Məhkəmə qərarları › İş №1(100)-410/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-410/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-410/2023 14.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Qazax rayon Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Ağstafa rayon Göycəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İstintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 663,98 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək ayrı-ayrı bükümlərdə üzərində, avtomobilində və yaşadığı evdə saxlamış, Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri H.Əliyev prospektində saxlanılaraq qeyd olunan avtomobillə Qazax RPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 15:00-dan saat 17:10-dək olan müddətdə üzərində şəxsi axtarış və avtomobilə baxış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 1,12 qram təşkil edən, idarə etdiyi “Hyundai Elantra” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının alt hissəsindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 205 qram və 2,86 qram, ümumi çəkisi 297,86 qram təşkil edən və həmin tarixdə saat 17:30-dan saat 18:40-dək olan müddətdə yaşadığı Ağstafa rayon Göycəli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının döşəyinin altından yaşıl rəngli sellofan torbada təmiz çəkisi 455 qram təşkil etməklə ümumilikdə 663,98 qram təşkil edən eyni kimyəvi tərkibə malik külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, təxminən 20 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Tutulmamışdan təxminən 10 gün əvvəl Bakı şəhərində olarkən İran İslam Respublikasına məxsus mobil nömrə ilə bir nəfər ona “Whatsapp” mobil proqramı ilə zəng edib özünü “Mehti” kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxs ona yaxşı narkotik vasitəsi olduğunu və sata biləcəyini bildirmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxs ona 700 qram narkotik vasitə olan marixuananı 5000 manata təklif etmiş o, isə həmin şəxsə 4000 manat verə biləcəyini demişdir. Mehti əvvəl razılaşmasa da, sonradan razılaşmış və xx.xx.2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri Yasamal rayonu ərazisindən keçən “İpək yolunun” kənarındakı, üzərində xatırlamadığı rəqəmlər olan yol nişanının kənarına, yaşıl rəngli sellofan torba içərisinə qoyacağını bildirmiş, ona da pulu həmin yerə qoymağı təklif eləmişdir. O da xx.xx.2023-cü il tarixdə səhər saatlarında istifadəsində olan “Hyundai Elantra” markalı avtomobillə saat 9-10 radələrində Mehtinin dediyi yerə gedərək narkotik vasitə olan qurudulmuş marixuananın orada olduğunu görmüş, yaşıl rəngli sellofan torbanı götürdükdən sonra razılaşmaya əsasən 4000 manat pulu narkotik vasitə olan yerə qoyaraq avtomobilə qayıtmış və oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə birlikdə arvadı Gülnarənin ayağı əzildiyi üçün onu Ağstafa rayonu, Göycəli kəndinə gətirməli olduğu üçün gecə saatlarında Bakı şəhərindən çıxmışdır. xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu, Göycəli kəndinə çatmış, içərisində narkotik vasitə olan yaşıl rəngli sellofan torbanı yaşadığı evin yataq otağındakı çarpayının döşəyi altına qoymuş və bu barədə ailə üzvlərinə heç nə deməmişdir. Narkotik vasitədən bir qədər götürüb avtomobilə qoymuş, bir qədər isə şalvarının cibində saxlamış, bir qədər istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində oğlu Etiram Musayevlə birlikdə Qazax şəhərinə qohumları ilə görüşməyə gedərkən yolda tanışı Şahid4 Ağstafa şəhərində yolun kənarında görüb onu da avtomobilə götürmüşdür. İstifadəsində olan “Hyundai Elantra” markalı avtomobillə Qazax şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan zaman polis avtomobili tərəfindən ona saxla işarəsi verilmiş, o da avtomobili saxlamış, həmin vaxt bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Qazax RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitə istifadəsində şübhəli olduğunu bildirib, polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarının tələbi ilə polis şöbəsinin inzibati binasına gəlmiş, oğlu Etiram və avtomobildə olan tanışı Elçin də polis şöbəsinə aparılmışlar. Polis şöbəsində vəkil dəvət edilmiş, daha sonra polis şöbəsində polis əməkdaşları, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Qadağan olunmuş əşyaları təqdim etməyi təklif olunduqda şalvarın sağ yan cibində olan qurudulmuş marixuananı təqdim etmiş, büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri möhürlənmiş, üzərini o da imzalamışdır. İstifadəsində olan avtomobildə və yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmiş və avtomobilə, həmçinin yaşadığı evə də baxış keçirilməsi barədə etirazı olmamasına dair ərizə yazmışdır. Bundan sonra Qazax RPŞ-nin inzibati binasının həyətində olan “Hyundai Elantra” markalı ** SF *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sürücü oturacağının altında olan şəffaf rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbalar ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilər sellofan torbalarla birlikdə müvafiq olaraq 220 və 4,56 qram təşkil eləmişdir. Həmin torbalar da ayrı-ayrılıqda qablaşdırılmış, üzəri möhürlənmiş və üzərlərini o da imzalamışdır. Bundan sonra Qazax RPŞ-dən çıxaraq Ağstafa rayon Göycəli kəndində yaşadığı evə getmiş, yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının döşəyinin altında saxladığı yaşıl rəngli sellofan torbanı da təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitə də qablaşdırılmış, üzəri möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, o da imzalamışdır. Şəxsi axtarışı, avtomobilə baxış və yaşadığı evə baxış videoçəkilişlə aparılmış, müvafiq protokollar tərtib edilmiş, protokolları o da imzalamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərdi ki, “Mehti” adı ilə tanıdığı şəxs İran İslam Respublikasına məxsus nömrədən istifadə etmişdir. O, heç vaxt narkotik vasitə satmamış və yalnız özü istifadə etdiyi və həmin vaxt ucuz başa gəldiyi, gələcəkdə də uzun müddət hər hansı bir narkotik satışı ilə məşğul olan şəxs axtarmamaq və çətinlik çəkməmək üçün külli miqdarda narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qazax RPŞ-nin Daşsalahlı polis bölməsinin sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Ağstafa rayon sakinləri Şahid5 Hafis oğlu, X2 və Şahid4 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 23 fevral 2023-cü il tarixdə Qazax RPŞ-nin Daşsalahlı polis bölməsində olan zaman əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 bildirişdir ki, məlumatı var ki, Ağstafa rayon sakinləri Şahid5 Hafis oğlu, X2 və Şahid4 üzərilərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Məlumat raportla rəhbərliyə məruzə olunandan sonra sааt 14 radələrində o, Qazax RPŞ-nin Daşsalahlı polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və sahə rəisi, polis baş leytenantı Şahid2 birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elentra markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri H.Əliyev prospektində saxlanılaraq özlərini təqdim etdikdən sonra onlara üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onları Qazax RPŞ-nin Daşsalahlı polis bölməsinə dəvət etmişlər. Saat 14:10-də polis bölməsinə çatmışlar. Polis bölməsində rəisin adına raportla məruzə edilmiş, həmin şəxsləri təhqiqatçıya təhvil vermişlər və həmin şəxslər təhqiqatçı X3 tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmişdir. Daha sonra müdafiəçi tutmaq hüququ izah edilməklə siyahı üzrə hər üç şəxsə dövlət hesabına müdafiəçi təqdim edilmiş və üzərilərinə dövlət hesabına təqdim edilmiş müdafiəçilərin iştirakı və videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Həmin şəxslərdən Şahid5 Hafis oğlu və Şahid4 üzərilərinə şəxsi axtarış keçirilsədə, üzərilərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins materialından olan şalvarın sağ yan cibində şəffaf rəngli sellofan kəsiyinin içərisindən qurudulmuş halda yaşıl rəngli sipesifik iyli kütləni öz razılığı ilə, könüllü olaraq təqdim etmişdir. Onun təqdim etdiyi sellofan kəsiyi açılmış, sellofan kəsiyi açıldıqda içərisində spesifik iyli qurudulmuş halda kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan kütləni təqdim etdikdən sonra sellofan kəsiyinin içərisində olan kütlənin marixuana olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə Bakı olan zaman tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzisi vasitəsilə çəkilmiş, sellofan kəsiyinin içərisində olan kütləlinin sellofanla birlikdə ümumi çəkisi 1.29 qram olması müəyyən edilərək qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhür ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən bir ədəd “Huavvefi” maraklı mobil telefon aşkar edilərək qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Hundai Elentra markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə və yaşadığı Ağstafa rayon Göycəli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə razılıq vermişdir. Sonra isə idarə etdiyi avtomobilə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq imzalamışdır. Təqsirləndirilən şəxs ərizə yazdıqdan sonra Qazax rayon PŞ-nin inzibati binasının həyətində olan sonuncunun idarə etdiyi və qapıları özü tərəfindən kilidlənmiş “Hundai Elentra” markalı **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol ön qapısını açaraq oturacağın altından bir ədəd şəffaf rəngli sellofan torbanı götürüb təqdim edərək qeyd olunan sellofan torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. Onun sözlərindən sonra sellofan torba açılmış və torbanın içərisində qurudulmuş halda yaşlı rəngli spesifik iyli kütlə və bir ədəd şəfaf rəngli sellofan kəsiyinin içərisində qurudulmuş halda olan yaşıl rəngli spesifik iyli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan kütlələri təqdim etdikdən sonra həmin kütlələri xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən aldığını, üstündən aşkar edilmiş kütlənin hissəsi olduğunu demişdir. Həmçinin həmin kütlədən bu günə qədər heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, sellofan torbanın içərisindəki kütlənin sellofan ilə birlikdə çəkisi 220 qram, sellofan kəsiyinin içərisindəki kütlənin isə çəkisi 4.56 qram olması müəyyən edilərək, ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhür ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış video çəkiliş vasitəsi ilə aparılmışdır. Aparılmış video çəkliş bir ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. Aşkar edilmiş kütlə qablaşdırılmaqla üzəri RPŞ-nin 64 nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Ağstafa rayonunun Yuxarı Göycəli kəndində yerləşən Hafis Musayevə məxsus evə gedib həmin evə baxış keçirmişlər və baxış zamanı evinin yataq otağında olan çarpayının döşəyinin alt hissəsində yaşıl rəngli sellofan torbada kütləni təqdim edərək bilirmişdir ki, həmin kütlə narkotik vasitə marixuanadır. Təqsirləndirilən şəxs qeyd olunan kütlələri təqdim etdikdən sonra həmin kütlələri xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən 4000 manata aldığını, avtomobilindən və üstündən aşkar edilmiş kütlənin hissəsi olduğunu demişdir. Həmçinin həmin kütlədən bu günə qədər heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, sellofan torbanın içərisindəki kütlənin sellofan ilə birlikdə çəkisi 455 qram olması müəyyən edilərək qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhür ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış video çəkiliş vasitəsi ilə aparılmışdır. Aparılmış video çəkliş bir ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, hazırda digər cinayət əməli ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar xidmətin “ saylı İstintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs Ağstafa rayon Göycəli kənd sakinləri kimi tanıyır. Adı çəkilən şəxslərlə münasibəti həmişə normal olmuşdur, ədavət yaxud düşmənçilikləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Qazax şəhərinə getmək üçün yol kənarında durarkən Təqsirləndirilən şəxs onu görüb saxlamış və sonuncunun idarə etdiyi Hundai Elentra markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərkən oğlu Şahid5 də maşında olduğunu görmüşdür. Qazax şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman yolda dayanmış mülkü geyimli şəxslər saxla işarəsi ilə Təqsirləndirilən şəxs avtomobili yolun kənarına çəkib saxlamış, həmin şəxslər avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək Qazax rayon Polis Şəbəsinin əməkdaşları olduğunu bildirmişlər, hər üçünə narkotik vasitə saxlamaqda və istifadədə şübhəli olduğunu bildirərək onlarla birlikdə Qazax RPŞ-yə getməyi bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Hafizin idarə etdiyi “Hundai Elentra” markalı avtomobil ilə Qazax RPŞ-nə gəlmişdir. Avtomobili bağladıqdan sonra hər üçü ayrıayrı otaqlara aparılmışlar. Qazax RPŞ-də narkotik vasitə saxlaqda şübhəli olduğu bildirib üzərində narkotik tərkibli maddə varsa təqdim etməyi bildirmişlər. Vəkilin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilmiş, O, polis əməkdaşlarına üzərində hər-hansı bir narkotik vasitə olmadığını demişdir. Bu sözlərindən sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmadığını soruşmuşlar. O isə polis əməkdaşlarını hər-hansı bir etirazı olmadığını, üzərinə şəxsi axtarış keçirə biləcəklərini demişdir. Bu sözlərindən sonra isə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər-hansı bir narkotik vasitə, psixiatrop maddə və yaxud onun prekursorlarına rast gəlinməmişdir. Sonradan bilmişdir ki, polis əməkdaşları tərəfindən Hafizin avtomobilinə və yaşadığı evə baxış keçirilmiş və qanunla saxlanılması qadağan edilmiş narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş kütlələrdən hər-hansı bir məlumatı olmamışdır. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, atası Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobildə və yaşadıqları evdə arkotik vasitə saxlamasından məlumatsız olmuşdur. Saxlanıldıqları gün atası Təqsirləndirilən şəxslə birlikdə Qazax rayonuna gedərkən yolda tanışları olduğu üçün Şahid4 əl etdiyi üçün avtomobilə götürmüşlər. Qazax şəhərinə çatdıqdan sonra Qazax RPŞ əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə bir yerdə aparılmışlarş. Üzərinə baxış keçirilsə də hər hansı narkotik vasitə aşkar edilmədiyi üçün izahatı alındıqdan sonra polis şöbəsindən buraxılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və qeyrilərinin narkotik vasitə əldə etməsi, saxlaması daşıması, istehlakı ilə məşğul olması barədə Qazax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 fevral 2023-cü il tarixli şəxsi axtarış, avtomobilə baxış keçirilməsi və axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, idarə etdiyi “bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 205 qram və 2,86 qram olmaqla ümumi çəkisi 297,86 qram təşkil edən qurudulmuş marixuanaya bənzər kütlə, həmin gün saat 17:30-dan saat 18:40-dək olan müddətdə yaşadığı Ağstafa rayon Göycəli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının döşəyinin altından yaşıl rəngli sellofan torbada təmiz çəkisi 455 qram təşkil etməklə ümumilikdə 663,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Ağstaf rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, və xx.xx.2023-cü il tarixli 5(015)-14/2023cü il tarixli qərarlarından görünür ki, təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023cü il tarixli qərar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə və Ağstafa rayonu, Göycəli kəndində yaşadığı evdə baxış keçirilməsi hissədə qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 24 fevral 2023-cü il tarixli, 16/264 nömrəli rəyindən gürünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzaları olan kağız paketdəki 1 ədəd şəffav polietilen kəsiyi bükümündəki təmiz çəkisi1,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Тədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffav polietilen kəsiyi bükmündə təmiz çəkisi 2,86 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, digər təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə” sözləri və imzalar olan polietilen torbadakı digər şəffav polietilen torbada təmiz çəkisi 205 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Тədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşakr edilmiş kütlə» sözləri və imzalar olan polietilen torbadakı,təmiz çəkisi 455 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdə və 2 ədəd polietelen torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs istifadəsində olan telefon məlumallarına dair Azercell Telekom MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixlə diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əladə etdiyini iddia etdiyi 19.02.-xx.xx.2023-cü il tarixlərdə Bakı şəhərində müxtəlif ünvanlarda olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 28 fevral 2023-cü il tarixli, 381 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Ağstafa RMX Publik hüquqi şəxsdən verilmiş xx.xx.2023-cü il tarixli, PHÇ-6-24/2-263/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Polikninika şöbəsinin psixatriya kabinetində qeydiyyatda yoxdur, narkoloji kabinetdə “epizodik nəşəçəkmə” diqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli, 4770 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən “şəkərli diabet İİ tip (insulin tələbli), diapetik neyropayita angiopatiya diaqnozu” ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilərək götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,1 qram, 2.84 qram, 204.98 qram və 454, 98 qram olan ,ümumilikdə 663,9 qram narkotik vasitə olan qurudulmuş marixuana sübut kimi tanınıb Ağstafa RPŞ-nin saxlanca təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Ağstafa rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə və “qətimkan tədbirinin seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-1-ci maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai araşdıma həm də məhkəmə baxışı zamanı üzərindən idarə etdiyi avtomobildən və yaşadığı evdən aşkar edilmiş eynitərkibli narkotik vasitə olan marixuananı ancaq şəxsi istifadəsi üçün əldə edib saxladığını və daşıdığını hər hansı şəxsə vermədiyini, satmadığını və satmaq niyyəti olmadığını göstərmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Hafiz Musyaevin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri və şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında”, “baxış keçirilməsi və götürmə haqqında” protokollarla, istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri və cinayət işinin obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və məhkəmə ifadəni həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə xüsusilə təqsirləndirilən şəxsin qeyd edilən narkotik vasitəni öz istifadəsi üçün üzərində və avtomobildə saxlamasını və daşımasını göstərməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi şübhə doğurmasa da, onun üzərindən aşkar edilmiş sellofan bükülüdə olan narkotik vasitə ilə yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq çəkidə - ümumi miqdarına görə külli miqdar narkotik vasitə olan marixuananı idarəetdiyi avtomobil və yaşadığı evdə saxlaması, üzərində daşıması, heç bir yerdə işləmədiyini, qazancı olmadığı qeyd edən təqsirləndirilən şəxsin yaşayış minimumumdan dəfələrlə artıq olan və ailəsinin bir neçə ay maddi- məişət şəraitini hərtərəfli ödəməyə imkan verən pul vəsaitini ( öz deməsinə görə həmin məbləğ 4000 (dörd min manat olmuşdur!!!) taparaq, əvvəllər narkotik vasitə almadığı, tanışlığı olmayan, satdığı narkotik vasitənin keyfiyyəti və tərkibinə əmin olmadığı külli miqdar olan qurudulmuş marixuananı yaşadığı yerdən 500 km məsafədə yerləşən Bakı şəhərinə gedərək hansısa İran vətəndaşından əldə etməsi ağlabatan deyil və özünümüdafiə xarakteri daşımaqla daha ağır cəzadan yayınmaq məqsədi daşıyır. Narkotik vasitənin təqsirləndirilən şəxsin öz sözlərinə görə Bakı şəhərindən götürərkən bütöv bir bağlamada olsa da sonradan təqsirləndirilən şəxs tərəfindən 3 hissəyə (üzərindən aşkar edilən, avtomobilindən götürülən və evindən tapılan) bölünməsi də məhkəmənin həmin narkotik vasitənin satış məqsədilə əldə edilməsi qənaətinə gəlməsinə əsas vermişdir. Məhkəmə tərkibi qeyd edir ki, Ağstafa və Qazax rayonlarının qonşu, aralarındakı məsafənin qısa olması və təqsirləndirilən şəxsin şəxsi avtonəqliyyat vasitəsinə malik olması ona istənilən vaxt (10-15 dəqiqə vaxt intervalında) yaşadığı evə gəlib narkotik vasitəni qəbul etməsinə imkan versə də Təqsirləndirilən şəxs məhkəmədə özü izah edə bilmədiyi səbəbdən narkotik vasitəni (məhkəmənin qənəətinə görə satışı həyata keçirtmək üçün) avtomobilində saxlayıb daşımışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında Həmin Qanunun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və törətdiyi əməldən səmimi peşmançılıq çəkməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 (iki) gün müddət təyin ediləcək cəzadan çıxılmalı, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişilməklə, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Ağstafa RPŞ-də saxlancda saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 1,1 qram, 2.84 qram, 204.98 qram və 454, 98 qram olan, ümumilikdə 663,9 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli istintaq hərəkəti protokollarının əks olunduğu 4 ədəd “DVD” disk və iş materiallarında əlavə edilmiş fotocədvəllər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxarılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Qazax rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi qalıq çəkiləri 1,1 qram, 2.84 qram, 204.98 qram və 454, 98 qram olan, ümumilikdə 663,9 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 4 ədəd “DVD” disk və iş materiallarında əlavə edilmiş fotocədvəllər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar