Məhkəmə qərarları › İş №1(100)-406/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-406/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-406/2024 31.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X3 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X4 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1981-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 671,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib külli miqdarda 660 qram çəkidə olan hissəsini daşıyıb yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, 2 saylı evdə gizlətməklə saxlamış, qalan 11,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 mart 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Səbuhi Məmmədov həmin gün saat 07.30da qeyd olunan ünvanda saxlanılaraq DİN-in Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 11,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 04 mart 2024-cü il tarixdə saat 10.30-da Səbuhi Məmmədovun iştirakı və icazəsi ilə yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, 2 saylı evə baxış zamanı Səbuhi Məmmədovun evin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın yan tərəfindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdə külli miqdarda 660 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan, arada bir isə narkotik vasitə heroin istifadə etmiş, qəbul etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 04 mart 2024-cü il tarixdə yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, ev 2 ünvanındə olan evində səhər saatlarında yatılı vəziyyətdə olarkən, 5 nəfər mülki geyimdə, 4 nəfəri isə maskalı olan polis əməkdaşları onun evinə daxil olmuş, onu evindən Şəmkir RPŞ-yə aparmışlar. Şəmkir RPŞ-yə aparmazdan qabaq təxmini 40 dəqiqəyə yaxın onun evini axtarmışlar heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onu Şəmkir RPŞ-yə aparıb ona narkotik çəkdiyini bildirərək onun qarşısına böyük torbada kakos, metamfetamin və nəşə qoyaraq sözügedən vasitələrin onun olduğunu ondan etiraf etməsini istəmişlər. O, da nəşə çəkdiyi üçün həmçinin onun Rusiya Federasiyasında olan zaman narkotik vasitələr ilə bağlı məhkumluqları olduğu üçün yalnız sözügedən narkotik vasitənin onun olduğunu etiraf edəcəyini bildirmiş və onlarla həmin narkotik vasitənin onun olduğunu etiraf edəcəyini, bunun müqabilində onun işini CM-in 234.1-ci maddəsi ilə məhkəməyə vermələri barədə razılığa gəlmişlər. Bundan sonra o, sonradan öyrənmişdir ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Ondan aşkar edilmiş narkotik vasitələr onun olmamış, sözügedən narkotik vasitələr polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Əlavə olaraq bldirmişdir ki, şübhəli şəxs qismində tutulan zaman verdiyi etirafedici ifadələri psixoloji və fiziki təzyiqlər nəticəsində sözügedən ifadələri vermişdir. Təzyiqlər nəticəsində onda gözləgörünən xəsarətlər olmamış, o prokurorlağa şikayət edəcəyini bildirsə də, onu nalayiq ifadələr ilə təhqir etmişlər o, da şikayət etməmiş, daha sonra məhkəməyə çıxan zaman isə xəsarətlər ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20-22 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan, arada bir isə narkotik vasitə heroindən yandırıb tüstüsünü nəfəsimə çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi narkotik vasitələri təsadüfən Şəmkir rayonu ərazisində rastlaşdığı tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə təxminən 3-4 gün əvvəl Şəmkir rayonu ərazisində bir nəfərlə rastlaşmış, həmin şəxs onda yaxşı keyfiyyətli nəşəsi olduğunu bildirdikdə ondan təxminən 700 qram çəkidə şəxsi istifadəsi üçün almışdır. Böyük hissəsini evə gətirib gizlətmiş, bir az hissəsini isə üstündə saxlamışdır. 04 mart 2024-cü il tarixdə saat 07:30 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib vəsiqələrini göstərmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə nəşəni çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən içində siqaret dənələri olan siqaret qutusu, kağız falqalar, “Nokia” markalı mobil telefon, 120 manat pul və bir ədəd açar aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, pul və digər əşyalar geri qaytarılmışdır. Bundan başqa yaşadığı evdə narkotik vasitənin saxladığını və həmin narkotiki polislərə təqdim edə biləcəyini demiş və bu barədə ərizə yazdıqdan sonra onlar onun yaşadığı evə getmiş və orada o, gizlətdiyi narkotiki polislərə təqdim etmişdir. Bundan sonra onlar polis şöbəsinə qayıtmış və orada müvafiq protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman Şəmkir RPŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxmini 10 qrama yaxın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri üç gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, ünvan 5 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 04 mart 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sağ tərəfdə yerləşən yataq otağındaki dolabın yan tərəfində gizlətdiyi, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri çıxararaq təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxmini 700 qrama olması müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki,təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar, saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Əməliyyat məlumatı ona daxil olmamış və əməliyyat məlumatının məzmununu dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin əməliyyat zamanı onun orda olmadığını bildirməsinin isə yalan olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman Şəmkir RPŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxmini 10-15 qrama yaxın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri üç gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, ünvan 5 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 04 mart 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evin girişindən sağ tərəfdə yerləşən yataq otağındaki dolabın yan tərəfində gizlətdiyi, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri çıxararaq təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxmini 600-700 qrama yaxın olması müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Əməliyyat məlumatı ona daxil olmamışdır. Təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri aldığı şəxslərin dairəsi ilə bağlı isə əməliyyat tədbirləri davam etdirilmiş, lakin nəticəsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi təxmini saat 11-12 radələrində olmuşdur. Təqsirləndirilən şəxsin evində yatılı vəziyyətdə saxlanılması barədə göstərdiyi xüsusat həqiqət deyil, təqsirləndirilən şəxs küçədə hərəkətdə olarkən saxlanılmışdır. Şəxs saxlanılan zaman onun üzəri yoxlanılmamış, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3, şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Səbuhi əvvəllər xəstəliyi ilə əlaqədar olaraq narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt heç kimə narkotik vasitə satmamışdır. 04 mart 2024-cü il tarixdə səhər saat 05:00-da evləri ünvan 2 ünvanınında yatdıqları zaman həyətdən səs-küy gəlmiş, onlar qonşularında xəstə olduğu üçün həmin şəxsə tibbi yardım göstərilməsi üçün həkim gəldiyini zənn etmişlər, lakin daha sonra evlərinə sayını dəqiq bilmədiyi polis əməkdaşları daxil olmuşdur. Polis əməkdaşlarının bəziləri mülki geyimdə, bəziləri isə üzlərində maskalı şəkildə olmuşlar. O, qışqırmış daha sonra həyətdən qonşularda çıxmış, daha sonra Səbuhini güclə polis şöbəsinə aparmışlar. Bundan sonra yenidən evə baxış keçirilməsi üçün gəlmişlət, o həmin vaxt evdə olmamış sonradan gəlmiş və ona məlum olmuşdur ki, guya Səbuhi evdə narkotik vasitə gizlətmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları Səbuhini polis şöbəsinə aparıb sonra təkrar yenidən qayıdaraq evlərinə baxış keçirmişlər. Onların evində narkotik vasitə olmamış, zənn edir ki, aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən onların evlərinə yerləşdirilmişdir. Səbuhinin narkotik vasitə istifadə etdiyini bilmiş, lakin narkotik vasitələr gizlətməmişdir. Evə baxış keçirilən zaman onların evə keçməsinə icazə verməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 4(005)-324/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 mart 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 07.30-da qeyd olunan ünvanda saxlanılaraq DİN-in Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 11,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 04 mart 2024-cü il tarixdə saat 10.30-da Təqsirləndirilən şəxsun iştirakı və icazəsi ilə yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, 2 saylı evə baxış zamanı Təqsirləndirilən şəxsun evin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın yan tərəfindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdə külli miqdarda 660 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli 6/363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxsun üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 11,85 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxsun yaşadığı evdən...” yazısı və imzalar olan polietilen bağlamadakı 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 660 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qalıq : qurudulmuş marixuana – 671,65 qram Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 mart 2024-cü il tarixli 1483 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2024-cü il tarixli 949/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metadon və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 18 mart 2024-cü il tarixli nömrəli məktubundan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da, sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağayev X9 şəhəri, Elpərəst Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatdadır və həmin ünvanda atası- 1955ci il təvəllüdlü X8, anası-1958-ci il təvəllüdlü X2 və oğlu- 2006-cı il təvəllüdlü X7 ilə birlikdə yaşamış, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, İslam Məmmədov 20 fevral dekabr 2006-cı il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Yamin Məmmədov 01 sentyabr 2008-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 mart 2024-cü il tarixli Şəmkir rayon X6 Hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X9 rayon X1 şöbəsində 9549 nömrəli X10 Kitabçasına əsasən “Xroniki virus hepatiti B assit. Portal hipertenziya. Hər iki böyrəyin pielonefriti Sağ böyrəyin xroniki xəstəliyi. XBÇ İİ mərhələ” dioqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 mart 2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba və diskə baxış zamanı ***- ***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilmiş, qeyd olunan nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında telefon danışıqları, həm də sms mətn yazışmaları olmuş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 671,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eləcə də anası Sədaqət Məmmədovanın məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşların psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 20-22 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan, arada bir isə narkotik vasitə heroindən yandırıb tüstüsünü nəfəsimə çəkmək yolu ilə qəbul etmiş, qəbul etdiyi narkotik vasitələri təsadüfən Şəmkir rayonu ərazisində rastlaşdığı tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə təxminən 3-4 gün əvvəl Şəmkir rayonu ərazisində bir nəfərlə rastlaşmış, həmin şəxs onda yaxşı keyfiyyətli nəşəsi olduğunu bildirdikdə ondan təxminən 700 qram çəkidə şəxsi istifadəsi üçün almışdır. Böyük hissəsini evə gətirib gizlətmiş, bir az hissəsini isə üstündə saxlamışdır. 04 mart 2024-cü il tarixdə saat 07:30 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib vəsiqələrini göstərmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə narkotik vasitə nəşəni çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən içində siqaret dənələri olan siqaret qutusu, kağız falqalar, “Nokia” markalı mobil telefon, 120 manat pul və bir ədəd açar aşkar olunmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, pul və digər əşyalar geri qaytarılmışdır. Bundan başqa yaşadığı evdə narkotik vasitənin saxladığını və həmin narkotiki polislərə təqdim edə biləcəyini demiş və bu barədə ərizə yazdıqdan sonra onlar onun yaşadığı evə getmiş və orada o, gizlətdiyi narkotiki polislərə təqdim etmişdir. Bundan sonra onlar polis şöbəsinə qayıtmış və orada müvafiq protokol tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş, sözügedən videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 11,85 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək adıçəkilən narkotik vasitəni özü istifadə etmək üçün sağladığını, həmçinin sözügedən narkotik vasitədən yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, 2 saylı evində də saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə yaşadığı Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi, 2 saylı evə baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın yan tərəfindən bir ədəd bükümdə külli miqdarda 660 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Həmçinin təhqiqatçı və müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq, ona polis əməkdaşları tərəfindən təzyiq olunmadığını və ondan aşkar edilmiş narkotik vasitələri isə narkotik vasitə aludəçisi olduğu üçün öz şəxsi istifadəsi məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 mart 2024-cü il tarixli 1483 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 671,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə ki, təqsirləndirlən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, həmçinin şəxsi axtarış və yaşadığı evə baxış zamanı aşkar olunmuş narkotik vasitənin öz istifadəsi məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Bundan başqa iş materiallarından görünür ki, ilkin əməliyyat məlumatı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olsa da, lakin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 18 mart 2024-cü il tarixli nömrəli məktubundan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da, sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa 19 mart 2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba və diskə baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edilmiş, qeyd olunan nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında telefon danışıqları, həm də sms mətn yazışmaları olmuş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 mart 2024-cü il tarixli 1483 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham yalnız ilkin əməliyyat məlumatına, sonradan alınmış əməliyyyat tapşırığına cavab məktubuna və narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsinə əsaslanmışdır. Lakin, əməliyyat məlumatları özü-özülyündə qeyri-müəyyən olmaqla, ziddiyyətlidir və formal məzmunludur, həmçinin, aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdardan bir qədər çoxdur və bu miqdar narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs üçün kifayət qədər artıq hesab edilə bilməz. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən və ytaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən qurudulmuş marixuananın(kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ağır xəstəlikdən (Xroniki virus hepatiti B assit. Portal hipertenziya. Hər iki böyrəyin pielonefriti Sağ böyrəyin xroniki xəstəliyi. XBÇ İİ mərhələ) əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 mart 2024-cü il tarixli 1483 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 4(005)-324/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 671,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 671,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 02 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 78 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan xəstəliyindən məcburi müalicəyə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 671,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd DVD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 78 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar