Məhkəmə qərarları › İş №1(100)-41/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-41/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-41/2023 22.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X2 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X6 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1982-cı il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 6,231 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümə bölüb üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 08 oktyabr 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı həmin gün saat 20:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və orada həmin gün saat 21:18-dən keçirilən şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibindən qanunsuz olaraq şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,392 qram və 2,839 qram olan ümumilikdə külli miqdarda – 6,231 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 08 oktyabr 2021-ci il tarixdə, təxminən saat 19 radələrində dəstəmaz alıb namaz qılmağa hazırlaşan zaman qapı döyülmüş, anası qapını açmış, sonradan adının Səbuhi olduğunu bildiyi mülki geyimli şəxs özünü səhə polisi kimi təqdim edərək sənədlərini yoxlayacaqlarını bildirmişlər. Həmin şəxs onların sənədlərinə baxdıqadan sonra anasının adının sistemdə çıxdığını onun adının isə çıxmadığını deyib sənədini yoxlamaq üçün sonuncunu binanın həyətinə aparmışlar. Həmin vaxt Səbuhi kiməsə zəng edib “götürdüm” demişdir. Onlar həyətə düşən zaman yaxınlıqda “hyunday” markalı avtomobil dayanmış, üç nəfər mülki geyimli şəxs avtomobildən düşüb onu avtomobilə mindirib aparmışlar. Anası həmin şəxslərdən onu hara apardıqlarını soruşduqda araşdırma aparıb gətirəcəklərini bildirmişlər. Onlar çayın yanında körpünün üstündə avtomobili saxlayıb ona BMCM-nin sifarişi olduğunu və həbs olunmalı olduğunu demişlər. Həmin şəxslər onu Kəpəz RPŞ-nə aparıb orada döydükdən sonra ondan 01 kq narkotiklə yaxud silahla həbs olunmaq istədiyini soruşmuş, ona dini qruplaşmanın üzvü olduğunu deyib qol çəkməyə məcbur etmişlər. Onu tutmaqlarına səbəb Yunis Səfərovun məhkəmə prosesində iştirak etməsini göstərmişlər. Polis əməkdaşları ona narkotik vasitə verib cibinə qoymasını, çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olmasını, tanımadığı şəxsdən almasını deməsini tələb etmişlər. Həmin vaxt onun yanında vəkili olmamışdır. Həmin gün gecə saatlarında polis əməkdaşları onu Bakı şəhərinə aparıb orada bir gecə tək kamerada saxlayıb, hədələyərək sənədlərə qol çəkdirmişlər. Sonra polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğunu sübuta yetirmək məqsədi ilə onu xəstəxanaya aparıb analiz götürmüşlər və ona hansısa sənədlərə qol çəkdirib Kürdəxanya təcridxanaya aparmışlar. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitələr əldə edib üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu ərazisində olması bildirilmiş, ona görə Kəpəz RPİ-nin rəhbərliyinə bu barədə məlumat verilmiş və xx.xx.2022ci il tarixdə Kəpəz RPİ-nin əməkdaşları Şahid4 və Şahid3la birgə əməliyyat tədbirləri keçirilmişdir. Onlar birgə Aminin yaşadığı binanın yaxınlığa getmiş, təxminən saat 20 radələrində Amini görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu Kəpəz RPİ-nə dəvət etmişlər. Orada Aminin üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki büküm metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli, 6/4483 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №120” möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,392 qram, 2,839 qram, ümumi təmiz çəkiləri 6,231 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.” Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 6,231 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 6,131 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 15 dekabr 2021-ci il tarixli, 5115 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psxiotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür.” İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması barədə” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 08 oktyabr 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və orada həmin gün saat 21:18-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki idman şalvarının sağ yan cibindən iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,392 qram və 2,839 qram olan ümumilikdə külli miqdarda – 6,231 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 007-13121-1221 nömrəli əməliyyat tapşırığına verilmiş xx.xx.2021-ci il tarixli 007- 13447-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi, əvvəllər də psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin İlkin İbrahimovun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş arayışan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sübutların qiymətləndirləməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,131 qram olan psixotrop maddə metamfetamin 11 mart 2022-ci il tarixli qərarla maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrdən istifadə etməməsinə, üzərindən aşkar olunan narkotik vasitələrin polislər tərəfindən döyülərək üzərinə qoyulması ilə bağlı vermiş olduğu ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə verdiyi ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə psixotrop maddə olan metafetamin satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata Malik bundan başqa olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına münasibətdə müsbət nəticə əldə edə bilmədiklərini məhkəmədə təsdiq etmişlər. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mötəbər sübutlarla təsdiq olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 6,131 qram olan psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mötəbər və obyektiv sübutlara əsaslanmalı olduğu halda bunları etməmişdir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin küllü miqdarda olması təşkil etmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs istər şübhəli şəxs qismində dindirilərkən, istərsə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı ittiham irəli sürülərkən özünü qismən təqsirli bilib eyni məzmunlu ifadələr verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Qeyd olunan xüsusat şəxsi axtarış aparılması və götürmə barədə protokolda və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskdə də öz əksini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə metafetamin əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin, məhkəmə tərkibi hesab edir ki, şəxsin psixotrop maddə olan metafetamin satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasına istinad edib ehtimalla narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metafetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metafetamin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 6,131 qram olan psixotrop maddə - metamfetamin satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234-1.1-ci maddəsinə uyğun gəlsə də o, hazırki cinayət əməlini Azərbaycan Respublikasının Cinayət məcəlləsinə dəyişiklik edilməmişdən əvvəl törətdiyindən və həmin dövrdəki qanunvericiliyin tələbləri təqsirləndirilən şəxsin xeyrinə olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 6,131 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlə, işdə olan digər sübutlarla, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış işin faktiki halları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himəyəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsi, CM-nın 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin saxlanılan qalıq çəkisi ümumi təmiz çəkisi 6,131 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının DİN-in BMCMİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin saxlanılan qalıq çəkisi ümumi təmiz çəkisi 6,131 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının DİN-in BMCMİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar