Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-411/2024 27.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum olunmuş, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında, istintaqa dəqiq məlum olmayan tarixdə birlikdə tanışı Arzu adlı şəxsin Rusiya Federasiyasında yerləşən evinin dam örtüyünün təmiri ilə əlaqədar yol pulu qismində verdiyi Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixə olan məzənnəsi ilə 900 (doqquz yüz) manatı təşkil edən, 50000 (əlli min) rus rublu məbləğində pulunu qaytarmadığına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə həmin vaxt üzərində daşıdığı soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəxt bıçağı ilə qəsdən qarın nayihəsinə bir dəfə vuraraq ona qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mübahisə pul məsələsinə görə olmuşdur. Həmin vaxt o zərər çəkmiş şəxsin yanına getmiş, zərər çəkmiş şəxs ona olan borcunun verməməsini bildirdiyindən aralarında mübahisə yaranmış və o isə içkili olduğu üçün zərər çəkmiş şəxsi bıçaqla vurmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. O zərər çəkmiş şəxslə bir yerdə olmuş və onlar həmin vaxt yeyib içmişlər. O zərər çəkmiş şəxslə həmkədli olmaqla eyni zamanda qohum olmuşlar. Onlar bir yerdə böyümüşlər. Hadisə spirtli içkinin nəticəsi olaraq baş vermişdir. Zərər çəkmiş şəxsin ona 50.000 rus rublu pul borcu olmuşdur. O Rusiya getməli olmuşdur. İyul ayında Rusiyadan ona pul göndərmişlər. O Rusiya Federasiyayına gedə bilməmiş, lakin zərər çəkmiş şəxs həmin vaxt Rusiya Federasiyasına getmişdir. O, zərər çəkmiş şəxsdən ona olan borcunun qaytarılmasını istəmişdir. Onlar yeyib içən zaman onların aralarında hər hansı bir mübahisə olmamışdır. O sonradan zərər çəkmiş şəxsə zəng edərək pulunu tələb etmişdir. Bundan sonra o zərər çəkmiş şəxslə söhbət etməyə getmiş və həmin hadisə baş vermişdir. Zərər çəkmiş şəxs ona nəlayiq ifadələr işlətmişdir. O zərər çəkmiş şəxsdən pulunu tələb etdikdə zərər çəkmiş şəxs ona kobud cavab verərək pulu verməyəcəyini bildirmişdir. Bundan sonra o üzərində olan bıçaqla zərər çəkmiş şəxsə xəsarət yetirmişdir. Xəsarət yetirdikdən sonra həmin ərazidən uzaqlaşaraq atasına hadisə barədə məlumat vermiş və zərər çəkmiş şəxsin xəstəxanaya aparılmasını xahiş etmişdir. Onun zərər çəkmiş şəxsdən hər hansı bir şikayət və tələbi yoxdur. O zərər çəkmiş şəxslə barışdığından, sonuncuya dəymiş ziyanı ödədiyindən və üç azyaşlı uşağını arvadı öldüyündən tək böyütdüyndən, eləcə də əməlindən peşiman olduğundan məhkəmədən ona həbslə bağlı olmayana cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona zəng edərək Rusiyada dam örtüyü işinin olduğunu və Arzu adlı şəxsin onlara bilet alsınlar deyə yol pulu üçün 100.000 min rus rublu pul göndərdiyini bildirmişdir. O, və Pənah təyyarə bilet almışlar. Həmin puldan 50.000 min rus rublunu Pənah, 50.000 min rus rublunu isə o götürmüşdür. Onlar Rusiyaya getmək üçün Bakı şəhərinə aeroporta getmişlər. Bakı aeroportunda Pənah uçuşa buraxılmamış o isə sərhəd xidmətindən keçmişdir. O, Pənahdan onu gözləməsini soruşduqda Pənah ona “sən keç mən işimi həll edib gələrəm” demişdir. Bundan sonra o Rusiya Federasiyasına getmiş Pənah isə gələ bilməmişdir. O Rusiyada qalaraq 5-10 gün Pənahı gözləmişdir. Pənah sərhədi keçə bilmədiyindən Rusiyaya gedə bilməmişdir. Bundan sonra o bilet alaraq Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına gəldikdə Pənah pulu tələb etmiş o isə pulu qaytarmağa imkanın olmamasını bildirmişdir. Hadisə günü Pənah ona zəng etmiş və onlar kafeyə getmişlər. Kafedə çörək yemiş və spirtli içki qəbul etmişlər. Hadisə gecə radələrində baş vermişdir. O evdə yatan zaman Pənah ona zəng etmiş və evdən çıxmağını, söhbət etmək istədiyini bildirmişdir. O Pənahdan nə söhbət etmək istədiyini soruşmuşdur. Pənah isə söhbət etmək istədiyini bildirmişdir. Onlar hər ikisidə içkili olmuşlar. Həmin vaxt Pənah pul istəmiş o isə içikili olduğu üçün sonuncuya sərt cavab vermişdir. Bundan sonra Pənah onu bıçaqla vuraraq qaçmışdır. Pənah bıçaqla ona xəsarət yetirən vaxt o da Pənahı vurmuşdur. Hadisədən sonra o Pənahın anasıgilə zəng etmişdir. Pənah onu vurandan sonra oradan qaçmışdır. Sonra o evə getmiş və arvadından təcili tibbi yardıma zəng etməsini istəmişdir. O Pənaha siqaret verən zaman gözlənilmədən Pənah onu vurmuşdur. O Pənahl təhqir etməmiş sadəcə kobud cavab vermişdir. Vurandan sonra Pənahın dalınca qaçmışdır. O Pənahı vuran zaman ağrılarının olmasını hiss etmişdir. Barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Pənah və Xəyalın kafedə oturduqlarını görmüşdür. Onlar yemək yemişlər. Bundan sonra onlar evlərinə getmişlər. Sonradan bilmişdir ki, Pənah Xəyalı vurmuşdur. Hadisəni görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o Pənahın uşaqlarına yemək vermişdir. Həmin vaxt Xəyal ona zəng etmiş və oğlu Pənahın onu bıçaqla vurduğunu demişdir. O Xəyala inanmamış, Xəyal isə Məlahəti yanına çağırmışdır. Onlar evdən çıxmağa hazırlaşanda qapıda Pənahla qarşılaşmış, Pənah isə səhv etdiyini və Xəyalı vurduğunu demişdir. Daha sonra maşınla Xəyalın evinə getmiş, Xəyal xəstəxanada olduğundan evdə heç kim olmamış bu səbəbdən onlar yenidən xəstəxanaya getmişlər. O hadisənin pul üstündə baş verdiyini, pulun miqdarının nə qədər olduğunu bilməmişdir. Onlar zərər çəkmiş şəxsin bütün xərclərini qarşılamışlar. Pənahın arvadı 3 il olar ki, vəfat etmişdir. Uşaqlar Pənahın himayəsindədir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri Xəyal içkili vəziyyətdə evə gəlmişdir. Həmin vaxt Xəyal yatmağa hazırlaşmışdır. Bundan sonra Pənah zəng eləmiş Xəyalı çağırmış görüşmək istədiyini bildirmiş, Xəyal isə gec olduğunu demişdir. Xəyal sabah danışacaqlarını bildirsə də Pənah razılaşmamışdır. Pənah təhdidlə görüşməsini istədiyini dediyindən Xəyal görüşə getmişdir. Bir qədər sonra Xəyal bıçaqlanmış vəziyyətdə evə gəlmişdir. O təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım gəlmiş və Xəyalı xəstəxanaya aparmışlar. Xəyalla Pənahın aralarında pul məsələsi olmuşdur. Məbləğ 500 manat civarında olmuşdur. Hazırda barışmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə, yəni 17 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvəlli 17 yanvar 2024-cü tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddət 15 yanvar 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəklərini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 140 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji və soyuq-silah ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyintalı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin tədqiqata təqdim edilən poluverin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o, cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakın təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 75 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş hadisə baş verən vaxt əynində olan poluverin və maykanın səthində olan zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən «Döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası» xəsarəti ilə poluverin səthində olan 01 ədəd zədə və maykanın səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 yanvar 2024-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyev tərəfindən götürülmüş 01 (bir) ədəd kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyintalı mətbəx bıçağını digər iki ədəd bıçaqlarla birgə xx.xx.2024-cü il tarixdə tanınma məqsədilə Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs ona təqdim olunmuş bıçaqların arasından özünə məxsus olan bıçağı göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 yanvar 2024-cü il tarixli protokoldan görünürki,01 (bir) ədəd kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyintalı mətbəx bıçağı iş üzrə maddi sübut hesab edilməklə götürülmüş və saxlanılması üçün Şəmkir rayon Polis şöbəsinə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş, xx.xx.2024-cü il tarixli aryışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 406363 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, X7 xx.xx.2020-ci tarixdə doğulmuş atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 086720 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, X9 xx.xx.2018-ci tarixdə doğulmuş atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 797925 saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, X5 xx.xx.2016-cı tarixdə doğulmuş atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X2 04 may 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Şəmkir rayon İcra Hakimiyyəti Başçısının X17 İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin 27 may 2024-cü il tarixli 503 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır və himayəsində ailə üzvləri atası X10, anası Şahid2, övladları X7, X9, X5 vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi 59.1.13-cü maddəsinə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yerindən müsbət xarakterizə olunması həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İstintaq orqanı tarəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması onun məsuliyyətini ağırlaşdıran hal kimi qeyd olunmuşudur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Şəmkir rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırıliması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar restiv yaratmır. Məhəkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivini olmadığından və təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkdiyindən, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmadığından, ittiham aktında qeyd olunan cinayətin residiv ilə bağlı müddəa ağırlaşdırcı hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2, 59.1.8, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyəti, müsbət xarakterizə olunması, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, himayəsində yaşlı atası və anasının, üç az yaşlı uşağının olmasını,arvadının vəfat etməsi və uşaqların qayğısına qala biləcək digər şəxsin olmaması, zərər çəkmiş şəxslə barışıq əldə etməsi, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, hökmün icrası təxirə salınmaqla cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dördyaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Məhəkəmə yuxarıda qeyd edilən yüngülləşdirici halları və təqsirləndirilən şəxsin arvadının ölməsini və üç azyaşlı uşağın onun himayəsində olmaqla qayğısına qalmasını müstəsna hal kimi qiymətləndirirək hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşaqlarını ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və himayəsində olan xx.xx.2020-ci il tarixdə anadan olmuş uşağı X4 on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması məqsədə müvfaiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. İş üzrə maddi sübut hesab edilərək Şəmkir rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd məişət təyinatlı mətbəxt bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2020-ci il tarixdə anadan olmuş uşağı X4 14 yaşına çatanadək, yəni 2034-cü ilin fevralın 13-dək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərinə uşaqlarının qayğısını çəkmək, onların tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulsun. Onun davranışına nəzarət yaşayış yeri üzrə Şəmkir rayon İcra və probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şəmkir rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd məişət təyinatlı mətbəxt bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-411/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-411/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver