Məhkəmə qərarları › İş №1(100)-4/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-4/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-4/2022 06.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Rəhim oğlunun, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Müdafiəçi1 və Bakı şəhər 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1976-cı il tarixdə Qazax rayonu, Qarayazı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 13 sentyabr 2022-ci il tarixdən barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 18 radələrində yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində yerləşən evində olan zaman aralarında əvvəllər yaranmış borc pul mübahisəsinə görə qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evinin həyətinə daxil olaraq onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında yaranmış qarşılıqlı mübahisə zamanı əlbəyaxa olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyərək evinin qapısından çölə çıxararkən həmin vaxt Şahid1 onu bacısı Zərərçəkmiş şəxs ayırmaq istədiyini gördüyü halda Şahid1 xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs saçından tutaraq qəsdən yerə çırpmış həmin yerə çırpılmanın təsiri nəticəsində sonuncuya üst çənənin (Le-for tipli sınıqları) hər iki maksilyar sinusun medial, lateral ön divarının basılmış çoxsaylı sınıqları, burun sümüklərinin yerdəyişməmiş sınıqları və iki tərəfli maksilyar hemosinusu ilə müşayiət olunmuş qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran və həmin sınıqların trayektoriyasına uyğun olaraq baş vermiş əsas sümüyün hər iki qanadabənzər (pteriqoid) çıxıntısının lateral, medial hissələrinin sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağstafa şəhər sakini Şahid1 və Zərərçəkmiş şəxs onun qonşularıdır. Təxminən 2013-cü ildə o, qonşusu Zərərçəkmiş şəxs faizi ilə 200 manat pul almış və həmin pulun müqabilində 700 manat faiz borcu, sonradan isə bir dəfəyə 150 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 850 manat pul qaytarmışdır. Lakin 22 iyun 2019-cu il tarixdə təxminən saat 18 radələrində o, evdə olan zaman qonşusu Zərərçəkmiş şəxs bacısı Şahid1 ilə daş ata-ata zorla onun evinin həyətinə daxil olmuşlar və bir neçə gün əvvəl nə üçün onun bacısı Xanımı təhqir etdiyini deyərək, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu vaxt o, evindən həyətə çıxaraq Xanım və Şahid1 bacılarına söyüş söyməməsini bildirmişdir. Lakin onlar yenə də onun və ailə üzlərinin ünvanına təhqiramiz ifadələr işlətməyə davam etmiş və buna görə də onların aralarında mübahisə yaranmışdır. Mübahisənin böyüyəcəyini görüb o, bacıları yaşadığı evin həyətindən küçəyə çıxarmaq istəyərkən Xanımla Kifayət əllərində olan rezin vedrə ilə onun bədəninin müxtəlif yerlərinə vurmağa başlamışlar. O, bacıları evinin həyətindən küçəyə itələyə-itələyə çıxarmış, belə ki, əvvəlcə Kifayəti sonra isə Zərərçəkmiş şəxs itələyib çıxarmışdır. Lakin Xanımı çıxararkən ayağı burxulmuş, lakin çölə çıxdıqdan sonra yıxılıb-yıxılmamasını bilməmişdir. Bundan sonra o, evin giriş qapısını, yəni darvazını örtərək arxasından bağlamışdır ki, bacılar təkrar həyətə daxil olmasınlar. O, həmin vaxt Zərərçəkmiş şəxs nə kimi xəsarət aldığını bilməmişdir. Bundan sonra o, evin həyətində olan zaman bacılar yənə evin həyətinə daş ataraq nalayiq söyüşlər söyməyə başlamışlar. Bir qədər sonra isə o, bacıların sakitləşmədiklərini görüb evin digər həyət qapısından çıxıb Ağstafa şəhərinə getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona ünvanlanmış suallara cavab olaraq Zərərçəkmiş şəxs qəsdən hər hansı xəsarət yetirmədiyini, onun saçından tutaraq yerə itələmədiyini, onu evinin həyətindən çıxararkən ayağının burxulduğunu, bundan sonra onun yerə yıxılmağını görməsə də Zərərçəkmiş şəxs aldığı xəsarətlərin həmin vaxt ayağının burxulması nəticəsində yerə yıxılması zamanı ala biləcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o bacısı Şahid1 ilə birlikdə ata yurdunda qalır. Təqsirləndirilən şəxs onun qonşusudur. Vüqar təxminən 2014–cü il tarixdə yazıq formada onların qapılarına gəlib yoldaşı hamilə olduğu üçün ondan 500 manat məbləğində borc pul istəmişdi və o da Vüqar pis vəziyyətdə qalmasın deyə həmin pulu vermişdir. Lakin həmin gündən bu günə kimi Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirirək onun pulunu qaytarmamışdır. Pulun qaytarılması barədə Vüqara və Vüqarın atasına dəfələrlə desə də, Vüqar pulunu qaytarmamışdır. O, 22 iyun 2019–cu il tarixdə bacısı Şahid1 ilə Ağstafa şəhərində yaşayan qardaşı Elşən Vəliyevin yaşadığı evə gilas yığmağa gedən zaman Vüqara məxsus evin qabağından keçəndə Vüqarın evlərinin qabağında olduğunu görüb ona verdiyi pulu qaytarmasını bildirmişdir. Vüqar isə bunun əvəzində onlarla mübahisə edərək, həmin pulu qaytarmayacağını və hara şikayət etmələrinə baxmayaraq həmin pulu qaytarmayacağını bildirmişdir. Həmin vaxt o, Vüqara “sən rekertsənmi” ki olan borcunu qaytarmırsan demişdir. Sonra onların aralarında sözlə mübahisə yaranmış və Vüqar ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra Vüqar onun üzərinə gələrək, ona zərbələrlər endirmiş, bu zaman bacısı Vüqarı ondan aralamaq istəsə də Vüqar bacısı Kifayətə imkan verməmiş və onun saçından tutub üzü üstə yerə çırpmışdır. Həmin zərbənin təsirindən o, huşunu itirmişdir. O, yerə yıxılandan sonra bacısı Şahid1 deməsinə görə Təqsirləndirilən şəxs dayanmadan yerdə ona yumruq və təpiklə zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, Vüqarı vedrə ilə vurmadığını, əksinə onun əlində olan çətirlə Vüqarın onun başına vurduğunu, hadisə vaxtı hadisə yerində bacısı, o və Vüqardan başqa heç kimin olmadığını, Vüqarın onu saçından tutaraq üzü üstə yerə çırpdığını və onun huşunu itirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır və o, bacısı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların qonşusudur. Təxminən 2014-cü il tarixdə Vüqar qapılarına gələrək yoldaşı hamilə olduğu üçün bacısı Xanımdan 500 manat məbləğində borc pul istəmiş və bacısı da Vüqar pis vəziyyətdə qalmasın deyə vermişdir. Lakin həmin gündən bəri Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək bacısının pulunu bu günə kimi qaytarmamışdır. Bacısı Xanım pulun qaytarılmasını desə də, Vüqar pulu qaytarmamışdır. 22 iyun 2019-cu il tarixdə o, bacısı ilə birlikdə Ağstafa şəhərində yaşayan qardaşı Elşən Vəliyevin yaşadığı evə gilas yığmağa gedərkən Vüqargilin evlərinin qabağından keçən zaman Vüqarın evin qabağında olduğunu görüb, Vüqara bacısı Xanıma niyə təhqir etməsi barədə etirazını bildirmiş və Vüqara bacısının verdiyi pulu qaytarmasını demişdir. Vüqar isə bunun əvəzində onlarla mübahisə edərək, həmin pulu qaytarmayacağını bildirmişdir. Həmin vaxt bacısı Vüqar “sən rekertsənmi” ki olan borcunu qaytarmırsan demişdir. Sonra aralarında sözlə mübahisə yaranmış və Vüqar onların ünvanlarına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra Vüqar bacısının üzərinə gedərək yumruqla onun sifət nahiyyəsinə vurmuş, sonra isə saçından tutub üzü üstə yerə çırpmışdır. Bacısı həmin vaxt yerə yıxılmış və yerdə yarım hüşsuz vəziyyətdə olmuş, yerə yıxılandan sonra Təqsirləndirilən şəxs yerdə ona zərbələr vurmuşdur. Həmin vaxt o, Vüqarı bacısından aralamağa çalışsa da Vüqar buna imkan verməmişdir. Həmin vaxt ətrafda heç kim olmamış, sonra oradan bir hərbçi oğlan keçmiş və o, həmin oğlandan təcili tibbi yardıma zəng edib kömək çağırmasını xahiş etmişdir. Şahid1 məhkəmə icasında verilən suallara cavab olaraq, onların Vüqarın ailəsi ilə gediş-gəlişi olmadıqlarını, bacısının əvvəl pulu vermək istəmədiyi, Vüqar 1 həftə gəlib gedib yalvardıqdan sonra bacısının pulu verdiyini, o, bacısını Vüqarın əlindən almaq üçün Vüqara mane olmağa çalışdığını, Vüqarın onlara nalayiq ifadələr işlədərək bacısı Xanımın saçından tutaraq yerə çırpdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hər iki tərəf onun qonşularıdır. O, fərdi qaydada suvaq işi ilə məşğul olur. 22 iyun 2019-cu il tarixdə o başqa işdən çıxıb evə gəlmiş və evə gələn zaman evdə ona Vüqarın onu çağırdığını demişlər. Vüqar evində işlər gördürmək istəmiş və ondan baxıb hansı materialların lazım olduğunu deməsini bildirmişdir. Həmin gün saat 18 radələrində o, Vüqarın evinin həyətində olan zaman qonşu Şahid1 ilə Zərərçəkmiş şəxs bacıları uca səslə qışqıra-qışqıra, daha sonra Vüqarın evini daşlayaraq əllərində rezin vedrə ilə Vüqarın və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyə-söyə evin həyətinə daxil olmuşlar. Bacılar evin həyətinə daxil olan zaman Vüqarla bacıların aralarında mübahisə yaranmışdır. Bundan sonra Vüqar əvvəlcə Kifayəti sonra isə Xanımı itələyib darvazadan çölə çıxarmışdır. Lakin Xanımın darvazadan çölə çıxdıqdan sonra yıxılıb-yıxılmamasını o, görməmişdir. Vüqar qapını bağlayıb içəri girdikdən sonra, bacılar yenidən Vüqarın həyətinə daş atmağa başlamış, bu zaman Vüqar bacılarını sakitləşmədiyini görüb digər qapıdan çıxıb Ağstafa şəhərinə getmişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bacıların daş atdıqlarını, atıla daşlardan bizinin az qala ona dəydiyini, hətta daşlardan birinin “navesin” işığını sındırdığını, Vüqarın Xanımı vurduğunu görmədiyini, lakin Xanımın vedrə ilə Vüqari vurduğunu gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 22 iyun 2019-cu il tarixdə saat 18 radələrində maşınla Vüqargilin yaşadıqları evin qarşısından keçən zaman əvvəlcədən tanıdığı Kifayət və Xanım bacılarının Vüqargilin evinin qarşısında qışqıra-qışqıra, nalayiq söyüşlər söyərək evə daş atdıqlarını və Vüqarın evinin həyətəni daxil olduqlarını görmüşdür. O, maqarlı gəldiyi üçün dayanıb onlara baxan zaman Vüqarın itələyərək xanımları qapıdan çölə çıxardığını, Vüqar xanımlardan birini itələyən zaman xanımın yerə yıxıldığını və Vüqarın qapını bağladığını görmüşdür. Bundan sonra o, maşında uşaq olduğu üçün oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Cəmil oğlu ifadəsində göstərdi ki, o, 22 iyun 2019-cu il tarixdə vaxtını dəqiq xatırlamadığı vaxta özünə məxsus boz rəngli, Lada 2107 markalı avtomobili ilə Şamlıq tərəfdən gəlib, Vüqargilin evinin qabağından keçən zaman iki qadının nalayiq ifadələr işlədərək Vüqargilin qapısını möhkəm döyüşlə döydüklərini görmüşdür. Sonra həmin qadınlar içəri daxil olmuşlar və Vüqargilin evinin həyətində möhkəm səs-küy yaranmışdır. Bundan sonra Vüqar həmin qadınları itələyəitələyə qapıdan çölə çıxarmış və qapını bağlamışdır. Həmin qadınlar Vüqarın ünvanına nalayiq söyüşlər söydükləri üçün o, oradan çıxıb getmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 iyun 2019-cu il tarixli raportdan görünür ki, X6 22 iyun 2019-cu il tarixdə 18:05 radələrində DİN-nin 102 zəng xidmətinə qonşusu Vüqarın bacısı xanımı döyərək dişini sındırmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 25 iyun 2019-cu il tarixli 244 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər –sol dirsək və sağ kürək nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22 iyun 2019-cu il tarixdə əllə və vedra ilə vurma nəticəsində əmələ gələ bilərdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 17 iyun 2019-cu il tarixli 275 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-üst çənənin Le-Fort sınığı, hər iki haymor boşluğunun ön divarı və burun sümüklərinin sınığı, QKBT-sı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəssində göstərilən müdddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yumruqla, təpiklə vurma və əli ilə itələyərək yerə yıxma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 16 iyul 2019-cu il tarixli 274 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədənində müəyyən edilmiş xəsarətlər-Başın ənsənahiyyəsinin, kürək nahiyyəsinin, hər iki yuxarı və aşağı ətrafların qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yumruqla, təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 19 sentyabr 2019-cu il tarixli 299/2019 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində məhkəmə-tibbi ekspertizası zamanı sağ körpücük nahiyyəsi proyeksiyasında sağalmış yara izi olan çapıq toxuma, üst çənədə sağdan İ-İV dişlərin çeynə səthlərində sınıq aşkar olundu. Onun adına Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tərtib edilmiş xəstəlik tarixinə əsasən o, 23.06-xx.xx.2019-cu il tarixlərdə “üst çənənin LE-Fort sınığı, hər iki haymor boşluğunun ön divarı və burun sümüklərinin sınığı, qapalı kəllə beyin travması” kliniki diaqnozu ilə müalicədə olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs N.Tusi adına Klinikada xx.xx.2019-cu il tarixdə kəllənin KT müayinəsində hər iki maksilyar sinusun medial, leteral, ön divarının basılmış çoxsaylı sınıqları, əsas sümüyünün hər iki peteriqoid çıxıntısının lateral, medial hissələrinin və burun sümüklərinin yerdəyişməmiş sınıqları, iki tərəfli maksilyar hemosinos aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən qərarın təsviri hisəsində göstərilən müddətdə və şəraitdə, yəni yumruqla, təpiklə, sifətin yerə zərblə çırpılması nəticəsində törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroliji Dispanserin 22 oktyabr 2019-cu il tarixli, 560/227 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törtməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspetiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (X10 verilmiş xx.xx.2019-cu il tarixli 1089 nömrəli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez acıqlanması xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və.s) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloği xüsussiyyətlərə(şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərərkət və hərəkətsizlik) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X5 əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabıliyyətindədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 30 noyabr 2019-cu il tarixli 280/MEŞ nömrəli ekspert rəyindən görünür ki, X.N.Vəliyavada aşağıdakı xəsarətlər aşkar edilmişdir: -Üst çənənin (LE-fort tipli sınıqları) hər iki maksilyar sinusunun medial, lateral ön divarının basılmış çoxsaylı sınıqları, əsas sümüyünün hər iki qanadanbənzər (pteriqoid) çıxıntısının lateral, medial hissələrinin və burun sümüklərinin yerdəyişməmiş sınıqları və iki tərəfli maksilyar hemosinusu ilə müşayiət olunmuş qapalı kəllə-beyin travması. Qeyd edilən xəsarətlər bər küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə, müxtəlif şəraitlərdə, o cümlədən “döyülmə” nəticəsində yarana bilərdilər. Dərəcəsinə görə, üz skeleti sümüklərinin sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir və həmin sınıqların trayektoriyasına uyğun olaraq baş vermiş əsas sümüyün qanadabənzər çıxıntıların sınıqları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurma kimi qiymətləndirilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və X18 Hüquqi şəxsin 12 noyabr 2020-ci il tarixli T293/2020 nömrəli ekspert rəyindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs üsr çənədə İ-İV dişlərin travmatik sınığı, üst çənədə hər iki maksilyar sinusun medial və lateral ön divarının basılmış sınığı, əsas sümüyün hər iki qanadabənzər çıxıntısının, burun sümüklərinin yerdəyişmiş sınıqları(Lefort 1 tipli), hər iki maksilyar sinusda qan yığıntısı ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla öz xarakteri və yerləşmə nahiyələrinə görə surətlənmiş yıxılma, yəni itələnərkən yıxılma zamanı sifətinin zərblə yer örtüyünə dəyməsindən yaranması mümkündür, yetirilmə müddəti xx.xx.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi- Təcrübi və Tədris Birliyinin 3 may 2021-cu il tarixli 176 nömrəli ekspert rəyindən görünür ki, xəsarətlərin yaranma şəraiti məhkəmə-tibb eksperti tərəfindən deyil, istintaq orqanları tərəfindən müəyyənləşdirilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilən sınıqların üz skeleti sümüklərindən kəllə əsası sümüklərinə qədər sirayət etməsi, yəni dərinliyi onların zərərçəkmişin sifətinin zərblə geniş küt səthə yer örtüyünə dəyməsi nəticəsində yaranması fikrini söyləməyə əsas verir. Zərərçəkmiş şəxs müayinələrinə əsasən onda üst çənədə sağda İ-İV dişlərin travmatik sınığı, üst çənədə hər iki maksilyar sinusun medial və lateral ön divarının basılmış sınığı, əsas sümüyün hər iki qanadabənzər çıxıntısının, burun sümüklərinin yerdəyişməmiş sınıqları( Lefort 1 tipli), hər iki maksilyarsinusda qan yığıntısı ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu il taridə müxtəlif şəraitlərdə yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 275 saylı ekspert rəyinin tərtibatı zamanı xx.xx.2019-cu il tarixli KT müayinəsində əsas sümüyünün qanadabənzər çıxıntısının lateral və medial hissələrinin sınıqları və dislokasiyası radioloq tərəfindən müəyyən edilmədiyindən, onun aldığı xəsarətlər təlimata uyğun olaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmiş, digər rəylərin (2.9.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli) tərtibatı zamanı isə radioloq tərəfindən yuxarıda qeyd olunan kəllə əsası sümüklərinin sınıqları aşkar edildiyindən bu xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Odur ki, istər ilkin, istərsə də sonrakı ekspert rəylərinin nəticəsi təsviri uyğun olmuşdur. Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyyələr onların əl və ayaqla yetirilən zərbələrdən daha çox surətlənmiş yıxılma, yəni kənar şəxs tərəfindən itələyərək sifətinin zərblə yerə çırpılması, istərsə də baş nahiyyəsindən tuturaq sifətinin zərblə yerə vurulmasından yaranması mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayonlararası ruhi xəstəxanasının 14 avqust 2019-cu il tarixli 1089 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax ruhi xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 iyun 2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2019-cu il tarixdə Xanım və bacısı Kifayətin qanunsuz onun evinə daxil olmaları ilə əlaqədar Ağstafa rayon Polis şöbəsinə ərizə təqdim etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinin 13 avqust 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə özünə məxsus yaşayış evinin qarşısına qanşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə Xanımı vurub ona xəsarət yetirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə birliyi Bakı Baş Səhiyyə Mərkəzi 7 nömrəli X8 daxil olmuş çoxsaylı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin infiltrativ vərəmi BK(-) mənfi diaqnozu ilə vərəmdən əziyyət çəkir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli, 1520/g və 1521/g nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri yoldaşı X1, oğluları X9(30.12.211) və X7(xx.xx.2013) ilə bilrlikdə ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 avqust 2019-cu il tarixli qərardan və “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəb edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 və 19 oktyabr 2020-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Zərərçəkmiş şəxs Nərima qızının barəsində olan 21 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin 13 sentybar 2022-ci tarixli, 133-17649-1222 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təqcridxanasının 19 sentyabr 2022-ci il tarixli xx/xx- 4980 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təqcridxanasına daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs qəsdən hər hansı xəsarət yetirmədiyini, onun saçından tutaraq yerə itələmədiyini, onu evinin həyətindən çıxararkən ayağının burxulmasını, bundan sonra onun yerə yıxılmağını görməsə də Zərərçəkmiş şəxs aldığı xəsarətlərin həmin vaxt ayağının burxulması nəticəsində yerə yıxılması zamanı ala biləcəyini göstərsə də təqsirləndirilən şəxsin verdiyi həmin ifadələr işin faktiki hallarına uyğun deyil. Belə ki, təqsirləndirilən şəxsin ifadələrində qeyd olunan xüsusatlar zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işi üzrə digər sübutlarla təkzib edilmişdir. Odur ki, məhkəmə həmin ifadələr təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Cinayət işinin məhkəmə istintaqı zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi-Təcrübi və Tədris Birliyinin 12 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs xəsarətlər küt yaranma mexanizminə malik olmaqla öz xarakteri və yerləşmə nahiyələrinə görə surətlənmiş yıxılma, yəni itələnərkən yıxılma zamanı sifətinin zərblə yer örtüyünə dəyməsindən yaranması mümkündür, yetirilmə müddəti xx.xx.2019-cu ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Elmi-Təcrübi və Tədris Birliyinin 3 may 2021-cu il tarixli ekspert rəyindən görünür ki, xəsarətlərin yaranma şəraiti məhkəmə-tibb eksperti tərəfindən deyil, istintaq orqanları tərəfindən müəyyənləşdirilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilən sınıqların üz skeleti sümüklərindən kəllə əsası sümüklərinə qədər sirayət etməsi, yəni dərinliyi onların zərərçəkmişin sifətinin zərblə geniş küt səthə yer örtüyünə dəyməsi nəticəsində yaranması fikrini söyləməyə əsas verir. Zərərçəkmiş şəxs müayinələrinə əsasən onda üst çənədə sağda İ-İV dişlərin travmatik sınığı, üst çənədə hər iki maksilyar sinusun medial və lateral ön divarının basılmış sınığı, əsas sümüyün hər iki qanadabənzər çıxıntısının, burun sümüklərinin yerdəyişməmiş sınıqları( Lefort 1 tipli), hər iki maksilyarsinusda qan yığıntısı ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu il taridə müxtəlif şəraitlərdə yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyyələr onların əl və ayaqla yetirilən zərbələrdən daha çox surətlənmiş yıxılma, yəni kənar şəxs tərəfindən itələyərək sifətinin zərblə yerə çırpılması, istərsə də baş nahiyyəsindən tuturaq sifətinin zərblə yerə vurulmasından yaranması mümkündür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində yerləşən evinin qarşısında olan zaman qonşusu Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər yaranmış borc pul mübahisəsinə görə sonuncunun onun mərhum anasının ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq dalaşıb, yumruqla onun sifətinə, təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə vurub onu üzüstə yerə yıxaraq hərəkətlərini davam etdirib təpiklə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs, yaxın qohumu, yəni bacısı Şahid1 gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk edərək, Şahid1 onu bacısı Zərərçəkmiş şəxs ayırmaq istədiyini gördüyü halda müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə Zərərçəkmiş şəxs baş və üz nahiyyələrinə çoxsaylı ardıcıl zərbələr endirərək sonuncuya üst çənənin (Le-for tipli sınıqları) hər iki maksilyar sinusun medial, lateral ön divarının basılmış çoxsaylı sınıqları, burun sümüklərinin yerdəyişməmiş sınıqları və iki tərəfli maksilyar hemosinusu ilə müşayiət olunmuş qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran və həmin sınıqların trayektoriyasına uyğun olaraq baş vermiş əsas sümüyün hər iki qanadabənzər (pteriqoid) çıxıntısının lateral, medial hissələrinin sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə ibtidia istintaq orqanın hadisələrin baş vermə mexanizminə münasibətdə gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, həmçinin hazırki işin nəticəsi üzrə heç bir marağı olmayan şahidlər Şahid2, Şahid3 və Şahid4 həm məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində, həm də ibtidai istintaq zamanı verdiklərini ifadələrində Kifayət və Zərərçəkmiş şəxs bacılarının Təqsirləndirilən şəxs evinin həyətinə daxil olduqlarını, bu zaman evin həyətində möhkəm səs-küy gəldiyini, Təqsirləndirilən şəxs itələyərək xanımları qapıdan çölə çıxardığını, Vüqar xanımlardan birini itələyən zaman həmin xanımın yerə yıxıldığını göstərmişlər. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələrini məhkəmə istintaqı zamanı təyin edilmiş yuxarıda qeyd edilən ekspertiza rəyləri və cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 18 radələrində aralarında əvvəllər yaranmış borc pul mübahisəsinə görə Təqsirləndirilən şəxs yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində yerləşən evinin həyətinə daxil olaraq onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, bu zaman Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında qarşılıqlı mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələyərək evinin qapısından çölə çıxarmış, həmin vaxt Şahid1 onu, bacısı Zərərçəkmiş şəxs ayırmaq istədiyini gördüyü halda Şahid1 xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs saçından tutaraq qəsdən yerə çırpmış və nəticədə sonuncunun qəsdən sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirmişdir. Beləliklə ittiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq aralarında mövcud olan borc pul mübahisəsinə görə ona nalayiq ifadələr işlədərək əlbəyaxa olmuşdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yuxarıda qeyd edilən hərəkətləri qanunsuz hərəkətlər kimi qiymətləndirilməklə təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və vərəm xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin 13 sentybar 2022-ci tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təqcridxanasının 19 sentyabr 2022-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təqcridxanasına daxil olmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar