Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-4/2025 19.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X23, müdafiəçilər; Gəncə Regional Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi2, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ailəli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, Koroğlu küçəsi ev 21 ünvanında daimi qeydiyyatda olmaqla, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Tərtər rayonunun Rəcəbli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli olmaqla, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmayan, hazırda ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə, yəni əkərək yetişdirmə və onların hissələrini toplama və qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, qardaşı X4 arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təxminən 2021-ci ilin əvvəllərində sonuncunun yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi 21 saylı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya edərək əkib yetişdirmiş və 2021-ci ilin sentyabr ayında onların hissələrini toplamış, xx.xx.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin yaşayış sahəsinin həyətyanı sahəsinə və zirzəmisinə polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respubliksı Qanununun İİİ siyahısına əsasən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq kultivasiya etdiyi 1 ədəd kisə bağlamada ümumi sayı 46 (qırx altı) ədəd olmaqla təmiz çəkisi 4250 qram, 2-ci kisə bağlamadakı 1(bir) ədəd parça kisədə ümumi sayı 37 (otuz yeddi) ədəd olmaqla təmiz çəkisi 1650 qram, 1 ədəd polietilen örtükdə ümumi sayı 80 (səksən) ədəd olmaqla təmiz çəkisi 11200 qram olmaqla, ümumilikdə təmiz çəkisi 17100 (on yeddi min bir yüz) qram və sayı 163 (bir yüz altmış üç) ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin hissələrini və həmin polietilen örtükdə olmaqla 1 (bir) ədəd təmiz çəkisi 2250 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və həmçinin həmin Qanununun İ hissəsinə əsasən istintaqa məlum olmayan tarixdə və mənbədən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1-ci bağlamda təmiz çəkisi 600 qram olan həmin kisə bağlamadakı 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 45 qram, parça kisədəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 24,50 qram, 1 ədəd kisə bağlamadakı 1 (bir) ədəd polietilen örtükdə təmiz çəkisi 8000 qram olmaqla, ümumi təmiz çəkisi 8669,5 qram, yəni külli miqdarda olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuana və 1 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi 190 qram, həmin polietilen paketdəki digər 1 (bir) sellofan paketdə təmiz çəkisi 35 qram olmaqla, ümumi təmiz çəkisi 225 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə, yəni əkərək yetişdirmə və onların hissələrini toplama və qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, qaynı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, təxminən 2021-ci ilin əvvəllərində sonuncunun yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi 21 saylı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya edərək əkib yetişdirmiş və 2021-ci ilin sentyabr ayında onların hissələrini toplamış, xx.xx.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin yaşayış sahəsinin həyətyanı sahəsinə və zirzəmisinə polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respubliksı Qanununun İİİ siyahısına əsasən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq kultivasiya etdiyi 1 ədəd kisə bağlamada ümumi sayı 46 (qırx altı) ədəd olmaqla təmiz çəkisi 4250 qram, 2-ci kisə bağlamadakı 1(bir) ədəd parça kisədə ümumi sayı 37 (otuz yeddi) ədəd olmaqla təmiz çəkisi 1650 qram, 1 ədəd polietilen örtükdə ümumi sayı 80 (səksən) ədəd olmaqla təmiz çəkisi 11200 qram olmaqla, ümumilikdə təmiz çəkisi 17100 (on yeddi min bir yüz) qram və sayı 163 (bir yüz altmış üç) ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin hissələrini və həmin polietilen örtükdə olmaqla 1 (bir) ədəd təmiz çəkisi 2250 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və həmçinin həmin Qanununun İ hissəsinə əsasən istintaqa məlum olmayan tarixdə və mənbədən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1-ci bağlamda təmiz çəkisi 600 qram olan həmin kisə bağlamadakı 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 45 qram, parça kisədəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 24,50 qram, 1 ədəd kisə bağlamadakı 1 (bir) ədəd polietilen örtükdə təmiz çəkisi 8000 qram olmaqla, ümumi təmiz çəkisi 8669,5 qram, yəni külli miqdarda olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuana və 1 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi 190 qram, həmin polietilen paketdəki digər 1 (bir) sellofan paketdə təmiz çəkisi 35 qram olmaqla, ümumi təmiz çəkisi 225 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o qapısındaolan bitkiləri əkmiş və onun qapısında 8 ədəd ağac olmuşdur. O gecə vaxtı onları qırmışdır. Həmin ünvan anasının evidir. Təqsirləndirilən şəxs2 da həmin evdə yaşamışdır. Onun qardaşı Rusiyada yaşayır. O həmin bitki kollarını qırandan sonra budaq-budaq yığmışdır. Həmin bitkilərin qırılmış hissələri evin həyətyani sahəsində qalmışdır. Həmçinin əl damında da həmin bitkilərdən olmuşdur. Ertəsi gün polis əməkdaşları gəlmiş və həmin bitkilərin ona məxsus olmasını bildirmişdir. Polislər gələn zaman evdə onun anası da olmuşdur. Bundan sonra polis əməkdaşalrı yaş vəziyyətdə olan həmin bitkiləri bir yerə yığıaraq götürmüşlər. Onun 8 ağacı olmuşdur. Müstəntiq onların başına oyun açmışdır. O tutulandan sonra onun arvadı Elnarə polis şöbəsinə gələrək “o mənimlə bir yerdə Bakıda yaşayır” demiş və bütün olanların hamısının səbəbkarının Təqsirləndirilən şəxs2 olmasını demişdir. Bundan sonra onun arvadı onun yaşadığı evə gedərək Təqsirləndirilən şəxs2 “sən belə denən Rasimi qurtaraq, sənin uşağın vardır, səni tutan olmayacaq, bu təzə çıxmışdır” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 polisdə ifadə vermiş və her şeyi etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və ona birgə ittiham elan edilmişdir. O sənətkardır, mebel ustasıdır. O cəzaçəkmə müəssisəində işlədiyi işi cəzadan azad olunduqdan sonra azadlıqda davam etdirmişdir. O marixuana toxumu əldə etmiş və onu əkmişdir. O həmin toxumu yaşadığı ünvanda əkmişdir. Əkdiyi toxum böyüyəndən sonra onu polislər tutmuşlar. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, «…o, 8 ay olar ki, qardaşı Habilin evinə getməmişdir. 21 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrində o, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən nömrəsiz evində olarkən, polis əməkdaşları onun həmin evinə gələrək, ondan Rasim adlı şəxs olub-olmamasını soruşmuşlar. O da Rasim adlı şəxs olduğunu bildirmişdir. Onlarla birlikdə ünvan 7 evlərinə ata evinə, yəni qardaşı Habilin yaşadığı evin həyətinə gəlmişlər.Orada həyətdə çətənə bitkiləri olduğunu görüb, ondan həmin narkotik tərkibli çətənə bitkilərinin kimə məxsus olduğunu soruşmuşlar. O, da cavabında yəqin qardaşı Habilin olar demişdir. Eyni zamanda polis işçilərinə özünün həmin evə gəlib getmədiyini orada yaşamadığını bildirmişdir.Ondan həmin çətənə kollarını kimin qırmış olduğunu soruşmuşlar.O da həmin çətənə kollarını Lamiyə ilə birlikdə yandırmaq üçün qırdığını bildirmişdir.Həmin çətənə kollarını qırarkən Lamiyə telefonunu ona vermişdir ki, görsün qardaşı Habil nə deyir? O da telefonu Lamiyədən almış Habil telefoinda ona qardaş o ağacları , yəni narkotik tərkibli bitkiləri niyə qırırsan deyə ondan soruşmuşdur. O da Habilə həmin çətənə bitkilərini polis gəlib aşkar etməmiş qırdığını bildirmişdir.Habil də telefonda ona həmin bitkiləri ona qırmasını kimin dediyini soruşmuş və həmin bitkiləri evin zirzəmisinə yığmalarını demişdir.O da həmin bitkiləri evin zirzəmisinə yığsalar da polisin gəlib tapacağını demişdir.Habil də cavabında ona polis gəlib taparsa qardaşının olduğunu deməsini bildirmişdir.O və Lamiyə həmin çətənə bitkilərini xx.xx.2021-ci il tarixdə təxminən saat 10 radələrində evin həyətindən qırıb evin zirzəmisinə yığmışlar. Lamiyə həmin bitkiləri evin zirzəmisinin üstündən, o, evin zirzəmisinə düşdüyündən ona verdiyindən o da elə həmin bitkiləri evin zirzəmisinə yerə tullamışdır. Həmin çətənə kolları hardasa ya 8, ya 9 ədəd olmuşdur.Sadəcə olaraq həmin çətənə kollarını o və Lamiyə qırarkən həmin bitkillərin budaqlarını qırıb daşıyaraq evin zirzəmisinə yığmışlar.Həmin çətənə bitkilləini o və Lmiyə həyətdə qırarkən anası Zeynəb və bacıları Xədicə və Səidə Bərdə RMX- da bacısı Səidənin qızı yıxılıb xəsarət aldığından və o xəstəxanaya aparıldığından onlar orada olmuşlar. xx.xx.2021-ci il tarixdə Lamiyə onunla birkikdə həmin çətənə kollarını həyətdən qırıb evin zirzəmisinə yığmışlar. Lamiyə isə onunla üzləşmə zamanı yalandan bildirir ki, guya o, həmin gün evdə olmamış, bacısı Xədicəgildə olmuşdur.Bunu Lamiyə tam yalan olaraq bildirir. Bunu Lamiyə belə deməklə istəyir ki, məsuliyyətdən kənarda qalmış olsun. Polislər ondan həmin çətənə kollarının kimin olduğunu soruşarkən o da evin qadınlarını polisə aparılmasın deyə həmin bitkilərin özünün bitkisi olduğunu bildirmişdir.Polislər də onu polis şöbəsinə gətirib üzərində axtarış aparsalar da üzərindən heç bir narkotik və ya başqa hər hansı bir əşya aşkar etməmişlər.Həmin həyətə və evin zirzəmisinə polislər baxış keçirərkən oradan aşkar edib götürdükləri narkotikləri və bitkiləri qablaşdıraraq qablaşdırma yerinin üzərinə kağız yapışdırılmış, vərəqin üzərinə o və anası Zeynəb imza etmişlər.Həmin vaxt polislər onun anasından həmin narkotik tərkibli bitkilərin əkilməsi və yığılması barədə soruşarkən anası Zeynəb də onların heç birindən onun xəbərinin olmadığını bildirmişdir.O, tutulandan sonra onun həyat yoldaşı Elnarə və başqaları Lamiyəni qınamışlar ki, elə bu həm də Lamiyəlikdir.Lamiyə də bundan sonra hər şeyi olduğu kimi boynuna almışdır.Elə buna görə də Lamiyəni də polis tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafəçisinin iştirakı ilə 23 sentyabr 2021-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, “...Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşam. Özümdə ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edirəm. Qardaşım Habil işləmək məqsədilə cari ilin fevral ayında Rusiya Federasiyasına getmişdir. Mahiyyəti üzrə bildirirəm ki, cari ilin avqust ayının sonlarında qardaşım Habilin həyat yoldaşı Təqsirləndirilən şəxs2 məni yaşadıqları ünvana dəvət edib, becərdiyi çətənə kollarını mənə göstərdi. Belə ki, cari ilin may ayının sonlarında Lamiyə yaşadıqları ünvanın bağçasında yabanı halda 8 ədəd çətənə bitkisinin bitməsini görmüşdür. Bu səbəblə də o, həmin bitkilərə aqrotexniki qaydada qulluq etməyə başlamışdır. Mütəmadi olaraq həmin btkilərə su verib, diblərinə gübrə vermişdir. Lamiyə mənə həmin kolları satıb pul əldə etmək istədiyini bildirdi. Məndə Lamiyədən həmin bitkilərə qulluq etməsini istəyib, vaxtı çatanda həmin bitkilərə müştəri tapacağımı bildirdim. 20 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Lamiyə ilə birlikdə bağçada olan 8 ədəd çətənə kollarını kökündən çıxardaraq həmin kolları hissə-hissə qırıb qablaşdırdıq. Həmin kolların bir qədərini evin zirzəmisinə bir qədərini isə bağçada saxladıq. 21 sentyabr 2021-ci il tarixdə saat 16-radələrində Bərdə RPŞnin polis əməkdaşları yaşadığımız ünvana gəldilər, baxış keçirdib bağçadakı və evin zirzəmisində olan narkotik vasitələri aşkar edib götürdülər. Bərdə RPŞ-də izahat verərkən etdiyim cinayət əməlini etiraf etdim. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il tairxdə sentyabr ayının axırlarında, onun kiçik baldızı Xədicənin böyük uşağı xəstə olmuşdur. Həmin vaxt evdə olan şəxslərin hər biri xəstəxanya getmiş və uşaqların yanında heç kəs qalmamışdır. Xədicənin 7, böyük baldızının 3, onun da 3 uşağı vardır. O məcburən böyük baldızıgildə qalmışdır. Kiçik balıdızı Xədicənin uşağı xəstə olmuşdur. Uşaqlar evdə yiyəsiz qalmışlar. O öz 3 azyaşlı uşaqlarını götürərək 20 sentyabr 2021-ci il tarixdə, səhər tezdən baldızıgilə getmişdir. O həmin günü onlarda qalmış və evə gəlməmişdir. Səhəri günü polislər onun yaşadığı evə gələrək orada axtarış və çəklişlər etmiş və Rasimi polis şöbəsinə aparmışlar. Həmin günü o evdə olmamışdır. Həmçinin çəkliş olan vaxt o evdə olmamışdır. O evə gələn zaman, Rasimi polislər apardığından Rasim evdə olmamışdır. O həmin vaxt nə olmasını soruşmuş, ona “həyətinizdən narkotik çıxmışdır” demişlər. Ona görə də Rasimi aparmışlar. Bundan sonra axşam radələrində Rasimin arvadı Elnarə onlara gələrək ona hədə qorxu gəlmişdir. Elnarə əl ataraq onun saçından tutmuşdur. Həmin vaxt Elnarə ona “Rasimin əvvəllər həbsi var, sənin 3 dənə azyaşlı uşağın vardır, polislərə denən ki, məndə bu həyətdə yaşayıram mən bu evin gəliniyəm, Rasimi qurtaraq xilas edək” demişdir. Həmin vaxt o etiraz etmiş və Elnarəyə “mənim bu işdən xəbərim yoxdur, mənim 3 azyaşlı uşağım vardır, mən baldızım gildə olmuşam, uşaqlarının yanında qalmışam” demişdir. Bundan sonra Elnara onu hədələyərək “sənin uşaqların vardır, gör sənin başına nə oyun gətirəcəm” demişdir. Sonra Elnarə qayınanası və baldızlarının yanında onu döymüşdür. Bundan sonra Elnarə öz anasını götürərək polis şöbəsinə getmiş və orada polis əməkdaşlarına “evin gəlnin xəbəri vardır, gedin evin gəlnini gətirin” demişdir. Hadisənin səhəri günü onu polis əməkdaşları polis şöbəsinə aparmışlar. O polis şöbəsində olan zaman onun müdafiəçisi olmamış və polis əməkdaşları özləri yazaraq ona imza etdirmişlər. Onun bu işdən xəbəri olmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafəçisinin iştirakı ilə 24 sentyabr 2021-ci il tarixdə verdiyi ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...ifadəmin kompüter vasitəsi ilə müstəntiq tərəfindən yazılmasına etiraz etmirəm. Latın qrafikalı azərbaycan əlifbası ilə yazıb-oxuya bilirəm. Hazırda ailə üzvlərimlə birlikdə ünvan 3 ünvanda ailəm ilə birlikdə yaşayıram. Evliyəm, 3 övladım var. Rəsmi olaraq heç bir yerdə işləmirəm. Həyat yoldaşım Habil işləmək məqsədilə cari ilin fevral ayında Rusiya Federasiyasına getmişdir. Mahiyyəti üzrə bildirirəm ki, cari ilin may ayının sonlarında yaşadığım ünvanın bağçasında yabanı halda 8 ədəd çətənə bitkisinin bitməsini gördüm. Televiziya proqramlarından narkotik vasitə olan çətənə bitkisini tanıyırdım. Bu səbəbdən də həmin bitkilərə aqrotexniki qaydada qulluq etməyə başladım. Mütəmadi olaraq həmin bitkilərə su verib, diblərinə gübrə verirdim. Həmin bitkilərə qulluq etməkdə məqsədim vaxtı çatanda onları satıb qazanc əldə etmək idi. Cari ilin avqust ayının sonlarında qaynım Rasimi yaşadığımız ünvana dəvət edib, becərdiyim çətənə kollarını ona göstərdim. Qaynıma həmin kolları satıb pul əldə etmək istədiyimi bildirdim. Qaynım Rasim məndən həmin bitkilərə qulluq etməyimi istəyib, vaxtı çatanda həmin bitkilərə müştəri tapacağını mənə bildirdi. 14 sentyabr 2021-ci il tarixdə günorta saatlarında həmin çətənə kollarından bir qədər qırıb 1 ədəd sellofan paketə qoydum, həmçinin, bir qədərini də polietilen paketə qoydum. Sellofan paketi polietilen paketin içərisinə qoyub, həmin polietilen paketi yaşadığım ünvanın zirzəmisinə qoyub saxladım. 20 sentyabr 2021-ci il tarixdə günorta saatlarında qaynım Rasim ilə birlikdə bağçada olan 8 ədəd çətənə kollarını kökündən çıxardaraq həmin kolları hissə-hissə qırıb qablaşdırdıq. Həmin kolların bir qədərini evin zirzəmisinə bir qədərini isə bağçada saxladıq. 21 sentyabr 2021-ci il tarixdə saat 16-radələrində Bərdə RPŞ-nin polis əməkdaşları yaşadığımız ünvana gəldilər, baxış keçirdib bağçadakı və evin zirzəmisində olan narkotik vasitələri aşkar edib götürdülər. Bərdə RPŞ-də izahat verərkən etdiyim cinayət əməlini etiraf etdim. Əlavə olaraq qeyd edirəm ki, mən özüm narkotik vasitələrdən istifadə etmirəm. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə 4 il bundan əvvəl olmuşdur. Onun heç nə yadında qalmamışdır. Hadisədən sonra o 2 dəfə ximdət yerini dəyişmişdir. Təxminən sentyabr ayında əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Onun yaşadığı ünvana baxış keçirilmiş, həmin vaxt Rasim etiraz etməmişdir. Həyətyanı sahədə qurudulmuş marixuana və evin zirzəmisindən yaş marixuana aşkar edilmişdir. Rastim Quliyev mariçuanadan özü istifadə etməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı ünvana baxış keçirilmiş və həmin vaxt təhqiqatçının iştirakı ilə aşkar edilmiş kütlə sənədləşdirilmiş və götürülmüşdür. O video çəkilişdə iştirak etmişdir. Kütlənin çəkisi onun yadında qalmamışdır. Həmin vaxt marixuana aşkar edilərək götürülmüşdür. Mənzilə baxış zamanı marixuana aşkar edilmiş, təhqiqatçı tərəfindən sənədləşdirilərək götürülmüşdür. İbtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olan əməliyyat məlumatında Rasimin yaşadığı ünvana gedilmiş, həmin vaxt evdə Rasim və onun anası olmuşdur. Həyətyani sahədə əkilmiş və evin zirzəmisində olan qurudulmuş marixuana aşkar olmuşdur. Aşkar olunan marixuana sənədləşdirimiş və götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının sonları olmuşdur. Həmin vaxt əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Bərdə şəhəri, Koroğlu küçəsinə getmişlər. Məlumat Rasim adlı şəxsin narkotik vasitənin əkməsi və istifadəsi ilə məşğul olması barədə olmuşdur. Qadının həmin məlumatda adının olmasını yadından çıxdığı üçün xatırlamır. Onlar yaşayış yerinə gələn zaman onları Rasim və anası qarşılamışdır. Bundan sonra təhqiqatçı prosessual qaydanı izah etmiş və onlar həyətyani sahəyə baxış keçirmişlər. Həyətyani sahədə də narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 evinin zirzəmisində də narkotik vasitənin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 yaş kütləni onlara təqdim etmiş və onlar sənədləşmə işlərini aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs2 isə onun digər oğlunun arvadıdır. O, Ağdamın kəndində soğan sahələrində soğan yığmaqla məşğuldur. O axşam evə gələn zaman onun nəvəsi yıxılaraq baş nahiyyəsindən xəsarət almışdır. O 3 gün xəstəxanada qalmışdır. Ondan sonra nə olmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşı, Təqsirləndirilən şəxs2 isə onun digər qardaşı arvadıdır. .Lamiyəyə kim tərəfindən təyziq edilməsindən onun məlumatı olmamışqdır. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o hadisə baş verən zaman qızı ilə 3 gün xəstəxanada olmuşdur. Lamiyəyə kim tərəfindən təyziq edilməsindən onun məlumatı yoxdur. Belə ki, həmin vaxt o xəstəxanada olmuş və bu baxımdan məlumatı yoxdur. xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(021)-102/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” etməminin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(021)-103/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” etməminin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmçinin həmin qərarda Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında törədilən əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq vəsatətin təmin edilməməsini xahiş etmişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(021)-118/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlma müddəti 02 (iki) ay, yəni 22 yanvar 2021ci il tarixədək uzadılmışdır. Gəncə Apelliyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(104)-125/2021 saylı qərarından görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(021)-118/2021 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. 22 noyabr 2022-ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 22 yanvar 2022-ci il tarixli “Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmə” protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək baş verən hadisəni ardıcıllıqla Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs2 qarşısında əyləşən şəxsin onun həyat yoldaşı X9 qardaşı Təqsirləndirilən şəxs1 olduğunu, onunla münasibətlərinin normal olduğunu, Rasimlə evlərinin həyətindən markotik tərkibli bitkiləri qırıb evin zirzəmisinə yığmadığını, bunu Rasimin ona qarşı yalan olaraq bildirməsini,Rasimin həyat yoldaşı Elnarə ilə onun münasibətləri yaxşı olmadığından, Rasimin ona qarşı ədavət aparıb ona qarşı belə yalan ifadə verdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə kifayətlənmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanına baxış keçirilərkən apraprılmış video çəkilişə baxış protokolundan görünür ki,Vət. Təqsirləndirilən şəxs1 ilk öncə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X19 tərəfindən onun qardaşı X10 məxsus evdə narkotik vasitə saxlaması və narkotik tərkibli bitkiləri həmin yaşayış sahəsinin həyətində əkməsi və yığıb toplayaraq saxlaması ehtimal olunduğundan, həmin əsasnda həmin yaşayış sahəsinə və onun həyətyani sahəsinə baxış keçiriləcəyi və buna qarşı Təqsirləndirilən şəxs1 və baxışda iştirak edən sonuncunun anası X2 etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 də heç bir etirazı olmadığını bildirdiyindən sonra sonuncuya baxış zamanı təhqiqatçı Pərvin Səfərli tərəfindən onun həmin yaşayış sahəsində və yaşayış sahəsinin həyətində hər hansı bir qeyri-qanuni saxladığı əşya və ya narkotik vasitə varsa könüllü təqdim etməsi barədə təklifi əsasında Təqsirləndirilən şəxs1 evin həyətində olan yerə sərilmiş narkotik tərkbli çətənə bitkisi hissələrini polis əməkdaşları elə ilkin həyətə baxış keçirərkən aşkar etdiklərindən, fakt qarşısında qalaraq, həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf edib bildirdiyi və bundan sonra həmin bitki hissələrinin və həmin yerdən aşkar olunmuş quru halda olan kütlənin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldüyünü və bundan sonra təhqiqatçı X5 Təqsirləndirilən şəxs1 daha harada narkotik vasitə olması barədə bildirib soruşması əsasında Təqsirləndirilən şəxs1 də evin zirzəmisində narkotik tərkibli çətənə bitkillərinin hissələrinin olduğunu bildirib, polis əməkdaşları ilə evin otağına daxil olmaları və həmin yerdə çarpayının alt hissəsindən evin döşəməsi üzərində evin zirzəmisinə düşmək üçün taxta hissədən olan qapının olduğu və həmin yerin bilavasitə evin döşəməsi, yəni taxta örtüyünü də əhatə etdiyinin müşahidə olunduğu və bundan sonra həmin yerin polis əməkdaşları tərəfindən taxta qapısının açıldığı və oradan polis əməkdaşları işıq salıb evin zirzəmisinə baxarkən, orada külli miqdarda narkotik tərkibli çətənə bitkilərinin hissələrinin olduğu və onların zirzəmidə sellofan örtüklərin üzərində olmaqla yerə sərilərək quruması üçün hazırlandığı müşahidə olunmuşdur. Həmin yerə baxış zamanı polis əməkdaşı polis nəfəri Şahid2 evin zirzəmisinə həmin yerdən qapı hissəsini açıb daxil olması və qeyd olunan yerdən narkotik tərkibli çətənə bitkillərinin hissələrini evin otağında olan polis əməkdaşlarına verildiyi və bundan sonra polis əməkdaşlarının həmin narkotik tərkibli çətənə bitkilərinin hissələrini tərəzidə çəkib qablaşdırılmış və iştirakçılar tərfindən imzalanmışdır. Aşkar olunmuş narkotik tərkibili bitktlərin və onun hissələrinin Təqsirləndirilən şəxs1 haradan əldə etdiyini soruşarkən sonuncunun həmin narkotik tərkibli bitkiləri qardaşı Habil Məmmədovun yaşadığı ünvan 7 evin həyətində, yəni baxış keçirilən evin həyətində “keçən ilin fevral ayında əkmişəm“ deməsini bildirdiyi və qurutmaq üçün saxladığını,onun anası Zeynəb xanımın isə bütün bunlardan xəbəri olmadığını bildirib iştirakçıların nəzərinə çatdırması müşahidə olunmuşdur.Bundan sonra isə Təqsirləndirilən şəxs1 Cəlal oğluun həmin yaşayış sahəsinin həyətində narkotik tərkibli bitkilər olan çətənə bitkilərini əkmiş olduğu yeri bilavasitə göstərməsi, həmin yerə baxarkən orada çətənə bitkilərinin bəzilərinin kök hissəsindən çıxarılması həmin yerin bu əsasda özünə məxsus əlamətləri və bəzi çətənə bitkilərinin isə kök üstü hissədən qırılıb(kəsilib) götürüldüyündən həmin hissənin hələ də həmin torpaq sahəsi üzərində qalmış olduğu müşahidə olunmuşdur. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş sayca 2-ci DVD diskə baxış keçirilərkən həmin diskdə əks olunmuş görüntülərin 1-ci diskdə əks olunmuş görüntülərlə eyni olduğu müəyyən olunmuşdur. 10 yanvar 2022-ci il tarixli “Disklərdə əks olunan görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, ünvan 6 ünvana onun iştirakı ilə baxış keçirilib həmin külli miqdarda narkotik tərkibli çətənə bitkilərinin hissələri, narkotik vasitə olan qurudulmamış və qurudulmuş marixunalar və 1 ədəd də narkotik tərkibli çətənə bitkisi aşkar aşkar olunub götürüldükdən sonra, Təqsirləndirilən şəxs1 Bərdə RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutulub, üzərində Bərdə RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X19 tərəfindən şəxsi axtarış aparıldığı, lakin onun üzərindən hər hansı bir qeyri-qanuni saxladığı əşya və ya narkotikin aşkar olunmamasına dair videoçəkilişi aparılaraq, həmin videoçəkiliş 01 ədəd diskə köşürülərək, şəxsi axtarış aparılması barədə tərtib olunmuş protokola əlavə edilmiş olduğundan, həmin diskdə də əks olunmuş görüntülərə də istintaq zamanı yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Odur ki, ilk əvvəl xidməti iş otağımda olan “Acer” markalı komputerin disk yerləşdirilən hissəsinə həmin disk daxil edilib, baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur. Vət.Təqsirləndirilən şəxs1 ilk öncə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X19 tərəfindən onun üzərində narkotik vasitə və ya hər hansı bir qeyri-qanuni saxladığı əşya olması ehtimal olunduğundan, həmin əsasda onun üzərində şəxsi axtarış keçiriləcəyi və buna qarşı etirazının olub-olmaması soruşulduğu, Təqsirləndirilən şəxs1 də heç bir etirazı olmadığını bildirdiyi və bundan sonra sonuncuya şübhəli şəxs kimi hüquq və vəzifələrinin izah olunduğu və daha sonra polis əməkdaşlarının və Bərdə rayon vəkil bürosunun vəkili X11 iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyi və axtarış zamanı təhqiqatçı Pərvin Sərəfərli tərəfindən onun üzərində hər hansı bir qeyri-qanuni saxladığı əşya və ya narkotik vasitə varsa könüllü təqdim etməsi barədə təklifi əsasında o, üzərində hər hansı bir qeyriqanuni saxladığı əşya və ya narkotik olmadığını bildirdiyi və buna baxmayaraq onun üzərində polis əməkdaşları tərəfindən axtarış aparılsa da hər hansı bir qeyri-qanuni saxladığı əşya və ya narkotik vasitənin aşkar olunmadığının müəyyən olunduğu və həmin axtarış başa çatandan dərhal sonra təhqiqatçının bu barədə protokol tərtib edib, ucadan baxış iştirakçılarına oxuduğu və iştirakçılar tərəfindən protokolda qeyd olunanların doğruluğunun imzalanmış olduğu müəyyən olunmuşdur. 21 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 sentyabr 2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs2 yaşadığı yaşayış sahəsinə və həmin yaşayış sahəsinin həyatyani sahəsinə baxış keçirilərkən 1 ədəd 2250 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi, ayrı-ayrılıqda olan 600,qram, 45,qram, 24, 50 qram, 8000 qram,190 qram 35 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və ayrı-ayrılıqda 4250 qram, 1650 qram, 11200 qram çəkilərdə cəmi 163 ədəd tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisi hissələri aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və qeyd olunan aşkar olunub götürülmüş narkotik vasitələrin videoçəkilişi aparılaraq videoçəkiliş 02 ədəd diskə köçürülərək disklər protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsindən alınmış 22 sentyabr 2021-ci il tarixli 16\998 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət.X2 yaşadığı evdən aşkar edilmiş “ kisə bağlamada ümumi sayı 46 (qırx altı) ədəd ümumi təmiz çəkisi 4250 qram bitki hissələri tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində vət. Təqsirləndirilən şəxs1 məxsus “ sözləri və imzaları olan 1-ci bağlamda təmiz çəkisi 600 qram olan həmin kisə bağlamadakı 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 45 qram olan bitki mənşəli kütləllər tərkibində narkotik maddəllər olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. 2-ci kisə bağlamadakı 1(bir) ədəd parça kisədə ümumi sayı 37 (otuz yeddi) ədəd ümumi təmiz çəkisi 1650 qram olan , bitki hisələri tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisinin hissələridir. Həmin parça kisədəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 24, 50 qram bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş kisə bağlamadakı 1 (bir) ədəd polietilen örtükdə təmiz çəkisi 8000 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuanadır. Həmin polietilen örtükdəki 1(bir) ədəd təmiz çəkisi 2250 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Həmin polietilen örtükdəki ümumi sayı 80 (səkksən) ədəd ümumi təmiz çəkisi 11200 qram olan bitki hissələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 məxsus olan anası Zeynəb Məmmədovaya məxsus evin padvalından “ sözləri və imzalar olan 1 (bir) ədəd polietilen paketdəki , təmiz çəkisi 190 qram həmin polietilen paketdəki digər 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 35 qram olan bitki mənşəli kütləllər tərkibində narkotik maddəllər olan bitki mənşəli kütləllər tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən küstar üsullla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumi sayı 46 (qırx altı) ədəd, 80 (səkksən) ədəd olan nəm vəziyyətdə çətənə bitkisi hissələri, 1 (bir) ədəd təmiz çəkisi 2250 qram olan nəm vəziyyətdə çətənə (kannabis) bitkisi , təmiz çəkiləri 600 qram, 45 qram, 24, 50 qram , 8000 qram olan qurudulmamış marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş ümumi sayı 37 (otuz yeddi) ədəd olan quru çətənə bitkisi hissələri təmiz çəkiləri 190 qram, 35 qram olan qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş nəm vəziyyətdə olan çətənə bitkisi hissəlləri nəm vəziyyətdə olan çətənə bitkisi qurudulmamış marixuanalar ilə quru vəziyyətdə olan çətənə bitkisi hissələri qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildilər. Məhkəmə-bioloji ekspertizasının həmin rəyindən göründüyü kimi kimi Təqsirləndirilən şəxs2 qıznın yaşadığı və sonuncunun qaynı X15 ata evi olan ünvan 7 ünvandan, yəni yaşayış sahəsinin həyətindən və evin zirzəmisindən aşkar olunub götürülmüş 1 ədəd çətənə bitkisinin təmiz çəkisi 2250 qram tədqiqata cəmi 0, 2 qram sərf olunmaqla qalıq 2249,8 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi qaldığından həmin qalıq qalmış çətənə bitkisi , marixuananın təmiz çəkiləri 600 qram, 45 qram, 24,50 qram, 8000 qram, 190 qram, 35 qram , tədqiqata sərf olundu 1, 2 qram, (hər obyektdən 0, 2 qram) ,qalıq 599,8,qram, 44, 8 qram , 24, 3 qram, 7999, 8 qram,189, 8, qram 34, 8 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana qaldığından həmin qalıq qalmış marixuana, təmiz çıkiləri 1650 qram, 11200 qram tədqiqata cəmi 06 qram sərf olunmaqla 1649,8 qram, 11199, 8 qram çəkilərdə cəmi 163 ədəd tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisi hissələri qaldığından həmin yuxarda qeyd olunan qalıq qalmış çətnə bitkisi, qalıq qalmış marixuanalar və narkotik tərkibli çətənə bitkisi hissələri maddi subut kimi tanınmış saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilib saxlanması təmin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli 1529 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər narkoloji dispanserindən alınmış xx.xx.2021-ci il tarixli 1528 saylı rəydən görünür ki, X16 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bərdə rayon polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2281 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə iş üzrə Təqsirləndirilən şəxs2 ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf etməsinə baxmayaraq, sonradan yeni müdafiəçisi X12 iştirakı ilə verdiyi əlavə ifadəsində və üzləşmə istintaq hərəkətində törətdiyi cinayəti təkzib etməsinin qaynanası Zeynəb, baldızı Səidə və Rasimin həyat yoldaşı Elnarənin təkidi ilə sonuncunun fiziki təzyiqi altında qorxaraq verdiyini bildirməsi xüsusatlarının özünü müdafiə xarakterli olması cinayət məsuliyyətindən kənarda qalmaq üçün yeni müdafiəçisi X12 öyrətməsi ilə söyləməsi əməliyyat yolu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243;143 maddələrinin 4-cü hissələri, 143-cü maddəsinin 3-cü hissəsi ilə 11 il azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə əməli CM-nin 333.6-cü maddəsinə tövsif edilərək cəzası 08 ilə endirilmiş, ACDİÜAzərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2004-cü il tarixdə hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.2-ci madələrinə əsasən 08 il 07 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 09 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 09 il, 02 ay müddətə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 09 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmaqla, yenidən cinayət əməli törətdiyindən onun əməlinin cinayətlərin resedivin yaratması və məhkumluğu olan şəxs hesab olunması nəzərə alınmışdır. Başqa sözlə təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhukluğunu ödənilməsi üçün qanunda müəyyən edilmiş müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 şəxsi məlumatlarını elektron sorğulayan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il təvəlldülü X20, xx.xx.2006-cı il təvəlldülü X21, xx.xx.2013-cü il təvəlldü X6r. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi aşkar olunmuş qurudulmuş çətənə bitkilərini qurutmadığına, onun yaşayış sahəsinin həyətindən və evinin zirzəmisindən aşkar olunub götürülmüş bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş və qurudulmamış marixuananı, narkotik tərkibli bitkiləri tanımaması, evin həyətində narkotik tərkibli bitkiləri əkməməsi və həmin bitkilərin hissələrini xx.xx.2021-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs1 ilə birlikdə toplayıb evin zirzəmisinə yığmaması, həmin gün Rasimin bacısı Xədicəgildə olması, həmin cinayət əməlini ilkin ifadəsində törətmiş olduğunu Rasimin həyat yoldaşı Elnarənin və anası Zeynəbin və Rasimin bacıları Xədicə və Səidənin ona hədə-qorxu gəlmələrinin, 3 azyaşlı uşağı olduğundan tutulmayacağını bildirmələrinin təsiri altında qorxub üzərinə götürmüş olduğunu bildirməsinə dair ifadəsini onun özünün və təqsirdləndirilən şəxs Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiy ifadələri , şahid ifadələri ekspert rəyləri,üzləşdirmə protokolu və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün vermiş ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhəkəmə həmçinin eyni əsaslarla Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi aşkar olunmuş qurudulmuş çətənə bitkilərini qurutmadığına, onun yaşayış sahəsinin həyətindən və evinin zirzəmisindən aşkar olunub götürülmüş bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş və qurudulmamış marixuananı, narkotik tərkibli bitkiləri ona aid olmaması, əkib-becərməməsi və qardaşı Habilə aid olması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün vermiş ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində özünə məxsus evin həyətyanı səhəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə, yəni əkərək yetişdirmə və onların hissələrini toplama və qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayət əməllərini törətmələri məhəkəmədə öz təsdiqini tapdığından onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə olan marixuananın və kultivasiya edilmiş çətənə kollarının qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə, yəni əkərək yetişdirmə və onların hissələrini toplama və qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayət əməllərini törətmələri məhkəmədə təsdiq olunduğundan onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından, onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs1 Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi olması onun məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 09 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 09 il, 02 ay müddətə endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 09 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmaqla, yenidən cinayət əməli törətdiyindən onun əməlinin cinayətlərin residivin yaratması və məhkumluğu olan şəxs hesab olunması nəzərə alınmışdır. Başqa sözlə təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə Təqsirləndirilən şəxs2 hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşağı ciddi məhrumiyyətlərə düçar edə biləcəyindən məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınması ilə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və himayəsində olan xx.xx.2013-cü il tarixdə anadan olmuş uşağı X17 on dörd yaşına çatanadək cəzanın çəkilməsini 2027-ci ilin fevral 03-dək təxirə salınması məqsədəuyğundur. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” “ 4 ” iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının № 11 nömrəli qərarının 16 bəndindən görünür ki, məhkəmə CM-nin 79-cu maddəsinə əsasən ittiham hökmü çıxararkən hamilə qadınlara və ya on dörd yaşına qədər uşağı olan qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin uşaq on dörd yaşına çatanadək təxirə salınması barədə qərar qəbul etdikdə, CM-nin 79.2-ci maddəsinin mənasına görə hökmün nəticə hissəsində CM-nin 56-cı maddəsinə müvafiq olaraq cəzaçəkmə müəssisəsinin növünü təyin etməlidir. Belə ki, CM-nin 79.2-ci maddəsi məhkəmə tərəfindən bu normada göstərilən hallara görə məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında cəzaçəkmənin təxirə salınması ləğv edildikdə, məhkumun cəzanı çəkmək üçün məhz hökmlə müəyyən olunmuş yerə göndərilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarət həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, qəti cəza təyin edilməldir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar Bərdə rayon polis şöbəsində saxlanılan 1 ədəd 2249,8 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi və ayrı-ayrılıqda olan 599,8 qram, 44,8 qram , 24,3 qram, 7999,8 qram, 189,8 qram 34,8 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və ayrıayrılıqda 4249,8 qram, 1649,8 qram, 11199,8 qram çəkilərdə olan cəmi 163 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi hissələrindən ibarət olan həmin maddi sübutlar MEM-nin X26 tərəfindən tədqiqat aparıldıqdan sonra, müvafiq qaydada beş ədəd kisədə, bir ədəd parça kisədə, 4 ədəd MEM-nə məxsus kağız paketdə qablaşdırılmış olan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İki ədəd “DVD” disk isə, cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə məsrəfi, ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2013-cü il tarixdə anadan olmuş uşağı X17 14 yaşına çatanadək və ona təyin edilmiş cəzanı çəkib qurtaranadək, yəni 2027-ci ilin fevral 03-dək təxirə salınsın. Təqsirləndirilən şəxs2 üzərinə uşağının qayğısını çəkmək, onun tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulsun. Onun davranışına nəzarət yaşayış yeri üzrə Bərdə rayon Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd 2249 ,8 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisi və ayrı- ayrılıqda olan 599,8 qram, 44,8 qram, 24,3 qram, 7999,8 qram, 189,8 qram, 34,8 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana və ayrı-ayrılıqda 4249,8 qram, 1649,8 qram, 11199,8 qram çəkilərdə olan cəmi 163 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi Narkotik vasitənin məhv edilməsi Bərəd rayon Polis vəkil borosunun və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 02 ədəd DVD disk isə, cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 manat 40 qəpik təşkil Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, Təqsirləndirilən şəxs2 elan olunduğu (Təqsirləndirilən şəxs1 isə, hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-4/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-4/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver