Məhkəmə qərarları › İş №1(100)-408/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-408/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-408/2023 22.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X15 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X16, zərərçəkmiş şəxsin hüquqi varisi X20, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.2006-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşamış, işləməyən, əvvəllər məhkum olmamış, həbs qətimkan tədbiri seçilmiş və 2 saylı İstintaq Təcridxanasında saxlanılan X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X35 29 mart 2023-cü il tarixdə, saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsinin sakini X20 mağazadan alıb gətirməsini sifariş verdiyi çörək və siqareti sonuncunun yaşadığı evə aparmaq məqsədi ilə kəndarası yolla Poylu dəmiryol stansiyasına doğru piyada hərəkətdə olarkən küçənin sonu ilə dəmiryol stansiyasının ərazisinin kəsişməsində Camal Bədirovun oğlu xx.xx.2009-cu il təvəllüdlü X22 ilə rastlaşmış, sonuncu ilə aralarında şəxsi münasibətlərin pis olması səbəbindən əvvəllər də yaşadığı evə getməsinə etiraz etməsi ilə bağlı olan narazılıq Cavanşır Bədirovun onun yaşadığı evə getməsini bildikdən sonra mübahisəyə çevrilmiş və həmin vaxt sonuncu onun anası və bacısının ünvanına nalayiq sözlər deyərək əlindəki 1,94 m uzunluğunda rezin boru ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuş, o, isə bütün bunları onu tənbeh etməsi üçün Cavanşir Bədirovun atasına danışacağını deyərək sonuncunun yaşadığı ev istiqamətində hərəkətini davam etdirərkən əlindəki rezin boru ilə onu vuraraq və ailə üzvlərinin ünvanına söyüşləri davam etdirərək ona mane olmağa çalışan Cavanşir Bədirovla mübahisə edə-edə Poylu qəsəbə dəmiryol stansiyasının ərazisinə daxil olub stansiyasının inzibati binası ilə üzbə-üz yerləşən platformaya çatanda aralarında olan mübahisə daha da kəskinləşmiş, Cavanşir Bədirovun onun ailə üzvlərini söyməsi və əlindəki boru ilə onu döyməkdə davam edərək ona sol kürək, sol kürəkaltı və sol said nahiyələrinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən qəzəblənərək yumruq və təpiklə Cavanşir Bədirovun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın, sağ qaş, sağ almacıq, sağ əng, burun, boyun, vidaci oyma və sol körpücük, sağ mil-bilək nahiyyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, daha sonra isə qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gələrək əynində olan idman şalvarının sağ bel hissəsinə qoyaraq üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxararaq Cavanşir Bədirova bir dəfə vurmaqla sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən, sol ağciyərin yuxarı payını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyərək kəskin qanitirmədən ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cavanşır Bədirovu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X35 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 2006-cı ildə Ağstafa şəhərində anadan olmuş, atası Camal Əhmədov 14 il bundan əvvəl vəfat etmiş, anası Şahəstə Əhmədova isə 2 (iki) ilə yaxın müddətdir ki, Gürcüstan Respublikası ərazisində yaşamışdır. O, Ağstafa şəhər 20 Yanvar küçəsi ev 1-də dayısı Şahid10 və ailəsi ilə birlikdə yaşamış, mərhum X22 onun uzaq qohumu olmuş, əvvəllər Cavanşir Bədirovla aralarında dava və ya mübahisə, eləcə də düşmənçilik və ya ədavət olmamışdır. Ağstafa şəhərində qeydiyyatda olsa da hadisədən əvvəl xalası Arzunun Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən evində qalmışdır. Hadisənin baş verdiyi gündən təxminən bir neçə gün əvvəl Ağstafa rayonunun Poylu qəsəbəsində avtomobil təmiri üçün istifadə edilən dəmir materialdan olan açardan öz üzərində gəzdirməyi üçün bıçaq düzəltmişdir. Törətdiyi hadisədən təqribən bir həftəyə yaxın müddət olmuşdur ki, o, Cavanşirgilin evində təmir işi görmək üçün Camala kömək etmiş, buna görə heç bir pul və ya haqq almamış, könüllü şəkildə oraya gedib işləmişdir. Belə ki, o dəfələrlə Cavanşirə valideynlərinin sözünə qulaq asmadığına görə irad bildirdiyindən onların arasında münasibətləri soyuq olmuş, lakin atası Camal ilə münasibəti yaxşı olduğundan yenə də onlara köməklik üçün getmiş, hətta Cavanşirin anası Şahid1 dəfələrlə Cavanşirə “camaatın uşağı gəlir burda fəhlə kimi işləyir, atana kömək eləyir, sən isə bütün günü orda burda olursan” demişdir. 29 mart 2023-cü il tarixdə o, yenə də səhər saatlarından günortayadək Cavanşir evdə olmayan vaxt gedib yenə Camala kömək etmişdir. 29 mart 2023-cü ildə Cavanşirin atası Camal Bədirov ona mağazaya gedib çörək və siqaret alıb gəlməyini demiş və ona 10 manat pul vermişdir. Həmin marketə tək getmiş, mağazadan təxminən 10 dəqiqə ərzində 01 ədəd çörək və iki qutu siqaret alıb qayıdıb gəlmiş, Rufinin mağazasından çıxdıqda ara küçə ilə dəmiryol stansiyasına doğru tək getməyə başlamış, mağazadan qayıdıb gəldikdə Ağstafa rayonu Poylu qəsəbəsi ərazisindəki dəmiryol stansiyasına çatmamış küçənin qurtaracağında Cavanşir Bədirov və Şahid2 ilə rastlaşmışdır. Həmin vaxt Cavanşirin əlində təxminən 1,5 m uzunluğunda plastik materialdan boru olmuş, Cavanşir ona: “Hara gedirsən?” sualını verdikdən sonra ona onların yaşadığı evə getdiyini, çörək alıb apardığını demiş, bu zaman Cavanşir onu təhqir edərək ana və bacısına qarşı nalayiq söyüş söymüşdür. Bundan sonra X38 atasının, yəni Camal Bədirovun yanına getdiyini, onu söyməsi barədə atası Camala deyəcəyini bildirmiş, bu zaman Cavanşir yenidən onun, anası və bacısının ünvanına söyüş söyərək atasına heç nə deməməyini bildirmiş, bundan sonra Cavanşir əlindəki plastik boru ilə üç dəfə kürəyindən, bir dəfə isə qolundan vurmuşdur. Birinci Cavanşir onu vurmuş, Cavanşirlə mübahisə edə-edə küçənin qurtaracağından Poylu qəsəbə ərazisindəki dəmiryol stansiyasının olduğu yerə gəlmiş, Cavanşir yenə onu əlindəki plastik boru ilə vurmaq istəmiş və iki dəfə yerdən götürdüyü iki ədəd daş parçasını ona doğru atmış, lakin bunların heç biri ona dəyməmişdir. Yusif Əhmədov bildirmişdir ki, Cavanşir Bədirovun onun ailə üzvlərini dəfələrlə söyməsindən və onu əlindəki plastik boru ilə vurmasından qəzəblənərək əynində olan adidas markalı idman şalvarının sağ bel hissəsində qoyduğu bıçağı çıxararaq özünü müdafiə etmək üçün bir dəfə Cavanşirin sinə nahiyəsinin sol yan hissəsindən həmin bıçaqla vurmuş, bıçaqla Cavanşiri vurandan sonra Cavanşir yenə onun üzərinə əlində olan plastik boru ilə hücum etmiş, bu zaman ona “Qurban olum bəsdi” dedikdən bir az sonra Cavanşir dəmiryol stansiyası reysinin üzərində qəfildən yerə yıxılmışdır. Bütün bunlardan sonra o, bıçağı hadisənin baş verdiyi yerdən bir neçə metr aralıda dəmiryolu stansiyasının yaxınlığındakı hasarın yanında kolluğa tullamış və Elcanın ardınca getmiş, Cavanşirin atası Camal və anası İlhaməyə Cavanşirin yıxıldığını, pis vəziyyətdə olduğunu və gedib baxmalarını demiş, lakin Cavanşiri bıçaqla vurmağı barədə onlara heç nə deməmişdir. Həmçinin o bildirmişdir ki, Cavanşiri öldürməyinin əsas səbəbi kimi sonuncunun onun mübahisə zamanı ana və bacısının ünvanına söyüş söyməsi olduğunu bildirmiş, lakin əvvəlcədən onu öldürmək niyyətinin olmamasını qeyd etmişdir. O, Cavanşir Bədirovu kustar üsulla hazırladığı tiyəsi və dəstəyi dəmirdən olan, dəstəyi qara izolentlə sarınmış bıçaqla bir dəfə onun sinə nahiyəsinin sol yan hissəsindən vurmaqla öldürmüşdür. Hadisə zamanı Yusif Əhmədov kürək və qol nahiyələrindən Cavanşirin əlindəki plastik boru ilə vurduğu zərbələrdən sonra xəsarətlər aldığını söyləmiş, Cavanşir Bədirovu bıçaqla vuran zaman orada olan Şahid2 nə münaqişədən əvvəl nə də münaqişə zamanı heç bir köməklik etməmişdir. Hadisə baş verən Elcan da orada olmuş, ətrafda başqa heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X3 Yusif Camal oğlunu tanıdığını, Yusifin anasının özündən yaşca kiçik oğlanla evlənərək Gürcüstana köçdüyünü və atası Camalın da böyrək xəstəliyindən vəfat etdiyini söyləmişdir. Camal Bədirov bildirmişdir ki, Yusif Bədirovla qohumluq əlaqəsi olmuş, X35 onun evində fəhlə kimi işləmiş, o da Yusifə bir qohum kimi çörək vermiş, cibinə pul qoymuşdur. Yusif Poylu kəndində xalası Arzunun yanında qalmış, hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə saat təqribən 16 radələrində qohumu Adəm ilə Yusif onların evinə gəlmiş, evdə çörək olmadığından o, Yusifi çörək və siqaret almaq üçün yaxınlıqdakı mağazaya göndərmiş, hətta ona mağazadan ürəyi istəyən şeyi götürə biləcəyini demişdir.. Hadisə baş verən vaxt orada olmadığından yalnız kənd camaatından eşitdiklərindən hadisənin necə baş verdiyini öyrənmiş, hadisə baş verən gün saat təxminən 16 radələrində Yusif və Elcan eyni anda onların evinə daxil olmuş, onların qarşısına o, evin içərisində olduğu üçün arvadı Şahid1 çıxmış, içəri daxil olan Yusif ona“ uşağı azərbaycanlılar bıçaqlayıblar” demiş, əmisioğlu Şahid2 da həmin vaxt orada olmuşdur. Həmin vaxt Elcandan “ay Elcan uşağı kim bıçaqlıyıb? Deyə soruşmuş”, o isə ona Cavanşirin bıçaqlandığını gördüyünü lakin onu vuranların qaçdığını demişdir. Daha sonra o, dərhal yerindən qalxaraq hadisə baş verən yerə tərəf qaçmış, hadisə yerinə gələndə oğlu Cavanşir hələ can verirmiş, oğluna yaxınlaşanda o, sağ əlini ona tərəf qaldırmağa çalışmış, lakin bunu tam şəkildə bacara bilməmiş, əlini yerə salan kimi isə artıq oğlu ölmüşdür. Həmçinin o, bildirmişdir ki, onlar kürd millətinə mənsub olduqlarından orada yaşayan Azərbaycanlıları “azərbaycanlılar” deyə adlandırmışlar. X48 ilə Yusif Əhmədov arasında əvvəllər hə hansı bir dava və ya mübahisə olmasını görməmişdir. Hadisə yerində olarkən orada dayanan Yusifin və Elcanın əlində bıçaq və ya hər hansı kəsici-deşici alət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi X20 oğlunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X22 onun əmisi nəvəsi olmuş, özü böyük qardaşı Cavid Bədirov ilə birlikdə Poylu kəndində onlara məxsus fərdi yaşayış evində qalmış, atası Elşən Bədirov və anası X19 Respublikasında yaşamışlar. Cavanşir Bədirovla münasibəti yaxşı olmuş, Yusif Əhmədovu tanısa da yaxın münasibəti olmamışdır. O,hadisə baş verən gün saat Cavanşiri Poylu dəmiryol stansiyasının yaxınlığında yerləşən piyada keçidi kimi istifadə edilən körpünün altında görmüşdür. Cavanşiri gördükdə ona “gəl gedək nənəmiz Bənövşəni ziyarət edək” demiş, həmin vaxt Cavanşirin əlində təxminən 2 metr uzunluğunda rezin boru olmuş, lakin onu haradan və nə üçün əldə etdiyini bilməmişdir. Onlar dəmiryol xəttini keçərək nənələri Bənövşənin yaşadığı kəndarası küçəyə daxil olduqları vaxt küçədə Yusif Əhmədovla rastlaşmışlar, həmin vaxt Yusifin əlində çörək və siqaret olmuşdur. Cavanşir Yusifi gördükdən sonra ona tərəf gedərək söhbət etməyə başlamış, Cavanşir Yusifin anasının və bacısının ünvanına nalayiq söyüşlər söyərək “birdə bizim evə getmə mənim bacım var istəmirəm bizim evimizə gedəsən” demiş, onlar yüksək səslə qışqır qışqıra və bir-birilərinə nalayiq sözlər deyə-deyə dalaşaraq dəmir yolu tərəfə getmişlər. Onların arasında mübahisənin səbəbi isə Yusif Cavanşirin hərəkətlərini atasına deməyə gedəcəyini dedikdən sonra Cavanşir ona mane olmağa çalışdıqda baş vermişdir. Həmin vaxt o, Cavanşirgili aralamağa çalışmış, lakin heç birinə gücü çatmamışdır. Onlar mübahisə edəedə dəmiryol xəttini keçərək stansiyanın ərazisinə daxil olmuş, mübahisə zamanı Cavanşir əlindəki rezin boru ilə Yusifi vurmuş, Yusif isə ona doğru əl-qol atmışdır. Həmin vaxt ətrafda heç kim olmamış, onlar artıq stansiyanın ərazisinə çatdıqda hər ikisi reysin ortasından daş götürərək bir-birilərinə atmağa başlamış və yenə də əlbəyaxa olmuşlar. O, yenə onları aralamağa çalışanda birdən-birə əmisioğlu Cavanşirdən qan axmağa başladığını görüb, dərhal Yusifdən “sən uşağa bıçaq soxmusan?” deyə soruşmuş, Cavanşir isə platforma ilə reysin arasına çöküb yerə yıxılmışdır. O, gördüyü mənzərədən qorxub qaça-qaça əmisioğlugilə gedib Cavanşirin vəziyyəti barədə məlumat vermiş, oraya doğru qaçarkən Yusif də onun arxasınca “heç kimə demə” deyərək qaçmış, Yusifin onun arxasınca qaçdığını gördükdə onu bıçaqlamaq üçün qaçdığını düşünmüş, ona görə də o qorxusundan əmisigilə hadisəni kimin törətməsi barədə heç nə deyə bilməmişdir. O, Cavanşirgilə çatanda Yusif də orada sakit halda olmuş, onları ilk öncə Cavanşirin anası İlhamə görmüş, Şahid1 “uşaq stansiyada yerdə uzanıb, qanın içindədir” demişdir. Bütün bunları dediyi vaxt Yusif də orada olmuşdur. Yusif orada Cavanşirin ailəsinə “uşağınızı müsəlmanlar öldürüb” dedikdən dərhal sonra anası dəmiryoluna tərəf qaçmağa başlamış, X39 da arvadının qaçdığını görüb onun arxasınca dəmiryoluna tərəf qaçmağa başlamışdır. Onların hadisə yerinə getmək üçün qaçdığını görən kimi o da hadisə yerinə tərəf getmiş və Yusifin də hadisə baş verən yerə tərəf gəldiyini görmüşdür. Cavanşirin yanına çatanda o, dəmiryolu reysinin kənarında yerə yıxılmış vəziyyətdə və hərəkətsiz şəkildə olmuşdur. Qorxusundan onun yanına yaxınlaşa bilməmiş lakin, Yusif orada Cavanşirin atası Camal Bədirovun yanında dayanmışdır. Ailəsi Cavanşiri görən kimi dərhal onu yerdən qaldırıb xəstəxanaya çatdırmaq üçün aparmış, artıq hər kəs oradan gedəndən sonra Yusif bir müddət yenə hadisənin baş verdiyi yerdə qaldıqdan sonra oranı tərk eləmişdir həmçinin o, ona təqdim olunan hadisənin baş vermə anını əks etdirən video görüntünü görmüşdür. Belə ki, həmin vaxt o orada olduğunu və əynində qara paltar olduğunu bildirmişdir.Əlavə olaraq qeyd etmişdir ki, Cavanşir Bədirov ilə Yusif Əhmədov dalaşarkən onları aralamağa cəhd göstərmiş, lakin onlardan yaşca böyük olsa da onları aralamağa gücü çatmamışdır. Cavanşir yerə yıxıldıqda o bir anlıq özünü itirmiş, mərhum Cavanşir Bədirov yerə yıxılandan təxminən 1-2 dəqiqə sonra ondan qan axdığını görmüş, bunu görən kimi dərhal onların evlərinə tərəf qaçmağa başlamışdır. Yusif Əhmədov ilə mərhum Cavanşir Bədirov arasında mübahisə baş verərkən Yusifin əlində bıçaq olub-olamamasını görməmiş, Cavanşir Bədirov yerə yıxıldıqdan sonra ondan qan gəlməyə başladıqda Yusifə tərəf “sən uşağa bıçaq soxmusan ?” deyə soruşmuş, Yusif isə ona “yox mən bıçaq vurmamışam” demişdir. Yusif Əhmədov ilə əmisi nəvəsi Cavanşir Bədirovun bundan öncə hər hansı bir mübahisəsinə və ya davasına heç vaxt şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, O, saat təqribən 16 radələrində atası Fikrət ilə evdən çıxaraq yaşadıqları evin yanındakı kafeyə çay içmək üçün yollanmış, orada təqribən 40 dəqiqə oturduqdan sonra piyada gəzə-gəzə Poylu qəsəbəsində yerləşən dəmiryol stansiyasının yaxınlığına çatdıqda dəmiryol relsinin yanında bir nəfər şəxsin ayaqlarının reysə bitişik vəziyyətdə baş hissəsinin isə relsdən təqribən 30 sm hündürlüyündə yerləşən sərnişinlərin qatara minmək üçün dayandıqları platformaya söykənmiş vəziyyətdə olduğunu görmüş, yaxınlaşdıqda isə onun həmkəndlisi X22 olduğunu görmüşdür. O, əvvəlcə onun sərşox vəziyyətdə yatdığını düşünmüş, daha sonra onun topuq nahiyyəsində və qarnında qan izləri görmüş, bir neçə saniyə sonra isə Cavanşirin nəfəsinin səsini eşitmişdir. Bir qədər keçdikdən sonra isə ümumiyyətlə ondan heç bir səs gəlmədiyindən onun öldüyünü düşünmüşdür. X33 gördüyü zaman yerdə də qan izləri olmuş, ətrafda ondan və Cavanşirdən başqa heçkim olmamış, Cavanşirin meyitinin yanında da heç bir əşya aşkar etməmişdir. Həmin zaman üzərində mobil telefon olmadığı üçün xəstəxanaya da məlumat verə bilməmiş, eyni zamanda əlini də onun nə paltarına, nə də bədəninə toxundurmamış, tez bir zamanda qaçaraq yaxınlıqdakı dəmiryol stansiyasının işçilərinin oturduqları yerə getmişdir. Oraya çatanda dəmiryolunun 2 nəfər işçisinə gördüyü meyitlə bağlı məlumat vermiş, daha sonra yenidən meyitin olduğu yerə qayıtmışdır. O, meyitin olduğu yerə çatdıqda anidən səs küy eşitdiyini, ətrafa baxdıqda Cavanşirin anası, atası, bacısının qışqıra-qışqıra meyitin olduğu yerə qaçdıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, o, 40 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikası Dəmiryolu QSC-in Ağstafa rayon Poylu stansiyasında vaqon baxıcısı kimi işləmiş, iş rejimi nöbə ilə olmuşdur. Hadisə baş verən gün yəni 29 mart 2023-cü il tarixdə səhər saat 08:00-dan axşam saat 20:00-dək növbətçi olduğunu bildirmişdir. 29 mart 2023-cü il tarixdə təxminən saat 15:50-də o, iş yoldaşı Şahinlə birlikdə növbətçi hissədə olduğu vaxt sonradan adının Alim olduğunu bildiyi bir nəfər cavan oğlanın növbətçi hissəyə daxil olaraq “Ay dayı, ay dayı qatar adam vurub” deyə qatarın adam vurduğunu bildirmiş, bundan sonra o və iş yoldaşı Şahin birlikdə həmin Alim adlı uşağın dalınca onun göstərdiyi yerə tərəf getmişdir. Onlar Alimin dalınca gedərkən iş yoldaşı Şahin həmin Alim adlı oğlana gedə-gedə bildirdi ki, sonuncu dəfə stansiyasiyadan qatar 13:15 də getmiş, ona görə də vaxtdan indiyə kimi qatar adam vurmuş olsa xəbərimiz olardı demişdir. Onlar gedib həmin Alim adlı şəxsin göstərdiyi yerə baxdıqdan sonra orada bir nəfərin uzanıqlı, ayaqları dəmir yolu xəttinə tərəf sallanmış vəziyyətdə olduğunu görmüşlər. Alim adlı şəxs isə həmin uşağa ilkin tibbi yardım göstərməyə və süni nəfəs verməyə çalışmış, həmin vaxt yalnız Alimlə həmin uzanıqlı vəziyyətdə olan şəxs orada olmuş, ətrafda başqa heç kim olmamışdır. Bundan sonra o və Şahin dərhal Ağstafa rayonu dəmiryol X49 növbətçi hissəsinə və rəhbərliyə bu barədə məlumat vermiş, Şahinlə həmin yerə məlumat verdikdən sonra gedib maraqlanmaq istədikdə isə çoxsayda adamın dəmiryol xəttinin yanına toplaşdığını görmüşlər. O, Cavanşir Bədirovun cansız bədənini gördükdə onun əvvəlcədən kim olduğunu bilməmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7, Şahid6 oğlunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid9 ifadəsində Ağstafa rayonunun, Poylu qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşadığını və X21 xalası olduğunu bildirmişdir. O, Yusifin anası və onun bacısı Şahəstə Abdullayevanın təxminən 8 ildir ki, Gürcüstan Respublikasında yaşadığını, Yusifin isə burada bir müddət qardaşı Ənəfinin evində, daha sonra isə hadisə baş verməmişdən təxminən beş aya yaxın müddət ərzində onun evində qaldığını bildirmişdir. O, Yusifi xasiyyətcə davakar, əsəbi, lakin çox çalışqan bir uşaq kimi tanımış, onun fəhləliklə məşğul olduğunu söyləmişdir. Şahid9 Yusif ilə X33n münasibətləri son vaxtar yaxşı olduğunu, hətta Yusifin Cavanşirgilə də tez-tez gedib gəldiyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə Yusifi evlərinin yanında görmüşdür. Yusifi görən vaxt artıq kənd camaatından dəmir yolu reysinin yanında Cavanşir Bədirovun öldürülməsi barədə eşitdiyini, “onu öldürəni görüm zəlil qalsın, əlləri qırılsın” da demişdir. Hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixində, gecə saatlarında polis əməkdaşları yaşadıqları evə gələrək Yusifin harada olduğunu soruşmuş, Yusif həmin vaxt evdə olmuş, ona “Yusif səni polislər çağırır” dedikdən sonra isə Yusif heç nə olmamış kimi sakit və dinməz halda polisilər ilə birlikdə getmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı Şahid9 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, O, hal-hazırda Ağstafa rayonu, Poylu qəsəbəsində ailə üzvlərim ilə birlikdə yaşadığını, yaşadığı Poylu qəsəbəsində nənəsi X25 məxsus olan marketdə ona kömək etmək məqsədilə hər gün günortadan sonra işlədiyini və işlədiyi market Poylu qəsəbəsində olan mədəniyyət klubu ilə üzbəüz yerləşmişdi. Hadisə baş verən gün yəni, xx.xx.2023-cü il tarixdə saat təqribən 16:00 radələrində Yusif Əhmədov işlədiyi marketə gələrək bir ədəd çöplü meyvə şirəsi, bir ədəd təbii mineral su və bir ədəd çörək alaraq getmişdir. Yusif Əhmədov marketdən çıxanda baş tərəfində çayxana yerləşən küçə ilə dəmir yolu istiqamətində getmişdir. Marketdə olan vaxt Yusif cibindən beş manat məbləğində pul çıxardaraq ona vermiş, belə ki, onun aldığı malların ümumi qiyməti bir manat doğsan qəpik etmişdir. Yusif Əhmədov marketdə olan vaxt orada başqa heç kəs olmamış, daha sonra o çölə çıxıb biraz hava almaq üçün marketin arxa tərəfində olan tut ağaclarının altında stulda oturmuş, Yusif Əhmədov marketdən getdikdən təxminən yarım saat sonra dəmir yolu tərəfdən ağlama və qışqırtıdan ibarət olan qadın səsləri eşitmiş, lakin marketi sahibsiz qoyub gedə bilmədiyi üçün səslər gələn istiqamətə gedə bilməmişdir. Bir qədər sonra polis əməkdaşlarının dəmir yolu istiqamətinə tərəf gəldiklərini görmüş və bunun üzərindən təxminən 1 saat keçəndən sonra kənd camaatından Camalın oğlunun bıçaqlandığını eşitmiş, lakin hələ də onun kim tərəfindən bıçaqlandığı barədə məlumatı olmamışdır. X1 atası Camal Bədirovu kəndlərinin sakini kimi tanımış, Yusif Əhmədov və Cavanşir Bədirovu da kənddə ara sıra görmüşdür. Onların hər ikisi ilə yalnız salam-sağol münasibəti olmuş, Cavanşir Bədirov daha öncə bir neçə dəfə də evlərinə çörək almaq üçün işlədiyi marketə gəlib-getmişdir. Həmçinin bildirmişdir ki, Yusif Əhmədov onun marketində olarkən sonuncunun üzərində bıçaq və ya hər hansı bir kəsici-deşici alət görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə atası X9 məxsus fərdi yaşayış evində yaşamış, hal-hazırda Ağstafa rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evlərinin yanında yerləşən bərbərxanada bərbər kimi fəaliyyət göstərmişdir. İşlədiyi bərbər dükanı dəmir yoluna baxan istiqamətdə yerləşmişdir. O, mərhum X12 tanıdığını, hadisə baş verən gün yəni xx.xx.2023-cü il tarixdə saat təqribən 14 radələrində X33n onun bərbər dükanının qarşısında stulda oturduğunu bildirmişdir. Mərhum tez-tez onun işlədiyi bərbər dükanının qarşısına gələrək telefonu ilə oyun oynamış, Cavanşiri işlədiyi yerin yanında görməsinin üzərindən heç beş dəqiqə keçməmiş Şahid2 bərbər dükanı tərəfə gələrək Cavanşiri oradan götürüb aparmış, Elcanın həmin an Cavanşirə nə dediyini isə bilməmişdir. Elcanla Cavanşir nənənləri Bənövşənin evinin yerləşdiyi küçə istiqamətində getmiş, həmin vaxt nə Elcanın nə də Cavanşirin əlində heç nə görməmişdir. Şahid2 yaşadığı ev ilə onun evinin arasında maksimum 150 metr, Cavanşir Bədirovun yaşadığı ev ilə isə təxminən 300 metr məsafə olduğunu bildirmişdir. Elcan ilə Cavanşir onun bərbər dükanının yanından getdikdən təxminən yarım saat sonra Cavanşirin ölməsi barədə eşitmiş, həmin vaxt o, Cavanşiri kimin vurduğu barədə məlumatlı olmamışdır. Hadisə baş verən günün sabahısı mərhum Cavanşirin atası X17 Cavanşiri öldürən şəxsin X35 olduğunu öyrənmişdir. X52 Əhmədovu daha öncə kənddə bir neçə dəfə gördüyünü, ona toxunulmadığı müddətdə heç kimlə işi olmayan bir uşaq olduğunu demişdir. O, mərhum Cavanşır Bədirovun isə davakar uşaq olduğunu, onun heç kəsin qarşısından qorxub qaçan biri olmadığını, lakin hadisə vaxtı onların yanında olmuş Şahid2 xaraktercə sakit və qorxaq olduğunu və onun daha öncə dava və ya mübahisə etdiyini heç vaxt görmədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, daha öncə heç vaxt Yusif Əhmədovun əlində bıçaq və ya hər hansı kəsici deşici alət görməmişdir. Əvvəllər mərhum Cavanşir Bədirov ilə Yusif Əhmədov arasında və ya Şahid2 ilə Cavanşir Bədirov arasında hər hansı bir mübahisə və ya ədavətin olmasının isə şahidi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, O Ağstafa rayonu, Poylu qəsəbəsində atası Araz Hüseynov və anası birlikdə yaşayır X33 hadisə olan vaxtadək tanımamış, onunla heç bir münasibəti olmamış, aralarında düşmənçilik ədavət olmamışdır. Yusif Əhmədovu isə təxminən iki aya yaxın idi ki, Ağstafa rayonu Poylu qəsəbəsində gəlib qaldığı üçün tanımış, Yusifə tanışları “Şirinə” deyə müraciət etmiş, lakin Yusiif Əhmədovla da yaxın münasibəti olmamış, onunla da aralarında hər hansı bir düşmənçilik və ya ədavət baş verməmişdir. Hadisə baş verən gün yəni 29 mart 2023-cü il tarixdə o, təxminən saat 13-də məktəbdən evə gəlmiş, həmin gün təxminən saat 16:00-a kimi evdə olmuşdur. Evdə olan vaxt təxminən saat 16 radələrində məhlədə səs-küy eşidib evin eyvanına tərəf getmişdir, Onun yaşadığı ev Böyükkəsik-Bakı dəmiryol xəttinin Ağstafa rayonu Poylu qəsəbəsi ərazisindən keçən hissəsinə gedən küçədə yerləşdiyindən evin eyvanı da birbaşa həmin küçəyə tərəf baxmış, səs-küy eşidib eyvana çıxdıqda həmin “Şirinə” deyə tanıdığı Yusif Əhmədovla tanımadığı, sonradan adının Cavanşir olduğunu bildiyi şəxsin əlbəyaxa olub bir-birlərini təhqir edib söyüş söydüklərini görmüşdür. Təxminən 2-3 dəqiqə Cavanşirlə Yusif onun yaşadığı küçədən keçib gedənə qədər onlara baxmış, bundan sonra isə qayıdıb evə girmişdir. Onların arasındakı davanın nə yerdə olması və s. ilə maraqlanmamışdır. Sonradan qonşuları danışarkən Yusifin Cavanşirlə aralarında yaranmış mübahisə zamanı onu bıçaqla vuraraq öldürməsi barədə eşitmişdir. O, Yusiflə Cavanşiri əlbəyaxa olduqlarını görən vaxt onlardan heç birinin əlində bıçaq və ya başqa kəsici-deşici alət görmədiyini bildirmişdir. O əvvəllər X34 Bədirov arasında hər hansı bir mübahisə və ya dava dalaşın olması barədə məlumatı olmamışdır. O, Cavanşir ilə Yusifi dalaşan vaxt gördüyü zaman onların yanında başqa heç kəsi görmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X35 29 mart 2023-cü il tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “meyitə baxış kerilimsəi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Meyitə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, meyit kişi cinsi olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Döş qəfəsinin sol yan səthində v-vı qabırğaarası sahədə boylama çəp istiqamətli 08x0,4 sm ölçüdə, kənarları nisbi hamar, qanaxan yara vardır. Alın nahiyəsinin sağ yarısında 1x0,3 sm, sağ qaş nahiyəsində 1x0,2sm sağ almacıq nahiyəsində 04x0,3 sm, sağ əng nahiyəsində 1,5x0,3sm, burun nahiyəsində 4 ədəd 0,5x0,4sm, 0,4x0,3sm, 0,3x0,2 sm, boyun nahiyəsinin ön səthində 1x0,5 sm, vidaci oyma nahiyəsində boylama istiqamətli 7x0,3 sm, sol körpücük nahiyəsində boylama istiqamətli 6x0,4 sm, sağ mil-bilək oynağının ön səthində 3x0,2 sm ölçülərdə üzəri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızımtıl rəngli sıyıqlar vardır. Sol çənə bucağı nahiyəsində 1,5x1,5sm çənəaltı nahiyədə 1,2x0,4 sm, döş qəfəsinin ön səthində vı-vıı qabırğaarası sahədə 2 ədəd 1x0,4 sm, 0,6x0,4 sm ölçülərdə qeyri müəyyən formalı qırmızımtıl rəngli qançırlar vardır. Qeyd edilən xəsarətlərdən başqa meyitin bədən səthində hər hansı digər xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu dəmiryolu xəttinin Poylu qəsəbəsi ərazisindən keçən hissəsində, dəmiryol xəttinin 471-ci kilometrliyinin 1-ci piketidir. Hadisə yerinə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək “1”, “2”və “3” nömrəsi ilə işarələnmiş üzərində qanabənzər ləkələr olan daşlar, üzərində qanabənzər ləkələr olan 1,94m uzunluğunda plastik materialdan olan boru, Zahidə Süleymanovanın yaşadığı evin müşahidə kamerasının görüntüləri hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Həmin görüntülərə baxış zamanı müəyyən edildi ki, üç nəfər şəxs əvvəlcə Böyükkəsik istiqamətində dəmiryolu xətti boyunca gedir. Həmin şəxslərdən birinin əlində sellofan torbaya bənzər nəsə vardır. Bir neçə saniyə sonra əlində sellofan torba olan şəxslə yanındakı şəxs əlbəayaxa olur. Əlbəayaxa olmuş həmin iki nəfər şəxs dalaşaraq “Poylu stansiyası” yazısı olan tikili ilə üzbəüz birinci dəmiryol xəttinə yaxınlaşırlar. Təxminən bir dəqiqə sonra dalaşan iki nəfərdən biri dəmiryolu xəttinin yanında yerə yıxılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ağstafa rayonu, Poylu qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dəmiryolu QSCnin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən istiqamətdə yerləşən X10 aid fərdi yaşayış evinin müşahidə kamerasının görüntüləri götürülmüşdür. Həmin görütülərdən məlum olur ki, xx.xx.2023-cü il tarixdə, saat 15:08-də X7 Bukavadzenin yaşadığı evin qarşısından Azərbaycan Respublikası Dəmiryol QSC-nin Ağstafa rayonu Poylu qəsəbəsindən keçən hissəsinə doğru gedir. Kamera görüntüsündə göstərilən saat ilə real vaxt arasında 15 (on beş) dəqiqə vaxt vardır. Müşahidə zamanı müəyyən edildi ki, Yusif Əhmədov müşahidə kamerasında göstərilən vaxta görə saat 15:16-da Ağstafa rayonu, Poylu qəsəbəsindən keçən dəmiryolu xətti tərəfdən Saqif Bukavadzenin yaşadığı evin qarçısından keçir. Bu zaman onun əlində sellofan torba, əynində isə 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 ədəd tünd qəhvəyi rəngli çəkələk vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs X35 törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 30 avqust 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şübhəli şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 216№-li “məhkəmə-tibb ekspertizası” rəyindən görünür ki, X21 bədən səthində aşkar olunmuş xəsarətlər sol kürək, sol kürəkaltı və sol said nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X21 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni rezin şlank ilə vurma nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkən X22 barəsində təyin olunmuş “Məhkəmə-tibbi ekspertizası”nın xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, X8 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: -döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağciyərin yuxarı payını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən, həmçinin kəskin qanitirmə ilə müşayiət edilən deşilmiş-kəsilmiş yarası; alın, sağ qaş, sağ almacıq, sağ əng, burun, boyun, vidaci oyma və sol körpücük nahiyələrinin, həmçinin sağ mil-bilək oynağının sıyrıqları; sol çənə bucağı və çənəaltı nahiyələrin, döş qəfəsinin ön səthinin qançırları; X8 meyitində qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağciyərin yuxarı payını, ürək kisəsini və ürəyin sol mədəciyni zədələyən, həmçinin kəskin qanitirmə ilə müşayiət edilən deşilmiş- kəsilmiş yarası ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətlə (əşya ilə) yetrilən bir zərbə nəticəsində onun ölümündən az əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Yara kanalının dərinliyi 11 sm, istiqaməti öndən arxaya, soldan sağa doğrudur. Digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə hər hansı bir səbəbli əlaqələri yoxdur və sağlamlığa zərə vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Həmin xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də, həm insan bədəninin hissələrinin, həm də C.C.Bədirovun yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir. X8 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən sol ağciyərin yuxarı payını, ürək kisəsini və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X8 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023- cü il tarixdə saat 17:45-də meyitin müayinəsi başlanmışdır) 2-3 saat əvvəl baş vermişdir. X8 bədəni üzərində olan xəsarətlə onun əynində olmuş paltarlar üzərindəki zədələr üst-üstə düşür. X8 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsiredici maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “məhkəmə-lifli ekspertizası”nın xx.xx.2023-cü il tarixli 6/2252№-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X13 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X26 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X26 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X13 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri və X26, X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X21 və X2 və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri, həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “məhkəmə-videoyazı” ekspertizasının xx.xx.2023-cü il tarixli 4/627№-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı fləş kartında qeydə alınmış videoyazıdakı görüntülərə görə tədqiqatı tələb olunan hadisənin vizual təsvirini müəyyən etmək və hadisənin iştirakçısı olan şəxsləri xarici görünüşünə görə eyniləşdirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı fləş yaddaş kartında olan mübahisəli videoyazıda montaj əlamətləri müəyyən olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “məhkəmə ballistik və trasoloji ekspertizası”nın rayon prokurorluğuna xx.xx.2023-cü il tarixli 3/659; 3/660; 3/661 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmışdır, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində şübhəli şəxs Yusif Əhmədovun paltarları yazı qeydləri olan bir ədəd idman şalvarının, bir ədəd köynəyin, bir cüt corabın, bir cüt çəkələyin səthində hər hansı alət və ya vasitə ilə yetirilməyə xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində Cavanşir Bədirovun paltarları ********* yazı qeydləri olan cins şalvarın, tumanın səthində hər hansı alət və ya vasitə ilə yetirilməyə xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamasının üzərində Cavanşir Bədirovun paltarları ********* yazı qeydləri olan köynəyin və maykanın ön hissəsinin sol tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin və maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığıdan zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş köynəyin və maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya, iti tərəfi zərərçəkmişə nisbətdə yuxarı istiqamətdə olmaqla yetirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası”nın xx.xx.2023-cü il tarixli 274 №-li rəyindən görünür ki, yoxlanılan şəxs X23 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunmur. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissədən görünür ki, X35 gördüyü hadisələri düzgün qavranmaq və təsvir etmək imkanına malikdir. X35 cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X21 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. X35 cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Onun hərkətləri AR CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissədən görünür ki, X35 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. X35 cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. X35 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “məhkəmə-biloji ekspertizası”nın xx.xx.2023-cü il tarixli 352/2023-MTBŞ №-li rəyindən görünür ki, X8 ABO sistemi üzrə qrup göstəricisi : A(İİ)( şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, plastik boru, mərhum C.C.Bədirova məxsus köynək, cins şalvar, kəmər, qolsuz mayka və bir ədəd kişi trusiki, Y.C.əhmədova məxsus qısaqol köynək və kişi corabı N2 üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta (İİ) qruplu şəxsə, o cümlədən də X13 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Y.C.Əhmədova məxsus bir ədəd idman şalvarı, kişi corabı N1 və bir cüt kişi çəkələyi üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X8 geyim əşyaları üzərində tükə bənzər nümunələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa şəhər İcra nümayəndəliyindən xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş 619 saylı arayışdan görünür ki, X35 həqiqətən də Ağstafa şəhəri, 20 Yanvar küçəsi, 1 saylı evdə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ünvanda özü və ailə üzvləri yaşamır və X11, qardaşı X43, qardaşı X44, bacısı X27 və qardaşı X6 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon İcra Hakimiyyətinin Ağstafa şəhəri üzrə icra nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X35 şəhər ərazisində qeydiyyatda olmasına baxmayaraq daimi yaşamadığı üçün onunla bağlı nümayəndəlikdə heç bir rəsmi məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayonu, Poylu qəsəbəsi tam orta məktəbindən daxil olmuş xasiyyətnamədən görünür ki, mərhum X22 2019-cu ilin sentyabr ayında tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Oxuduğu müddət ərzində davranışlarında aqresivlik olsa da məktəbin daxili nizam-intizam qaydalarına riayət etmiş, bacardığı qədər yoldaşları ilə səmimi, mehriban davranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon İcra Hakimiyyətindən xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş 5-33/2-336/2-2023 №-li vəkalətnamədən görünür ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası”nın məhsul katibi Qanuni nümayəndə X21 hər-hansı yaxın qohumu olmadığı üçün sonuncunun qanuni nümayəndəsi təyin edilməsi üçün təqdim edilmiş və həmin tarixli qərarla qanuni nümayəndə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Mərkəzi Xəstəxanasından xx.xx.2023-cü il tarixdə daxil olmuş PHŞ-6- 24/2-154/2023 saylı məktubdan görünür ki, X4 RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatr, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in Baş Əməliyyat və Statistik Əməliyyat İdarəsindən alınmış tələbnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X35 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli Ağstafa Rayon Məhkəməsinin qərarından görünür ki, X21 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X26 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində qanabənzər ləkələr olan qulp hissəsi qara rəngli izolentlə dolanmış 01 ədəd bıçaq, X26 01 ədəd qara rəngli sinəsi zəncirbəndli qısaqol köynək, 01 ədəd tünd göy rəngli üzərində “adidas” sözü yazılmış idman şalvarı, 01 cüt qara rəngli corab, 01 cüt tünd qəhvəyi rəngli çəkələk, əl dırnaq kəsintiləri, X13 məxsus 01 ədəd tünd göy rəngli trusik, 01 ədəd üzərində ağ naxışlar olan qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəmər olan tünd göy rəngli cins şalvar, əl dırnaq kəsintiləri, hadisə yerindən götürülmüş 1,94 m plastik boru, hadisə yerinə baxış zamanı Z.Süleymanovanın yaşadığı evdən götürülmüş müşahidə kamerasının görüntüləri, Ağstafa rayon prokurorluğunun “maddi sübutların saxlanması otağında” saxlanılır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X21 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X21 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən şəxs X26 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşında olmasını, hadisəni zərərçəkmişin qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində törətməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X26 məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 ildən artıq olmayan müddətə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində törədilməsi) və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X26 cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlinin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində törədilməsini və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayaraq cəza təyin etməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən X26 yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən X21 həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2023-cü il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan qızlar, habelə yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X26 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – üzərində qanabənzər ləkələr olan qulp hissəsi qara rəngli izolentlə dolanmış 01 ədəd bıçaq, əl dırnaq kəsintiləri, nümunələri məhv edilməli, 01 ədəd tünd göy rəngli üzərində “adidas” sözü yazılmış idman şalvarı, 01 ədəd qara rəngli sinəsi zəncirbəndli qısaqol köynək, 01 cüt qara rəngli corab, 01 cüt tünd qəhvəyi rəngli çəkələk, X13 məxsus 01 ədəd tünd göy rəngli trusik, 01 ədəd üzərində ağ naxışlar olan qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəmər olan tünd göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş 1,94 m plastik boru, qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı Z.Süleymanovanın yaşadığı evdən götürülmüş müşahidə kamerasının görüntülərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən X21 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X14 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs X26 göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X5 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 484 (dörd yüz səksən dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X35 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 29 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Ağstafa rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – üzərində qanabənzər ləkələr olan qulp hissəsi qara rəngli izolentlə dolanmış 01 ədəd bıçaq, əl dırnaq kəsintiləri, məhv edilsin, 01 ədəd tünd göy rəngli üzərində “adidas” sözü yazılmış idman şalvarı, 01 ədəd qara rəngli sinəsi zəncirbəndli qısaqol köynək, 01 cüt qara rəngli corab, 01 cüt tünd qəhvəyi rəngli çəkələk, X13 məxsus 01 ədəd tünd göy rəngli trusik, 01 ədəd üzərində ağ naxışlar olan qara rəngli uzunqol köynək və 01 ədəd boz rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəmər olan tünd göy rəngli cins şalvar, hadisə yerindən götürülmüş 1,94 m plastik boru, qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı Z.Süleymanovanın yaşadığı evdən götürülmüş müşahidə kamerasının görüntülərinin cinayət işinin materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs X26 göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X5 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 484 (dörd yüz səksən dörd) manat X18 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar