Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-406/2025 12.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1953-cü ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə, təxminən saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən 472-ci kilometrliyində “X10” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin, 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili Qırmızı-Körpü istiqamətində hərəkət etdirərkən, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək avtomobilin ön hissəsi ilə qarşısında eyni istiqamətdə yolun sağ hərəkət hissəsi ilə hərəkətdə olan piyada X3 vurması nəticəsində sonuncuya bədənin çoxsaylı sıyırılmış yaraları, qaraciyərin cırılmış yarası, daxili qanaxma, baldırın aşağı 1/3-nin, sağ saidin orta 1/3-nin qapalı yerdəyişməli sınığı, qaraciyərin cırılmış yarası, daxili qanaxma ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, gecə saatlarında özünə məxsus “VAZ-2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qırmızı-Körpü istiqamətində hərəkət edərkən, qəfildən qarşısına piyada hərəkətdə olan mərhum Fikrət Mustafayev çıxmış və o, idarə etdiyi avtomobili saxlaya bilməyərək sözügedən piyadanı vurmuş və zərbənin təsirindən şəxs yerə yıxılmışdır. Həmin şəxsi xəstəxanaya aparmaq istəsə də, şəxsin vəfat etdiyini görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər sürücülük vəsiqəsi olmuş, lakin sürücülük vəsiqəsinin vaxtı bitəndən sonra dəyişməmişdir. Sürücülük vəsiqəsinin vaxtının bitdiyini bilməmişdir. O, avtomobillə hərəkətdə olan zaman hava qaranlıq olmuş, saat təxminən 19:00 radələri olmuşdur. Onun sürəti 30km/saat olmuşdur. Yolun sağ tərəfi ilə hərəkətdə olan zaman, mərhum Fikrət Mustafayev avtomobil yoluna çıxmışdır. Piyadanı avtomobilin sürücü tərəfindən vurmamışdır. Yol ikitərəfli olmuş, piyada anidən qarşısına çıxmış, piyadaya təxminən 2 metr qalmış tormoz vermişdir.Yol ikitərəfli olduğu üçün qarşıdan maşınlar da gəlmişdir. İdarə etdiyi avtomobilin çöl işıqları yanılı vəziyyətdə olmuşdur. Piyadanın çıxdığını görməmiş, şəxs anidən çıxmışdır. Piyada kafedən çıxdığı üçün içkili vəziyyətdə olduğunu zənn edir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və dəfn xərclərini ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum X5 onun atası olmuşdur. Bakı şəhərində yaşadığı evdə olarkən mobil telefonuna zəng edilərək, atası Fikrət Mustafayevin Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən hissəsində avtoqəzaya uğradığını və almış olduğu xəsarətlərdən öldüyü bildirilmişdir. Baş verən hadisəni görməmiş, lakin sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, atası Fikrət Mustafayev onun iadrə etdiyi avtomobilin qarşısına çıxmış və nəticədə Təqsirləndirilən şəxs onun atasını avtomobillə vurmuşdur. Baş vermiş hadisə zamanı atası Fikrət Mustafayevin içkili olduğunu da eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi barədə növbətçi hissədən məlumat verildikdən sonra, hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs hava qaranlıq olduğu üçün piyada hərəkətdə olan şəxsi görməyərək, onu avtomobillə vurduğunu görmüş və bundan sonra Qazax RPŞnin polis əməkdaşları da gəldikdən sonra onlar birlikdə hadisə yerini mühafizə etmişlər. Hadisə barədə müstəntiqə məlumat vermişlər. Daha sonra mərhum polis əmədaşları morqa aparmışlar. Şahid X6 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qırmızı-Körpü istiqamətində şəxs öz hərəkət zolağı ilə hərəkətdə olan zaman baş vermişdir. Piyadanın yolun kənarında olduğunu ehtimal edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 mart 2025-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin maddəyə əsasən təqsirləndirilən şəxs qismində cinayət məsulliyyətinə cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 mart 2025-cü il tarixli “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 mart 2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 fevral 2025-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 263-1.3cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 noyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən 472-ci km-dir. Hadisə yerində yol asfalt örtüklü olmaqla düz, quru və hamardır, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir, sürət həddi 60 km-saatdır. Yol iki hərəkət istiqamətindən (Bakı-Qazax) ibarətdir, hərəkət istiqamətlərində ayırıcı nişanlanma xətti silindiyi üçün yoxdur, pozulmuşdur. Hadisə yerində yolun ümumi hərəkət hissəsinin eni 8 metrdir, yolun hər iki kənarında 1 metr enində səki, səkilərdən sonra isə kənd tipli yaşayış evləri var. Baxış zamanı piyadanın vurulduğu yer müəyyən edildi. Piyada yolun Qırmızı-Körpü istiqamətində sağdan sola doğru 2 metr məsafədə vurulmuşdur. Hadisə yerinə baxış zamanı yolun hərəkət hissəsində hər hansı bir tormoz izi aşkar edilmədi. Hadisə zamanı “VAZ-2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qeydiyyat nişanı və ön kapotun ön, sağ doğru yuxarı hissəsi əzilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, X2 meyiti üzərində müəyyən edilmiş xəsarətlər - bədənin çoxsaylı sıyırılmış yaraları, qaraciyərin cırılmış yarası, daxili qanaxma, baldırın aşağı 1/3-nin, sağ saidin orta 1/3-nin qapalı yerdəyişməli sınığı, qaraciyərin cırılmış yarası, daxili qanaxma küt əşyaların təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, Mərhum F.A.Mustafayevin ölümü qaraciyərin cırılmış yarası, daxili qanaxma nəticəsində travmatik və hemoragik şokdan baş vermişdir. Mərhum F.A.Mustafayevin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik vasitəsi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-8/3534 nömrəli rəyindən görünür ki, “VAZ-2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 443 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adı narkoloji və psixoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNin BDYPİ-nin Tovuz RQİ və TBŞ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 016-68 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək BC-090-174 saylı “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər sihayısında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin 05 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Qazax RPŞ-nin müvəqqəti saxlama meydançasında saxlanılan “VAZ-2107” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin, əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilməli və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaları çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və “VAZ- 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-406/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-406/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver