Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-41/2021 21.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan və ünvan 2yan, 25 may 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə birlikdə fəhləlik edərək işlədikləri işin zəhmət haqqına görə aralarında narazılıq yaranmış, ona görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə işləməkdən imtina edərək aralarında baş vermiş söz-söhbətin böyüməməsi üçün «Fəhlə bazarı»na qayıtmışdır. 24 may 2020-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ictimai yer hesab edilən Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən “Billur” şadlıq sarayının sağ yanında olan “Fəhlə bazarı” kimi adlanan ərazidə yerləşən adsız kafedə yemək yeyən vaxt Zərərçəkmiş şəxs da həmin kafeyə gəlmiş, onu orada görən kimi niyə işləməyib, qaçıb getdiyini soruşaraq onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs cavab qaytardığı üçün Zərərçəkmiş şəxs əsəbiləşmiş və oturduğu stoldan qalxıb Təqsirləndirilən şəxs əyləşdiyi stola yaxınlaşmış, əsəbi şəkildə «sən kimsənki mənimlə söhbət edəsən» demiş və mübahisə edərək və əli ilə Təqsirləndirilən şəxs itələdiyi üçün Təqsirləndirilən şəxs nahar etdiyi stolun üzərində özü içdiyi araq şüşəsini götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbə vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti yetirməklə aralarında şəxsi münasibətlər zəminində başlanılmış dava-dalaş sonradan ictimai qaydanı kobud pozulması ilə müşayət olunan və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilrmiş və araq şüşəsini silah qismində istifadə edərək xuliqanlıq etmişdir. Bu zaman Zərərçəkmiş şəxs da onu yerə yıxaraq əli və ayağı ilə vurub ona sağ körpücük və bel nahiyyələrinin qançırları sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş həmin vaxt orada olan kənar şəxslər onları aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gedib evdə olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb təxminən 50 dəqiqə sonra, yəni həmin gün saat 19 radələrində Gəncə şəhəri S.Rəhimov küçəsinə qayıdaraq Zərərçəkmiş şəxs onu vurub sağ körpücük və bel nahiyyələrinin qançırları sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetidiyi üçün qisas almaq məqsədi ilə «Billur» şadlıq sarayının yaxınlığında olan Zərərçəkmiş şəxs yanına gəlmiş, bu vaxt Zərərçəkmiş şəxs yerdən su borusu götürüb onu vurmaq üçün üzərinə getmiş, o, qaçıb yolun əks tərəfinə keçmiş, Zərərçəkmiş şəxs da arxasınca qaçmış, həmin vaxt aralarında yaranmış dava-dalaş zamanı həmin bıçaqla sonuncuya döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ ağciyərin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən “Billur” şadlıq sarayının yaxınlığında «Fəhlə bazarı» kimi tanınan yerə gedib, gündəlik günə muzd fəhləlik etməklə ailəsini, yəni himayəsində olan anasını və bacısını dolandırır. Həmin yerə onunla yanaşı onlarla işçilər və gündəlik fəhlə işləri olarkən bir neçə nəfər yaxud tək olaraq müxtəlif ünvanlara gedib fəhləlik işləri görürlər. Təxminən 5-6 il bundan əvvəl «Fəhlə bazarı» kimi tanınan yerdə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu da da onun kimi həmin yerə gəlib iş olanda bir yerdə gedib müxtəlif ünvanlarda fəhləlik etmişdir. Zərərçəkmiş şəxs təbiətcə bir qədər kobud, insan olduğu üçün mütəmadi olaraq onunla mübahisələr etmiş, hətta əsaslı səbəb olmadan nalayiq sözlərlə də onu təhqir etmişdir. Lakin onlar iş yoldaşı olduğu üçün heç vaxt Zakirə qarşı ədavət bəsləməmişdir. 20 may 2020-ci il tarixdə hər gün olduğu kimi evdən çıxıb Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Fəhlə bazarı»na getmişdir. Həmin vaxt Zakir də orada olmuş, bir qədər sonra sonuncu ona yaxınlaşıb Gəncə şəhəri Cavadxan qəsəbəsində iş tapdığını və bir yerdə gedib işləməyi ona təklif etmiş, sonuncu ilə razılaşmış, onlar üç nəfər yəni, özü, Zakir və Cəmşid adlı şəxs həmin ünvana getmişdilər. Həmin işi Zakir tapdığı üçün ev sahibi ilə də pul söhbətini Zakir özü danışmışdır. Təxminən 4 gün işlədikdən sonra Zakir əmək haqqı kimi aldığı 320 manat puldan ona verməli olduğu 90 manat yox, cəmi 30 manat pul vermişdir. Həmin vaxt Zakirə öz narazılığını bildirmiş, aralarında sözlə mübahisə olmuşdur. Aralarında baş vermiş söz-söhbətin böyüməməsi üçün sağollaşaraq «Fəhlə bazarı»na geri qayıtmışdır. Həmin vaxt ac olduğu üçün yaxınlıqdakı həmişə yemək yedikləri Çingizin işlətdiyi kafeyə daxil olmuş, yemək yeyən vaxt spirtli içki olan araq içmişdir. Təxminən 2 saat sonra kafedə olan vaxt Zakir də həmin kafeyə gəlmiş, onu orada görən kimi niyə işləməyib, qaçıb getdiyini soruşaraq onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. Zakirə cavab qaytardığı üçün sonuncu ona yaxınlaşıb əli ilə sifət və baş nahiyəsinə bir neçə dəfə zərbələr vurub onu döyməyə başlamışdır. Zakirin hərəkətlərini görüb əsəbləşərək masanın üzərindəki araq şüşəsini götürüb bir dəfə sonuncunun başına vurmuş bu zaman Zakir onu yerə yıxaraq əli və ayağı ilə onu vurub döyməyə başlamış, orada olan Cümşüdgil Zakiri tutub aralamışlar. Sonra o kafedən cıçıb getmişdir. O, yolda olarkən bir az düşünmüş və Zakir insanların arasında onu alçaltdığı, eləcə də 4 ilə yaxındır, onu incitdiyi, hər hansı bir əsaslı səbəb olmadan hər dəfə söhbət edəndə onun ünvanına nalayiq söyüşlər söydüyü, hətta bəzi vaxtlar ona əl-qol da atdığı üçün evdən bıçaq götürüb hadisə yerinə qayıdıb, ona təkrar ilisməməsi, cəmiyyətin içində onu təhqir etməməsi üçün bıçaqla onu vurub qoruxutmaqla cəzalandırmaq istəmişdir. Bu səbəbdən də özü yaşadığı ünvan 4 ünvana getmiş, mənzilin qapısı açıq olduğu üçün açıb içəriyə daxil olmuş, mətbəxə keçib stolun üstündəki soğan doğranmış qabın içərisində olan mətbəx bıçağını götürmüş və evdən çıxıb birbaşa təxminən saat 19 radələrində “Billur” şadlıq sarayının yaxınlığında yerləşən «Fəhlə bazarı» kimi adlanan yerə qayıtmışdır. Onun evə gedib qayıtmağı təxminən 40-50 dəqiqə çəkmişdir. Zakirin bir az öncə mübahisə etdikləri kafenin qarşısında dayandığını görmüşdür. Həmin vaxt karantin vaxtı olduğundan ətrafda adamlar olmamışdır. O, üzərindəki bıçağı əlinə götürüb Zakirin üstünə gedərkən Zakir də yerdən su borusu götürüb onu döymək üçün arxasınca qaçmışdır. O, yolun əks tərəfinə keçmiş, Zakir də arxasınca oraya qaçmış və sonuncu ilə üzbəüz qalmışdır. Həmin yerdə Zərərçəkmiş şəxsla əlbayaxa olan vaxt əlindəki evdən götürdüyü mətbəx bıçağı ilə bir dəfə Zakirin döş nahiyəsindən vurmuş və qan axdığını görüb kənara çəkilmiş, qorxduğu üçün hadisə yerindən qaçıb getmişdir. Zərərçəkmiş şəxs ikinci dəfə bıçaq xəsarəti yetirmək imkanı olsa da sonuncunu yalnız bir dəfə bıçaqla vurmuşdur. Hadisədən sonra Zakirlə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, müxtəlif yerlərdə fərdi olaraq ustalıq edərək ailəsini dolandırır. Onun yanında fəhlə işləyən Təqsirləndirilən şəxs tanıyır, münasibətləri həmişə yaxşı olmuş, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 20 may 2020-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində ev tikintisi işi olduğu üçün Orxana yaxınlaşıb onun yanında fəhlə işləməsini təklif etmiş, sonuncu da razılaşıb onunla işləyəcəyini demişdir. Həmin vaxt onlar Cəmşid adlı fəhləni də özləri ilə işə aparmışlar. Onları üçü də 4 gün həmin işi gördükdən sonra ev tiktintisi ilə əlaqədar özü, ev sahibindən pul almış və Orxana 30 manat pul vermişdir. Orxan ona görüləcək işin pulunun hamısını verməsini demişdir. O, da Orxana iş tam görülməsə iş sahibindən pul ala bilmədiyni demişdir Orxan da bu səbəbdən narazılıq edib onunla işləməyəcəyini deyib 24 may 2020-ci il tarixdə, saat 12 radələrində işlədikləri yerdən çıxıb getmişdir. Həmin gün təxminən saat 19 radələrində özü, Cəmşid və Şahvələd adlı usta ilə birlikdə həmin iş yerindən günlük işlərini yekunlaşdırıb daim dayandıqları yer olan «Billur» şadlıq sarayının yanına getmişdilər. Onlar çay içmək məqsədilə oradakı Çingizin işlətdiyi kafeyə daxil olanda Orxanın oturub yemək yeyib sipirtli içki olan araq içdiyini görmüşdür. Onlar kafeyə girəndə Orxan “nə işləmişik hallalıq verin, amma sənlə sabah söhbət edəcəyəm” deyə ona müraciət edəndə özü də cavabında «səni heç kim işdən qovmayıbdır, sən özün işləməyib gedibsən» sözlərini demişdir. Buna görə aralarında sözlə mübahisə olmuşdur. O oturduğu stuldan durub əsəbləşərək Orxanın yanına getmiş və mübahisə zamanı əli ilə Orxanı itələmişdir. Həmin vaxt Orxan qəfləti olaraq stolunda olan araq şüşəsini götürüb onun başını vurmuşdur. O, da Orxanın hərəkətlərindən əsəbləşib sonuncunu yerə yıxaraq yumruq və təpiklə döyməyə başlamış, orada olan Cəmşid, Şahvələd onları aralamışlar və Orxan kafedən çıxıb getmişdir. Təxminən 40-50 dəqiqə keçdikdən sonra özü, Cəmşid adlı tanışı ilə birlikdə kafenin yaxınlığında dayanıb siqaret çəkən vaxt Orxan yenidən həmin yerə qayıtmış, ona çatana yaxın onun üzərinə bir ədəd qara tutacaqlı mətbəx bıçağı çıxartmış və onu bıçaqla vurmasını başa düşüb buna imkan verməmək üçün yerdə olan rezin su borusunu götürüb Orxanın üzərinə getmiş Orxan onu görüb qaçmış, yolu keçib Orxana çatıb əlindən vurmuşdur. Sonra Orxanın boynundan tutub bıçağı sonuncunun əlindən almaq istəyəndə bıçağı onun ön döş qəfəsindən vurmuşdur. Karantin vaxtı olduğundan ətrafda başqa adamlar olmamışdır. Həmin vaxt oraya Cəmşid və Şahvələd gəlmişdir. Bundan sonra Orxan qaçıb həmin yerdən getmiş, özü, isə yoldan keçən taksi avtomaşını ilə 3 saylı TTY xəstəxanasına getmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, həmin şəxslər onunla eyni yerdə yəni, Gəncə şəhəri “Billur” şadlıq sarayının yaxınlığında yerləşən “fəhlə bazarı” kimi tanınan yerdə fəhləlik edirlər, həmin şəxslərin hər ikisi ilə münsibəti yaxşı olmuşdur. 24 may 2020ci tarixdə, saat 18 radələrində fəhləlik etdiyi, daim dayandığı Gəncə şəhəri «Billur» şadlıq sarayının yaxınlığına qayıtmış, oradakı kafeyə girmişdir. Həmin vaxt Cəmşid və Zakir də orada olmuşlar. O, kafeyə girəndə Zakirlə Orxanın dalaşdığını Cəmşid ona bildirmişdir. Təxminən 30 dəqiqədən sonra Orxan həmin yerə gəlmiş, Orxan ora gəldikdən sonra Zakirlə yenidən mübahisələri düşmüşdür. Onlar mübahisə edə-edə yolun əks tərəfinə keçmişlər. Həmin yerdə Orxan əlində olan bıçaqla Zakiri vurmuş, onlar dərhal qaçıb aralamışlar. Orxan həmin yerdən çıxıb getmiş, Zakiri yoldan keçən taksi avtomaşını ilə xəstəxanaya yola salmışlar. Zakir özü yeriyib sərbəst şəkildə avtomobilə mindiyi üçün onlar elə zənn etmişlər ki, Zakir yüngül xəsarət alıbdır. Bundan sonra onlar da oradan çıxıb getmişlər. Hadisə zamanı orada özü, Cəmşid, Şahvələd və kafeni işlədən Çingiz olmuşlar. Hadisənin baş verməsinə səbəb Zakirlə, Orxanın aralarında iş vaxtı yaranmış mübahisə olmuşdur. O, hadisə zamanı Zakirin ağır xəsarət aldığını bilməmiş, sonuncu özü xəstəxanaya getdiyi üçün onlar elə güman etmişlər ki, Zakir özü polisə məlumat verəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri “Billur” şadlıq sarayının yaxınlığında yerləşən adsız kafeni işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi onun işlətdiyi kafenin giriş qapısının qarşısında yerləşən fəhlə bazarında fəhlə işləyirlər. Həmin şəxslər aradabir çay içmək üçün onun işlətdiyi kafeyə gəlirlər. 24 may 2020-ci il tarixdə, saat 18 radələrində Orxan işlətdiyi kafedə tanımadığı bir nəfər şəxslə oturub yemək yeyən vaxt Zakir və Cəmşid adlı şəxslər də kafeyə gəlib ayrı stolda əyləşmişlər və ona çay sifariş vermişlər. Zakir əyləşib çay gözləyərkən Orxanla danışmağa başlamış, nəyə görə işdən tez çıxdığını Orxandan soruşmuşdur. Belə ki fəhlə bazarı onun işlətdiyi kafenin qarşısında olduğundan onun bildiyinə görə Zakir Orxanı işə dəvət etmiş və sonuncu ilə Zakir üç gün birlikdə işə çıxmışlar. Zakir aldıqları pulu, yəni zəhmət haqqını bərabər böldüyünü, inciməsi üçün hər hansı bir bəhanəsi olmadığını Orxana bildirmişdir. Yemək yeyən vaxt Orxan 200 qram spirtli çki olan araq içsə də danışığı və hərəkətləri aydın, anlaşılan dərəcədə olmuşdur. Həmin vaxt Orxan pulla bağlı mübahisəyə səhər aydınlıq gətirməyi Zakirə təklif etsə də sonuncu pulla bağlı hər hansı anlaşılmazlığın qalmadığını, işə görə aldıqları 120 manat puldan Orxanın payına düşəni sonuncuya tam verdiyini bildirmiş və Orxan da pulunu Zakirdən tam aldığını təsdiqləsə də səhər söhbət edəcəyini Zakirə bildirmişdir. Orxanın kinayəli sözlərindən sonra Zakir əsəbiləşmiş və oturduğu stoldan qalxıb Orxanın əyləşdiyi stola yaxınlaşmış, əsəbi şəkildə «sən kimsənki mənimlə söhbət edəsən» demiş və Orxanla sözlə mübahisə etmiş və əli ilə Orxanı itələyib vurmuşdur. Mübahisə zamanı Orxan oturduğu stolun üstündə olan 0,5 litrlik araq şüşəsini götürüb bir dəfə Zakirin başına vurmuş, nəticədə sonuncunun başı qanamışdır. Zakir Orxanı qolları ilə qucaqlayıb yerə yıxdıqdan sonra əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt özü və Cəmşid araya girib Orxanı, Zakirdən aralamış, Orxan yediyi yeməyin pulunu ödəmədən kafedən çıxıb getmişdir. Hadisə zamanı özü, Təqsirləndirilən şəxs əlində və üzərində bıçaq görməmişdir. Orxanla Zakirin sözlə mübahisəsi başlandığı andan davadaldaş baş verən müddət təxminən 5-6 dəqiqə davam etmişdir. Zakirin başından qan gəldiyi üçün özü, kafenin krantında sonuncunun başını yumuşdur. Zakir başından qan axmasın deyə əynindəki qara-yaşıl rəngli qısaqol köynəyini çıxardıb başına sıxmış, sonra kafeni tərk edib getmişdir. Karantin rejimi ilə əlaqədar olaraq kafelər saat 18:00-dək işlədiyi üçün özü də, qaydalara əməl edib müştəriləri çölə çıxardıb kafeni bağlamışdır. O, kafeni bağladıqdan sonra ərzaq almaq üçün «Gəncə market»ə getmişdir. Təxminən 30 dəqiqə marketdə bazarlıq etdikdən sonra evinə getmək üçün ərzaqları avtomobilinin yük yerinə yığıb yaşadığı evə doğru avtomaşını ilə hərəkət etmişdir. Onun yolu işlətdiyi kafenin qarşısından keçdiyi üçün hərəkətini həmin istiqamətdə davam etdirmiş, kafenin qarşısına çatanda oraya adamların toplaşdıqlarını görüb avtoimobilini dayandırıb yerə düşmüş və xatırlamadığı fəhlələrdən kimsə ona Orxan kafedən çıxdıqdın gedib yaşadığı evdən bıçaq götürərək oraya qayıtmaqla, yenidən Zakirlə dalaşaraq bıçaqla sonuncunu vurub xəsarət yetirmişdir. O, bir neçə dəqiqə orada dayandıqdan sonra çıxıb öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhəri Avtozavod qəsəbəsinə gedən yolda yerləşən «Billur» şadlıq sarayının yaxınlığında “fəhlə bazarı” kimi tanınan yerdə durub fəhləlik edir. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, sonuncu da onunla eyni yerdə fəhləlik edir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu da onlarla eyni yerdə fəhləlik edir. Təqsirləndirilən şəxs onun qardaşı Zakirlə münasibəti yaxşı olmuş, heç vaxt aralarında ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, 24 may 2020-ci tarixdə, saat 18 radələrində özü də fəhləlik edib işdən yaşadığı evə getmiş, evə təzə çatan zaman fəhlə yoldaşı Cəmşid ona zəng edib qardaşı Zakiri tanışı Orxan işlədikləri yerdə bıçaqla vurduğunu bildirmişdir. O, dərhal taksi avtomaşını ilə evdən Gəncə şəhəri Avtozavod yolunda yerləşən «Billur» şadlıq sarayının yaxınlığına getmiş, həmin vaxt orada olan Cəmşid ona Zakir taksi avtomaşını ilə Gəncə şəhər 3 saylı TTY xəstəxanasına getdiyini bildirmişdir. O, hadisə baş verən yerə baxanda bir ədəd qanlı bıçaq olduğunu görüb götürmüş və daha sonra isə oradan birbaşa xəstəxanaya getmişdir. O, xəstəxanaya gedəndə həkimlər ona qardaşı Zakir bıçaqla almış olduğu ağır xəsarətlə əlaqədar cərahiyyə əməliyyatına aparıldığını bildirmişdilər. Sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, hadisə yerindən tapmış həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hadisənin baş verməsinə səbəb Zakirlə, Orxanın aralarında iş vaxtı yaranmış mübahisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, sonuncu Gəncə şəhərində “Billur” şadlıq sarayının yaxınlığında “fəhlə bazarı” kimi tanınan yerdə durub fəhləlik edib ailəsini dolandırır. 24 may 2020-ci tarixdə, saat 18 radələrində özü qızı Leyla ilə yaşadıqları evin qonaq otağında soğan dorğayan zaman oğlu Orxan evə gəlmişdir. O, Orxanın şalvarının diz hissəsində qan olduğunu görüb sonuncunun iş qəzası zamanı həmin xəsarəti almasını düşünmüşdür. Bunun üçün də Orxandan heç nə soruşmamışdır. Orxan təbiətçə çox sakit və qayğıkeş insan olduğu üçün kimləsə dava etməsini fikirləşməmişdir. Orxan evə gəldikdən sonra özü soğan dorğadığı qabı aparıb mətbəxə qoyub qayıtmış, həmin vaxt mətbəx bıçaqları da qabın içındə olmuşdur. Bir qədər sonra Orxan qonaq otağından mətbəxə keçib su içmiş, daha sonra isə evin dəhlizinə çıxmışdır. Sonra qızı Leyla onun soğan doğradığı bıçağın qabın içərisində olmadığını, həmin bıçağı Orxan götürdüyünü demişdir. O, qızı Leylaya, Orxanın dalınca qaçıb saxlamağı bildirdiyi üçün Leyla evdən qaçıb getmiş və bir qədər sonra isə yenidən evə qayıdaraq Orxanı tapa bilmədiyini demişdir. Təxminən 50 dəqiqədən sonra Orxan yenidən evə qayıtmış, kimisə bıçaqla vurduğunu bildirmişdi. O, Orxandan kimi vurduğunu soruşanda oğlu ona demişdir ki, “4 ildir ki, məni incidir”, lakin Orxan həmin şəxsin adını deməmişdir. Həmin vaxt Orxanın əlində bıçaq olmamışdır. O, sonradan bilmişdir ki, Orxan usta yoldaşı Zakiri bıçaqla vurubdur. Zakiri bıçaqla vurmasına səbəb isə Zakirin həmin gün Orxanı döyməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri S.Rəhimov küçəsində yerləşən «Billur» şadlıq sarayının yaxınlığında «fəhlə bazarı» kimi tanınan yerdir. Baxış zamanı hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmiş, bu barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. «Baxış və götürmə aparılması haqqında» 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçaq sonuncunun qardaşı Şahid3 götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş əşyanın fotoşəkilləri çəkilmişdir. «Baxış və götürmə aparılması haqqında» 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər TTY Xəstəxanasının tibb bacısı X2 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd tünd cəhrayı rəngli svitter götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş əşyaların fotoşəkilləri çəkilmişdir. «Baxış və götürmə aparılması haqqında» 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş əşyaların fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının 26.05.2020-ci il tarixli 737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ körpücük və bel nahiyyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir.Əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.05.2020-ci il tarizə uyğun gəlir və sağlamlığa zərər vurmyan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 12.06.2020-ci il tarixli 852 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər «döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası» sağ ağciyərin və diafraqmanın zədlənməsi-deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində deşilmiş kəsilmiş yaradan başqa təpə nahiyyəsinin əzilmiş yarası kimi xəsarət də aşkar edildi.Bu xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni 24.05.2020-ci il tarixə uyğun gəlir. Maddi sübutların ekspertizasının 05.06.2020-ci il tarixli 22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd mayka, bir ədəd jaket) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd köynək) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-trasoloji ekspertizasının 17.08.2020-ci il tarixli 16/546/547 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olan poluverin səthində olan 01 ədəd zədə və maykanın səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıda yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri olmuş, lakin təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olan paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarların üzərində trasoloji zədə aşkar edilməmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə dalaşdığı yeri və sonuncuya bıçaq xəsarəti yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Oxan Əliyevin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir “Şübhəli şəxsin tutulması haqqında” 25.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 26.05.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 may 2020-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 11.07.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər 11 saylı mənzil istismar sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 11.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 28.08.2020-ci il tarixli qərardan görünür ki,cinayət işi üzrə maddi sübutlar –Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd tünd cəhrayı rəngli svitter, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi soyuq silah hesab edilməyən bir ədəd mətbəx bıçağı iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmişdir. 28 avqust 2020-ci il tarixli «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» qərarla müəyyən edilir ki, birinci hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerə yıxaraq əli və ayağı ilə vurub ona sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yaranmış və bu barədə inzibati icraat açılması üçün cinayət işindən material ayrılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 221- 3-cü maddəsində nəzərdə tutulan ittihamla razılaşsa da, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəmnində baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmamışdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə birlikdə fəhləlik edərək işlədikləri işin zəhmət haqqına görə aralarında narazılıq yaranmış, ona görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə işləməkdən imtina etmiş, aralarında baş vermiş söz-söhbətin böyüməməsi üçün Təqsirləndirilən şəxs sağollaşaraq «Fəhlə bazarı»na qayıtmışdır. 24 may 2020-ci il tarixdə, saat 18 radələrində ictimai yer hesab edilən həmişə yemək yedikləri Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən “Billur” şadlıq sarayının sağ yanında olan “Fəhlə bazarı” kimi adlanan ərazidə yerləşən adsız kafedə yemək yeyən vaxt Zərərçəkmiş şəxs da həmin kafeyə gəlmiş, onu orada görən kimi niyə işləməyib, qaçıb getdiyini soruşaraq onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs cavab qaytardığı üçün Zərərçəkmiş şəxs əsəbiləşmiş və oturduğu stoldan qalxıb Təqsirləndirilən şəxs əyləşdiyi stola yaxınlaşmış, əsəbi şəkildə «sən kimsənki mənimlə söhbət edəsən» demiş və mübahisə edərək və əli ilə Təqsirləndirilən şəxs itələyib vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs nahar etdiyi stolun üzərində özü içdiyi araq şüşəsini götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbə vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti yetirməklə aralarında şəxsi münasibətlər zəminində başlanılmış dava-dalaş sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilrmiş və araq şüşəsini silah qismində istifadə edərək xuliqanlıq etmişdir. Bu zaman Zərərçəkmiş şəxs da onu yerə yıxaraq əli və ayağı ilə vurub ona sağ körpücük və bel nahiyyələrinin qançırları sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş həmin vaxt orada olan kənar şəxslər onları aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gedib evdə olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb təxminən 50 dəqiqə keçdikdən sonra, yəni həmin gün saat 19 radələrində Gəncə şəhəri S.Rəhimov küçəsinə qayıdaraq Zərərçəkmiş şəxs onu vurub sağ körpücük və bel nahiyyələrinin qançırları sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetidiyi üçün qisas almaq məqsədi ilə «Billur» şadlıq sarayının yaxınlığında olan Zərərçəkmiş şəxs yanına gəlmiş, bu vaxt Zərərçəkmiş şəxs yerdən su borusu götürüb onu vurmaq üçün üzərinə getmiş, o, qaçıb yolun əks tərəfinə keçmiş, Zərərçəkmiş şəxs da arxasınca oraya qaçmış, həmin vaxt aralarında yaranmış dava-dalaş zamanı həmin bıçaqla sonuncuya döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, sağ ağciyərin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. 28 avqust 2020-ci il tarixli «Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» qərarla müəyyən edilir ki, birinci hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yerə yıxaraq əli və ayağı ilə vurub ona sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yaranmış və bu barədə inzibati icraat açılması üçün cinayət işindən material ayrılmışdır. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə dair heç bir sübut toplamamış, əksinə toplanmış sübutlar onun hadisəni qisas məqsədi ilə törətməsini təsdiq etdiyi halda, yəni birinci hadisə zamanı Zərərçəkmiş şəxs onu yerə yıxaraq əli və ayağı ilə vurub sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməsini nəzərə almayıraq, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən əsassız və yalnış olaraq həmin Məcəllənin 126.2.4-cü tövsif edilmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun vətəndaşların sıx toplaşdığı yer olan Gəncə şəhəri, S.Rəhimov küçəsində yerləşən “Billur” şadlıq sarayının sağ yanında olan “Fəhlə bazarı” kimi adlanan ərazidə yerləşən adsız kafenin içərisində tanışı Zərərçəkmiş şəxs ilə əvvələr aralarında olan pul borcuna görə onunla uca səslə mübahisə etməsi zamanı ətrafda yaşayan və işləyən insanlara məhəl qoymayıb xuliqanlıq etməsi qeyd olunmuş, lakin istintaq orqanı həmin yerə vətəndaşların sıx toplaşmasını və ətrafda yaşayan insanların narahat olmasına dair heç bir sübut əldə etməmiş, toplanmış sübutların heç birində həmin hallar öz əksini tapmamış, əksinə cinayət işinin matenialları ilə müəyyən olunmuşdur ki, həmin vaxt Covid 19 pandemiyası ilə əlaqədər karantin rejimi olduğundan vətəndaşların sıx toplaşmasına məhdudiyyət qoyulmuşdur. Göründüyü kimi mübahisə Zərərçəkmiş şəxs tərəfindən başlamış, birlikdə fəhləlik edərək işlədikləri işin zəhmət haqqına görə aralarında narazılığa görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə işləməkdən imtina etmiş, aralarında baş vermiş sözsöhbətin böyüməməsi üçün Təqsirləndirilən şəxs sağollaşaraq ondan ayrılmışdır. 24 may 2020-ci il tarixdə, saat 18 radələrində ictimai yer hesab edilən həmişə yemək yedikləri kafedə yemək yeyən vaxt Zərərçəkmiş şəxs da həmin kafeyə gəlmiş, onu orada görən kimi niyə işləməyib, qaçıb getdiyini soruşaraq onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs cavab qaytardığı üçün Zərərçəkmiş şəxs əsəbiləşmiş və oturduğu stoldan qalxıb Təqsirləndirilən şəxs əyləşdiyi stola yaxınlaşmış, əsəbi şəkildə «sən kimsənki mənimlə söhbət edəsən» demiş və mübahisə edərək və əli ilə Təqsirləndirilən şəxs itələyib vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs stolun üzərindən araq şüşəsini götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən zərbə vuraraq sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirmiş və aralarında şəxsi münasibətlər zəminində başlanılmış dava-dalaş sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilrmiş və araq şüşəsini silah qismində istifadə edərək xuliqanlıq etmişdir. Sonra Zərərçəkmiş şəxs onu yerə yıxaraq əli və ayağı ilə vurub ona sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş həmin vaxt orada olan kənar şəxslər onları aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanına gedib evdə olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb təxminən 50 dəqiqə keçdikdən sonra, yəni həmin gün saat 19 radələrində Gəncə şəhəri S.Rəhimov küçəsinə qayıdaraq Zərərçəkmiş şəxs onu vurub sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər yetidiyi üçün qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs yanına gəlmiş, bu vaxt Zərərçəkmiş şəxs yerdən su borusu götürüb onu vurmaq üçün üzərinə getmiş, o, qaçıb yolun əks tərəfinə keçmiş, Zərərçəkmiş şəxs da arxasınca oraya qaçmış, həmin vaxt aralarında yaranmış dava-dalaş zamanı həmin bıçaqla sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn heç bir səbəb olmadan). Həmin Qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123,134-cü maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəmnində baş vermiş nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilməsi üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 11.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu Azərbaycan Respublikası CM-in müvafiq maddələrində nəzərdə tutulan əməli 24.05.2020-ci il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-in müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd tünd cəhrayı rəngli svitter, zərərçəkmiş şəxsə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, eləcə də soyuq silah hesab edilməyən bir ədəd mətbəx bıçağı isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 25 may 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli mayka və bir ədəd tünd cəhrayı rəngli svitter, zərərçəkmiş şəxsə qaytarılsın qəbul edilmədikdə məhv edilsin, eləcə də soyuq silah hesab edilməyən bir ədəd mətbəx bıçağı isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Faiq Mahmudov
2. Elmin Rüstəmov
3. Xəqani Səmədov
Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov