Məhkəmə qərarları › İş №1(100)-40/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-40/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-40/2022 24.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X19 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X22 üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X23, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında 28 avqust 1996-cı il tarixdə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Tərtər rayonu Seydimli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri tədbiri seçilərək Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri ilə, xx xxx 1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri tədbiri seçilərək Penitensiar xidmətin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə təqsirləndirilimələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2019-cu il oktyabr ayının 30-da saat 19-20 radələrində tanışı Təqsirləndirilən şəxs2 oğlu və sonuncunun qonağı olan X20 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 həbsdə olan qardaşı X3 göstərməyi təklif etməsi ilə əlaqədar sonuncu ilə mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2 çağırışına əsasən Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun və Təqsirləndirilən şəxs2 ünvanına nalayiq söyüşlər söyməsini və X13 döyüb xəsarət yetirməsi ilə əlaqədar qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün Təqsirləndirilən şəxs2 oğlu ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlmiş, bu məqsədlə o, 2019-cu il dekabr ayının 9da, saat 19 radələrində yaşadığı Tərtər rayonu, Seydimli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş damın üzərindən əvvəlcədən gizlətdiyi odlu silahı götürərək silahlandıqdan sonra Təqsirləndirilən şəxs2la görüşərək birlikdə sonuncunun 2019-cu il dekabr ayının 5-də Gəncə şəhərində yerləşən avtomobil icarəyə verən şirkətdən X4 adına icarəyə götürdüyü və Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes-Benz markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs1 axtaran zaman sonuncunu Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalı avtomaşında olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs2 onun Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə nail olması üçün əlverişli mövqe seçməklə avtomaşını Zərərçəkmiş şəxs1 evindən təxminən 10-12 metr aralı məsafədə saxladıqdan sonra o, avtomaşının sağ arxa oturacağından düşərək ona tərəf gələn Zərərçəkmiş şəxs1 üzərinə gedərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes-Benz markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini aşağı endirməklə 2 dəfə “at-at” sözlərini işlədərək onun Zərərçəkmiş şəxs1 öldürməsi üçün çağırışlar etmiş, bu zaman o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı və üzərində gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla özü tərəfindən 2018-ci ilin may ayının sonlarında dayısı Müşviq Şahmərdanovun yaşadığı Tərtər rayonu Seydimli kəndindəki fərdi yaşayış evinin həyətində elektrik mişarla kəsilib qısaldılmaqla qanunsuz olaraq hazırladığı, ilkin təyinatı dəyişdirilmiş, atəşə yararlı odlu silah olan tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla ona sifətin çoxsaylı didilmişcırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayət olunan yetirildiyi anda həyatı üçün təlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs1 öz iradəsindən asılı olmayan səbəbdən Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kustar üsulla qara rəngli metaldan kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, vurucu hissədə barmaq keçirmək üçün nəzərdə tutulmuş, diametri 25mm ölçüdə dörd ədəd dairəvi formalı dəlikləri olan, qabarit ölçüləri 122x70mm, qalnlığı 4,5mm olan soyuq silahı əldə edib gəzdirmiş, 2019-cu il oktyabr ayının 21-də saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən həmin soyuq silah aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs2 oğlu 2019-cu il oktyabr ayının 30-da saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və X20 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Tərtər şəhər sakini Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qardaşı, həmin vaxt həbsdə olan X5 və ərzaq göndərmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə Zərərçəkmiş şəxs1la ucadan qışqırmaqla mübahisə edərək onun öyrədilərək üzərinə göndərdiyini bildirib, ictimai yer hesab edilən kafedə çoxsalı insanların dairəsinin şuurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən hərəkətəlr etməklə ictimai qaydanı kobud surətdə pozmuş, bu hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs1 kafenin arxasına aparmaqla silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib üzərində gəzdirdiyi bıçaqla onu hədələyərək əxlaq və mənəviyyət normalarına qarşı saymazlıq göstərib vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər edib kafedə və ətrafda olan dinc sakinlərin rahatçılığını, həmçinin kafenin normal iş fəaliyyətini 10-15 dəqiqə ərzində pozmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 oğlu 2019-cu il oktyabr ayının 30-da saat 19- 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 və qonağı X20 ilə birlikdə Tərtər şəhərində yerləşən “059” adlanan kafedə çay içərkən həmin çayxanaya gələn Zərərçəkmiş şəxs1 onun həbsdə olan qardaşı X3 göstərməyi təklif etməsi ilə əlaqədar mübahisə etməsi, həmçinin həmin gün axşam saat 21 radələrində onun çağırışına əsasən Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına gələn Zərərçəkmiş şəxs1 onun və Təqsirləndirilən şəxs1 ünvanına nalayiq söyüşlər söyməsini və X13 döyüb xəsarət yetirməsi ilə əlaqədar qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün Təqsirləndirilən şəxs1 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşməklə Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlmiş, bu məqsədlə 2019-cu il dekabr ayının 5-də Gəncə şəhərində yerləşən avtomobil icarəyə verən şirkətdən X4 adına icarəyə götürdüyü və özünün idarə etdiyi Mersedes-Benz markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 09 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər rayonunun Seydimli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki iribuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş damın üzərindən əvvəlcədən gizlətdiyi odlu silahı götürərək silahlanmasını gözlədikdən sonra onunla görüşərək birlikdə Zərərçəkmiş şəxs1 axtararkən sonuncunu Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 №-li evinin qarşısında dayanmış vəziyyətdə olan özünə məxsus Vaz-2106 markalı avtomaşında olduğunu görüb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə nail olması üçün əlverişli mövqe seçməklə avtomaşını Zərərçəkmiş şəxs1 evindən təxminən 10-12 metr aralı məsafədə saxlamış, həmin vaxt avtomaşının sağ arxa oturacağında oturmuş Təqsirləndirilən şəxs1 avtomaşından düşərək ona tərəf gələn Zərərçəkmiş şəxs1 üzərinə gedərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes-Benz markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini aşağı endirməklə 2 dəfə “at-at” sözlərini işlədərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürməsi üçün çağırışlar etmiş, bu zaman Təqsirləndirilən şəxs1, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı və üzərində gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş,16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla Təqsirləndirilən şəxs1 tərəfindən 2018-ci ilin may ayının sonlarında dayısı Müşviq Şahmərdanovun yaşadığı Tərtər rayonunun Seydimli kəndindəki fərdi yaşayış evinin həyətində elektrik mişarla kəsilib qısaldılmaqla qanunsuz olaraq hazırladığı, ilkin təyinatı dəyişdirilmiş, atəşə yararlı odlu silah olan tüfənglə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə onun sifət nahiyyəsindən bir dəfə atəş açmaqla ona sifətin çoxsaylı didilmişcırılmış yaraları, hər iki periorbital nahiyyənin hemotoması, çənədə frontal dişlərin travmatik çıxığı, üz-alın nahiyyəsində sümüklərdə və yumşaq toxumalarda arteferik, sağ göz almasının zədələnməsi ilə müşayət olunan yetirildiyi anda həyatı üçün təlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs2 öz iradəsindən asılı olmayan səbəbdən M,Behbudovu qəsdən həyatdan məhrum etmək məqsədini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğlu, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, 09 sentyabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu X7 “CHERRY TİGGO” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq adı ilə ona avtomobili yoxlamaq üçün Gəncə şəhərindən Tərtər rayonuna gətirməsini təklif etmiş, 2020-ci ilin sentyabr ayının 10-da saat 03 radələrində Tərtər şəhəri, Ş.Qurbanov küçəsində Cəbrayıl Süleymanovla görüşərkən sonuncunun etibarnamə əsasında idarə etdiyi, X14 məxsus olan “CHERRY TİGGO” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edərək gəzdirdiyi, 1960-cı ildə zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli, İJ-K modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, P95300 nömrəli, yivsiz (hamar), təklüləli, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılaraq ilkin təyinatı dəyişdirilmiş odlu silah hesab edilən istifadəyə yaralı ov tüfəngi ilə sonuncuya həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edilməsi hədəsi ilə bağlı olan basqın edib avtomobili ələ keçirərək zərərçəkmiş şəxs X9 11000 (on bir min) manat maddi ziyan vurmaqla quldurluq etmiş, həmin vaxt hadisə yerində olmaqla Təqsirləndirilən şəxs2 qeyd olunan hərəkətlərinə mane olmaq istəyən Zərərçəkmiş şəxs3 yaxın gələrsə atəş açacağını bildirib silahı ona tərəf tuşlamaqla real əsas nümayiş etdirib onu qəsdən öldürməklə hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Tərtər şəhər sakini Zərərçəkmiş şəxs1 tanımış, onunla düşmənçilik və ya ədavəti olmamışdır. O, həmçinin Tərtər şəhər sakini Təqsirləndirilən şəxs2 oğlunu da tanımış, onunla dostluq münasibəti olmuşdur. Ana babası Şahmərdan Şahmərdanovun 16 kalibrli, qoşalülə ov tfənginin olduğunu, babası rəhmətə getdikdən sonra həmin tüfəngin dayısı Müşfiq Şahmərdanova qaldığını, 2018-ci ilin may ayında dayısı Müşfiqin 16 kalibrli ov tüfəngini ona verdiyini, o da həmin tüfənginin lüləyini və qundağını dayısının yaşadığı evin həyətində kəsdiyini bildirmişdir. Dayısı tüfəngi ona verdikdən sonra o, tüfəngi heç kim görməsin deyə yaşadıqları Tərtər rayonu Seydimli kəndindəki evlərinin həyətində yerləşən iri buynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş tövlənin damının üzərində gizlətmişdir. 2018-ci ilin avqust ayında Azərbaycan Respublikası CM-in 180-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün həbs edilmiş, 2019-cu ilin avqust ayında isə cəzadan şərti olaraq vaxtından azad edilmişdir.Bu səbəbdən o, ov tüfəngini 1 il müddətində üzərində gəzdirməmiş, azadlığa buraxıldıqdan sonra ov tüfənginin yerində olub-olmamasını yoxlamaq üçün həyətlərində yerləşən tövlənin üzərinə çıxmış və silahın gizlətdiyi yerdə olduğunu görmüşdür. Sözügedən ov tüfəngini vəhşi heyvanlardan özünü qorumaq üçün üzərində 1- 2 dəfə gəzdirmişdir. Cəza çəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra o, həm Gəncə şəhərində, həm də Tərtər rayonunda yaşamışdır. Gəncə şəhərində yaşadığı binanın yaxınlığında avtomobilləri icarəyə verən el arasında “Rentakar” deyilən şirkət olmuş, o, həmin şirkətin sahibini tanımış, buna görə 05 dekabr 2019-cu il tarixdə Tərtər rayonunda yaşayan X1 vəsiqəsi ilə **-SJ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli, Mercedes markalı avtomobili 2 günlüyə 180 manat ödəməklə icarəyə götürmüşdür. Avtomobil onda 4 gün qalmış, buna görə şirkətin sahibi ona zəng edərək avtomobili dərhal geri qaytarmasını tələb etmişdir. Avtomobil Niyaməddinin sürücülük vəsiqəsi ilə qeydiyyatdan keçsə də avtomobil Niyaməddində olmamış, avtomobili o özü idarə etmişdir. 09 dekabr 2019-cu il tarixdə o, Sərvərlə saat 12 radələrində görüşmüş, təxminən bir neçə saat onunla birlikdə söhbət etmiş, saat 15 radələrində Sərvərlə birlikdə Şıxarx qəsəbəsində yerləşən mağazadan siqaret almağa getmiş, siqaret aldıqdan sonra o, Sərvəri atasıgilə aparıb qoymuş və yaşadığı Tərtər rayonunun Seydimli kəndinə getmişdir. O, Tərtər şəhərinin mərkəzinə icarəyə götürdüyü Mercedes C-180 markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və Sərvəri də atasıgilə həmin avtomobillə aparıb qoymuşdur. O, saat 15-16 radələrində yaşadığı Tərtər rayonunun Seydimli kəndindəki evin həyətinə daxil olaraq mal-qara saxlanılan tövlənin damına çıxaraq, əvvəlcədən lüləsini kəsdiyi qoşa lülə, 16 kalibrli ov tüfəngini götürərək dərhal evdən çıxmış və yenidən Tərtər şəhərinin mərkəzinə qayıtmışdır. Onun silahı götürməkdə məqsədi axşam evə qayıdanda hər hansı vəhşi heyvana rast gəldiyi zaman özünü qorumaq olmuşdur. O, hadisədən 8-9 gün əvvəl Bərdə rayonunda yerləşən ovçular dükanından 7 ədəd ov silahıüçün 16 kalibrli patron almışdır. O, ov tüfəngini və patronları götürərək Tərtər şəhərinin mərkəzinə gəlmiş, Tərtər mərkəzi bazarının yanından Tofiq İsmayılov küçəsinə dönmüş, həmin vaxt, saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında görmüşdür. Alışqanı olmadığı üçün idarə etdiyi avtomobilin ön şüşəsini endirərək Zərərçəkmiş şəxs1 alışqan istəmiş, lakin Zərərçəkmiş şəxs1 ona ağır cavab vermiş, bundan sonra o, avtomobildən düşərək Mansura yaxınlaşmış və ona: “xala oğlu zajiqalkan varsa ver siqaretimi yandırım” demiş, Mansur isə cavabında ona: “get cibina zajikalka al qoy” şəklində cavab vermişdir. Mansur ona bu şəkildə cavab verdikdən sonra aralarında mübahisə yaranmış, Mansur həmin vaxt ona nalayiq söyüşlər söymüş, daha sonra onların arasında dava düşmüş, Mansur onu yumruqla vurmüşdur. Mansur onun üzərinə bıçaq çıxararaq ona tərəf atmış, bundan sonra o, üzərində gətirdiyi lüləsi kəsilmiş qoşa lülə, 16 kalibrli ov tüfəngi ilə Mansurun ayaq nahiyyəsindən 1 dəfə atəş açmaq istəmiş, lakin atəş açan zaman güllə Mansurun sifət nahiyyəsindən tutmuş və sonuncunun sifəti parçalanmışdır. Bundan sonra o hadisə yerindən qaçmışdır. İcarəyə götürdüyü avtomobillə Tərtər şəhəri Ədalət Paşayev küçəsinə gedən zaman avtomobilin alt hissəsi səkiyə dəyərək dayanmış, o, avtomobildən enərək tanımadığı taksi fəailiyyəti ilə məşğul olan şəxsin avtomobilinə əyləşmiş və Bərdə rayonuna, ordan isə Bakı şəhərinə getmişdir. O, Bakı şəhərinə gecə saatlarında çatmış, Memar Əcəmi metrsonun yaxınlığında çayxanada oturmuş və səhəri çayxanada açmışdır. 10 dekabr 2019-cu ildə, saat 13-14 radələrində o, xalasıgilə getmək üçün Xırdalan şəhərinə getmiş, xalasıgilin evdə olmadığını görmüş və tanımadığı şəxsdən bir nəfərə zəng etmək istədiyinii və telefonunun olmadığını, onun mobil telefonundan dostuna zəng edəcəyini xahiş etmiş, o, həmin şəxsin telefonunu götürərək Sərvərə zəng etmişdir. Sərvərdən rayonda vəziyyətin nə yerdə olduğunu soruşmuş, Sərvər isə ona rayonda vəziyyətin yaxşı olmadığını, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Sərvərlə Elmlər metrosunun yanında görüşmüşdür. Sərvər ona Tərtər rayon polis şöbəsinin əməkdaşı Həsən müəllimlə danışdığını və onu Tərtər RPŞ-yə aparacağına söz verdiyini bildrmişdir. Sərvərlə görüşməmişdən əvvəl o, dostu Mikayıla zəng etmiş, Mikayıl onu Xırdalan şəhərindən götürərək Elmlər Akademiyası metrosunun yanına aparmışdır. Mansura atəş açdığı ov tüfəndi də həmin vaxt onun üzərində olmuşdur. Mikayıl onun üzərində olan ov tüfəngini görməmişdir. Lakin o, silahı Sərvərə göstərmişdir. Mikayıl onları idarə etdiyi “Priora” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gələrək götürmüşdür. Mikayılın onun axtarışda olduğunu, cinayət törətdiyindən xəbəri olmamışdır. Təxminən saat 19 radələrində Mikayıl və Sərvərlə birlikdə Binəqədi rayonu ərazisindən keçərkən tıxac yaranmış, tıxac yaranan zaman Binəqədi rayon polis şöbəsinin əməkdaşları gələrək avtomobilin qapılarını açmış və onları Binəqədi rayon polis idarəsinə aparmışlar. Orda olan zaman dostu Mikayılın avtomobilinə və hər üçünün üzərinə baxış keçirilmiş. Baxış zamanı onun üzərindən 1 ədəd lüləsi kəsilmiş qoşa lülə ov tüfəngi, 6 ədəd patron və 1 ədəd bıçaq çıxmışdır. Lakin Təqsirləndirilən şəxs2 və Mikayıl Heydərzadənin üzərindən və avtomobildən nələr çıxdığını bilməmişdir.Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 öldürmək məqsədi ilə ov tüfəngindən atəş açmamışdır. Zərərçəkmiş şəxs1 ayağından atəş açmaq istəyərkən onun sifət nahiyəsinə dəymişdir. O, cinayət hadisəsini törədən zaman yanında heç kim olmamış, Təqsirləndirilən şəxs2 sözügedən əməlin törədilməsində iştirak etməmiş, cinayətin törədilməsindən xəbəri olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə, saat 10 radələrində Tərtər şəhərində yerləşən “Çinar” adlı kafeyə getmiş, həmin vaxt tanışı İlkin adlı şəxs də kafedə olmuş, onlar birlikdə oturub çay içmiş, bir qədər sonra tanışları Bahadur, Elşən adı ilə tanıdığı Niyaməddin və bir neçə nəfər tanımadığı şəxslər də kafeyə gəlmiş və onların yanında əyləşərək çay içmişlər. Onlar kafedə olan zaman polis əməkdaşları içəriyə daxil olmuş və onları rayon polis şöbəsinə dəvət etmişlər. O, rayon polis şöbəsində olan zaman üzərinə baxış keçirilmiş və üzərində 1 ədəd qatlanan bıçaq, 1 ədəd beşbarmaq aşkar olunaraq götürülmüşdür. Həmin vaxt barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. O, kafedə olan zaman hər hansı şəxslə mübahisə etməmişdir. O, bıçağı Bakı şəhərindən dükandan aldığını, beşbarmağı isə Tərtər rayonu Seydimli kəndində kolluqdan tapdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanımış, onunla düşmənçilik və ya ədavəti olmamışdır. Həmçinin Tərtər rayonunun Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 tanımış onunla dostluq münasibəti olmuşdur. 30 oktyabr 2019-cu il tarixdə, saat 19- 20 radələrində o, Tərtər şəhərində yerləşən “059” adlı çay evində dostları Sənan və Vəfalı ilə birlikdə çay içən zaman Zərərçəkmiş şəxs1 onun yanına gəlmiş və onu çölə çağırmışdır. Mansur onu çay evinin arxa tərəfinə apararaq qardaşı Yavərin düzgün hərəkət etmədiyini, Vasifi nəyə görə döydüyünü demiş, o, Mansura bu sözlərin ayıb olduğunu bildirdikdə, Mansur uca səslə ona: “razborkalara mən gedirəm” sözünü demiş, o, isə yumruqla Mansurun mədəsinə vurmuşdur. Onlar təxminən 10 dəqiqə mübahisə etdikdən sonra ayrılmış və kafenin qarşısına keçmişlər. Kafenin qarşısında o, Mansurun ona tərstərs baxdığını görüb Mansura “nəsə sözlü adama oxşuyursan, əgər sözün varsa avtomobilə əyləş gedək söhbət edək” sözlərini demiş, Mansur isə heç bir sözünün olmadığını bildirmişdir. Bundan sonra o, Sənan və Vəfalı ilə birlikdə Tərtər şəhərində kirayədə yaşayan, qeyri-rəsmi yaşadığı Kəmalə Nağıyevanın yanına getmiş, bir müddətdə sonra Mansurla zəngləşərək görüşmək istədyini bildirmiş, həmin gün saat 22 radələrində o, Sənan və Vəfalı “Xan bağı” restoranına getmiş və Mansur da ora gəlmişdir. Mansurla birlikdə tanımadığı 2 nəfər şəxs də ora gəlmişdir. Onlar birlikdə söhbət edən zaman içəriyə bir neçə şəxs daxil olmuş, Sənan və o, gələnlərin polis əməkdaşları olduğundan şübhələnib otaqdan qaçmış, lakin Vəfalı orda qalmışdır. Yaranmış vəziyyətdən istifadə edən Mansur və tanışları Vəfalını döymüş, ona ciddi xəsarətlər yetirmişlər. O, Sənanla birlikdə Kəmalə Nağıyevanın yaşadığı evə getmiş, səhərə yaxın Vəfalı da oaraya gəlmişdir. Vəfalının bədəni üzərində qançır izləri olmuşdur. Vəfalı onlara Mansurun və tanışlarının onu döydüyünü bildirmişdir. Ertəsi gün Sənan Mansura zəng etmiş, nəyə görə Mansuru döydüklərini soruşmuş, Mansur isə Sənanaı təhqir etmişdir. Mansur onlara anabacı söyüşü söymüşdür. Vəfalının üzərində qançır izləri olduğundan onlar Vəfalını 10 gün rayonda saxlamış, daha sonra Bakı şəhərinə yola salmışlar. 05 dekabr 2019-cu ildə Sənan və Tərtər şəhər sakini Eliş adı ilə tanıdığı Niyaməddinlə birlikdə Gəncə şəhərinə gedərək “Rent a Car”dan Niyaməddinin adına “Mercedes c-180 markalı” ağ rəngli **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, onlar həmin avtomobillə Goranboy rayonunda dostu Mikayılın toyuna getmək istəmiş, lakin toya gedə bilməmişdir. Avtomobil onlarda 4 gün qalmışdır. 09 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində Sənan ona zəng edərək harda olduğunu soruşmuş, o, Kəmalənin yanında olduğunu bildirmiş, həmin vaxt Sənan da gələrək Kəmalənin kirayədə yaşadığı evə qalxmış, birlikdə oturub çay içmiş, daha sonra Sənanla birlikdə evdən çıxmışdır. Sənan onu icarəyə götürdüyü avtomobillə atası Fərmanın yaşadığı evə aparmış, o, avtomobildən düşmüş və Sənanı demişdir ki, gəl yemək yeyək sonra gedərik. Sənan isə ona bildirmişdir ki, yeməyini yesin, aclığı yoxdur. Bu səbəbdən Sənan evə daxil olmamışdır. Həmin gün, təxminən saat 18-19 radələrində Sənan onun mobil nömrəsinə zəng edərək Hərbi zavodla üzbəüz olan parkda onu gözlədiyini və təcili görüşmək istədiyini bildirmiş, o, Sənanın yanına getmiş, Sənan ona həyəcanlı şəkildə Mansuru ov tüfəngi ilə vurduğunu demiş, O, Sənandan nə olduğunu soruşduqda, Sənan ona Mansurgilin yaşadığı küçəyə gedərək Mansuru gördüyünü və onunla dalaşdığını, üzərindəki silahı çıxarıb Mansura bir dəfə atəş açıb sifət nahiyyəsindən vurduğunu bildirmişdir. Həmçinin Sənan onu da bildirmişdir ki, Mansurla dalaşanda Mansur onda silahı görüb qaçmış, Sənan isə Mansur qaçan vaxtı 1 ədəfə atəş açmışdır. O, Sənana rayon polis şöbəsinə getməsini bildirmiş, lakin Sənan həyəcanlı olduğu üçün hüquq mühafizə orqanlarına təslim olmaq istəməmişdir. Hadisədən təxminən 1 saat sonra Tərtər rayon polis şöbəsinin İTB-nin rəisi, polis mayoru Həsən Məmmədov ona zəng edərək Sənanın harda olduğunu, hardadırsa hərbi zavodun yanına gəlməsini və ordan gəlib Sənanı götürəcəyini demiş, o isə Sənanın həyəcanlı olduğunu görüb Sənanın yanında olmadığını demişdir. O, nə qədər etsə də Sənan təslim olmaq istəməmişdir. Sənan ona Bakıya getmək istədyini bildirmiş, o, Sənanın yenidən cinayət törətməsindən qorxduğu üçün onunla birlikdə Bakı şəhərinə getmişdir. Onlar 10 dekabr 2019-cu il tarixdə, saat 07 radələrində Bakı şəhərinə çatmışlar. Həmin gün, saat 16 radələrində o, dostu Mikayıla zəng etmiş və Bakıda olduğunu, bir azdan Tərtərə qayıdacağını demiş və onunla görüşmək istədiyini bildirmişdir. Mikayıl təxminən saat 17 radələrində gələrək onları Xırdalandan götürmüş və bir az maşınla gəzmişlər. Daha sonra saat 19 radələrində Binəqədi ərazisində tıxaca düşmüşlər. Tıxacda olan vaxt DYP əməkdaşları Mikayılın idarə etdiyi “Priora” markalı avtomobili saxladaraq onlardan avtomobildən düşmələrini tələb etmiş, onlar avtomobildən düşən zaman digər polis əməkdaşları gələrək onları Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə aparmışlar. Onlar polis bölməsində olan vaxt üzərilərinə baxış keçirilmiş, baxış zamanı Sənanın üzərindən 1 ədəd lüləyi kəsilmiş qoşa lülə ov tüfəngi, 6 ədəd patron və 1 ədəd bıçaq çıxmış, onun üzərindən isə“metanarol”, “deksametazon” həbləri çıxmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, Tərtər şəhər sakini Zərərçəkmiş şəxs3 Tərtər şəhər sakini kimi tanımış, onunla normal münasibəti olmuşdur. 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs3la “Sabir” parkının yaxınlığında görüşmüş və onunla söhbət etmişdir. O, Zərərçəkmiş şəxs3 aylıq ödənişlə avtomobil almaq istədyini bildirmiş, Anar isə ona kömək edəcəyini demiş, bundan sonra onlar çıxıb getmişdir. Təxminən 1-2 saat sonra Anarla həmin yerdə görüşmüş, Anar ona Bakışəhərində dostunun avtomobili olduğunu və satmaq istədiyini demiş, daha sonra Anarın mobil telefonu ilə həmin şəxslə danışmış, adının Cəbrayıl olduğunu həmin vaxt öyrənmişdir. Cəbrayıl ona “Cherry Tiggo” avtomobili olduğunu, yalnız sürətlər quqtusunda problem olduğunu, avtomobilin təxminən 300 manat xərcinin olduğunu demişdir. O, Cəbrayıldan aylıq nə qədər ödəniş etməli olduğunu soruşmuş, onlar aylıq 300-400 manat pul ödəməli olduğunu demişlər. Əvvəlcədən 100 manat beh vermişdir. Lakin ilkin ödəniş barədə razılığa gəlməmişlər. O, avtomobili Tərtər rayonuna gətirməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə saat 3 radələrində Zərərçəkmiş şəxs3 ona zəng edərək avtomobili Tərtər şəhərinə gətirdiklərini bildirmiş və Sabir parkının yanında görüşəcəkləri barədə razılığa gəlmişlər. Bir neçə dəqiqə sonra o, Tərtər şəhərində, yaşadığı evin yaxınlığında yerləşən Sabir parkının qarşısında Anar və Cəbrayıl ilə görüşmüş, onların gətirdiyi ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı CHERRY markalı avtomobilə baxmış, həmin avtomobilin sükanına əyləşib idarə etmiş, avtomobili idarə edən zaman Anar və Cəbrayıl da avtomobildə əyləşmişdir. O, həmin küçənin qurtaracağına, yəni rayon bazarının yaxınlığına gedib yenidən geri qayıtmış, geri qayıtdıqdan sonra onlarla birlikdə valideynlərinin yaşadığı evə getmiş, evə daxil olmuş və həyətlərinin çölündə olan su quyusunun üzərindəki beton örtüyün içərisində təxminən 8-9 ay əvvəldən hamam dəsmalına büküb sellofan torbanın içərisində gizlətdiyi 16 kalibirli lüləyi kəsilmiş tək lüləli silahı götürmüş, həmin silahı karton qutunun içərisinə qoyub yerini dəyişmək üçün özü ilə almaq istədiyi həmin avtomobilin yanına gətirmiş və arxa oturacağın üzərinə qoymuşdur. Lakin qutunun içərisində nə olduğunu Anar və Cəbrayıla deməmişdir. Bundan sonra onlar yenidən “Sabir” parkının qarşısına gəlmiş, avtomobili parkın qarşısında saxlamış, İçərisində silah olan karton qutunu özü ilə götürüb parkın içərisinə tərəf aparmış, qutunu orda heykəlin yanına qoyub sonra yenidən Anargilin yanına qayıtmış, onlarla avtomobili almaq barədə razılığa gəlmişdir. xx.xx.2020-ci il tarixdə onlara 500 manat pul verəcəyini demiş, onlar razılaşaraq avtomobilin açarını ona verib getmişlər. O, yenidən parkın içərisinə girib heykəlin yanına qoyduğu karton qutunun içərisindən silahı və paltarlarını götürüb aparıb yenidən valideynlərinin yaşadığı M.Hüseynzadə küçəsi ev 41 ünvanında qapının çölündə olan su quyusunun üzərindəki beton örtüyün içərisində gizlətmişdir. Səhər açılanda Cəbrayıldan şifahi razılıq əsasında aldığı sürüclük vəsiqəsi və etibarnaməsi olmadan CHERRY markalı avtobilə əyləşərək Bakı şəhərinə gəzməyə və avtomobildə olan nasazlıqları düzəltməyə getmiş, Təxminən günorta saatlarında Bakı şəhərinə çatmış, ilkin olaraq Bakıda Yeni Günəşli qəsəbəsinə getmiş, orda kafedə oturub yemək yemiş, gün ərzində Cəbrayıl ona bir neçə dəfə zəng edərək pulu istəmiş, o isə çalışıb pul tapıb göndərəcəyini demiş, lakin pul tapmadığı üçün o, Cəbrayıla zəng etmiş və avtomobili qaytarmaq istədyini bildirmişdir. Cəbrayıl ondan avtomobili nəyə görə qaytarırdığını soruşmuş, o da problemi olduğu üçün qaytardığını bildirmişdir. Bundan sonra axşam saatlarında günün qaranlıq vaxtında Cəbrayıl ona “avtomobili Avtovağzalda saxla, özüm gələcəm” demiş, o, avtomobili Bakı şəhər Beynəlxalq Avtovağzalının girişində saxlamış və avtomobilin içərisində yatmışdır. O, yuxuda olan zaman orda xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə aparmışlar. O, Zərərçəkmiş şəxs3 və Cəbrayıl Süleymanovun dediklərinin yalan olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 və Cəbrayıl Süleymanovun üzərinə silah çıxarıb onları öldürməklə hədələməmiş və qulduqrluq etməmişdir. O, razılıq əsasında avtomobil almaq istəmişdir. Avtomobildə problem olduğu və maddi imkanı olmadığıüçün avtomobili qaytarmaq istəmiş, lakin polis əməkdaşları onu avtovağzalda saxlamışlar. O, təklülə, 16 kaibrli ov tüfəngini tapdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 tanımış, onlarla düşmənçilik və ya ədavətləri olmamışdır. 30 oktyabr 2019-cu il tarixdə, saat 20 radələrində o, Tərtər şəhərində yerləşən “059” adlı çay evinin qarşısında əvvəllər tanıdığı Tərtər şəhər sakini Təqsirləndirilən şəxs2 oğlunu görmüş və ondan qardaşı Yavərin vəziyyətini soruşmuşdur. Sərvərin qardaşı X45 rayon polis əməkdaşlarını döydüyü üçün onun barəsində cinayət işi olmuş və bununla bağlı həbs olunmuşdur. O, Yavər Hüseynovu kinqboksinq idman növü üzrə müəllim kimi tanımış və ona qarşı hörməti olmuşdur. Yavər həbsdə olduğu üçün azda olsa ona kömək etmək, siqaret və ərzaq alıb göndərmək istəmiş, bu məqsədlə “059” çay evinin qarşısında duran Yavərin qardaşı Sərvərə yaxınlaşmış, onunla salamlaşdıqdan sonra Yavər müəllimə siqaret və ərzaq göndərmək istədiyini demiş, o, bu sözləri dedikdə Sərvər ona acıqlı şəkildə “suka, səni kim öyrədib mənim üzərimə göndərib” sözlərini demiş, o, Sərvərə “suka” olmadığını və yerli oilduqları üçün kömək etmək istədiyini bildirmişdir. Həmin vaxt Sərvər onu çay evinin arxasına çəkmiş, onun yaxasından tutmuş və onunla mübahisə etməyə başlamışdır.O isə yenə də ona pis mənada yaxınlaşmadığını demiş və aralaşmaq istəmişdir. Anidən Sərvər onun üzərinə bıçaq çıxarmış, o isə sakitçə onunla söhbət edib ordan kənarlaşmışdır. O, çay evinin qarşısına keçmiş, Sərvər isə onun arxasınca gedərək avtomobilə əyləşməsini və gedib kənarda söhbət etmək istədiyini tələb etmişdir. O, Sərvərin başını qataraq yaşadıqları evə tərəf getmişdir. Həmin söhbətdən təxminən 1 saat sonra Sərvər onun mobil nömrəsinə zəng edərək görüşüb söhbət etmək istədiyini demiş, o, Sərvərə söhbətin qurtardığını bildirmiş, Sərvər ona: “mən axtarışdayam, polislər məni axtarır, gəl Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Xan bağı” restoranına çay içib söhbət edək” demiş, həmçinin tək gələcəyini bildirmişdir. O, Sərvərlə razılaşmış və “Xan bağı” restoranına getmişdir. Sərvər ona kabinetdə oturduğunu və içəri daxil olmasını demiş, o, kabinetə daxil olduqda Sərvərin yanında 3 nəfər şəxsin olduğunu görmüşdür.Sərvərin yanənda olan şəxslərdən Tərtər rayonunun Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 tanımış, qalan 2 nəfəri isə tanımamışdır. O, stulda əyləşmiş və söhbət etməyə başlamışdır. O, Sərvərə nəyə görə üzərinə bıçaq çıxardığını soruşmuş, Sərvər isə onun üzərinə bıçaq çıxarmadığını demiş, o, həmin vaxt ona “yalançını söyüm?” sözünü dedikdə Sənan kənardan uca səslə “sən kimsənki bizim stolda söyüş söyürsən” demiş, o, Sənandan “sən Mahmudun qardaşı Sənan deyilsən?” deyə soruşmuş, Sənan isə ona “Mahmudun bura aidiyyəti yoxdur, sən yaxşı oğlan deyilsənki stolda söyüş söyürsən” şəklində cavab vermiş və Sənanla aralarında mübahisə yaranmışdır. Sənan stolun üzərində olan stəkanı götürərək onun üzərinə atmış, o da stolda olan çayniki götürərək onlara tərəf atmışdır. Həmin vaxt Sənan və Sərvər kabinetdən durub qaçmış, o isə stulu götürərək sonradan adını bildiyi Vəfalıya tərəf atmış, stul Vəfalının kürəyinə dəymiş və yerə sonuncu yıxılmışdır. O, Vəfalıya yerdə bir iki təpik vurmuş və daha sonra çıxıb getmişdir. Bu hadisədən sonra Sənanın və Sərvərin onu axtardığını eşitmişdir. O, Sərvər və Sənanı 09 dekabr 2019-cu il tarixədək görməmişdir. 09 dekabr 2019-cu il tarixdə, saat 18 radələridə o, işdən evə gəlmiş, yeməyini yedikdən sonra həyat yoldaşı ona atasıgilə getmək istədyini demiş, o da təxminən saat 19 radələrindəəynini geyinib çölə çıxaraq avtomobili işə salmışdır. O, yaşadığı Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 nömrəli evinin giriş darvazasından çöldə dayanan zaman həmin vaxt ağ rəngli, Mercedes Benz markalı nömrəsini xatırlamadığı avtomobil onun yaşadığı evdən təxminən 10-12 metr aralı məsafədə saxlamış, avtomobili sürən şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Avtomobil dayandıqdan sonra arxa sağ qapıdan əvvəllər tanıdığı Sənan adlı şəxs düşərək əlində lüləyi kəsilmiş ov tüfəngi ilə onun üzərinə gəlmiş, o, Sənanın onu vurmaq üçün gəldiyini bildikdə özünə məxsus VAZ-2106 markalı avtomobildən mətbəx bıçağını götürmüş, Sənan ov tüfəngini ona tuşladıqda ordan qaçmaq istəyən zaman Sərvər avtomobilin içərisindən iki dəfə “at-at” sözlərini demiş, bu sözlərdən sonra Sənan onun sifət nahiyəsinə silahı tuşlayıb atəş açmış və qaçıb getmişlər. O, huşunu itirmiş və yerə yıxılmışdır. Həmin vaxt küçədə heç kim olmamışdır. Həyat yoldaşı silah səsinə çölə çıxmış və onu yerdə uzanıqlı vəziyyətdə görmüşdür. O, bir neçə gündən sonra xəstəxanada özünə gəlmiş, sağ gözü əməliyyat olunaraq tamamilə amputasiya olunmuş, sol gözü isə çox zəif görmüşdür. Aldığı xəsarətlərdən gözü kor olmuşdur. O, görmə qabiliyyətinin bərpa olunacağını, buna görə öz qisasını Sərvərdən alacağını düşünmüş, ona görə avtomobilin Sərvər tərəfindən idarə olunmasını əvvəlki ifadələrində bildirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanımış, onunla düşmənçilik və ya ədavəti olmamışdır. O, Yasamal rayonunda avtomobil təmiri sexində usta işləmiş, eyni zamanda ucuz qiymətə olanda da maşın alıb lazımı yerlərin təmir edib satmışdır. Şahid8 onun dostudur. Onunla birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən hadisədən 4 ay qabaq Tural Bakı şəhər sakini X25 CHERRY TİGGO markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi qiyməti 9200 manat olmaqla, əvvəlcədən 4500 manat verərərək 24 aylıq isə hər ay 433 manat ödəmək şərtilə etibarnamə əsasında almış, 2 ay 433 manat ödəniş etmişdir. Tərtər şəhərində yaşayan Zərərçəkmiş şəxs3 6-7 ildir ki, tanımışdır. Anarın bacısı onların binasının yanında həyət evində yaşamış, Anar bacısıgilə gələn vaxtlarda onunla münasibətimi yaranmışdır. Lakin onunla aralarında avtomobil alqı-satqısı olmamışdır. xx.xx.2020-ci il tarixdə o, whatsapp tətbiqində Anara həmin avtomobilin şəkillərin göndərmiş, almaq istəyən olarsa xəbər etməsini xahiş etmişdir. Anar da 09 sentyabr 2020ci il tarixdə ona zəng edərək onunla hal-əhval tutduqdan sonra Tərtərdə avtomobili almaq istəyən bir nəfər şəxsin olduğunu bildirmişdir. O, Anara avtomobilin sürətlər qutusunda problem olduğunu, 230 manat xərci olduğunu demiş və əvvəlcədən 2000 manat sonra isə 21 ay hər ay 433 manat olmaqla kredit formasında ödəmək şərti ilə satmaq istədyini bildirmidir. O, Anarla razılaşdıqdan, sonra Anarın dediyi avtomobili almaq istəyən Sərvər adlı şəxs Anarın telefonu ilə onunla danışmışdır. Sərvər ondan maşının başqa probleminin olub-olmamasını soruşmuş, o isə cavabında sürətlər qutusundan başqa maşının heç bir probleminin olmadığını bildirmişdir. Sərvər onunla razılaşmış və avtomobili almaq istədiyini bildirmişdir. O, Sərvərdən 100 manat beh istəmiş, Sərvər də 100 manat behi Anara vermişdir. Sərvər telefonla danışanda ona “behi verirəm, maşını götür gəl” demiş, o, bu barədə Turala demiş və şərtləri də bildirmişdir. Tural da razılıq verdikdən sonra Tural həmin avtomobili, o, isə özünə məxsus Mercedes Benz C-class markalı avtomobili idarə edərək Tərtər şəhərinə getmişdir. Onlarla birlikdə yolda yuxulamamaqları üçün bir maşında Bakı şəhərində qonşusu, həm də dostu olan X32 və digər maşında isə Rahil Baratoğlu da olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə saat 3 radələrində Tərtər şəhərinə çatmış, şəhərin girişində “Bayraq Meydanı” adlanan yerdə Anar onları qarşılamış, birlikdə polis şöbəsinə yaxın dairənin yaxınlığında hər iki avtomobili saxlamışlar. Anar ona “uşaqlar burda gözləsin biz gedək maşını göstərək qayıdaq” demiş, Anar öz VAZ 2106 markalı avtomobili ilə qarşıda, o isə Anarın arxasınca getmişdir. Onlar Sabir parkı deyilən yerdə avtomobili saxlamış, Sərvərə zəng edərək parkda olduqlarını bildirmişlər. Sərvər təxminən 2-3 dəqiqəyə onların yanına gəlmiş, avtomobilə ümumi baxmış, sonra Sərvər onun yanında oturmuş və o, avtomobili idarə etmişdir. O, Sərvərə“sür, özün də bax” demiş, avtomobili saxlamış və Sərvər sükan arxasına keçmişdir. Həmin vaxt Anar da onlarla birlikdə olmuşdur. Sərvər onlara “gedək atamın evinə ordan pul götürüm gəlim sizi yola salım” demiş, onlar Sərvərgilin yaşadığı evə getmiş, onlar da maşında Sərvəri gözləmişlər. Sərvər evə girmiş, 2-3 dəqiqə sonra çıxıb “atam yatıb, anam xeyir-duasın verdi, gedək sizin pulunuzu verim yola salım” demiş, həmin vaxt Sərvər evdən təxminən 40 sm uzunluğunda 20 sm enində qutu gətirmiş, həmin qutu göy rəngli polietilen paketin içərisində olmuşdur. Sərvər içərisində qutu olan paketi avtomobilin arxa oturacağının üzərinə qoyaraq maşını hərbi zavodun qarşısında saxlamış, sonra isə onlara “kamera var, keçək qarşı tərəfə, mənim pul saymağımı heç kim görməsin deyə bildirmiş, parkın giriş qapısının qarşısında avtomobili saxlamış və onlar maşının yanına düşmüşlər. Sərvər qutunu götürüb parkın içərisinə doğru getmiş. onlara maşını parkın ortasına tərəf aparıb saxlamaqlarını bildirmiş, o, maşından düşüb gözləmiş, 5 dəqiqəyə yaxın Sərvər parkın içərisində qaranlıq yerdə özü ilə apardığı qutunun içərisində olan nəyləsə məşğul olmuşdur. Qəflətən Sərvər sağ əlində silahla qaranlıqdan onların üstünə tərəf gəlmişdir. Həmin silah lüləyi kəsik, qara rəngli olmuş və bütünlükdə “skoç”-a bürünmüşdür. Sərvər həmin silaha güllə yığa-yığa gələrək onların yanına çatanda güllənin biri yerə düşmüş, Sərvər əyilib gülləni götürüb silaha yerləşdirərək hazır vəziyyətə gətirib ona tuşlamış və qışqıra-qışqıra “sən mənim qonağımsan keç qırağa” demiş, sonra isə silahı Anara tuşlamış və “maşından nə qədər pul tutmusunuz, məndən niyə beh istəyirsiniz” sualını vermiş, Anar onun üzərinə gedərək bu nə hərəkətdir edirsən?! sözlərini demiş, həmin vaxt Sərvər Anara bir addım da yaxınlaşsan varyoxuna söyərək atacağını bildirmişdir. Həmin vaxt onlar qorxub dayanmışdır. Sonra onlara “bugün maşının pulun verməyə söyüş söymüşəm, sabah 12-yə kimi pulu məndən götürərsən” bildirərək silahı onlara tuşlayatuşlaya avtomobilin sükanına əyləşmiş və cibindən pul çıxardaraq “maşının pulu burdadı, sabah verəcəm” deyərək çıxıb getmişdir. O, Anara “bu nə məsələdir, Sərvər bizə qarşı niyə belə etdi?” sualını vermiş, Anar da ona “ağlı başında deyil, sabah pulu verər”şəklində cavab vermişdir. Səhər açılanda Tərtər şəhərində yerləşən “Qoca çinar” adlı kafedə əyləşib səhər yeməyi yemiş, saat 11-də o, Sərvərə zəng etmiş, Sərvər ona “əlimdə işim var səni 10 dəqiqəyə yığacam” demiş, lakin 1 saat sonra bir də yığmış, Sərvər telefonu götürərək bir neçə dəqiqə sonra pulu karta vuracağını, onunla əlaqə saxlayacağını bildirmişdir. O, Sərvərin onu aldatdığını görüb DİN-in 102 xidmətinə zəng etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X10 tanımış, onunla düşmənçilik və ya ədavəti olmamışdır. Cəbrayıl Yasamal rayonunda avtomobil təmiri sexində usta işləmiş, eyni zamanda ucuz qiymət olanda da maşın alıb lazımı yerlərin təmir edib satmışdır. Məmmədov X21 dostudur. Cəbrayılla birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 4 ay bundan qabaq Tural Bakı şəhər sakini X25 CHERRY TİGGO markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi qiyməti 9200 manat olmaqla, əvvəlcədən 4500 manat verərərək 24 aylıq isə hər ay 433 manat ödəmək şərtilə etibarnamə ilə almış, 2 ay 433 manat ödəniş etmişdir. O, Cəbrayılı 6-7 ildir ki, tanımışdır. onun bacısı Cəbrayılgilin binasının yanında həyət evində yaşamış, o, bacısıgilə gələn vaxtlarda Cəbrayılla münasibəti yaranmışdır. Lakin onunla aramızda avtomobil alqı-satqısı olmamışdır. xx.xx.2020-ci il tarixdə Cərayıl whatsapp-da ona həmin avtomobilin şəkillərin atmış, almaq istəyən olarsa xəbər etməsini xahiş etmişdir. O da 09 sentyabr 2020-ci il tarixdə Cəbrayıla zəng edərək həl-əhval tutduqdan sonra Tərtərdə tanış adamın olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Cəbrayıl ona avtomobilin karobkasında problem olduğunu, 230 manat xərci olduğunu demiş və əvvəlcədən 2000 manat sonra isə 21 ay hər ay 433 manat olmaqla kredit formasında ödəmək şərti ilə satmaq istədyini bildirmidir. Cəbrayıl onunla razılaşdıqdan, sonra avtomobili almaq istəyən şəxs Sərvər onun telefonu ilə Cəbrayılla danışmışdır. Sərvər ondan maşının başqa probleminin olub-olmamasını soruşmuş və ona karobkadan başqa heç bir problem olmadığını bildirmişdir. Sərvər Cəbrayılla razılaşmış və avtomobili almaq istədiyini bildirmişdir. O, Sərvərdən 100 manat beh istəmiş, Sərvər də 100 manat behi ona vermişdir. Sərvər telefonla danışanda ona “behi verirəm, maşını götür gəl” demiş, Cəbrayıl bu barədə Turala demiş vəşərtləri də bildirmişdir. Tural da razılıq verdikdən sonra Tural həmin avtomobili, Cəbrayıl isə özünə məxsus Mercedes Benz C-class markalı avtomobili idarə edərək Tərtər şəhərinə getmişdir. Cəbrayılla birlikdə yolda yuxulamamaqları üçün bir maşında Bakı şəhərində qonşusu, həm də dostu olan X32 və digər maşında isə Rahil Baratoğlu olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Cəbrayılgil Tərtər şəhərinə çatmış, şəhərin girişində “Bayraq Meydanı” adlanan yerdə o, Cəbrayılgili qarşılamış, birlikdə polis şöbəsinin yaxınlığında olan “kruqun” yaxınlığında hər iki avtomobili saxlamışlar. O, Cəbrayıla “uşaqlar burda gözləsin biz gedək maşını göstərək qayıdaq” demiş, o, öz VAZ 2106 markalı avtomobili ilə qarşıda, Cəbrayıl isə onun arxasınca getmişdir. Onlar Sabir parkı deyilən yerdə avtomobili saxlamış, Sərvərə zəng edərək parkda olduqlarını bildirmişlər. Sərvər təxminən 2-3 dəqiqəyə onların yanına gəlmiş, avtomobilə ümumi baxmış, sonra Sərvər Cəbrayılın yanında oturmuş və Cəbrayıl avtomobili idarə etmişdir. Cəbrayıl Sərvərə“sür, özün də bax” demiş, avtomobili saxlamış və Sərvər sükana keçmiş, həmin vaxt o da Cəbrayılgillə birlikdə olmuşdur. Sərvər onlara “gedək atamın evinə ordan pul götürüm gəlim sizi yola salım” demiş, onlar Sərvərgilin yaşadığı evə getmiş, maşında onu gözləmişlər. Sərvər evə girmiş, 2-3 dəqiqə sonra çıxıb “atam yatıb, anam xeyir-duasın verdi, gedək sizin pulunuzu verim yola salım” demiş, həmin vaxt Sərvər evdən təxminən 40 sm uzunluğunda 20 sm enində qutu gətirmiş, həmin qutu göy rəngli polietilen paketin içərisində olmuşdur. Sərvər içərisində qutu olan paketi avtomobilin arxa oturacağının üzərinə qoyaraq maşını hərbi zavodun qarşısında saxlamış, sonra isə onlara “kamera var, keçək qarşı tərəfə, mənim pul saymağımı heç kim görməsin.” Deyə bildirmiş, parkın giriş qapısının qarşısında avtomobili saxlamış və onlar maşının yanına düşmüşdür. Sərvər qutunu götürüb parkın içərisinə doğru getmiş. onlara maşını parkın ortasına tərəf aparıb saxlamaqlarını bildirmiş, o, maşından düşüb gözləmiş, 5 dəqiqəyə yaxın Sərvər parkın içərisində qaranlıq yerdə özü ilə apardığı qutunun içərisində nəyləsə məşğul olmuşdur. Qəflətən Sərvər sağ əlində silahla qaranlıqdan onların üstünə tərəf gəlmişdir. Həmin silah lüləyi kəsik, qara rəngli olmuş və bütünlükdə “skoç”-a bürünmüşdür. Sərvər həmin silaha güllə yığa-yığa gələrək onların yanına çatanda güllənin biri yerə düşmüş, Sərvər əyilib gülləni götürüb silaha yerləşdirərək hazır vəziyyətə gətirib Cəbrayıla tuşlamış və qışqıra-qışqıra “sən mənim qonağımsan keç qırağa” demiş, sonra isə silahı ona tuşlamış və“maşından nə qədər pul tutmusunuz, məndən niyə beh istəyirsiniz?” sualını vermiş, O, Sərvərin üzərinə gedərək bu nə hərəkətdir edirsən?! sözlərini demiş, həmin vaxt Sərvər ona bir addım da yaxınlaşsan varyoxuna lənət atacam deyə bildirmişdir. Həmin vaxt onlar qorxub dayanmışdır. Sonra onlara “bu gün maşının pulun verməyə söyüş söymüşəm, sabah 12yə kimi pulu məndən götürərsən” bildirərək silahı onlara tuşlaya-tuşlaya avtomobilin sükanına əyləşmiş və cibindən pul çıxardaraq “maşının pulu burdadı, sabah verəcəm” deyərək çıxıb getmişdir. Cəbrayıl ona “bu nə məsələdir, Sərvər bizə qarşı niyə belə etdi?” sualını vermiş, o da Cəbrayıla “ağlı başında deyil, sabah yəgin pulu verər” şəklində cavab vermişdir. Səhər açılanda Tərtər şəhərində yerləşən “Qoca çinar” adlı kafedə əyləşib səhər yeməyi yemişlər, saat 11-də Cəbrayıl Sərvərə zəng etmiş, Sərvər ona “əlimdə işim var səni 10 dəqiqəyə yığacam” demiş, lakin 1 saat sonra birdə yığmış, Sərvər telefonu götürərək bir neçə dəqiqə sonra pulu bank kartına vuracağını, onunla əlaqə saxlayacağını bildirmişdir. Cəbrayıl Sərvərin onu aldatdığını görüb DİN-in 102 xidmətinə zəng etmişdir.Anar Hümmbətov həmçinin ifadəsində göstərmişdir ki, Sərvər onun üzərinə silahla gələrək öldürəcəyi ilə hədələmişdir. Sərvər tüfəngə patron yığmışdır. Buna görə Sərvərin onu öldürəcəyinin real ola biləcəyini düşünmüş və qorxusundan Sərvərə yaxınlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərəçəkmiş Zərərçəkmiş şəxs1 onun küərəkənidir. Tərtər rayonunun Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 və Tərtər şəhər sakini Təqsirləndirilən şəxs2 oğlunu tanımamışdır. Hadisədən sonra o, Sərvər və Sənanı tanımışdır. Belə ki, həmin şəxslər cinayət törətdikləri üçün dəfələrlə məhkum olunmuşalar. Onların cinayətkar aləmə meyilli şəxslər olduğunu rayon sakinlərindən eşitmişdir. Kürəkəni Zərərçəkmiş şəxs1 onlarla nə kimi münasibətlərinin olduğunu bilməmişdir. Lakin hadisədən sonra Mansurla həmin şəxslərin arasında mübahisə baş verdiyini öyrənmişdir. Belə ki, 30 oktyabr 2019-cu il tarixdə Mansur “059” adlı çay evinin qarşsında Sərvəri görərək qardaşı Yavərin həbs olunduğuna görə ona yardım etmək istəmiş, Yavərə siqaret və ərzaq alıb göndərmək istəmişdir. X47 mübahisə yaratmışdır. Daha sonra Sərvər Mansura zəng edərək “Xan bağı” restoranına çağırmış və mübahisə etmişdir. Bundan sonra Sərvər və Sənan Mansurdan qisas almaq istəmişdir. 09 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Mansur qızını onlara gətirmək üçün yaşadıqları evin darvazasından çölə çıxmış və avtomobilini qızdırmaq istədikdə Sənan adlı şəxs əlində odlu silah olan tüfənglə Mansuru öldürmək məqsədi ilə bir dəfə sifət nahiyyəsinə atəş açıb hadisə yerindən qaçmışdır. Mansur hadisədən sonra sağ gözünü itirmiş, sol gözü isə zədələndiyindən çox zəif görmüşdür. X40 üstündə vurmuşdur. Belə ki, sonradan öyrənmişdir ki, Sənan Sərvərin dediyi sözlə oturub durur. Hər ikisi əvvəllər məhkum olunmuş şəxs olsa da Sərvər Sənanı cinayətkar aləmdə nüfuz sahibi olduğuna inandırmış və onu öz “əlaltısı” kimi istifadə etmişdir. Hadisə vaxtı Sərvər də orda olmuş, avtomobili idarə etmiş, hadisəni törətmək üçün uyğun mövqe seçilməsini o icra etmiş, Mansur gəldiyi vaxt isə Sənana: “at, at” deyərək hadisənin törədilməsində bilavasitə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Əvvəllər bir neçə dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 barəsində Tərtər rayon prokurorluğunda cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işi üzrə Tərtər rayon məhkəməsinin hökmü ilə Sərvərin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bir müddət təcridxanada qaldıqdan sonra məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Sərvər evə gəldikdən sonra normal həyat tərzi keçirmişdir. 10 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmiş, Həmin vaxt ona Sərvərin avtomobil almaq adı ilə Bakı şəhərindən Tərtər şəhər sakini Zərərçəkmiş şəxs3 vasitəçiliyi ilə avtomobil gətizdirmiş, sonradan həmin avtomobil sahiblərinin üzərinə evdən götürüdüyü tüfənglə silah çəkmiş və avtomobili qaçıraraq Bakışəhərinə getmişdir. O, Təqsirləndirilən şəxs2 idman yarışlarında bıçaq qazandığını bildirsə də, tüfəngi harda əldə etməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstrəmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 üzərində soyuq silah olduğu məlumatı daxil olmuş, həmin vaxt raportla müraciət edərək Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək üçün Şahid3 rəhbərliyi və digər polis əməkdaşlarının iştirakı iləəməliyyat tədbiri keçirilmiş və Tərtər Mərkəzi Bazarın yanında Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkilin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinəşəxsi axtarış keçirilmiş və cibindən 1 ədəd qatlanan bıçaq, beşbarmaq, siqaret və pul aşkar edildi. Beşbarmaq və bıçaq qablaşdırılaraq ekspertizaya təqdim edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşu kimi tanımış, onunla düşmənçilik vəədavəti olmamışdır. Həmçinin Tərtər şəhər sakini Təqsirləndirilən şəxs2 oğlu və Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 tanımışdır. O, rayon sakini kimi Sərvər və Sənanın Mansurla mübahisələrini eşitmişdir. Onlar “xan bağı” rstoranında dalaşmışlar. Bundan başqa onların mübahisə etdiyini eşitməmişdir. 09 dekabr 2019-cu il tarixdə, saat 18 radələrində o, yaşadıqları evin giriş darvazasından çöləçıxaraq həyat yoldaşını vəövladlarını götürərək özünə məxsus avtomobillə Tərtər rayonu Qaradağlı kəndində gedərkən həmin vaxt evlərinin qarşısında ağ rəngli Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmış, o, avtomobilə baxmış və Sənanı görmüşdür. Sürücü yerində Sənan olmuşdur. Avtomobildə ondan başqa hər hansışəxsi görməmişdir. O, evdən çıxıb Tərtər şəhərində yerləşən “min bir xırdavat”ın yanından keçəndə həmin vaxt Sənanı yenidən “min bir xırdavat” mağazasının yanında avtomobilin içərisində görmüşdür. Avtomobilin Sənan tərəfindən idarə edildiyini görmüşdür. Həmin vaxt o, avtomobili Sənanın idarə etdiyi avtomobilinin yanından asta sürdüyüüçün Sənanı dəqiq görmüşdür. Sənan avtomobildə tək olmuşdur. Daha sonra o, çıxıb Tərtər rayonu Qaradağlı kəndinə getmiş, təxminən 1 saatdan sonra o, Qaradağlı kəndində olanda yaşadıqları küçədə hadisə baş verdiyini eşitmişdir. O, Mansurun güllə ilə vurulduğunu orda öyrənmişdir. O, dərhal kənddən Mansurun yaşadığı evin qarşısına gəlmiş, evinin qarşısında qan gölməçəsinin olduğunu görmüşdür. Orda bir neçə şəxs danışanda Mansuru Sənanın odlu silahla vurduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Xan bağı” restoranında ofissiant işləyir. Tərtər şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamışdır. Təxminən 2019-cu ilin oktyabr ayının 30-da, saat 21:30 radələrində o, restoranda olan zaman sonradan adlarını bildiyi Tərtər rayon sakinləri Sənan və Sərvər restorana gəlmiş, həmin vaxt onların yanında orta boylu dolu bədənli, üzü tüklü bir nəfər də olmuşdur. Həmin vaxt işdə olan digər ofisiant İsmayıl həmin şəxsləri restoranın həyətində yerləşən 1 nömrəli kabinetdə əyləşdirmiş, onlara bir çaynik çay vermişdir. Daha sonra 4 nəfər də gəlmiş və 1 nörməli kabinətə daxil olmuşlar. İsmayıl kabinetə daxil olaraq onlardan başqa nəsə sifariş verəcəklərini soruşmuş, lakin həmin şəxslər heç bir şey lazım olmadığını bildirmişdir. Təxminən 15 dəqiqədən sonra o, həmin şəxslərin otududuğu kabinetdən səs-key eşitmiş, kabinetə yaxınlaşmaq istədikdə onlar kabinetdən çıxıb qaçmışlar. Sərvərin yanında əvvəlcədən gələn dolu bədənli, üzü saqqalışəxs restoranın həyətində olan su hovuzunun yanında yerdə yıxılı vəziyyətdə olmuş, o, ora yaxınlaşmaq istədikdə həmin şəxs ayağa qalxaraq qaçıb çıxıb getmişdir. Sərvərlə Mansur əvvəlcə həmin gün Tərtər şəhəri Elman Hüseynov küçəsində yerləşən “059” adlıçay evində mübahisə etmişlər. Daha sonra mübahisənin davamı olaraq işlədiyi “xan bağı” restoranında dalaşmışlar. Onlar restoranın kabinetində dalaşan zaman 1 ədəd stul, 1 ədəd çaynik və 7 ədəd stəkan sınmışdır. O, Sərvərgilin mübahisə etməyini ertəsi gün restoranın sahibi Nicat Paşayevə məlumat verdmişdir. Sonra eşitmişdir ki, restoranda dalaşan şəxslərdən Sənan adlışəxs odlu silahdan atəş açaraq Mansura xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə on a tanımadığı mobil nömrdən zəng gəlmiş, həmin şəxs adının Sənan olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o, Sənandan hansı səbəbə görüşmək istəməsini soruşduqda, Sənan ona inistagram sosial şəbəkəsindəşəklinin paylaşdığını demiş, o, Sənana hər hansışəkil payıaşmadığını, əgər olubsa da yalnışlıqla olduğunu demiş, lakin Sənan onunla sabah görüşmək istədiyini bildirmiş, o əmisi oğlu Sarı Quliyevə olanları danışmış və ertəsi gün Tərtər şəhərində yerləşən “Çinar” kafesində Sənan adlışəxslə görüşməyə Sarı ilə birlikdə getmiş, həmin vaxt Sənan da kafedə olmuş, onlar birlikdə söhbət edən zaman polis əməkdaşları gələrək onları rayon polis şöbəsinə aparmış, həmin vaxt Sənanın üzərində axtarış keçirilən zaman 1 ədəd qatlanan bıçaq və beşbarmaq çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 Tərtər şəhəri, Tofiq İsmayılov küçəsindəşəxsi münasibətlər zəmnində Tərtər şəhər sakini Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı 5 nömrəli evin qarşısında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ov tüfəngi ilə sifət nahiyyəsinə 1 dəfə atəş açmaqla ona xəsarət yetirməsi, cinayətin aləti olan tüfəngi də götürərək hadisə yerindən qaçması barədə məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerinin müayinəsi rayon polis şöbəsinin və Tərtər rayon prokurorluğunun əməkdaşları ilə birgə aparılmışdır. Hadisə iləəlaqdar bir sıra əməliyyat-axtarış tədbirlri həyata keçirilmişdir Məlum oldu ki, 2019-cu ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların dostu X41 şəhərində yerləşən “059” çay evində olan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 yaxınlaşaraq qardaşı Yavər Hüseynovun həbsdə olması iləəlaqədar ona hər hansı bir köməkliyin lazım olunub-olunmamasını bildirmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 “sən kimsən mənim qardaşıma köməklik edəsən, səni bura kimsəöyrədib göndərib” sözlərini dedikdən sonra aralarında mübahisə yaranmış, daha sonra mübahisəni davam etdirmək məqsədi ilə Tərtər şəhərində yerləşən “Xan bağı” restoranına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların dostu Vəfalı Qurbanov da Xan bağı restoranında olmuşlar. Zərərçəkmiş şəxs1 onlarla söhbət edən zaman aralarında mübahisə yaranmış və dava-dalaş düşmüşdür. Bu hadisədən sonra Təqsirləndirilən şəxs1 09 dekabr 2019-cu il tarixdə saat 19 radələrində lüləsi kəsilmiş qoşa lülə ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 yaşadığıünvana “Rentakar”dan götürdüyü Mercedes Benz-180 markalı avtomobillə gedərək Mansur Behbduovun sifət nahiyyəsinə bir dəfə atəş açaraq hadisə yerindən qaçmışdır. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2la birlikdə Tərtər şəhərini tərk edərək çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 həmin cinayəti törətməkdə iştirakıəməliyyat və istintaqa əvvəllər məlum olmamış,daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1nə ilə birlikdəZərərçəkmiş şəxs1 öldürməyə cəhd etdikləri onlara məlum olmuşdur. Cinayəti törətdikdən sonra Sənan Ağzadənin və Təqsirləndirilən şəxs2 yeri onlara məlum olmadığından bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər və Daxili İşlər Nazirliyinə müvafiq sorğular göndərmişlər. Sənan Hüseynov və Təqsirləndirilən şəxs2 10 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Binqədi rayonu Azadlıq prospekti -202 ünvanının qarşısında X11 idarə etdiyi Lada Priora markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomaşında Bakı şəhər DYPİ-nin və Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Tərtər rayon polis şöbəsinə gətirilmişdir. 4cü polis bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmiş, Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd bıçaq, 1 ədəd lüləyi və qundağı kəsilmiş ov tüfəngi və 6 ədəd patron, Təqsirləndirilən şəxs2 üzərindən isə psixotrop maddələrə bənzər həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri Elman Hüseynov küçəsində yerləşən “059” adlıçay evində 2 ofissiant işləmiş, həmin çay evindən noyabr ayının ortalarında çıxmışdır. Tərtər şəhər sakinləri X36 və Təqsirləndirilən şəxs2 oğlunu tanımış, onlarla düşmənçilik vəədavəti olmamışdır. Təxminən 2019-cu ilin oktyabr ayının 30-da, saat 20 radələrində o, çay evində olan zaman Tərtər şəhər sakini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və onunla birlikdə tanımadığı 3 nəfər şəxs gələrək kabinetdəəyləşib çay içmişlər. Onlardan təxminən 10 dəqiqə sonra Mansur da çay evinə gəlmiş, Mansurun da yanında 2 nəfər şəxs olmuşdur. Mansugil başqa kabinetdəəyləşərək çay içmişlər. Mansur həmin vaxt onu yanına çağıraraq Sərvərin çöləçıxmasını xahiş etmiş, o, da həmin vaxt Sərvər yaxınlaşmış və Mansurun sözünü ona çatdırmışdır. Mansur və Sərvər çay evinin giriş qapısından çöləçıxmışlar. Həmin vaxt o da orda olmuşdur. Mansur Sərvərə“Yavər müəllim necədir” dedikdə Sərvər Mansura “ səni kim öyrədib bura göndərib” demiş, Mansur isə təəccüblüşəkildə Sərvərə“ başa düşmədim, o nə sözdür mənə deyirsən” demiş, daha sonra Mansur həmçinin “Yavər müəllim bizim böyük qardaşımızdır, bizim ona böyük hörmətimiz var, nəyəsə ehtiyacı varsa denən bizdə kömək edək” demiş, bundan əsəbiləşən Sərvər Mansura kobud şəkildə“sən kimsənki Yavərə kömək edəsən, səni kimsəöyrədib göndərib mənim üstümə.” Daha sonra onların səsinəçay evindən bir neçə nəfər dəçöləçıxmış, Sərvər Mansuru çay evinin arxa tərəfinə aparmış, onların səsi ucadan gəlmişdir. Bir az keçdikdən sonra səs kəsilmiş, Sərvər çay evinə gəldiyi şəxslərlə birlikdəçıxıb getmişdir. Sərvər çay evinin arxasında Mansurun üzərinə bıçaq çıxarmışdır. Bıçaqla onu öldürəcəyi ilə hədələmişdir. Daha sonra Mansurda çıxıb getmişdir. Ertəsi gün X42 şəhəri Heydər Əliyev prospektində yerləşən “Xan bağı” restoranında da mübahisə etdiklərini eşitmişdir. Eşitdiyinə görə Mansur Sərvərin Bakıdan gələn dostunu həmin restoranda döymüşdür. Bunlardan başqa hər hansı bir məlumatım olmamışdır. 09 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Sərvərin dostu Sənan odlu silahdan atəş açaraq Mansura xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən “Xan bağı” restoranında ofissiant işləyir. Tərtər şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamışdır. Təxminən 2019-cu ilin oktyabr ayının 30-da, saat 21:30 radələrində o, restoranda olan zaman sonradan adlarını bildiyi Tərtər rayon sakinləri Sənan və Sərvər restorana gəlmiş, həmin vaxt onların yanında orta boylu dolu bədənli, üzü tüklü bir nəfər də olmuşdur. O, həmin şəxsləri restoranın həyətində yerləşən 1 nömrəli kabinetdəəyləşdirmiş, onlara bir çaynik çay vermişdir. Daha sonra 4 nəfər də gəlmiş və 1 nörməli kabinətə daxil olmuşlar. O, kabinetə daxil olaraq onlardan başqa nəsə sifariş verəcəklərini soruşmuş, lakin həmin şəxslər heç bir şey lazım olmadığını bildirmişdir. Təxminən 15 dəqiqədən sonra o, həmin şəxslərin otududuğu kabinetdən səs-key eşitmiş, o, kabinetə yaxınlaşmaq istədikdə onlar kabinetdən çıxıb qaçmışlar. Sərvərin yanında əvvəlcədən gələn dolu bədənli, üzü saqqalışəxs restoranın həyətində olan su hovuzunun yanında yerdə yıxılı vəziyyətdə olmuş, o, ora yaxınlaşmaq istədikdə həmin şəxs ayağa qalxaraq qaçıb çıxıb getmişdir. Sərvərlə Mansur əvvəlcə həmin gün Tərtər şəhəri Elman Hüseynov küçəsində yerləşən “059” adlıçay evində mübahisə etmişlər. Daha sonra mübahisənin davamı olaraq işlədiyi “xan bağı” restoranında dalaşmışlar. Onlar restoranın kabinetində dalaşan zaman 1 ədəd stul, 1 ədəd çaynik və 7 ədəd stəkan sınmışdır. O, Sərvərgilin mübahisə etməyini ertəsi gün restoranın sahibi Nicat Paşayevə məlumat verdmişdir. Sonra eşitmişdir ki, restoranda dalaşan şəxslərdən Sənan adlışəxs odlu silahdan atəş açaraq Mansura xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 tanımış, onunla düşmənçilik vəədavəti olmamışdır. O, Yasamal rayonunda avtomobil təmiri sexində usta işləmiş, eyni zamanda ucuz qiymət olanda da maşın alıb lazımı yerlərin təmir edib satmışdır. X15 onun dostudur. Onunla birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 4 ay bundan qabaq o, Bakışəhər sakini X25 CHERY TİGGO markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi qiyməti 9200 manat olmaqla, əvvəlcədən 4500 manat verərərək 24 aylıq isə hər ay 433 manat ödəmək şərtiylə etibarnamə ilə almış, 2 ay 433 manat ödəniş etmişdir. Tərtər şəhərində yaşayan Zərərçəkmiş şəxs3 Cəbrayıla görə tanımışdır. xx.xx.2020-ci il tarixdə Cəbrayıl whatsapp-da Anara həmin avtomobilin şəkillərin atmış, almaq istəyən olarsa xəbər etməsini xahiş etmişdir. Anar da 09 sentyabr 2020-ci il tarixdə Cəbrayıla zəng edərək həl-əhval tutduqdan sonra Tərtərdə tanış adamın olduğunu və avtomobili almaq istədiyini bildirmişdir. Cəbrayıl Anara avtomobilin karobkasında problem olduğunu, 230 manat xərci olduğunu demiş vəəvvəlcədən 2000 manat sonra isə 21 ay hər ay 433 manat olmaqla kredit formasında ödəmək şərti ilə satmaq istədyini bildirmidir. Cəbrayıl Anarla razılaşdıqdan, sonra Anarın dediyi avtomobili almaq istəyən şəxs Sərvər Anarın telefonu ilə Cəbrayılla danışmışdır. Sərvər Cəbrayıldan maşının başqa probleminin olub-olmamasını soruşşmuş və ona karobkadan başqa heç bir problem olmadığını bildirmişdir. Sərvər Cəbrayılla razılaşmış və avtomobili almaq istədiyini bildirmişdir. Cəbrayıl Sərvərdən 100 manat beh istəmiş, Sərvər də 100 manat behi Anara vermişdir. Sərvər telefonla danışanda Cəbrayıla “behi verirəm, maşını götür gəl” demiş, Cəbrayıl bu barədə ona demiş vəşərtləri də bildirmişdir. O, da razılıq verdikdən sonra o, həmin avtomobili, Cəbrayıl isəözünə məxsus Mercedes Benz C-class markalı avtomobili idarə edərək Tərtər şəhərinə getmişdir. Onlarla birlikdə yolda yuxulamamaqlarıüçün bir maşında Bakışəhərində qonşusu, həmdə dostu olan X32 və digər maşında isə Rahil Barat oğlu olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində Tərtər şəhərinəçatmış, şəhərin girişində“Bayraq Meydanı” adlanan yerdə Anar onları qarşılamış, Birlikdə polis şöbəsinin yaxınlığında olan “kruqun” yaxınlığında hər iki avtomobili saxlamışlar. Anar ona “uşaqlar burda gözləsin biz gedək maşını göstərək qayıdaq” demiş, Anar öz VAZ 2106 markalı avtomobili ilə qarşıda, Cəbrayıl isə Anarın arxasınca getmişdir. Onlar Sabir parkı deyilən yerdə avtomobili saxlamış, Sərvərə zəng edərək parkda olduqlarını bildirmişlər. Sərvər təxminən 2-3 dəqiqəyə onların yanına gəlmiş, avtomobiləümumi baxmış, sonra Sərvər Cəbrayılın yanında oturmuş və avtomobili idarə etmişdir. Cəbrayıl Sərvərə“sür, özündə bax” demiş, avtomobili saxlamış və Sərvər sükana keçmiş, həmin vaxt Anarda onlarla birlikdə olmuşdur. Sərvər onlar “gedək atamın evinə ordan pul götürüm gəlim sizi yola salım” demiş, onlar Sərvərgilin yaşadığı evə getmiş, maşında onu gözləmişlər. Sərvər evə girmiş, 2-3 dəqiqə sonra çıxıb “atam yatıb, anam xeyir-duasın verdi, gedək sizin pulunuzu verim yola salım” demiş, həmin vaxt Sərvər evdən təxminən 40 sm uzunluğunda 20 sm enində karobka gətirmiş, həmin karobka göy rəngli polietilen paketin içərisində olmuşdur. Sərvər içərisində karobka olan paketi avtomobilin arxa oturacağının üzərinə qoyaraq maşını hərbi zavodun qarşısında saxlamış, sonra isə onlara “kamera var, keçək qarşı tərəfə, mənim pul saymağımı heç kim görməsin.” bildirmiş, parkın giriş qapısının qarşısında avtomobili saxlamış və onlar maşının yanına düşmüşdür. Sərvər karobkanı götürüb parkın içərisinə doğru getmiş. onlara maşını parkın ortasına tərəf aparıb saxlamaqlarını bildirmiş, Cəbrayıl maşından düşüb gözləmiş, 5 dəqiqəyə yaxın Sərvər parkın içərisində qaranlıq yerdəözü ilə apardığı karobkanın içərisində nəyləsə məşğul olmuşdur. Qəflətən Sərvər sağəlində silahla qaranlıqdan onların üstünə tərəf gəlmişdir. Həmin silah lüləyi kəsik, qara rəngli olmuş və bütünlükdə“skoç”-a bürünmüşdür. Sərvər həmin silaha güllə yığa-yığa gələrək onların yanına çatanda güllənin biri yerə düşmüş, Sərvər əyilib gülləni götürüb silaha yerləşdirərək hazır vəziyyətə gətirib Cəbrayıla tuşlamış və qışqıra-qışqıra “sən mənim qonağımsan keç qırağa” demiş, sonra isə silahı Anara tuşlamış və “maşından nə qədər pul tutmusunuz, məndən niyə beh istəyirsiniz” sualını vermiş, Anar onun üzərinə gedərək bu nə hərəkətdir edirsən sözlərini demiş, həmin vaxt Sərvər Anara bir addımda yaxınlaşsan varyoxuna söyərək atacağını bildirmişdir. Həmin vaxt onlar qorxub dayanmışdır. Sonra onlara “bugün maşının pulun verməyə söyüş söymüşəm, sabah 12-yə kimi pulu məndən götürərsən” bildirərək silahı onlara tuşlayatuşlaya avtomobilin sükanına əyləşmiş və cibindən pul çıxardaraq “maşının pulu burdadı, sabah verəcəm” deyərək çıxıb getmişdir. Onlar Anara “bu nə məsələdir, Sərvər bizə qarşı niyə belə etdi?” sualını vermiş, Anar da onlara “ağlı başında deyil, yaxşı insandır, sabah pulu verər”şəklində cavab vermişdir. Səhər açılanda Tərtər şəhərində yerləşən “Qoca çinar” adlı kafedəəyləşib səhər yeməyi yemiş, saat 11-də Cəbrayıl Sərvərə zəng etmiş, Sərvər Cəbrayıla “əlimdə işim var səni 10 dəqiqəyə yığacam” demiş, lakin 1 saat sonra birdə yığmış, Sərvər telfonu götürərək bir neçə dəqiqə sonra pulu kartına vuracağını, Cəbrayılla əlaqə saxlayacağını bildirmişdir. Cəbrayıl Sərvərin onu aldatdığını görüb DİN-in 102 xidmətinə zəng etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “cinayət işi başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi Tərtər rayonu Seydimli kənd sakini xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 09 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Tərtər şəhəri, Tofiq İsmayılov küçəsindəşəxsi münasibətlər zəmnində Tərtər şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı 5 nömrəli evin qarşısında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ov tüfəngi ilə sifət nahiyyəsinə 1 dəfə atəş açmaqla ona xəsarət yetirməsi, cinayətin aləti olan tüfəngi də götürərək hadisə yerindən qaçması barədə məlumat əssında toplanmış materiallar əsasında xx.xx.2019-cu il tarixdə Tərtər rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə başlanmış, istintaqın aparılması mənə həvalə edilmişdir. Cinayət işinin başlanmasına səbəbTəqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayının 9-da, saat 19 radələrindəTərtər şəhəri, Tofiq İsmayılov küçəsində Tərtər şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı 5 nömrəli evin qarşısında istintaqa məlum olmayan mənbədən əldə etdiyi ov tüfəngi ilə sifət nahiyyəsinə 1 dəfə atəş açmaqla onu öldürməyə cəhd etməsi barədə Tərtər rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 05 nömrəli evin qarşısıdır. Təqsirləndirilən şəxs1 09 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında odlu silah hesab edilən qoşalülə, 16 kalibrli, lüləyi və qundağı kəsilmiş ov tüfəngi ilə bir dəfə sifət nahiyəsinə atəş açmaqla öldürməyə cəhd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman zərərçəkmişşəxs Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan 1 ədəd qış gödəkçəsi və gödəkçəsinin iç tərəfinin sağ hissəsində yerləşən cibindən 1 ədəd açılıb-bağlanan bıçaq, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd zərfdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 5 ədəd diş qırıntıları, 1 ədəd tıxac, 1 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı və asfalt üzərində 4 yerdə mövcud olan qanabənzər ləkələrdən nümunələr qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mersedes-Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşından ön və arxa oturacaqların çexolları müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.12. 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsindən məktubla daxil olmuş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfəng və 6 ədəd patron müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 dekabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 12 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 dekabr 2019-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 228.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 4(061)-46/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 dekabr 2019-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 14 dekabr 2019-cu il tarixli, 4(061)-47/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2019-cu il tarixli “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 228.1 və 307.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 30631/30632 nömrəli rəyindən görünür ki, təqdim edilmiş silah-zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləaltı yatağının içərisindəki metal löhvənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “10420-61” nömrələri həkk edilmiş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ-B” modelli, xarici çaxmaqlı, qoşalüləli tüfəngdiriyivsiz odlu silahdır. Lakin konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi və qundağı sonradan kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir və odlu silah hesab edilir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patron 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patronlardır və istifadəyə yararlıdırlar. Tədiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 oktyabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan 21 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 592 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət-təsərüfat təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmışdır və vurucu əzici xassəyə malik soyuq silahdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2019-cu il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Ağazadə X29 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbayacn Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay 6 gün vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli 909 nömrəli Tərtər RİHB Seydimli kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayon Seydimli kəndində yaşayır və qeydiyyatdadır. X16 və anası X2 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər RİHB Seydimli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayon Seydimli kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Azərbayacn Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* №li cinayət işi 17 dekabr 2019-cu il tarixdə aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş və icraatıma qəbul edilərək ********* №li cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 184-27203-1219 nömrəli məktubundan görünür ki, axtarışda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə tutularaq istintaqa təqdim olunması üçün Tərtər RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 28 dekabr 2019-cu il tarixdə ifadəsi yerində yoxlanılarkən 09 dekabr 2019-cu il tarixdə, saat 19 radələrində Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 5 nömrəli evin qarşısına gəldiyi yolu, Zərərçəkmiş şəxs1 durduğu yeri, Zərərçəkmiş şəxs1 atəş açdığı yeri və hadisəni törətdikdən sonra qaçdığı yeri əli ilə göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 28 dekabr 2019-cu il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək protokollaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 301/MEŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sifətin hər iki yanaq, burun, çənə, ağız-dodaq nahiyələrinin və sağ qaşüstü nahiyəsinin çoxsaylı odlu silah-qırma yaraları, frontal dişlərin travmatik sınıqçıxığı, əng sümüyünün sınıqları, sağ göz almasının dağılması (ambutasiyası) və hər iki göz almasının kontuziyası, baş beyinin ikincili ensefalopatiyası aşkar edildi. Qeyd olunan xəsarətlər patronu qırma ilə doldurulmuşəl odlu silahından açılan atəş nəticəsində yarana bilərdilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə, bir gözdə görmənin tam itirilməsi iləəlaqədar göz almasının amputasiyasıəmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını, sifətdə yayılma trayektoriyasını, cinayət işi materiallarında olan ov tüfənginin konstruksiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər təqdim edilmiş ov tüfəngindən təxminən 3-5 metr məsafədən açılan atəş nəticəsində qırmaların təsirindən yaranmaları inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, 23 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onu tüfənglə atəş açaraq sifət nahiyyəsinə xəsarət yetirməkləöldürməyə cəhd etdiyi zaman Təqsirləndirilən şəxs2 da hadisə yerində olmuş, Təqsirləndirilən şəxs2 mercedes-benz markalı, avtomobili idarə etmiş, həmin vaxt sükanında əyləşmiş və avtomobilin şüşəsini aşağı endirərək iki dəfə “at-at” sözlərini dedikdən sonra Təqsirləndirilən şəxs1əlində olan ov tüfəngi ilə ona bir dəfə atəş açaraq öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 onun üzünə dediklərini təkzib edərək hadisə yerində tək olduğunu, avtomobili özünün idarə etdiyini, Təqsirləndirilən şəxs2 orda olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərarlardan görünür ki, 27 avqust 2020-ci il tarixli qərarla cinayət işi və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 307.3 və 221.1-ci maddələrindən CM-nin 307.3 və 221.3-cü maddələrinə tövsif olunmuş, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Azərbaycan RespublikasıCM-nin 221.3-cü maddəsi ilə olan xüsusat üzrə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi və müvafiq prosessual qərar qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixli qərarla Tərtər rayon polis şöbəsinin istintaq qrupuna göndərilmiş, CM-nin 307.3-cü maddəsi ilə olan cinayət işi üzrə icraat isə 27 avqust 2020-ci il tarixli qərarla dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 07 mart 2020-cu il tarixli, 4(061)-14/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində olan ********* nömrəli cinayət işi üzrə həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun 06 mart 2020-ci il tarixli təqdimatı Tərtər rayon məhkəməsinin 07 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti bitdiyi andan, yəni 12 mart 2020ci il tarixdən həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 mart 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə“polisin nəzəraəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, 31 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 oğlu və zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onu tüfənglə atəş açaraq sifət nahiyyəsinə xəsarət yetirməkləöldürməyə cəhd etdiyi zaman Təqsirləndirilən şəxs2 da hadisə yerində olmuş, Təqsirləndirilən şəxs2 mercedes-benz markalı, avtomobili idarə etmiş, həmin vaxt sükanında əyləşmiş və avtomobilin şüşəsini aşağı endirərək iki dəfə “at-at” sözlərini dedikdən sonra Təqsirləndirilən şəxs1əlində olan ov tüfəngi ilə ona bir dəfə atəş açaraq öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 onun üzünə dediklərini təkzib edərək hadisə yerində olmadığını və avtomobili idarə etmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 aprel 2020-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20066020 nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2020-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan 30 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 aprel 2020-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 oğlu 01 aprel 2020-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 03 aprel 2020-ci il tarixli, 4(061)-15/2020 nömrəli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 oğlunun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 4(061)-55/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 sentyabr 2020-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Tərtər rayon polis şöbəsinin istintaq qrupunun müstəntiqi, polis baş leytenantı X28 tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.5 və 134-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinin çöl tərəfində yerləşəmn su quyusunun üzərində olan beton parçasının altından 1 ədəd 16 kalibrli, qundağı və lüləsi kəsilmiş təklülə ov tüfəngi və 1 ədəd qatlanan bıçaq götürülmüşdür. Həmin tüfəng və bıçaq maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 sentyabr 2020-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 oğlunun ifadəsi 11 sentyabr 2020-ci il tarixdə yerində yoxlanılarkən 09 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 və Cəbrayıl Süleymanovla görüşdükləri yeri, üzərində gəzdirdiyi 16 kalibrli, tək lülə, lüləyi və qundağı kəsilmiş ov tüfəngini gizlətdiyi yeri və həmin yerdə gizlətdiyi bıçağın yerini əli ilə göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 11 sentyabr 2020-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək protokollaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 sentyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 11 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 sentyabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 12 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2020-ci il tarixli, 4(061)-70/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, 13 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Tərtər rayon polis şöbəsinin istintaq qrupunda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 181.2.5 və 134-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik ekspertizasının 04 noyabr 2020-ci il tarixli, 3/1800; 3/1801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah 16 kalibrli olmaqla “İJ-k” modelli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, P95300 nömrəli yivsiz təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağ isə dəstək formasına uyğunlaşdırıkmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. Rəyin tədqiq hissəsində göstərilən səbəbdən patronların konkret silahın patronluğuna yerləşdirilməsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik suvenir bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2020-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, 07 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 oğlu və zərərçəkmiş Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun dostu Cəbrayıl Süleymanovdan avtomobil almaq adı ilə Tərtər rayonuna çağırmış, həmin avtomobili Təqsirləndirilən şəxs2 göstərmək üçün apardıqda Təqsirləndirilən şəxs2 pul vermək adı ilə onları Sabir parkına aparmış və sonradan yaşadığı evdən gətirdiyi qutunun içərisindən lüləyi və qundağı kəsilmiş ov tüfəngini onların üzərinəçıxaraq ölümlə hədələyib avtomobiləəyləşib naməlum istiqamətdəçıxıb getmişdir. Sərvər onların üzərinə silah çıxaran zaman silaha patron yerləşdirmiş, həmin vaxt patronun biri də yerə düşmüşdür. Təqsirləndirilən şəxs2 isəZərərçəkmiş şəxs3 onun üzünə dediklərini təkzib edərək onun və Cəbrayıl Süleymanovun üzərinə heç bir silah çıxarmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X26 MR Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 6 ay müddətinə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli 1784 nömrəli Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, Hüseynov X30 şəhəri M.Hüseynzadə küçəsi ev 41-də yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər RİHB Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Hüseynov X30 şəhəri M.Hüseynzadə küçəsi ev 41-də yaşayır, onun barəsində şəhər icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 02 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeniddən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2020-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 11 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Tərtər RPŞ-nin istintaq qrupunda istintaq olunan ********* nömrəli cinayət işi istintaq aidiyyət üzrə Tərtər rayon prokurorluğuna göndərilmiş, həmin tarixdə rayon prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işinəəlavə edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi-bioloji ekspertizasının 13 noyabr 2020-cu il tarixli 862/2020-MTBŞ№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: AB/(İV). Ekspertizaya təqdim edilmiş 04 ədəd zərfdə nümunələr və bir ədəd Zərərçəkmiş şəxs1 məxsus qış gödəkçəsi üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Bu qan ləkələri AB/(İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-ballistik və trasoloji ekspertizasının 16 noyabr 2020-ci il tarixli, 3/1867 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən 1 rəqəmi ilə işarələnmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş 01 ədəd bıçaq zavod üsulu istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən 01 ədəd plastmas predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulmasıüçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir-tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “TOZ-B” modelli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatıüçün yararsız olduğuna görə, onun təqdim edilmiş 16 kalibrli “TOZ-B” modelli, ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl eyni bir patronla vahid bütövlük təşkil edib-etmədiyini müəyyən etmək mümkün deyildir. Tədqiq edilən 21 ədəd qırmaların yuxarıda göstərilən ölçülərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara, eləcə də mikroskopik tədqiqatın nəticələrinəəsasən belə rəyə gəlmək olar ki, həmin qırmalar müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulmasıüçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir, 3,5 mm diametri-qırmalardır-döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponetntləri ilə birlikdə müvafiq kalibrli, “TOZ-B” modelli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesindəəmələ gəlmişçoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma vəölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatıüçün yararsızdır və onların təqdim edilmiş 16 kalibrli, “TOZ-B” modelli ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 610/275 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 oğlu hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs2 oğlu emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 oğlu hazırki cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini dərk etmiş, öz hərəkətlərini ölçüb biçmək və onların idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 oğlu halhazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* Ne-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 228.4-cü maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 oğlunun xəsarət alması ilə bağlı xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilsin edilməsi və bu barədə material ayrılaraq rayon prokurorluğunun arxivinə təhvil verilməsi, Təqsirləndirilən şəxs2 oğlu 10 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan caman üzərindən 1 ədəd bükümdəki təmiz çəkisi 0,008 qram olan açıq qəhvəyi maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,100 qaram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, üzərində “metanazol 10 mq” yazılı 2 ədəd blisterdə ümumi sayı 29 ədəd metanazol tabletləri: üzərində deksametazon 0,5 mq yazısı olan 2 ədəd blisterdə, ümumi sayı 11 ədəd olan tabletlər aşkar edilərək götürülsədə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi və bu barədə material ayrılaraq inzibati qaydada tədbir görülməsi üçün Tərtər rayon polis şöbəsinə göndərilməsi, Təqsirləndirilən şəxs2 Kəmalə Nağıyevanı döyməsi xuliqanlıq cinayəti kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə qiymətləndirilməsi və Kəmalə Nağıyeva ilə barışdığına görə cinayət məsuliyyətindən azad olunması və həmin xüsusat üzrə cinayət təqibinə və Kəmalə Nağıyevanın zərərçəkmiş şəxs statusuna xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs kimi ifadələri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 31 mart 2020-ci il tarixli ifadəsi, 31 mart 2020-ci il və 23 iyul 2020-ci il tarixli üzləşdirmə protokollar, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X15, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol, məhkəmətibbi ekspertizasının rəyi, məhkəmə-biolofi ekspertizasının rəyi, məhkəmə-ballistik, rrasolo/i, soyuq silah ekspertizasının rəyləri, kompleks məhkəmə-psixiatrik və psixolofi ekspertizasının rəyi işin obyektiv hallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi və cinayət işinə əlavə edilməsi, xx.xx.2019-cu ildə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan 1 ədəd qış gödəkçəsi və gödəkçəsinin iç tərəfinin sağ hissəsində yerləşən cibindən 1 ədəd açılıb-bağlanan bıçaq, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd zərfdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 5 ədəd diş qırıntıları, 1 ədəd tıxac, 1 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı və asfalt üzərində 4 yerdə mövcud olan qanabənzər ləkələrdən nümunələr cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, 09 dekabr 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi protokolu ilə Mersedes Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşından ön və arxa oturacaqların çexolları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsindən məktubla daxil olmuş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfəng və 6 ədəd patron cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, 11 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi brotokolu ilə Təqsirləndirilən şəxs1 məxsus hadisə vaxtı əynində olmuş baltarlar, yəni 1 ədəd boz rəngli, ön tərəfi 3 düymədən ibarət olan sviter, 1 ədəd açıq mavi rəngli şalvar , 1 ədəd tünd göy rəngli qış gödəkçəsi və 1 cüt qara rəngli, qaytansız makasin ayaqqabı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesah edilərək cinayət işinə əlavə edilməsi, 12 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi protokolu ilə Təqsirləndirilən şəxs2 oğluna məxsus hadisə vaxtı əynində olmuş paltarlar, yəni 1 dənə qara rəngli, ön yuxarı hissəsində ağ rəngli zolaqları olan, boyun hissəsində “ZARA MAN” sözləri yazılmış etiketli, uzunqol kofta, 1 ədəd tünd göy rəngli, bel nahiyyəsinin iç tərəfində “CLİMANTAN” sözləri yazılmış etiketi olan cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli, dəri materialdan hazırlanmış qış gödəkçəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs2 oğlunun ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinin çöl tərəfində yerləşəmn su quyusunun üzərində olan beton parçasının altından götürülmüş 1 ədəd 16 kalibrli, qundağı və lüləsi kəsilmiş təklülə ov tüfəngi və 1 ədəd qatlanan bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 19 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğluna 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-153/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər rayon Prokuroruna qaytarılmış, təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti 11 mart 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(061)-19/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 11 iyun 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(061)-20/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti 11 iyun 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 çərman oğluna Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, iğ1.2.5. 221.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik və əlavələr edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 134, gt,2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihama dəyişiklik və əlavələr edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi, xx.xx.2021-ci il tarixli ittiham aktının nəticə hissəsində olan ittihamlarda yazılmış “X12 təhriki ilə” sözləri texniki səhv kimi nəzərə alınması, X12 əməlində hər hansı bir cinayət tərkininin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün onun barəsində material ayrılaraq qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin tərkib əlaməti olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Zərərçəkmiş şəxs1 X13 döyməsində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi və material ayrılaraq rayon prokurorluğunun arxivina verilməsi, Şahid9 və Svetlana Hüseynovanın ifadələri yaxın qohumu olan övladları Təqsirləndirilən şəxs2 müdafiəsi üçün verilmiş ifadələr olduğundan sübutlar kimi qiymətləndirilməməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 228.1 və 228.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama dəyişiklik və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 134, 181.2.5, 221.3 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 oğluna elan edilmiş ittihama dəyişiklik və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur, onlar barışıblar, onlara dəymiş ziyan tam şəkildə ödənilibdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istinatqında vermiş olduğu ifadədə Zərərçəkmiş şəxs3 və Cəbrayıl Süleymanovun üzərinə silah çıxarıb onları öldürməklə hədələməməsinə, qulduqrluq etməməsinə, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə qabaqcadən əlbir olmamasına, sözügedən cinayət hadisəsi törədilən zaman hadisə yerində olmamasına, avtobobili idarə etməməsinə dair, həmçinin Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Mansır Behbudova silahdan atəş açan zaman Təqsirləndirilən şəxs2 onun yanında olmamasına, cinayət hadisəsini tək törətməsinə dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (zərərçəkmiş şəxslərin və digər şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Məhkəmə bununla bağlı eyni zamanda qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadələrində 09 dekabr 2019-cu il tarixdə təxminən saat 18-19 radələrində Sənanın onun mobil nömrəsinə zəng edərək hərbi zavodla üzbəüz olan parkda onu gözlədiyini və təcili görüşmək istədiyini bildirmiş, o, Sənanın yanına getmiş, Sənan ona həyəcanlı şəkildə Mansuru ov tüfəngi ilə vurduğunu demişdir. Sözügedən xüsusat iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə yoxlandıqda sözügedən xüsusatın yalan olması aşkara çıxır. Belə ki, iş materiallarında olan təqsirləndirən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil telefon nömrələrinin giriş-çıxış zəng, SMS, anten dairəsi məlumatlarına nəzər saldıqda qeyd olunan zəngin ümumiyyətlə edilmədiyi, təqsirləndirilən Təqsirləndirilən şəxs2 uydurma faktlar əsasında özünə ”alibi” düzəltmək istədiyi ifşa olunur. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri , Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun zərər çəkmiş şəxslərlə razılıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzalarını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını və cinayətin odlu silahla törədilməsini Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinin tələbinə görə qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi ilə təhlükəli sayılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X26 MR Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 6 ay müddətinə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan mıhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, məhkəmə vurğulayır ki, qeyd olunan xüsusat Təqsirləndirilən şəxs2 oğlunun əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin yaranmasına səbəb olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Ağazadə X29 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay 6 gün vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5-ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər; ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs1 Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay 6 gün şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını və cinayətin odlu silahla törədilməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli, Təqsirləndirilən şəxs2 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Həmçinin Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 oktyabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan 21 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2019-cu il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 184-27203-1219 nömrəli məktubundan görünür ki, axtarışda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə tutularaq istintaqa təqdim olunması üçün Tərtər RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 dekabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 4(061)-46/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 dekabr 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 12 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 14 dekabr 2019-cu il tarixli, 4(061)-47/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 07 mart 2020-cu il tarixli, 4(061)-14/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində olan ********* nömrəli cinayət işi üzrə həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun 06 mart 2020-ci il tarixli təqdimatı Tərtər rayon məhkəməsinin 07 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlama müddəti bitdiyi andan, yəni 12 mart 2020ci il tarixdən həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 mart 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 mart 2020-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan 30 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 aprel 2020-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 oğlu 01 aprel 2020-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 03 aprel 2020-ci il tarixli, 4(061)-15/2020 nömrəli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 oğlunun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 4(061)-55/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanılma müddəti 1 ay həddində, yəni 2 avqust 2020-ci il tarixdən-2 sentyabr 2020-ci tarixədək uzadılmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 sentyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 11 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon Məhkəməsinin 12 sentyabr 2020-ci il tarixli, 4(061)-70/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək bu iş üzrə cəmi 8 ay 1 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu onlara təyin olunacaq cəzanı çəkməlidirlər, belə ki, onların islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onların cinayət məsuliyyətindən və ya cəzadan azad edilmələrinə əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsas yoxdur. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan xx.xx.2019-cu ildə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan 1 ədəd qış gödəkçəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 09 dekabr 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi protokolu ilə Mersedes Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşından ön və arxa oturacaqların çexolları, 11 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi protokolu ilə Təqsirləndirilən şəxs1 məxsus hadisə vaxtı əynində olmuş paltarlar, yəni 1 ədəd boz rəngli, ön tərəfi 3 düymədən ibarət olan sviter, 1 ədəd açıq mavi rəngli şalvar , 1 ədəd tünd göy rəngli qış gödəkçəsi və 1 cüt qara rəngli, qaytansız makasin ayaqqabı, 12 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi protokolu ilə Təqsirləndirilən şəxs2 oğluna məxsus hadisə vaxtı əynində olmuş paltarlar, yəni 1 dənə qara rəngli, ön yuxarı hissəsində ağ rəngli zolaqları olan, boyun hissəsində “ZARA MAN” sözləri yazılmış etiketli, uzunqol kofta, 1 ədəd tünd göy rəngli, bel nahiyyəsinin iç tərəfində “CLİMANTAN” sözləri yazılmış etiketi olan cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli, dəri materialdan hazırlanmış qış gödəkçəsi qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan gödəkçəsinin iç tərəfinin sağ hissəsində yerləşən cibindən 1 ədəd açılıbbağlanan bıçaq, 1 ədəd zərfdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 5 ədəd diş qırıntıları, 1 ədəd tıxac, 1 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı və asfalt üzərində 4 yerdə mövcud olan qanabənzər ləkələrdən nümunələr məhv edilməli, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsindən məktubla daxil olmuş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfəng və 6 ədəd patron, Təqsirləndirilən şəxs2 oğlunun ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinin çöl tərəfində yerləşəmn su quyusunun üzərində olan beton parçasının altından götürülmüş 1 ədəd 16 kalibrli, qundağı və lüləsi kəsilmiş təklülə ov tüfəngi və 1 ədəd bıçaq, 1ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab edilən “beşbarmaq” xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməlidir, 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizalarının cəmi 307 manat 96 qəpik xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 49 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 294 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 228.1, 228.4 və 229.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 16 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmaqla, üzərində qəti olaraq 15 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay 6 gün şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs1 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 11 dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 134, 181.2.4, 181.2.5, 221.1 və 228.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5-ci maddələri ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 oğluna 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək bu iş üzrə cəmi 8 ay 1 gün həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 15 il 9 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 11 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan xx.xx.2019-cu ildə hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan 1 ədəd qış gödəkçəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 09 dekabr 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi protokolu ilə Mersedes Bens markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomaşından ön və arxa oturacaqların çexolları, 11 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi protokolu ilə Təqsirləndirilən şəxs1 məxsus hadisə vaxtı əynində olmuş paltarlar, yəni 1 ədəd boz rəngli, ön tərəfi 3 düymədən ibarət olan sviter, 1 ədəd açıq mavi rəngli şalvar , 1 ədəd tünd göy rəngli qış gödəkçəsi və 1 cüt qara rəngli, qaytansız makasin ayaqqabı, 12 dekabr 2019-cu il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi protokolu ilə Təqsirləndirilən şəxs2 oğluna məxsus hadisə vaxtı əynində olmuş paltarlar, yəni 1 dənə qara rəngli, ön yuxarı hissəsində ağ rəngli zolaqları olan, boyun hissəsində “ZARA MAN” sözləri yazılmış etiketli, uzunqol kofta, 1 ədəd tünd göy rəngli, bel nahiyyəsinin iç tərəfində “CLİMANTAN” sözləri yazılmış etiketi olan cins şalvar, 1 ədəd tünd qəhvəyi rəngli, dəri materialdan hazırlanmış qış gödəkçəsi qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus ehtimal olunan gödəkçəsinin iç tərəfinin sağ hissəsində yerləşən cibindən 1 ədəd açılıb-bağlanan bıçaq, 1 ədəd zərfdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 5 ədəd diş qırıntıları, 1 ədəd tıxac, 1 ədəd dəstəyi qara rəngli mətbəx bıçağı və asfalt üzərində 4 yerdə mövcud olan qanabənzər ləkələrdən nümunələr məhv edilsin, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsindən məktubla daxil olmuş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “lüləaltı yatağının içərisindəki metal lövhənin və lüləaltı qarmağın üzərində “T13886-66”, qəlibinin səthinin üzərində isə “104020-61” nömrələri həkk olunmuş, uyğun modelli müxtəlif nömrəli silahlardan komplektləşdirilmiş, “TOZ” B modelli, xarici çaxmaqlı, qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş tüfəng və 6 ədəd patron, Təqsirləndirilən şəxs2 oğlunun ifadəsinin yerində yoxlanılması zamanı xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinin çöl tərəfində yerləşəmn su quyusunun üzərində olan beton parçasının altından götürülmüş 1 ədəd 16 kalibrli, qundağı və lüləsi kəsilmiş təklülə ov tüfəngi və 1 ədəd bıçaq, 1ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab edilən “beşbarmaq” xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 307 manat 96 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 49 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 294 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar