Məhkəmə qərarları › İş №1(100)-40/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-40/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-40/2025 16.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Firizman oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X21, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Samux rayonu, Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin xuliqanlıq niyyəti ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Oktay Əliyevin keçmiş arvadı Şahid7 ilə nikaha girmədən qeyri-rəsmi ər-arvad kimi yaşadıqlarından təqribən son 6-7 ay ərzində mütəmadi olaraq onun ünvanına söyən X10 20 fevral 2023-cü ildə, saat 18 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində «RRR» tikinti materialları mağazası ilə üzbəüz yerləşən, Şahid2 icarə əsasında işlətdiyi kafedə təsadüfən görüb əvvəl kafenin içərisində, sonra isə kafenin qarşısında ondan nə səbəbə ünvanına söyməsini soruşduqda sonuncu ona səhv etməsini və bir daha ona qarşı başqa hərəkət etməyəcəyini bildirməsinə baxmayaraq ictimai yer olan, həmin kafenin giriş qapısının qarşısındakı bağçada heç bir əsaslı səbəb olmadan Oktay Əliyevin onun ünvanına söyməsini bəhanə edərək özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, Oktay Əliyevin ünvanına söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib əli ilə Oktay Əliyevin sifət nahiyyəsindən vurub yerə yıxmış, yerə yıxıldıqdan sonra ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona sağ qaşüstü nahiyədə 0,5x0,2 sm ölçüdə bir ədəd, sağ almacıq nahiyəsində 1,0x0,4 sm ölçüdə bir ədəd qeyri-müəyyən formalı, sağ said nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində ölçüləri 1,0,x0,8 sm-dən 2,0x0,2 sm-ə qədər olan çoxsaylı, qırmızımtıl rəngli düz xətt formalı sıyrıqlar, sağ əlin İV barmağın dırnaq falanqasında 0,7x0,2 sm ölçüdə kənarları nahamar düz xətt formalı səthi yara ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu döyüb qəsdən X18 üzərində zor tətbiq olunması ilə müşayiət edilən, kafedə və ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai maraqlara əhəmiyyətli ziyan vuran qərəzli xuliqanlıq hərəkətləri etmişdir.Bundan əlavə Təqsirləndirilən şəxs 20 fevral 2023-cü ildə, saat: 18.24 radələrində Samüx rayonu, Çobanabdallı kəndi ərazisində yerləşən “RRR” tikinti materialları mağazasının qarşı tərəfində, yolun kənarında dayanarkən həmin vaxt “EKKə tikinti materlalları mağazasının qarşısında dayanmış X8 onu əl işarəsi ilə yanına çağırmasını görüb, asta addımlarla ona yaxınlaşmış heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onun sifət nahiyyəsindən yumruq zərbəsi ilə bir dəfə vurub qəsdən ona baş beyinin yumşaq qışasına və beyin mədəciklərinə qansızma ilə müşayiət olunan sol, sol çənəaltı nahiyyənin hemotoması ilə nəticələnən ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirib. hadisə yerindən getmiş, baş vermiş hadisədən az keçmiş hadisə yerində olan X6 O.X1 idarə etdiyi «Priyora» markalı, 10-5E-727 dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu, Çobanabdallı kəndində yerləşən yaşadığı evə apararkən Samux RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 idarə etdiyi xidməti avtomobillə onların arxasınca gedib, R.Quliyev avtomobili O. Əliyevin yaşadığı ünvanda saxlayandan sonra O.Əliyevə yaxınlaşıb onun sinəsini açıb yoxladıqda nəfəs almadığını görüb ona ixtisaslaşmış tibbi yardım lazım olduğuna görə Samux RPŞ-ə radiostansiya vasitəsi ilə hadisə barədə məlumat verib həkim və əməliyyat qrupunun göndərilməsini xahiş etmiş, lakin (təcili tibbi yardım briqadasının həkimləri həmin ünvana çatanadək baş vermiş hadisə zamanı Oktay Əliyevin aldığı xəsarətlər ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X10 həmkəndlisi kimi tanımışdır. Oktay boşandıqdan sonra onun keçmiş arvadı X11 ilə onunla qeyri-rəsmi ərarvad kimi yaşamışdır. Oktay onun Pərvanə ilə yaşadığını bilib ona zəng etmiş və onunla görüşmək istəməmiş, lakin Oktay görüşə gəlmədiyindən sonuncu ilə görüşə bilməmişdir. Bir il əvvəl Oktay xatırlamadığı telefon nömrələrindən dəfələrlə ona zəng edərək onun və yaxınlarının ünvanına söymüş, o, Oktayla görüşmək istəməsinə baxmayaraq, Oktay görüşməkdən yayınmışdır. Daha sonra Oktay təkrərən ona zəng edərək yenidən təhqir etdikdə onunla görüşməyi təklif edib yerini soruşduqda Oktay AZNİXİ dairəsi yaxınlığındakı Əli adlı şəxsin kafesində olduğunu bildirdiyindən o həmin yerə getmiş, Oktayı soruşduqda Ceyhun adlı ofisiant ona Oktayın burada olmasını, bir neçə nəfərlə yeyib-içdikdən sonra getməsini bildirmişdir. Bundan təxminən 20-30 gün sonra Oktay yenə də onun telefonuna zəng edib ünvanına söyüb telefonu söndürmüşdür. Oktay hər dəfə də ona başqa-başqa telefon nömrələrindən ona zəng edib davamlı olaraq onu və yaxınlarını söymüş, o, Oktayla görüşmək istəsə də Oktay görüşə gəlməmişdir. 20 fevral 2023-cü il tarixdə saat 18 radələrində Çobanabdallı kəndində yerləşən Kəmalə adlı qadının işlədiyi kafedə yeyib-içərkən tualetə getmək üçün kafedən çıxanda Oktayın kafedə böyük otaqda Kəmalə ilə söhbət etdiyini görmüş, ona bir dəqiqəlik kafenin həyətinə çıxmağı deyib əlini onun çiyninə qoymuş və bu vəziyyətdə onunla kafenin həyətinə çıxmışlar. Kafenin həyətində ondan telefonda zəng edərək və telefona yazaraq ona nə üçün söydüyünü soruşmuş, Oktay “şəhv etdiyini, bir də etməyəcəyini” demiş və bir də etməyəcəyini bildirmişdir. Bundan sonra o, Rza ilə birlikdə masa arxasında əyləşmiş və vaxt artıq Oktayın da orada olduğunu, yəni Rza ilə əyləşdiyini görmüşdür. Oktay təxminən 20 dəqiqə Rza və onunla birlikdə oturub, yeyib, araq içmiş, söhbət edərkən yenə də Oktaya nə səbəbə telefonda ünvanına söyməsini soruşduqda o, yenə də səhv etdiyini dediyindən o da Oktayla razılaşmışdır. Az sonra Oktayın dostları Orxan, Anar və digər tanımadığı bir nəfər kafeyə gəlmiş, onlar yaxınlaşıb Oktaydan nə səbəbə toyuğu bişirtdirmədiyini soruşmuşdur. Həmin vaxt Oktayla söhbət etdikdə Oktay artıq onunla bir qədər əvvəlki kimi danışdığı kimi danışmamış, yoldaşlarını gördükdən sonra onun sözünü kəsərək telefonda söyüş söymək olmaz ki, sən gözlə görüm kimi ifadələr işlətmişdir. Bundan sonra Oktaya bir dəqiqəlik kafenin həyətinə çıxmasını demiş, Oktay onunla kafenin həyətinə çıxdığı vaxt Oktayın dostları və Rza da kafedən onların arxasınca çıxmışlar. Kafedən çıxıb kafenin həyətindən 2-3 metr məsafədə Oktaya yaxınlaşıb ona söyməkdə səhv etdiyini başa düşüb düşməməsini demiş və onu itələmiş, Oktay yerə yıxıldıqdan sonra Rza, Anar, Orxan və Oktayın adını bilmədiyi dostu kafedən çıxıb onu tutmuş, Oktaya yaxın getməyə imkan verməmişlər. Bundan sonra o, kafenin digər qapısından çıxıb kənarda Rza ilə dayanıb siqaret çəkdiyi vaxt onun dayandığı yerdən təxminən 40-50 metr kənarda Oktayın bir nəfərlə söhbət etdiyini görmüşdür. Oktay həmin vaxt barmağı ilə işarə edərək onu yanına çağırdığından o, Oktaya yaxınlaşmış, onun yanında olan nisbətən yaşlı kişidən üzr istəmiş, sonra isə Oktayı itələmiş, Oktay yerə yıxılmış, o, isə oradan uzaqlaşaraq stadion istiqamətinə getmişdir. Az sonra yenə də Oktayı itələdiyi yerə qayıtmışdır. Həmin vaxt Oktayı tanımadığı bir nəfər oğlanın dizlərinə söykənmiş vəziyyətdə saxladığını və ona su verdiyini görmüş, telefonla Oktayın şəklini çəkmiş və sonra həmin şəkli telefonu ilə Pərvanəyə göndərmişdir. Oradan uzaqlaşıb taksi ilə Pərvanəgilə, oradan da Gəncə şəhərinə getmiş, şəhərə çatdıqda əvvəlcə dayısı oğlu Elgün, sonra isə əmisi oğlu Elnar zəng edib ona Oktayın öldüyünü demişlər. Gəncə şəhərində olarkən Samux rayon polis şöbəsinin Elşad adlı polis İşçisi zəng edərək ona təcili polis şöbəsinə gəlməyini demişdir. Bundan sonra o, Gəncə şəhərindən Samux rayon Çobanabdallı kəndindəki evlərinə getmiş, evdəkilərlə görüşdükdən sonra həmin avtomobillə Samux rayon Polis Şöbəsinə gələrək könüllü təslim olmuşdur. Oktayla kafenin qarşısında olan birinci münaqişə ilə “R.R.R” adlı inşaat mağazasının qarşısındakı ikinci münaqişənin arasında təxminən 10 dəqiqə vaxt keçmiş, mağazasının qabağında Oktayı itələdiyi vaxt onun yanında dayanmış və eləcə də ətrafda kimlərin olması yadında qalmamışdır. Kafenin həyətində Oktayı Hələdiyi vaxt kənarda olanlardan yalnız Rza, Anar və Orxanı tanımış, digər şəxsləri tanımamış, orada hər hansı təhqiramiz söz olmamışdır. Oktay onu işarə ilə yanına çağırarkən ona yaxınlaşdıqdan sonra o «bəsdi də bayaq danışıb razılaşdıq, hələ üzr də istədin axı indi məni niyə barmaqla çağırırsan» deyibə onu itələmiş, o da yerə yıxılmışdır. Oktayı itələməkdə məqsədi onu cəzalandırmaq olmuş, Öktayın ölməsini istəməmişdir. Stresli olduğu üçün əvvəlki ifadələrində polis əməkdaşlarının onu evlərinin qarşısından apardıqlarını bildirməsi barədə ifadəsini təsdiq etmir. O özü könüllü olaraq polis şöbəsinə getmişdir. Belə ki, Elşad müəllim ona zəng etmiş və şöbədə onu axtardıqlarını dediyindən o avtomobilə əyləşərək şöbəyə getmişdir. O əvvəl evə getmiş, evdəkilərlə görüşmüşdür. Həmin vaxt polis əməkdaşalrı onun yaşadığı evin qapısının ağzında olmuşlar. Bundan sonra o polis əməkdaşlarının avtomobili ilə polis şöbəsinə getmişdir. Həmçinin stresli olduğu üçün əvvəlki idələrində Oktayı yumruqla vurduğunu demişdir. O,Oktayı vurmamış,itələmişdir.Görüşməklə bağlı təşşəbbüs heç kimin olmamışdır. Onlar təsadüfən görüşmüşlər. Onların arasında ümumi mübahisə olmamışdır. Belə ki, Oktay ona telefonda söyüş yazmışdır. Həmin vaxt o, Oktaya heç bir şey deməmiş, üstündən keçmişdir. O dostu ilə kafedə oturub yeyib içmişdir. Həmin vaxt o kafedə Oktayı görmüş və Oktayı çölə dəvət emiş və “niyə söyüş söyürsən” demişdir. O, Oktayı cəzaladırmaq üçün vurmuşdur. O Oktayı ölümünə vurmamışdır. Oktay ona söyüş söyəndən sonra o, Oktayla hər hansı bir söhbət etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o uşağını aşağı kəndə göndərmiş, işdən gəldikdən sonar isə ora getmişdir. Təxminən 40 dəqiqə sonra bir qonşu uşağı gəlmiş və «İradə xala Oktay özündən getmişdir» demişdir. O həmin vaxt çölə çıxmış, həmin vaxt Oktayı avtomobillə evə gətirmişlər. O uşağını ayılda bilməmiş, içəri keçmiş, çölə çıxmış özünü döymüşdür. Həmin vaxt təcili tibbi yardım və polis əməkdaşları da orada olmuşlar. Az sonra uşağının öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun yadında heç nə qalmamışdır. Oktay ilə Ramil çayçıda bir yerdə olmuşlar. Dava olan zaman o onları aralamışdır. Hadisə söyüş üstündə baş vermişdir. Onların mübahisələri olmuşdur. Oktay telefonda söyüş söymüşdür. O, Ramil ilə tək olmuşdur. Oktay təsdüfən ora gəlmişdir. Çayxanada çox insanlar olmuşdur. Ramilin əlində heç nə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsi tanıyır onunla qohumluq düşmənçiliyi və ədavəti yoxdur. O Oktayın yerə yıxılmasını görmüşdür. Onlar Oktayın üzünə su vurmuşlar və düşünmüşlər ki, Oktay özündən getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hadisə vaxtı xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs mərhumu yumruqla vurub öldürmüşdür. O hadisəni görməmiş, hadisə yerinə gəldikdə mərhum yerdə uzanqlı vəziyyətdə olmuşdur. Sağ olmuşdur. Sonradan bilinmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti olmamışdır. Bu işlə bağlı görüntü vardır. Dalaşmalarından xəbəri yoxdur. Həmin vaxt Ramil Oktaya “nə söyüş söymüsən” demişdir. Ramil Oktaya bir yumruq zərbəsi vurmuş, Oktay isə yerə yıxılmışdır. Bundan sonra onlar Oktayın üzünə su vurmuşlar daha sonra evlərinə yola salmışlar. Ondan sonradan xəbəri olmamışdır. Sonra xəbər çıxdı ki, vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır həmkəndlisidir. Hər ikisi həmkəndlisi olmuşlar. Yaş baxımından tay-yuş olmuşlar. Vurulmadan xəbəri olmamışdır. Onlar gələn zaman kameraya düşmüşlər. Rayonda dalaşmışlar, vurulan adam isə yıxılmışdır. Başqa heç nə görməmişdir. İbtidai istintaq zamanı verdi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, o onun qeyri rəsmi sevgilisidir. Ölən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Ramil isə onun 3 il sevgilisi olmuşdur. Ölməmişdən 2 il əvvəl rəsmi qaydada ondan ayrılmışdır. Ramil ilə onun öz aralarında münaqişələri olmuşdur. Ramil ona Oktay yanımda gözlə səni yığacam demişdir. Söyüşdən sonra yığıb vurmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti yoxdur. Məlumat daxil olmuşdur ki, hadisə baş vermişdir. Onlar həmin ərziyə yaxınlaşmışlar. Həmin ərazidə vətəndaş olmamışdır. Bundan sonra onlar iş yoldaşları ilə əlaqə saxlamış və həmin şəxs təqsirləndirilən şəxsin yerini mobil telefon vasitəsi ilə müəyyən etmişdir. Bundan sonra onlar həmin yaşayış yerinə getmişlər. Həmin vaxt evlərinin qarşısında ağ rəngli «Ford» markalı avtomobil olmuşdur. Həmin vaxt o avtomobildən düşmüşdür. Onlar onu polis avtomobilinə dəvət etmiş o da öz növbəsində polis avtomobilinə əyləşmişdir. Bundan sonra təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o hər zaman şəhərə çıxan insan deyildir, həmin vaxt təsadüfən çıxmışdır. Oktay həmin yerə gəlmişdir. Orada olan insanlar Oktaya “ayıb deyilmi kəndin uşaqlarısız” demişlər. Sonra Ramil gəlmiş və Ramilin necə Oktayı vurmasından xəbəri olmamışdır. O Oktayın yerdə olmasını görmüşdür. Həmin vaxt orada olan uşaqlar onları aralamışlar. O başqa bir şey görməmişdir. 20 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Samux rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/134248 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü mədəlləri ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 12.10.21-ci ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında » 21 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən 20 fevral 2023-cü il tarixdə verdiyi ifadəsini təsdiq etdiyini, həmin gün «RRR» tikinti materialları mağazasının qabaq tərəfindən yerləşən kafedə olmasını, Oktay Əliyevi kafedən çıxarıb yumruqla sifət nahiyyəsindən vurmasını, bu zaman kafedə olan şəxslərin və Rzanın onu sakitləşdirib, oradan uzaqlaşdırmasını, «RRR» tikinti materialları mağazasının qarşısında Oktayı yumruqla bir dəfə sifət nahiyyəsindən vurduğunu və onun yıxılmasını bildirib, həmin kafeni, Oktay Əliyevi kafedə gördüyü yeri, kafenin bağçasında Oktay Əliyevi yumruq və təpik zərbələri ilə vurduğu yeri və «RRR» tikinti materialları mağazasının qabaq tərəfində Oktay Əliyevi yumruq zərbəsi ilə vurduğu yeri və sonuncunun yıxıldığı yeri göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 20 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Samux rayonu Çobanabdallı kəndi ərazisində - Çobanabdallı kəndi ilə Ləki kəndi istiqamətinə gedən avtomobil yolunun kəsişməsindən 200 metr məsafədə avtomobil yolunun sağ tərəfində yerləşən «R.R.R» tikinti materialları mağazasının qabaq tərəfidir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Oktay Əliyevi sifət nahiyyəsindən bir dəfə vurduğu və O.Əliyevin zərbədən yerə yıxıldığı yer «R.R.R» tikinti materialları mağazasından 8 metr məsafədə, mağazanın sağ tərəf küncündən 11 metr məsafədə, avtomobil yolundan 3 metr məsafdə, yolun kənarındakı tikilinin qara rəngli dəmir qapısından 4 metr məsafədə olan yerdir. Həmin yerdə yer örtüyü asfaltdandır, hamardır, qurudur. Eləcə də, hadisədən 10 dəqiqə əvvəl Təqsirləndirilən şəxs Oktay Əliyevi sifət nahiyyəsindən yumruqla, sonra isə ayaq zərbələri ilə vuraraq döydüyü yer Təqsirləndirilən şəxs Oktay Əliyevi yumruq zərbəsi ilə vurub yerə yıxdığı yerdən 50 metr məsafədə, 2 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan kafenin həyətidir. Həmin yer kafe kimi istifadə edilən 3 otaqdan ibarət olmaqla giriş qapısından 4 metr məsafədə olan yerdir. Həmin yerdə torpağın üstü daşlı çınqıllı döşəmədir. Kafenin yolu giriş qapısından 50 metr məsafədə avtomobil yolu istiqamətdən kənarları dəmir barmaqlıqlarla əhatə olunmuş eni 1,2 metr olan piyada yoludur. Kafenin giriş qapısından 6 metr məsafədə sağ tərəfdə taxtadan olan hasarda, yaşayış binasının digər istiqamətindəki yaşayış evləri istiqamətinə birtaylı taxta qapı vardır. Kafenin həyətinə giriş həm avtomobil yolu istiqamətdən, həm də sağ tərəfdən olan taxta qapıdandır. Baxış zamanı fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya, predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X24 şəxsin Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 19 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 meyitinin bədənində baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşaiyət olunan sol sol çənəaltı nahiyəsinin hematoması, sağ almacıq, sağ said nahiyələrinin sıyrıqları, sağ əlin 4 barmağının səthi yarası xəsarətləri vardır. Bu xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: a) baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşaiyət olunan sol sol çənəaltı nahiyəsinin hematomasıhəyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; b) sağ qaşüstü, sağ almacıq, sağ said nahiyələrinin sıyrıqları, sağ əlin 4 barmağının səthi yarası isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X3 ölümünə səbəb- baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşayiət olunan sol sol çənəaltı nahiyənin hematoması olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyavi təhqiqatı zamanı 1.6 % ( promilli ) qatılığında etil spirti aşkar edildi. Etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən orta dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X24 şəxsin Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 237 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən göürür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” nin məhkəmə-kimya şöbəsinin məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli 805/K saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 190 saylı məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, hər hansı psixi xəstəlikdən əzab çəkməmiş, hadisədən sonra da hər hansı psixi xəstəlik keçirmir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl, eləcə də hadisə zamanı öz hərəkətlərini dərk etmək, idarə etmək , ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarına malik olmuşdur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs mərhum Oktay Əliyevlə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisələr Təqsirləndirilən şəxs hadisəni törətməsinə səbəb olan hərəkətverici təsirinə malik ola bilərdi. Təqsirləndirilən şəxs hadisədən bilavasitə əvvəl əsəbi-psixo-emosional hal mövcud olmuşdur və bu hal hansı zərər çəkmişlə mübahisəsi ilə şərtlənə bilər. Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, 1831 nömrəli arayışından görünür ki, xx.xx.1993-cı il təvəlüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispaserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli, 1881 nömrəli arayışından görünür ki, xx.xx.1993-cü il təvəlüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispaserində qeydiyyatda durmur. Samux RPŞ-dən xx.xx.2023-cü il tarixli 3/3-105/2-3875/2023 saylı məktubla rayon prokurorluğuna göndərilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmişdir. “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus qara rəngli “SAMSUNG” markalı mobil telefon aparatıdır. Telefonun menyusuna daxil olduqda mesajlar bölməsində 12-ci sırada, yəni sonuncu sırada +**********97 saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 18:11-də “herweyni .........” sözləri yazılmış mesaj vardır. Həmin telefonun qalereya bölməsində 1-ci şəkilə daxil olduqda iki nəfər görünür. Onlardan birinin ayaqları uzadılmış və beli ayaq üstə olan digər şəxsə söykənmiş olduğu görünür. Odur ki, həmin telefon iş üzrə maddi sübut kimi tanınmalı və rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Çobanabdallı kəndində, avtomobil yolunun kənarında yerləşən «R.R.R» tikinti materialları mağazasının sahibi Ruslan Rəhimovun atası Şahid5 tərəfindən təqdim edilmiş yaddaş kamerasındakı görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yaddaş kamerası «DELL» markalı kompyuterin prosessor qurğusuna salındıqda monitorda 2 qovluğun olduğu, qovluqların hər birində ayrı-ayrılıqda 15 dəqiqə 16 saniyyə görüntülər olduğu müşahidə edilir. Şahid5 iştirakı ilə həmin görüntülərə baxılarkən Şahid5 görüntüdə nömrə nişanı görünməyən qara rəngli avtomobilin qarşısında dayanmış şəxslərin o, Ehtiram, Sakit və Xaliq adlı tanışlarının olduğunu, həmin vaxt onlara yaxınlaşan, Ehtiramla söhbət edərkən sağ əl barmaqları ilə hərəkətlər edən oğlanın Oktay Əliyev olduğunu, bir neçə dəqiqədən sonra onlara yaxınlaşaraq Oktay Əliyevi yumruqla vuran oğlanın Təqsirləndirilən şəxs olduğunu, sonra ətrafda toplaşan şəxsləri tanımadığını, Oktay Əliyevin əyləşdirildiyi avtomobilin Ramiz adlı şəxsə məxsus olan sonuncu tərəfindən idarə edilən avtomobil olduğunu bildirmişdir. Şahid5 tərəfindən təqdim edilmiş yaddaş kamerasındakı görüntülərə baxış keçirilməsi haqqında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə keçirilən xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdi ki, video görüntüdəki şəxslərdən biri onun özüdür. Həmin görüntü X10 vurduğu günə, yəni xx.xx.2023-cü il tarixə aiddir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təsdiq etdi ki, həmin görüntüdə itələdiyi X12r. Bu görüntülərdə o, Oktayı itələdikdən sonra gedib və sonra yenidən həmin yerə qayıdaraq Oktayın şəklini çəkdiyini təsdiq etdi. Yaddaş kamerasındakı videogörüntülər 1 ədəd CD diskinə köçürülmüşdür. Həmin disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə olunmalıdır. Hadisə zamanı X3 üzərində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək və 01 cüt qara rəngli ayaqqabı iş üzrə maddi sübut kimi tanınmalı və rayon prokurorluğunun maddi sübutlar otağında saxlanmalıdır. Məhəkəmə təqsirləndirilən şəxsin zərəçəkmiş şəxsi vurmaması və ona xəsarət yetirməməsi, sadəcə aralarında mübahisə olması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq işin faktiki hallarına uyğun olmadığından və şahidlərin ifadələri, zərəçəkmiş şəxsin hüquqi varisin ifadəsi, ekspertiza rəyləri, üzləşdirmə protokolları və digər sübutlarla təkzib edildiyindən həmin ifadəni inandırıcı hesab etməyib özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayət işinin istintaqı zamanı toplanmış mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şərərçəkmiş şəxsin ölümünə səbəb olduqda bu cinayət əməli sayılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Bu isə o deməkdir ki, əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 126.1 və ya 126.2-ci maddələrinin tərkib əlamətləri olmalı, daha şonra isə qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmalıdır. Yəni sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, obyektiv çəhəti isə başqa şəxsin sağlamlığına ağır zərər vurulmasından ibarətdir. Məhkəməm istintaqı zamanı Təqsirləndirilən şəxs 20 fevral 2023-cü ildə, saat 18.24 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində yerləşən «RRR» tikinti materialları mağazasının qarşı tərəfində yolun kənarında dayanarkən həmin vaxt «RRR» tikinti materialları mağazasının qarşısında dayanmış X8 onu əl işarəsi ilə yanına çağırmasını görüb, asta addımlarla ona yaxınlaşmış heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onun sifət nahiyyəsindən yumruq zərbəsi ilə bir dəfə vurub qəsdən ona baş beyinin yumşaq qişasına və beyin mədəciklərinə qansızma ilə müşayiət olunan sol, sol çənəaltı nahiyyənin hemotoması ilə nəticələnən ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirib hadisə yerindən getməsi, baş vermiş hadisədən az keçmiş hadisə yerində olan X6 O.X1 idarə etdiyi «Pajero» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu, Çobanabdallı kəndində yerləşən yaşadığı evə apararkən Samux RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 idarə etdiyi xidməti avtomobillə onların arxasınca gedib, R.Quliyev avtomobili O.Əliyevin yaşadığı ünvanda saxlayandan sonra O.Əliyevə yaxınlaşıb onun sinəsini açıb yoxladıqda nəfəs almadığını görüb ona ixtisaslaşmış tibbi yardım lazım olduğuna görə Samux RPŞ-ə radiostansiya vasitəsi ilə hadisə barədə məlumat verib həkim və əməliyyat qrupunun göndərilməsini xahiş etməsi, lakin təcili tibbi yardım briqadasının həkimləri həmin ünvana çatanadək baş vermiş hadisə zamanı Oktay Əliyevin aldığı xəsarətlər ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olması öz təsjdiqini tapmışdır. Eləcə də Təqsirləndirilən şəxs Oktay Əliyevin keçmiş arvadı-Şahid7 ilə nikaha girmədən qeyri-rəsmi ər-arvad kimi yaşadıqlarından təqribən son 6-7 ay ərzində mütəmadi olaraq onun ünvanına söyən X10 20 fevral 2023-cü ildə, saat 18 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində «RRR» tikinti materialları mağazası ilə üzbəüz yerləşən, Şahid2 icarə əsasında işlətdiyi kafedə təsadüfən görüb əvvəl kafenin içərisində, sonra isə kafenin qarşısında ondan nə səbəbə ünvanına söyməsini soruşduqda sonuncu ona səhv etməsini və bir daha ona qarşı başqa hərəkət etməyəcəyini bildirməsinə baxmayaraq ictimai yer olan, həmin kafenin giriş qapısının qarşısındakı bağçada heç bir əsaslı səbəb olmadan Oktay Əliyevin onun ünvanına söyməsini bəhanə edərək özünün davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, Oktay Əliyevin ünvanına söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib əli ilə Oktay Əliyevin sifət nahiyyəsindən vurub yerə yıxması, yerə yıxıldıqdan sonra ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona sağ qaşüstü nahiyədə 0,5x0,2 sm ölçüdə bir ədəd, sağ almacıq nahiyəsində 1,0x0,4 sm ölçüdə bir ədəd qeyri-müəyyən formalı, sağ said nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində ölçüləri 1,0,x0,8 sm-dən 2,0x0,2 sm-ə qədər olan çoxsaylı, qırmızımtıl rəngli düz xətt formalı sıyrıqlar, sağ əlin İV barmağın dırnaq falanqasında 0,7x0,2 sm ölçüdə kənarları nahamar düz xətt formalı səthi yara ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu döyüb qəsdən X18 üzərində zor tətbiq olunması ilə müşayiət edilən, kafedə və ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla ictimai maraqlara əhəmiyyətli ziyan vuran qərəzli xuliqanlıq hərəkətləri etməsi məhəkəmədə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhəkəmə kollegiyası hesab edir ki,təşsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintqaı zamanı tam təsdiq olunduğundan, onun əməlləri Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «CM-in 221.3-cü maddəsinin şərh olunmasına dair» 20 may 2011-ci il tarixli qərarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «CM-in 221.3-cü maddəsinin şərh olunmasına dair» 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütovlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərəçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının tələblərinə görə ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində döymə, sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər ictimai qaydanı kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərməsi ilə müşayiət edildikdə məhz xuliqanlıq kimi qiymətləndirilir. Hətta şəxsi münasibətlər zəminində başlanmış hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Oktay Əliyevin keçmiş arvadı-Şahid7 ilə nikaha girmədən qeyri-rəsmi ər-arvad kimi yaşadıqlarından təqribən son 6-7 ay ərzində mütəmadi olaraq onun ünvanına söyən X18 ilə aralarında şəxsi-qərəzli münasibətlər yaranmış, o, 20 fevral 2023-cü ildə, saat 18 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində yerləşən, Şahid2 icarə əsasında işlətdiyi kafedə təsadüfən Oktay Əliyevlə rastlaşmış, həmin vaxt ondan nə səbəbə ünvanına söyməsini soruşduqda sonuncu ona səhv etməsini və bir daha ona qarşı başqa hərəkət etməyəcəyini bildirmiş, bundan sonra onlar hətta bir masa arxasında əyləşib, yeyib-içmişlər. Yəni onlar arasında mövcud olan şəxsi-qərəzli qeyri-sağlam münasibətlər normal münasibətlərə çevrilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən Oktay Əliyevin onun ünvanına söyməsini bəhanə edib, ictimai yer olan, həmin kafenin giriş qapısının qarşısındakı bağçada onunla birlikdə kafeyə gələn Şahid1, həmçinin kafeyə Oktayın yanına gələn Anar, Orxan və Rəşad adlı şəxslərə məhəl qoymadan aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə layqeyidlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarını tapdalamaqla heç bir əsaslı səbəb olmadan Oktay Əliyevin ünvanına söyüb, əli ilə Oktay Əliyevin sifət nahiyyəsindən vurub yerə yıxmış, yerə yıxıldıqdan sonra ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrindən vurub ona xəsarətlər yetirməkdə davam etmiş, həmin vaxt yaxınlıqda olan şəxslər onu tutub saxladıqdan sonra Təqsirləndirilən şəxs öz qanunsuz hərəkətlərini dayandırmışdır. Təqsirləndirilən şəxs yuxarıda şərh olunan əməlində xuliqanlıq hərəkətlərinin hər üç əsas əlaməti , o cümlədən bu hərəkətlərin ictimai qaydanı kobud surətdə pozması, bu pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilməklə özünü biruzə vermişdir. Hətta R.X13rşı törətdiyi, qeyd olunan hərəkətləri şəxsi münasibətlər zəminində başlanmış olsa belə sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdi. Göründüyü kimi baş vermiş hadisədə xuliqanlıq cinayətinin bütün zəruri əlamətlərinin olması şəksizdir. Ona görə də Təqsirləndirilən şəxs 20 fevral 2023-cü ildə, saat 18 radələrində Samux rayonu, Çobanabdallı kəndi ərazisində yerləşən Şahid2 icarə əsasında işlətdiyi ictimai yer olan kafenin giriş qapısının yaxınlığındakı bağçada Oktay Əliyevin onun ünvanına söyməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan O.Əliyevin ünvanına söyüb, əli və ayaq zərbələri ilə Oktay Əliyevi vurub ona xəsarət yetirməsi ilə müşayiət olan hərəkətləri xuliqanlıq hərəkətləri kimi qiymətləndrilməlidir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəzalandırılmalı, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Hazırkı işinin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham xx.xx.2023-cü il tarixdən xx.xx.2025 il tarixədək olan müddətləri əhatə edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunduğuna görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin əmələ görə nəzərdə tutulmuş iki illik cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatmışdır. Bundan əlavə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, Təqsirləndirilən şəxs həmin hissədə özünü təqsirli bilmədiyi və müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq bildirmədiyi üçün verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmədən ittiham hökmü çıxarılması qanunidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/134248 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-si ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvəllər məhkum olunması müddət keçdiyindən heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədimiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. İş üzrə maddi sübutlar-Samux rayon prokurorluğunda saxlanılan təqsirləndirlən şəxsə məxsus 01 ədəd Samsung markalı mobil telefon onun yaxın qohumların qaytarısın, imtina etdikdə məhv edilməldir. X4 məxsus olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək və bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1,344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 126.3-ci maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-Samux rayon prokurorluğunda saxlanılan təqsirləndirlən şəxsə məxsus 01 ədəd Samsung markalı mobil telefon onun yaxın qohumların qaytarısın, imtina etdikdə məhv edilsin. X4 məxsus olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək və bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar