Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-40/2021 23.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi –Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Rusiya Federasiyasının Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu Qızılca kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 mart 2015-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər sakini Şahid3 ilə arasında bir qədər əvvəl yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə Gəncə şəhər sakinləri Şahid1, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının qarşısına gəlib baş vermiş mübahisə ilə bağlı Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncuların onu münaqişəyə çəkməsi nəticəsində aralarında yaranmış qarşılıqlı dava-dalaş zamanı istintaq zamanı əldə edilərək götürlməsi mümkün olmayan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol qolundan qəsdən vuraraq sonucuya sol bazu nahiyəsinin dirsək sinirinin və şah venanın zədələnməsi, saidin və əlin bükücü əzələlərinin iflici ilə müşaiyət olunan dəlib-çıxan kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən, ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyətinin 1/3 hissəsinin çoxunun dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Gəncə şəhərində Ə.Əliyev küçəsində yaşadığı üçün Gəncə şəhər sakinləri Röyal və «Sabuş» ləqəbli Səbuhini tanıyır, Rüstəm və Nurxan adlı şəxsləri isə tanımamışdır. Qeyd edilən şəxslərin heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində yaşayan dostu Ruslanla görüşmək üçün saat 13 radələrində Gəncə şəhərinə gəlib onunla görüşüb söhbət edərək saat 14 radələrində Ruslanın yaşadığı binanın yaxınlığına getmişdir. Həmin yerdə Ruslanla dayanıb söhbət edən zaman isə Səbuhi ilə Röyal yanlarına gəlmişdir. Sonuncular yanlarında olan zaman Röyalın əlində döymə görüb ondan həmin döyməni əlinə nə üçün vurdurduğunu soruşmuş, bundan sonra Röyalın yanında olan Səbuhi «yaxşı eləyib, onu mən vurdurmuşam» deyərək bunun ona dəxli olmadığını demişdir. Buna görə də Səbuhiyə «sənin nə işinə qalıb, mən səninlə danışmıram» sözlərini demiş, sonuncu isə mübahisə etməyə başladığı üçün onunla danışmadığını deyərək həmin yerdən çıxıb getmələrini tələb etmiş, Səbuhi isə «indi görərsən sənin başına nə oyun açdıracam» və «burda gözlə indi gəlirəm» deyib Röyalla birlikdə çıxıb getmişlər.Səbuhiyə həmin yerdə olacağını deyərək Ruslanla həmin yerdə dayanıb söhbət etmiş, təxminən 20 dəqiqədən sonra, yəni saat 15 radələrində Səbuhi, Röyal və sonradan adlarının Nurxan və Rüstəm olduğunu bildiyi şəxslər yanlarına gəlmiş, Ruslanın yanında Səbuhi və Röyalla gəlmiş şəxslərdən indi dəqiq xatırlamadığı kimsə müraciət edərək «nə olub?» deyə soruşduqda o onlarla salamlaşdıqdan sonra xatırladığı qədər hər ikisi camaatın olduğu yerdə deyil, bir qədər sakit yerdə söbət etməyi təklif etmişdir. Onlar isə binaların arasında olan, işləməyən «Zil» markalı avtomaşının yaxınlığına gedib söhbət etməyi dedikləri üçün hamısı avtomaşın qaracları arasında dayanmış «Zil» markalı avtomaşının yaxınlığına, qarajların arxasına keçmişdir. Həmin yerdə onlara baş vermiş mübahisə barədə danışan zaman Rüstəm «ə ilə danışma» sözlərini dedikdə sonuncuya danışıq tərzinin elə olduğunu bildirmiş, bu zaman sol tərəfindən kimsə başının sol yan tərəfindən hansısa alətlə zərbə ilə vurmuşdur. Həmin zərbənin nəticəsində gözləri qaralmış və əlləri ilə başını tutmuşdur. Başını tutandan sonra bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla zərbələr vurulduğunu görərək iki əlləri ilə sonradan tanınma məqsədilə təqdim edilərkən bıçaqla vurduğunu etiraf edən, adının Nurxan olduğunu bildiyi şəxsin saçının arxasından tutaraq onu yumruqla vurmağa başlamışdır. Ətrafdan kimsə sağdan, soldan yumruq və təpiklə onu vurmuş, bu zaman sonradan adının Rüstəm olduğunu bildiyi şəxs «bəsdir, məni vurdular» sözlərini deyib çığırmışdır. Bundan sonra vuranlar dayandıqları üçün Nurxanı buraxaraq bir-iki addım arxa tərəfə çəkilmiş və Rustəmin Nurxangildən bir-iki addım kənarda sağ əli ilə sol qolunu tutduğunu görmüşdür. Bundan sonra Səbuhi və Röyal Rüstəmə tərəf getmiş, Nurxan isə başqa tərəfə getmişdir. Həmin yerdən getmək istəyəndə əvvəl başına zərbə vurulmuş yeri əlləri ilə yoxlayan zaman başının yerin qanadığını bilmişdir.Sonra qarın nahiyəsinə dəyən əli nisbətən istiləşdiyi və əlinin qana bulaşmış vəziyyətdə olduğunu görərək qarın nahiyəsinə baxmışdır. Qarın nahiyəsinə baxanda əynidəki zoğalı rəngli koftanın qana bulaşdığını görüb maykasını qaldırıb qarın nahiyəsindən xəsarət aldığını görmüşdür. Sonra ətrafda gəlmiş tanımadığı adamlar, eləcə də Ruslan və Qəzənfər adlı şəxs qarınını sarımış, sonra Ruslan tanımadığı taksi sürücüsünü gətirərək Fəridlə birlikdə onu Gəncə şəhər Bağbanlar qəsəbəsində olan mal bazarına qədər aparmışlar. Yolda gedən zaman bibisi oğlu Şahid6 zəng edərək onun harada olduğunu soruşmuş, sonuncu mal bazarının yanında taxta aldığını dediyi üçün ona həmin yerdə gözləməsini tapşırmışdır. Həmin yerə çatandan sonra isə Vüsalla görüşmüş birlikdə evlərinə getmişlər. Vüsala baş vermiş hadisəni danışaraq həmin hadisə zamanı xəsarət yetirildiyini bildirmişdir. Sonradan isə xəsarəti ciddi olduğu üçün Gəncə şəhər xəstəxanasına gətirilmiş, xəstəxanada ağır xəsarət aldığı məlum olmuş və üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Hadisə zamanı kiminsə əlində bıçaq görməmişdir. Belə ki, aralarında söhbət başlayan zaman kimsə görə bilmədiyi hansısa alətlə başından vurmuş, həmin zaman Rüstəm nisbətən sağında dayanmışdır. Nurxan üzbəüz dayanmasına baxmayaraq Rüstəmlə danışdığı üçün sağ tərəfə, yəni Rüstəmə tərəf baxdığından Nurxan dayandığı tərəfi görməmiş, həmin zaman da başına zərbə ilə vurulmuşdur. Başına xəsarət yetirilən zaman Səbuhi və Röyalın harada olduğunu görməmişdir. Bıçaq xəsarətinin hansı an yetirildiyini bilmir. Həmin şəxslərin heç birinin əlində bıçaq görməməsinə baxmayaraq başına vurulan zərbənin yumruqla deyil, hansısa alətlə vurulduğunu dəqiq hiss etmişdir. Başından vurulan zaman Nurxan yaxınlığında oluğu üçün onun saçından tutmuş və saçından tutandan sonra sonuncu onu vurduğu üçün onu vurmuş, başqa kimsəni vurmamışdır. Nurxan həqiqətən də həmin hadisədə iştirak etmiş və əvvəldən axıra qədər onunla dalaşmış və yaxınlığında olmuşdur. Lakin sonuncu tərəfindən bıçaqla hansı an və necə vurulduğunu görə bilməmişdir. Hadisə vaxtı üzərində bir paçka siqaret, bir ədəd mobil telefon və bir ədəd alışqan olmuşdur. Bundan başqa heç bir alət, o cümlədən bıçaq olmamışdır. Rüstəmin və Nurxanın ifadələrində onlara sağ əlində olmuş qara rəngli bıçaqla xəsarət yetirməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Belə ki, onlara xəsarət yetirməmiş və Nurxanın saçlarından iki əllərilə tutduğu üçün Rüstəmi vurmaq imkanı olmamışdır. İstintaqa təqdim edilmiş gödəkdcəsinin üzərində bir neçə bıçaq zədəsi olmuşdur. Hesab edir ki, bıçaqla vuran şəxs onu vurmaq üçün bir neçə dəfə bıçaq zərbəsi atmış və həmin zaman bıçaq zərbələrindən bir Nurxana, digəri isə Rüstəmə dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «Sabuş» ləqəbli Səbuhini, Röyalı, Nurxanı yaxşı tanıyır. Səbuhi və Nurxan sinif yoldaşıdır. Röyalı isə bir həmyerli kimi tanıyır. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur, normal münasibətləri vardır. Göygöl rayon sakini Şirxanı isə əvvəllər tanımamış, heç bir münasibətləri, eyni zamanda düşmənçilik və ədavətləri olmamışdır. 15 mart 2015-ci il tarixdə saat 13-14 radələrində evdə olan zaman Səbuhi yaşadığı ünvana gələrək Şirxan adlı bir nəfərin onunla mübahisə etdiyini və onu təhqir etdiyini deyərək gedib onunla bu barədə söhbət etmək lazım olduğunu demişdir. Səbuhi sinif yoldaşı olduğu üçün həmin adamla söhbət etməyə razı olmuş və Səbuhiyə aşağıda gözləməyi demişdir. Bir qədər sonra isə onları barışdırmaq məqsədilə söhbət etmək üçün binanın həyətinə düşmüş və orada Səbuhini və Röyalı görmüş, sonuncular Şirxanın «Ababil» mağazasının yaxınlığında olduğunu dedikləri üçün həmin tərəfə getməyə başlamışlar. Səbuhi və Röyalla piyada «Ababil» mağazası istiqamətində gedən zaman «Daş körpü» adlanan körpünün yaxınlığında Nurxan yanlarına gəlmiş və birlikdə, yəni özü, Nurxan və Röyal «Ababil» mağazası istiqamətinə getmişlər. Təxminən saat 15 radələrində qeyd edilən mağazanın yaxınlığında sonradan adının Şirxan olduğunu bildiyi oğlanı və yanında olan tanımadığı başqa bir oğlanı görmüşlər. Onlara yaxınlaşan zaman kimsə həyətdə, yəni adamlardan bir qədər kənarda söhbət etməyin lazım olduğunu demiş, özü, Nurxan, Röyal və Səbuhi, eləcə də Şirxan və yanında olan oğlan binaların arasında olan həyətə keçmişlər. Həyətdə Şirxandan, Səbuhini nə üçün «pisikdirdiyini» soruşanda sonuncu «yaxşı edirəm» sözlərini dediyindən mübahisə yaranmış və dalaşma başlamışdır. Bu zaman qarşısında təxminən 80 sm. məsafədə olan Şirxanın sağ əlində qara rəngli bıçaq görmüş və Şirxan həmin bıçaqla sol tərəfinə düzünə vurmaq istəyəndə sol qolunu qabağa vermiş və Şirxanın vurmaq istədiyi bıçaq sol qolunun yuxarı hissəsinə bataraq xəsarət almışdır. Bundan sonra huşu zəifləmiş və yerə yıxılaraq huşunu itirmişdir. Sonra qismən özünə gəlib gözünü açanda hansısa avtomaşında Səbuhi və Röyalı görmuş, sonra huşunu itirərək xəstəxanada ayılmışdır. Hadisə zamanı əlində heç bir alət olmamışdır. Hadisədən sonra Şirxanla barışmış hazırda ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl rayon sakini Şirxanı əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 15 mart 2015-ci il tarixdə saat 15-16 radələrində o, qardaşının icarəyə götürüb işlətdiyi, Dədə Qorqud küçəsi, ev 48 B ünvanında yerləşən internet klubda olan zaman Səbuhi, Rüstəm və Röyal onun yanına gələrək Şirxan adlı şəxsin Səbuhiyə küçük dediyini bildirib onunla söhbət etməyə getdiklərini deyib onun da onlarla birlikdə getməyini istədiklərini demişlər. O, əvvəl onlarla getmək istəmədiyini demiş, lakin onlar ona getmək lazım olduğunu dedikləri üçün onlarla razılaşmış və birlikdə i8nternet klubdan çıxaraq piyada “Daş körpü market” adlanan mağaza istiqamətində getməyə başlamışlar. Bir qədər gedəndən sonra Şirxanı və Ruslanı “Daş körpü market” mağazasının yaxınlığında görərək onlara yaxınlaşmışlar və Səbuhi Şirxandan ona nə üçün küçük dediyini soruşmuşdur. Şirxan isə ona “yaxşı eləmişəm” sözlərini demişdir. Bundan sonra orada sözlə mübahisə yaranmış və Şirxan ətrafda adamların olduğunu deyib söhbət etmək üçün kənara, yaxınlıqda olan meydancaya getməyi demişdir. Onlar da onunla razılaşıb birlikdə təxminən 100-150 metr kənarda olan binaların həyətinə, həyətdə olan köhnə su maşınının yaxınlığına getmişlər. Həmin yerdə yenə Şirxanla aralarında mübahisə yaranmış və Şirxan Rüstəmə müraciət edəndə “ə” sözünü işlətdiyi üçün Rüstəm Şirxandan nə üçün “ə” deyərək müraciət etdiyini soruşmuşdur. Bundan sonra Şirxan “yaxşı edirəm” deyəndən sonra o, yumruqla onu vurmuşdur və aralarında dalaşma başlamışdır. Şirxan Rüstəm və onun üzərinə gələrək Rüstəmi yumruqla vurmuş və o isə bir qədər kənara çəkilmişdir. Bundan sonra o, Şirxanın belindən qara rəngli bıçaq çıxardığını görmüşdür. Həmin vaxt Rüstəmin arxa arxaya gedərək yıxıldığını görmüşdür. Bundan sonra isə Şirxanın əlində bıçaq üzərinə gəldiyini görərək cibindən bıçağı çıxartmışdır. Şirxan isə onun üstünə gedərək bıçaqla sol qoluna vurub ona xəsarət yetirmiş, sonra saçından tutub bıçaq olan əli ilə yumruqla onun baş və sifət nahiyəsinə zərbələr vurmağa başlamışdır. Bu zaman o, Rüstəmin “ qolum, qolum” dediyini eşitmişdir. Sonra isə o, əlində olan bıçağı Şirxana tərəf yelləmiş, lakin bıçağın onun harasına dəydiyini bilməmişdir. Sonradan isə onlar aralaşıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər sinif yoldaşı olmuş, dostluq münasibətləri var, boş vaxtlarında hərdən bir yerdə olurlar, ədavət və düşmənçilikləri yoxdur. Göygöl rayon sakini Şirxanı əvvəllər yaşadıqları küçədə yaşadığı üçün tanıyır, onunla dostluq münasibətləri, yaxud ədavət və düşmənçilikləri olmamışdır. 15 mart 2015-ci il tarixdə saat 12:30 radələrində Gəncə şəhərində «Ababilin mağazası» deyilən mağazanın yaxınlığında qonşusu Şahid2 Tapdıq oğlu ilə skamyada oturub söhbət edən zaman Şirxanın dostu, həmin mağazanın yaxınlığında yaşayan Ruslanla dayanıb söhbət etdiklərini görərək onların yanına gedib söhbət etmək qərarına gələrək skamyadan durub onların yanlarına getmişlər. Şirxan və Ruslanın yanlarına çatıb salam verdikdən sonra Şirxan, Röyala əlində olan döyməni göstərməsini demiş, Röyal əlində olan ulduz şəkilli döyməni sonuncuya göstərəndə Şirxan ona «indi sən bomba oğlansan?» deyərək soruşmuş, Röyal isə bunun ona dəxlinin olmadığını demişdir. Bundan sonra o, Şirxana «döymə vurub, vurub də, onunla nə işin var?» demiş, Şirxan isə hirsli halda «sən sakit dur, sən qarşıma» sözlərini deyib, həmçinin söyüb təhqir etməyə başlamışdır. Şirxana söyüşünün cavabını qaytaranda isə sonuncu üstünə yeriyib geyinmiş olduğu paltarın yaxasından tutaraq yenə də söyüb təhqir edərək «gedək, gör sənə nə edəcəm» sözlərini demişdir. Buna görə Şirxana «mənə heç nə edə bilməzsən» sözlərini dedikdə sonuncu kənara çəkilib söhbət etməyə çağırmış, lakin əlbəyaxa dalaşdaqları təqdirdə ona gücü çatmayacağını bilib kənara getməyərək Röyalla birlikdə dostu Rüstəmi çağırmaq üçün həmin yerdən kənarlaşıb Rüstəmin yaşadığı evə tərəf getmişlər. Rüstəmin yaşadığı binanın yanına çatandan sonra binanın qarşısında gözləycəyini deyib Röyala Rüstəmin yaşadığı mənzilə çıxıb onu çağırmağı tapşırmış, Röyal da Rustəmin yaşadığı mənzilə çıxıb bir qədər sonra qayıdıb Rüstəmin gələcəyini demişdir. Binanın qarşısında bir qədər gözlədikdən sonra Rüstəm gəlmiş və ona baş vermiş hadisəni, yəni Şirxanın yaxasından tutmasını və təhqir etməsini danışmışlar. Rüstəm isə gedib Şirxanla söhbət etmək lazım olduğunu dediyi üçün birlikdə «Ababilin mağazası» deyilən mağaza istiqamətinə getməyə başlamış, bu zaman sinif yoldaşı, Gəncə şəhəri «Zabitlər evi» adlanan ərazidə yaşayan X3 yanlarına gəlmiş və hara getdiklərini soruşanda ona Şirxan tərəfindən yaxasından tutulduğunu, söyülüb təhqir olunduğunu, buna görə də Şirxanla söhbət etməyə getdiklərini demişdilər. Nurxan da birlikdə gedəcəyini bildirdiyi üçün birlikdə, yəni özü, Rustəm, Röyal və Nurxan «Ababilin mağazası» deyilən mağazaya tərəfə getmək istəyəndə, Şirxan və Ruslanın olduqları yerdən bir qədər kənarda olan «dairənin» yaxınlığında olduqlarını görüb onlara tərəf getmişlər. Şirxan və Ruslana çatan zaman onlara «gəlin gedək küçənin arasında söhbət edək» sözlərini demiş, sonra birlikdə yaxınlıqda olan küçənin arasına keçmiş və Rüstəm Şirxandan onu nə üçün söyüb təhqir etdiyini soruşmuşdur. Şirxan isə «demişəm, demişəm də» sözlərini dedikdən sonra aralarında sözlə mübahisə yaranmış, mubahisə yaranandan sonra Nurxan əlində olan bıçağın dəstəyi ilə Şirxanın başından zərbə ilə vurmuş və ara qarışmışdır. Şirxanla Nurxanın əlbəyaxa olaraq dalaşdıqlarını görərək yaxınlaşıb yumruqla Şirxanın sifətinə bir zərbə vurmuş, Şirxan bir qədər geri gedib yenidən Nurxanla tutaşmışdır. Buna görə də yenidən Şirxana yaxınlaşıb təpiklə sifətinə bir zərbə vurmuş, bu zaman Rüstəm «qolum, qolum» dediyi üçün Rüstəmə tərəf gedərkən Nurxan Şirxanla əlbəyaxa vəziyyətdə qalmış və həmin zaman Nurxanın əlində olan bıçaqla Şirxanın qarın nahiyəsinə vurduğunu görmüşdür. Eyni zamanda həmin vaxt Röyalın Şirxanın dostu Ruslanla dalaşdığını görmüş, Rustəmə çatanda isə onun sol qolunu tutduğunu və qolundan qan axdığını görmüşdür. Bu vaxt tanımdığı bir nəfər oğlan Şirxanla Nurxanı aralaşdırmış və Rüstəmi götürüb həmin yerdən bir qədər kənarlaşdıraraq Röyalın maykası ilə qolunu bağlamışlar. Bundan sonra yoldan keçən tanışları Fərid görərək gəlib nə baş verdiyini soruşduqda ona tez taksi çağırmasını dedmiş, Fərid tanımadığı taksi sürücüsünü saxlatmış və özü, Fərid və Röyal həmin avtomaşınla Rüstəmi xəstəxanaya aparmışlar. Şirxanın əlində dəstəyi və tiyəsi qara rəngli olan bıçaq görmüş və hesab edir ki, Rüstəmi bıçaqla Şirxan vurmuşdur. Nurxanla Şirxan arasında dalaşma olan zaman Nurxan Şirxanın qarşı tərəfində, Rüstəm isə Şirxanın sağ əli tərəfində olmuş və onlar arasında yaxın məsafə, yəni təxminən 30-40 sm məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, eləcədə qohumluq əlaqəsi, yaxud düşmənçilik və ədavəti olmamışdır. Gəncə şəhər sakinləri Şahid2 və Şahid3 isə eyni küçədə yaşadıqları üçün yaxşı tanıyır, qeyd edilən şəxslərlə də qohumluq əlaqələri, ədavət və düşmənçiliyi yoxdur. Əvvəllər eyni küçədə yaşamış Göygöl rayon sakini Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə dostluq münasibətləri vardır, düşmənçilik və ədavətləri isə yoxdur. 15 mart 2015-ci il tarixdə saat 13-14 radələrində şəhər ərazisində olan zaman Şirxanla görüşmüş və sonuncu ilə söhbətləşərək yaşadığı evin yaxınlığına gəlmişlər. Saat 14 radələrində evinin yaxınlığında, yəni Ə.Əliyev küçəsində olan zaman Səbuhi və Röyalın ondan təxminən 30-40 metr kənarda skamyada oturduqlarını görmüşdür. Sonra ayaqyoluna getmək üçün yaşadığı mənzilə çıxmış, Şirxan isə onu gözləmək üçün yaşadığı binanın qarşısında olan qarajların yaxınlığında qalmışdır. Mənzildə olan zaman isə pəncərədən Səbuhi və Röyalın, Şirxana tərəf gəldiklərini və söhbət etdiklərini, eləcə də sonuncunun «Sabuş» ləqəbli Səbuhinin yaxasından tutduğunu görərək həyətə düşmüş, yanlarına gedərək Şirxanın qolundan tutub ona «dava lazım deyil» sözlərini demiş və həmin yerdən kənara çəkilmişdir. Səbuhi isə Şirxana «gözlə, indi gələcəm, söhbət edərik» sözlərini deyərək Röyalla həmin yerdən getmişlər. Bundan sonra Şirxanla birlikdə söhbət etmək üçün gedib yaxınlıqda olan skamyalarda oturmuşlar. Bu zaman evdən un və çörək almaq lazım olduğunu dedikləri üçün Şirxana gözləməsini deyərək həmin yerdən bir qədər kənarda olan mağazaya tərəf getmiş, təxminən 10 dəqiqə müddətində mağazadan un və çörək alaraq yaşadığı binaya tərəf gedən zaman Səbuhi və Röyal, eləcədə sonradan adlarının Rüstəm və Nurxan olduğunu bildiyi şəxslərin dairəvi şəkildə dayandıqlarını, Şirxanın isə onların ortalarında olduğunu görərək əlində olan 5 kqlıq kisədə olan unu və bir ədəd çörəyi kənarda yerə qoyaraq onların təxminən 2 metrliklərinə yaxınlaşmışdır. X13 «sən bomba oğlansan?» sözlərini deyib-demədiyini soruşmuş, Şirxan isə belə bir söz dediyini bildirmiş və söhbət zamanı Səbuhi haqqında danışarkən «ə» ifadəsini işlətdiyi üçün Rüstəm Şirxana «ə ilə danışma» sözlərini demişdir. Şirxan isə danışıq tərzinin elə olduğunu demiş, bu zaman onlar hamısı Şirxanın üstünə cumub sonuncunu yumruqla vurmağa başlamışlar. Bunu görərək onları aralaşdırmaq məqsədilə Röyalın gödəkcəsindən tutub sonuncunu kənara çəkmək istəmiş, Röyal isə onu yerə yıxaraq özü də üstünə yıxılmışdır. Buna görə də yerdən tez qalxa bilməmiş, yerdən qalxan zaman isə Rüstəmin yaxınlıqda olan ağacın dibində «ay qolum getdi» deyərək qışqırdığını eşitmiş və ona tərəf baxanda sol qolunun qanadığını, eyni zamanda Nurxan və Səbuhinin, Rüstəmdən təxminən iki metr məsafədə dayanmış Şirxanın yaxınlığında olduqlarını görmüşdür. Şirxan dayandığı yerdə koftasını qaldırıb qarın nahiyəsinə baxanda isə sonuncunun qarın nahiyəsində qan olduğunu görmüş, sonra isə sonuncu arxa-arxaya, yaxınlıqda olan su maşınına tərəf getməyə başlamışdır. Bundan sonra isə Səbuhigil, yəni Nurxan, Rüstəm,Röyal və Səbuhi birlikdə həmin yerdən qaçıb getmişlər. Təxminən 10-15 dəqiqə sonra qonşusu Fərid həmin yerə gəlmiş və xəsarət almış Rüstəmi xəstəxanaya apardığını bildirmişdir. Kimsənin əlində hansısa bir alət görməmiş, özünün də əlində heç bir alət, o cümlədən bıçaq olmamışdır. Rüstəmə kim tərəfindən xəsarət yetirldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şrixan Abdulalyev dayısı oğludur. Gəncə şəhərində yaşayan, Nurxan, Rüstəm, Səbuhi, Röyal adlı şəxsləri tanımır. 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində yaşayan dostu Ruslanla görüşmək üçün saat 15-16 radələrində şəxsi işlərilə bağlı Gəncə şəhəri Bağmanlar qəsəbəsində olan zaman Şirxan istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, ona Bağmanlar qəsəbəsi ərazisində olduğunu dedikdə sonuncu həmin yerə gəldiyni deyərək avtomaşınını yaşdıqları kəndə apara bilibbilməyəcəyini soruşmuşdur. Şirxana avtomaşını kəndə apara biləcəyini deyərək həmin yerdə dayanıb gözləmiş və bir neçə dəqiqədən sonra Şirxan nömrəsini bilmədiyi, Vaz 2106 markalı taksi avtomaşınında həmin yerə gəlmişdir. Şirxanın həmin avtombilin qabaq sağ oturacağında, tanımadığı iki nəfər oğlanın isə arxa oturacaqda oturmuş olduqlarını görmüş, Şirxan avtomobildən düşəndən sonra tanımadığı iki nəfər avtomobildə qalmış və tanımadığı sürücü avtombili idarə edərək onları aparmışdır. X21 şəhəri, yerini dəqiq bilmədiyi Məscidin yaxınlığında saxlamış olduğu Vaz 2107 markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilini yaşadıqları kəndə aparmaq lazım olduğunu dediyi üçün birlikdə tanımadığı taksi avtomaşınında həmin yerə getmiş və həmin yerdə avtomobilin sükanı arxasına oturmuşdur. Şirxan isə qabaq oturacaqda oturduqdan sonra avtomobili idarə edərək yaşadıqları kənd istiqamətində getməyə başlamışlar. Xeyli yol getdikdən sonra, yolda Şirxanın halında dəyişiklik hiss edərək ondan nə baş verdiyini soruşduqda sonuncu əvvəl heç bir şey olmadığını demiş, lakin yaşadıqalrı kəndə çatan zaman isə sonuncu Gəncə şəhəri ərazisində bıçaqla vurulduğunu demişdir. Şirxandan nə baş verdiyini və kim tərəfindən bıçaqla vurulduğunu soruşduqda və onu xəstəxanaya aparmağı təklif edəndə sonuncu ancaq «məni evə apar» sözlərini deyərək soruşmağına baxmayaraq hadisə, yaxud kim tərəfindən vurulması barədə heç nə deməmişdir. Şirxanın yaşadığı evin qarşısına çatandan sonra onun vəziyyətinin pis olduğunu görərək qoluna girib avtomobildən düşürüb evlərinə aparmış, evdə Şirxanın anası onun xəsarət aldığını bilmiş, lakin Şirxan nə hadisə baş verməsi, eləcədə ona kim tərəfindən xəsarət yetirilməsi barədə əvvəl heç nə deməmişdir. Bir müddət keçəndən X21 şəhəri ərazisində dalaşdığını və həmin dalaşma zamanı bıçaqla vurulduğunu demiş, lakin bıçaqla kim tərəfindən vurulduğunu bildirməmişdir. Sonradan isə Şirxanın vəziyyətinin pis olduğu üçün Gəncə şəhərində xəstəxanaya aparıldığını bilmişdir. Şirxanın harada və hansı səbəbdən dalaşmasını, elcə də ona kim tərəfindən xəsarət yetirilməsini görməmiş və bilmir. Hətta bir neçə dəfə Şirxandan bu barədə soruşsa da, sonuncu hadisə barədə konkret bir şey deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Rafik oğlu ifadəsində göstərdi ki, Nurxanı, Rüstəmi, Sabuş ləqəbli Səbuhini, Röyalı, eləcədə qonşusu Ruslanı, həmçinin əvvəllər eyni küçədə yaşayan Göygöl rayon sakini Şirxanı tanıyır, heç biri ilə qohumluq əlaqəsi, ədavət və düşmənçiliyi yoxdur. 15 mart 2015-ci il tarixdə saat 14 radələrində evdə olan zaman Şirxan zəng edərək yaşıdığı binanın qarşısında olduğunu deyərək görüşmək istədiyini bildirdiyi üçün birinci mərtəbədə yerləşən mənzlin eyvanına çıxaraq Şirxanı eyvanın qarşısında görmüşdür. Şirxanla görüşəndən sonra sonuncu bir qədər əvvəl Səbuhi ilə aralarında Röyalın əlində olan döymə ilə bağlı mübahisə olduğunu dediy üçün ona Səbuhi ilə danışacağını və hansısa mübahisə etməyin lazım olmadığını deyəcəyini bildirmişdir. Daha sonra mobil telefon vasitəsilə Səbuhi ilə danışaraq ondan harada olduğunu soruşmuş, Səbuhi isə «Posyolka» adlanan ərazidə olduğunu dedikdə ona «gəl bura, Şirxan da mənim yanımdadır, mübahisə etmək lazım deyil» sözlərini demişdir. Səbuhi gələcəyini desə də təxminən 5-6 dəqiqə sonra Səbuhinin gəlmədiyini görüb ona yenidən zəng edəndə Səbuhi «Premium market» mağazasının yaxınlığında olduğunu dediyi üçün həyətə düşmək məqsədilə paltarını dəyişmək üçün eyvandan otağa keçmşdir. Paltarını dəyişən zaman isə küçədən yüksək qışqırıq və səs küy eşitdiyi üçün eyvana çıxıb Şirxanın həyətdə dayanmış «Zil» markalı avtomaşının yaxınlığında olan qarajlar tərəfindən gəldiyini və əli ilə qarnını tutduğunu görərək həyətə çıxmışdır. Şirxana yaxınlaşan zaman sonuncu «məni vurublar» sözlərini dediyi üçün onun qarın nahiyəsinə baxmış və qarnından xəsarət aldığını görmüşdür. Bundan sonra Şirxanı pilləkanlara uzadaraq mənzilə keçərək mənzildən spirt, yod və bint olmadığı üçün maykasını gətirib sonuncunun yarasına yod və spirt vuraraq yara nahiyəsini mayka ilə bağlamışdır. Eyni zamanda hadisə yerinə toplaşmış adını dəqiq bilmədiyi azyaşlı uşaqlardan kiməsə bint alıb gətirməyi tapşıraraq gətirilən bintlə Şirxanın qarın nahiyəsini sarımışdır. Bundan sonra Şirxanın qarın nahiyəsindən qanın azaldığını görüb ona xəstəxanaya getmək lazım olduğunu demiş, sonuncu isə xəstəxanaya gedəcəyini deyərək getmişdir. Bundan sonra evə qayıtdığı üçün sonuncunun hara getdiyini bilməmişdir. Həmin zaman Nurxan, Rüstəm, Səbuhi və Röyalı görməmişdir, Baş vermiş həmin hadisənin şahidi olmamış, sonradan isə bilmişdir ki, hadisə yaşadığı binanın qarşısında yerləşən qarajların yaxınlığında baş vermişdir. Rüstəmi görməmişdir və ona kim tərəfindən xəsarət yetirildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Nurxanı, Rüstəmi, Sabuş ləqəbli Səbuhini, Röyalı, eləcədə Ruslanı tanımır. Göygöl rayon sakini Şirxanı isə 15 mart 2015-ci il tarixdə görmüşdür. 15 mart 2015-ci il tarixdə saat 14- 15 radələrində birinici mərtəbədə yerləşən mənzilində olan zaman küçədən kiçik yaşlı uşaqlar pəncərəni döyüb kiminsə xəsarət aldığını deyərək ona yardım etmək lazım olduğunu bildirdikləri üçün pilləkənlərə çıxaraq oğlu Qəzənfərin yanında pilləkəndə uzanmış vəziyyətdə sonradan adının Şirxan olduğunu bildiyi şəxsi görmüş və onun xəsarət aldığını bilib, rənginin çox ağarmış olduğunu görüb özünə gəlməsi üçün mənzilə keçib şərbət düzəldərək gətirib ona vermişdir. Bir qədər sonra isə Şirxan həmin yerdən getmişdir. Sonradan isə bilmişdir ki, yaşadıqları evin yaxınlığında dava-dalaş olmuş və həmin dalaşma zamanı Şirxana kimsə bıçaqla xəsarət yetirmişdir. Lakin həmin hadisəni görməmiş və hadisənin nədən yaranmasını, kimlərin iştirak etdiyini, eləcədə Şirxana kim tərəfindən xəsarət yetirildiyini bilmir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16.03.2015-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhər Ə.Əliyev küçəsində yerləşən yaşayış evlərinin yaxınlığıdır.Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 11.06.2015-ci il tarixli 851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində – qarın nahiyəsinin ön səthində bir ədəd daxilə keçən böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarət kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.Qeyd olunan xəsarətdən başqa Təqsirləndirilən şəxs sol diz nahiyəsində bir ədəd səthi kəsilmiş yarada müəyyən edildi. Bu xəsarət kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilən xəsarətlərin əmələ gəlmə müddətləri 15 mart 2015-ci il tarixə uyğun gəlir. Məhkəmə-tibb ekspertizasının 24.03.2015-ci il tarixli 415 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazu nahiyəsinin dirsək sinirinin və şah venanın zədələnməsi, saidin və əlin bükücü əzələlərinin iflici ilə müşaiyət olunan dəlibçıxan kəsilmiş-deşilmiş yarası –deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 15 mart 2015-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyətinin 1/3 hissəsinin çoxunun dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Maddi sübutların ekspertizasının 16.04.2015-ci il tarixli 14 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa, təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkələr qandır, insan qanı, ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilməsi, Şahid3 məxsus bir ədəd uzunqol gödəkcə və bir ədəd şalvar üzərindəki ləkələr qandır, insan qanı olmaqla, ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa H olduğundan X4 məxsus ola bilməsi. H antigeni O (İ) qrupun əsasını təşkil etdiyindən Təqsirləndirilən şəxs da məxsus ola bilməsi, (qarışıq qan), təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar üzərindəki ləkələr qandır, insan qanı olmaqla, ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilməsi, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd uzunqol gödəkcə, bir ədəd uzunqol jaket, bir ədəd şalvar, bir ədəd mayka) üzərindəki ləkələr qan, insan qanı olmaqla, ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Şahid1 məxsus bir ədəd gödəkcə üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Məhkəmə balistik-trosoloji ekspertizasının 02.07.2015-ci il tarixli 10846/13379 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan təsərrüfat məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Belə ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus üç ədəd material hissələrin, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd ağ mayka üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə tədqiqata təqdim edilən bıçaq da aiddir. Təqdim edilmiş, Təqsirləndirilən şəxs gödəkcəsinin üzərindən tapılmış qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Şahid1 gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Şahid3 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqdim edilmiş Şahid1 gödəkcəsinin üzərindən tapılmış tünd qırmızı rəngi poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs poliverin tərkib liflərinə uyğun gəlirlər. Təqdim edilmiş Təqsirləndirilən şəxs gödəkcəsinin üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər əlamətlərinə görə Rüstəm Salıxovun gödəkcəsinin tərkib liflərinə uyğun gəlirlər. “Üzləşdirmə haqqında” 10 aprel 2015-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 21 iyul 2015-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Şahid3 ilə Təqsirləndirilən şəxslə aralarında aparılmış üzdəşdirmədə dindirmə zamanı aralarında mübahisə başlayandan sonra Şahid1 əlində olan bıçağın dəstəyi ilə sonuncunun baş nahiyəsinə zərbə vurduğunu təsdiq etmiş, Səbuhi Əsgərov eyni zamanda Təqsirləndirilən şəxs əlindəki açıq vəziyyətdə bıçaq olduğunu və həmin müddətdə Zərərçəkmiş şəxs yaxınlıqda olduğunu bildirmişdir. “Üzləşdirmə haqqında” 28 oktyabr 2015-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Aparılmış üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 15 mart 2015-ci il tarixli protokoldan görünür ki, X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Aparılmış üzləşdirmə zamanı Rüzgar Sadıxov ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 10.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Polis Bölməsi tərəfindən verilmiş 13.04.2017-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tapılması məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi hələlik mümkün olmamışdır.Əldə edilən məlumata görə Təqsirləndirilən şəxs 2016-cı ilin oktyabr ayında Rusiya Federasiyasına getmişdir. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəli şəxsə ittiham verilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında 20.04.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş 07.10.2017-ci il tarixli 122-12802-1217 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 26.11.2016-cı il tarixdə Şıxlı keçid məntəqəsindən keçərək ölkə sərhəddini tərk etmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində isə onun hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı müəyyən edilmiş və sonuncu barəsində İNTERPOL kanalları ilə beynəlxalq axtarış elan edilməsi üçün barəsində “həbs” qətimkan tədbirinin seçilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 13.11.2017-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxsə ittiham verilməsi üçün axtarış elan edilməsi və tutulması haqqında 13.11.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində axtarış elan edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, cinayət prosesini həyata keçirən orqandan qaçıb ölkə hüdudlarından kənarda gizlənməsini nəzərə alaraq onun İnterpol kanalları ilə Beynəlxalq axtarışa verilməsi, ölkə xaricində tutularaq Respublikaya ekstradisiya edilməsi məqsədi ilə barəsində 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən verilmiş 29.07.2017-ci il tarixli 122-26483-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20.09.2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhər yol patrul xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq ekstradisiya edilməsi üçün Rusiya Federasiyasının Moskva şəhəri Domodedov rayon Polis İdarəsinə təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20.09.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Moskva vilayətinin Domodedov şəhər məhkəməsinin 22.09.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə, yəni, 20 oktyabr 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 26 avaqust 2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin 04.08.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin 06.08.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Göygöl rayon Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Qızılca kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25.01.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələri ilə təqsirli bilinib qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2 maddələri ilə təqsirli bilinib qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1,177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 1200 manat cərimə cəzası və aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına, Şahid3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına və X10 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişlər. “Sübutların qiymətləndirilməsi haqqında” 21.08.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Şahid1 təqdim etdiyi bir ədəd bıçağın, Təqsirləndirilən şəxs götürülmüş gödəkcə, şalvar, pulover və maykanın, Şahid3 götürülmüş şalvar və gödəkcənin, Zərərçəkmiş şəxs götürülmüş cins şalvar, gödəkcə və hissələrdən ibarət geyim paltarlarının, Şahid1 göütürülmüş gödəkcənin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25.01.2017-ci il tarixli hökmü ilə bıçağın məhv edilməsi, geyim əşyalarının isə sahiblərinə təhvil verilməsi, həmçinin sahibləri tərəfindən həmin geyim əşyalarının məhv edilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X2 istintaq orqanına ünvanladığı 13.08.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxsa qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxsa qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlni törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş itiihamla özünü təqsirli bilməyərək X5 bıçaqla vurub xəsarət yetirmədiyni göstərsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerdən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. İş üzrə maddi sübutlar Şahid1 təqdim etdiyi bir ədəd bıçağın, Təqsirləndirilən şəxs götürülmüş gödəkcə, şalvar, pulover və maykanın, Şahid3 götürülmüş şalvar və gödəkcənin, Zərərçəkmiş şəxs götürülmüş cins şalvar, gödəkcə və hissələrdən ibarət geyim paltarlarının, Şahid1 göütürülmüş gödəkcənin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25.01.2017-ci il tarixli hökmü ilə bıçağın məhv edilməsi, geyim əşyalarının isə sahiblərinə təhvil verilməsi, həmçinin sahibləri tərəfindən həmin geyim əşyalarının məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 158 (yüz əlli səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Şahid1 təqdim etdiyi bir ədəd bıçağın, Təqsirləndirilən şəxs götürülmüş gödəkcə, şalvar, pulover və maykanın, Şahid3 götürülmüş şalvar və gödəkcənin, Zərərçəkmiş şəxs götürülmüş cins şalvar, gödəkcə və hissələrdən ibarət geyim paltarlarının, Şahid1 göütürülmüş gödəkcənin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25.01.2017-ci il tarixli hökmü ilə bıçağın məhv edilməsi, geyim əşyalarının isə sahiblərinə təhvil verilməsi, həmçinin sahibləri tərəfindən həmin geyim əşyalarının məhv edilməsi nəzərə alınsın İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 158 (yüz əlli səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-40/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-40/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver