Məhkəmə qərarları › İş №1(100)-41/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-41/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-41/2025 22.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada sürücü işləmiş, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor-4, ev 7, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Əsgər” adlı şəxs və qeyriləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 12218,4 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə WhatsApp ani mesajlaşma və mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu etibarnamə əsasında idarə etdiyi “X18” markalı, **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən ünvandan 12218,4 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 225 qramını bir ədəd sellofan bükümdə qablaşdıraraq üzərində saxlamış, qalan 11993,4 qramını isə idarə etdiyi avtomobildə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 20:40-da Gəncə şəhəri, X19 prospekti 129-135 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin Gəncə şəhəri ərazisində yerləşən X11 Şöbəsinə aparılmış, həmin gün saat 22:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 225,0 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 08 fevral 2023-cü il tarixdə saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “X18” markalı, **-HP-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı ayrı-ayrılıqda çəkiləri 1000,4 qram, 995,0 qram, 2005,3 qram, 995,9 qram, 1001,3 qram, 2013,1 qram, 1997,4 qram və 1985,0 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 11993,4 qram eyni tərkibli narkotik vasitə heroin 08 ədəd bükümdə avtomobilin salonunda sərnişin oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ş.İ.Xətai prospektində yolun kənarında olan zaman iki avtomobil gəlib yanında dayanmış və onu avtomobillərdən birinin arxa sərnişin oturacağına mindirmişlər. Azər müəllim gələnə kimi onu avtomobildə saxlayıb vurmuşlar, sonuncu gələndə isə onu vurmamalarını demişdir. Bundan sonra onu avtomobillə Gəncə şəhər Gömrük idarəsinin yanına, oradan isə Yeni Gəncə qəsəbəsindəki dairənin yanına aparıb-gətirmişlər. Onunla birlikdə yolun kənarında dayanan tanımadığı şəxsləri də saxlamışlar. Azər müəllim həmin şəxslərin üzərində narkotik vasitə olduğunu demiş, lakin onunla birlikdə saxlanılan şəxsləri Yeni Gəncə qəsəbəsindəki dairənin yanında buraxmışlar. İdarə etdiyi avtomobilinin açarı kəmərindən asılı olmuş, Azər açarı belindən götürüb avtomobilə baxacağını demişdir. Əməliyyatçılardan biri avtomobilə daxil olub axtarış keçirmişdir. O, əməliyyatçının kül qabından pulu və aptek torbasında olan mobil telefonu götürdüyünü görmüşdür. Həmin vaxt Azər avtomobilə daxil olmamışdır. Bundan sonra onu yenidən öz avtomobillərinə mindirib şəhərdə hərləmişlər. Bir qədər sonra yenidən yük avtomobilinin yanına gələrək təxminən 20 metr aralıda avtomobili saxlamışlar. Həmin vaxtı o, polislərdən birinin özlərinə məxsus digər avtomobilin yük yerini açıb orada nə isə iş gördüyünü görmüş, lakin sonuncunun nə etdiyini dəqiq bilməmişdir. Daha sonra o, polislərdən birinin yük avtomobilinin kabinəsinin qapısını açıb nəsə etdiyini görmüş, lakin hələ də sonuncunun nə etdiyini dəqiq bilməmişdir. Ardınca ona avtomobilinin qapısını açıb salondakı qara rəngli sellofan torbanı götürməyini demişlər. O, avtomobilinə yaxınlaşıb polislərin dediyi torbanı götürəndə 3-4 nəfər yanında durub çəkiliş etmişlər. Polislər torbanın içərisində narkotik vasitə olduğunu bildirmişlər. Lakin polislər nə həmin vaxt, nə də polis şöbəsində narkotik vasitənin çəkisinin nə qədər olduğunu deməmişlər. Yalnız QBRŞ-də olanda müstəntiq avtomobilindən 12 kiloqram narkotik vasitə aşkar olunduğunu bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yük avtomobili idarə edərək Gürcüstan Respublikasına yük aparıb-gətirməklə məşğul olmuş, sonuncu dəfə saxlanılmamışdan 8-10 gün əvvəl Azərbaycan Respublikasına gəlmişdir. Saxlanılan zaman idarə etdiyi avtomobili Ələtdən Gürcüstan Respublikasına aparmalı olduğu mislə yüklü olmuşdur. O, Əsgər adlı İran İslam Respublikası vətəndaşını tanımamış və sonuncu ilə aralarında telefon danışığı olmamışdır. Saxlanılan yerin yaxınlığında avtomobil sexi olmuş, onunla birlikdə saxlanılan şəxslər də avtomobillərini ustaya gətirmişlər. O, həmin şəxsləri tanımamış, sadəcə yolun kənarında səkidə dayanıb sonuncularla söhbət etmiş və həmin şəxslərin üzərindən narkotik vasitə aşkar olunmasının onunla heç bir əlaqəsi olmamışdır. Üzərində narkotik vasitə olmamış, ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Şəxsi axtarış və avtomobilə baxış keçirilən zaman vəkil iştirak etməmiş, çünki ona vəkil təqdim olunmamışdır. Polis əməkdaşları ona şəkil göstərib həmin şəxsin üzünə duraraq sonuncudan narkotik vasitə almağını deməyini istəmişlər, o isə razılaşmamışdır. Narkotik vasitələrlə heç bir əlaqəsi olmadığı halda polis əməkdaşlarının onu saxlayaraq üzərinə 12 kiloqram narkotik vasitə qoymalarının səbəbini bilməmişdir. Polis əməkdaşları ilə heç vaxt ədavəti olmamışdır. İbtidai istintaq zamanı ona fiziki təzyiq göstərdikləri üçün məcbur olub etirafedici ifadə vermişdir. Azər müəllim ona fiziki təsir göstərməmiş, lakin digər əməliyyatçılar onu döymüşlər. Türkiyə Respublikasından Bakı şəhərinə gətirdiyi yükü boşaldıb Ələtdən Gürcüstan Respublikasına getməli olan yükü yığmışdır. Avtomobilindəki telefonları ona Bakı şəhərində olan Zaur adlı dostu “Atyalı”nda Gəncə şəhərində götürəcəyini deyərək vermişdir. Bundan sonra Zaur ondan verdiyi telefonları Gəncə şəhərinə gətirib “Univermaq”da işləyən Xəyal adlı qohumuna verməyini xahiş etmişdir. Zaur telefonları verməyə özünə məxsus avtomobillə gəlmişdir. Telefonu verməli olduğu Xəyal adlı şəxsi tanımamış, sonuncunun mobil nömrəsi telefonunda olmuş, telefonu isə hazırda QBRŞ-nin əməkdaşı Ayaz Bayramovda olmuşdur. Polis əməkdaşları onu yolun kənarından götürüb avtomobillərinə mindirəndən sonra döymüşlər, bu zaman ürəyi sıxıldığı üçün əynindəki gödəkçəni soyundurmuşlar. QBRŞ-də üzərinə baxış keçirilən zaman həmin gödəkçənin cibindən narkotik vasitə aşkar olunmuşdur. O, saat 16-17-də saxlanılmış, lakin o, polislərin onu avtomobildə hərləmələrinin səbəbini bilməmişdir. Azər müəllimdən onu saxlamlarının səbəbini soruşanda sonuncu səbirli olmağını və onu buraxacaqlarını demişdir. Onu əvvəlcə yük avtomobilinin yanına aparmışlar, avtomobildə axtarış etdikdən sonra yenidən öz avtomobilləri ilə Yeni Gəncə dairəsinə, oradan da şəhərin müxtəlif yerlərinə apararaq avtomobillə gəzdirmişlər. Yük avtomobilinin açarı əvvəlcə onda olmuş, sonra əməliyyatçılar açarı ondan almışlar. Üzərinə baxış keçiriləndə avtomobilin açarını artıq ondan alınmışdır. Saxlanılanda yük avtomobili artıq 3 gün idi ki Gömrük idarəsində qalmışdır. Yük avtomobillərindəki yük yerinin arxasında olan GPS cihazının batareyası sutka ərzində azı bir dəfə dəyişilməsə əks halda yük sahibi yükün harada olduğunu görə bilmədiyi üçün avtomobili orada saxlayanda gömrük idarəsinin əməkdaşlarına məlumat verərək hər gün batareyanı dəyişmələrini demişdir. Avtomobilin salonunun açarı gömrük əməkdaşlarında olmamışdır. Kürdəxanı təcridxanasına daxil olanda xəsarəti olmuş, lakin döyülməyi ilə bağlı heç yerə şikayət etməmiş, ilk dəfə tutulduğu üçün nə edəcəyini bilməmişdir. Təcridxanaya daxil olanda həkim müayinəsindən keçmiş, ondan nə baş verdiyini soruşmuşlar, o da hər şeyi demişdir. Ayaz Bayramov onu Kürdəxanı təcridxanasına təhvil verəndə əvvəlcə onu götürməmişlər, sonra necə oldusa, kiminlə danışdılarsa onu yoldan qaytarıb təcridxanaya götürmüşlər. Şahid6 əvvəllər narkotik vasitə apardığını deməmiş, sonuncu ilə söhbət etməyə imkanı olmamışdır. Saxlanılan zaman polis əməkdaşları qara rəngli “Ford Fusion” və qara rəngli “BMW F10” markalı avtomobillər ilə gəlmişlər. Polis əməkdaşları idarə etdiyi yük avtomobilinə baxış keçirdikdən sonra üzərində şəxsi axtarış aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılanda üzərində bir qədər türk lirəsi, 550 ABŞ dollar və bunlardan əlavə bir qədər pul olmuşdur. Avtomobilində olan mobil telefonları və 550 türk lirəsini Şahid3 götürmüşdür. O, həmin mobil telefonları Gəncə şəhərində “Univermaq”da işləyən Xəyal adlı şəxsə verməli olmuşdur, belə ki, o saxlanılandan sonra Xəyal mobil telefonlara görə bir neçə dəfə yaşadığı evinə getmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl o, döyülmüş və bundan təxminən 3 saat sonra şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, təxminən 4-5 aydır təsadüfən İİR vətəndaşı kimi bildiyi “Əsgər” adlı şəxslə sosial şəbəkələrin birində tanış olmuş, sonuncu ilə WhatsApp ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışmış və danışıqların birində həmin şəxs ona narkotik vasitə göndərəcəyini, narkotik vasitəni Bakı şəhərindən götürüb Gəncə şəhərinə çatdırmalı olduğunu, həmin maddələri Gəncə şəhərində özünün deyəcəyi yerə qoymalı olduğunu, sözügedən maddəni Qazax rayonundan olan tanımadığı bir nəfər şəxsin götürəcəyini, bunun müqabilində ona 5000 (beş min) manat pul verəcəyini demişdir. O, maddi imkansızlıqdan iranlının dediyi ilə razılaşmış və sonuncudan narkotik vasitəni haradan götürəcəyini soruşmuşdur. Əsgər maddələri Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində “At yalı” adlanan əraziyə qoydurduğunu, oraya çatan zaman özünə məlumat verməyini istəmişdir. O, iranlı ilə razılaşıb bir müddət sonra Ələt Limanına gedərək orada Gürcüstan Respublikasına aparacağı 24 ton çəkidəki mis metallarını idarə etdiyi maşına yükləmiş, limandan çıxdıqdan sonra Əsgərin dediyi yerə getmiş və oraya çatan zaman sonuncuya zəng etmişdir. Bu zaman Əsgər ona narkotik vasitələrin olduğu yerin şəklini göndərmiş və orada olan bağlamaları götürüb özünə zəng etməyini xahiş etmişdir. O, bağlamaları götürüb maşınına qoymuş və içərisinə baxan zaman 08 ədəd böyük bağlamada, 01 ədəd isə kiçik bağlamada bükümlərin olmasını görmüşdür. Kiçik bağlamanı götürüb gələcəkdə istifadəsi üçün əynində olan gödəkçəsinin cibinə qoymuş, qalan bükümləri isə Əsgərin dediyi qaydada skoçla bağlayıb avtomobilin sərnişin oturacağının ayaqaltı hissəsinə qoymuşdur. Daha sonra o, Gəncə şəhərinə yola düşmüş və ora çatan zaman Əsgərə zəng edərək məlumat vermişdir. Bu zaman Əsgər Qazax rayonundan olan bir nəfərin həmin maddələri ondan götürəcəyini, ona görə həmin maddələri bir müddət özündə saxlamağını demiş, lakin həmin şəxsin kim olması barədə heç nə deməmişdir. Bundan sonra o, tırı hər zaman saxladığı gömrük postuna yaxın bir ərazidə saxlamış, lakin posta daxil olmamışdır. Çünki tırın içərisində narkotik vasitə olduğundan aşkar olunan zaman tutulacağını bilmişdir. Bundan sonra o, yorğun olduğu üçün istirahət etmək məqsədi ilə evə getmiş, bir neçə gün istirahət etmiş və hər gün Əsgərlə danışmışdır. Lakin Əsgər hər dəfəsində ona gözləməyini demiş, hətta bir dəfə həmin maddələri Gürcüstan Respublikasına aparmağını istəmiş, lakin o, sonuncu ilə razılaşmamışdır. 08 fevral 2023-cü il tarixdə saat 20:40 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb kim olduğunu soruşmuş, o da özünü təqdim etmiş və bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu demişlər və onu Baş İdarənin QBRŞ-nə dəvət etmişlər. O, vəziyyəti bilib polislərə etiraz etməmiş və sonuncularla birlikdə Polis İdarəsinə getmişdir. Oraya çatanda onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tutulmağının səbəbini izah edərək sənədləşmə işlərinin aparılacağını demişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. O, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra onun üzərində şəxsi axtarış davam etdirilərək mobil telefon, 02 ədəd plastik kart, idarə etdiyi tırın açarı, şəxsiyyət vəsiqəsi və pulu aşkar olunmuşdur. Pulu və açar özünə qaytarılsa da, qalan əşyalar götürülmüş, bundan sonra aşkar olunan büküm açılanda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Büküm qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, aşkar edilmiş maddələri Əsgər adlı İİR vətəndaşının dediyi yerdən götürüb sonuncunun dediyi yerə çatdırmalı olduğunu, bunun müqabilində Əsgərin ona 5000 manat pul verəcəyini, həmin maddələri Bakı şəhərindən əldə edərək Gəncə şəhərinə gətirib orada Əsgərin deyəcəyi Qazax rayonundan olan şəxsə verməli olduğunu, idarə etdiyi tırda da həmin maddələrdən olduğunu deyərək tıra baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmaqla bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Ardınca o, ərizə yazaraq idarə etdiyi tıra baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və videoçəkilişdən istifadə edilməklə tıra baxış keçirilməyə başlanılmışdır. Bu zaman orada DGK-in əməkdaşları da iştirak etmişdir. Tıra baxış zamanı o, kabinədə olan maddələri təqdim etmişdir. Bu zaman büküm açılmış və orada 08 ədəd büküm olması müşahidə edilmişdir. Həmin bağlamalar qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı nə o, nə də ki müstəntiq ifadələrini ucadan oxumuşdur. Ondan sadəcə imza etməyini istədikləri üçün o da oxumadan imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində saxlanılaraq polis şöbəsinə aparılmış, orada üzərinə baxış keçirilmiş və üzərindən telefon, 3 manat pul, kart və narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni “Əsgər” adlı İran İslam Respublikası vətəndaşından aldığını, sonuncunun dediyi yerə qoyaraq qarşılığında 5000 manat pul alacağını, həmçinin özünə məxsus yük avtomobilini Gəncə şəhərindəki Gömrük idarəsində saxladığını, narkotik vasitənin qalan hissəsinin yük avtomobilində olduğunu bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, Gömrük idarəsinin əməkdaşları və vəkilin iştirakı ilə yük avtomobilinə baxış keçirmiş, bu zaman Təqsirləndirilən şəxs özü avtomobilin ön sağ tərəfində olan 8 ədəd içərisində narkotik vasitə heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Aşkar olunan bükümlərin ümumi çəkisi təxminən 13,3 kiloqram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Əsgər adlı İran İslam Respublikası vətəndaşından götürdüyünü, qarşılığında isə 5000 manat pul almalı olduğunu bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupunun 3 nəfər üzvü olmuşdur. Şəxsi axtarış zamanı Samirin üzərindən 200 qramdan artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Yük avtomobilinə baxış keçirilməsində möhürün açılması üçün Gömrük idarəsinin əməkdaşları da iştirak etmişdir. Avtomobildən aşkar olunan narkotik vasitə açıq şəkildə salonda, sağ sərnişin oturacağının yanında yerdə olmuş, həmin narkotik vasitəni gizlətmək üçün üzərinə nəsə örtülməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir-təzyiq olunmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni İran İslam Respublikası vətəndaşının dediyi yerə qoymaq üçün götürdüyünü bildirmiş, ola bilsin ki narkotik vasitənin hamısının eyni yerə qoymayacağı üçün bir hissəsini üzərində, qalan hissəsini də yük avtomobilində saxlamışdır. Yük avtomobilinə baxış zamanı kinoloq iştirak etmiş, sonuncu narkotik vasitə aşkar olunandan sonra gəlməmiş, istintaq hərəkətinin əvvəlindən iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs saat 20 radələrində saxlamışlar. Yük avtomobilindən “İphone” markalı mobil telefonların aşkar olunmasını xatırlamamış, sadəcə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri Gürcüstan Respublikasına aparmalı olmuş, lakin sonuncunun narkotik vasitəni orada kimə verəcəyini bilməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlarla çox səmimi olmuş, heç bir etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 və baş əməliyyat müvəkkili İspatov X10 Azər Əli oğlu ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-nin Qərb ərazi Baş Gömrük İdarəsinin Tranzit Gömrük şöbəsinin inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının gəldiyini bildirmişlər. Onlar hadisə yerinə çatdıqda 3-4 avtomobillə polis əməkdaşlarının da gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə oraya gəlmişdir. Yük avtomobilinin yanında olarkən polis əməkdaşlarının oradan bir bağlama düşürdüklərini görmüşdür. Ardınca həmin bağlamada olan narkotik vasitələri tək-tək çıxarıb yerə qoymuşlar. Həmin vaxt polis əməkdaşları tərəfindən video çəkiliş aparılmışdır. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, avtomobilə baxış zamanı gömrük əməkdaşlarından o və Mirhafiz Mirsalahov, əlavə olaraq 6-7 nəfər polis əməkdaşı iştirak etmişdir. O və Mirhafiz Mirsalahov avtomobilə baxış üçün işlədikləri idarədən, polis əməkdaşları isə başqa yerdən gəlmişdir. Onlar polis əməkdaşları ilə yük avtomobilinin yanında qarşılaşmışlar. Yük avtomobilinə baxış zamanı Təqsirləndirilən şəxs də iştirak etmişdir. Xatırladığı qədəri ilə baxış zamanı yük avtomobilinə qalxıb içərisində narkotik vasitə olan bağlamanı götürmüş və bundan sonra həmin bağlamanı yerə qoyaraq içərisindən xırda bağlamalar çıxarmışlar. Avtomobilə baxış zamanı aşkar edilmiş narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs nə deməsini xatırlamamışdır. Avtomobilin yük yerinə baxış keçirsələr də, oradan heç nə aşkar edilməmişdir. Narkotik vasitə avtomobilin ön hissəsindən aşkar olunmuşdur. Narkotik vasitəni polis əməkdaşlarının özləri avtomobildən çıxarmışlar. Onlar 3-4 metr kənardan yük avtomobilinə baxışda iştirak etmişlər. Yük avtomobilinə baxış keçirilməsində iştirak etməklərini idarələrinin rəisi tapşırmış və baxış keçiriləcək yük avtomobilinin olduğu yer barədə onlara idarədən deyilmişdir. Baxış keçirdikləri yük avtomobili DGK-in Qərb ərazi Baş Gömrük İdarəsindən çıxdıqda sol tərəfdə yolun sağında olmuşdur. Onlar yük avtomobilinin yanına çatdıqdan 3-4 dəqiqə sonra polis əməkdaşları da gəlmişdir. Video çəkiliş zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təzyiq göstərilməsini və üzərinə narkotik vasitə qoyulmasının şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub imza etmişdir. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında “avtomobilə baxış və götürmə aparılması haqqında” istintaq hərəkətinin iştirakçıları, eləcə də Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı narkotik vasitəni əldə etmə mənbəyi barədə bildirdikləri ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 həmin ifadəsində göstərmişdir ki,..... yük maşınına baxış keçirilməsinə onun, Mirhafiz Mirsalahovun və Şahid6 iştirak etməyi barədə göstəriş verilmiş, bundan sonra onlar polis əməkdaşları ilə danışmış və maşına baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsindən bükümləri təqdim edərək, onların içərisində narkotik vasitə heroin olduğunu, onları İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü və deyəcəyi şəxsə çatdırması müqabilində pul alacağını bildirmişdir........ İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-nin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat-istintaq İdarəsinin hədəfləmə-koordinasiya bölməsinin rəisi X1 Fuad Saday oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-in Qərb ərazi Baş Gömrük İdarəsinin Kinoloji Mərkəzin baş kinoloqu Şahid6 da Şahid5 ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişidir ki, avtomobilə baxışdan sonra gömrük idarəsinin əməliyyatında işlədiyi üçün maraq kəsb etdiyi üçün Təqsirləndirilən şəxs narkotik vasitəni necə aparmağı düşündüyünü soruşduqda sonuncunun narkotik vasitəni avtomobilin gövdəsində keçirəcəyini və həmişə belə etdiyini bildirdiyini göstərmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/804 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7 №”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 225,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2) Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” yazısı və imzalar olan bağlamalardakı 08 (səkkiz) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1000,4 qr., 995,0 qr., 2005,3 qr., 995,9 qr., 1001,3 qr., 2013,1 qr., 1997,4 qr. və 1985,0 qr. olmaqla, ümumi təmiz çəkisi 11993,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3) Vət. Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 12218,4 qramdır (12 kiloqram 218,4 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; 4) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Qeyd: üzərindən götürülmüş heroinin təmiz çəkisi - 225,0 qr., tədqiqata sərf edildi - 0,2 qr., qalıq: 224,8 qram. İdarə etdiyi avtomobildən götürülmüş heroinin ümumi təmiz çəkisi - 11993,4 qr., tədqiqata sərf edildi - 0,32 qr., qalıq - 11993,08 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin xx.xx.2023-cü il tarixli, 1123 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 20:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bükümü masanın üzərinə qoyaraq həmin kütlənin narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd yük avtomobili açarı, 1 (bir) ədəd içərisində +99455252-83-32 nömrə olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 3 (üç) manat pul, 2 (iki) ədəd üzərində 4098 5844 5891 7224 və 5404 0852 3868 9410 nömrələri olan plastik bank kartları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm açıldıqda içərisində ilk görünüşdən açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 237 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütlələri telefon vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əsgər kişi” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Bakı şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Gürcüstan Respublikasına çatdırmaq məqsədi ilə əldə etdiyini, lakin daha sonra Gəncə şəhərində olarkən “Əsgər kişi” adlı şəxsin narkotik vasitənin “qazaxlı” olan başqa bir şəxsin ondan götürücəyini bildirdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əsgər” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, “Əsgər kişi” adlı şəxsi 4-5 aydır tanıdığını, əvvəl də bir dəfə “Əsgər” adlı şəxsdən narkotik maddələr əldə etdiyini, idarə etdiyi yük avtomobilində narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki yaxud psixi zor tətbiq edilmədiyini göstərmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm, bir ədəd “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartı və bir ədəd şəxsiyyət vəsiqəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bir ədəd avtomobil açarı və üç manat pul özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, idarə etdiyi “X18” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqusuna polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs “X18” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış zamanı sonuncu avtomobilin qabaq sağ oturacağının qarşısından bir ədəd böyük ölçülü bağlamanı təqdim etmişdir. Baxış zamanı həmin bağlamadan 08 ədəd içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümlər aşkar edilmişdir. Qeyd edilən kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə 12 kiloqram 380 qram olması müəyyən edilmişdir. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. X17 Komitəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqusuna da baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri internet vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əsgər” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Gəncə şəhərində deyəcəyi şəxsə çatdırmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əsgər” adlı şəxsin ona 5000 manat pul verəcəyini bildirmişdir. Avtomobilə baxış zamanı aşkar edilmiş səkkiz ədəd büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddəti əhatə edən məlumatlarla bağlı "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd informasiya daşıyıcı olan diskə baxış zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 istifadələrində olmuş mobil nömrələrdən həmin nömrəyə zəng olunması və ya əksinə, Təqsirləndirilən şəxs tərəfindən şahidlərə zəng olunması aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-da Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 129-135 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BNMİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsdən satmaq məqsədilə əldə etməsi müəyyən edilsə də, “Əsgər” adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən sonuncunun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və sonuncunun idarə etdiyi yük avtomobilindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12217,88 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞİH başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - 1989-cu il təvəllüdlü X5, övladları – 2009-cu il təvəllüdlü X8 və 2014-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadır və həmin yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinə aid 01 (bir) ədəd disk və avtomobilə baxış keçirilməsi istintaq hərəkətinə aid 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon ailə üzvlərinə təqdim edilməsi üçün müdafiəçisi tərəfindən təhvil alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncəyə və ya digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi il bağlı saxlanmış, fakta görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BMCMİ-nin müvəqqəti saxlama yerinə qəbul edilərkən bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində xx.xx.2023-cü il tarixdə saat 16-17 radələrində tanımadığını iki nəfər şəxslə birlikdə saxlanıldığını, Şahid1 adlı polis əməkdaşının həmin şəxslərdə narkotik vasitə olmasını deməsinə baxmayaraq, bir qədər sonra polislərin onunla birlikdə saxlanılan digər şəxsləri sərbəst buraxdıqlarını, İran İslam Respublikası vətəndaşı olan “Əsgər” adlı şəxsi tanımadığını, sonuncu ilə nəinki telefon vasitəsilə ümumiyyətlə əlaqə saxlamadığını, şəxsi axtarış, həmçinin avtomobilə baxış istintaq hərəkətləri zamanı müdafiəçisinin iştirak etmədiyini, müdafiəçinin ona təqdim edilmədiyini, polislərin ona tanımadığı şəxsin fotoşəkilinin təqdim edərək həmin şəxsin üzünə durub guya sonuncudan narkotik vasitə almasını deməyini tələb etdiklərini, lakin buna razı olmadığını, narkotik vasitənin özünə məxsus olmadığını, narkotik vasitəni polislərin üzərinə və yük avtomobilinə qoyduqalrını, polislə ədavəti olmamasına baxmayaraq, nə üçün saxlanıldığını bilmədiyini, ibtidai istintaq zamanı ona fiziki təzyiq göstərdikləri üçün məcbur olub etirafedici ifadələr verdiyini, saxlanılan zaman avtomobilində olan ABŞ dolları, türk lirəsi, eləcə də Zaur adlı dostunun Gəncə şəhərində “Univermaq”da işləyən qohumu Xəyal adlı şəxsə çatdırması üçün ona verdiyi “İphone” markalı mobil telefonların polis əməkdaşları tərəfindən götürüldüyünü göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olan “Əsgər” adlı şəxsi tanımadığını və sonuncu ilə nəinki telefon vasitəsilə ümumiyyətlə əlaqə saxlamadığını iddia etsə də o, xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində 4-5 aydır İran İslam Respublikası vətəndaşı kimi bildiyi “Əsgər” adlı şəxslə sosial şəbəkələrin birində tanış olduğunu, sonuncu ilə WhatsApp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə danışdığını, danışıq zamanı iranlının ona narkotik vasitə göndərdiyini, özünün də gedərək Bakı şəhərində iranlının dediyi ünvandan narkotik vasitəni götürdüyünü, narkotik vasitəni idarə etdiyi yük avtomobilinin kabinəsinə qoyduğunu, bir qədərini isə üzərində götürdüyünü, narkotik vasitəni Gəncə şəhərində iranlının dediyi Qazaxdan olan bir nəfərə verməli olduğunu, qarşılığında isə iranlının ona 5000 manat (beş min) pul verməli olduğunu göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə o, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, eləcə də onun üzərinə və idarə etdiyi avtomobilinə narkotik vasitə qoyduqlarını göstərməmiş, əksinə ayrı-ayrılıqda təhqiqatçı ilə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsinə gətirilərkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bükümü masanın üzərinə qoyaraq həmin kütlənin narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu bildirmişdir. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd yük avtomobilinin açarı aşkar edilir və istintaq hərəkətinin sonunda özünə qaytarılır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni telefon vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əsgər kişi” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Bakı şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Gürcüstan Respublikasına çatdırmaq məqsədi ilə əldə etdiyini, lakin daha sonra Gəncə şəhərində olarkən “Əsgər kişi” adlı şəxsin narkotik vasitənin “Qazaxlı” olan başqa bir şəxsin ondan götürücəyini bildirdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əsgər” adlı şəxsin ona 5000 (beş min) manat pul verəcəyini, “Əsgər kişi” adlı şəxsi 4-5 aydır tanıdığını, əvvəl də bir dəfə “Əsgər” adlı şəxsdən narkotik maddələr əldə etdiyini, idarə etdiyi yük avtomobilində narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki yaxud psixi zor tətbiq edilmədiyini göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisi Kamran Əlizadə tərəfindən verilmiş suallara qəti olaraq cavab verib həm üzərində, həm də avtomobilində olan narkotik vasitələri iranlı ilə danışaraq götürdüyünü və sonuncunun dediyi şəxsə verməli olduğunu, narkotik vasitənin idarə etdiyi avtomobilin kabinəsində olduğunu, “Əsgər” adlı iranlını görmədiyini, sonuncu ilə mobil telefon vasitəsilə görüntülü danışdığını, həmin şəxsin “ağsaqqal” olduğunu, heç kimin onun üzərinə və avtomobilinə narkotik vasitə qoymadığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “avtomobilə baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə idarə etdiyi yük avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs açarla avtomobilin ön sağ qapısını açıb qabaq sağ oturacağının qarşısından bir ədəd böyük ölçülü bağlamanı təqdim edir. Həmin bağlamaya baxış zamanı içərisindən 08 ədəd büküm aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərdə “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri internet vasitəsilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Əsgər” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə Gəncə şəhərində deyəcəyi şəxsə çatdırmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Əsgər” adlı şəxsin ona 5000 manat pul verəcəyini bildirmişdir. Qeyd edilən videoçəkilişdə də Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçı tərəfindən verilmiş suallara qəti olaraq cavab verib idarə etdiyi yük avtomobilinin kabinəsindən aşkar edilmiş narkotik vasitələri də “Əsgər” kimi tanıdığı iranlıdan əldə etdiyini bir daha təsdiq etmişdir. Eyni zamanda videoçəkilişdən görünür ki, yük avtomobilinin kabinəsinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan açarla kabinənin sağ qapısını bağlayaraq açarı cibinə qoyur. Ümumiyyətlə də həm şəxsi axtarış və götürmə aparılması, həm də avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişlərdən açıq-aşkar görünür ki, hər iki istintaq hərəkəti keçirilən zaman dövlət hesabına təyin olunmuş müdafiəçisi X16 Abdullayevin yanında olmuşdur. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hər iki istintaq hərəkəti zamanı müdafiəçisinin olmadığını iddia etmişdir. Bundan əlavə hər iki istintaq hərəkətinin videoçəkilişlərindən o da görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi Kamran Əlizadə ilə fərdi söhbət etməsi üçün kifayət qədər imkanı olmuşdur. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində şəxsi axtarış zamanı və idarə etdiyi yük avtomobilinin kabinəsinə baxış zamanı aşkar edilmiş narkotik vasitələrin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu etiraf edərək Bakı şəhərindən tanımadığı İran vətəndaşı ilə danışaraq əldə etdiyini bildirdiyini, avtomobilə baxış zamanı mobil telefon görmədiklərini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin də nə onun üzərinə, nə də ki idarə etdiyi yük avtomobilinə narkotik vasitə qoymadığını göstərmişlər. Hətta iş üzrə şahid qismində dindirilmiş gömrük əməkdaşları Şahid6, Şahid5 və Mirhafiz Mirsalahov ifadələrində baxış keçirilməmişdən qabaq hər hansı bir qara rəngli bağlamanın polis əməkdaşı tərəfindən avtomobilin kabinə hissəsinə qoyulmasının şahidi olmadıqlarını, onlar avtomobilin yanına gələndə orada heç kimin olmadığını, avtomobilə baxış keçirilməmişdən əvvəl bütün iştirakçıların onlara təqdim edildiyini, avtomobilə baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilmədiyini, avtomobildən telefon aşkar edilməsini görmədiklərini, Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitəni Bakı şəhərindən götürdüyünü və Qazax şəhərinə, yaxud Gürcüstana aparacağını dediyini göstərmişlər. Eləcə də iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, vəsatətlə təqdimata münasibət bildirərkən Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək polislər tərəfdən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini, həmçinin polislərin onun üzərinə və idarə etdiyi yük avtomobilinə narkotik vasitə qoymalarını göstərməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polislər tərəfindən ona qarşı fiziki zorakılığa yol verildiyini və istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətin olduğunu iddia etsə də iş materiallarında olan həm 2 saylı istintaq təcridxanasından, həm də BMCMİ-dən daxil olmuş məktublardan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs polislərin ona qarşı fiziki zorakılığa yol verməsi ilə bağlı göstərdiyi xüsusatlar tam olaraq təkzib olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs saxlan zaman üzərində və idarə etdiyi yük avtomobilində narkotik vasitələrin olmadığını iddia etsə də xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən içərisində narkotik vasitə olduğunu bilmədiyi bağlamaları bir daha Əsgər adlı iranlının xahişi ilə götürərək Gəncə şəhərinə apardığını, iranlının ona Gəncədə həmin bağlamaları gəlib götürəcəklərini dediyini, məhz iranlını tanıdığı üçün də sonuncunun dediklərini elədiyini etiraf etmişdir. Hətta xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə keçirilmiş cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs iranlının ona verdiyi bağlamaların içərisində narkotik vasitə olmasını bilmədiyi və buna görə də özünü qismən təqsirli bildiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunadək həm üzərindən, həm də avtomobilindən aşkar edilmiş bağlamaları iranlıdan götürdüyünü birmənalı olaraq etiraf etmişdir. Halbuki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan bağlamaları polislərin onun üzərinə və avtomobilinə qoyduqlarını iddia etmişdir. Bu hal Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı məhkəmədə gətirdiyi dəlilərin tam olaraq təkzib olunduğunu təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobilində ABŞ dolları, türk lirəsi, həmçinin Zaur adlı dostunun Gəncə şəhərində “Univermaq”da işləyən qohumu Xəyal adlı şəxsə çatdırması üçün ona verdiyi “İphone” markalı mobil telefonların olduğunu və həmin əşyaları polislərin götürdüyünü iddia etsə də nə “şəxsi axtarış və götürmə aparılması haqqında”, nə də ki “avtomobilə baxış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş videoçəkilişlərdə həmin əşyaların avtomobildə olması öz təsdiqini tapmamışdır. “İphone” markalı mobil telefonun dəyərinin yüksək olmasını nəzərə aldıqda nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqı zamanı digər hər hansı şəxs müraciət edərək Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı şikayətçi olduğunu bildirməmişdir. Ümumiyyətlə də Təqsirləndirilən şəxs pul əsginaslarının və mobil telefonlarının idarə etdiyi yük avtomobilindən götürülməsini məhkəməyədək icraat zamanı heç vaxtı bildirməmiş, həmin xüsusatları ilk dəfə məhkəmə istintaqı zamanı irəli sürmüşdür. Bununla belə, müdafiə tərəfi iddia etdiyi həmin xüsusatlarla, yəni qeyd edilən əşyaların polislər tərəfindən götürülməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində üzərindən və idarə etdiyi yük avtomobilindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmadığını, həmin narkotik vasitələri polislərin qoyduğunu, həmçinin ona qarşı polislər tərəfindən fiziki və psixi zorakılığa yol verildiyini göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, o cümlədən şəxsi axtarış və götürmə aparılması, habelə avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinin gedişinə dair videoçəkilişlərdə, eyni zamanda şahidlərin ifadələrində, eləcə də barəsində tərtib edilmiş tibbi sənədlərdə Təqsirləndirilən şəxs birbaşa olaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Əsgər” adlı şəxslə narkotik vasitələrin alqısatqısına dair danışıqlar aparması, sonuncu ilə aralarında əldə olunmuş razılığa əsasən qazanc əldə etmək məqsədilə gedərək narkotik vasitənin qoyulduğu yerdən müəyyən edilmiş ünvanlara çatdırması üçün götürməsi, habelə ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməməsi tam olaraq sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında, o cümlədən avtomobilə baxış və götürmə aparılması haqqında istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 12218,4 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi yük avtomobilindən aşkar edilmiş narkotik vasitə olan heroinin həm ayrı-ayrılıqda, həm də ümumi təmiz çəkisinin külli miqdar (12 kiloqramdan artıq) təşkil etməsi, heroinin çəkilib 09 ədəd bağlamaya (üzərindən aşkar edilmiş bağlama ilə birlikdə) yığılması, hər bir bağlamada olan heroinin ayrı-ayrılıqda ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, həmçinin onun üzərindən heroinin aşkar edilməsinə baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən heroindən sui-istifadə etməməsi və narkomaniya xəstəliyindən əzab çəkməməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində və avtomobilində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə heroin olan bağlamaları bir təyinat nöqtəsindən digər təyinat nöqtəsinə daşımaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi müəyyən məbləğdə pul vəsaitini almalı olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və sonuncunun idarə etdiyi yük avtomobilindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 12217,88 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinə aid 01 (bir) ədəd disk, avtomobilə baxış keçirilməsi istintaq hərəkətinə aid 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1123 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 fevral 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və sonuncunun idarə etdiyi yük avtomobilindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 12217,88 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinə aid 01 (bir) ədəd disk, avtomobilə baxış keçirilməsi istintaq hərəkətinə aid 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar