Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-402/2025 17.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2000-ci il tarixdə Goranboy rayonu, Qazanbulaq qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qazanbulaq qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə səhər saatlarında həmkəndlisi xx.xx.2009-cu il təvəllüdlü Şahid3 sevməsi və ailə qurmaq fikrinin olması barədə sonuncunun qardaşı Şahid2 ilə telefon danışığı zamanı görüşmək barədə razılığa gəldikdən sonra Şahid3 atası Zərərçəkmiş şəxs ona zəng edərək qızından uzaq durmasını tələb etdiyi üçün aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onun və ailəsinin ünvanına nalayiq sözlər işlətməsindən qəzəblənərək, həmçinin Zərərçəkmiş şəxs daha əvvəl də bu münasibətə qəti şəkildə narazı olması səbəbindən sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və danışıq zamanı evində olduğunu öyrəndiyindən öz niyyətini həyata keçirmək üçün Goranboy rayonu, Borsunlu kəndində tanımadığı mağazadan 1 ədəd mətbəx bıçağı alaraq həmin tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi küçəyə gedib sonuncuya zəng edərək görüşə çağırmış, Zərərçəkmiş şəxs etibarnamə vasitəsi ilə idarə etdiyi “Mercedes-Benz” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəldikdən sonra avtomobilin qabaq sağ oturacağında əyləşərək söhbət edən zaman Zərərçəkmiş şəxs ondan qızının azyaşlı olması səbəbindən uzaq durması barədə tələbindən yaranmış sözlü mübahisə zamanı onun ünvanına nalayiq sözlər işlətməsi ilə əlaqədar öz cinayətkar niyyətini həyata keçirməyi qətiləşdirərək avtomobildən düşüb sürücü əyləşən tərəfə yaxınlaşmaqla avtomobilin sol qabaq qapısını açaraq özü ilə gətirdiyi bıçaqla sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrindən 3 dəfə zərbə endirərək sonuncuya həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön divarının açıq yaralanması nəticəsində baş vermiş - daxilə nüfuz edən sol İX-X qabırğa qığırdaqlarının tam köndələn kəsilməsi, plevranın travması, travmatik hemotoraks, ürəyin travması - perikardın kəsilməsi, qabırğa arası damarların travması, qara ciyərin və öd kisəsinin travması, travmatik şok xarakterli xəsarətləri, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən budun, baldırın, əl barmağının kəsilmiş yaraları xəsarətləri yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət almasına baxmayaraq, avtomobilini idarə edərək onun əlindən qaçan zaman əlindəki bıçaqla avtomobilin arxa şüşəsinə bir dəfə zərbə endirmiş, lakin Zərərçəkmiş şəxs dayanmayaraq yaşadığı evə gedib həyat yoldaşı Şahid1 qızını götürüb birlikdə Goranboy rayon mərkəzi xəstəxanası istiqamətdə hərəkətdə olan zaman taqətini itirib yol-nəqliyyat hadisəsi törətmiş, daha sonra isə yaxınlıqda olan vətəndaşların köməyi ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılmaqla vaxtında göstərilmiş ixtisaslaşdırılmış tibbi yardım nəticəsində zərərçəkmiş şəxsin həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək digər şəxsi, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şahid2 ona zəng edib “mən əsgərlikdə olanda kimin arxasınca gedib-gəlmisən?” demişdir. O, Aydına səbirli olmasını və görüşüb hər şeyi izah edəcəyini demişdir. Danışığı bitirdikdən sonra Goranboy rayonuna gəlmək üçün Gəncə şəhərindəki avtovağzala yola düşmüşdür. Həmin avtovağzala çatan zaman ona tanımadığı nömrədən zəng gəldiyini görüb telefonu açmışdır. Zəng edən şəxs Zərərçəkmiş şəxs olduğunu bildirib ona “sənin atana hörmət qoyurdum, amma bil ki, adamın anasını gətizdirərəm ayağıma” demişdir. Bu söz ona pis təsir etdiyi üçün o, Vahidə nalayiq ifadələrlə heç kimin bunu edə bilməyəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadələr işlətmiş, o da cavabında sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra o, Vahidə “yanına gəlirəm dediklərini eləyərsən” söyləmişdir. Bu hadisədən bir müddət əvvəl Vahid qardaşı Elşənə onun qızı Sevincdən uzaq durmağını demiş, qardaşı da bunu ona demişdir. Goranboy rayonu, Borsunlu kəndinə çatana yaxın Vahidlə telefonda mübahisə etdiyini, sonuncunun əsəbiləşdiyini və görüş zamanı onu vurmaq ehtimalının olduğunu düşünüb özünü müdafiə etmək üçün tanımadığı mağazadan bıçaq almışdır. Goranboy rayonu, Qazanbulaq qəsəbəsinə çatdıqdan sonra o, Vahidə zəng edib harada olduğunu soruşmuş, sonuncu da evdə olduğunu demişdir. O, Zərərçəkmiş şəxs gəldiyini deyib çölə çıxmasını bildirmişdir. Bir qədər sonra Vahid ona zəng edib çölə çıxdığını, lakin onun orada olmadığını deyib harada olduğunu soruşmuşdur. O, yolda olduğunu bildirib sonuncuya yolun başına gəlməsini demişdir. Vahid avtomobili ilə gəldikdən sonra ondan əyləşməsini istəmişdir. O, avtomobildə sonuncunun onu vurmasından ehtiyatlanıb avtomobildən düşməsini və çöldə söhbət etməyi demişdir. Vahid isə avtomobillə gedəgedə söhbət etməyi demişdir. O da razılaşıb avtomobilə əyləşmişdir. Bir az hərəkət etdikdən sonra Vahid ona “oğlum Aydına qardaş deyirsən, həm də onun bacısını istəyirsən” demişdir. O isə Vahidə oğlu Aydına heç vaxtı qardaş demədiyini, həmişə sonuncu ilə iş yoldaşı olduğunu və Sevinclə bağlı heç bir pis niyyətinin olmadığını bildirmişdir. Yolda gedərkən Vahid “mənim namusuma sataşanın .....” deyərək nalayiq ifadə işlətmişdir. O da Vahidə, sonuncunun namusuna sataşanı “mən ..... edərəm” demişdir. Vahid bunun ona heç bir aidiyyəti olmadığını dedikdə o, heç bir etiraz etməmişdir. Bir qədər hərəkət etdikdən sonra Vahid ona cinsiyyət orqanını kəsib ağzına qoyacağını demişdir. Bu sözdən sonra o, özündən çıxaraq Vahidə avtomobili saxlamasını demiş və sonuncu avtomobili dayandırmışdır. O, dörd dəfə avtomobildən düşməsini və işi olduğunu desə də Vahid düşməmişdir. Bundan sonra o, avtomobildən düşərək arxasından hərlənib Vahidin qapısını açmış və aşağı düşməsini istəmişdir. O, həmin vaxtı Zərərçəkmiş şəxs cəzalandırmaq üçün üzərindəki bıçağı sonuncunun ayağına yaxud arxa nahiyəsinə vurmaq istəmişdir. O, sadəcə bıçaqla vurduğu ilk xəsarəti xatırlamış, digər xəsarətləri yetirərkən özündə olmamışdır. Mübahisə zamanı Vahid özünü müdafiə etmək üçün onu təpiklə vurmuş və avtomobili idarə edərək oradan getmişdir. Bir qədər getdikdən sonra Vahidin avtomobili ona tərəf hərlədiyini və sürətlə gəldiyini görmüşdür. Bu vaxtı o, Vahidin idarə etdiyi avtomobillə onu vuracağını düşünüb oradan qaçmışdır. O, qardaşı Şahid6 yanına getmiş və baş verənləri danışmışdır. O, Elşənə onunla birlikdə təslim olmağı üçün Goranboy RPŞ-yə getməsini demişdir. Elşənlə birlikdə polis şöbəsinə gedərkən yolda polis əməkdaşlarının avtomobilini görüb saxlatmışlar. O, polislərə Zərərçəkmiş şəxs vurduğunu və təslim olmaq üçün polis şöbəsinə getdiyini demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxslə telefonla danışarkən sonuncu onun anasının ünvanına nalayiq ifadələr işlədərək Goranboy rayonuna gəlməyini demiş, o da “gələcəm eləyərsən” demişdir. O, bıçağı Zərərçəkmiş şəxs ona nə isə etmək ehtimalına qarşı özünü müdafiə üçün almış və gödəkcənin iç cibinə qoymuşdur. O, Zərərçəkmiş şəxs bıçağının olub-olmamasını bilməmiş, sadəcə avtomobildə olarkən ünvanına nalayiq ifadələri işlətdiyi üçün özündən çıxmışdır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, nalayiq ifadələr işlətdiyi üçün sonuncunu cəzalandırmaq məqsədilə bıçaqla ayaq yaxud arxa nahiyəsinə xəsarət yetirmək istəmişdir. Zərərçəkmiş şəxs bud nahiyəsinə bıçaqla xəsarət yetirdikdən və sonuncunun ona təpiklə vurmasından sonra baş verənləri xatırlamamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, sonuncu ilə aralarında düşmənçilik və ədavət olmamışdır. Yoldaşı Şahid1 İsmayılın onun azyaşlı qızı Sevinci istəməsi barədə söz-söhbət dolaşdığını demişdir. O, bu barədə İsmayılın qardaşı Elşənə zəng edib demiş və qızının yaşının az olduğunu, İsmayıla bu məsələyə son qoyması bildirməsini xahiş etmişdir. Elşən də bu barədə İsmayılla danışıb sonuncunu danlamışdır. Həmin söhbətin üzərindən xeyli müddət keçdikdən sonra oğlu Şahid2 zəng edərək İsmayılın bacısı Sevincin arxası ilə gedib-gəldiyindən məlumatlı olduğunu, İsmayılla danışdığını və sonuncu ilə görüşməyə gedəcəyini demişdir. O oğlu Aydına ehtiyac olmadığını, özünün İsmayılla danışıb başa salacağını bildirmişdir. Bir qədər sonra o, İsmayılın mobil nömrəsinə zəng edib danışmış və sonuncu ilə mübahisə etmişdir. Bundan sonra o, yoldaşı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, lakin evlərində heç kim olmadığından İsmayılın hərəkətləri barədə heç kimə heç nə deyə bilməyib yaşadığı evə qayıtmışlar. Az sonra İsmayıl ona zəng edib harada olduğunu soruşmuş, o isə evdə olduğunu demişdir. Bir qədər sonra İsmayıl yenidən zəng edib onun yaşadığı küçənin başında olduğunu deyərək çölə çıxmağını bildirmişdir. O, idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə İsmayılın yanına getmiş və sonuncudan avtomobilə əyləşməsini xahiş etmişdir. Avtomobildə söhbət zamanı sadəcə İsmayıla oğlu Aydınla münasibətinin olduğunu və nə üçün belə hərəkətlər etdiyini deyib ümumi formada ona sataşanın ünvanına nalayiq ifadə işlətmişdir. Həmin müddətdə o, avtomobili geriyə hərləyib yaşadığı qəsəbə istiqamətində hərəkət etdirməyə başlamışdır. Yolda olan vaxt İsmayıl ondan avtomobili saxlamağını istəmişdir. O isə hava pis olduğu üçün sonuncunu evlərinə aparmaq istəmiş, lakin İsmayıl təkidlə düşmək istədiyi üçün o, avtomobili saxlamışdır. Bundan sonra İsmayıl avtomobilin arxa tərəfindən hərlənib sürücü, yəni onun əyləşdiyi tərəfə gələrək qapısını açmış və üzərində olan bıçağı çıxarmışdır. O, İsmayılı ayağı ilə itələmək istəyən zaman sonuncu əvvəlcə onun sol baldır nahiyəsindən, sonra isə sol bud nahiyəsindən bıçaqla vurmuş və bıçağı göstərib “bunu sənin ürəyinə soxacam” sözlərini demişdir. Ardınca İsmayıl bıçağı onun sinəsinə soxmuşdur. Həmin vaxt avtomobilinin mühərriki işlək vəziyyətdə olmuşdur. O, sinəsindən qan axdığını görüb qaza basaraq avtomobili idarə edib İsmayıldan uzaqlaşmışdır. Həmin yerlə yaşadığı evi arasında 100 metr məsafə olmuşdur. O, yaşadığı evin qarşısına gəlib yoldaşı Dilşadı çağırmış, sonuncu avtomobilə əyləşən zaman hər yerin qana bulaşdığını görmüşdür. O, arvadı ilə Goranboy rayon mərkəzi xəstəxanasına gedən zaman yolda qanitirmədən dodağı partlamış, huşunu itirmiş və idarə etməni də itirdiyi üçün idarə etdiyi avtomobil su arxına düşmüşdür. Yoldaşı Dilşadın köməkliyi ilə o, avtomobildən düşüb yolun kənarına çıxmış və xəstəxanaya getmişlər. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən zaman qızı Şahid3 15 yaşı olmuş, o da qızının yaşı az olduğu üçün evlənməsinə qarşı çıxmışdır. İsmayılla əvvəllər münasibəti yaxşı olmuşdur. Hadisə günü oğlu Aydınla danışdıqdan sonra İsmayıla əvvəlcə özü zəng etmiş, bundan bir qədər sonra isə sonuncu ona zəng etmişdir. İsmayıla zəng etməkdə məqsədi oğlu Aydının sonuncu ilə görüşüb mübahisə etməyinin qarşısını almaq olmuşdur. Telefonla danışıq zamanı İsmayılla mübahisə etmişlər, sonuncu ondan harada olduğunu soruşmuş, o da evdə olduğunu demişdir. Bir qədər sonra İsmayıl ona zəng edib küçənin başında olduğunu və gəlməyini demişdir. İsmayıl avtomobilin qapısını açdıqdan sonra o, ayağı ilə sonuncunu uzaqlaşdırmaq istəmiş, İsmayıl isə sol baldır, sonra sol bud və sonda onun sinə nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Hər üç xəsarət yetirilən zaman o, idarə etdiyi avtomobildə oturaq vəziyyətdə olmuşdur. Bıçaq sinə nahiyəsindən çıxdıqdan sonra o, işlək vəziyyətdə olan avtomobilini idarə edib oradan uzaqlaşmışdır. İsmayıl bıçağı sinə nahiyəsinə batırandan sonra o, bıçağın tiyəsindən tutub saxlamış, İsmayıl bıçağı çıxaran kimi də avtomobili idarə edib getmişdir. Buna görə əlinin içindən xəsarət almışdır. Avtomobili hərəkətə gətirib oradan uzaqlaşan zaman İsmayılın avtomobilin arxa hissəsinə vurduğunu da görmüşdür. İsmayıla ilk dəfə telefonla zəng edən zaman o, sonuncuya nə dediyini xatırlamamış, ancaq İsmayılla konkret olaraq nə həmin vaxt, nə də ki avtomobilində olarkən qızı Sevinc barəsində söhbət etməmişdir. Avtomobilində olarkən İsmayılla əvvəlcə oğlu Aydınla olan dostluq münasibətləri barədə danış, lakin İsmayıl oğlu ilə dost münasibətində olmadığını, bu barədə oğlunun özünə də dediyini bildirmişdir. O, avtomobildə olarkən İsmayıla “adam dostunun bacısını istəyərmi?” deməmiş, söhbət zamanı o, sadəcə namusuna sataşanın ünvanına nalayiq ifadə işlətmiş, bu zaman İsmayıl namusuna sataşmadığını bildirib sataşan şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. İsmayılla söhbət zamanı sonuncunun ünvanına heç bir nalayiq ifadə işlətməmiş, o, sonuncunun avtomobildə olarkən deyil, sonradan ona tərəfə hərlənib bıçaqla xəsarət yetirməsinin səbəbini bilməmişdir. O, Təqsirləndirilən şəxsla barışmamış və sonuncuya 9 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edir. Ona dəymiş maddi zərər də ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, hadisədən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs qızı Şahid3 istəməsi barədə söz-söhbət olduğunu eşitmişdir. Qızının həmin vaxt 15 yaşı olduğu üçün o, sonuncunun təhsil almasını istəmişdir. Buna görə də 2-3 dəfə İsmayıla xəbər göndərib qızından əl çəkməsini demişdir. xx.xx.2024-cü il tarixdə oğlu Aydın bibisigildə olan zaman əri Zərərçəkmiş şəxs zəng etmiş və İsmayılın ona zəng edib Goranboy rayonunda görüşmək istədiyini demişdir. Vahid oğluna getməməsini və özünün İsmayılla danışacağını demişdir. Vahid söhbət zamanı İsmayılın uşaq olduğunu, bəzi məsələləri ona başa salmaq lazım olduğunu demişdir. Vahid İsmayılla danışıq zamanı sonuncunun Aydınla dost olduğunu demiş, lakin İsmayıl oğlu ilə dost olmadığını bildirmişdir. İsmayıl Vahidlə əsəbi danışıb gələcəyini demişdir. Bir qədər sonra İsmayıl yenidən Vahidə zəng etmiş və gəldiyini, çölə çıxmasını, onunla işi olduğunu demişdir. Vahid avtomobilinə minib evdən getmişdir. O, həmin vaxt çöldə olduğu üçün İsmayılın Vahidin avtomobilinə minməsini və bir qədər getdikdən sonra avtomobilin dayanmasını görmüşdür. O, sonuncuların söhbətlərinin bitdiyini düşünmüşdür. Bir qədər sonra Vahid idarə etdiyi avtomobillə evin qarşısına gəlib onu çağırmışdır. Avtomobilə əyləşəndə Vahidin üzərinin və avtomobilin qan olduğunu görmüşdür. Vahiddən nə baş verdiyini soruşanda əri İsmayılın vurduğunu demişdir. Nə üçün vurduğunu soruşduqda əri bilmədiyini və İsmayılın qəfildən avtomobildən düşüb vurduğunu demişdir. O, əri ilə birlikdə Goranboy RMX-ya getmək üçün yola düşmüşdür. Yolla gedərkən Vahid huşunu itirdiyi üçün su arxına düşmüşlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, ona İsmayılın qızı Sevincin arxası ilə gəlib-getdiyini demişlər, o da buna görə İsmayıla qızından əl çəkməsi üçün xəbər göndərmişdir. X10 İsmayılla danışdığını və İsmayılın onu görüşmək üçün Goranboy rayonuna çağırdığını demişdir. Aydınla danışıq zamanı o, Goranboy rayonunda görüşməyi kimin, yəni Aydının yaxud İsmayılın təklif etdiyini bilməmişdir. Avtomobillə arxa düşdükdən sonra yoldan keçən avtomobillərin köməkliyi ilə xəstəxanaya getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisədən təxminən bir ay əvvəl Zərərçəkmiş şəxs ona zəng edib işi olduğunu demişdir. Bundan sonra o, sonuncu ilə görüşmüş və bu zaman Vahid onun qardaşı İsmayılın qızı Sevinci istəməsi barədə eşitdiyini, qızının uşaq olduğunu və belə söhbətlərin bir də olmamasını demişdir. O da bununla bağlı İsmayıla demiş, hətta qardaşına bundan sonra ümumiyyətlə Vahidin yaşadığı küçədən keçməməsini tapşırmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 11-12-də İsmayıl ona zəng edərək Zərərçəkmiş şəxs bıçaqla vurduğunu və onunla birlikdə polis şöbəsinə gedib təslim olmağını demişdir. O, İsmayılla görüşüb Goranboy RPŞ-yə yola düşmüşdür. Yolda olarkən Zaur adlı polis əməkdaşı ilə qarşılaşmışlar. O, avtomobili saxlayıb İsmayılın hadisə törətdiyini və axtarmalarına ehtiyac olmadığını, qardaşının təslim olmaq üçün şöbəyə getdiyini demişdir. Bundan sonra o, İsmayılı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Əməliyyat Rabitə qrupunun kiçik inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin əməliyyat müvəkkili Şahid4lə birlikdə Goranboy rayonu, Borsunlu kəndi ərazisində olarkən şöbədən Qazanbulaq qəsəbəsi ərazisində hadisə baş verdiyini və bir nəfərə bıçaqla xəsarət yetirildiyi barədə məlumat verilmişdir. Bundan sonra rəhbərlik tərəfindən verilmiş tapşırıq əsasında o, Şahid4lə birlikdə Qazanbulaq qəsəbəsinə getmişdir. Yolda olarkən bir avtomobilin arxa düşdüyünü görmüşlər, lakin həmin vaxt barəsində məlumat verilmiş hadisə ilə bağlı olduğunu bilməmişlər. Qazanbulaq qəsəbəsinə çatdıqda qarşıdan bir avtomobilin gəlib dayandığını görmüşlər. Bundan sonra avtomobildən İsmayılın qardaşı Elşən düşərək hadisəni qardaşının törətdiyini və İsmayıln hazırda avtomobildə olduğunu demişdir. Bundan sonra onlar İsmayıla özlərinin avtomobilə əyləşməsini demişlər və sonuncunu şöbəyə təhvil vermişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Vəliyev X4 Zaur Rafiq oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Goranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 13 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - a) döş qəfəsinin ön divarının açıq yaralanması nəticəsində baş vermiş daxilə nüfuz edən sol İX-X qabırğa qığırdaqlarının tam köndələn kəsilməsi, plevranın travması, travmatik hemitoraks, ürəyin travması-perikardın kəsilməsi, qabırğa arası damarların travması, qaraciyərin və öd kisəsinin travması, travmatik şok həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) budun, baldırın, əl barmağının, dodaq və ağız boşluğunun kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan bu xəsarətlər kənar şəxs tərəfindən kəsici-deşici alətin(lərin) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə ekspertizaya təqdim olunmuş mətbəx bıçağı ilə yetirilmə zamanı əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Goranboy rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 71 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli, 05-MTKŞ/2025 nömrəli məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, şalvarın arxa sol səthində üç ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, şalvarın arxa sol səthində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər deşici-kəsici alətin tiyəsinin törənməsinin mümkünlüyü inkar olunmur; 3) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir; 4) Ekspertizaya təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2025-ci il tarixli, 11/2025-TBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qrup göstəricisi: O(İ)-dir; 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mayka və bir ədəd cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni, həmçinin alfa və beta aqqlyutininləri alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər; 3) Təqdim olunmuş bıçağın tiyəsi üzərində zəif intensivlikdə qan alındı. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün, qanın növünü təyin etmək mümkün olmadı. Bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 103 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafın xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 221 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, həmin gün saat 11:30-da Təqsirləndirilən şəxs Goranboy rayonu, Qazanbulaq qəsəbəsində polis əməkdaşlarına yaxınlaşaraq həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirib könüllü olaraq təslim olmuş və cinayətin aləti olan bir ədəd bıçağı müstəntiqə təhvil verəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhə şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən açıq sahəlikdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd köynək və 01 (bir) ədəd şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi cinayətin aləti olan 01 (bir) ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 14:00-da Goranboy RMX-nin həkimi Zərərçəkmiş şəxs döş qəfəsinin ön hissəsinin, sol budun aşağı 1/3-nin bayır səthinin və kürəyin çoxsaylı kəsilmiş deşilmiş yaraları, burnun və ağzın bucağının kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olması, xəstənin deməsinə görə də həmkəndlisi İsmayıl Eldar oğlu tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2025-cİ il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu, Qazanbulaq qəsəbə ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya özü ilə gətirdiyi bıçaqla çox saylı xəsarətlər yetirən zaman baş vermiş hadisənin şahidinin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Goranboy RMX-nin poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Qazanbulaq qəsəbə İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1961-ci il təvəllüdlü anası X3 və xx.xx.1994-cü il təvəllüdlü qardaşı X1 ilə birlikdə Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin törədilməsində istifadə olunan 01 (bir) ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) ədəd qara rəngli şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-73270 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 119759 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış, lakin sonuncuya ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə üzrə deyil, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, sonuncunu sadəcə cəzalandırmaq istədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində hadisə vaxtı aralarında yaranmış mübahisə gedişində Təqsirləndirilən şəxs ayağı ilə itələmək istəyən zaman sonuncunun əlində olan mətbəx bıçağı ilə əvvəlcə onun sol baldır nahiyəsindən, sonra isə sol bud nahiyəsindən bıçaqla vurduğunu, daha sonra bıçağı ona göstərib “bunu sənin ürəyinə soxacam” sözlərini dediyini, ardınca Təqsirləndirilən şəxs bıçağı onun sinəsinə soxduğunu, özünün bıçağı tiyəsindən tutub saxladığını, Təqsirləndirilən şəxs da bıçağı onun sinəsindən çıxaran kimi idarə etdiyi avtomobilin mühərriki işlək vəziyyətdə olduğu üçün sonuncudan canını qurtarmaq məqsədi ilə sürət əyləcinə basaraq avtomobili idarə edib oradan uzaqlaşdığını, həmin zaman da Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin dalınca qaçaraq avtomobilin arxa hissəsindən vurduğunu göstərmişdir. Zərərçəkən Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları təqsirləndirilən Təqsirləndirilən şəxsla aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə deməklə ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində mübahisə zamanı Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün onu təpiklə vurduğunu və avtomobili idarə edərək oradan uzaqlaşdığını göstərmişdir. O cümlədən iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön divarının açıq yaralanması nəticəsində baş vermiş daxilə nüfuz edən sol İX-X qabırğa qığırdaqlarının tam köndələn kəsilməsi, plevranın travması, travmatik hemitoraks, ürəyin travması-perikardın kəsilməsi, qabırğa arası damarların travması, qaraciyərin və öd kisəsinin travması xəsarətlərini yetirmişdir. Göründüyü kimi ürəyin perikardın, yəni ürəyin ətrafındakı pərdənin kəsilməsi insan üçün həyati əhəmiyyətli olan orqanın (ürəyin) lokalizasiyasını əhatə etdiyindən həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə nəticələnmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə tərkibi işin bütün hallarını, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə görüşə gedərkən əvvəlcədən üzərində kəsici-deşici alət olan mətbəx bıçağını götürməsini, hadisəni məhz həmin bıçaqla törətməsini, zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanlara (ürək, qaraciyər, öd kisəsi) xəsarət yetirməsini, eləcə də yetirilən bədən xəsarətlərinin sayını, ağırlıq dərəcələrini, xarakterini və lokalizasiyasını nəzərə aldıqda hesab edir ki, qeyd edilən halların mövcudluğu təqsirləndirilən şəxsin niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsini təsdiq edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Hazırkı işin faktiki hallarında görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əlində olan mətbəx bıçağı ilə bir neçə dəfə zərərçəkən Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra sonuncunun fəal müqaviməti, yəni bir ayağı ilə təqsirləndirilənə təpik vurması, daha sonra isə sükanı arxasında olduğu mühərriki işlək vəziyyətdə olan avtomobilin sürət əyləcini basaraq hadisə yerindən uzaqlaşması, ardınca isə zərərçəkənə vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində təqsirləndirilən şəxs cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Zərərçəkmiş şəxslə görüşə gedərkən mətbəx bıçağını məhz özünü müdafiə etmək məqsədi ilə üzərində götürdüyünü göstərmişdir. Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Bu normadan göründüyü kimi şəxsin istər zəruri müdafiə vəziyyətində, istərsə də zəruri müdafiə həddini aşmaqla hərəkət etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun ictimai təhlükəli qəsdən müdafiə olunan (ictimai təhlükəli qəsdən qanuni mənafeləri müdafiə edən) şəxs vəziyyətində olması, yəni müdafiə üzrə hərəkətin məhz zərurətdən irəli gəlməsi tələb olunur. Ona görə özü-özlüyündə belə hərəkət zərurətlə şərtləndirilən hədlər aşılmayıbsa qanuni və ictimai-faydalı məzmun kəsb edən davranış olmaqla cinayət hesab edilmir, həmin hədlər aşıldıqda isə-müstəsna olaraq bu səbəbdən (digər zəruri əlamətlər də müəyyən edildikdə) cinayət məsuliyyəti yaradan, lakin xüsusi (güzəştli) münasibət tələb edən əməl kimi çıxış edir. Məhz müdafiə olunmaq zərurətindən irəli gəlmədiyi (ictimai təhlükəli qəsdi dəf etməyə yönəlmədiyi) üçün, ictimai təhlükəli qəsd mövcud olmadığı və yaxud başa çatdığı vəziyyətdə şəxsin törətdiyi hərəkət zəruri müdafiə vəziyyətində və yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş (CM-in 36-cı maddəsinin təsiri altına düşən) əməl hesab edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan digər şərtlər də mövcud olduqda, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş (güzəştli tövsifedici əlamətə malik olmayan) cinayət kimi qiymətləndirilir. Belə olan halda məhkəmə tərkibi həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələrindən, eləcə də iş materiallarında olan digər sübutlardan irəli gələn halları, yəni təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə yerinə gedərkən zərərçəkmişin onu döyəcəyini fikirləşib planlı şəkildə, yəni qabaqcadan düşüncəli hərəkət edərək üzərində bıçaq götürməsini, hadisə vaxtı üzərində saxladığı deşici-kəsici xassəyə malik mətbəx bıçağını çıxardıb bunu gözləməyən zərərçəkmişin bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə ardıcıl vurması, əlində heç bir silah və ya premdet olmayan, yəni təqsirləndirilən şəxsin qarşılıqlı formada xəsarət yetirmək imkanı olmayan zərərçəkmiş şəxsə sol baldır və sol bud nahiyəsindən xəsarət yetirdikdən sonra fiziki cəhətdən sonuncunun zəifləməsinə baxmayaraq, hadisə yerindən uzaqlaşmağa kifayət qədər imkanı olduğu halda bunu etməyərək cinayətkar niyyətini davam etdirib və buna lüzum olmadığı halda, yəni xəsarət yetirərkən artıq zərurətlə şərtləndirilməyən hərəkətlərə yol verib müdafiə etmək üçün deyil, qarşı tərəfdən əvəz çıxmaq üçün səy göstərib təkrarən zərərçəkmişə döş qəfəsi nahiyəsindən bıçaqla vurması təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən mövcud olan situasiyada üstün vəziyyətdə olmasına dəlalət edir. Odur ki, hadisənin gedişində Təqsirləndirilən şəxs hərəkətlərinin belə məzmun alması (gedişatda özünün hücum edən tərəfə çevrilməsi) onun əməlinin zəruri müdafiə kontekstində qiymətləndirilməsini və zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə tövsif edilməsini istisna edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, “Vətən” müharibəsində göstərdiyi şücaətə görə medalla təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən cinayətə cəhd üçün dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş cinayətin törədilməsində istifadə olunan 01 (bir) ədəd mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) ədəd qara rəngli şalvar sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 14 dekabr 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş cinayətin törədilməsində istifadə olunan 01 (bir) ədəd mətbəx bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli köynək və 01 (bir) ədəd qara rəngli şalvar sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-402/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-402/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver