Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-400/2023 22.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Sahib oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(043)-140/2021 saylı hökmü ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, İİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, 0.204 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib xx.xx.2022-ci il tarixdə, saat 02:50-də üzərində saxlayaraq daşıyarkən özünü şübhəli apardığına görə Gəncə şəhər BPİ-nin PPXT-nin 2-ci bölüyünün əməkdaşları tərəfindən Gəncə şəhəri, Tbilisi küçəsində saxlanılıb əlində aşkar olunan 01 ədəd kibrit qutusu ilə birlikdə Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdə həmin kibrit qutusunun içərisindən siqaret kağızına bükülü vəziyyətdə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda,yəni 0,204 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,783 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 sentyabr 2022-ci il tarixdə, saat 19:00-da radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri 23 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər 1ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız paketdəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,783 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Depo qəsəbəsində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü CM-nin 234.4.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, ilk dəfə 28 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Tiblisi küçəsində tutularkən üzərində saxladığı kibrit qutusunun içərisində limon duzu olmuş, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində saxladığı qutunu təqdim edərək içərisində nə olduğunu demişdir. Lakin həmin polis əməkdaşları onunla razılaşmayaraq polis şöbəsinə aparmışlar. Xeyli müddət sonra üzərinə şəxsi axtarış keçirilərkən həmin kibrit qutusunda guya metamfetamin olduğunu bildirmişlər, o da polis əməkdaşları çöldə qalacağını, ciddi cəza verilməyəcəyini dediyi üçün onlarla razılaşaraq aparılmış videoçəkiliş zamanı post patrul əməkdaşının təqdim etdiyi üstündən aşkar edilən maddənin “patı” olduğunu demişdir. İkinci dəfə isə 17 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri, Ozan küçəsi 23 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb polis bölməsinə aparmış, şöbədə olarkən üzərindən şəxsi istifadə üçün əldə edib saxladığı narkotik vasitə olan heroin aşkar olunmuşdur. Son dəfə isə 6 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsində olarkən tutulmuş, üzərindən yenə də şəxsi istifadəsi üçün əldə edib saxladığı heroin aşkar olunmuşdur. Aşkar edilən heroinlər ona məxsus olmuş, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Həm metamfetaminin, həm də heroinin istifadəçisidir, 2018 və 2021-ci illərdə qanunsuz şəxsi sitehlak miqdarından artıq narkotik saxladığına görə məhkum olunmuşdur. Xəstəliklərdən əziyyət çəkir. Narkotik vasitələri yerdən tapmışdır, 2-ci qrup əlildir, müəyyən psixoloji problemləri var, tutulan vaxtlarda da narkotik vasitənin təsiri altında olmuşdur, 6-7 ildir ki, narkotik vasitə istifadəçisidir, mobil telefon nömrəsi ilə aparılmış yazışmalar ona məxsus olsa da həmin yazışmalar narkotik vasiətlərin əldə edilib istifadə edilməsi üçün olmuşdur. Əməlindən peşmadır, ona ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2022-ci il tarixdə, 02:50 radələrində o, patrul avtomaşınında ekipaj yoldaşı Şahid2 Yuzasif oğlu ilə Gəncə şəhəri, Tbilisi küçəsində avtopatrulda xidmətdə olarkən, sonradan Təqsirləndirilən şəxs bildiyi şəxs yolun kənarı ilə piyada gedərkən qeyri-adekvat hərəkətləri narkotik vasitənin təsiri altından olmasına şübhə yaratdığı üçün ona yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirmək istədikdə həmin şəxs sağ əlində nəyisə sıxıb saxladığını görmüşlər. Əlində saxladığı əşyanın nə olduğu soruşulan zaman o, narkotik vasitə aludəçisi olduğunu deyərək əlində olan 1 ədəd kibrit qutusunu təqdim edərək onun içərisində özünə məxsus psixotrop maddə olan metamfetaminə bənzər kütlənin “patı” olduğunu demişdir. Onu onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarışdan əvvəl Elçindən aldıqları patı adlanan psixotrop maddəni təhqiqatşıy təqdim etmişlər. Həmin qutunun içərisində 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olmuş, şifahi sorğu-sual zamanı X8 həmin kütlənin metamfetamin olmasını, bükümü xx.xx.2022-ci il tarixdə təxminən 22 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yerdən tapdığını, özü istifadə etməsi üçün saxladığını, kütlədən heç kimə satmadığını, istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Kağız bükülü içərisində psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞPŞ PPXB-nin əməkdaşı Şahid2 Yuzasif oğlu da Şahid1 ilə eyniməzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs avtopatrul şəklində xidmətdə olarkən xidmət yoldaşı Şahid1la birlikdə saxlamış, saxlanılarkən Təqsirləndirilən şəxs əlində bərk sıxıb saxladığı əşya onlara şübhəli gəlmiş, həmin bükülüdə nə olmasını soruşduqda Elçin bükülünü açıb kibrit qutusunda metamfetmain “patı” olduğunu deyərək onlara vermişdir. Elçini avtopatrul avtomobilinə əyləşdirib polis bölməsinə aparıb təhvil vermiş və videoçəkilişdə iştirak etmişlər. Təqsirləndirilən şəxs qarşı özü və hər hansı şəxs tərəfindən hər hansı təsir və təzyiq olmamış, psixotrop maddəni özü könüllü onlara təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 6 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Depo qəsəbəsində saxlayıb 4-cü Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, polis şöbəsinə gətirildikdən sonra təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış həyata keçirilmiş Elçinin üzərindən heroin aşkar olunmuş, şifahi sorğu sual zamanı həmin narkotik vasitəni tapdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bölmənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə əməliyyat məlumatı nəticəsində 17 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ozan küçəsində yerləşən 23 nömrəli məktəbin yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və onu Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi verilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, heroinə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü təxminən 10 gün əvvəl Bakı şəhərində olarkən “Əcəmi” adlanan ərazidə binaların yaxınlığında yerdən tapdığını, özü istifadə etməsi üçün saxladığını, həmin kütlələrdən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə “heroin”ə oxşar kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 ilə eyniməzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində olan üzərində qanunsuz olaraq narkotik vasitə saxlanılması ilə bağlı əməliyyat məlumatı əsasında saxlanıldığını və polis bölməsinə aparıldığını, orada videoçəkilişlə üzərinə keçirilmiş baxış zamanı narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildiyini, şifahi sorğu-sual zamanı həmin narkotik vasitəni Bakı şəhərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 avqust 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş CD diskədən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı Gəncə şəhər, Baş Polis İdarəsinin 2-ci X4 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğlu bildirir ki, Gəncə şəhər, BPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri polis serjantı Şahid2 Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin rəhbərliyinə raportla mürəciət edərək bildirmişdir ki, Gəncə şəhəri, Tbilis küçəsində xidmətdə olan zaman bir nəfər sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada gedərkən özündə narkotik vasitənin təsiri altında olduğu şübhəsi yaratdığı üçün ona yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirmək istədikdə həmin şəxs sağ əlində sıxıb saxladığını görmüş, Təqsirləndirilən şəxs Gəncə şəhəri Tbilisi küçəsində saxlanılaraq Gəncə BPİ-nin 2ci Polis Şöbəsinə gətirilmiş. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və PPXB əməkdaşı Şahid2 tərəfindən təqdim edilən kibrit qutusu içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edilmiş, sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddənin metamfetamin olduğunu, kütləni xx.xx.2022-ci il tarixdə 22 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yerdən tapdığını həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmiş, həmin kütlə tərəzisində çəkilb qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və əlavə edilmiş CD diskdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək bildiriş protokolu təqdim edilmiş, cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz şəklində ilkin baxışdan narkotik maddə “heroin”ə bənzər kütlə təqdim edərək “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu təxminən 10 gün əvvəl Bakı şəhərində olarkən Əcəmi deyilən ərazidən binaların yaxınlığından yerdən tapdığını, içərisinə baxan zaman içərisində sellofana bükülü “kokos” olduğunu gördüyünü və şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatı olmadığını bildirmişdir. Həmin bükülü tərəzidə çəkilərək qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 yanvar 2023cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində şübhəli şəxs qismində tutularaq hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda narkotik maddə olan “heroin”ə bənzər kütlə və 1 ədəd şprisi könüllü olaraq təqdim etmiş, həmin bükülünün “kokos” olduğunu, şəxsi istifadəsi üçün götürərək üzərində saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Götürülmüş selllofan bükülü tərəzidə çəkilmiş möhürlənərək eksprtizaya göndərilməsi üçün qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 28 avqust 2022-ci il tarixli 16/1032 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,204 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 18 sentyabr 2022-ci il tarixli 16/1119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,783 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 07 yanvar 2023-cü il tarixli 16/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədədşəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,299 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 fevral 2023-cü il tarixli, 16/287 saylı rəydən görünür ki, 2 ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibləri eynilik təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 08 yanvar 2022- ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər Polis İdarəsində məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış telefon danışıqlarına dair 28 aprel 2023-cü il tarixli, BKC/LGL-4361/23 saylı məktubla CD disklə Bakcell Telekom MMC-dən ədlə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan zəng və mesajlar, eləcə də çıxan zənglərin və mesaj mətnlərindən görünür ki, ***-***-**-** saylı mobil nömrədən ********** göndərilən saylı mobil nömrəyə “e olurem aqsrlylrsan nedi”, “Ay qaqa yene bu cirixlar allatdi meni senol. Evden pawtavoya gelmiwem yoxdular teli acmir. Nolar uzurlu say bide temiz lomka oldum gelsem ozunnen nese ede bil”, ********** göndərilən saylı mobil nömrəyə “Hecne olmaz men sene neteriyem sen mene neteri. Agali meni lomkada qoyub getmek bize yarawmaz. Men inanmiwdim oda nese sagol wakro qarwilig boma verdin sagol”, ********** göndərilən saylı mobil nömrəyə “ Ay qaqa imkan olsa bir balaca ona qatmaga wuwede gotur qadan alim”, ********** göndərilən saylı mobil nömrəyə “Qaqa dunende meni camahatnan qirgina qoydun senol qaytarirdi dedim alinmir rastvorda aziydi. Senol hec mene vermedi ozu goturdu getdi. Olurem senol agridan evde”, ********** göndərilən saylı mobil nömrəyə “Ay qaqa alinmir cixa bilmiyecem. Seher duran kimi meni yig 20 tobka saxlamiwam seher vererem qaqa evde qirgindi senol” , ********** göndərilən saylı mobil nömrəyə “ Ay isi agali ruslan sene goturub verdiyi temaya gore soyuw soyub bu gune catdirmaga. İsi onu pis vezyetde qoyma. Kimise pis vezyetde qoymaq olmaz. Ozde ruslani.”, “Qaqa alinmirsa bir kelme ac de. Camahat meni gozleyir senol ya atminit eliyim yada ac bhrkelme de”, ********** göndərilən saylı mobil nömrəyə “Ay dede uzurlu say gece vaxti narahat elediyme gore. Qonagim var deye bele vaxti yigdim bratim. Bawina donum alinirsa bidene el tut komeklik ele qaqa”, ********** göndərilən saylı mobil nömrəyə “Kiwiliyin merfetin qanacagin olsun bilisenki vezyetim pisdi. tapa bilmirem agali soyuw soymuwem meni duzdere salma elnur yeke oglansan. Biliremki gorusen acteli”, ********** göndərilən saylı mobil nömrəyə “Qaqa netersen canin bawin? Ay qaqa zeng elemeye uzum gelmedi ama hem ozum agriyiram hemde qonagim gelir. bu gun yalanci olaram ama alinsa sabah vererem 05 kola”, ********** göndərilən saylı mobil nömrəyə “Ay qaqa pul tapdim komeklik eleye bilersen”, “Ay qaqa 28 m pul var yari ustede biraz pati alinar? Eyer alinirsa xeber et. Bide o dediyin artiq addelni bukumde qoyarsan onu goturub bawqa adama verecem”, ********** göndərilən saylı mobil nömrəyə “Ay qaqa qadan alim hec olmasa 25 manat var yari kola goturek. burdan xan arxinin usteyem hec olmasa indi el tut sora ancaq butune yigaram”, Qadan alim el tut ata”, “Qaqa 1litir kola goture bilerik?”, ********** göndərilən saylı mobil nömrəyə “Ay brat isteyisen 2 defeye vur. He bideki wuwe rozvidi bahali rengi ona gore eledi. Ama cox qewey eliyecek brat. vurandan sonra meni yig ay qaqa. sagol demeye”, məzmunlu mesajlar yazilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə isə ********** nömrədən “Axsamin xeyir.qaqa qesebedeki Semurdu. bayax Atan cvb verdi, Herwey yxwidi? B awina donum imkan varsa odefeki ayaqqabinin pulunu verrdn.vzyt pisdi.borcm var Vallah.”, ********** nömrədən “ELCİN DURANDA MENİ YİG 15 _20 MAN VAR NESA ELAYAK YİGARSAN”, ********** nömrədən “pulun durursa bizim kanal duzelir 20.vermey lazimdi 2.side var 10.mendedi yox iwini gorubsense de bilim calaq tapim camat sen ol gozdyur 1.kelme cvb deyersn ma”. “ e gelem sen ol aziydi gonderdim davoka elesin gelem .atacani mawindayam eve girdi artirsin duwub gelem”, “ iw butun dawdan kecdi allahmiza and olsun pul cibimde indi adam var onla goruwurem gorwum gotrek ananin anamin cani yigacam,sen ol agrida qoymuycam azcada goz”, “Nagarsan mama ye berk lomka oldum sen variydn deye susdum.1,qepik qoymular barabar da vurullar o neydi e,neise divijenya etsen de,seher tez dursan yig goruwey”, “1.deqlik ac siz terefdyem mawinda gel deib teli acmisan nagarmaqdi 2.dene de cibimde smertelni patidi sada vercm cix gedey kolanin dalinnan”, “neoldun birazdan heryer baglanacaq qalaciq bele o uwaq yene yigdi sen tez cix gel 50.tocka verey o 15.cetide alaq birwey eliyeck gelisenmi he yox”, “Cammat 1.saatdi gozdyur duzelmir ac de bele pati cibimde 1.dene de cola gotrum gelim eliyekmi su qalib bidene he yox ele ma tez iwmi bilim”, “ men gelem bu uwaqa onan biraz 100%.vermeliyk demiwem cataq 6.mant puldu bide su verecik buda o biri 15diyde alaciq karoci bonba olcaq,and aman eleki qaliqi ver”, “gozde yigram kiwisen e kiwiliyn olsun o suyu ma ne verib gonderdn ceyhunun canna da and icsen ne mende birwey ne onda herweyni sikim hecne sensen qehbe men”, “ deyrem hele dilinde var daniwisan apardim uwaq azca eline tokub dilne vurdu su dadirdi hecne 1.qoz sen ol verdiynde istedi camat butun lomka eledn axwam axwam”, ********** nömrədən “Qaqa nolar hec olmasa kola yari goturey pati orda cetde yoxdu 10 manatdix goture”, ********** nömrədən “NE OLDU BE NİYA ALLADDİN YENA MENİ BE ZENG VURUB MENİ VEZİYATDAN CİXARDİRDİN E SEN EVDAYAM COX PİSEM MA KOMAK ETDA SABADA MEN SA EDAREM”, “NAGARSAN 20MAN OLSA YARİ KOLA BİRAZDA O BİRİNDAN ALA BİLARİLMİ?”, ********** nömrədən “Edi yeke oglansan acdana poxunu bu nagarmaqdi tema nagaraq pul var 15-20.azn,var sende de divijit eliyek.1.kelme he yox de.ozunu amciq yerne qoyma besdi qutar”, ********** nömrədən “ NAGARSAN DUNEN YİGMADİN.GELMADİN O BOYDA SOYUW SOYDUN İNDİ GELDA EVDA TEKAM AGRİYİRAM SUYUM VAR”, ********** nömrədən “PULUN VARMİ 15MAN OLRA NARMALNİ BİR WEY ALİNARMİ”, “17~18 OLSA”. məzmunlu mesajlar daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli ********* saylı, xx.xx.2022-ci il tarixli, 206-4190-1222 saylı əməliyyat tapşırıqlarına verilmiş cavab məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və heroini haradan və kimdən almasını müəyyən etmək mümkün olmamış, hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə və heroin satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tapşırıqlard qeyd edilən psixotrop maddə və narkotik vasitəni kimdən alması müəyyən edilməsə də, daxil olmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması istisna edilmir. Üzərində aşkar edilərək götürülmüş metamfetamin və heroini haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə stasionar psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman emosional davamsız şəxsiyyət pozuntusu (impulsiv tip) xəstəliyindən əziyyət çəkmişdir. Cinayət əməlini törədərkən və ittiham elan edilərkən psixi xəstəliyi onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə törətdiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu”nun davam etdiyi müəyyən edilir. Lakin Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəlik onun hal-hazırda öz hərərkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Hal-hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmənarkoloji ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 1485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış tələbnamədən və Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 1(043)-37/2021 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli 1(043)-140/2021 saylı hökmlərini surətindən görünür ki, Vəliyev X2 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-37/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il, 11 ay, 22 gün azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilmiş CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu iki gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması saxlanılmış cəzaçəkmənin əvvəli qeydiyyata alındığı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 171/2021 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs üzərində məhkəmə hökmü ilə təyin edilmiş cəzadan çəkilməmiş 1 (bir) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün hissəsi qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra 3 (üç) ədəd kağız paketdə ayrıayrılıqda qalıq təmiz çəkiləri 0.204 qram psixotrop maddə olan metamfetamin və 0,783 və 0,299 qram olan narkotik vasitə heroinlər sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdülü Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-cİ il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 1 il 5 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 1 il 1 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə barəsində 1 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə barəsində 2 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin verdiyi müayinə aktlarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup, atası X5 isə İ qrup əlildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdakı 1-ci epizod üzrə Gəncə şəhər BPİ PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid2 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportda Gəncə şəhəri Tbilisi küçəsində xidmətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında piyada hərəkətdə olarkən şübhəli olduğu narkotik vasitənin təsiri altında olması ehtimallarına görə ona yaxınlaşıb şəxsiyyətini dəqiqləşdirmək istədikdə əlində nəyisə saxlamasının aşkar olunduğu saxladığı əşyanın nə olması soruşulduqda isə 1 ədəd kibrit qutusu təqdim edərək içərisində özünə məxsus “patı” metamfetamin olduğunu bildirməsi və həmin kütlə ilə birlikdə 2-ci polis şöbəsinə gətirilməsi göstərilmişdir. Digər iki epizod üzrə yəni, iş materiallarında olan Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olması, Gəncə şəhər 1-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportda da Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul edib üzərində saxlaması barədə məlumatlar olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli qərarların təsviri-əsaslandırıcı və nəticəvi hissələrində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması və daşımasında şübhəli olması göstərilmişdir. İş üzrə həm ibtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçilərinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərərkətlərinin aparıldığı videoçəkilişlərdə üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini müxtəlif ərazilərdə yerdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç kimə vermədiyi qəti göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə ŞPİ-nin PPXB bölüyünün polis nəfərləri və əməliyyat müvəkkilləri də həm ibtidai istintaq həm də məhkəmədə verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktublarında da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, elə həmin məktublarla psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Göründüyü kimi istintaq orqanına verilmiş əməliyyat tapşırığına cavab məktubunda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda metamfetamini və heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilk epizod üzrə həqiqətən PPXB əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitənin təsiri altında olmasını göstərmiş, yazılmış raportda və təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə baxışında verdiyi ifadələrlə Təqsirləndirilən şəxs narkotik vasitə təsiri altında hərərkət etməsinə əsaslı şübhələr olduğu üçün saxlanıldığı göstərilmişm. Hazırki iş üzrə göstərilən 3-cü epizod üzrə isə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinlə yanaşı 1 ədəd şpris aşkar edilmiş, telefon danışıqlarına dair məlumatlarda isə təqsirləndirilən şəxsin metamfetaminlə heroini qarışdıraraq inyeksiya şəkildə qəbul etməsi ilə bağlı istintaqla şəxsiyyəti müəyyən edilməyən və şahid qismində dindirilməsinə kifayət qədər əsaslar olsa da buna kifayət qədər səy və təşəbbüs göstərilməməsi, Təqsirləndirilən şəxs istehlakla bağlı “məsləhətlər” verməsi müəyyən edilmişdir ki, bunları məhkəmə təqsirləndirilən şəxsin heroindən və metamfetamindən asılılığını təsdiq edən təkzibedilməz sübut kimi qiymətləndirilir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş,satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir Əksinə cinayət işləri üzrə əməliyyat tapşırıqlarına verilmiş cavablarda isə əməliyyataxtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan işlər üzrə şəxsin əməlləri birbaşa CM-nin 234.4.2-ci maddəsinə tövsif edilmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin maddə ilə yeni məzmunlu ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı sübutlar olduqda hər üç cinayət işi üzrə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək ilk növbədə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən hər üç işi bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, sonuncunun ayrı-ayrı epizodlar üzrə olan əməllərini birbaşa Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-nin 234.4.2ci maddəsinə tövsif etmiş, bununla istintaq orqanı Təqsirləndirilən şəxs əməllərinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilən məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Satışı təsdiq edən hal kimi ittiham aktına əlavə edilən cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş telefon danışıqlarının məzmunundan isə Təqsirləndirilən şəxs bilavasitə narkotik vasitə və psixotrop maddə əldə edilməsinə yönələn cəhdləri, əldə ediləcək narkotik vasitənin “keyfiyyəti” və növü ilə bağlı “narahatlığı” əks olunur və bu şəxsin narkotik vasitələrin satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, aparılmış ibtidai araşdırma zamanı zamanı istintaq orqanı tərəfindən mesaj göndərilən mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin kimliyi və narkotik vasitələrlə əlaqəli olub-olmaması isə araşdırılmamış, həmin şəxslərin Təqsirləndirilən şəxs narkotik vasitə satması yaxud alması isə dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Elvin Vəliyevə satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saxlanılıb polis şöbəsinə gətirilərkən üzərində olan kibrit qutusunun içərisində limon duzu olması, sonradan psixotrop maddə olan metamfetaminlə əvəz edilməsi, onun polis əməkdaşları tərəfindən aldadılaraq yalnız CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza alacağı vəd edilərək aldadıb sənədlərə imza etdirilməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından, cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirlədirilən şəxsin daha ağır cəza cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakterli daşıdığından və işin faktiki halları ilə təkzib edildiyindən həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət yaxud xəsarət izi müəyyən edilməmiş keçirilmiş istintaq hərəkəti zamanı özü sərbəst olaraq müdafiəçinin iştirakı ilə şifahi sorğu sual zamanı, eləcə də ilkin izahat və ifadələrində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığı, PPXB əməkdaşları tərəfindən saxlanılarkən özünün könüllü olaraq kibrit qutusunu onlara təqdim etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs ilkin istintaq hərəkəti zamanı verdiyi ifadəsini sübut qismində qəbul etməklə sonrakı və məhkəmə baxışında verdiyi ifadələrini metamfetaminin ona məxsus olmamasına dair hissədə sübut kimi qəbul etmir. Belə ki, ibtidai istintaq zamanı ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitələri şprisə doldurub damarına vurmaq yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində piyada gedərkən yerdən “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin tapmışdır. Həmin maddə kibrit qutusunun içərisində kağıza bükülü vəziyyətdə olmuş, həmin kütləni istifadə etmək məqsədi ilə özü ilə götürüb cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 02:03 radələrində Gəncə şəhəri Tbilisi küçəsində olarkən həmin maddədən istifadə etmək üçün çıxarmış, lakin polis əməkdaşları onu saxlamışlar. Həmin polis əməkdaşları həmin qutunun içərisində nə olmasını soruşduqda içərisində “patı” olmasını demişdir. Polis əməkdaşları onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparmış, orada hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, videoçəkiliş aparılmışdır. Polis əməkdaşı kibrit qutusunda psixotrop maddəni təqdim etmişdir....xx.xx.2022-ci il tarixdə isə Gəncə şəhəri Ozan küçəsi 23 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları kimi təqdim etmiş, onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Gəncə şəhər 1-ci PŞ-ə gəlmiş və orada xidməti iş otağında birində onun hüquqlarını müdafiə etmək üçün müdafəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı ona qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotk vasitə varsa təqdim etməyi təklif edilmiş o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız paketdəki sellofan bükülüdə olan narkotik vasitə heroin təqdim etmişdir. Sorğu zamanı o həmin bükülünün narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu, həmin kütləni 10 gün əvvəl Bakı şəhərində olarkən “Əcəmi” deyilən ərazidən binaların yaxınlığından yerdən tapdığını, həmin kutləldən heç kimə satmadığını, başqa yerdə saxlamadığını demişdir......xx.xx.2023-cü il tarixdə o, Gəncə şəhəri Depo qəsəbəsində olan zaman, 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Gəncə şəhər 4-cü Polis Bölməsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları kimi təqdim etmiş, onu Gəncə şəhər 4-cü PB-ə gəlməyi üçün onu dəvət etmişlər. O da polis əməkdaşlarına bu barədə etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 4-cü PB-ə gəlmiş və orada xidməti iş otağında birində onun hüquqularını müdafiə etmək üçün mudafəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ şəffaf rəngli sellofana bükülüdə olan kütləni və 1 ədəd insulin şprisi təqdim etməklə, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, təqdim etdiyi kütlə tərəzidə çəkilmişdir. Sorğu zamanı o həmin bükülünün narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu, Gəncə şəhəri Depo qəsəbəsi deyilən ərazidən yolun kənarında yerdən tapdığını, həmin kutləldən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, üzərindən aşkar olunmuş 1 ədəd şprisi isə aptekdən aldığını bildirmişdir narkotik maddəni özü şəxsi istifadəsi üçün saxlamağı və ondan aşkar olunan kütlə kokos adlanan heroindir. Polis Bölməsinə gətirilərkən ona hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. Narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamış, əldə edib üzərində saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz verməmiş, belə məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır və özünün müdafiəsi üçün heç bir dəlili və sübutu yoxdur.... Məhkəmə Təqsirləndirilən şəxs PPXB əməkdaşları tərəfindən saxlanılarkən onlara üzərində kibrit qutusunda saxladığı psixotrop maddəni təqdim etməsi və sonradan polis şöbsinə gətirilib şəxsi axtarış keçirilən vaxt polis əməkdaşları tərəfindən təqdim edilməsinə olmasına münasibətdə qeyd edir ki, həmin hal şəxsin təqsirliliyi ilə bağlı məsələyə təsir göstərməsə də həmin hala məhkəmə baxışı nəticəsində qəbul ediləcək xüsusi qərarda qiymət veriləcəkdir. Digər 2 epozod üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı həmin epizodlar üzrə törətdiyi əməlləri tam olaraq səmimi etiraf etmiş və həmin əməlləri törətməkdə təqsiri məhkəmə baxışında tədqiq edilmiş sübutlarla qanunla müəyyən edilən qaydada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, xx.xx.2022-ci il tarixdə saat 02:50-də Gəncə şəhər BPİ-nin PPXT-nin 2-ci bölüyünün əməkdaşları tərəfindən Gəncə şəhəri, Tbilisi küçəsində saxlanılarkən könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı PPXB əməkdaşlarına təhvil verdiyi və onlar tərəfindən təqdim edilən həmin kibrit qutusunun içərisindən siqaret kağızına bükülü vəziyyətdə olmaqla şəxsi istehlak miqdarından artıq, yəni 0,204 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 sentyabr 2022-ci il tarixdə, saat 19:00-da radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri 23 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər 1ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız paketdəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,783 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Depo qəsəbəsində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-1402021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 8 (səkkiz) ay, 26 (iyirmi altı) gün hissəsi 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixədək olan dövr üçün hesablanmaqla 1 (bir) il, 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün kimi qiymətləndirilməlidir. Barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması növündə seçilən cəza növünün təyin edildiyindən Təqsirləndirilən şəxs barəsində sözügedən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmasa da, məhkəmə hazırki iş üzrə həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və psixi xəstəlikdən əziyyət çəkməsini və İİ qrup əlil olmasını, eləcə də atası X3 İ qrup əlil olmasını məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təkrar törətməsidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama.... daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkbi qeyd edir ki, göstərilən maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da, hazırki iş üzrə təqsirləndirilən şəxsin şəxsiyyəti və törətdiyi əməllərin xarakteri ona həmin növ cəza təyinini istisna edən hallardır. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamə və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs hazırki iş üzrə ilk cinayət əməlinin törədildiyi epizoda qədər 2 dəfə eynixarakterli və eynicinsli törətdiyi əməllərə görə müxtəlif İ instansiya məhkəmələri tərəfindən humanizm meylləri əsas götürülməklə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzaları təyin edilmiş, hətta sonradan şərti olaraq da tətbiq edilmişdir. Lakin Təqsirləndirilən şəxs islah olmayaraq son dəfə məhkum edildikdən təxminən 10 ay sonra yenidən eyni cinayət əməlini törətmiş, sonrakı 5 ay ərzində də təkrarən 2 dəfə eynixarakterli əməlləri törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi xarakterizə edən və törətdiyi əməlin ictimai təhlükəliliyini artıran, barəsində daha yüngül cəza təyinini istisna edən amillərdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı və həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlilliyi ilə bağlı məcburi narkoliji müalicənin təyin edilə bilməməsi, eyni zamanda əvvəlki məhkəmə hökmlərinə əsasən ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra 3 (üç) ədəd kağız paketdə ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 0.204 qram psixotrop maddə olan metamfetamin və 0,783 və 0,299 qram olan narkotik vasitə olan heroinlər məhv edilməli, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk və istintaq hərəkəti protokollarının qeydə alındığı 3 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-1402021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il, 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün hissəsi 2 (iki) gün azadlığın məhdudlaşdırılması CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) gün azadlıqdan məhrumetmə ilə əvəz edilməklə hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra 3 (üç) ədəd kağız paketdə ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 0.204 qram psixotrop maddə olan metamfetamin və 0,783 və 0,299 qram olan narkotik vasitə olan heroinlər məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 3 ədəd DVD-R disklərin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-400/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-400/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver