Məhkəmə qərarları › İş №1(100)-41/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-41/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-41/2022 14.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5, onun nümayəndələri X17, X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “LCG” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti ev 247 mənzil 36-da qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 noyabr 2020-ci il tarixdə saat 14 radələrində tanışı X18 ilə öz yaşadığı Gəncə şəhəri, Atatürk prospekti, 247 saylı binanın yaxınlığında görüşərkən söhbət əsnasında Ayxan Məmmədovun psixotrop dərman preparatları satdığını bildirməsindən sonra məsələnin mahiyyətini aydınlaşdırmadan zərərçəkmiş şəxsi emosional ifadələrlə tənqid etməklə yaratdığı mübahisənin gedişində Ayxan Məmmədovun aqressiv vəziyyətdə dediyi sözləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirmiş, ona görə də, aralarındakı mübahisənin elə həmin gün başa çatmasına baxmayaraq, Ayxan Məmmədovun mübahisə zamanı ona qarşı nümayiş etdirdiyi davranış və ifadələri öz şəxsiyyətinə sığışdırmayıb onu qəsdən öldürmək qərarına gələrək, ertəsi gün, yəni 08 noyabr 2020-ci il tarixdə saat 14 radələrində tanışları Şahid1 və Şahid2 ilə görüşüb atasının məzarını ziyarət etmək üçün onlarla birlikdə sonuncunun idarə etdiyi “Toyota X-A” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “İmamzadə kompleksi”nə getməyi təklif etmiş, bununla da, cinayətkar planının icrasını həyata keçirməkdən ötrü şəhər mərkəzindən uzaqlaşmasını pərdələyərək, əsl məqsədini tanışlarına bildirmədən “İmamzadə kompleksi”nə gedərkən Ayxan Məmmədovu da yaşadığı ünvan 1 ünvanından çağırıb avtomobilə mindirmiş, yolboyu zərərçəkmiş şəxslə aralarındakı başa çatmış mübahisəni öz təşəbbüsü ilə təzələyərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə sonuncuya qeyri-etik xitablarla müraciət edib sifət nahiyəsinə sillə zərbəsi vuraraq kobud davranışları ilə münaqişəni daha da gərginləşdirib Şahid1 və Şahid2 mübahisəyə son qoymaq səylərinə əhəmiyyət vermədən ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə Samux rayonu, Tatlı kəndi istiqamətində olan avtomobil yolunun kənarında, keçmiş ət kombinatının yaxınlığında təkidlə nəqliyyat vasitəsini saxladıb avtomobildən düşüb zərərçəkmiş şəxsi yenidən öz təşəbbüsü ilə münaqişəyə çəkərək, öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyub bir gün əvvəl baş vermiş mübahisə ilə bağlı cüzi səbəbi cinayət törətmək üçün bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Ayxan Məmmədovu qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını əynindəki şalvarın cibindən çıxarıb həmin bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk edib bunları arzulayaraq qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə qarın nahiyəsinə qaraciyərin zədələnməsi ilə nəticələnən və ölümünə səbəb olan, kəskin daxili qan itirmə ilə müşayiət olunan, daxilə nüfuz edən, həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən 1 ədəd, bundan başqa, həyati olmaqla yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, cəmi 8 ədəd olmaqla hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aid edilən sol yanaq nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol bazu oynağı nahiyəsində 1 ədəd, boyun nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd dəlib-keçən, döş qəfəsinin ön səthində 1 ədəd və sol bud nahiyəsində 1 ədəd, ümumilikdə isə 9 ədəd deşilmişkəsilmiş yara xəsarətləri yetirərək, X11 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Ayxan Məmmədovu qonşu kimi tanımış, münasibətləri normal olmuş, hətta bir dəfə mərhumun avtomobilini təmir etdirmiş və bundan əlavə ad gününü qeyd etmək üçün 50 manat məbləğində pul vermişdir. Hadisədən təxminən 1-2 gün əvvəl o, yaşadığı evin ətrafında küçədə Ayxanla rastlaşmış, söhbət zamanı Ayxan ona xəstələr üçün dərman, yəni narkotik vasitələr satdığını bildirmiş, o isə Ayxanın bu sözlərinə etiraz edərək, insanların zəhərlənməsi ilə nəticələnən işlərlə məşğul olmamasını demiş, Ayxan isə etdiyi hərəkətləri davam etdirəcəyini və bu hərəkətlərə heç kəsin qarışa bilməyəcəyini bildirmişdir. Bunu eşidəndən sonra o, Ayxanı yanından qovaraq bir daha salamlaşmamağını bildirərək, “Birdə eşitsəm ki, bu işlərlə məşğul olsan məndən incimə” –demişdir. Bu zaman Ayxan onunla sağollaşıb getmək istədikdə o, sonuncunun sağolunu qəbul etməyərək öz evinə doğru hərəkət etmiş, Ayxan isə oradan uzaqlaşmışdır. Təxminən bir neçə dəqiqə sonra Ayxan onun istifadəsində olan telefona zəng etmiş, lakin o, həmin zəngə cavab verməmişdir. Daha sonra Ayxan yenidən zəng etdiyinə üçün o, nömrəsinin aylıq abunədə olduğuna görə, sonuncunun konturu getməsin deyə geri zəng etmişdir. Bu zaman Ayxan ona telefonda 20 dəqiqəyə bir daha zəng edib yer təyin edərək görüşməyi və heç kəsin ona “zapret”, yəni narkotik satmağına qadağa qoya bilməyəcəyini bildirmiş, o isə Ayxana 20 dəqiqəni nə üçün gözlədiyini, indi görüşməyi demişdir. Ayxan cavabında bir daha 20 dəqiqəyə yer barəsində yenidən yığaraq xəbər edəcəyini söyləmiş, o da sonuncuya “20 dəqiqəni niyə gözləyirsən, gəl bayaq görüşdüyümüz yerdə gözləyirəm”- demişdir. Bu vaxt Ayxan telefonun dəstəyini üzünə qapatdıqdan sonra, o, yenidən yığmağa çalışmış, lakin Ayxan ilkin olaraq zənglərə cavab verməsə də, daha sonra telefonu götürmüş və ona Samux yolunda görüşməyi təklif etmiş, o da sonuncuya 20 dəqiqəni gözləmək lazım olmadığını, saat 21-dən sonra komendat saatının başlayacağını bildirmiş, Ayxan isə yenidən onunla 20 dəqiqədən sonra görüşəcəyini deyərək, onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra o, Ayxanı tapmaq üçün yaxınlığında adətən taksi fəaliyyəti ilə məşğul olan Orxanın avtomobilinə minərək Ayxanın evinə doğru getmişdir. Ayxanın evinin yanında olan zaman o, sonuncunun avtomobilini orada görmüşdür. Bu zaman Orxan idarə etdiyi avtomobilini bir az aşağı, yəni stomatologiya ofisinin qarşısında saxlamış və o, avtomobildən düşərək Ayxangilin evinə doğru getmişdir. Bu vaxt Ayxan çiynində silahla darvazanın qabağında dayanmış, o isə sonuncuya avtomobili ilə söhbət etmək üçün getməyi təklif etmiş, lakin cavabında Ayxan “Getmirəm”- deyərək öz avtomobilinin qabaq istiqamətinə keçib, əlində olan silahdan bir dəfə onun başının üzərindən atəş açmış, bundan sonra ikinci patronu silahın xəzinəsinə qoymaq istəyərkən, sursat Ayxanın əlindən yerdə olan su gölməçəsinə düşmüşdür. Həmin vaxt atəş nəticəsində olan səsə ətrafda Ayxangilin evin sağ tərəfindən bir nəfər tanımadığı, orta yaşlı və boz rəngli saçlı qadın çıxmış, o isə həmin qadına narahat olmamasını, “vzrıv paket”, yəni petarda atıldığını bildirərək, Orxanın avtomobilinə əyləşib evinə doğru getmişdir. Bundan əlavə atəş açılarkən, Orxan hadisənin şahidi olmuşdur. Daha sonra o, ara küçələrlə evə doğru getdikdə, Ayxanın öz avtomobili ilə onları təqib etdiyini görmüş, bu zaman Ayxan avtomobilin işıqları ilə onlara maşını saxlamaları üçün işarə etmişdir. Orxan avtomobili saxladıqdan sonra, o, düşərək Ayxanı çağırmış, lakin Ayxan avtomobilindən düşməmişdir. Bu zaman Ayxan onu yenidən silahı ilə tuşlamış və o, yaxınlaşmadan sonuncu ilə sonra görüşəcəyini bildirərək Orxanın avtomobilinə minib, çıxıb getmişdir. Ertəsi gün, yəni 8 noyabr 2020-ci il tarixində o, Şuşanın işğaldan azad edilməsi gününü qeyd etmiş və bu zaman onunla birlikdə Fuad olmuşdur. Daha sonra o, Eminin avtomobili ilə İmamzadə kompleksinə ziyarətə getmək üçün sonuncunun da onlara qoşulmasını xahiş etmişdir. Həmin gün şəhər ərazisində qələbə münasibəti ilə tıxac olduğundan, tıxaca düşməmək məqsədi ilə ara küçələrlə Ayxangilin evinin qarşısından keçməyə qərara gəldikdən sonra onların evinin qarşısından keçərkən, o, Ayxanın, darvazalarının qabağında telefonla danışdığını görmüş, bu vaxt Ayxan onlara əl edərək, maşını saxlamalarını bildirmişdir. Bundan sonra o, Eminə maşını saxlamasını bildirmiş, Emin maşını saxladıqdan sonra Ayxan maşına yaxınlaşaraq onunla görüşmüş və fırlanıb maşına əyləşmişdir. Ayxanla o, avtomobilin arxa oturacağında əyləşmişlər. Yolda gedən zaman o, dünən olan söhbəti Ayxana deyərək, etdiyi hərəkətləri yadına salıb, düzgün yola gəlməsini bildirmiş, Ayxan isə cavabında ona yaxşı etdiyini demişdir. Yolda olarkən Ayxan öz həyatından gileyənməyə başlayaraq əmisini, atasını təhqir etmiş, o isə Ayxandan ata və əmisini təhqir etməməyini xahiş etdikdə sonuncu İmam Hüseyndən icazə aldığını və bu səbəblə təhqir etdiyini demişdir. Bundan sonra o, Ayxana atasına görə hörmət qoyduğunu bildirdikdə, sonuncu atasına görə ona hörmət qoymamağı istəmiş, ardınca o, Ayxandan dünən istifadə etdiyi nalayiq ifadələrin və güllə atmasının yadında olub-olmaması barədə maraqlanmış, Ayxan isə cavabında yadında olduğunu söyləmişdir. Ardınca o, Ayxandan bəlkə hallı, yəni narkotik sərxoşluğu vəziyyətində olub-olmamasını soruşmuş, sonuncu isə cavabında hazırda ki, trezviyəm demişdir. O, avtomobildə olarkən Ayxandan hansı səbəbdən güllə atdığını soruşduqda, mərhum onu öldürmək üçün belə etdiyini demişdir. Bundan sonra o, Ayxana dünən telefon danışığı zamanı istifadə etdiyi sözlərinə görə cavab verməli olduğunu bildirərək, İmamzadənin yanında düşmək istədikdə, Ayxan Emindən iki-üç dəfə düz sürməyi qışqıraraq tələb etmiş, biraz artıq irəli hərəkət etdikdən sonra isə avtomobili saxlatdırmaq istəmiş və bu zaman o da Eminə avtomobili saxlamasını bildirmişdir. Emin avtomobili saxladıqdan sonra Ayxanla o, düşərək yolun kənarında olan arxa tərəfə çəkilərək, Ayxandan yenidən bəlkə səhv etdiyini və avtomobildə kənar şəxslərin yanında nəyisə deyə bilməyəcəyini söyləmiş, Ayxan isə cavabında “Yaxşı etmişəm, səni güllələyəcəm”- dedikdə, o, özündə olmayaraq Ayxana yumruq vurmuş və sonuncu arxa tərəfə yıxılmışdır. Arxda olarkən o, Ayxanın əlində bıçaq görmüş, belə ki, sonuncu bıçağı ilə ona qarşı irəliləyərək zərbə endirmək istəmiş və o, həmin bıçağı Ayxanın əlindən almaq istədikdə bıçaq əlini kəsmişdir. Bu zaman o, Ayxanın əlindən bıçağı alaraq, həmin bıçaqla sonuncuya zərbələr endirmiş, lakin orada Ayxana qarşı neçə dəfə bıçaq zərbəsi vurduğunu xatırlamır. Su arxında olarkən Fuad onun əlindən bıçağı alıb bayıra atmış, ancaq Fuadın bıçağı hansı şəraitdə əlindən aldığını da hazırda xatırlamır. Fuad bıçağı əlindən aldıqdan sonra o su arxından bayıra çıxaraq Emini səsləyib avtomobil ilə onu aparmasını tələb etmiş, sonuncu isə onun əlinin, paltarının qan içərisində olmasını görərək qorxduğundan dediklərini etmişdir. Həmin zaman Ayxan da arxdan çıxaraq yol boyu irəliləmiş, Fuad isə onun arxası ilə sonuncuya köməklik etmək üçün getmişdir. Eminlə birlikdə həmin yerdən uzaqlaşdıqdan sonra o, Dəliməmmədli tərəfdə düşərək, xatırlamadığı istiqamətdə getmişdir. Həmin gün o, kənd tərəfdə tanımadığı mağazadan su alaraq paltarını təmizləyib şəhərə gəlmiş və şəhərdə gəzən söz-söhbətlərdən Ayxanın öldüyünü anlamışdır. Bir müddət o, Gəncə şəhərində müxtəlif yerlərində olmuş, sonra isə əməlindən peşman olaraq, 11 noyabr 2020-ci il tarixdə özünü könüllü qaydada istintaqa təqdim etmişdir. Onun Ayxanı öldürmək niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ayxan Məmmədov onun doğma oğludur. Ayxan ölkədə Vətən Müharibəsi başlanan anda hərbi xibmətə getmək üçün hərbi komissarlığa müraciət etmiş, lakin hərbi xidmətə yola salınmamışdır. Oğlu imam nigahı ilə ailəli olmuş, həmin nikahdan övladı dünyaya gəlməmişdir. Həmin vaxt ölkə əzarizində mövcud olan karantinə görə toy olmadığı üçün rəsmi kəbin kəsdirməmişlər. Ayxanın sağlığında kənardan-kənara Elçinlə tanış kimi münasibət saxlamış, lakin sonuncu onların evinə gəlib-getməmiş, sadəcə olaraq bir dəfə Ayxanla onların Bakıdakı evində qonaq olmuşdur. Elçin narkoman olduğu üçün o, Ayxana dəfələrlə ona yaxın getməməsini bildirmişdir. 08 noyabr 2020-ci il tarixdə o, Bakı şəhərində olarkən saat 14-25 dəqiqədə oğlu Ayxana zəng etmiş, onunla danışmış və sonuncu evdə yatdığı üçün telefonu gəlinə verməsini demişdir. Ayxan telefonu gəlini Solmaza verdikdə, o, sonuncu ilə hal-əhval tutmuş və sonuncu hər şeyin normal olduğunu bildirmişdir. Bundan sonra Ayxan yerindən qalxanda Solmaz onun telefonuna çoxlu zənglər gəldiyini bildirmiş, hətta buna görə Ayxan Solmaza onu yuxudan oyatmadığına görə irad tutmuşdur. Bundan sonra Ayxana yenidən zəng gəlmiş və sonuncu zəng edənə “Yaxşı-yaxşı” deyib çöməlib küçədə qapının ağzında danışmışdır. Ayxan ev paltarında olmaqla qapının qarşısında telefonla danışarkən Solmaza “Yeməyimi hazırla gəlirəm”demiş və telefonla ev paltarında qapının ağzında danışdıqdan sonra evə girməyib ani vəziyyətdə ortadan yox olmuşdur. Lakin Solmaz onun haraya və kimlə getməsini görməmişdir. Aradan bir qədər keçdikdən sonra saat təxminən 16 radələrində qaynı Mehman ona zəng edib Ayxanın dalaşdığını bildirdikdə, o, istifadəsində olan nömrəsindən Ayxanın istifadəsində olan nömrəsinə zəng etmiş, lakin oğluna zəng getməsinə baxmayaraq Ayxan cavab verməmişdir. Bundan sonra evdən ona Ayxanın bıçaqlandığını və xəstəxanada olduğunu demişlər. Ancaq ölümü barədə heç nə bildirməmişlər. Artıq Bakıdan gəldikdən sonra o, Ayxanın ölməsini öyrənmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, Elçinin və onun yanında olan Eminlə Fuadın məqsədləri, oğlu Ayxanı qəsdən öldürmək olmuşdur. Ona görə də həmin şəxslər oğlunu ev paltarında şəhərdən kənara apararaq orada bıçaqlayıb öldürüb, sonra da hadisə yerində köməksiz vəziyyətdə qoyaraq qaçmışlar. Hətta onda olan məlumata görə Eminlə Fuad onun oğlunun qollarını tutmuşlar, Elçin isə bıçaqlayıb öldürmüşdür. Həmçinin o, qeyd etmişdir ki, eşitdiklərinə görə hadisə yerində iki bıçaqdan istifadə edilmişdir. Bunu o, mərhum oğlunun bədənində olan yaralara əsasən güman etmişdir. Belə ki, Ayxanın bədənində olan yaraların böyükkiçikliyində fərqlər olmuşdur. Beləliklə, o, oğlunun ölümündə cinayətkarın tək Elçin olmadığını, sonuncunun yanında olan 2 nəfərin Elçinə kömək etdiyini, sonra da Ayxanı köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri mərkəzi univermağın yaxınlığında yerləşən binanın altında telefon təmiri ilə məşğul olur. 08.11.2020-ci il tarixdə saat təxminən 13 radələrində əvvəldən tanıdığı, uzaq qohumu Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək “Sənin iş yerinin qabağındayam, haralardasan gəl iş yeri tərəfə ”-demiş, o da Elçinə şəhərdə olduğunu və birazdan yaxınlaşacağını söyləmişdir. Təxminən 20-25 dəqiqə sonra o, iş yerinə gələrək Elçinlə orada görüşmüş, həmin vaxt Elçinin yanında əvvələr tanıdığı Fuad da olmuş, belə ki, həmin şəxslər birlikdə onun iş yerinin yanına gəlmişlər. Onlar öpüşüb görüşmüşlər, bir-birilərini zəfər münasibətilə təbrik etmişlər, hətda Elçinin anası da onların yanına gələrək onları təbrik etmişdir. Elçinin onun yanına gəlməkdə məqsədi, onları İmamzadəyə, Elçinin atasının qəbrini ziyarət etməyə aparmasını xahiş etmək olmuşdur. Bu zaman o, avtomobilinin xarab olduğunu və bu səbəbdən də gedə bilməyəcəklərini demiş, Elçin isə ona “Nə vaxt deyirəm maşınım xarabdı deyirsən”- demiş, cavabında da o, and içərək maşınının həqiqətən xarab olduğunu, Elçin də “Yavaş-yavaş sürərsən gedərik heçnə olmaz”- dedikdən sonra o, Fuad və Elçin, istifadəsində olan Toyata markalı **-CC-*** dövlət qeydiyyat nişanlı maşına minərək univermaq istiqamətində getmişlər. Lakin mərkəzdə tıxac olduğu üçün o, ara yolla, yəni Ayxangilin yaşadığı küçədən keçib getmək qərarına gəlmiş və Ayxan Məmmədovun yaşadığı evin qarşısından keçərkən, təsadüfən Ayxanın qapının önündə dayanaraq, telefonla oynadığını görmüşlər. Onları görən zaman Ayxan əl edərək maşını saxlamalarını bildirmiş, Elçin də “Maşını saxla görək nə istəyir” deyə bildirmişdir. O, maşını saxladıqda, Ayxan onlara yaxınlaşmış, maşının qapısını açmış və hara getmələrini soruşmuşdur. Onlar da Ayxana İmamzadəyə getdiklərini bildirmiş və bu vaxt Ayxanda onlarla getmək istədiyini demiş və maşında onun arxasında oturmuşdur. Bu zaman Elçin arxa oturacaqda sağ tərəfdə, Fuad isə qabaq oturacaqda onun yanında əyləşmişdir. Beləliklə, Ayxan maşına oturduqdan sonra, arxada oturan Elçinlə öpüşüb-görüşmüş, bundan sonra Samux rayonuna doğru hərəkət etməyə başlamışdır. Onlar maşında getdikləri zaman müharibədən, ordunun müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Həmin vaxt Ayxan hallı vəziyyətdə olmuş, belə ki, gözünün içi qırmızı olmuş, onlara axşam patı çəkdiyini və hazırda “suşnyak” olduğunu bildirmişdir. Hətda o, maşından düşərək mağazadan Ayxana su almışdır. Bundan sonra Elçin Ayxana “niyə mənə telefonda soyünc söyürsən, ana bacı söyüncü edirsən, niyə onun bunun maşının üstünə maşın sürürsən, niyə dərman satırsan?”- deyə soruşmuş, Ayxan isə “Yaxşı eləmişəm, sən mənə ağıl qoyma, mən mujik həyatı yaşayıram, mən nə etdiyimi bilirəm”- deyə cavab vermişdir. Bundan sobnra Elçin Ayxana “Niyə mən sənin qapına gələrkən mənim üstümə silah çıxartdın, mənə doğru atəş açdın, mən sənə nə eləmişdim?”-demiş, Ayxan isə “Yaxşı eləmişəm”- deyə cavab vermişdir. Həmin vaxt İmamzadənin arkasına çatan vaxt olmuş, o, silah söhbətini eşidəndə təşvişə düşmüşdür. Ayxanla Elçinin arasında sözlə münahisə olmuş, lakin o, İmamzadəyə çatdıqları üçün ziyarətdə sakitləşəcəklərini düşünmüşdür. O, İmamzadəyə girmək istəyəndə bu zaman arxada oturan Ayxan əllərini oturacağa vuraraq irəli sürməsini, rəhmətlik Yusif dayının da, Ayxanın atasının da qəbrinin orda olmasını bildirmişdir. Bu səbəbdən də o, maşını bir qədər qabağa, Tatlı kəndinə tərəfə sürmüş, heç 1-km getməmiş Elçin sağ əli ilə Ayxanın sifət nahiyəsinə yüngül zərbə ilə vurub “Mənə qarşı ağıllı ol, mən sənin atanla dostluq eləmişəm, ona görə sənə hörmət edirəm”demişdir. Bu zaman yanında oturan Fuad da onlara “ayıbdır bir-birinizi təhqir etməyin”deyib onları intizama dəvət etməyə çalışmış, bu zaman Elçin də Ayxanın başını tumarlamış, Ayxanı sakitləşdirməyə çalışmış və Elçin Ayxana “sən hallısan, sənin başın gedib deyəsən” demişdir. Bu vaxt Ayxan onun oturacağına vuraraq maşını saxlamasını istəmiş, o da maşını tormuzlayaraq kənara çəkib saxlamışdır. O, maşını saxladıqdan sonra ilk olaraq Ayxan maşından düşmüş, arxasınca Elçin və Fuad düşmüş, daha sonra isə o düşmüşdür. Ayxan düşən zaman onun paltarını, yəni onun qolsuz kurtkasını maşından götürüb geyinmişdir.Yolun kənarında söhbət edən zaman Ayxan Elçinə “sən mənə ağıl qoyma, mənə ağıl qoyanın varını yoxunu belə belə edərəm, anasını bacısını belə belə edərəm” demiş və əllə qolla hərəkət etmişdir. Elçin Ayxanın var yox, ana bacı söyüncündən sonra Ayxana “bayaqdan sənə hörmət qoyuram, həddini aşma” deyə bildirərək, Ayxanı sinəsindən vurmuş və sonuncu, arxası üstə arxasında yerləşən, içərisindən su axmayan kanalın içərisinə yıxılmışdır. Bundan sonra Elçin Ayxana “ yekə oğlansan, bayaqdan sənə hörmət qoyuram, var yox söyüncü ilə danışma mənimlə” demiş, Fuad arxa düşərək Ayxanı qaldıran zaman Ayxan yenidən Elçinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra Elçinin də oraya düşüb mərhumun üzərinə hücüm edən zaman Fuad onları aralamaq istəyəndə Elçin Fuadı itələmiş və Fuad yıxılmışdır. Bundan sonra Elçinlə Ayxan yerdə süpürləşməyə başlamışlar. O, Elçinin Ayxana bir neçə dəfə bıçaqla zərbələr endirdiyi yerdən isə qan axdığını görmüşdür. Bu zaman Fuad Elçini durdurmaq üçün sağ qolundan tutub çəkmiş, Fuad Elçinin əlindəki bıçağı alıb kənara tullamış və onları araladıqdan sonra Elçin su kanalın içərisindən kənara çıxıb, onu səsləyərək maşına tərəf getmiş, Ayxan isə özu su kanalının içərisindən çıxaraq, yenə söyüşlərinə davam edərək, avtomaşın yolu ilə İmamzadəyə tərəf getməyə başlamışdır. Bu zaman Fuad və o, Ayxanın arxasınca gedərək, onu xəstəxanaya aparmaq və ya yerində tibbi yardım çağırmaq istəmişlər. Lakin o, Ayxanın söyüşlərinə davam etdiyini və Elçinin də çox əsəbi olduğu görüb, hadisə daha da pisləşməməsi üçün Elçini ordan uzaqlaşdırmaq qərarına gəlmişdir. Bundan sonra Elçin ona əsəbi halda “gəl məni apar düşür”- deyə bildirmişdir. O, Fuada Ayxanı tək qoymamasını deyib, Elçinin tapşırığına əsasən Dəliməmmədli şəhərinə tərəf sürmüşdür. Elçin yenə maşında arxa oturacaqda sağda əyləşmiş, yolda maşında gedərkən yenə çox əsəbi olmuşdur. Beləliklə, Dəliməmmədliyə çatanda Elçin körpünün yanında maşından düşüb gözdən itmiş, o isə Ayxana kömək edib dava-dərman almaq üçün geriyə qayıtmışdır. O, Elçini Dəliməmmədlidə maşından düşürdükdən sonra Fuada zəng etmiş və onların harada olduğunu soruşduqda, Fuad Ayxanın keçindiyi üçün, təcili tibbi yardım tərəfindən aparıldığını bildirmişdir. Fuaddan harada olduğunu soruşduqda isə, sonuncu Gəncə şəhəri, Dəyirman dairəsində «Bolmart» marketin yanında olduğunu demişdir. Daha sonra o, birbaşa ora gəlib Fuada, polisə bu barədə məlumat verməyin zəruri olduğunu bildirdikdən sonra onlar birlikdə Samux rayon polis şöbəsinə gedən zaman yolda Samux polisindən ona zəng gəlmiş, hadisə barədə deyərək onun maşının da orda olmasını bildirmişlər, o isə polisin qarşısına çatdığını bildirmişdir. Polisə çatanda isə bütün əməliyyatçıların Ayxanın ölümü ilə bağlı hadisə yerinə getdiklərinin şahidi olmuşlar. Onlar polis şöbəsinin qabağında olarkən, Samux rayon Polis şöbəsinin rəis müavini Fikrət ona zəng edərək, polis şöbəsinə dəvət etmiş, o isə Fuadla birlikdə polis şöbəsinin qarşısında olduğunu bildirmişdir. Beləliklə, aradan bir az keçdikdən sonra polis işçiləri hamısı şöbəyə gələrək, onları içəri aparmışlar. Orada şifahi söhbət edən zaman o, hadisəni olduğu kimi bildirmiş, eləcə də Fuad bu barədə polis işçilərinə məlumat vermişdir. Şahid2 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki,”........ Həmçinin, maşını yerindən tərpətməmişdən əvvəl, Elçin ondan Ayxanı görüb-görmədiyini soruşmuş, o da cavabında görmədiyini demişdir. Avtomaşını yerindən bir az tərpətdikdən sonra Elçin ona sürüb Ayxanı götürməyi bildirmiş, o isə razılaşaraq bir qədər irəlidən Univermağın yanındakı ara küçəyə dönüb maşını Ayxangilin evinə tərəf sürmüşdür. Bu zaman Ayxan qapının önündə durmuş və Elçin sonuncunu görən kimi “Maşını saxla Ayxanı da götürək”- deyə bildirmişdir. O, maşını saxladıqda, Elçin Ayxanı maşına çağırmış, sonuncu isə heç nə demədən gəlib maşında onun arxasında oturmuşdur............... Hələ Gəncə şəhərinin içərisində olarakən, Elçin Ayxandan “Niyə mən sənin qapına gələrkən mənim üstümə silah çıxartdın, mənə doğru atəş açdın, mən sənə nə eləmişdim?”- deyə soruşmuş, Ayxan isə “Yaxşı eləmişəm”- deyə cavab vermişdir. O, Elçinlə Ayxanın arasında olan söhbətdən, sonuncunun Elçinə nə vaxt silah çıxardığını anlamamış, həmçinin Elçin Ayxana “Sən pox yeyib mənim üstümə silah çıxarmısan və bu hərəkətinlə qəhbəlik eləmisən”-demiş, Ayxan isə “Yaxşı eləmişəm”- deyə cavab vermişdir. Ayxanla Elçinin arasında mübahisə olarkən, onlar Gəncə şəhəri dəmiryol vağzalının yaxınlığındakı Nizami Soxvozunun yanında olmuşlar, lakin hələ şəhəri çıxmamışlar. O, Ayxanla Elçinin mübahisə etdiklərini görüb maşını saxlamış və geriyə döndərərək, onlarla getmək istəmədiyini bildirmiş, lakin bu zaman arxada oturan Ayxanla Elçin “Maşını geriyə döndər İmamzadəyə tərəf sür, niyə geriyə qaydırsan”- deyərək, əllərini oturacağa vurub qışqırandan sonra o, maşını geriyə döndərib İmamzadəyə tərəf sürmüşdür. İmamzadəyə çatmağa az qalmış Elçinlə Ayxanın arasında olan mübahisə hələ də davam etmiş, belə ki, Elçin Ayxana “qəhbə” deyə müraciət edib təhqir etmiş, Ayxan da cavabında ona qəhbə deyənin özünün qəhbə olduğunu bildirmiş, bu şəkildə də onlar bir-birini təhqir etmişlər. Həmin vaxt onlar artıq İmamzadənin yanına çatmışlar. Bu zaman o, maşını saxlamaq istəmiş ki, onlar düşüb atalarının qəbrlərini ziyarətə etsinlər, lakin Elçin “Sonra ziyarət edərik, maşını sür qabağa gedək”, Ayxan isə “Hara deyir sür gedək”- deyə bildirmişdir.............. Ayxan kanalın içərisinə arxası-üstə yıxıldıqdan sonra o, Elçinin də oraya düşüb mərhumun üzərinə çıxmaqla sağ əli ilə sol tərəfinə, yəni qol və boyun nahiyəsinə zərbələr endiridiyini, həmin vaxt Elçinin əlində metallik rəngli bıçaq olduğunu, sonuncunun Ayxana zərbələr endirdiyi yerdən isə qan axdığını görmüşdür........... Fuad və o, Ayxanın arxasınca gedərək, onu xəstəxanaya aparmaq və ya yerində tibbi yardım çağırmaq istəmişlər, lakin Elçin ona imkan verməyib maşının yanına çağıraraq, aparmasını tələb etmiş, o isə Ayxana həkim çağırmağın lazım olduğunu dedikdə, Elçin “Deyəsən sən də döyülmək istəyirsən”- deyə bildirmişdir. O, Elçinin əl çəkmədiyini görüb Fuada Ayxanı tək qoymamasını deyib, gözü qızmış Elçindən qorxduğu üçün gəlib maşına oturaraq, sonuncunun tapşırığına əsasən Dəliməmmədli şəhərinə tərəf sürmüşdür. Elçin yenə maşında arxa oturacaqda sağda əyləşmiş, yolda maşında gedərkən yenə çox əsəbi olmuş və deyəndə ki, “Vurdun xalqın uşağını bir təhər elədin”, Elçin “Elə onun ölməsi lazımdı mənə, cəhənnəmə ölsün”- deyə bildirmişdir.” Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Elçində əvvəllər və hadisə günü bıçaq görməmiş, Elçin və Ayxan yerdə süpürləşdikdən sonra Elçinin Ayxana bıçaq zərbələri endirdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 08.11.2020-ci il tarixdə saat təxminən saat 12 radələrində yaxın dostu Təqsirləndirilən şəxs ilə birlikdə 6 nömrəli orta məktəbin yanında görüşərək, Mərkəzi Univermağın qarşısındakı binanın altında telefon təmiri üzrə usta qismində işləyən Emin adlı tanışlarının yanına gəlmişlər. Elçin elə həmin binanın 5-ci mərtəbəsində ailəsi ilə birgə yaşamışdır. Onlar Eminin yanına gəldikdən sonra Elçin Eminə, atasının qəbrini ziyarət etməsi üçün İmamzadə türbəsinin yaxınlığında olan qəbirstanlığa aparmasını bildirmiş, Emin isə bu təklifə cavab olaraq ilk öncə avtomobilinin nasaz olduğunu deyib, daha sonra isə sonuncunun təkidi ilə getməyə razılaşmışdır. Beləliklə, o, qabaq oturacaqda sürücünün yanında, Elçin isə arxa oturacaqda, yəni onun arxasında əyləşdikdən sonra, artıq Emin maşını yerindən tərpətmiş, bundan sonra yollar tıxac olduğu üçün Emin Univermağın sol tərəfindəki ara küçəyə dönərək, İsrafil Məmmədov küçəsi tərəfə sürmüş, ara küçədən keçəndə isə əvvəlcədən tanıdığı, Ayxan Məmmədovun yaşadığı evin qapısının qarşısında mobil telefonla danışıdığını görmüşlər. Bu zaman Ayxan onları görmüş və əl edərək maşını saxlamalarını iştəmişdir. Elçin Eminə maşını saxlamasını demiş və Emin maşını saxlamışdır. Ayxan maşına yaxınlaşaraq Elçinlə görüşmüş və hara getmələrini soruşmuşdur. X26 getdiklərini bildirmiş və Ayxan da onlarla getmək istədiyini bildirmişdir. Bundan sonra Ayxan arxada Elçinin yanında əyləşmiş və onlar şəhəri çıxıb, İmamzadə tərəfə getmişlər. Ayxan maşına oturduqdan sonra, arxada oturan Elçinlə öpüşübgörüşmüş, bundan sonra Samux rayonuna doğru hərəkət etməyə başlamışdır. Onlar maşında getdikləri zaman müharibədən, ordunun müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Həmin vaxt Ayxan hallı vəziyyətdə olmuş, belə ki, gözünün içi qırmızı olmuş, onlara axşam patı çəkdiyini və hazırda “suşnyak” olduğunu bildirmişdir. Hətda o, maşından düşərək mağazadan Ayxana su almışdır. Bundan sonra Elçin Ayxana “niyə mənə telefonda soyünc söyürsən, ana bacı söyüncü edirsən, niyə onun bunun maşının üstünə maşın sürürsən, niyə dərman satırsan?”- deyə soruşmuş, Ayxan isə “Yaxşı eləmişəm, sən mənə ağıl qoyma, mən mujik həyatı yaşayıram, mən nə etdiyimi bilirəm”- deyə cavab vermişdir. Bundan sobnra Elçin Ayxana “Niyə mən sənin qapına gələrkən mənim üstümə silah çıxartdın, mənə doğru atəş açdın, mən sənə nə eləmişdim?”-demiş, Ayxan isə “Yaxşı eləmişəm”- deyə cavab vermişdir. O, Elçinlə Ayxanın avtomobildə olan danışıqlarından, iki gün əvvəl Ayxanın Elçin müəllimin tələbələrindən birinə narkotik dərman vasitəsi satdığına görə aralarında mübahisənin başladığını anlamış, həmçinin Elçin Ayxanla telefonla danışanda sonuncu telefonda nalayiq sözlər demiş və buna görə Elçin Ayxanın yaşadığı evə gedərkən, sonuncu onun başının üstündən tüfənglə atəş açmışdır. Bu zaman qonşuluqda yaşayan qadınlardan biri səsə çıxıb, onlardan nəyin baş verdiyini soruşmuş, Elçin isə cavabında "heç nə xala uşaqlar vzrivpaket atıblar onun səsidir"- demişdir. Onlar İmamzadənin yanına çatdıqda, Ayxan Eminə maşını İmamzadədən bir az irəli sürməsini demiş, Emin də qəbirstanlığı keçəndən bir qədər sonra yolun kənarında saxladıqda birinci Elçinlə Ayxan, daha sonra isə Eminlə o, maşından düşmüşlər. Avtomobildən düşdükdən sonra yerdə, yolun sağ ehtiyyat hissəsində olan su arxının yanında (arxı keçmədən) Elçinlə Ayxan ayaq üstə üzbə-üz durub mübahisə etməyə başlamışlar. Bu zaman Elçin Ayxana demişdir ki, “Mən sənin atan Rövşənlə dost olmuşam, özünlə də yoldaşlıq edirik, hamı səndən narazılıq edir, özünə hörmət elə, sənin əminlə də dostam”, Ayxan isə “Yaxşı oğlan mənim özümə görə hörmət eləsin, mənim əmim “qəhbədir"- deyə cavab vermişdir. Bu zaman Eminlə o, Elçinlə Ayxanın arasında olan mübahisənin gərginləşdiyini görərək, sonunculara mübahisəni sonlandıraraq çıxıb getmələri üçün yalvarmışlar, lakin Ayxan bu sözləri eşitməyərək, “Ağəli" deyib lovğa-lovğa ağzına gələni danışmağa başlamışdır. Onların arasında olan mübahisə təxminəm 3-4 dəqiqə çəkmiş və Ayxanın ağzına gələni danışdığını görən Elçin hirslənərək, “Qeyrətsiz sən özünsən”- deyib çənəsinin altından bir dənə yumruq zərbəsi ilə vurmuş və zərbənin təsirindən Ayxan arxası üstə yaxınlıqda olan su arxına düşmüşdür. Bu zaman o, Ayxanı qaldırmaq üçün tez arxın içərisinə düşərək, Eminin Elçini tutub saxladığını düşünmüş, o, arxa Ayxanı qaldırmaq üçün düşən zaman Ayxan əlini arxasına ataraq yenə Elçinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Elçin arxa düşərək, onu əli ilə itələmiş, o, yıxılmışdır. O özünü toparlayıb durana kimi artıq Ayxanla Elçin süpürləşmişlər və o, artıq duranda görmüş ki, Elçinin də əlindən qan axır, Ayxandan da qan axır. X37 neçə dəfə vurmasını, harasına vurmasını görməmişdir. Ondan sonra o, Elçini tutaraq, qolundan vurmuş bıçağı alıb asfalta tullamışdır. Bundan sonra Elçin su arxının içərisindən çıxaraq, yolun kənarında olan maşına tərəf gedib Emini çağıraraq bildirmişdir ki, “Gəl maşına otur, gedək”. Hətta Emin getmədiyi üçün Elçin biraz qışqırmışdır. Bundan sonra Eminlə Elçin maşına oturub getmiş, ancaq hara getdiklərini o, bilməmişdir. Sonuncular hadisə yerindən getdikdən sonra o, bıçağı Elçinin əlindən alıb atdığı yerdə görməmiş və bıçağı Elçinin özü ilə götürdüyünü güman etmişdir. Eminlə Elçin hadisə yerindən getdikdən sonra o, Ayxanı su arxından çıxarmış və sonuncu özü yolun hərəkət hissəsində, təxminən 10 metr irəlilədikdən sonra yerə yıxılmışdır. Həmin vaxt o, Ayxanın boğaz və baş nahiyəsindən qan axmasını görmüş və bu zaman hadisə yerindən keçən “Kamaz” markalı avtomaşını saxladaraq, kömək etmələrini xahiş etmişdir. Həmin “Kamazda” iki nəfər olmuş və həmin şəxslər qorxduqları üçün kömək etməyib, maşını sürüb getmişlər. Həmin şəxsləri o, əvvəllər tanımamış və “Kamazın”-da nömrəsinə baxmamışdır. Bundan sonra hadisə yerinə Prado markalı cip avtomaşını gəldikdə o, yolu kəsib onları saxladaraq yaralının olduğunu deyərək, kömək etmələrini xahiş etmişdir. Həmin maşında əvvəllər tanımadığı iki nəfər olmuşdur. O, Ayxanı qucağına alaraq, arxada oturmuş və onlar Gəncə şəhər istiqamətində getmişlər. Ancaq həmin maşını idarə edən şəxs Ayxanın çoxlu qan itirməsini görüb öləcəyini və durduğu yerdə işə düşəcəyini düşünərək, onları maşından düşürmüş, maşından düşdükdən sonra isə Ayxan ayaq üstə durub 2-3 addım atıb yerə oturmuşdur. Həmin vaxt o, yaxınlıqda olan, tanımadığı şəxslərə müraciət edərək, onlardan Ayxanı xəstəxanaya çatdırmaqda köməklik etmələrini və ya təcili yardım çağırmalarını xahiş etmişdir. Bundan sonra Ayxan otura bilməyib yolun kənarında olan ağaclıqdakı torpağın üzərinə uzanmış və təxminən 10 dəqiqədən sonra keçinmişdir. Əlavə olaraq bildirmişdir ki, o, əvvəllər Ayxanla Elçinin arasında hər-hansı ədavətlərinin olmasını bilməmiş və görməmişdir. Baxmayaraq ki, onun həmin şəxslərlə dostluğu və ailəvi gediş-gəlişləri olmuşdur. O, hadisə barədə polisə məlumat vermək istəmiş, ancaq üst başı pis vəziyyətdə, yəni qan ləkələrinə bulaşdığı üçün evə gedib paltarını təmizləmiş, ona görə də polisə gəlib hadisə barədə məlumat verməyə biraz gecikmişdir. Həmçinin Elçinin törətdiyi cinayət əməlində nə onun, nə də ki Eminin heç bir rolu olmamışdır. O, Elçinlə Ayxanın arasında münasibətin gərgin olmasını avtomaşında öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Emin maşını yerindən tərpətdikdə, Elçin sonuncuya maşını Univermağın sol tərəfindəki avtomaşın ehtiyyat hissələri satılan mağazaların yanından sürməsini demiş, buna görə də Emin Univermağın sol tərəfindəki ara küçəyə dönərək, İsrafil Məmmədov küçəsi tərəfə sürmüş, ara küçədən keçəndə isə əvvəlcədən tanıdığı, dostu Ayxanın yaşadığı evin qapısının qarşısnda mobil telefonla danışıdığını görmüş. Bu zaman Elçin Eminə maşını saxlayaraq Ayxanı da götürməyi bildirdikdə, Emin maşını saxlamış və Elçin Ayxanı maşına çağıraraq “Atamın qəbrini ziyarətə gedirəm, gəl bizimlə birlikdə gedək”- demiş, Ayxan isə gəlib arxada Elçinin yanında əyləşmişdir. Beləliklə, onlar şəhəri çıxıb, İmamzadə tərəfə getdikdə, təxminən “Nizami Sovxozu” deyilən yerdə, dəmir yolunun yanından keçəndə Elçinlə Ayxanın arasında nəlayiq sözlə ifadə olunan mübahisə başlamış, belə ki, Elçin Ayxana bir böyük kimi öyüd-nəsihət verib ağıllı olmasını bildirdikdən sonra aralarında mübahisə genişlənmiş və etdiyi hərəkətlərin “qəhbəlik" olmasını bildirdikdə həmin mübahisə daha da gərginləşmişdir. İmamzadənin yanına biraz qalmış, Elçinlə Ayxanın arasında yenidən mübahisə başlamış, belə ki, Elçin Ayxana bildirmişdir ki, “İki gün əvvəl mən sizin qapıya gələndə, sən tüfənglə mənim başımın üstündən güllə atdın. Deyəsən sən dərman atırsan deyə başın gedib bilmirsən nə edirsən, o küçədə mənim dostlarım var, dostlarımın anası-bacısı var, məni tanıyanlar var, niyə belə hərəkət edirsən. Düsməndüsmənin qapısına gəlsə belə hərəkət etməzlər niyə belə hərəkət edib qəhbəlik edirsən”. Ayxan isə “Yaxşı eləmişəm”-deyə cavab vermişdir....... Elçin də onun arxasınca özünü arxın içərisinə ataraq Ayxanı arxası üstə yerə uzanmış vəziyyətdə bıçaqlamağa başlamış və bu vaxt təxminən Ayxana 4-5 dəfə bıçaq zərbəsi vurmuşdur. O, Elçinin əsasən Ayxanın boğaz və çiyin nahiyələrinə zərbələr vurduğunu görmüş, həmin vəziyyətdə Elçinin gözü elə qızmışdır ki, hətta onlara qarşı söyüş edərək, yaxın gəlməmələrini bildirmişdir........ Bundan sonra Elçin su arxının içərisindən çıxaraq, yolun kənarında olan maşına tərəf gedib Emini çağıraraq bildirmişdir ki, “Gəl maşına otur, gedək”. Hətta Emin getmədiyi üçün Elçin biraz qışqırmışdır.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Samux rayonu, Tatlı kəndində ailəsi ilə birlikdə yaşayır. Hadisə günü yəni 08.11.2020-ci il tarixdə səhər saat 09 radələrində heyvanları otarmaq məqsədi ilə Zazalı yolunun kənarında yerləşən sahəyə getmiş, təxminən saat 15 radələrində orada olarkən markasını tanımadığı, açıq mavi rəngli avtomobil, əsas yoldan sağ istiqamətdə, yəni onun olduğu tərəfə dönərək, təxminən 150 metr məsafədə dayandıqdan sonra, içərisindən 4 nəfər tanımadığı şəxs yerə düşmüşdür. O, onları uzaqdan görmüş, həmin şəxslər maşından düşdükdən sonra öz aralarında söhbət etməyə başlamışlar, lakin arada olan məsafə uzaq olduğundan, onların nədən söhbət etdiklərini eşidə bilməmişdir. Sonradan uzaqdan onlardan birinin “Ayə qoyma!”- deyərək ucadan qışqırdığını eşitmiş, onlar tərəfə çönmüş və orada olmuş 3 nəfər şəxsin yolun kənarında yerləşən su arxının içərisinə düşdüyünü görmüşdür. O, yalnız kök kişinin bədəninin yuxarı hissəsini görmüş, bu zaman onların gəldikləri avtomobili idarə edən şəxs, arxın içərisinə düşməyərək, kənardan “Bəstirin, aralaşın!”- deyə qışqırmışdır. Təxminən 2-3 dəqiqə sonra 3 nəfər şəxs arxın içərisindən çıxmış, onlardan biri, başında kepka formalı papaq olan oğlan avtomobili idarə edən şəxslə birlikdə avtomobilə minərək həmin yerdən uzaqlaşmışdır. Digər 2 nəfər isə yol istiqamətində hərəkət etməyə başlamışdılar. Yol ilə təxminən 50-60 metr irəlilədikdən sonra kök oğlan hərəkət edən Kamaz markalı yük maşınını saxlatdırmış, həmin Kamazdan iki nəfər şəxs düşərək, onlarla bir qədər söhbət etmişlər, daha sonra həmin əraziyə açıq rəngli Pikap tipli avtomobil gələrək onların yanında saxlamışdır. Kök oğlan sürücü ilə danışdıqdan sonra, onlar avtomobilə minərək oradan uzaqlaşmışlar. Bundan 30-40 dəqiqə keçdikdən sonra həmin əraziyə polis əməkdaşları gələrək hadisəni görən şahidi axtardıqlarını bildirmişlər, o isə gördüklərini onlara danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik qazanc əldə edir. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, onunla uşaqlıqdan qonşu olduqlarından aralarında tanışlıq münasibətləri yaranmışdır. 07.11.2020-ci il tarixdə axşam vaxtı, dəqiq xatırlamadığı saatda Elçin onun yanına gələrək salamlaşmış və Univermağın arxa tərəfinə su almaq üçün getmək lazım olduğunu bildirmişdir. O, razılaşmış və onlar Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın arxa hissəsindəki küçəyə getmişlər. Həmin küçə ilə hərəkət etdikdən sonra Elçin avtomobili saxlamağını xahiş etmiş, o da maşını saxlamışdır. Daha sonra Elçin avtomobildən düşərək arxa tərəfə hərəkət etmiş və bu zaman o, arxanı göstərən güzgüyə baxdıqda, bir nəfər, adının sonradan Ayxan olduğunu bildiyi şəxsin, çiynində silahla darvazadan çıxdığını görmüşdür. Elçin həmin şəxsə tərəf yaxınlaşdıqdan sonra onlar söhbət etməyə başlamışlar. Həmin vaxt o, avtomobildə olduğu üçün Ayxanla Elçinin nə haqda danışdıqlarını eşitməmişdir. Bir neçə dəqiqə bu şəkildə danışdıqdan sonra Ayxan silahı əlinə götürərək bir neçə addım geriyə çəkilib, Elçinin başının üstündən havaya atəş açmışdır. Ayxan atəş açdıqdan sonra o, dərhal avtomobildən enərək Elçinə yaxınlaşmış və həmin yerdən uzaqlaşmağı təklif etmişdir. Həmin vaxt oradan bir neçə metr aşağıda yerləşən evin darvazasından bir nəfər orta yaşlı, ağ saçlı qadın çıxaraq nə baş verdiyini soruşmuş, Elçin isə həmin qadına narahat olmamamağı, sadəcə olaraq “Vzrıv paket” partladığını demişdir. Daha sonra isə o, Elçinlə avtomobilə əyləşərək, geri qayıtmışdır. Beləliklə də o, Elçini evlərinin qarşısına düşürmüş və öz işinə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, mərhum Ayxan Məmmədov onun əri olmuş, onlar qeyri rəsmi nikahda olmuşlar, lakin nikahlarından övladları olmamışdır. 05 noyabr 2020-ci il tarixdə Ayxan evə hirsli gəlmiş, o, Ayxandan nə olduğunu soruşduqda Ayxan Elçinlə aralarında narazılıq olduğunu demişdir. Hadisə günü Ayxan evdə yatmış, Ayxan oyandıqdan sonra qapı döyülmüş, Ayxan qapını açmış və o, qapıya gələn şəxslərin dəqiq olaraq kim olduğunu bilməmiş, yalnız Fuadı görmüşdür. Bundan sonra Ayxan yatdığı paltarlarla bayıra çıxaraq, ona “yeməyi hazırla gəlirəm” demişdir. Lakin o qapıda hər hansı səs eşitməmişdir. Verilən suallara cavab olaraq o, Ayxanın bayıra çıxarkən əlində silah olmadığını, ümumiyyətlə onların evində hərhansı silah olmadığını, həmişə Fuad gəlib gedəndən sonra Ayxanın hirsli olduğunu, 2020ci ilin 8 noyabr günü Ayxanı Fuadın çağırdığını, həmçinin həmin tarixdən əvvəlki günlərdə hər hansı silah səsi eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, mərhum Ayxangillə qonşu olmuşlar, belə ki, aralarında bir qapı olmuşdur. O, qonşuluqda olmasına və pandemiya ilə əlaqədar hamının həmin vaxt evdə olmasına baxmayaraq Ayxan öldüyü hadisə günü, nə də ondan əvvəlki günlər hər-hansı silah səsi eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, 8 noyabr 2020-ci il tarixində Şuşanın alınması günü olduğundan hamı kimi o da sevinmiş, həmçinin onun da, qaynının oğlu Vətən Müharibəsində olmuş, həmin gün qaynı ona zəng edərək, həmin günü qeyd etmək lazım olduğunu bildirmişdir. O, qaynı X15 ilə Samux rayonu Tatlı kəndində yerləşən restoranda yemək zakaz etmiş və Zazalı kəndinə gedərək, ordan da üzüm və meyvələr almışlar. Oradan qayıdıb gələn zaman yolun sağ hissəsində qoşqulu kamaz və iki nəfərin dayandığını görmüşlər. Orada olan sonradan adının Fuad olduğunu bildiyi şəxs idarə etdiyi maşının qabağını kəsib, onu saxlatmışdır. Bundan sonra Fuad maşının qapısını açaraq zərərçəkmişi qucağında maşının arxa oturacağına uzatmış və maşın vurduğunu, xəstəxanaya çatdırmaq lazım olduğunu demişdir. O, maşını tez idarə etməyə başlamış, maşında olan zaman qaynı Fuada suallar verərək, xəstəyə nə olduğunu soruşmuşdur. Fuad isə Tatlı kəndindən olduğunu bildirmişdir. Lakin onlar qonşu kəndin adamlarını tanıdıqlarından Fuadın yalan dediyini anlamışlar. Qaynının Fuada sualları əsasında Fuad Ayxanın bıçaqlandığını bildirmişdir. Bu zaman o, bir baş polisə sürəcəyini bildirmiş, bu zaman Fuad maşını yumruqlayaraq maşını saxlamasını bildirmiş, o isə maşını saxlamışdır. Bundan sonra Fuad zərərçəkəni maşına qucağında mindirdiyi kimi də düşürmüşdür. Bundan sonra onlar qorxulu şəkildə geri dönmüşlər və Bağman kəndində moykanın yanında dayanaraq, əl üzlərini yuduqdan sonra bir az özlərinə gəlmişlər. Sonra o, Maqsuda kamazın dalınca getmələrini demiş və onlar kamazın arxasında Borsunlu kəndinə kimi getmişlər. Sonra həmin yerə gəldikdə millət yığıldığını görmüşlər və polislərə yaxınlaşıb hadisə barədə məlumat vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid qismində dindirilmiş X27 ifadəsində bildirdi ki, o, İmamzadə yolunda mağazada işləyir. Hadisə günü onlar mağazada olan zaman çoxlu adamların və polislərin yığılmalarını görmüşdür. Lakin mərhumu ora kimin düşürməsini görməmişdir. Belə ki, mərhumu düşürdükləri yerlə onların mağazalarının arasındakı məsafə 20 metr olmuş, o, hadisə olan vaxtı mağazada olmuş və onlar çölə çıxdıqda artıq polis və camaat ora yığılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 11 noyabr 202-ci il tarixli “bıçağın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd aliminium rəngli üzərində asılqanı və bir tərəfində iki ədəd dəyirmi balaca düyməsi olan, hər iki tərəfində qara rəngdə papaqlı kişi rəsmi həkk olunmuş açılıbqatlanan bıçağı cinayət hadisəsində istifadə etdiyini bildirib istintaqa təqdim etdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsin 08 noyabr 2020-ci il tarixli, 96 nömrəli rəyindən görünür ki, X1 qarın nahiyəsində, qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara aşkar edilmiş, yara kanalının istiqaməti öndən-arxaya və bir qədər aşağıdan-yuxarıya doğru olmuşdur. Qeyd olunan deşilmiş-kəsilmiş yara həyatidir, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilmişdir. X1 bədən səthində, daxilə nüfuz edən deşilmişkəsilmiş yaradan başqa - sol yanaq nahiyəsində bir ədəd, sol bazu nahiyəsində bir ədəd kəsilmiş; sol bazu oynağı nahiyəsində bir ədəd, boyun nahiyəsində iki ədəd, sol bazu nahiyəsində bir ədəd (dəlib-keçən), döş qəfəsinin ön səthində bir ədəd, sol bud nahiyəsində bir ədəd, deşilmiş-kəsilmiş yaralar da aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, kəsici, deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunmuş və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilmişdir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, 08.11.2020-ci il tarixə uyğun gəlmişdir. X1 ölümünə səbəb qaraciyərin zədələnməsi ilə nəticələnən, qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarasından əmələ gələn kəskin daxili qan itirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, belə hesab edilmişdir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-5 saat olmuş (meyit 08.11.2020-ci il tarixdə saat 19-00-da müayinə edilmişdir). X2 xəsarətlər yetirilərkən o, müxtəlif vəziyyətlərdə (oturaq, ayaq üstə və s.) ola bilərmiş və aldığı xəsarətlərdən sonra məqsədyönlü hərəkətlər etməsi mümkün olmuşdur. X1 anal dəlik nahiyəsində qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər aşkar edilməmişdir. X1 meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 27 yanvar 2021-ci il tarixli 16/836/837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan poluverin üzərində olan 5 ədəd “a”, “b”, “c”, “d" zədələrinin, gödəkçənin üzərində olan 4 ədəd “e", “f”, “k” zədələrinin, maykanın üzərində olan 2 ədəd “İ”, “m” zədələrinin və şalvarın üzərində olan 1 ədəd zədənin bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri olmuşdur. Lakin təqdim edilmiş paltarların üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan 1 cüt corabın və kişi alt tumanın üzərində hər hansı mexaniki zədə olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 06 aprel 2021-ci il tarixli 16/267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X13 məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri olmuş, tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 No-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X13 məxsus geyim əşyalarının tərkib liflərindən olmamışdır. Tədqiqata təqdim edilmiş, X13 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsin 12 yanvar 2021-ci il tarixli, 50 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində-sağ əlin üst və ovuc səthlərində kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd kəsilmiş yaranın sağalmasından sonra qalan çapıq izləri müəyyən edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ekspertizaya gec təqdim olunduğundan, həmin xəsarətlərin əmələ gəlmə müddətlərini dəqiq təyin etmək mümkün olmamışdır, lakin müayinə edilənin göstərdiyi tarixdə əmələ gəlməsi də istisna edilməmişdir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 8 aprel 2021-ci il tarixli 16/268 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan X2 məxsus poluverin üzərində olan 5 ədəd “a”, “b”, “c”, “d” zədələrinin, gödəkçənin üzərində olan 04 ədəd “e”, “f”, “k” zədələrinin, maykanın üzərində olan 2 ədəd “İ”, “m” zədələrinin və şalvarın üzərində olan 1 ədəd zədənin bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələri olmuşdur. Lakin təqdim edilmiş paltarların üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan 1 cüt corabın və kişi alt tumanın üzərində hər hansı mexaniki zədə olmamışdır. Təqsirləndirilən şəxs məxsus paltarların üzərində trasoloji zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 08.11.2020-ci il tarixli 96 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X2 məxsus poluverin üzərində olan 5 ədəd “a”, “b”, “c”, “d" zədələri, gödəkçənin üzərində olan 4 ədəd “e”, “f, “k” zədələri, maykanın üzərində olan 2 ədəd “İ”, “m” zədələri və şalvarın üzərində olan 1 ədəd zədə müqayisə edilərək müəyyən olunmuşdur ki, bədəndə yerləşən “qarın nahiyəsində, qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara, sol bazu nahiyyəsində bir ədəd kəsilmiş; sol bazu oynağı nahiyəsində bir ədəd boyun nahiyyəsində iki ədəd, döş qəfəsinin ön səthində bir ədəd, sol bud nahiyəsində bir ədəd deşilmiş - kəsilmiş yaralar” xəsarəti ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil etmiş, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsin 20 aprel 2021-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (1) alfa, betadır. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (1) alfa, betadır.Hadisə yerindən götürülmüş pambıq tamponlar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X2 və vət. Təqsirləndirilən şəxs məxsus ola bilərdi. X13 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olunnmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilərdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserin 9 aprel 2021-ci il tarixli 183/51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 22.01.2021-ci il tarixli 15 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nm 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 22.01.2021-ci il tarixli 15 saylı arayış), istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı baş vermiş hadisə haqqında danışmaq istəmədiyini və Ayxana bir neçə bıçaq zərbəsi vurduğunu söyləməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilərdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 aprel 2021ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Şahid2 və Şahid1 təqdim edilən əşyaları nəzərdən keçirib Şahid1 “1”, Şahid2 “3” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərk, 08.11.2020-ci il tarixdə baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Ayxan Məmmədovu həmin bıçaqla vurduğunu və bıçağı rənginə, yəni boz (aliminium) rəngində olduğu üçün, həmçinin üzərində qara rəngli naxış olduğundan və arxasında qasılqandan tanıdıqlarını bildirmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli, 15 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə və müayinədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli, 1718 və 1719 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və X4 şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmayıblar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli, 1185 və 1186 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və X4 şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda olmayıblar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil X9 Birliyi 1-ci sahə tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 41 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X20 ilə birlikdə ünvan 2 ünvanında yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 19 aprel 2021-ci il tarixli 121-12761-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Ayxan Məmmədov arasında hadisədən bir gün əvvəl sonuncunun yaşadığı evin qarşısında mübahisə zamanı odlu silahdan istifadə etməsi faktını tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə sözügedən hadisənin gedişatını bilavasitə görmüş şəxslərin dairəsini aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış maddi sübut kimi tanımaq haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 1 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara, üzərində boz rəngli naxışlar olan qolu uzun kofta, 1 ədəd tünd qəhvəyi cins şalvar və 1 ədəd komuflyajlı gödəkcə; X13 məxsus 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli idman şalvarı, Şahid2 məxsus olmaqla, hadisə zamanı Ayxan Məmmədovun əynində olmuş 1 ədəd qara rəngli qolsuz gödəkcə, 1 ədəd qara rəngli uzun kofta, 1 ədəd qara əngli mayka, 1 ədəd göy-ağ rənglərin qarışığından ibarət alt tumanı, Ayxan Məmmədova məxsus “Samsung” markalı telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər prokurorluğunun “Maddi sübutları saxlama otağı”nda saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 11 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 13 noyabr 2020-ci il tarixli Samux rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl yəni 7 noyabr 2020-ci il tarixdə Ayxanın evinin qarşısında sonuncunun əlində olan silahdan bir dəfə onun başının üzərindən atəş açmasına, bundan başqa Ayxanın arxda olan zaman əlində bıçaqla ona qarşı irəliləyərək zərbə endirmək istədiyini gördükdən sonra onun əlindən bıçağı alaraq Ayxana xəsarət yetirməsinə və daha sonra həmin bıçağı Fuadın onun əlindən alaraq kənara atmasına, zərərçəkmiş şəxs X11 öldürmək niyyətinin olmamasına dair ifadələrini məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həminçinin cinayət işinin materialları (Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 19 aprel 2021-ci il tarixli məktubuna, 11 noyabr 2020-ci il tarixli “bıçağın götürülməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs hasidə zamanı istifadə etdiyi bıçağı təqdim etmiş ...) zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunduğuna görə həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş və özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirir. Məhkəmə, həmçinin 07.11.2021-ci il tarixdə X32 Əliyevə silah çıxarması məsələsi ilə bağlı şahidlər Şahid5, Şahid2 və Şahid1 ifadələrində göstərdiklərini, habelə Şahid2 və Şahid1 hadisənin motivi ilə bağlı ifadələrini işin faktiki hallarına uyğun gəlməməklə həmin ifadələri Təqsirləndirilən şəxs psixi təsiri nəticəsində verilmiş ifadələr kimi qiymətləndirir.Qeyd olunanlar şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə də təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı qərarının 6-ci bəndində qeyd edilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə cinayət işinin araşdırılması zamanı müəyyən etmişdir ki, X33 Əliyev arasındaki mübahisə 08 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxsin təşəbbüsü ilə, yəni “İmamzadə” dini kompleksini ziyarət etmək bəhanəsi ilə Ayxan Məmmədovu onlarla getməyə dəvət etmiş və həmin avtomobildə olan zaman sonuncunu 07.11.2020-ci il tarixdə baş vermiş mübahisə və münaqişəyə görə tənqid etmiş, bunun nəticəsində Ayxan Məmmədovun aqressiv vəziyyətdə dediyi sözləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək, həmin mübahisəni daha da gərdinləşdirib münaqişəyə çevirmiş və həmin münaqişənin gedişində ictimai maraqlara etinasızlıq göstərən hərəkətlər edərək Ayxan Məmmədovu heç bir əsaslı səbəb olmadan qəsdən həyatdan məhrum etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə plenum qərarınında göstərilən hüquqi mövqeyi hazırki cinayət işinin müəyyən edilən hallarına tətbiq edərək hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt və anlaqsızlıq halında olmadan Ayxan Məmmədovun bədənin müxtəlif nahiyələrinə çoxsaylı (9 bıçaq xəsarəti) zərbələr vuraraq ona əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk edib bunları arzulayaraq, zərər çəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə kollegiyası cinayət işi materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərəçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkərək, öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyub bir gün əvvəl baş vermiş mübahisə ilə bağlı cüzi səbəbi cinayət törətmək üçün bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Ayxan Məmmədovu qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq ona əzab, işgəncə və xüsusi ağrılar verdiyini dərk edib bunları arzulayaraq qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə qarın nahiyyəsinə qaraciyərin zədələnməsi ilə nəticələnən və ölümünə səbəb olan, kəskin daxili qan itirmə ilə müşayiət olunan, daxilə nüfuz edən, həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid edilən 1 ədəd, bundan başqa, həyati olmaqla yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, cəmi 8 ədəd olmaqla hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmağa aid edilən sol yanaq nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol bazu oynağı nahiyəsində 1 ədəd, boyun nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd dəlib-keçən, döş qəfəsinin ön səthində 1 ədəd və sol bud nahiyəsində 1 ədəd, ümumilikdə isə 9 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirərək, X11 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.4-cü madəlləri ilə tövsif edilməli və həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini hərbi vəziyyət zamanı törətməsini ağırlaşdıran hal kimi göstərməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin ağırlaşdırıcı hal hazırki cinayətin xarakterinə ictimai təhlukəliliyinə hər hansı formada təsir etmir, mahiyyətcə həmin cinayətin törədilməsi hərbi vəziyyətlə bağlı deyildir. Odur ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 11 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan maddi sübutlar – bir ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara, üzərində boz rəngli naxışlar olan qolu uzun kofta, bir ədəd tünd qəhvəyi cins şalvar və bir ədəd komuflyajlı gödəkçə; X13 məxsus bir cüt qara rəngli corab, bir ədəd boz rəngli idman şalvarı, Şahid2 məxsus olmaqla, hadisə zamanı Ayxan Məmmədovun əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli qolu uzun kofta, bir ədəd qara rəngli mayka, bir ədəd göy-ağ rənglərin qarışığından ibarət alt tumanı onların yaxın qohumlarına təhvil verilməli, imtina etdikləri təqdirdə məhv edilməli, Ayxan Məmmədova məxsus “Samsung” markalı telefon aparatı onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 190,8 (yüz doxsan manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Gəncə şəhər prokurorluğda saxlanılan bir ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara, üzərində boz rəngli naxışlar olan qolu uzun kofta, bir ədəd tünd qəhvəyi cins şalvar və bir ədəd komuflyajlı gödəkçə; X13 məxsus bir cüt qara rəngli corab, bir ədəd boz rəngli idman şalvarı, Şahid2 məxsus olmaqla, hadisə zamanı Ayxan Məmmədovun əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli qolu uzun kofta, bir ədəd qara rəngli mayka, bir ədəd göy-ağ rənglərin qarışığından ibarət alt tumanı onların yaxın qohumlarına təhvil verilsin, imtina etdikləri təqdirdə məhv edilsin, Ayxan Məmmədova məxsus “Samsung” markalı telefon aparatı onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 190,8 (yüz doxsan manat səksən qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar