Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-402/2024 31.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X8 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X16 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1996-cı il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin minaaxtaranı vəzifəsində işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Quzanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ayıq halda, sürücülük vəsiqəsi olmadan BD seriyalı 377997 nömrəli qeydiyyat şəhadətnaməsi ilə X5 adına olmaqla ƏN-Vİİİ 876476 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi, lakin faktiki olaraq özünə məxsus “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu- Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisindən keçən Heydər Əliyev prospekti ilə Ağcabədi rayonu istiqamətində 78 km/saat surətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən 86 saylı evin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddindən artıq, yəni 78 km/saat sürətlə idarə edərək 1.1 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlanma xətti) kəsib keçmək qadağandır nişanının tələblərini pozmaqla hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlanma xəttini kəsib keçməklə qarşı hərəkət zolağında, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək, ümumi eni 13,1 metr olan yolu soldan sağa doğru keçmək istəyən piyada X6 yolun sağından soluna doğru 7,3 metr hissəsində avtomobilin sağ ön hissəsi ilə vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sol almacıqalın, burun nahiyələrinin sıyrıqları, ağciyərlərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sol bud, sol baldır nahiyələrinin qançırları, təpə nahiyəsinin qansızması ilə müşayiət olunan, dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aid xəsarətlər yetirərək Mehparə Qurbanovanın hadisə yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi “Lada Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına olsa da o, həmin avtomobili baş etibarnamə əsasında almışdır. 26 dekabr 2023-cü il tarixdə axşam saat 19 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsi, Dördyol deyilən ərazidən Quzanlı qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə avtomobilə yanacaq doldurmaq üçün getmişdir. Avtomobili idarə edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli nömrəsini xatırlamadığı “Mercedes” markalı avtomobil, arxa sağ tərəfində də eyni istiqamətdə digər bir avtomobil hərəkətdə olmuşdur. Həmin vaxt o, avtomobili saatda 60-70 km sürətlə idarə etmişdir. O, qarşıda hərəkətdə olan avtomobili ötmək qərarına gəlimişdir. Bu zaman “Mercedes” markalı avtomobilin sürücüsü əyləc vermədən sükanı qəfil sağa çəkmiş, nişanlama xəttinin üzərində dayanmış qadın da onun qarşısına çıxmışdır. O, piyadanı görən zaman aralarında 1-2 metr məsafə olmuş və piyada yolu bir qədər keçmiş, sonra isə geriyə qayıtmışdır. Onun tormozlama etməyə imkanı olmadğı üçün piyadanı vurmuş və 30-50 metr sonra avtomobili dayandırmışdır. Vurduğu qadın avtomobilin qabaq hissəsinin üzərinə düşmüşdür. O, dərhal avtomobildən düşüb mərhum zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmiş və təcili-tibbi yardıma zəng etmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcilitibbi yardım avtomobili gəlmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən yol geniş və iki tərəfli olmuş, o, yolun mərkəzində olan nişanlama xəttinin yanı ilə hərəkət etmiş, bu zaman ondan irəlidə hərəkət olan avtomobilin sürücüsü qəfildən sükanı sağa çəkmiş və o, həmin anda piyadanı görmüşdür. Piyada yolu keçdiyi üçün o da sükanı sola çəkmiş ki, sonuncunun sol tərəfindən keçib getsin. Həmin vaxt piyada ilə aralarında 2-3 metr məsafə olmuşdur. O, sükanı sola çəkəndə piyada digər sürücünü görüb geriyə addım atmış, o da piyadanı vurmuşdur. Hadisə zamanı avtomobili 65-70 km/saat sürətlə idarə etmiş, hadisə baş verən yerdə isə sürət həddi 60 km/saat olmuşdur. Əgər o, piyadanı 3-5 metr məsafədən görmüş olsa idi hadisənin qarşısını ala bilərdi. Lakin ondan irəlidə hərəkət edən avtomobil onun diqqətini yayındırmışdır. Onun sürücülük vəsiqəsi olmamışdır. Hadisə zamanı hava qaranlıq və çiskinli olmuş, o, yaxın vuran işıqlarla hərəkət etmişdir. Piyada onun hərəkət istiqamətində yolu soldan sağa keçmişdir. Hərəkətdə olduğu yolun eni 13 metr olmuş və mərkəzində nişanlanma xətti olmuşdur. O, piyadanı yolun öz hərəkət hissəsində vurmuş, lakin vurduqdan sonra nişanlanma xəttini keçib qarşı hərəkət istiqamətində dayanmışdır. Hadisə baş verənədək o, nişanlanma xətlərini kəsməmiş, piyadanı vurduqdan sonra nişanlanma xəttini keçmişdir. Hadisədən sonra təcili-tibbi yardıma zəng etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və dəymiş maddi ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində vəfat etmiş X9 anası olmuşdur. O, hadisənin necə və hansı şəraitdə baş verməsini görməmiş, çünki baş vermiş hadisə barədə qohumları ona məlumat vermişdir. Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs hadisə nəticəsində dəymiş zərəri ödəmiş, sonuncu və qohumları hazırda da ona maddi köməklik edirlər. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin DYPB-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 26 dekabr 2023-cü il tarixdə saat 18 radələrində xidmətdə olarkən Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra o, digər polis əməkdaşları ilə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Lada Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir qadını vurduğunu və həmin şəxsin hadisə yerində vəfat etdiyini görmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, hadisə baş verən ərazi yaşayış məntəqəsi olmuş və maksimal sürət həddi 60 km/saat təşkil etmiş, hadisə baş vermiş yolda ötmə əməliyyatı da qadağan olmuş, çünki yol qoşa xətlə nişanlanmışdır. O, hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs orada olmuş, sonuncu özü hadisə yerində olan zaman piyadanın onun yoluna qəflətən çıxdığını və bu səbəbdən də piyadanı vurduğunu demişdir. Baxış zamanı hadisə yerində tormoz izlər də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs piyadanı yolun hərəkət istiqamətlərini ayıran xəttin üzərində vurmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum X9 ilə qeyri-rəsmi ailə münasibətində olmuşdur. X18 rayonunda yerləşən "xxxx" MMC-də süpürgəçi işləmiş və o, hər gün sonuncunu işdən sonra yaşadığı evə aparmışdır. Hadisə günü, yəni 26 dekabr 2023-cü il tarixdə Mehparə ona zəng edərək gəlib evə aparmasını demişdir. O da axşam saat 18 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi istiqamətində yolun sağında dayanıb Mehparəni gözləmişdir. Mehparə həmin vaxt yolun solunda dayanmış və sonuncu yolu keçərkən hadisə baş vermişdir. O, Mehparənin yolu keçdiyi hissədən bir qədər irəlidə dayandığı üçün sonuncunun vurulma anını görməmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, hadisə axşam baş verdiyindən Mehparəni vuran avtomobilin markası və rəngi yadında qalmamış, hadisəni törətmiş sürücü idarə etdiyi avtomobillə hadisədən sonra orada olmuş, o, Mehparəni vuran avtomobilin tormozlama etməsini görməsə də, tormoz səsini eşitmiş, hadisə baş vermiş yolun eni 10 metr olmuş, hadisəni törətmiş avtomobilin sürəti 70-80 km/saat olmuş və həmin avtomobil Mehparəni vurduqdan 5-6 metr sonra dayanmışdır. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisənin baş vermə mexanizminə dair ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, ........... 2023-cü ilin dekabr ayının 26-da axşam saat 18 radələrində o, Mehparənin arxasınca getmiş ki, sonuncunu götürüb həmişəki kimi yaşadığı evinə aparsın. Həmin vaxtı Mehparə yolun sol tərəfində, o isə sağ tərəfində dayanmışdır. Mehparə yolu keçərək onun yanına gəlmək istəmişdir. Mehparə yolun ortasına çatan zaman ağ rəngli “Mercedes” markalı nömrəsini xatırlamadığı avtomobil Mehparənin yanından ötüb keçmişdir. Lakin arxadan gələn “Priora” markalı nömrəsini xatırlamadığı avtomobil ötmə əməliyyatı edən zaman Mehparəni görüb tormoz versə də sürət yüksək olduğundan avtomobili saxlaya bilməmiş və onun gözünün qarşısında Mehparəni vurmuşdur. Mehparəni bir neçə metr avtomobilin qarşısında apardıqdan sonra avtomobil dayanmış və Mehparə bir-neçə metr irəliyə düşmüşdür. O, Mehparəyə yaxınlaşdıqdan sonra ölüb-ölmədiyini yoxlamış, ilkin olaraq sonuncu gözünü açmış, lakin səsi çıxmamışdır. Bundan sonra Mehparə gözlərini yummuş və səsi çıxmamışdır. Bir qədər sonra TTTYS-nin həkimləri hadisə yerinə gəlmiş, həmin vaxtı Mehparəni nəbzini yoxlamışlar və öldüyünü bildirmişlər. “Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayonu, Quzanlı qəsəbəsindən Ağcabədi rayonu, Hindarxı qəsəbəsi istiqamətində saatda təxminən 80-90 km surətlə hərəkətdə olmuşdur. Hadisə zamanı “Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil tormozlama etmiş, çünki o tormoz səsini eşitmişdir. Həmin avtomobil piyada mərhum Mehparə Qurbanovanı vurduqdan sonra təxminən 15-20 metr sonra dayanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təcili-tibbi yardıma kimin zəng etməsini bilməmiş, çünki onun fikri mərhum Mehparədə olmuşdur. Hadisə zamanı o, Mehparənin yolu keçdiyi hissədən irəlidə sağda dayandığı üçün sonuncunun avtomobillə vurulma anını görməmişdir. İbtidai istintaq zamanı ifadəsinin nə üçün elan olunmuş məzmunda qeyd edildiyini bilməmiş, hazırda danışdıqları doğru olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 26 dekabr 2023-cü il tarixdə axşam saat 18 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsində yolun kənarı ilə gedərkən insanların toplaşdığını görüb yaxınlaşmışdır. Bu zaman bir nəfərin idarə etdiyi “Lada Priora” markalı avtomobillə qadını vurduğunu öyrənmişdir. Sonradan qadını vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hadisə yerində mərhum zərərçəkmiş şəxs yerdə uzanıqlı olmuş, avtomobil isə yolda dayanmışdır. O, hadisənin necə baş verməsini görməmişdir. Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 33 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - sol almacıq-alın, burun nahiyələrinin sıyrıqları, ağciyərlərin əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sol bud, sol baldır nahiyələrinin qançırları, təpə nahiyəsinin qansızması vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 13-15 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2024-cü il tarixli 4704/K N№-li akt). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 203/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X14 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 217 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş, onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/378 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Lada Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Lada Priora” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 78 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Borsunlu- Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektindən keçən hissəsində, 86 saylı evin qarşısında baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz, ikitərəfli və əks istiqamətli nəqliyyat axınları 1.1 üfüqi nişanlanma xətti ilə ayrılır. Hadisə yeri yaşayış məntəqəsidir, süni işıqlandırma var, baxış zamanı işıqlandırma işlək vəziyyətdə olmuşdur. Sürət məhdudiyyəti 60 km/saatdır. Yolun ümumi eni 13,1 metrdir. Hadisə yerində Ağcabədi rayonu istiqamətində yolun sağında 1,65 metr enində piyadaların hərəkəti üçün səki yerləşir. Eyni istiqamətdə sol tərəfdə isə 1,7 metr enində səki yerləşir. Baxış həm hadisənin izlərinə, həmçinin sürücü Təqsirləndirilən şəxs hadisəni təsvir edərək baş verənləri göstərməsinə əsasən aparılmışdır. Həmin gün saat 18 radələrində X9 piyada olaraq Quzanlı qəsəbəsində yolun sol hissəsindən sağ hissəsinə keçən zaman Ağcabədi rayonu istiqamətində yolun sağından soluna doğru 7,3 metr məsafədə Təqsirləndirilən şəxs sonuncunu avtomobilin ön hissəsi ilə vurmuş, piyada avtomobilin mühərrik örtüyünün üzərində 15,5 metr getdikdən sonra 2,2 metr irəliyə və yolun soluna asfalt örtük üzərinə düşmüşdür. Hadisə yerində 30,8 metr tormoz izləri aşkar olunmuşdur. Hadisə yerində piyadanın vurulduğu yeri təsbit edən avtomobilin yerə tökülmüş hissələri vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X4 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif dərəcəli xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:35-də Ağdam RPŞ-nin DYPB-nin inspektoru Şahid2 Mərkəz radiocihaz vasitəsi ilə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində avtomobilin piyadanı vuraraq öldürməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin CAB-ın xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi hadisə zamanı avtomobili idarə edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan ağ rəngli “Mercedes” markalı avtomobilin markasını və həmin vaxtı onu idarə edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 757 nömrəli sərxoşluq üçün tibbi arayışdan görünür ki, həmin tarixdə sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BD 377997 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ƏN-Vİİ 876476 nömrəli nəqliyyat vasitəsinə sərəncam vermə haqqında etibarnamədən görünür ki, X10 tərəfindən “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X22 Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona və ailəsinə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Quzanlı qəsəbə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İ 889340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Nazlı Məhərrəmova adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin minaaxtaranı vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını, sonuncu tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı avtomobili 65-70 km/saat sürətlə idarə etdiyini, qarşısında eyni istiqamət üzrə hərəkətdə olan avtomobilin onun fikrini yayındırdığını və piyadanı 1-2 metr məsafədən gördüyü üçün hadisənin qarşısını almağa imkanının olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri özünümüdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 8/378 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməli və 1.1 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xətti) kəsib keçmək qadağandır tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sözügedən rəydən görünür ki, Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 78 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yaranan anda “Lada Priora” markalı avtomobilin piyadanın vurulduğu yerindən olduğu məsafənin onun mövcud yol şəraitinə uyğun dayanma yolundan böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs avtomobili piyadanın vurduğu yerə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun həmin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yəni tormozlama əməliyyatı aparmaqla avtomobili yolu keçən piyadanı vurduğu yerə çatmadan öz hərəkət zolağında dayandırmağa və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək, avtomobili 78 km/saat sürətlə qeyd olunan yol şəraitində hərəkət etdirərkən yolu soldan sağa keçən piyadanı əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağında vurmaqla ittiham olunduğu cinayət əməlini törətmişdir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan X4 ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Qanunun tələbinə əsasən Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşadığı yer və iş yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, hadisədən sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyə cəhd etməsi, hadisədən dərhal sonra təcili tibbi yardım stansiyasına və hüquq mühafizə orqanlarına zəng etməsi, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, eləcə də onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində qalan bir azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər, öz ailəsini ağır maddi vəziyyətə sala bilər, ailəsinin maddi rifahına, həyat şəraitinə, o cümlədən azyaşlı övladlarının taleyinə, təhsilinə və gələcək həyatına təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ağdam mobil bazasının 2 saylı təmizləmə dəstəsinin minaaxtaranı vəzifəsində işləməklə Azərbaycan Respublikasının işğaldan azad edilən, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərinin minalardan və partlayıcı sursatların təhlükəsindən təmizləməkdə iştirak etməsini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona əsas cəza kimi təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını, həmçinin əsas cəza kimi təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, əlavə cəzanın çəkilməsi müddətinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qanuni və əsaslıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona əsas cəza kimi təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Lada” markalı, “Priora minik” modelli, “Xetçbek” tipli, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-402/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-402/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver