Məhkəmə qərarları › İş №1(100)-411/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-411/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-411/2025 05.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Müslümov Bəhruz Firizman oğlu, İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X4, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə, tanışı ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə 2024-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi və vaxtı məlum olmayan tarixlərdə və vaxtlarda Bərdə şəhərində danışıb Zərərçəkmiş şəxs uzun müddətdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmasını, hazırda külli miqdarda qızıl-zinət əşyası olmasını bilərək özünün çoxlu sayda qızıl-zinət əşyası almaq istəyən müştərisi olmasını bildirib Zərərçəkmiş şəxs onda olan qızıl-zinət əşyalarını qısa müddət ərzində onun müştərilərinə satması üçün nisyə formasında verməsini, həmin qızıl-zinət əşyalarını müştərilərə ən azı əşyanın dəyərindən 5(beş) faiz yuxarı qiymətə satmaqla əldə edəcəkləri gəliri yarı böləcəkləri, gəlirlə birlikdə əşyanın dəyəri məbləğində pulu qaytaracağı barədə həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Bərdə şəhər ərazisində Zərərçəkmiş şəxs 2024-cü ilin iyun 30-da 14,42 qram çəkidə qramı 95 manat olmaqla 585 əyarlı, 1370 manat dəyərində türk qızılını, 03 iyul 2024-cü il tarixdə 26,84 qram çəkidə qramı 95 manat olmaqla 2550 manat dəyərində 585 əyarlı türk qızılını, 1200 manat dəyərində 750 əyarlı 7,56 qram 1 karat 20 sot brilliant zümrüd üzüyünü, 1500 manat dəyərində 750 əyarlı 9,3 qram 2 karat 10 sot brilliant klonunu, 700 manat dəyərində 750 əyarlı, 7,2 qram 80 sot brilliant klonunu, 600 manata 583 əyarlı, 7,4 qram 0.5 karat brilliant klonunu, 850 manat dəyərində 585 əyarlı 8,5 qram türk qızıl sepini, 1310 manat dəyərində 583 əyarlı, 13,1 qram rus qızılı komplektini, 800 manat dəyərində 750 əyarlı 7,5 qram 1 karat brilliant üzüyünü, 1200 manat dəyərində 583 əyarlı 9 qramlıq ortası səkkiz qaş 80 sot brilliant üzüyünü, 4500 manat dəyərində 750 əyarlı, 20,3 qram zümrüd 3 karat 60 sotluq brilliant komplektini, 07 iyul 2024-cü il tarixdə 2350 manat dəyərində 750 əyarlı 18 qramlıq 2 karat brilliant sırğasını, 550 manat dəyərində 583 əyarlı, 6,6 qram 40 sot brilliant üzüyünü, 700 manata 583 əyarlı, 6,5 qram 80 sot brilliant saffir üzüyünü, 410 manata 585 əyarlı 4,1 qram türk qızılı sırğasını, 1250 manata 583 əyarlı, 11 qram 1 karat 10 sot brilliant badam sırğasını, 1250 manata 750 əyarlı, 10,6 qram 80 sot brilliant komplektini, 10660 manat dəyərində 585 əyarlı, 106,6 qram türk qızılını, 03 ədəd hər biri 1500 manat dəyərində 875 əyarlı hər biri 8,6 qram olan rus diş qızılı onluğunu, xx.xx.2024cü il tarixdə 6444 manat dəyərində 585 əyarlı, 64,44 qram türk qızılını, 800 manat dəyərində 750 əyarlı, 7,93 qram 70 sot brilliant klonunu, 2630 manat dəyərində 585 əyarlı, 26,3 qram türk qızılını, qramı 100 manatdan 1250 manat dəyərində 585 əyarlı, 12,5 qram türk qızılı bilərziyini, 2650 manat dəyərində 750 əyarlı, 24,6 qram 2 karat 40 sot brillinat komplektini, 585 əyarlı, 22,1 və 2,5 qram, ümumilikdə dəyəri 2460 manat olan türk qızılı bilərziyini, 06 avqust 2024-cü il tarixdə 39060 manat dəyərində 585 əyarlı, 390,6 qram türk qızılını, 1500 manat dəyərində 875 əyarlı 8,6 qram 01 ədəd rus diş qızılı onluğunu, 2580 manat dəyərində 585 əyarlı, 25,8 qram türk qızılını, 2024-cü ilin noyabr ayının 5-dək dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda isə 7100 manat dəyərində 583 əyarlı bütöv daş, hər biri altmış sot olan sibir brilliant tək qaş sırğasını, 3200 manat dəyərində 583 əyarlı 12,5 qram 2 karat 80 sot sibir brilliantından sapfir sırğasını, 1100 manat dəyərində 750 əyarlı, 7,1 qram 1 karat 20 sot brilliant üzüyünü, 2250 manat dəyərində 583 əyarlı, 18 qram 1 karat 80 sot sibir brilliantı sapfir komplektini, 750 manat dəyərində 750 əyarlı, 5 qramlıq 70 sot qırmızı qaş brilliant üzüyünü, 1320 manat dəyərində 750 əyarlı, 9 qramlıq 1 karat 10 sot brilliant klonunu, 2350 manat dəyərində 750 əyarlı, 16,7 qramlıq 2 karat sibir brilliantından sapfir komplektini, 10500 manat dəyərində 875 əyarlı, hər biri 8,6 qram olmaqla 07 ədəd rus diş qızılı onluğunu, 2350 manat dəyərində 750 əyarlı 13 qramlıq 2 karat 40 sot brilliant komplektini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dəyərindən aşağı qiymətə satmaqla girov qoyub pul əldə edib özünün şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs külli miqdar hesab edilən 128.544 (yüz iyirmi səkkiz min beş yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddət aliver etmişlər. Sonradan pulla bağlı onların aralarında narazılıqlar olmuşdur. Olan borcundan az-az ödəniş etmiş, bir az qalmışdır. Hazırda o zərərçəkmiş şəxsdən razılıq almışdır. O Xuramandan qızıl ziynət əşyaları almış və Xuramana 57 min manat borcu yaranmışdır. O Xuraman ilə qarşılıqlı aliver etmişdir. Daha sonra o borca və xərcə düşmüşdür. Yerdə qalan pulları da Xuramana ödəmiş, hal-hazırda zərəçəkmiş şəxslə barışmış, zərəçəkmiş şəxsin ondan heç bir şikayət tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə qısa ifadə verdiyindən onun istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi tədqiq edilmişdir. Təsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, «….2018-ci ildən etibarən Bərdə rayonu, “təzə bazar” adlanan ərazidə qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanımışdır. 2024-cü ilin iyun ayının 30-dan etibarən Xuramanla birlikdə işləməyə başlamışlar. O, Xuramana birlikdə işləməyi təklif etmişdir. Həmin ərəfələrdə çox adama pul borcu və ailədaxili maddi sıxıntıları olmuşdur. O, Xuramana çoxlu müştəriləri olduğunu, lakin maddi imkanı zəif olduğundan həmin şəxslərə sata biləcəyi qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Xuramanla razılıqlarına əsasən o, Xuramandan götürdüyü qızıl-zinət əşyalarını satdıqdan sonra həmin əşyanın üzərinə qoyacağı pulu ikisinin arasında yarıbayarı böləcəkmişlər. O, Xuramanın ona verdiyi qızılzinət əşyalarının üzərinə 5 faiz qoyub satacağını, bəzən daha baha sata biləcəyini Xuramana bildirmişdir. Onlar ortaq razılaşdıqdan sonra Xuraman 2024-cü ilin iyun 30-da 14,42 qram çəkidə qramı 95 manat olmaqla 585 əyarlı, 1370 manat dəyərində türk qızılı, 03 iyul 2024-cü il tarixdə 26,84 qram çəkidə qramı 95 manat olmaqla 2550 manat dəyərində 585 əyarlı türk qızılı, 1200 manatlıq 750 əyarlı 7,56 qram 1 karat 20 sot brilliant zümrüd üzük, 1500 manatlıq 750 əyarlı 9,3 qram 2 karat 10 sot brilliant klon, 700 manatlıq 750 əyarlı, 7,2 qram 80 sot brilliant klon, 600 manata 583 əyarlı, 7,4 qram 0.5 karat brilliant klon, 600 manatlıq 585 əyarlı 8,5 qram türk qızıl sep, 1000 manatlıq 583 əyarlı, 13,1 qram rus qızılı komplekt, 800 manatlıq 750 əyarlı 7,5 qram 1 karat brilliant üzük, 1200 manatlıq 583 əyarlı 9 qramlıq ortası səkkiz qaş 80 sot brilliant üzük, 4500 manatlıq 750 əyarlı, 20,3 qram zümrüd 3 karat 60 sotluq brilliant komplekt, 07 iyul 2024-cü il tarixdə 2350 manatlıq 750 əyarlı 18 qramlıq 2 karat brilliant sırğa, 550 manatlıq 583 əyarlı, 6,6 qram 40 sot brilliant üzük, 700 manata 583 əyarlı, 6,5 qram 80 sot brilliant saffir üzük, 340 manata 585 əyarlı 4,1 qram türk qızılı sırğa, 1250 manata 583 əyarlı, 11 qram 1 karat 10 sot brilliant badam sırğa, 1250 manata 750 əyarlı, 10,6 qram 80 sot brilliant komplekt, 10127 manatlıq 585 əyarlı, 106,6 qram türk qızılı, 03 ədəd hər biri 1100 manatlıq 875 əyarlı hər biri 8,6 qram olan rus diş qızılı onluq, xx.xx.2024-cü il tarixdə 6120 manatlıq, 585 əyarlı, 64,44 qram türk qızılı, 800 manatlıq 750 əyarlı, 7,93 qram 70 sot brilliant klon, 2482 manatlıq 585 əyarlı, 26,3 qram türk qızılı, qramı 78 manatdan 975 manatlıq, 585 əyarlı, 12,5 qram türk qızılı bilərzik, 2650 manatlıq 750 əyarlı, 24,6 qram 2 karat 40 sot brillinat komplekt, 585 əyarlı, 22,1 və 2,5 qram, ümumilikdə dəyəri 2337 manat olan türk qızılı bilərzik, 06 avqust 2024-cü il tarixdə 38500 manatlıq 585 əyarlı, 390,6 qram türk qızılı, 1300 manatlıq 875 əyarlı 8,6 qram 01 ədəd rus diş qızılı onluq, 2515 manatlıq 585 əyarlı, 25,8 qram türk qızılını satmağı üçün ona vermişdir. Həmin tarixə qədər Xuraman ona 93566 manat dəyərində qızıl-zinət əşyası vermiş, o isə Xuramana ümumilikdə 59451 manat pul qaytarmış və Xuramana 34115 manat verəcəyi qalmışdır. Xuraman ondan həmin pulun içərisində nə qədər xeyirlərinin olmasını soruşduqda o, Xuramana hələ qızılzinət əşyalarının pulunu tam almadığı üçün dəqiq heçnə deyə bilməyəcəyini, qızıl-zinət əşyalarının pulunu tam aldıqdan sonra hesablaşacaqlarını bildirmişdir. Daha sonra əlavə sifarişləri olduğunu bildirib Xuramandan onun üçün yenə də əlavə qızıl-zinət əşyası verməsini istəmişdir. Bundan sonra Xuraman ona 7100 manatlıq, 583 əyarlı bütöv daş, hər biri altmış sot olan sibir brilliant tək qaş sırğanı da verərək satmağını bildirmişdir. O, Xuramana həmin sırğanı Gəncə şəhərində Semka kimi tanınan Şahid5 satdığını, Seymurun da bir nəfər müəllimə satacağını, daha sonra pulu verəcəyini bildirmişdir. Bundan sonra Xuraman əlavə olaraq 2024-cü ilin noyabr ayının 5-dək ona 3200 manatlıq 583 əyarlı 12,5 qram 2 karat 80 sot sibir brilliantından sapfir sırğa, 1100 manatlıq 750 əyarlı, 7,1 qram 1 karat 20 sot brilliant üzük, 2250 manatlıq, 583 əyarlı, 18 qram 1 karat 80 sot sibir brilliantı sapfir komplekt, 750 manatlıq 750 əyarlı, 5 qramlıq 70 sot qırmızı qaş brilliant üzük, 1320 manatlıq, 750 əyarlı, 9 qramlıq 1 karat 10 sot brilliant klon, 2350 manatlıq 750 əyarlı, 16,7 qramlıq 2 karat sibir brilliantından sapfir komplekt, 10500 manatlıq 875 əyarlı, hər biri 8,6 qram olmaqla 07 ədəd rus diş qızılı onluq, 2350 manatlıq, 750 əyarlı 13 qramlıq 2 karat 40 sot brilliant komplekti də verərək satmağını bildirmişdir. Bir müddət keçdikdən sonra Xuraman ondan Seymura verdiyi 7100 manatlıq sibir brilliant tək qaş sırğanın aqibəti barədə soruşduqda O, Xuramana həmin brilliantı Seymura geri qaytardıqlarını, Gəncə şəhərinə Seymurun yanına gedib ondan həmin brilliantı götürməyini bildirmişdir. Sonradan Xuraman ona zəng edərək nə üçün onu aldatdığını soruşub, Seymurun həmin sibir brilliant tək qaş sırğanı bir müddət əvvəl onun Seymurdan götürdüyü 5800 manat dəyərində 750 əyar, 14 qaşlı sibir brilliant zümrüd daşlı komplektin əvəzi kimi verdiyini Xuramana deməsini bildirmişdir. O, Seymurun yalan dediyini, əslində o, Seymura Xuramana məxsus 583 əyarlı bütöv daş, hər biri altmış sot olan sibir brilliant tək qaş sırğanı satıb pulunu ona geri verməsi şərti ilə verdiyini Xuramana bildirmişdir. O həqiqətən həmin tək qaş sırğanı Şahid5 satması üçün vermişdir. Bundan bir müddət sonra o, Xuramana verəcəyi ümumi puldan 8035 manat da qaytarmışdır. Bir müddət keçdikdən sonra Xuraman zəng edərək ona satmağı üçün verdiyi onluqlardan 03 ədədini Xuramandan xəbərsiz sələmçi kimi fəaliyyət göstərən Şahid1 yanında girov qoyaraq pul əldə etdiyi xəbərini eşitdiyini bildirmişdir. Qeyd etmişdir ki, o yenə də öz şəxsi məqsədləri üçün Zərərçəkmiş şəxs ona satıb gəlir əldə etmələri üçün verdiyi qızıl onluqlardan 03 ədədini Şahid1 yanında girov qoyaraq özü üçün 2700 manat pul əldə etmişdir. Bununla bağlı kağıza yazı da yazaraq Şahid1 təqdim etmişdir. O, pulu vaxtında ödəyə bilmədiyi təqdirdə Adilin həmin qızıl onluqları satacağına dair Şahid1lə razılaşmışlar. Beləliklə o, pulu ödəyə bilmədiyindən Adilə qızılları kimə istəyirsə satmasını bildirmişdir. O, həddən çox borcları olduğu üçün və Xuramanın uzun müddət qızıl-alveri etdiyindən çoxlu qızılzinət əşyaları olduğunu bildiyi üçün məcbur olub Xuramanı aldatmışdır. Beləliklə o, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 57.000(əlli yeddi min) manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirtmişdir. O, ümumlikdə Xuramanın 57.000 (əlli yeddi min) manatlıq qızıl-zinət əşyalarını ondan xəbərsiz sataraq və ya girov qoyaraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına ödəmişdir. Lakin onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarının ona maya dəyərindən artıq qiymətə vermişdir. xx.xx.2024-cü il tarixdə o, Xuramandan xəbərsiz Bərdə rayonu ərazisində fəaliyyət göstərən “Grand” adı altında fəaliyyət göstərən lombarda hissə-hissə olmaqla Xuramana məxsus 4500 manatlıq 750 əyarlı, 20,3 qram zümrüd 3 karat 60 sotluq 01 ədəd brilliant komplekt, 1500 manatlıq 750 əyarlı 9,3 qram 2 karat 10 sot brilliant klon, 1200 manatlıq 750 əyarlı 7,56 qram 1 karat 20 sot brilliant zümrüd üzük, 750 manatlıq 750 əyarlı, 5 qramlıq 70 sot qırmızı qaş brilliant üzük, 2250 manatlıq, 583 əyarlı, 18 qram 1 karat 80 sot sibir brilliantı sapfir komplekt və özünə məxsus olan ümumi çəkisi 22,83 qram olan 01 ədəd qarnituru girov qoyaraq 7025 manat məbləğində pul götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. 29 dekabr 2022-ci il tarixdən etibarən o, Bakı şəhərində yerləşən "xxxx" ASC-də Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən yaşadıqları evi girov qoyaraq 25.000(iyirmi beş min manat) məbləğində kredit götürmüş, əvəzində isə 30.245 (otuz min iki yüz qırx beş) manat ödəməli olmuşdur. Daha sonra həmin bankdan əlavə kredit də götürmüşdür. Həmin kredit borcunun əsas hissəsini Xuramanla işlədiyi müddətdə, yəni 2024-cü ilin iyun ayının 30dan noyabr ayının 5-dək olan müddətdə ödəmişdir. Xuramanla işlədiyi müddətdə ümumi götürdüyü kreditdən Xuramandan ələ keçirtdiyi pullar hesabına 24.000(iyirmi dörd min) manata yaxın pul ödəmişdir. Həmçinin o əvvəldən tanıdığı Şahid3 isə iki il əvvəl 11.000(on bir min) manat borca pul götürmüşdür. O, Zərərçəkmiş şəxs ilə işlədiyi müddətdə ələ keçirdiyi pullar hesabına Elxana olan borcundan da 11.000(on bir min) manat pulu bütövlükdə ödəmişdir. Bundan başqa o əvvəldən tanıdığı Şahid4 2023-cü ilin əvvəllərində 10.500(on min beş yüz) manat borca pul götürsə də, Zərərçəkmiş şəxs ilə birlikdə işlədiyi müddətdə həmin şəxsə də olan borcunu bütövlükdə ödəmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi qızıl-zinət əşyalarını Bərdə şəhəri ərazisində müxtəlif vaxtlarda tanımadığı başqa-başqa şəxslərə sataraq əldə etdiyi qalan pulları isə yenə də öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus olan 57.000 (əlli yeddi min) manat dəyərində olan qızıl-zinət əşyalarını ondan 2024-cü ilin iyun ayının 30-dan 2024-cü ilin noyabr ayının 5-dək olan müddət ərzində əldə etmişdir. O, Zərərçəkmiş şəxs 124.486 (yüz iyirmi dörd min dörd yüz səksən altı) manat məbləğində qızıl-zinət əşyaları əldə etmiş, daha sonra ona ümumilikdə 67.486 manat (altmış yeddi min dört yüz səksən altı) manat məbləğində pul qaytarmışdır. O, Zərərçəkmiş şəxs həmin pulları hissə-hissə qaytarmışdır. O hələ Xuramanla şərikli işə başlamamışdan qabaq ona əmlakı dəyərindən ən azı 5 faizdən artıq yuxarı məbləğdə satacağını bildirsə də, həmin əmlakların hamısını tələsik olaraq dəyərindən aşağı qiymətə sataraq özünün borclarına vermiş, şəxsi ehtiyaclarına xərcləmiş və heç bir gəlir də götürməmişdir. Beləliklə Xuramanı aldatmışdır. O, kənar şəxslərə yaranmış öz borclarına və ailədaxili maddi sıxıntılarına görə Xuramandan xəbərsiz Adil adlı şəxsə Xuramana məxsus həmin 03 ədəd qızıl onluğu, Bərdə rayonu, “Grand” adı altında lombarda isə Xuramana məxsus bəzi qızıl-zinət əşyalarını girov qoymuşdur. O, Zərərçəkmiş şəxs məxsus 57.000(əlli yeddi min) manat dəyərində olan qızıl zinət əşyalarını ələ keçirməyi ilə bağlı başqa hər hansısa bir şəxslə razılıq əldə etməmiş, ümumiyyətlə bu barədə heçkimə məlumat verməmişdir. Onun Zərərçəkmiş şəxs ilə aralarında hər hansısa bir düşmənçilik və ya ədavət olmamışdır. O, Zərərçəkmiş şəxs aldadaraq hansı ki, ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığı bütün şəxslərə həmin əşyaların özünəməxsus olmasını bildirmişdir.» Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs 4 ildir ki, tanımış və onlar aliver etmişlər. Bundan sonra təqsirləndirilən şəxs onu aldatmışdır. O həmin qızılları kimlərdənsə almış, həmin qızıllar onun olmamışdır. O qızıllar 2 şəxsin malları olmuş, həmin şəxslər onu ölümlə hədələmişlər. O həmin 2 nəfər şəxsin təzyiqlərindən evinə belə gedə bilməmişdir. 124 min manatlıq qızıl-ziynət əşyaları olmuşdur. Onlar aliver etmişlər. Aralarında heç bir narazılıqlar olmamışdır. Sonradan nə olmasından onun xəbəri olmamışdır. O,Murada həmin qızıl ziynət əşyaların onun olmamasını demiş, lakin buna baxmayaraq Murad onu aldatmışdır. O pulu tam şəkildə tələb edir. Başqasının qızıl-ziynət əşyasıdır aliver məqsədi ilə almışdır. Murad qızılları ona satmasını demişdir. Murad bazarda işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onu cağırmaqda səbəb ondan ibarətdir olmuşdur ki, Murad keçən il təxminən bu vaxtları 3 ədəd qızıl onluq ona satmışdır. Daha doğrusu satmaq yox “mənə dedi ki, ala saxla bunu almışam sənə də hörmət edəcəm qalsın səndə 1 həftə 10 gün, əgər olmasa satarsan gedər” demişdir. Lakin 10 gün keçmiş,lakin Murad gəlməmişdir. Sonra Murad ona “sat, sata bilərsən” demişdir. O Muraddan cavab aldıqdan sonra qızılı satmışdır. Qızılın biri zəif olduğundan o qızılın 1 ədədini 900 manatdan almışdır. Qızıl zəif olduğu üçün bir az az aşağı qiymətə satılmışdır. O, Murada 2700 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o «Grand kredit MMC»-də filial müdiri vəzifəsində işləmişdir. Murad qızıl ziynət əşyaları qoyaraq pul götürmüşdür. Bununla bağlı Bərdə rayon Polis şöbəsinə dəvət olunmuş və izahatını vermişdir. O polis şöbəsində hansı qızılların olmasını demişdir. Qızılların qramları onun yadında qalmamışdır. X10 ödəniş etmiş və onlar qızılları təhvil vermişlər. Qızılların qiyməti təxminən 7000 min olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o qızılların miqdarını bilməmiş, lakin sonradan miqdarı ona məlum olmuşdur. Bunlar mütəmadi olaraq işləmişlər. İlk olaraq Xuramanın ona, sonra isə Muradın Xuramana borcu olmuşdur. Alver olur ki, borc verilir. Kiminsə ona 20000-30000 min borcu olanda o həmin şəxsə 1000 manat belə pul verməmişdir. O müəyyən müddət Muradla şərik işləmiş, sonra isə aralaşmışlar. 2023-cü ilin may ayından birgə işləmişlər. 6-7 ay birgə işləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xuramanla bağlı aralarında olan arverdən kimin kimə nə qədər borcunun olub-olmamasından onu xəbəri olmamışdır. Murad bazarda işləmişdir. Həmin vaxt o da bazarda işləmişdir. O bazarda qızıl satmış, Murad da qızıl alveri ilə məşğul olmuşdur. O Xuramana qızılı çoxdan satmış,sonuncu pulunu verəcəm demiş, lakin verməmişdir. O həmin pulları bağışlamamışdır. Xuramanın ona olan borcu 2019-cu ildəndir. 2024-cü ildə Xuramanla onun arsında alver olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onlar Xuramana qızıl vermişlər, nəticə isə bura gəlib çıxmışdır. Onun Bərdə bazarında mağazası olmuş və o qızıl satışı ilə məşğul olmuşdur. Sonradan gəlir olmadığından o mağazanı bağlamışdır. Bərdə rayonunda yerləşən qızıl bazarında onun tanışları vardır və o onların yanında olmuşdur. O Xuramana qızıl alıb vermişdir. O bazardan nisyə qızıl götürərək Xuramana vermişdir. 09 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2025-ci il tarixli 4(021)-4/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay 12 (on iki) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2025-ci il tarixli 9/699 nömrəli rəyindən görünür ki,

1. 8.5 qram olan 585 əyarlı türk qızılı sepinin bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 850 manat;

2. 13.1 qram olan 585 əyarlı rus qızılı dəstinin bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 1310 manat;

3. 4.1 qram olan 585 əyarlı türk qızılı sırqanın bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 410 manat;

4. 106.6 qram olan 585 əyarlı qram türk qızılının bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 10660 manat;

5. 03 ədəd 875 əyarlı, hər biri 8.6 qram olan rus qızıl onluğunun bir qramının qiyməti 1500 manat olmaqla ümumi dəyəri 4500 manat;

6. 64.44 qram olan 585 əyarlı türk qızılının bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 6444 manat;

7. 26.3 qram olan 585 əyarlı türk qızılının bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 2630 manat;

8. 12,5 qram olan 585 əyarlı türk qızılı bilərziyinin bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 1250 manat;

9. 585 əyarlı, 22.1 və 2.5 qram ümumilikdə 24.6 qram türk qızılı bilərziyinin bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 2460 manat;

10. 390.6 qram olan 585 əyarlı türk qızılının bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 39060 manat;

11. 01 ədəd 8.6 qram 875 əyarlı rus qızılı onluğunun bir qramının qiyməti 1500 manat olmaqla ümumi dəyəri 1500 manat;

12. 25.8 qram olan 585 əyarlı türk qızılının bir qramının qiyməti 100 manat olmaqla ümumi dəyəri 2580 manat;

13. 07 ədəd 875 əyarlı, hər biri 8.6 qram olmaqla rus qızılı onluğunun bir qramının qiyməti 1500 manat olmaqla ümumi dəyəri 10500 manat; Beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda qızıl-zinət əşyalarının 2024-cü ilin iyun ayından 2024-cü ilin noyabr aylarına olan tarixlərə orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə alınmaqla hesablama yolu ilə təxminən 84154,00 manat müəyyən edilmişdir. Qərarda qeyd edilən digər qızıl-zinət əşyalarının qramı, üzərindəki qaşların istehsal yeri, mənşəyi, keyfiyyəti, sayı, ölçüsü və sair barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, onun inamını qazandıqdan sonra, pulunu ələ keçirmək niyyəti ilə aldadaraq Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq etməsi əməli barədə məlumatı olan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tək törətmiş, onunla bu cinayətdə əlbir olan şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs başqa cinayət edib-etməməsi barədə əməliyyat məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifad edərək ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığı şəxslərin də dairəsini müəyyən etmək mümkün olmamışdır. Hazırda əməliyyat tədbirləri davam etdirilir və nəticə əldə olunduqda bu barədə bildiriləcəkdir. 10 fevral 2025-ci il tarixli Bərdə rayon İHB-nin Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 69 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 25 fevral 2025-ci il tarixli Bərdə rayon İHB-nin Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 693 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 21 yanvar 2025-ci il tarixli 18-1-28/2-121/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 11 fevral 2025-ci il tarixli 3-13-16/2-27591 saylı məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan və etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların komputer çıxarışlarında **- BM-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2021-ci il verilmə tarixli şəhadətnaməsi AE079720 olan, VAZ2102 minik markalı, buraxılış ili 1978, solğun bej rəngli, mühərriki 2***-*******, Banı 2102 0293608, M.İ.H: 1200 olan nəqliyyat vasitəsinin sahibi Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmçinin Təqsirləndirilən şəxs **-ND-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2024-cü il verilmə tarixli şəhadətnaməsi BA358022 olan, Toyota Prius (Hibrid) minik markalı, buraxılış ili 2007, göy metallik rəngli, mühərriki 232223, Banı JTDKB20U587697685, M.İ.H: 1497 olan nəqliyyat vasitəsi üzərində xx.xx.2024-xx.xx.2026-cı il tarixli nəqliyyat vasitəsindən istifadə hüququ yaranmış etibarnaməsi mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsindən daxil olmuş 20 fevral 2025-ci il tarixli 3-16-5/2-7974/2025 saylı məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri 14 saylı notariat ofisində, Bərdə rayonu 1 saylı notariat ofisində, Qəbələ və Bərdə regional “ASAN xidmət” mərkəzlərindəki notariat ofislərində notariat hərəkətlərinin rəsmiləşdirilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 20 fevral 2025-ci il tarixli 3-21-2-1/2-2954/2025 saylı məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Təqsirləndirilən şəxs (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Vergi ödəyicilərinin dövlət reyestrində Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbər olması barədə məlumat mövcud deyildir. "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 13-13/2-1/04-3461/2025 saylı məktubdan görünür ki, Səhmdar Cəmiyyətin elektron məlumat bazasında Təqsirləndirilən şəxs abonent olaraq qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır, hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyandan 5.000(beş min) manat ödənilmişdir. “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs və Niftiyeva (Zeynalova) Şahnaz Mehralı qızının övladı X5 xx.xx.2019-cu ildə doğulmuşdur. “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs və Niftiyeva (Zeynalova) Şahnaz Mehralı qızı xx.xx.2017-ci il tarixdə nikahlarını bağlamışlar. 29 dekabr 2022-ci il tarixli №RBSB-6787 Baş Kredit Müqaviləsi, Baş Kredit Müqaviləsi üzrə Zaminlik Müqaviləsi, Baş Kredit müqaviləsi üzrə kredit verilməsinə dair razılaşmadan, İpoteka müqaviləsindən və "xxxx" tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, borc alan Təqsirləndirilən şəxs dövriyyə vəsaitlərinin artırılması məqsədilə 25.000(iyirmi beş min) manat məbləğdə aldığı krediti “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qaytarmağı, kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 87,3 kv.m, torpaq sahəsi 0.06 ha ola fərdi yaşayış evi kreditin təminatdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün tam etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi habelə cinayət işinə əlavə edilmiş digər möhtər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, məhkəmə istintaqında tədqiq edilmiş sübutlaratam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının da izahını nəzərə alır. Həmin qərarın izahından görünür ki,dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq cinayəti zərərçəkmiş şəxsə məxsus olan və ya dəyərinə görə daha qiymətli əmlakın bundan ucuz əmlakla əvəz edilməsi yolu ilə törədildikdə, təqsirkarın əməli əmlakların qiymətlərində olan fərqə əsasən yox, ələ keçirilmiş əmlakın dəyərinə uyğun olaraq tövsif edilir. Belə hallarda əmlakın dəyəri arasındakı fərq zərərin ödənilməsi zamanı nəzərə alına bilər. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qeyd edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz, başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddinin 10 (on) ilin dörddə üçündən, yəni 07 (yeddi) il 06 (altı) aydan çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 09 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 50 (əlli) manat tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İbtidai istintaq orqani tərəfindən xüsusi müsadirə edilməsi təklif edilən əmlak Təqsirləndirilən şəxs adına **-BM-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2021-ci il verilmə tarixli şəhadətnaməsi AE079720 olan, VAZ2102 minik markalı, buraxılış ili 1978, solğun bej rəngli, mühərriki 2***-*******, Banı 2102 0293608, M.İ.H: 1200 olan nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyindən, CM-nin 99-1.3-cü maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilə bilməz. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

H ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar