Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-406/2022 13.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi atası X5, Təqsirləndirilən şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, onun qanuni nümayəndəsi anası X6 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Tovuz rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə şəhəri Babək küçəsi 26 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu Bəcirəvan kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri, Çay sahili küçəsindən keçən Tərtər çayının hövzəsinin yaxınlığında yerləşən avtomobil duracağında tanışı Zərərçəkmiş şəxs onunla güləşərək zarafat etmək istəməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi məlum olmayan deşicikəsici alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya qara ciyərin sağ payının zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara, daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına Bərdə şəhəri 6 nömrəli tam orta məktəbində təhsil alır. 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində tanışları Həsən və “Qara” ləqəbli Nihadla görüşüb əvvəllər onunla Bərdə şəhəri, H.Aslanov küçəsində qonşuluqda yaşayan Məhəmməd ilə görüşmək üçün Bərdə-Tərtər avtomobil yolunun kənarında yerləşən avtomobil duracağına yollanmaq qərarına gəlmişlər. Həmin duracağın həyətinə çatanda Məhəmmədin yanında əvvələr gördüyü, lakin yaxın münasibətdə olmadığı Murov adlı şəxs dayanmışdır. Həmin şəxs onunla zarafat edərək gülüşmək istəsə də, o, buna şərait yaratmayıb güləşmək istəmədiyini demişdir. Buna baxmayaraq Murov zarafatlaşmağı davam etdirmiş, çıxıb getmək istədikdə isə onu arxadan itələmişdir. Bundan sonra Murova söhbət etmək üçün bir qədər kənara çəkilməyi demişdir. Murov onunla razılaşmış, adlarını qeyd etdiyi tanışlarla birgə Bərdə şəhəri Çay sahili küçəsindən keçən Tərtər çayının hövzəsinə getmişlər. Murovla aralarındakı söhbət zamanı onunla zarafatı olmadığını demiş, Murov isə yaxşı edib zarafat etdiyini cavabını verərək sağ əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Ancaq o, həmin zərbə nəticəsində ciddi xəsarət almamışdır. Bu zaman üzərində gəzdirdiyi cib bıçağını çıxarıb Murovu cəzalandırmaq məqsədilə qarın nahiyəsindən qəsdən xəsarət yetirmişdir. Daha sonra törətdiyi əmələ görə qorxub hadisə yerindən qaçaraq uzaqlaşmış və nənəsigilin Bərdə rayonu Bəcirəvan kəndində yerləşən evinə getmişdir. Haırda zərərçəkmiş şəxslə barışmış və ona dəmiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsinə əlavə olaraq atası o, uşaq olarkan vəfat etdiyinə görə anasının ondan başqa heç kiminin olmamasının nəzərə alınmasını xahiş edərək, törətdiyi əməlindən çox peşman olduğunu bildirdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 5-6 ay əvvəl dostu Məhəmməd vasitəsilə tanımışdır. İsmayıl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə şəhəri H.Aslanov və Çay sahili küçələrinin kəsişməsində yerləşən avtomobil duracağına Məhəmmədin yanına getmişdir. Həmin vaxt duracaqda Məhəmməddən başqa tanışları Həsən, “Qara” ləqəbli Nihad və İsmayıl da olmuşdur. Onlara yaxınlaşıb əli ilə zarafat edərək İsmayılı itələyib güləşmək istəmiş, lakin İsmayıl onunla güləşməmişdir. İsmayıl onu kənara çəkilib söhbət etməyi təklif etmiş, o da razılaşmışdır. Daha sonra onlar duracağın arxa qapısından çıxıb hasarın kənarı ilə Tərtər çayı istiqamətində yerimiş, Məhəmməd, Həsən və Nihad isə arxalarınca gəlmişlər. Qeyd etdiyi istiqamətdə 20-30 metr irəlilədikdən sonra dayanmış, İsmayıl hansı səbəbdən onunla “əl-qol zarafatı” edib güləşmək istədiyini soruşmuş, zarafat etməsini istəmədiyini dediyini bildirmişdir. İsmayıla zarafat ilə əlaqədar dediklərini eşitmədiyini söyləmiş, onunla bu cür səs tonu ilə danışmamasını deməklə iradını bildirmiş və əli ilə İsmayılın sifət nahiyəsindən vurmuşdur. Ardınca İsmayıl qəflətən sağ əli ilə onun qarın nahiyəsindən zərbə endirmiş, lakin hava qaranlıq olduğundan, işıqlandırma olmadığından İsmayılın bıçağı haradan götürdüyünü görməmiş, İsmayıl isə qorxaraq oradan qaçmışdır. Sonra o, Məhəmməd, Həsən və Nihadla birlikdə avtomobil duracağının həyətinə gəlmiş və İsmayılın ona xəsarət yetirdiyi bıçağın qarnında qaldığını görmüşlər. Məhəmmədə bıçağın qarnında qaldığını deyəndə, Məhəmməd qorxub özünü itirmiş və bıçağı dartmaqla qarnından çıxarmışdır. Elə bu vaxt Kamal idarə etdiyi avtomobillə duracağa gəlmiş və Rəşadla köməkləşərək onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, İsmayıl güləşib zarafat etmək istədiyinə görə onunla mübahisə etmiş, ilk öncə o İsmayılın sifət nahiyəsindən vurmuş, daha sonra İslamayıl ona bıçaqla xəsarət yetirmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, o, təqsirlndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Murovla dostluq münasibəti vardır. Hadisədən bir müddət əvvəl İsmayılı ortaq dostları Həsənə görə tanımışdır. 14 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə-Tərtər avtomobil yolunun kənarında yerləşən duracağın həyətində məcburi köçkün kimi məskunlaşıb yaşadıqları evdə olmuşdur. Həmin gün günorta saatlarında Həsən və “Qara” ləqəbli dostu Nihadla duracağın həyətində görüşməyi razılaşdırmışlar. Axşam saatlarında Murov da mobil telefon vasitəsilə ona zəng edərək görüşmək istədiyini demiş, Murovla görüşməyə də razılıq vermişdir. Əvvəlcə, Murov onun yanına gəlmiş, onlar söhbət etməyə başladıqdan bir neçə dəqiqə sonra İsmayıl, Həsən və Nihad da duracağın həyətinə gəlmişlər. Avtomobil duracağının həyətində öz aralarında pul yığıb yemək almaq barədə söhbətləşmiş, daha sonra duracağın qapısından çıxaraq Çay sahili küçəsi ilə Tərtər çayı istiqamətində hərəkət etmişlər. Bu zaman Murov və İsmayılın sözü çəp gəlmiş, Murov kənara çəkilib İsmayıla söhbət etməyi təklif etmişdir. İsmayıldan nə baş verdiyini soruşduqda, İsmayıl ona kənarda söhbət edib gələcəklərini demişdir. Təxminən 15-20 metr aralaşdıqdan sonra Murov və İsmayıl söhbət etməyə başlamış, o isə Həsən və Nihadla kənarda dayanıb söhbət etmişdir. Qəflətən Murov onu köməyə çağırmış, Murova tərəf qaçdıqda qarnını tutduğunu görmüşdür. Murovu qaldıranda qarın nahiyəsində bıçağın saplanıb qaldığını görmüş, Həsən və Nihad köməkləşərək Murovu duracağın həyətinə gətirmişlər. İsmayıl həmin vaxt oradan qaçmış, özü isə Murovun qarnından axan qanı görüb özünü itirmişdir. Daha sonra atası Loğmanı köməyə çağırmış, atası gəlib Murovu o halda gördükdə dərhal xəstəxanaya aparmaq istəmişdir. Elə bu vaxt Şahid5 avtomobillə duracağın həyətinə gəlmiş və Murovu öz idarə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Şahid1 qonşusu kimi uşaqlıqdan tanıyır. Məhəmmədlə arasında dostluq münasibəti vardır. Zərərçəkmiş şəxs isə Məhəmməd vasitəsilə tanımışam, ancaq Murovla yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə də əvvəllər qonşu olmuşlar. 14 aprel 2022-ci il tarixdə Məhəmmədlə mobil telefonda danışıb Bərdə-Tərtər avtomobil yolunun kənarında yerləşən duracaqda görüşməyi razılaşdırmışdır. Belə ki, özü və dostları Məhəmmədin yaşadığı avtomobil duracağına yığışıb kabab çəkmək istəmişlər. Bu səbəbdən həmin gün saat 19:00 radələrində “Qara” ləqəbli dostu Nihadla birlikdə Məhəmmədin yanına getmiş, yolda olarkən İsmayılı görmüş, İsmayıl da onlara qoşulmuşdur. Məhəmmədin yanına çatdıqda Murov orada olmuşdur. Onlar nə alıb yemək barədə danışarkən Murov və İsmayıl duracağın həyətindən Çay sahili küçəsi ilə Tərtər çayı hövzəsinə doğru getmişlər. O, Murovu səslədikdə Murov “İki qaqa söhbət edib gəlirik” demiş və təxminən 10-15 metr uzaqlaşıb İsmayılla söhbət etməyə başlamışdır. Bir qədər sonra Murov qəflətən qışqırmış, İsmayıl isə oradan qaçmışdır. Murov qarnını tutduğundan o, dərhal Məhəmməd və Nihadı çağırmış, Murovu duracağının həyətinə gətirdikdə qarın nahiyəsində bıçaq olduğunu və qan axdığını görmüşlər. Məhəmməd qanı görüb gözü qaralmış, səs-küyə Məhəmmədin atası Loğman onların yanına gəlmiş və vəziyyəti görüb Murovu xəstəxanaya aparmaq istəmişdir. Nihad mobil telefon vasitəsilə “103” təcili yardım xidmətinə zəng etmiş, bu zaman avtomobil duracağının həyətinə qara rəngli avtomobil gəlmişdir. Həmin avtomobili idarə edən şəxs Murova kömək edərək xəstəxanaya aparmış, həmin vaxt bıçaq Murovun qarnında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Həsən Vidadi oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid Alıkişiyev X13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, “Zərərçəkmiş şəxs sinif yoldaşıdır. Murovla arasında dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 14 aprel 2022-ci il tarixdə günorta saatlarında o, Rəşad və Murov ilə şəhərə getmək qərarına gəlmişdir. Həmin gün Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən dönərxanaların birində dönər yeyən zaman Rəşada zəng edərək harada olması ilə maraqlanmış, Rəşad ona evdə olduğunu, avtomobil duracağına gedəcəyini, orada Murov və İsmayıl arasında münaqişə baş verməsi barədə məlumat vermişdir. Daha sonra babasının ona idarə etmək üçün etibar etdiyi “Hundai İX55” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və avtomobil duracağına yollanmışdır. Yolda olarkən Rəşada zəng edib əlaqə saxlayaraq avtomobil duracağında avtomobilinə əyləşdirmiş, duracağın həyətinə daxil olduqda Murov, Məhəmməd, Məhəmmədin atası və tanımadığı 2 nəfər şəxsin orada olduqlarını görmüşdür. Həmin vaxt Murov qarnını tutmuş və qarnından qan axmışdır. O, Murovu avtomobilinə əyləşdirib Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada onlara Bərdə Müalicə-Diaqnostika Mərkəzinə getməyi məsləhət görülmüş, buna görə də Murovu təcili tibbi yardım avtomobili vasitəsilə oraya aparmışlar. Sonradan öyrənmişdir ki, Murov əlləri ilə zarafat edərək İsmayılla güləşmək istəmiş, lakin bu zarafat İsmayılın xoşuna gəlmədiyindən aralarında mübahisə yarandığı üçün bıçaqla Murova qarın nahiyəsindən xəsarət yetirmişdir.” Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Çay Sahili küçəsinin ərazisindən keçən Tərtər çayının hövzəsində Zərərçəkmiş şəxs onu əli ilə vurduğu yeri, bundan sonra sonuncunu bıçaqla qarın nahiyyəsindən vurduğu yeri təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7 22 aprel 2022-ci il tarixli 246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7 20 may 2022-ci il tarixli 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - qara ciyərin sağ payının zədələnməsi ilə qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara, daxili qanaxma deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti 14 aprel 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 iyun 2022-ci il tarixli 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik hüquqi şəxsin 27 may 2022-ci il tarixli 302/MTBŞ-2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B(İİİ)-dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviter, şalvar və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız “B” antigeni alınmışdır. Beləliklə, həmin qan ləkələri AB0 sistemi üzrə qan qrupu B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik hüquqi şəxsin 16 iyun 2022-ci il tarixli 246/2022-MTKŞ- saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin orta nahiyəsində bir ədəd dəlibkeçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası”Publik Hüquqi şəxsin 27 aprel 2022-ci il tarixli 1772 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 avqust 2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd sviter və 1 ədəd mayka iş üzrə mаddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilimiş 1 iyun 2022-ci il arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri nənəsi X14 və anası X9 ilə birlikdə Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır, Bərdə şəhər S.Behbudov adına 6 saylı tam orta məktəbində təhsil alaraq ,oxuduğu müddət ərzində məktəbdə nizam-intizam qaydalarına riayət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X20 4 aprel 2012-ci il tarixdə kəskin tənəffüs ürək çatışmazlığından vəfat etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 19 aprel 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 aprel 2022-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən isə on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduğuna görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X19»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 1 iyun 2022-ci il tаriхli tələbnаmədən və hökmdən, həmçinin Bərdə rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2022-ci il tarixli 25/09 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 may 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək cəzasının 4 ay 28 gününü çəkmiş və 4 ay 2 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin yuxarıda tədqiq edilmiş materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırki cinayət əməlini 14 aprel 2022-ci il tarixdə, Bərdə rayon Məhkəməsinin onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə ittiham hökmü çıxardığı gündən 1 gün sonra yəni həmin hökm qanuni qüvvəyə minmədiyi, təqsirləndirilən şəxs üzərində məhkumluq yaranmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə uşağı olmaqla atasının ölməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən, ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödədiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən onun hazırki cinayət əməlini törədən zaman barəsində Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qüvvəyə minməsini, həmin dövrdə onun məhkum olunmuş şəxs hesab edilməməsini, cəzanın təqsirləndirilən şəxs üçün təsir vasitəsi olan məhrumiyyətlər yaratmadığı, onun hüquq və azadlıqlarının məhdudlaşdırılmadığı dövrdə törətməsini də nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, ailənin yeganə uşağı olmaqla atasının ölməsini nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gəldiyindən onun üzərinə gecə saat 20:00-dan səhər saat 07:00dək yaşayış yerini və Bərdə rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və 21 aprel 2022-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmalı, həmin hökm üzrə təyin edilmiş və hazırki günə çəkilməmiş 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə hesablanmalı, 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində ibtidai istintaq zamanı seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan 1 ədəd şalvar, 1 ədəd sviter və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, imtina etdiyi təqdirdə məhv edilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bərdə rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixə çəkilməmiş 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə hesablanmaqla üzərində 1 (bir) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gecə saat 20:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bərdə rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun, hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan 1 ədəd şalvar, 1 ədəd sviter və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, imtina etdiyi təqdirdə məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-406/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-406/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver