Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-409/2025 21.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, İclasının katibləri: X3 və X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (125)-89/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə əsasən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasını tam çəkməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə məlum olmayan vaxtda Rauf adlı şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, Gəncə şəhər BPİnin NMB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının 18 iyun 2024cü il tarixdə saat 23:05 dəqiqədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, N.Gəncəvi prospekti 237 ünvanında yerləşən “Ramada Plaza” oteli yaxınlığında saxlanılaraq Gəncə şəhəri BPİ-nin inzibati binasına gətirilmiş, üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı 1 ədəd qara rəngli idman çantasının içərisində 20 ədəd qara rəngli polietelin bükümdə ümumi təmiz çəkisi 20305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram, 960 qram, 965 qram, 955 qram,1245 qram, 1190 qram, 985 qram, 970 qram, 945 qram, 960 qram, 965 qram, 1200 qram,960 qram, 965 qram, 955 qram, 960 qram, 975 qram, 1025 qram, 1170 qram və 980 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respubikası CM-nin 234.4.1-ci maddəsi ilə ittihamdan imtina etdiyi üçün həmin hissədə cinayət təqibinə xx.xx.2025-ci il tarixli qərarla icraata xitam verilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki,18 iyun 2024-cü il tarixdə “Fontan” adlı restoranda olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşmış, tanış olmuş, həmin şəxslə onun ortaq tanıdıqları olmuşdur. Yanında olan şəxs həmin şəxslə mübahisə edəndə onlara mübahisəni dayandırmağı demiş, sonra isə ona yaxılaşan şəxs qıraqda söhbət etməyi demiş, söhbət vaxtı narkotik vasitəsi olduğunu və çəkmək istəyibistəmədiyini soruşmuşdur. Narkotik olacağı təqdirdə çəkmək istədiyini demiş, Əhməd adlı sonradan isə əsl adının Oqtay olduğunu bildiyi həmin şəxs dostunu yola salmağı tanışının narkotik vasitəni gətirdiyini və biraz gözləməyi demişdir. Təxminən 14:00-15:00 rardələrində tanımadığı şəxs gəlmiş və ondan narkotik vasitənin üzərində olmasını soruşanda olduğunu bildirmiş, gedib dostunu gedib yola salmağı təklif etmişdir. Yolda olanda həmin şəxslər ona İran vətəndaşı kimi tanıdığı şəxsdən narkotik götürdüklərini və narkotik vastənin pulunu vermədiklərini, zəng edərək narkotik vasitə istəyəcəyi halda ona da narkotik vasitə verəcəyini bildirmiş, lakin onlarla razılaşmamışdır. Bir qədər keçdikdən sonra telefonda onların qadınlarla şəkillərini görmüş və onu da qadınlardan biri ilə tanış edəcəklərini və İran vətədaşına zəng edərsə əlavə 200 manat pul verəcəklərini bildirmişlər. Bunlarla razılaşmış və verdikləri İran vətəndaşının nömrəsinə zəng etmiş, qabaqcadan onlar necə deyirsə, o qaydada danışmış, birinci dəfə səhv danışdığı üçün mesajı silib yenidən səs atmış və nömrəni Astaradan “Seymur” adlı şəxsin verdiyini bildirmişdir. Həmin şəxs isə ona Seymuru tanıdığını və dostu olduğunu nə qədər narkotik vasitə lazım olduğunu soruşmuş, yanındakılardan nə qədər lazım olduğunu soruşduqda nə qədər varsa, atmasını deməyi bildirmişlər. Təxminən 10-15 dəqiqə sonra narkotik vasitənin harada olması ilə bağlı konum atılmış, “Yeni Gəncə” adlanan ərazidə parkların birinə, narkotik vasitənin atıldığı yerə getmişdir. Orada narkotik vasitəni axtaran zaman onunla gedən şəxslər narkotiki ağacın altından tapdıqlarını demiş, telefonu verib dayanmağı, gedib yoldan maşın tutub geri qayıdacağını demişdir. Sonra həmin şəxs qaçmağa başlamış, bu zaman arxası ilə gedəndə polis əməkdaşları onu saxlamışlar. Daha sonra polis əməkdaşları narkotik vastiəni gətirmiş, ona məxsus olduğunu desələr də, olanları danışmış, lakin onunla razılaşmamışlar. Məhkəmədə verdiyi əlavə ifadəsində isə Təqsirləndirilən şəxs göstərdi ki, Əhməd adlı tanımadığı şəxs onunla təsadüfən tanış olmuş, dialoq qurmuşdur. Həmin vaxt içkili olmuş, Əhməd ona əhlikef adam olduğunu, “narkotik olsa istifadə edərsən?” deyəndə “olsa niyə etmiyim?” demiş, Əhmədlə keçidin yanına, icra hakimiyyətinin qarşısından dəmiryolu vağzalı istiqamətində piyada getmiş, orda Oqtayla rastlaşmış, Oqtay onlara “gedək patı çəkək, hallanaq” demiş, onlara onun payını saxlamağı, içkili olduğunu demişdir. Onların yanından ayrılıb özünə “çubuş” adlanan balaca araq alıb içmişdir. Oqtay ona gedək Əhmədi yola salaq demiş, Əhmədi maşınla aparıb “dəyirmanın kruqu”ndan yola salmış, eynəyi olmadığından nə maşını olduğunu bilməmişdir. Oqtay Əhmədə 300-400 manat məbləğində pul verib yola salmış, birlikdə “Azərittifaq” adlanan yerə doğru getmişlər. Oqtay ona bir şəxs olduğunu, ona zəng edib patı götürməyi, lakin onun səsini tanıdığını, özü istəsə verməyəcəyini deyib həmin şəxslə danışmağını istəmiş, necə danışmalıdırsa onu demiş, Oqtay onun vasitəsi ilə guya narkotiklə məşğul olduğunu, kuryerlərin boş qaldığını, guya ona təcili “mal lazım olduğunu” dedizdirmişdir. Nə qədər bacarırsa, atmasını demiş, 15-20 dəqiqə sonra həmin şəxs ona konum atıb, narkotikin orda olduğunu demişdir. Konuma getdikdən sonra Oqtay ağacın dibindən narkotiki tapmış, Oqtaya narkotiki aparmayacağını, əlaqələrinin olmadığını demiş, üzünü çevirəndə isə Oqtay taksi çağırmaq adı ilə qaçıb getmiş, ardınca polislər onu əhatəyə almış, telefonda danışdığım şəxsdən hansı növ narkotik istədiyini soruşmuşdur. Özü isə ondan daş və torpaq, yəni metamfetamin və heroin istədiyini demişdir. Bundan sonra onu şöbəyə aparmış, ifadəsində olduğu kimi hadisəni danışmışdır. Onu digər adla tanımış, sonradan maraqlananda onun adının Oqtay olduğunu öyrənmişdir. Görsə Oqtayı tanıya bilər. Oqtay ona 200-300 manat pul verəcəkləri və tanışları olduğu Sevinc qəsəbəsində yaşayan qadınların yanına aparacaqlarını deyib aldadaraq həmin yerə aparmışlar. Özü ayağı ilə bağlı əlildir, eyni zamanda qaraciyər serrozundan əziyyət çəkir, istəyi narkotik vasitə çəkmək olsa da, aldadılmışdır. Çantanı götürməmişdir. Çanta ağacın dibində olmuş, özü də ağacın yaxınlığında olsa da, əlini vurmamış, çantanın böyüklüyünü görüb içində narkotik vasitə olduğunu və çəkisinin ağır olduğunu demiş, onunla danışan şəxsin İranlı olduğunu bildirmişdir. Saxlanılan vaxt çanta onun əlində olmamışdır. Onu çəkilişlə saxlamış, maşına əyləşdirdikdən sonra başqa çəkiliş etməmiş, Gəncə şəhər BPİ-yə aparandan sonra orada yenə çəkiliş etmiş, Gəncə şəhər BPİ-nin əməliyyatçıları onu aldatmış, təsir göstərmişlər. Əməliyyatçılardan Raulu xatırlamır, məhkəmədən ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Yeni Gəncəyə narkotik vasitəni bir yerdə götürməyə getdiyi şəxs adını “Rauf” desə də, sonradan adının “Oqtay” olduğunu öyrənmiş, ilk dəfə videoçəkiliş olanda narkotik vasitənin özünə məxsus olmadığını, narkotik vasitə sifariş versə də, az miqdar dediyini bildirmişdir. Polislər özü istəmədikləri üçün qaçan şəxsi tutmamışlar. Ona heç bir təzyiq olmasa da, polis tərəfindən aldadılmışdır. Narkotik vasitə istifadə edir, onu kamera ilə videoçəkiliş aparmaqla saxlasalar da, sonradan həmin görüntü yoxa çıxmışdır. Niyə qaçdığını soruşanda Raufun arxası ilə qaçmışdır. Oqtay ona yaxılaşanda yanında olan şəxs qonşusu olmuş və onu evlərinə yola salmışdr. Qonşusu ona həmin şəxslərin düzgün adam olmadığını desə də, fikir verməmişdir. Sumkaya əlini vurmamış, ağacın dibində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4-1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuş, ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 18 iyun 2024-cü il tarixdə saat 23:05 dəqiqədə Gəncə şəhəri N.Gəncəvi prospektində "Ramada Plaza" otelin yaxınlığında olarkən 3 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, daha sonra həmin şəxslər onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmiş, o, da polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə Gəncə şəhər BPİ-nə getmiş, orada müdafiəçi ilə təmin olunmuş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində olan boz rəngli şalvarın sağ ön cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu çıxardaraq təqdim etmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, yanında olan qara rəngli idman çantasını təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olmasını, həmin narkotik vasitəni eşitdiyinə görə tutulmuş əvvəllər "Mosu" ləqəbli şəxs kimi tanıdığı şəxsin ona verdiyi mobil telefonla "whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə yaradaraq İran vətəndaşı kimi tanıdığı "Rauf " adlı şəxsin dediyi yerdən götürərək əldə etdiyini demiş, bundan sonra təqdim etdiyi qara rəngli idman çantasının içərisində olan 20 ədəd qara rəngli polietilenə bükülmüş kütlələri təqdim etmiş,....həmin kütlələr elektron tərəzidə çəkilmiş .....ümumi çəkisi 20 kiloqramdan artıq olmuş, bükümlər qara rəngli çantaya yığılaraq möhürlənmişdir. Əvvəllər narkotik vasitə istifadə etsə də, həmin kütlələrdən istifadə etməmiş, heç kimə satmamışdır. İş üzrə şahid qismində dindirilmiş X5 göstərdi ki, Gəncə şəhər BPİ-nin narkotiklə mübarizə idarəsinə Təqsirləndirilən şəxs qanunsuz oalraq narkotik vasitə daşıması və saxlaması ilə bağlı əməliyyat məlumatı Şahid1 daxil olmuş, şəxslə bağlı məlumat rəhbərliyə məruzə olunmuşdur. Rəhbərlik tərəfindən əməliyat-axtarış qrupu yaradılmış, Şahid1lə birlikdə şəxsin yerini müəyyənləşdirmiş, Rafaeli Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi adlanan ərazidə “Ramada Plaza”nın yaxınlığında Şahid1 və Kamran Həsənzadə ilə bir yerdə saxlamışlar. Üzərindən heç bir narkotik vasitə aşkar olunmasa da, əlində çantası olmuş, şəxs özü çantanın içərisində narkotik vasitə olduğunu demişdir. Şəxsin əlindəki çantaya baxış keçirtmişlər. Çantadan ayrı-ayrı 20 ədəd bükümdə, təxmini çəkiləri 20 kq-dan artıq heroin aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saxlanılmış, videoçəkiliş isə Gəncə ŞBPİ-nin inzibati binasında təhqiqatçının otağında həyata keçirilmişdir. Şəxsi saxlayanda şəxs əlində çanta ilə hərəkətdə olmuş, onları görüb qaçmağa çalışmış, çantanı əvvəl yerə atsa da, sonra yerdən götürmüşdür. Şəxs axsasa da, bu onun həmin çantanı aparmasına maneçilik törətməmiş, çantanı rahat şəkildə aparmışdır. Şəxsin narkotik vasitəni hardan götürməsini isə bilməmişdir. Məhkəmədə dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəl tanımamışdır. Şəxs saxlanıldığı dövrdə Gəncə ŞPBİ-nin Narkomaniyaya qarşı Mübarizə İdarəsində işləmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə olunmuş, əməliyyat axtarış qrupu yaradılmış, şəxsin olduğu ünvanı müəyyənləşdirib həmin ünvana yollanmışlar. Şəxsi Gəncə şəhəri, Yeni qəsəbə adlanan ərazidə saxlayıb Gəncə şəhər BPİ-nin təhqiqatçının otağına aparmış, orada üzərinə baxış keçirtmişlər. Üzərinə baxış keçirilməsi nəticəsində şəxsdən heçnə aşkar olunmasa da, yanındakı çantada ayrı-ayrı bükümlərdə heroinlər aşkar edilmiş, narkotik vasitənin çəkisi tam dəqiqliyi ilə yadında deyil, səhv etmirsə, 20 kq-dan artıq olmuşdur. Şəxsin üzərindəki mobil telefonundan iranlı olduğunu dediyi şəxslə narkotik vasitələrin dövriyyəsi ilə bağlı aralarındakı razılığı göstərən danışıqları aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olmuş, məlumatın məzmunu kuryeriliklə məşğul olması olmuşdur. Əməliyyat axtarış tədbirində özü, Sərvun Axundov və Kamranbəy Hüseynzadə olmuş, şəxsi Gəncə şəhəri “Yeni Gəncə” adlanan ərazidə “Ramada Hotel”inin yaxınlığında saxlamışlar. Şəxsi saxlayanda piyada olmuş, saxladıqları saat isə dəqiq yadında deyil. Əlində çanta olmuş, şəxs özü İranlı kimi tanıdığı şəxslə danışdığını etiraf etmiş, onunla qarşı tərəf arasında narkotik vasitəni harasa pul müqabilində aparmasına dair telefon danışıqları olmuşdur. Şəxs saxlananda yanında başqa şəxs olmamışdır. Şəxsin deməsinə görə onun yanında “Mosu” ləqəbi olan şəxs olduğunu desə də, həmin şəxsi müəyyənləşdirə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər şahidlər Şahid1 və Sərvun Axundovla eyni məzmunlu ifadə verərək şəxsi X11 yaxınlığında saxlayıb qara rəngli idman çantası ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gətirdikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış aparıldığını həmin vaxt da çantadan xeyli sayda içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin aşkar edildiyini, şəxsə qarşı özü və digər polis əməkdaşları tərəfindən hansısa zorakılıq qeyri-qanuni hərəkət olmadığını bütün prosesin videoçəkilişlə qeydə alındığını göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində mütəmadi olaraq narkotik vasitə, psixotrop maddə qəbul etməsi, gəzdirməsi və satışı barədə Gəncə şəhər Baş Polis İdarəsi NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan eynitarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan və əməliyyat qrupunun yaradılması haqqında əmrdən görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilərək üstünün yoxlanması və əməliyyat axtarış şəraitindən asılı olaraq audio-video yazısının aparılması barədə qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinə rəhbərlik Şahid1 tapşırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 23:05-də Gəncə şəhəri Nizami Gəncəvi prospekti “Ramada Plaza” yaxınlığında saxlanaraq daxil olmuş əməliyyat məlumatının yoxlanılması mqsədilə Gəncə ŞBPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi” haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində keçirilmiş istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa, çıxarıb təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs yanında olan qara rəngli idman çantasının içərisində narkotik vasitə heroin olduğunu demiş, çantanın içərisində 20 ədəd qara rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin müəyyən edilmiş, kütlələr çəkildikdən sonra idman çantasına qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim edilməsi üçün möhürlənmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2024-cü il tarixli 16/708 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözlər və imzalar olan idman çantasında, 20 (iyirmi) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalarda olan ayrı-ayrılıqda təmiz çəkiləri 975 qram, 960 qram, 965 qram, 955 qram, 1245 qram, 1190 qram, 985 qram, 970 qram, 945 qram, 960 qram, 965 qram, 1200 qram, 960 qram, 965 qram, 955 qram, 960 qram, 975 qram, 1025 qram, 1170 qram, 980 qram, ümumi təmiz çəkisi 20305 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd idman çantasında olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümum təmiz çəkisi 20305 qram, tədqiqata sərf edildi 4 qram (hər obyektdən 0, 2 qram, qalıq çəkisi 20301 qram). İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “mobil telefona videoçəkilişlə baxış keçirilməsi” haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefonun “Whatsap” ani mesajlaşma şəbəkəsində +**********61 saylı mobil nömrə ilə yazışmalar mövcuddur. Nömrənin profilində sarı rəngli, xarici qeydiyyat nişanlı avtomobilin şəkili, media hissəsində isə Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin şəkli ilə “Rauf” adlı İran vətəndaşından daş, torpaq alıb sonra pulunu verəcəyini barədə videogörüntüsü, -qeyd edilən nömrə ilə yazışma hissəsinə daxil olan zaman ilk səs yazısında Təqsirləndirilən şəxs səs atdığı Rauf adlı şəxsə “nətərsən” ikinci səs yazısında “baba sənin nömrəni astaralı Seymur verib” 3-cü səs yazısında “bir neçə gün qabax onnan danışıbsan, ona mal veribsən” 4-cü səs yazısında “baba mən Gəncədəyəm, Gəncədə yaşıyıram” 5-ci səs yazısında “baba mənə mal lazımdı ey qadanalım” 6-cı səs yazısında “baba nə qədər verə bilsən 10 kilo, 20 kilo” 7-ci səs yazısında “baba yaxşı gözdüyürəm zərər yoxdu” 8-ci səs yazısında “baba mənim əlimin altında 5-10 dənə mal paylıyanım var, mal da qurtarıbdı, iş də qurtarıbdı, imkan varsa bu gün həll edək onu” 8-ci səs yazısında “ baba məni Gəncədə çox oğlan tanıyır, mən yəni iş görən adamam, malım yoxdu, işim dayanıbdı, mümkündüsə bu gün həll eliyək” 9-cu səs yazısında “baba biz ikimiz də bu işin sənətkarıyıq, sənin qadanalım mal olmadı iş dayanır, yanı bunun heş bir şeyi yoxdu” 10-cu səs yazısında “imkan varsa gör büyünnəri həll eliyək onu” 11-ci səs yazısında “baba internetim qurtarmışdı həll etdim” 12-ci səs yazısında “baba şeydə, internetdə Gəncədə bir az problem var, ona görə göndərmişəm videonu gəlib çatacax” məzmunlu səs mesajları mövcudddur. Rauf adlı şəxs atdığı mesajlardan bir hissəsini sildiyi üçün orada gedən dialoqu müəyyən etmək mümkün olmasa da, Rauf adlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi mesajlardan 1-ci səs yazısında Rauf Təqsirləndirilən şəxs “sən malı götürməmişdən qabaq beləsən götürsən nə iş görəssən, adam-adama deyər ki, qabağıma problem çıxdı, bir dənə zəhrimar de ginən, mən belə şeyləri xoşlamıram, 2-ci səs yazısında “ay qardaş allaha and olsun bu cür adamnan acığım gəlir, bi dənə sənə nömrəmi verib e canımı istəsə canımı verərəm, sən onun adını dedin gör heç sənnən qiymət danışdım, ayrı bir şey danışdım?” 3-cü səs yazısında “ nağardın, nə iş gördün?maşın zad hazırdı?” 4-cü səs yazısında “yaxşı oldu-oldu qoy deyim hazırlasın konum zad göndərəcəm sənə” 5-ci səs yazısında “bax gör bura nə qədər yolun var” 6-ci səs yazısında “ay qardaş nə oldu, nə qədər yolun var?” 7-ci səs yazısında “ay qardaş ora nə qədər yoldu ora az qalanda denən ora malı qoysun” deyir məzmunlu danışıqlar olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “CD” diskə baxış keçirilməsi haqqında protokollar və əlavələr olan CD disklərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nörmələrdən ***-***-**-** saylı mobil nömrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Tikiş fabrikasının əhatə dairəsində olmuş, şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları aşkar edilməmiş, şəxsin istifadəsində olan digər mobil operatora məxsus ********** saylı mobil nömrə isə xx.xx.2024-cü ildə Gəncə şəhəri, N.Nərimanov küçəsi 135-də 5 saylı musiqi məktəbinin olduğu anten dairədə olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli 313- 41736-4220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən edilə bilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsinə əsasən 500 manat cərimə cəzası təyin edilmiş, həmçinin Rusiya Federasiyasının Stavropol diyarı, Pyatiqorsk şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsinə,158-ci maddəsinin 4-cü hissəsinin B bəndinə, 73.1-ci maddəsinin 3-cü hissəsinə əsasən 02 il şərti olaraq azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı Ağır Cinayətlər Məhkəməsinin 31/143 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının Stavropol diyarı, Pyatiqorsk şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün tanınmasına dair material həmin məhkəməyə daxil olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 1502 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (125)-89/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il, 08 ay, 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Probasiya Şöbəsindən verilmiş 16 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə qeydiyyata alınmış, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 06 gün hissəsi 20 iyun 2024-cü il tarixə çəkilməmiş qalmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 4285 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli 3630 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “kannabinoidlərdən asılılıq” diaqnozu ilə 13 fevral 2023-cü il tarixdən qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-197/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş arayışdan görünür ki, 180 manat məbləğində pensiya alır. İş materialalarında olan və məhkəmədə araşdırılan Penitensiar xidmətin 2 saylı İstintaq Təcridxanasından istintaq orqanına və məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-17/412-5008/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-16-17/41/2-10352025 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs səhhəti ilə bağlı həm istintaq, həm də məhkəmə baxışı dövründə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaqın son mərhələsi və məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi az miqdar narkotik dalı ilə getməsi, çantanı gördükdən sonra iri olmasına görə götürməkdən imtina etməsi, onunla bir yerdə getmiş adının sonradan Oqtay olduğunu bildiyi şəxsin təhriki ona 200 manat pul verəcəklərini və tanışı olan qadının yanına aparacaqlarını deməsinə görə razılaşması narkotik vasitələri əldə etmək üçün sonuncunun verdiyi nömrə ilə İran vətəndaşı olan şəxslə yazışması və onu narkotik vasitə verməyə inandırmaq üçün səs mesajları göndərərək narkotik vasitə əldə etməyə cəhd etməsi, həmin çantanı götürməməsinə baxmayaraq onu saxlayan polis əməkdaşları tərəfindən aldadılması nəticəsində keçirilmiş videoçəkilişdə guya çantanı götürməsinə dair ifadələr verməsinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə haqqında” telefona baxış keçirilməsi haqqında protokol və əlavələri olan DVD disklərlə şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Nəzərdən qaçırılmamalıdır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində saxlanıldıqdan sonra onu tutan polis əməkdaşlarına az miqdar narkotik vasitə sifariş etdiyini dediyini bildirsə də, məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş mobil telefondakı olan audio-videoyazılardan aşkar görünür ki, təqsirləndirilən şəxs tərəfindən cinayətin digər “Rauf” adlı şəxsiyyəti məlum olmayan iştirakçısına 10-20 kiloqram və daha artıq miqdar narkotik vasitənin qoyulması ilə bağlı “sifariş” verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərmişdir ki, saxlanılan zaman da spirtli içki təsiri altında olmuş, buna görə də polis əməkdaşları onu aldadaraq sənədlərə imza etməsini və əməlini etiraf etməsini bildirmişlər. Lakin şəxsi axtarış keçirilməsi haqqında diskə məhkəmədə keçirilmiş baxış zamanı Raafel Zeynalovun həmin istintaq hərərkəti zamanı qeyri-adi vəziyyətdə ağır sərxoş səndirləməsi, rabitəsiz söz və ifadələrdən istifdə etməsi aşkar edilməmiş, əksinə şəxsin kifayətə qədər “təşəbbüskar və danışmağa meylli” olması narkotik vasitələrin əldə edilməsi ilə danışıqlar barədə kifayət qədər ətraflı və dəqiq məlumatlar verməsi müşahidə edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs keçirilmiş videoçəkilişlə şəxsi axtarışı zamanı polis tərəfindən psixoloji təzyiq nəticəsində aldadılaraq daha yüngül cinayət əməlinə əsasən məsuliyyətə cəlb ediləcəyinə görə istintaq dövründə tərtib edilmiş sənədləri imzalaması və əməlini etiraf etməsi inandırıcı deyil və özünümüdafiə xarakteri daşıyır. Məhkəmədə Təqsirləndirilən şəxs Yeni Gəncəyə aldadılaraq aparıldığını, yanında olduğu adının əvvəl Əhməd, sonra isə Oqtay olduğunu bildirdiyi şəxsin təhriki ilə narkotik vasitənin göndərilməsinə nail olub, sonradan da məhz keçmiş polis əməkdaşı olan Oqtay adlı şəxs tərəfindən polisə məlumat verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal - yəni cinayətin icraçısı olan digər şəxsin müəyyənləşdirilməsi ilə bağlı əməliyyat-axtarış və istintaq orqanının laqeydlik göstərməsi və səhlənkarlıq etməsi ağlabatan olmasa da, bununla bağlı məhkəmə Azərbaycan Respublikası CPM-nin 207.6cı maddəsinə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat veriləcəyini nəzərə alaraq əlavə fikir bildirilməsini doğru hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi digər xüsusat olan onun ayağındakı protezə görə qeyd edilən narkotik vasitəni daşımağa imkan olmadığını, buna görə də hələ polis gəlməmişdən əvvəl Oqtaya (Əhmədə) də çantanın iri olmasını görüb imtina etdiyini deməsini, sonuncunun taksi çağırmaq adı ilə getdikdən qısa müddət sonra polis əməkdaşlarının onu dövrəyə alıb saxladıqlarını və videoçəkiliş aparmalarını göstərmişdir. Məhkəmə həmin xüsusatla bağlı qeyd edir ki, narkotik vasitələr olan çantanın ağırlığına, eləcə də çantanı ayağındakı narahatlıq, kapron protezlə bağlı daşıya bilməyəcəyi üçün götürməkdən imtina etməsi, şəxsin özünün məhkəmə baxışında göstərdiyi digər əsaslar (ümumiyyətlə çantaya əl vurmaması, içində nə olmasını bilməməsi, çox cüzi miqdar - şəxsi istifadə üçün narkotik vasitə, yaxud psixotrop maddə istəməsi) ilə ziddiyyət təşkil edir. Nəzərdən qaçırılmamalıdır ki, 20 kiloqram kütləyə malik hər hansı cismin qeyd edilən çantada ancaq əldə aparılması deyil, çiyindən asılması, iki əllə qucaqda daşınması, yaxud hər hansı digər üsulla (sürüyərək itələyərək və sair formada) yerin dəyişdirilməsi mümkündür. Məhkəmə baxışı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər də içərisində sonradan baxış zamanı xüsusilə külli miqdar narkotik vasitə heroin olduğunu bildirdiyi çantanın təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əlində və üzərində deyil, məhz yanında olduğunu bildirmişlər. Məhkəmənin qənaətinə görə məhz həmin çanta əməliyyatçıların diqqətini cəlb edərək onun şübhəli şəxs qisminə saxlanmasına səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkiliş aparılmasını, lakin həmin çəkilişin sonradan iş materiallarında olmamasını göstərmişdir ki, məhkəmə sənədlərinə əsasən, eləcə də şahid ifadələrinə əsasən şəxs saxlanılarkən videoçəkiliş aparılmaması müəyyən edilmişdir. Həmin hal isə şəxsin təqsirsizliyi ilə bağlı deyil, əməliyyat-axtarış fəaliyyətinin aparılması zamanı pozuntular olmasını göstərir ki, bununla bağlı məhkəmə ayrıca xüsusi qərar qəbul etdiyindən həmin hissədə əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Məhkəmə diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs aldadılması ilə bağlı göstərdikləri onun istifadəsində olan mobil nömrə ilə tanışı olan şəxsin təhriki nəticəsində narkotik vasitələrin əldə edilməsinə yönələn hərəkətlər etməsini inkar edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş (dinlənilmiş və baxılmış) audio (səs) mesajları və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs özünün narkotacirə ünvanlanmış dürüst olacağı və ona göndəriləcək narkotik vasitənin pulunu “malı” payladıqdan sonra verəcəyi barədə danışığı “monoloqu” olan videoçəkilişi özünə məxsus şəxsiyyət vəsiqəsini foto və video fayllar şəklində qarşı tərəfə göndərmiş, eyni zamanda xx.xx.2024-cü il tarixdə saat 18-dən başlayaraq saat 23-ə qədər narkotik vasitənin növü və miqdarı, eləcə də göndəriləcəyi (atılacağı) yer barədə sonuncu ilə danışıq aparmışdır. Həmin mesajlardan bəzilərində qarşı tərəfin mesajları gec oxuması və cavab verməsi ilə bağlı göndərilən narkotik vasitənin əldə edilməsi ilə əlaqədar narahatlığı aşkar görünsə də Təqsirləndirilən şəxs hər dəfə mesajların gec çatması və oxumasını internet bağlantısının zəif olması və sair hallarla əlaqələndirmiş, narkotik vasitələrin göndərilməsinə yenə təkid etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahıya əsasən narkotik vasitə hesab edilən heroinin xüsusilə külli miqdarının aşağı həddi 800 qram müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin – heroinin xüsusi külli miqdarda, 20 ədəd ayrılmış və xüsusi olaraq qablaşdırılmış (həmin çəkilər özü də ayrı –ayrılıqda xüsusilə külli miqdarı yaradır) formada bükülülərdə olmasını, təqsirləndirilən şəxsin narkotik vasitəni göndərməsi ehtimal olunan şəxslə arasındakı danışıqlar və tədqiq edilmiş cinayət işinin digər materiallarını nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitələri sırf satış məqsədi ilə əldə edib, daşıması qənaətinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 8 №li Qərarına əsasən qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmənin qənətinə əsasən baxılan iş üzrə təqsirləndirilən şəxs X2 əməli daha çox maddi və sair maraq müqabilində kuryerlik faəliyyətinə uyğun olmaqla göndərilmiş narkotik vasitələrinin təyinat yerinə çatdırılması və yerdəyişməsi ilə bağlı olmuşdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə uyğun olmaqla O, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə şəxsə qanunçuluq prinsipinə əsasən cinayət törədildiyi vaxt qüvvədə olan maddənin dispozsisiyasına uyğun sanksiya həddində, əməlin xarakteri və ictimai təhlükəlik dərəcəsi nəzərə alınmaqla aşakr edilərək dövriyyədən çıxarılmış narkotik vasitənin çəkisi və növü, qara bazarda realizə ediləcəyi təqdirdə xüsusi külli miqdar dəyərə malik olmasını) şəxsə təyin edilən cəzanın miqdarına təsirinin olacağını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs qaraciyər serrozundan əziyyət çəkməsini, əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (xüsuilə ağır cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxsin cinayət hadisəsinə qədərki davranışı əvvəl məhkum olmasına baxmayaraq əməlində resdivc yaratmasa da (narkotik vasitələrin qanunsuz dövriyyəsi (kultivasiyası ilə bağlı) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, hazırki cinayətə qədərki davranışları (maddi marağı və sair qadınlarla görüş istəyi,) əməlin ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitənin növü, hazırda qüvvədə olan qanunverciliyi əsasən 800 qramdan artıq çəkidə yəni xüsusilə külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region üzrə dövriyyəsində əhəmiyyətli hal daşıması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.-1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı sanksiyada nəzərdə tutulmuş orta həddə təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs maddənin sanksiyanın ən aşağı, yaxud ona yaxın həddə cəza təyinini istisna edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ... cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününə.... bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Odur ki, həbsdə saxlama müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39№li qərarının 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş aşağıdakı şəxslərə tətbiq oluna bilməz. Odur ki, müəyyən olunmuş əlilliyi ilə bağlı Təqsirləndirilən şəxs barəsində əlilliyi ilə bağlı narkomaniyadan məcburi müalicə təyin edilə bilməməsi və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak mülki iddia yoxdur. İş üzrə İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1 ədəd idman çantasının içərisində 20 ədəd ayrı-ayrılıqda bükümlərdə ümumi qalıq çəkisi 20301 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış, mobil telefona baxış keçirilməsi haqqında videogörüntülər olan 2 ədəd DVD disk, telefon məlumatlarını əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılmalı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına, yaxud qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (125)-89/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixə qalıq qalmış 4 (dörd) ay 4 (dörd) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 12 (on iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlilliyi ilə bağlı məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilməməsi və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1 ədəd idman çantasının içərisində 20 ədəd ayrı-ayrılıqda bükümlərdə ümumi qalıq çəkisi 20301 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış, mobil telefona baxış keçirilməsi haqqında videogörüntülər olan 2 ədəd DVD disk, telefon məlumatlarını əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılsın, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına, yaxud qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-409/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-409/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver