manat kreditin alınması sənədlərində “Borc alan” qrafasındakı imzalar Təqsirləndirilən şəxs məxsusdur, həmin filialdan Təqsirləndirilən şəxs hesabından tapşırığı əsasında onun hesabına köçürülən 50.000 manat pul «xxxx» ASC-nin Gəncə filialına köçürülmüş, lakin həmin pulun alınması barədə sənədə kimin imza etməsini xatırlamır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid3 Mail oğlu ifadəsində göstərmişdir ki, “1993-cü ildə Bakı şəhərində yerləşən «Sərvət» Kommersiya bankında əməliyyatçı vəzifəsinə təyin olunmuş, bundan sonra həmin bankda şöbə rəisi, müavin, daha sonra isə İdarə Heyətinin sədri vəzifələrində işləmişdir. 1999-cu ilə isə Qiymətli Kağızlar Komitəsinə mütəxəssis vəzifəsinə təyin olunmuş, daha sonra həmin komitədə şöbə rəisi vəzifəsində işləmiş, 2003-cü ildə «xxxx» ASC-nin Gəncə filialının müdiri vəzifəsinə təyin olunmuş, 2006-cı ilə kimi həmin vəzifədə işləmiş, 2007-ci ilin may ayında «xxxx» ASC-nin 2 saylı Yasamal filialına müdir təyin olunmuş və 2009-cu ilin iyun ayında həmin vəzifədən azad olunmuşdur. Şahid3 ifadəsində bundan başqa göstərmişdir ki, 2003-2006-cı illərdə «xxxx» ASC-nin Gəncə filialının müdiri işlədiyi dövrdə Gəncə şəhərində sahibkarlıq fəailyyəti ilə məşğul olan Rəfael Əbdürəhmanovla tanış olmuş, sonuncu həmin şəhərdə və digər ətraf rayonlarda biznes fəaliyyəti ilə məşğul olmaqla geniş biznes əlaqələrinə malik olmuş, hətta onu həmin dövrdə Gəncə şəhərində müxtəlif bank rəhbərləri ilə tanış etmiş və sonuncu müxtəilf banklardan kreditlər alıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2007-ci ildə «xxxx» ASCnin 2 saylı Yasamal filialına müdir təyin olunandan sonra da sonuncu ilə əlaqələri davam etmiş, yəni normal münasibətləri olmuşdur. Şahid3 ifadəsində bundan əlavə göstərmişdir ki, 2007 və 2008-ci illərdə dəqiq tarixlərini xatırlamır, Rəfael Əbdürəhmanovla Bakı şəhərində görüşəndə sonuncu biznes əlaqələrini genişləndirməsi üçün özünə kredit pul lazım olmasını bildirmiş, sonradan Rəfael Əbdürəhmanovun xahişi ilə onun özünə 50.000 manat pul vəsaiti lazım olmasına görə onun qohumu Təqsirləndirilən şəxs adına heç bir girov əmlakı olmadan kredit sənədlərinin tərtib olunmasına dair filialın kredit şöbəsinin müdiri Şahid12 göstəriş vermiş, belə ki, R.Əbdürəhmanovun artıq girov qoymaq üçün heç bir əmlakı olmamış, həmin vəsaiti Rəfael Əbdürəhmanovun və Təqsirləndirilən şəxs Gəncə şəhərində olan müxtəlif bank hesablarına köçürmüşdür. Şahid3 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs adına olan 50000 manat məbləğində kredit sənədlərini Rəfael Əbdürəhmanovun xahişi ilə aralarında olan münasibətə görə tərtib etmiş və filialın müdiri kimi sənədləri imzalayıb möhür vurmuş, qeyd edilən şəxsin adına tərtib olunan kredit sənədlərində filialın müdiri kimi adının qarşısında olan imzalar ona məxsusdur, möhürü də özü icra etmiş, faktiki olaraq həmin vəsaitləri adına kredit sənədi olan şəxs, yəni Təqsirləndirilən şəxs deyil, Rəfael Əbdürəhmanov almış, lakin həmin vəsaitlərdən sonuncu və qeyriləri ona pul verməmişdir. Bank müdiri kimi adına kredit sənədləri rəsmiləşdirdiyi Nuri Musayev faktiki krediti alan şəxs olmamış, yəni həmin şəxsin adlarına sənədləşdirdiyi kreditlərin faktiki olaraq onların özləri tərəfindən deyil, Rəfael Əbdürəhmanov tərəfindən alınmasını və həmin kreditlərin ödənilməsində problem ola biləcəyini bilmiş və kreditlərin risq altında olması ilə, o cümlədən heç bir girov əmlak olmadan kredit verməsin etiraf edir, Rəfael Əbdürəhmanov ilə aralarında olan münasibətə görə bu hərəkətləri törətmişdir”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, “2006-2009-cu illərdə «xxxx» ASC-nin Bakı şəhəri 2 saylı Yasamal filialında baş mühasib vəzifəsində işləmiş, mühasibat işlərinə və hesabatların vaxtında yerinə yetirilməsinə nəzarət etmiş, «xxxx» ASC-nin Bakı şəhəri 2 saylı Yasamal filialında xx.xx.2007-ci il tarixli ödəniş tapşırığı,yəni X1 hesabına 50.000 manat pul vəsaitinin köçürülməsi barədə ödəniş tapşırığında “Bankın imzaları” qrafasında yerləşən imza ona məxsusdur”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2010-cu il tarixli, 3630 nömrəli ekspert rəyindən görünür ki, xx xxxx 2008-ci il tarixli imza və möhür nümunələri vərəqəsində Təqsirləndirilən şəxs qrafasında yerləşən imza,xx xxxxxx 2008-ci il tarixli müddətli öhdəlikdə Təqsirləndirilən şəxs sözləri qarşısında yerləşən imza, “xxxx of baku” ASC-ninTovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 1811 saylı kredit müqaviləsində «imza Musayev» qrafasında yerləşən imza, «xxxx of Baku» ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 46,47,48 nömrəli və xx xxxxxxxx 2008-ci il tarixli 49 və 50 nömrəli ipoteka müqavilələrində borc alan qrafasında yerləşən imzalar, «xxxx of Baku «ASC-nin Tovuz filialının xəzinəsindən nağd pulun alınması üçün tərtib edilmiş xx xxxxxx 2008-ci il tarixli RBB ******* və xx.xx.2008-ci il tarixli RBB 019677 nömrəli vəsaitin alınması barədə və çekdə göstərilən məbləği aldım» qrafasında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2014-cü il tarixli 8645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 400.000 manat məbləğində kredit verilməsi barədə xx xxxxxx 2008-ci il tarixli 1811 nömrəli kredit müqaviləsində «borc verən» qrafasındakı imza, Zərərçəkmiş şəxs3 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 47, Zərərçəkmiş şəxs4 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 48, Zərərçəkmiş şəxs5 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 50, Zərərçəkmiş şəxs1 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 46, Zərərçəkmiş şəxs2 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 49 nömrəli ipoteka müqavilələrində ipoteka saxlayan qrafasında olan imzalar «xxxx of Baku» ASC-nin Tovuz filialının müdiri vəzifəsində işləmiş Şahid2 məxsusdur. Təqsirləndirilən şəxs 400.000 manat məbləğində kredit verilməsi ilə bağlı tərtib olunmuş xx xxxxxx 2008-ci il tarixli, xx xxxxxxxx 2008-ci il tarixli sərəncamlarda, həmçinin, guya Gəncə şəhərində ev təmiri üçün müddətli öhdəlikdə «Şahid6» soyadından əvvəl yerləşən imzalar Şahid6 tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” ASC-nin Tovuz filialı (“Borc verən”) ilə Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 1811 saylı X21ndən görünür ki, 12 ay müddətinə 400.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 4 saylı Notariat Kontorunda tərtib olunaraq təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs4 ünvan 6 ünvanında yerləşən evini (mağazanı qeyri-yaşayış obyektini) “xxxx” Bankına ipoteka qoyulmasına razılıq vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi aktından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şahsevən küçəsində yerləşən 44-46 saylı ev 100.000 manat məbləğində qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 48 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialı (“İpoteka saxlayan”) müdiri Şahid2 Nürəddin oğlunun şəxsində, Zərərçəkmiş şəxs4 (“İpoteka qoyan”) və Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bankla Təqsirləndirilən şəxs arasında bağlanmış 1811 saylı xx.xx.2008-ci il tarixli X21 üzrə öhdəliklərin icrasının təminatı kimi Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şahsevən küçəsində yerləşən 100.000 manat məbləğində qiymətləndirilən 44-46 saylı evlərini girov qoymuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 4 saylı Notariat Kontorunda tərtib olunaraq təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, X11 atası yəni Zərərçəkmiş şəxs2, X13 əri yəni Zərərçəkmiş şəxs2 məxsus ünvan 7 mənzil 6 ünvanında yerləşən evin (mağazanı qeyri-yaşayış obyektini) “xxxx” Bankına ipoteka qoyulmasına razılıq vermişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi aktından görünür ki, Gəncə şəhəri, Dostluq küçəsində yerləşən ev 60/17, mənzil 6 saylı ev 40.000 manat məbləğində qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 49 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialı (“İpoteka saxlayan”) müdiri Şahid2 Nürəddin oğlunun şəxsində, Zərərçəkmiş şəxs2 (“İpoteka qoyan”) və Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bankla Təqsirləndirilən şəxs arasında bağlanmış 1811 saylı xx.xx.2008-ci il tarixli X21 üzrə öhdəliklərin icrasının təminatı kimi Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Dostluq küçəsində yerləşən 40.000 manat məbləğində qiymətləndirilən ev 60/17, mənzil 6 saylı evini girov qoymuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 4 saylı Notariat Kontorunda tərtib olunaraq təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs5 ünvan 8 ünvanında yerləşən evini (mağazanı qeyri-yaşayış obyektini) “xxxx” Bankına ipoteka qoyulmasına arvadı X20 razılıq vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi aktından görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 5-ci döngədə yerləşən 11 saylı ev 80.000 manat məbləğində qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 50 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialı (“İpoteka saxlayan”) müdiri Şahid2 Nürəddin oğlunun şəxsində, Zərərçəkmiş şəxs5 (“İpoteka qoyan”) və Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bankla Təqsirləndirilən şəxs arasında bağlanmış 1811 saylı xx.xx.2008-ci il tarixli X21 üzrə öhdəliklərin icrasının təminatı kimi Zərərçəkmiş şəxs5 məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 5-ci döngədə yerləşən 80.000 manat məbləğində qiymətləndirilən 11 saylı evini girov qoymuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi aktından görünür ki, Gəncə şəhəri, Bakı fəhləsi küçəsində yerləşən 29 saylı ev 100.000 manat məbləğində qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 46 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialı (“İpoteka saxlayan”) müdiri Şahid2 Nürəddin oğlunun şəxsində, Zərərçəkmiş şəxs1 (“İpoteka qoyan”) və Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bankla Təqsirləndirilən şəxs arasında bağlanmış 1811 saylı xx.xx.2008-ci il tarixli X21 üzrə öhdəliklərin icrasının təminatı kimi Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Bakı fəhləsi küçəsində yerləşən 100.000 manat məbləğində qiymətləndirilən 29 saylı evlərini girov qoymuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 47 saylı ipoteka müqaviləsindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialı (“İpoteka saxlayan”) müdiri Şahid2 Nürəddin oğlunun şəxsində, Zərərçəkmiş şəxs3 (“İpoteka qoyan”) və Təqsirləndirilən şəxs ( “Borc alan”) arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə ilə Bankla Təqsirləndirilən şəxs arasında bağlanmış 1811 saylı xx.xx.2008-ci il tarixli X21 üzrə öhdəliklərin icrasının təminatı kimi Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu N.Nərimanov küçəsi 12-də yerləşən 22.000 manat məbləğində qiymətləndirilən 1 saylı evini girov qoymuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” ASC-nin xx xxxxxx 2008-ci il tarixli, 019676 nömrəli və xx xxxxxxxx 2008-ci il tarixli, 019677 nömrəli çeklərindən görünür ki, “xxxx” ASC-nin Tovuz filialından Təqsirləndirilən şəxs adına 148.500 (yüz qırx səkkiz min beş yüz manat) və 247.400 (iki yüz qırx yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin verilməsi rəsmiləşdirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs “xxxx” ASC-nin 2 saylı Yasamal filialına xx xxxxxxxx 2008-ci il tarixli müraciət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona kommersiya fəaliyyətini genişləndirmək məqsədilə 2 ay müddətinə 50000 manat məbləğində kredit verilməsini və krediti və ona hesablanmış faizləri xx xxxxxxxx 2008-ci il tarixədək qaytarmağı öz üzərinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2008-ci il tarixli 255 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” ASC-nin 2 saylı Yasamal rayon filialı ilə Təqsirləndirilən şəxs arasında 50000 min manat pulun Təqsirləndirilən şəxs verilməsinə dair kredit müqavilə bağlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2008-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC-nin Yasamal 2-ci filialından Təqsirləndirilən şəxs hesabından xxxx ASC-nin 2-ci Gəncə filialına 50000 manat pul köçürülmüş, həmin məbləğdə pul X7 oğlu tərəfindən alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X29 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən görünür ki, Rəfael Əbdürəhmanov, Şahid2, Şahid6 və Şahid4 bir çox epizodlar, o cümlədən “xxxx” ASC-yə məxsus külli miqdarda əmlakın (400.000 manat) Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə talanması və vətəndaşların əmlaklarının ələ keçirilməsi epizodları üzrə, “xxxx” ASC-nin 2 saylı Yasamal filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid12 isə qeyd edildən bank filialından 50.000 manat məbləğində vəsaitin Rəfael Əbdürhəmanov və Şahid3 Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub mənimsəmələri epizodu üzrə təqsirli bilinib müvafiq cəzaya məhkum edilmişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən görünür ki, Şahid3 Mail oğlu bir çox epizodlar, həmçinin, Nuri Musaev və Rəfael Əbdürəhmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “xxxx” ASC-nin 2 saylı Yasamal fililalından 50.000 manat məbləğində özgə əmlakını talamaları epizodları üzrə təqsirli bilinib müvafiq cəzaya məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs Şahid2, Şahid6, Şahid3la aralarında aparılan üzləşmə zamanı «xxxx of Baku» ASCnin Tovuz filialından adına sənədləşdirilən 400.000 və «xxxx» ASC-nin 2 saylı Yasamal filialından rəsmiləşdirilmiş 50.000 manat məbləğində kredit sənədlərini imzalamasını, lakin həmin vəsaitdən ona heç nə verilmədiyini bir daha onların üzünə demişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2014cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2014cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X29 Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axşarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmış və barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq xx xxxx 2019-cu il tarixə, saat 19 radələrində Gəncə şəhər BPİ-nə gəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X29 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi icraat təzələnmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X29 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli, 157000/753 nömrəli vurulmuş maddi zərərin ödənilməsinə dair ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri nəticəsində təşkilatlarına 116091.96 manat məbləğində maddi ziyan dəymişdir. “xxxx” ASC iş üzrə mülki iddiaçı qismində tanınmasını və 116091.96 manat məbləğində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən “xxxx” ASC-yə ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “xxxx” ASC-nin məhkəməyə göndərdiyi xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı qaldırdıqları mülki iddianın qaytarılaraq mülki iddianın baxılmamış saxlanılmasını xahiş edirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli, **********191 nömrəli məktubundan görünür ki, “xxxx” ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdən hazırki tarixədək ödəniş edilməmiş və sözügedən işlə bağlı hər hansı məhkəmə mübahisəsi olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Kəpər rayonu 138 saylı evlər üçlüyünün xx xxxxxx 2018-ci il tarixli və xx xxxx 2020-ci tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı X12, oğlulları X24 və X26 ilə birlikdə ünvan 9 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin xx xxxx 2018-ci il tarixli 09-166 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixoloji dispanserlərdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağır Cinayətlarə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərərk şərti maliyyə vahidinin 100 misli miqdarında 110 AYM məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 xx xxxxxx 2018-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, “xxxx of Baku” ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 1811 saylı kredit müqaviləsi, Zərərçəkmiş şəxs3 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 47, Zərərçəkmiş şəxs4 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 48, Zərərçəkmiş şəxs5 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 50, Zərərçəkmiş şəxs1 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 46, Zərərçəkmiş şəxs2 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 49 nömrəli ipoteka müqavilələri, pul vəsatinin alınması barədə məxaric xəzinə orderləri, müddətli öhdəliklər, sərəncamlar və digər kredit sənədləri, xxxx» ASC-nin 2 saylı Yasamal filialı üzrə Təqsirləndirilən şəxs adına kredit verilməsi barədə xx.xx.2008-ci il tarixli kredit sənədələri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindəndən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs verdiyi ifadəsində «xxxx» ASC-nin 2 saylı Yasamal filialından rəsmiləşdirilmiş 50.000 manat məbləğində kredit vəsaitinin alınması və həmin vəsaitinin köçürülməsi barədə sənədlərdə adının qarşısında olan imzaların, həmçinin «xxxx» ASC-nin Tovuz filialından adına rəsmiləşdirilmiş 400.000 manat məbləğində kredit və Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 adlarına rəsmiləşdirilmiş evlərin 400.000 manat məbləğində kreditlə bağlı evlərinin ipoteka yüklülüyünə qoyulması barədə sənədlər olan imzaların, bundan başqa «xxxx» ASC-nin Tovuz filialının xəzinəsindən götürülmüş 247.400 manat nağd pulun verilməsinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli 019676 nömrəli və 148.500 manat nağd pulun verilməsinə dair xx.xx.2008-ci il tarixli 019677 nömrəli pul çeklərində «İmza» qrafalarında olan imzaların ona məxsus olmasına baxmayaraq həmin vəsaitlərin onun tərəfindən qəbul edilməməsinə dair ifadələri həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri, bank hesab sənədləri və iş üzrə digər sübut əhəmiyyətinə malik sənədlərlə tam təkzib edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələr özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci i tarixli, 7№-li qərarında göstərilmişdir ki, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 21-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin tələblərinə əsasən Rəfael Əbdürəhmanov, Şahid2, Şahid6 və Şahid4 bir çox epizodlar, o cümlədən “xxxx” ASC-yə məxsus külli miqdarda əmlakın (400.000 manat) Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə talanması və vətəndaşların əmlaklarının ələ keçirilməsi epizodları üzrə, “xxxx” ASC-nin 2 saylı Yasamal filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid12 isə qeyd edildən bank filialından 50.000 manat məbləğində vəsaitin Rəfael Əbdürhəmanov və Şahid3 Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub mənimsəmələri epizodu üzrə təqsirli bilinib müvafiq cəzaya məhkum edilmələri üzrə X29 Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü, Şahid3 Mail oğlunun bir çox epizodlar, həmçinin, Nuri Musaev və Rəfael Əbdürəhmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “xxxx” ASC-nin 2 saylı Yasamal fililalından 50.000 manat məbləğində özgə əmlakını talamaları epizodları üzrə təqsirli bilinib müvafiq cəzaya məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qüvvəsinə görə preyudisiyal qüvvəyə malik olması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi üzrə onun iştirakı ilə törədilməsi istinad olunan onun “xxxx” ASC-nin 2 saylı yasamal filialının müdiri Şahid3 Mail oğluna etibar olunmuş əmlakı talama məqsədilə, sonuncu və tanışı X6 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, götürüləcək kreditin əsaslılığı və təminatlı olması üçün heç bir girov əmlakı qoymadan və həmin dövrdə götürəcəyi kredit ödəmək imkanı olmadığı halda, “xxxx” ASC-nin Bakı şəhərində yerləşən 2 saylı Yasamal filialından, guya kommersiya fəaliyyətini genişləndirmək adı ilə 50.000 manat məbləğində kredit vəsaitini alması barədə xx xxxxxxx 2008-ci il tarixli 255 nömrəli kredit müqaviləsi və digər rəsmi sənədləri imzalayıb həmin məbləğdə vəsaiti nağdlaşdırıb götürüb özlərinin şəxsi ehtiyaclarına sərf etməklə, R.Əbdürəhmanov və qeyriləri ilə birlikdə bilavasitə iştirak etməklə mənimsəmə yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən talaması epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs istinad edilən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə yolu ilə xeyli miqdarda özgə əmlakını təkrar talama cinayət əməlinin törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin ikinci hissəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 179-cu maddəsinin ikinci hissəsin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3, 75.1 və 75.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur və az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Cinayət işinin materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması və təzələnməsi haqqında qərarları nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri üzrə sonuncu epizoddan (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə yolu ilə xeyli miqdarda özgə əmlakını təkrar talama), yəni 2008-ci ilin 7 oktyabrından hazırki vaxtadək yeddi ildən artıq müddət keçmişdir. Məhkəmə tərkibi, qanunun yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə sonuncu epizod (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə yolu ilə xeyli miqdarda özgə əmlakını təkrar talama) üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi ilə bağlı müraciət olunmadığından və təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi sonuncu epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, o, qeyd olunan əmələ görə təqsirli bilinsə də, ona Azərbaycan Respublikasının CPM-in 44.2.1-ci maddəsinə əsasən həmin epizod üzrə cəza təyin edilməməlidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin həmin maddələrlə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cüiltarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, ailəni dolandıran yeganə şəxs olmasını, törətdiyi cinayət əməllərinin üzərindən uzun müddət (12 ildən artıq) keçməsini, hazırki iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə 11 ay 12 gün müddət azadlığı müvəqqəti məhdudlaşdırılmaqla həbsdə saxlanılmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, nəticədə məhkumun islah və yenidən tərbiyə olunmasına xitmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi və onun cəmiyyətdən təcrid edilmədən, cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanın şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli, CM-nin 70.5-ci maddəsinə əsasən isə sınaq müddətində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən şəxs Nuri Musayevin həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxs Nuri Musayevin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Yuxarıda tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə “xxxx” ASC məhkəməyə mülki iddia verərək Banka vurulmuş 116091.96 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq “xxxx” ASC-yə ödənilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə yenidən ərizə ilə müraciət edərək iddia ərizəsinin qaytarılaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilə şəxsə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, mülki iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və mülki cavabdeh isə mülki iddiaya baxılmasına təkid etmədiyindən mülki iddia Azərbaycan Respublikası CPM-nin 354.1.3-cü maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübutlar “xxxx of Baku” ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 1811 saylı kredit müqaviləsi, Zərərçəkmiş şəxs3 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 47, Zərərçəkmiş şəxs4 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 48, Zərərçəkmiş şəxs5 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 50, Zərərçəkmiş şəxs1 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 46, Zərərçəkmiş şəxs2 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 49 nömrəli ipoteka müqavilələri, pul vəsatinin alınması barədə məxaric xəzinə orderləri, müddətli öhdəliklər, sərəncamlar və digər kredit sənədləri, “xxxx” ASC-nin 2 saylı Yasamal filialı üzrə Təqsirləndirilən şəxs adına kredit verilməsi barədə xx.xx.2008-ci il tarixli kredit sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 590 (beş yüz doxsan) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” qərarına xx.xx.2010-cu il tarixli edilmiş dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün iki manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 81 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 486 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 132, 193.2, 197.1.4, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2 və 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddiaçı “xxxx” ASC-nın vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə mülki iddiaçı “xxxx” ASC-nın baxılmadan saxlanılmış mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar “xxxx of Baku” ASC-nin Tovuz filialı ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli 1811 saylı kredit müqaviləsi, Zərərçəkmiş şəxs3 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 47, Zərərçəkmiş şəxs4 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 48, Zərərçəkmiş şəxs5 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 50, Zərərçəkmiş şəxs1 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxx 2008-ci il tarixli 46, Zərərçəkmiş şəxs2 məxsus əmlakın girov qoyulması barədə xx xxxxxxxx 2008-ci il tarixli 49 nömrəli ipoteka müqavilələri, pul vəsatinin alınması barədə məxaric xəzinə orderləri, müddətli öhdəliklər, sərəncamlar və digər kredit sənədləri, xxxx» ASC-nin 2 saylı Yasamal filialı üzrə Təqsirləndirilən şəxs adına kredit verilməsi barədə xx.xx.2008-ci il tarixli kredit sənədələrinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ekspertiza tədqiqatının dəyəri olan 590 (beş yüz doxsan) manat məbləğində pul tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına onların hər biri üçün ayrı-ayrılıqda 486 (dörd yüz səksən altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X29 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-4/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-4/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver