Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-412/2022 11.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Mirzəcəfərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti, xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətləri törətmişdir. Belə ki, o, 29 may 2022-ci il tarixdə saat 13 radələrində bacısı Şahid1 Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib pivə və “Go” adlı spirtli içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində olarkən, toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən dayısı Şahid3 ona yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını dediyindən qəzəblənərək, əsaslı səbəb olmadan, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla və zor tətbiqi ilə hədələməklə, toy məclisində səs-küy salaraq tamadanın əyləşdiyi stola təpik vurub insanların istirahətinə maneə yaratmış, bu səbəbdən atası X12 və dayısı Şahid3 tərəfindən edildiyi tənbehə məhəl qoymadığından, bibisi oğlanları Şahid4 və Şahid5 tərəfindən toy mərasimindən Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən evlərinə gətiriləndən sonra, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib, evin yataq otağında yerləşən şkafdan 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li tüfəngi götürərək evin çöl hissəsində darvazanın yanında dayanmış bibisi oğlanları Şahid4 və Şahid5 qorxutmaq və vahimə yaratmaq məqsədi ilə evin həyətyanı sahəsindən 19 metr aralıda yerləşən dəmir darvazaya doğru bir dəfə atəş açmış, bundan sonra həmin tüfəngi evin arxa hissəsində yerləşən həyətyanı sahədə gizlədib, toydan zorla evə göndərildiyini özünün təhqir olunması kimi düşünüb, heç bir əsaslı səbəb olmadan atası X10 qəsdən öldürmək qərarına gəlib, B.Fərzəliyevin toydan evə gəlməsini gözləmiş, həmin gün, saat 23 radələrində toy mərasimindən sonra evlərində qonaq olan bibiləri Mahizər və Şahid6ların bacısı Şahid1 ilə birlikdə yataq otağına yatmağa getdiklərinə əmin olub evin qapısının ağzında yerləşən pilləkəndə oturan atası X10 öldürmək üçün münasib şərait yarandığını görüb cinayətkar niyyətini reallaşdırmaq məqsədilə evin arxa həyətyanı sahəsində gizlətdiyi keçmiş SSRİ-də 1958-ci ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “Иж 17” modelli, 4192 Ж №li, xarici çaxmaqlı, təklüləli, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, yivsiz odlu ov silahını götürüb sağ əlində saxlayaraq, pilləkəndə oturan anası Xuraman Fərzəliyevaya və atası Bulud Fərzəliyevə qarşı toy mərasimində ona irad tutmalarını bəhanə edib nalayiq ifadələr işlədərək, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla və zor tətbiqi ilə hədələməklə, xuliqanlıq niyyəti ilə tuşlayaraq yaxın qohumlarının yanında onlara xüsusi əzab verdiyini dərk edib bunu arzu edərək və yalvarışlara məhəl qoymayıb müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla, habelə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyub, silahdan istifadə edib gücünü nümayiş etdirərək, qalmaqal salaraq, anası Xuraman Fərzəliyevanın və atası Bulud Fərzəliyevin səsinə oyanan bibisi Mahizər Fərzəliyevanın və atasının yanında dayanmış anası Xuraman Fərzəliyevanın gözlərinin qabağında Bulud Fərzəliyevi qəsdən öldürmək məqsədilə sinə nahiyəsindən bir dəfə tüfəngdən atəş açaraq patronu qırma ilə doldurulmuş odlu silahdan, ov tüfəngindən açılmış atəş nəticəsində qırmaların təsirindən törənməyə xarakterik sağ bazu arteriyası, venasının zədələnməsi, sağ bazu sümüyünün və İİ, İİİ, İV qabırğaların qəlpəli sınıqları ilə sağ körpücükaltı nahiyənin kor odlu silah-qırma yaralanması ilə əlaqədar sağ bazu arteriyasının və venasının yaralanmalarından ibarət dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməsindən baş vermiş kəskin qanitirmə nəticəsində atası X10 xuliqanlıq niyyəti, xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürməklə həyatdan məhrum etmiş və silahdan istifadə edib qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti, xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə və silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətləri törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Mirzəcəfərli kəndində atasına məxsus evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 6 radələrindən bacısının toy mərəsiminə hazırlaşdığı üçün toyun keçiriləcəyi yerə gedib orada yemək bişirənlərə nəzarət etmişdir. Toy günorta saat 13 radələrində başlanmışdır. O, bacısının toyunda olan zaman spirtli içki «Go» və 2 stəkan pivə qəbul etmişdir. Həmin vaxt dayısı ona yaxınlaşaraq içki içməməyini demişdir. Bu səbəbdən o, tamadanın, aşıqların və müğənnilərin stolu tərəfə gedib təpiklə aşıqların stoluna vurub toyu dayandırmalarını demişdir. Toyda bir neçə nəfər şəxs onu restoranın dəhlizinə çıxartmış və dəhlizdə atası və dayısı ona yaxınlaşıb boynuna sarılaraq içki içməməyini və toya mane olmamağını bildirmişlər. O, dayısının və atasının sözlərinə qəzəbləndiyi üçün onu bibisi oğlanları Sənan və Fərahimlə birlikdə Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən evlərinə göndərmişlər. Sənan və Fərahim onu avtomobilə mindirib günorta saat 15 radələrində evə gətirmişlər. Onun əynindəki kofta cırıldığı üçün o, Sənanla Fərahimə gözləmələrini, əynini dəyişib gələcəyini demişdir. Sonra o, evin giriş qapısı bağlı olduğu üçün tüfəng saxlanılan otağa evin çöl hissəsindən pəncərədən daxil olub həmin tüfəngi götürmüş və tüfəngin içi boş olduğu üçün şkafdan patronları götürüb tüfəngin içinə yerləşdirəndən sonra Sənanla Fərahimə tuşlayıb onları qorxutmaq üçün bir dəfə tüfəngdən atəş açmış, amma tüfəngdən atılan atəş qapıya dəymişdir. Həmin vaxtı tüfəngin içində bir ədəd dolu giliz qalmışdır. Bundan sonra sonuncular bacısının toyuna getmişlər, o isə evdə qalmış, toya qayıtmamışdır. Atası ilə anası axşam saat 18 radələrində toydan qayıtmışlar, bu vaxt o, yuxudan oyanmışdır. Amma dayısı həmin vaxt onların evlərinə gəlməmişdir. Dayısı ona toyda etdiyi hərəkətə görə o, ən çox dayısını vurub yaralamaq istəmişdir. Bundan sonra atası ilə anası evə gəlib-gedən qonaqları qarşılayıb yola salmışlar. O, valideyinlərinin yanında özünü heç nə olmamış kimi aparmış və dayısının onların evinə gəlmədiyini görüb, gedib yerinə uzanmışdır. Sonra kəndlərində yerləşən çayxanaya gedib bir az orada oturmuşdur. Təxminən saat 22 radələrində gedib qonşuluqda olan wifi-la internetə daxil olub bir az sosial şəbəkələrə baxmış, sonra isə evə qayıtmış və yemək yeyib bibisi oğlu Sənanı evlərinə yola salıb darvazanı bağlayıb evə daxil olmuşdur. Evdə bibiləri Mahizər və Aynur bacısı Aynurə ilə birlikdə yataq otağına yatmağa getmişlər. O, telefonunu akkumulyatora qoşmaq üçün sonuncuların yatdığı yataq otağına gedib telefonunu toka qoşmuş və bibilərindən niyə tez yatdıqlarını soruşmuş, sonuncular da yorğun olduqlarını demişlər. Bundan bir neçə dəqiqə sonra o, telefonunu götürüb evdən çölə çıxıb günorta qoyduğu yerdən tüfəngi götürmək üçün getmişdir. O, evdən çıxan vaxt atası ilə anası qapının ağzındakı pilləkəndə oturmuşdular. Həmin vaxt evin giriş qapısı bağlı olmuşdur. O, evin arxa həyətyanı sahəsində gizlətdiyi tüfəngi götürüb pilləkəndə oturan atası ilə anasına yaxınlaşıb tüfəngi tuşlayaraq atasından günorta niyə onu toyda boğazından tutduğunu, nəyə görə ona qarşı belə elədiyini soruşmuş, sonuncu ona cavab verməmişdir. Həmin vaxt anası ona «yığışdır tüfəngi, birdən içində olar və atar» demişdir. Buna baxmayaraq, o, yenə tüfəngi tuşlamış və atası anasına «çəkil qırağa, gəlmə səni vurar» demişdir. O da ikisindən biri, hansı ona tərəf yaxın gəlsə, atacağını fikirləşmiş və atası üstünə gəldiyi üçün o da tüfənglə atasının sinəsindən bir dəfə atəş açmışdır. O, atasına tüfənglə atəş açan zaman anası atasının sağ tərəfində olmuşdur. O, atasına anası və bibisi Mahizərin gözləri qabağında tüfənglə atəş açmışdır. O, atasına tüfənglə atəş açandan sonra atasının sinəsindən qan gəldiyini görmüşdür. Daha sonra kənd camaatı oraya yığışmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları onu tutaraq polis şöbəsinə aparmışlar. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X12 onun əri olmuşdur. Əri ilə birgə nikahından onların iki uşaqları Təqsirləndirilən şəxs və Şahid1 Bulud qızı dünyaya gəlmişdir. Əri kənd təsərrüfatı ilə məşğul olan, evinə yeganə pul gətirən, qazanc yeri olan, oğluna hər zaman dayaq olan və oğlunu istiyən ata olmuşdur. Oğlu Təqsirləndirilən şəxs uşaqlıqdan dəcəl və özünü idarə edə bilməyən, hər kəslə dava edən, heç kimlə yola gedə bilməyən uşaq olmuşdur. 2019-cu ildə Naxçıvan şəhərində hərbi xidmətdən qayıdandan sonra Kənan spirtli içkilər içməyə başlamış, ən çox pivə, “Go” adlı içki və araq da içmişdir. Təqsirləndirilən şəxs spirtli içki içəndən sonra elə vaxtlar olurdu ki, ona və atasına pul istəyən zaman hücum etmiş, onlar da özlərini ondan qoruyaraq, çölə çıxmışlar və oğlunun yanında oturmamışlar. Onların həyətyanı sahələrində saxladıqları malları Kənan hər gün sahəyə aparıb gətirmiş, bunun müqabilində atası ona tez tez siqaret üçün pul vermişdir. Oğlu içkili evə gələn zaman onlar Kənana yaxın durmamışlar və ondan aralı gəzmişlər. 29 may 2022-ci il tarixdə qızı Aynurənin qız toyu mərasimi Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında baş tutmuşdur. Restoranda aşpazlar tərəfindən hazırlanan yeməklərə nəzarət olunması üçün atası Təqsirləndirilən şəxs həmin restorana həmin günü səhər saat 8-9 radələrində göndərmişdir. Bundan sonra günorta saat 13 radələrində bütün ailə üzvləri qızının toy mərasiminin keçirilməsi üçün həmin restorana getmişlər. Saat təxminən 4-5 radələrində muğam ifası oxunan zaman Kənan təpiklə aşıqlar oturan stola vuraraq, “toyu dağıdın” deyə qışqırmışdır. Bunu görən əri Bulud onu çölə çıxartmış, bu vaxt qardaşları, baldızı uşaqları onu sakitləşdirməyə çalışmışlar və bu məqsədlə onu oradan uzaqlaşdırıb evlərinə Sənan və Fərahimlə yola salmışlar. Bundan sonra toyda ona Bulud yaxınlaşaraq Sənanın ona zəng edib Kənanın Sənana bir dəfə tüfənglə atəş açmasını, buna görə “102” xidmətinə zəng edib bu barədə məlumat verdiyini demişdir. Axşam saat 7 radələrində o, əri, baldızı Gülarə, Mahizər və yeznəsi evə gəlmişlər. Evdə həmin vaxt qızı Aynurə, baldızı oğlu Sənan, oğlu Kənan, baldızları Aynur və Zərnigar və sonuncunun gəlini Sənubər olmuşlar. Restorandan gətirdikləri yeməklərin yerbəyer edilməsində Kənan onlara kömək etmiş, sonra restorana dəvət olunmayan qonşu və qohumlar qızını təbrik etmək üçün evlərinə gəlmişlər. Həmin qonaqlar üçün məhlələrində stol açılmış və yeməklərin həmin stola düzülməsində Kənan ona kömək etmişdir. Həmin qonaqlar yeyib-içib axşam saat 9 radələrində evlərinə getmişlər. Qonaqlar evlərinə gedən vaxt Kənan kənddə yerləşən mağazalardan birinə getmişdir. Axşam saat 22-23 radələrində Kənan evə qayıtmış, həmin vaxtı o, evdə su içmiş, əri Bulud isə pillənkəndə oturmuşdur. Kənan mağazadan gəlib evdə paltarlarını dəyişmiş, evdə qonaq olan qonşu Sərxanla birlikdə yemək yemiş və sonuncunu evlərinə yola salıb evə qayıtmış, sonra evdə öz yerinə uzanmışdır. O, həmin vaxt əri Buludla birlikdə pilləkəndə oturub qızının toyu barəsində söhbət etmişlər. Sonra o, hamama keçib əl-üzünü yumuş və ərinin yanına gəlib oturan zaman ərindən Kənanın harada olduğunu soruşmuşdur. Bulud da ona “telefonunda mahnı oxuda-oxuda evin arxasındakı məhləyə keçdi” demiş, bundan bir neçə dəqiqə sonra o, qapının açıldığını və Kənanın sağ əlində tüfənglə onunla ərinin qarşısına keçdiyini və heç nə demədiyini görüb Kənandan “nədi o Kənan?” soruşmuş, sonuncu da heç nə deməmişdir. Əri demiş ki, “lənət şeytana, onunla zarafat eləmə, at yerə”, həmin vaxt o, əri ilə ayaq üstə olmuşlar, o, ərinin qabağına keçmiş və “Kənan, at tüfəngi aşağı” demiş, əri onu itələmiş və özü qabağa keçərək Kənanın əlindəki tüfəngi əli ilə götürmək istəyən zaman Kənan ərinə bir dəfə tüfəngdən atəş açmışdır. Həmin vaxt qızı və baldızları da orada olmuşlar. Əri bir-iki addım irəliyə gedib sağ tərəfindən əli ilə tutub, “Mahizər, məni vurdu” demiş və gözlərini yumub, huşunu itirmişdir. Onun səsinə bütün kənd camaatı evinə toplaşmışdır. Qonşuları Elçin avtomobili ilə gələrək qonşularının köməkliyi ilə ərini Elçinə məxsus avtomobilə uzandırıb Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışlar. X21 Yardım vasitəsi ilə Buluda yardım göstərilməsinə baxmayaraq, əri xəstəxanada ölmüşdür. Oğlu olan Təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bulud Fərzəliyev onun qardaşı olmuşdur. Qardaşının oğlu Təqsirləndirilən şəxs həmişə spirtli içki içəndən sonra özünü yaxşı idarə edə bilməmişdir. 29 may 2022-ci il tarixdə qardaşı Buludun qızı Aynurənin qız toyu mərasimi Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında baş tutmuşdur. 29 may 2022ci il tarixdə səhər saat 09:10 radələrində o, qardaşı Buludun evinə getmiş və toya hazırlığa başlamışdır. Saat 13 radələrində oğlan evi gələrək qızı evdən götürüb “Muğan Məkan” restoranına aparmışlar. Saat 14 radələrində toy başlamışdır. Bir neçə saat sonra o, zalda gəlinlə rəqs edən vaxt Kənan zala daxil olaraq “Toyu dayandırın” dediyini görmüş, onda Kənanın içkili, əsəbi olduğunu başa düşmüş və dayısı Ruhinin Kənana yaxınlaşıb onu tutduğunu görmüşdür. Həmin vaxt o, oğlunu işə yola salaraq restorana geri qayıdanda insanların toplaşdığını, restoranın qabağında Kənanın dayısı ilə mübahisə etdiyini və dayısının əlindən çıxıb qışqıra-qışqıra getdiyini görmüş və hara getdiyini bilməmişdir. Bundan sonra toy davam etmiş, toy bitəndən sonra hər kəs evinə getmiş, o, Bulud, Gülarə və Xuraman restoranda qalıb toy pulunu vermişlər və yeməkləri yığıb maşına qoymuşlar, saat 17-18 radələrində toy bitmiş və o, Buludla və ailəsi ilə birlikdə Buludun evinə qayıtmışdır. Onlar evə gələndə Kənan artıq evdə olmuş, gələn-gedən qonaqları yola vermiş, maşında olan yeməkləri evə daşımış, bir sözlə onlara köməklik etmişdir. O, axşam saat 23 radələrində bacısı Aynur və Buludun qızı Aynurə ilə birlikdə yataq otağına gedib yatmışlar. Onlar yatan vaxt Kənan otaqlarına daxil olaraq “Nə tez yatmısan xala?” demiş, o isə “yorulmuşam, sabah tezdən evimizə gedəcəyik” demiş, Kənan da telefonu ilə oynayaraq yerinə uzanmış, bir neçə dəqiqə sonra isə ayağa qalxıb çölə çıxmışdır. Bu vaxt çöldə Xuramanla Bulud pilləkəndə oturaraq toy barədə söhbət etmişlər. Bundan bir neçə dəqiqə sonra o, səs eşitdiyi üçün pəncərədən baxmış və Kənanın əlində silahla həyətə daxil olduğunu görmüşdür. O da dərhal çölə çıxıb Kənanın sağ əlində silahı tutaraq “bu nə hərəkətlərdir edirdiz?” dediyini görmüş, atası da sonuncuya “neynədik ki, orda, əlindəkini ver mənə, zarafat eləmə” demişdir. O, Buluda “səni telefona çağırırlar” demişdir ki, Bulud evə girsin, lakin sonuncu evə girməmişdir. Bir anda Kənan Buluda silahla atəş açmışdır. O, ilk anda nə baş verdiyini anlamamışdır, sonra Buludun “ay Mahizər məni vurdu” deyib dizi üstə yerə yıxıldığını görmüşdür. Kənan da atasına tərəf yürümüş və üzünə vura-vura “ata, ata” demiş, o da Kənanı ordan itələmiş və “rədd ol burdan” demişdir. Xuraman həmin vaxtı başında olan yaylığı çıxararaq Buludun yarasına qoymuş və bu vaxt qonşu Elçin maşını ilə gəlib Buludu xəstəxanaya aparmışdır. Sonra onlar xəstəxanaya getmişlər. Xəstəxanada Buludun öldüyünü demişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, Bulud Fərzəliyev onun dayısı olmuşdur. 29 may 2022-ci il tarixdə saat 13 radələrində dayısı qızı Şahid1 Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” istirahət mərkəzində qız toyu olmuşdur. Təqsirləndirilən şəxs toyda olduğu zaman spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Kənanın atası Bulud və dayısı Ruhin Kənana alkoqollu içki içməməyini tapşırmışlar. Kənan bu zaman çölə çıxmış, çöldən qayıtdıqdan dərhal sonra toyda tamada və aşıqların oturduğu stola təpiklə zərbə vuraraq, “toyu dağıdın” deyərək qışqırmış və söyüş söymüşdür. Kənan atası Bulud və dayısı Ruhinə nalayiq ifadələr işlədərək, “mənə heç kim söz deyə bilməz, ağıl verə bilməz” demişdir. Təxminən saat 16 radələrində o və xalası oğlu Şahid5 Kənanı xalasının yeznəsi Hasanın idarə etdiyi “Mercedes” markalı avtobus ilə evlərinə aparmışlar. Onlar evə çatdıqdan sonra Hasan darvazanın qabağından geri qayıtmış, o və Fərahim Kənanın yaşadığı evin həyətində dayanmış, Kənan isə paltarını dəyişmək üçün evə girmişdir. Qapı bağlı olduğu üçün Kənan pəncərədən evə daxil olmuşdur. 3-5 dəqiqə sonra pəncərədən Kənanın əlində tüfəng düşdüyünü görmüşdür. Fərahim ona “Kənan əlində tüfəng ilə gəlir, qaç” demiş, o və Fərahim cəld darvazadan çölə çıxıb qaçmaq istəyərkən, Kənana “tüfəngi yerə qoy danışaq” demişdir. Kənan ona “narahat olmayın, sizi vurmaram” demişdir. Bu zaman silahın tətiyinin çəkilməsini gördüyü üçün o, cəld dəmir darvazanı tam bağlayaraq Fərahimlə birgə qaçmağa başlamış, 10-15 addım sonra tüfəngdən atəş açıldığını eşitmişdir. O, qaça-qaça dayısı Buluda zəng vuraraq Kənanın tüfənglə atəş açdığını, polisə zəng vurmasını xahiş etmişdir. O, 5 dəqiqə sonra yenidən dayısı Buluda zəng vurmuş, dayısı “102” xidmətinə zəng vurduğunu, polislərin gələcəyini ona bildirmişdir. O və Fərahim Fərahimgilin evinə getmişlər. Sonradan o, xalası Aynura zəng vuran zaman xalası evə gəldiyini və Kənanın da evdə olduğunu bildirmişdir. O, Kənangilin evinə getmişdir. Kənan ondan üzr istəyərək “sizə atəş açdım, sizi vursam nə edərdim, siz də, mən də bəxbəxt olardım” və narahat olma hər şey yaxşı olacaq demişdir. Kənan kənddəki mağazaya gedəcəyini bildirmişdir. X20 içkili olduğunu, evdə qalmasını bildirmiş, buna baxmayaraq, Kənan mağazaya getmiş, o isə öz evinə getmişdir. Təxminən yarım saat sonra o, yenidən Kənangilə gəlmiş, Kənan evdə yemək yemiş və o, Kənana darvazanı bağla yat demişdir. Bundan sonra o, evə getmişdir. O, yatarkən anası qışqıraraq “dur, ay Sənan, tüfəng açıldı” demişdir. Bu zaman o, dayısı Buludgilə getmiş və dayısı Buludun qan içində evin həyətində uzandığını görmüşdür. Həmin vaxt Kənan atasının yanında dayanmış və “ölmə ata” demiş, xalaları Aynur və Mahizər, Kənanın anası Xuraman, bacısı Aynurə də Buludun yanında ağlayırdılar. Bundan sonra qonşuları Elçinin “Vaz 2106” markalı avtomobili ilə dayısı Buludu Bərdə rayon xəstəxanasına aparmışlar. Xəstəxanada dayısı Buludun öldüyünü demişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 29 may 2022-ci il tarixdə saat 13 radələrində Kənanın bacısı, dayısı qızı Şahid1 Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” istirahət mərkəzində qız toyu olmuşdur. Təqsirləndirilən şəxs toyda olduğu zaman spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Kənanın atası Bulud və dayısı Ruhin Kənana alkoqollu içki içməməyini tapşırmışlar. Bu zaman Kənan restorandan çölə çıxmış, çöldən qayıtdıqdan dərhal sonra toyda tamada oturduğu stola təpiklə zərbə vuraraq, “ toyu dağıdın” deyərək qışqırmışdır. Sənan Kənanı qucaqlayaraq çölə çıxartmış və “bacının toyudur, belə etmə demişdir. Təxminən saat 16 radələrində o və xalasıoğlu Sənan Kənanı xalasının yeznəsi Hasanın idarə etdiyi avtobus ilə evlərinə aparmışlar. Onlar evə çatdıqdan sonra Hasan darvazanın qabağından geri qayıtmış, o və Sənan Kənanın yaşadığı evin həyətində dayanmışlar. Kənan sərxoş olduğu üçün üzünə ayılması üçün su vurmuşlar. Kənan isə paltarını dəyişmək üçün evə girmişdir. Qapı bağlı olduğu üçün Kənan pəncərədən evə daxil olmuşdur. 3-5 dəqiqə sonra o, evin pəncərəsinə baxanda pəncərədən Kənanın əlində tüfəng düşdüyünü görmüşdür. O, Sənana əli ilə işarə edərək “Kənan əlində tüfəng ilə gəlir, aralaşaq” demişdir. O və Sənan cəld darvazadan çölə çıxmışlar. Sənan dəmir darvazanı çöl tərəfdən əli ilə tutmuşdur. Sənan darvazanın qapısını Kənanı görməsi üçün bir qədər aralı saxlamışdır. Sənan Kənana “tüfəngi yerə qoy danışaq” demişdir. Kənan “narahat olmayın, sizi vurmaram” demiş və cibindən bir ədəd patron çıxarıb göstərərək “silaha qoymamışam” demişdir. Bu zaman o, silahın tətiyinin çəkilməsini görmüşdür. Sənan həmin an dəmir darvazanı tam bağlayaraq onunla birgə qaçmağa başlamışdır. Bu zaman tüfəngdən atəş açıldığını eşitmişdir. Sənan dayısı Buluda zəng vuraraq Kənanın tüfənglə onlara atəş açdığını, polisə zəng vurmasını xahiş etmişdir. Sənan bir qədər sonra yenidən dayısı Buluda zəng vurmuş, dayısı “102” xidmətinə zəng vurduğunu, polislərin Kənanı gəlib aparacağını bildirmişdir. O və Sənan onların evinə getmişlər. Sənan xalası Aynura zəng edərək Kənangilə getməməyi, silahla xəsarət yetirə biləcəyini demişdir. Axşam saat 23 radələrində anası Elnarəyə zəng gəlmiş və dayısı Buludu Kənanın silahla vurmasını demişlər. O, dayısı Buludgilə gedən zaman dayısını artıq xəstəxanaya aparmışdılar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bulud Fərzəliyev onun qardaşı olmuşdur. X13 Fərzəliyev spirtli içki içəndən sonra özünü normal idarə edə bilməmişdir. 25 may 2022-ci il tarixdə qardaşı Bulud gəlib onu evindən öz evinə apararaq qızı Aynurənin toyuna hazırlıqlar üçün onlara köməklik etməyini xahiş etmişdir. O, Buludun evinə getmiş və toya hazırlaşmağa başlamışdır. Aynurənin qız toyu mərasimi Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında baş tutmuşdur. 29 may 2022-ci il tarixdə səhər saat 7 radələrində qardaşı qızını saç salonuna aparmış və evə qayıdıb toya hazırlaşmağa başlamışlar. Günorta saat 13 radələrində oğlan evi gələrək Aynurəni evdən restorana aparmışlar və evdə olan hər kəs hazırlaşıb restorana getmişdir. O, saç salonundan qayıdanda Kənan evdə olmuş, çölü təmizləmiş, malları yerbəyer etmiş, sonra hazırlaşıb restorana getmişdir. Saat 14 radələrində toy başlamışdır. Bir neçə saat sonra Kənan zala daxil olaraq tamadanın və aşıqların stolundan təpiklə vuraraq “Toyu dayandırın” demiş, nalayiq ifadələr işlətmişdir. Bu vaxt Kənanın dayısı Ruhin Kənanın qolundan tutub çölə çıxartmışdır. Axşam saat 5-6 radələrində toy bitmişdir. O, Buludla və ailəsi ilə birlikdə Buludun evinə qayıtmışdır. Onlar evə gələndə Kənan artıq evdə olmuş, gələn-gedən qonaqları yola vermiş, maşında olan yeməkləri evə daşımış, bir sözlə onlara köməklik etmişdir. O, axşam saat 23 radələrində bacısı Mahizər və Buludun qızı Aynurə ilə birlikdə yataq otağına gedib yatmışlar, onlar yatan vaxtı Kənan otaqlarına daxil olaraq “Nə tez yatmısan xala” demiş, o da “yorulmuşam, sabah tezdən oğlumu Yevlaxa aparacam” demiş, Kənan da telefonu ilə oynayaraq yerinə uzanmışdır. Bir neçə dəqiqə sonra ayağa qalxıb çölə çıxmışdır. Bu vaxt çöldə Xuramanla Bulud pilləkəndə oturaraq toy barədə söhbət etmişlər. Bundan bir neçə dəqiqə sonra o, Xuramanın Kənana “əlindəkini ver mənə, zarafat eləmə” dediyini eşitmiş, o da həmin vaxt ayağa qalxıb əynini geyinərək ki, çölə çıxmışdır. Çölə çıxıb dəmir qapını açdıqdan sonra Kənanın əlində tüfənglə arxaya addımlar atdığını, Buludun isə Kənana tərəf gedərək sağ əlini qaldırıb tüfəngin atılan hissəsini əli ilə tutmaq istədiyini və tüfəngdən atəş açıldığını görmüşdür. Bulud “ay Mahizər məni vurdu” deyib yerə yıxılmışdır. Xuraman həmin vaxt başında olan yaylığı çıxararaq Buludun yarasına qoymuş, bu vaxt qonşu Elçin maşını ilə gəlib Buludu xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 qızı, Şahid8, Şahid9, Şahid10 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Bulud Fərzəliyev və ailəsi onun həmkəndlisi, həmçinin qonşusu olmuşdur. Buludun oğlu Təqsirləndirilən şəxs spirtli içki içəndən sonra özünü yaxşı idarə etmirdi. 29 may 2022-ci il tarixdə günorta saat 13 radələrində X5 qız toyu mərasimi Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında baş tutmuşdur. O, arvadı Fəxriyə Talıbova və oğlu ilə birlikdə həmin toy mərasimində iştirak etmiş və həmin toyda arvadının bel qırığından əməliyyatdan sonrakı vəziyyəti yaxşı olmadığından onlar orada bir saat müddətində iştirak etmişlər. O, arvadı ilə həmin toyda iştirak edən zaman toy mərasimində Təqsirləndirilən şəxs toya gələn qonaqlarla salamlaşıb, qonaqların haləhvalını soruşmuşdur. Bundan sonra o, arvadı ilə evə getmiş, amma oğlu həmin toy mərasimi bitənədək orada iştirak etmişdir. Oğlu evə qayıtdıqdan sonra Kənanın toyda spirtli içki qəbul edib dava saldığından, atası və dayısının Kənana içki qəbul etməməsi və dava salmamasını dediyinə görə toy məclisində səs-küy salaraq tamadanın əyləşdiyi stola təpik vurduğunu, buna görə də bibisi uşaqlarının Kənanı götürüb evə gətirdiklərini demişdir. Şahid11 həmçinin ifadəsində göstərmişdir ki, o, günorta vaxtı evdə olduğu zaman bir dəfə tüfənglə atəş açıldığını eşitmişdir. Sonradan həmin gün axşam saat 20 radələrində o, kəndlərində yerləşən çayxanaya getmiş, həmin vaxt Təqsirləndirilən şəxs kəndin uşaqları ilə orada oturub çay içmişdir. Orada olan kəndin uşaqları “Kənan günorta vaxtı bir dəfə tüfəngdən bibisi uşaqlarına atəş açıbdır” demişlər. O, evinə axşam saat təxminən 22 radələrində qayıtmışdır. Evində olan zaman tüfəngdən açılan atəş səsini eşitmişdir. Buna görə də dərhal arvadını götürüb idarə etdiyi “Vaz 2106” markalı avtomobili ilə Bulud Fərzəliyevin evinə getmişdir. O, oraya çatanda Bulud Fərzəliyevin yaşadığı evinin həyətyanı sahəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu, zarıdığını, ətrafında isə yoldaşının, bacılarının və Kənanın olduğunu görmüşdür. X17 köməkli şəkildə idarə etdiyi “Vaz 2106” markalı avtomobilinə qoyaraq Bərdə rayon X9 yola düşmüşlər. Yol gedən zaman Bulud xırıldamış və onlar xəstəxanaya çatanda həkimlərin göstərdiyi ilkin tibbi yardıma baxmayaraq, Bulud Fərzəliyevin öldüyünü onlara demişlər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, üzürlü səbəblərlə əlaqədar məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Bulud qızının ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs 2019-cu ildə Naxçıvan şəhərində hərbi xidmətdən qayıdandan sonra spirtli içkilər içməyə başlamış, ən çox pivə, “Go” adlı içki və araq da içmişdir. Təqsirləndirilən şəxs spirtli içki içəndən sonra başı çönmüş, ana və atasını tanımamış, elə vaxtlar olmuşdur ki, anası və atasına pul istəyən zaman hücum etmişdir. Sonuncular da özlərini ondan qorumuşlar, çölə çıxmamışlar, onun yanında oturmamışlar. Həyətyanı sahələrində saxladıqları malları qardaşı hər gün sahəyə aparıb-gətirmiş, bunun müqabilində atası Kənana tez-tez siqaret üçün pul vermişdir. Buna baxmayaraq, qardaşı ona verilən pula özünə içki alıb içmişdir. Kənan içkili evə gələn zaman onlar sonuncuya yaxın durmamışlar, ondan aralı gəzmişlar. 29 may 2022-ci il tarixdə onun qız toyu mərasimi Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında baş tutmuşdur. Restoranda aşpazlar tərəfindən hazırlanan yeməklərə nəzarət olunması üçün atası qardaşı Təqsirləndirilən şəxs həmin restorana həmin gün səhər saat 8-9 radələrində göndərmişdir. O, həmin vaxt gözəllik salonundan evə qayıtmışdır. Günorta saat 13:00 radələrində bütün ailə üzvləri ilə toy mərasiminin keçirildiyi restorana getmişlər. Saat təxminən 4-5 radələrində muğam ifası oxunan zaman Kənan aşıqlar oturan stola yaxınlaşaraq “toyu dağıdın” deyə qışqırmışdır. Bunu görən atası Bulud onu çölə çıxartmış, bu vaxt dayıları, bibisi uşaqları onu sakitləşdirməyə çalışmışlar və bu məqsədlə onu oradan uzaqlaşdırıb evlərinə Sənan və Fərahimlə yola salmışlar. Toy mərasimi saat 18-19 radələrində bitmiş və bibisi Aynur, nişanlısı İlham, qaynanası Sudabə, baldızı Xatun evə gəlmişlər. Evə gələndə evdə heç kim olmamış və bundan 10 dəqiqə sonra oğlan evi, yəni nişanlısı, qaynanası və baldızı evlərinə gedəndən 2-3 dəqiqə sonra qardaşı məhlədən evə gəlmiş və bibisi Aynurdan üzr istəyərək “beynim çönmüşdü, az qala Sənan və Fərahimə zərər yetirəcəkdim” demişdir. Sonra Sənan evə gəlmiş və Kənan Sənandan da üzr istəyib “bağışla, bilərəkdən olmadı” demiş, Sənanı qucaqlayıb ikisi də ağlamışlar. Bundan yarım saat sonra anası, atası və qohumları, bibiləri Gülarə, Zərnigar, Mahizər və Gülarə bibisinin yoldaşı Muğam toydan evə qayıtmışlar. Kənan anası ilə atasına sonuncuların gətirdikləri əşyaların toplanmasında köməklik etmişlər. Sonra restorana dəvət olunmayan qonşu və qohumlar onu təbrik etmək üçün evlərinə gəlmişlər, həmin qonaqlar üçün məhlələrində stol açılmış və yeməklərin həmin stola düzülməsində Kənan anasına kömək etmişdir. Həmin qonaqlar yeyib- içib axşam saat 9 radələrində evlərinə getmişlər. Kənan qonaqlar evlərinə gedən vaxt kənddə yerləşən mağazalardan birinə getmişdir. Axşam saat 22-23 radələrində Kənan evə qayıtmış, həmin vaxt o, yataq otağında yerində uzanaraq baldızı Mələklə telefonla danışmışdır. Bu vaxt Kənan otağa daxil olmuş, əynini dəyişib otaqdan çıxmış, sonra gedib həyətdə qonşuları Sərxanla yemək yemiş və sonuncunu evinə yola salmışdır. Bundan sonra Kənan evə qayıdıb yenə yataq otağına gəlmiş, bibiləri Mahizər və Aynurdan niyə tez yatdıqlarını soruşmuş və yerinə uzanmışdır. Həmin vaxt Kənan telefonunu toka qoşmuşdur. Bundan 2-3 dəqiqə sonra yerindən durub telefonunu tokdan çıxarıb otaqdan çıxmışdır. Daha sonra o, otağın pəncərəsindən işiq gəldiyini görmüş və Kənanın evin arxasına keçdiyini başa düşmüşdür. Bundan bir dəqiqə sonra anasının “o nədi Kənan tulla yerə” dediyini eşitmişdir. O, bu sözləri eşidən kimi əynini geyinib bibiləri Mahizər və Aynurla otaqdan çıxıb çöl qapısına tərəf getmişlər. Qapını açan kimi o və bibiləri pilləkənlə düşmüşlər, bibisi Mahizər ondan qabaqda qaçmış və o, pilləkəndə olarkən Kənanın atasına bir dəfə tüfəngdən atəş açdığını görmüş, həmin vaxt atası iki addım irəli ataraq “Mahizər məni vurdu” demiş və tüfəng Kənanın əlindən yerə düşmüşdür. Kənan donub yerində qalaraq “mən eləməmişəm” demişdir. Sonra Kənan atasının yanında diz çökmüş, atasını çağıraraq “ölməyib, mən eləməmişəm” demişdir. Bundan sonra qonşular gələrək atasını anası ilə birlikdə Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışlar. Atası xəstəxanaya çatan kimi ölmüşdür (iş vərəqə: cild 1, səh. 184-187). Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, üzürlü səbəblərlə əlaqədar məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, bacısı X15 ailə həyatı qurandan sonra onların iki övladı Kənan və Aynurə dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs spirtli içki içəndən sonra başı çönmüş, ana və atasını tanımamışdır. Kənan özünü idarə edə bilmədiyinə görə Bulud xəstəxanaya müraciət etmiş, orada Buluda Kənan spirtli içki qəbul etməməli, toya getməməli, sakit abu-havada yaşamalı və telefon oynatmamalıdır demişlər və qəbul etməsi üçün dərmanlar da yazmışlar. Həmin dərmanların spirtli içki qəbul edəndən sonra təsiri olmadığı üçün Kənanın müalicəsini dayandırmışlar. 28 may 2022-ci il tarixdə bacısı Xuramanın qızı Aynurənin növbəti gün keçiriləcək “qız toyu” mərasimi ilə əlaqədar “ciyər axşamı” qonaqlığında iştirak etmək üçün arvadı və oğlu ilə birlikdə həmin mərasimdə iştirak etmiş, orada bir gün qaldıqdan sonra növbəti gün 29 may 2022-ci il tarixdə səhər saatlarında Buludla birlikdə toya hazırlaşmağa başlamışlar. Günorta saat 13 radələrində oğlan evi gələrək Aynurəni evdən restorana aparmışlar və evdə olan hər kəs hazırlaşıb restorana getmişdir. Toy mərasimi Bərdə rayonunun, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında keçirilmişdir. Toy mərasimi zamanı Bulud Fərzəliyev gələn-gedən qonaqları qarşılamış, toy başlayandan təxminən 1-2 saat sonra ona Kənanın stol arxasında oturub pivə içdiyini demişlər. O da Kənana yaxınlaşaraq “bacıvın xeyir işidir, elə elə ki, sağ salamat evimizə çıxıb gedək” demiş, sonuncu da ona “bacımın xeyir işidir, narahat olma hər şey qaydasındadır” demiş və ayağa durub ona “tualetə dəyib gəlirəm” demişdir. Bundan bir neçə dəqiqə sonra Kənan zala daxil olub müğənnilərin stoluna təpik atmış, o da bunu görən kimi dərhal Kənanın qolundan tutaraq sakit vəziyyətdə zaldan kənarlaşdırıb evinə yola salmışdır. Kənanın bibisioğlu Fərahim və Sənan Kənanı evinə yola salmışlar, bundan yarım saat sonra Bulud Fərzəliyev ona yaxınlaşıb “Kənan Sənanın və Fərahimin ardınca tüfənglə bir dəfə atəş açıbdır” demiş, bu səbəbdən “102” xidmətinə məlumat verdiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra bacısı Xuraman ona yaxınlaşaraq “anamı da götür, get evə” demiş, o da toy bitməmişdən yarım saat əvvəl anasını götürüb Yevlax rayonuna evinə qayıtmışdır. Bundan sonra gecə saat 01 radələrində o, yatan vaxt telefonuna kənd sakinlərinin biri zəng edərək Kənanın Buluda atəş açdığını demişdir. O, anası və yoldaşı ilə birlikdə bacısının evinə gəlmiş və Buludun “yeddi gün” mərasiminə kimi o, bacısının evində qalmışdır (iş vərəqə: cild 2, səh. 20-23). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermişdir. Evin həyətinə yaşıl rəngli 7,5 metrdən ibarət olan dəmir darvazadan daxil olarkən 25 metr irəlidə birmərtəbəli ev vardır. Evin qapısı qəhvəyi rəngli dəmir seyf qapıdan hazırlanmışdır. Evin sağ tərəfində bir ədəd yardımçı tikili vardır, həmin tikili toyuq hini kimi istifadə edilmişdir. Həmin hinə daxil olduqda sol tərəfdə bir ədəd tüfəng vardır. Evdən çölə çıxdıqda pilləkəndən 1,10 metr aralıda yerdə qan izləri vardır. Həmin qan izləri qablaşdırılaraq nömrələnib götürülmüşdür (iş vərəqə: cild 1, səh. 5-28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 meyitinin əynində göy rəngli başlığında qara rəngli kəmər olan zəncirbəndli şalvar, şalvarın kəməri və zəncirbəndi bağlıdır, şalvar qana oxşar maddəyə bulaşmışdır. Meyitin bədənində xəsarətlər aşkar edilmişdir: sağ körpücükaltı nahiyədə 4,0×2,9 sm ölçüdə, oval formada, kənarları nahamar, qansızmalı, toxuma deffekti olan və kənarları içəriyə doğru nisbətən çevrilmiş yara vardır. Yaranın ətrafında sıyrılma halqası müşahidə olunur, sol və sağ ayaq nahiyəsində, sol və sağ bazunun iç səthində, sol və sağ baldırın iç səthində ağımtıl rəngdə köhnə yanıq sahəsi-çapıq toxuması vardır (müddəti 1,5 ildən yuxarı) (iş vərəqə: cild 1, səh. 79-95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı təsdiq etmiş, atası Bulud Fərzəliyevə bir dəfə tüfənglə atəş açaraq öldürdüyünü bildirmiş və bu barədə video çəkiliş aparılmışdır (iş vərəqə: cild 1, səh. 161-162). Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli sxemdən görünür ki, Şahid4 və Şahid5 ayrı-ayrılıqda şahidin ifadəsinin yerində yoxlanılması keçirilərkən hadisənin ətraflı təsvir olunması zamanı darvazanın, Təqsirləndirilən şəxs və şahidlər Şahid4, Şahid5 arasında tüfəngdən açılan atəş zamanı aralarında olmuş məsafə, həmçinin darvaza ilə Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə saat 16 radələrində tüfəngdən atəş açması yerində olan məsafə ölçülərək sxem çəkilmiş və sxemdən görünür ki, darvazanın eni-3 metr 90 sm, uzunluğu 02 metr 35 sm, qapısı 1m, hündürlüyü 65 sm, eni 70 sm; pəncərədən darvazaya qədər olan məsafə-44 metr, 50 sm; Təqsirləndirilən şəxs tətiyi çəkdiyi yerdən darvazaya kimi olan məsafə 21 metr 50 sm; Şahid4 atəş səsini eşitdiyi yerdən darvazaya qədər olan məsafə 26 metr, 50 sm; Şahid4la, F.Allahveriyevin atəş səsini eşidən zaman dayandığı yerdən Təqsirləndirilən şəxs tüfəngdən açdığı atəş zamanı dayandığı yerin məsafəsi 40 metr təşkil edir (iş vərəqə: cild 2, səh. 101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə-tibbi ekspertiza və X16nin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-kimyəvi, məhkəmə-histoloji, məhkəmə-kriminalistika laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdaki nəticəyə gəlinir: 1.X1 meyidinin bədəni üzərində aşağıdakı xəsarətlər: sağ bazu arteriyasının, venasının zədələnməsi, sağ bazu sümüyünün və İİ, İİİ, İV qabırğaların qəlpəli sınıqları ilə sağ körpücükaltı nahiyənin kor odlu silah-qırma yaralanması aşkar edilmişdir. 2.Həmin xəsarətlər həyatidir, ölümdən az əvvəl törənmişlər, müddəti qərarda göstərilən-xx.xx.2022ci il tarixə uyğun gəlir, xəsarətlərin xarakterik xüsusiyyətlərinə əsasən demək olar ki, bu yara patronu qırma ilə doldurulmuş odlu silahdan, ov tüfəngindən açılmış atəş nəticəsində qırmaların təsirindən törənmişdir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir. 3.X1 ölümünə səbəb sağ körpücükaltı nahiyənin odlu silah (qırma) yaralanması ilə əlaqədar sağ bazu arteriyasının və venasının yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. 4.X1 meyidinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlərin yerləşdikləri nahiyəyə və yara kanallarının istiqamətinə görə demək olar ki, sağ körpücükaltı nahiyədə olan yara kanalının istiqamətinə öndən-arxaya, soldan sağa, yuxarıdan-aşağıya doğru olmuşdur. 5.X1 meyidinin bədəni üzərində-sağ körpücükaltı nahiyədə olan yaranın kor odlu silah yaralanmasının giriş dəliyi olub, mərmi (qırma) ilə doldurulmuş odlu silahdan mərmilərin (qırmaların) nisbi kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir. 6.X2 xəsarət yetirilərkən sonuncunun və ona xəsarət yetirənin hadisə vaxtı ona qarşı sol yan tərəfdə olmuşdur. 7.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyidinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat olar baş vermişdir. 8.X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı-1,1%-dir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq hesab olunur (iş vərəqə: cild 2, səh. 25-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə-tibbi ekspertiza və X16nin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 352 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol bazu oynağı nahiyəsinin səthi kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinəsindən 7-8 gün əvvələ uyğun gəlir, alt dodaq nahiyəsinin selikli qişasının səthi əzilmiş yarası, sol çiyinüstü, sağ bazu, sol bazu nahiyələrinin selikli qişasının səthi əzilmiş yarası, sol çiyinüstü, sağ bazu, sol bazu nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild 1, səh. 140-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/767; 3/768; 3/769 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah keçmiş SSRİ-də 1958-ci ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “Иж 17” modelli, 4192 Ж №li, xarici çaxmaqlı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, detallarında, hissə və mexanizmlərinda təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizdir, təqdim edilmiş 16 kalibrli “Иж 17” modelli, 4192 Ж nömrəli ov tüfəngindən atılmışdır.-Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər-qırmalardır və döyüş sursatı hesab edirmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 16 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 16 kalibrli, “Иж “17” modelli, 4192 Ж №li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarşıdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 1 (bir) ədəd 16 kalibrli gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizdən və eləcə də təqdim edilmiş 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. – Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir, tıxacdır (“konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 16 kalibrli, “Иж 17” modelli, 4192 Ж №li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. – Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından həmin silahdan sonuncu dəfə nə vaxt atəş açıldığını müəyyən etmək mümkün deyildir. – Tədqiqata təqdim edilmiş üzərində “hadisə yerindən götürüldüyü” qeyd edilən iki ədəd tül parçasının üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədə vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bu zədələr bir-birinin davamı olan giriş-çıxış zədələri olmaqla, hamarlüləli odlu silahdan açılan atəş(lər) nəticəsində mərmilərinin qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş(lər) nəticəsində qırmalaın təsirindən də yarana bilər. –Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və “Bulud Fərzəliyev” -ə məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. –Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” və “Bulud Fərzəliyev”ə məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər təqdim edilmiş silahın kanalından aşkar edilmiş atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. –Tədqiqata təqdim edilən Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın, bir ədəd idman şalvarının, Bulud Fərzəliyevə məxsus uzunqol köynəyin, bir ədəd şalvarın, bir ədəd alt tumanının, ağ və qırmızı tül parçasının üzərində trasoloji zədə yoxdur (iş vərəqə: cild 2, səh. 32-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 340/2022-MTBŞ nömrəli rəyindən görünür ki, 1.X8 ABO sistemi üzrə qan qrupu: O/İ. 2.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ. Sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ 3.Ekspertizaya təqdim edilən X2 məxsus şalvar, köynək, trusik, Təqsirləndirilən şəxs məxsus idman şalvarı, qısaqol mayka, 06 ədəd qırma, 01 ədəd tıxac üzərindəki ləkələrdə və hadisə yerindən 18 ədəd bint kəsiyi üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X2 və eyni qruplu Təqsirləndirilən şəxs/əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa/məxsus ola bilər.4.Təqdim edilən 01 ədəd giliz üzərində qan, Təqsirləndirilən şəxs məxsus mayka üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (iş vərəqə: cild 2, səh. 50-56). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2022-ci il tarixli, 464/160 nömrəli məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisələrini törədən zaman güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisələrini törədərkən onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (iş vərəqə: cild 2, səh. 58-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli, 1083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs-narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 2, səh. 62). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli, 713 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (iş vərəqə: cild 1, səh. 98). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X8 hər iki əl və qol nahiyələrindən götürülmüş pambıq vasitəsi ilə 02 ədəd əl yaxma nümunələri, Bulud Fərzəliyevin xəstəxanaya gətirildiyi avtomobildən aşkar edilmiş 03 ədəd qan nümunələri, Bulud Fərzəliyevə məxsus 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd tünd yaşıl rəngli uzunqol köynək, 1 ədəd qara rəngli tursik, Təqsirləndirilən şəxs məxsus hər iki əlindən pambıq vasitəsilə götürülmüş 02 ədəd əl yaxma nümunələri, hadisə yerindən götürülmüş 03 ədəd ayrı-ayrı qablara yerləşdirilmiş qan nümunələri, Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində qara “Love” yazısı olan idman şalvarı, 1 ədəd ağ rəngli qısaqol üzərində qara rəngdə əjdaha şəkili həkk olunmuş köynək, 1 ədəd qara rəngli mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Prokurorluğuna təhvil verilmişdir, həmçinin hadisə yerindən götürülmüş 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li ov tüfəngi, 1 ədəd giliz və Bulud Fərzəliyevin bədinindən çıxarılmış 6 ədəd qırma, 01 ədəd tıxac konteyner maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinə təhvil verilmişdir, eyni zamanda X11 məxsus 01 ədəd “Nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmışdır (iş vərəqə: cild 2, səh. 108-142). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 36). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 167-170). Cinayət işi materiallarına əlavə edilmiş Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 150). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(007)-138/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild 1, səh.199, cild 2, səh.103-105). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(007)-138/2022 saylı hökmü ilə məhkum olunduğu 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 18 gününü çəkmiş və 02 il 03 ay 24 gün çəkilməmiş cəzası qalmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti, xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən adam öldürməsi və silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətlərini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gələrkən onun cinayət əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ona görə təqsirləndirilir ki, o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən atası X10 öldürmüş və silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətlərini törətmişdir. Qəsdən adam öldürmə cinayətinin müəyyən edildiyi Cinayət Məcəlləsinin 120-ci maddəsinin tövsifedici əlamətləri olan xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə cinayətinin tərkib əlamətlərinin Təqsirləndirilən şəxs əməllərində mövcud olmasına dair məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin, baş vermiş hadisənin səbəblərinin, hadisənin baş vermə şəraitinin, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin hadisədən qabaq davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır.” Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur... Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri və cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs toy mərasimində atasının ona irad tutmasını bəhanə edib və toydan evə göndərildiyini özünün təhqir olunması kimi düşünərək, bunun üçün heç bir əsaslı səbəb olmadan atası X10 qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmiş və atası Bulud Fərzəliyevi sonuncunun bacılarının, arvadının və digər yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk edib öldürmüşdür. Həmçinin cinayət işinin materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs atası Bulud Fərzəliyevi öldürdüyü silah yivsiz odlu ov silahıdır və həmin ov silahı təyinatına uyğun olaraq, qırmaların gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməyə xarakterik olduğundan və atəş zamanı qırmaların müxtəlif istiqamətli olması nəzərə alınarsa, təqsirkarın cinayətkar niyyətini həyata keçirərkən tətbiq etdiyi üsul, yəni qırmaların gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməyə xarakterik olan ov silahından istifadə etməklə törətdiyindən və zərərçəkmiş şəxslə yanaşı, onun yanında olan bir neçə şəxsin də hayətı və sağlamlığı üçün təhlükə törətdiyindən Təqsirləndirilən şəxs həmin əməli ümumi təhlükəli üsulla, həmçinin xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə kimi tövsif olunmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silahdan istifadə etməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq “Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir.” Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, hadisə yerində olmuş şahidlərin ifadələri və digər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs bacısının qız toyu mərasimində spirtli içki qəbul etdikdən sonra orada təpiklə stola vurub qalmaqal salaraq toyu dayandırmaq istəmiş, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla toy məclisində səs-küy salaraq insanların istirahətinə maneə yaratmış, hətta toyda atasının və digər qohumlarının toya mane olmamağını ondan xahiş etmələrinə baxmayaraq, özünün ictimai qaydanı kobud şəkildə pozduğu və cəmiyyətə etdiyi açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlərini davam etdirərək, bibisi oğlanlarının onu toydan evə aparıb evlərinə yola salarkən evdən götürdüyü tüfənglə onları qorxutmaq və vahimə yaratmaq məqsədi ilə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib evin həyətyanı sahəsindən bibisi oğlanlarına tərəf dəmir darvazaya doğru atəş açmış və atılan atəş qapıya dəymişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdinin zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti, xüsusi amansızlıq və ümumi təhlükəli üsulla həyatdan məhrum etməklə yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi ona dəlalət edir ki, həmin hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə edilməklə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulsa da, həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində göstərilmişdir ki, cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinin məzmunundan göründüyü kimi, cinayətin odlu silahdan istifadə etməklə törədilməsi ümumi təhlükəli üsulun növlərindən biridir. Odur ki, ümumi təhlükəli üsulla adam öldürmə Təqsirləndirilən şəxs ittiham elan edilmiş Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlaməti kimi müəyyən edildiyindən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 1(007)-138/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun məhkum olunduğu 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 18 gününü çəkmiş və 02 il 03 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna və hökmlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və hazırki hökm üzrə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 30 may 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - X8 hər iki əl və qol nahiyələrindən pambıq vasitəsi ilə götürülmüş 02 ədəd əl yaxma nümunələri, Bulud Fərzəliyevin xəstəxanaya gətirildiyi avtomobildən aşkar edilmiş 03 ədəd qan nümunələri, Təqsirləndirilən şəxs məxsus hər iki əlindən pambıq vasitəsilə götürülmüş 02 ədəd əl yaxma nümunələri, hadisə yerindən götürülmüş 03 ədəd ayrı-ayrı qablara yerləşdirilmiş qan nümunələri məhv edilməli, həmçinin Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübutlar- hadisə yerindən götürülmüş 1 ədəd giliz və Bulud Fərzəliyevin bədinindən çıxarılmış 6 ədəd qırma, 01 ədəd tıxac konteyner məhv edilməli, bundan başqa Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- X11 məxsus 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd tünd yaşıl rəngli uzunqol köynək, 1 ədəd qara rəngli tursik onun hüquqi varisi X6 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, həmçinin Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində qara “Love” yazısı olan idman şalvarı, 1 ədəd ağ rəngli qısaqol üzərində qara rəngdə əjdaha şəkili həkk olunmuş köynək, 1 ədəd qara rəngli mayka Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir, eyni zamanda X11 məxsus 01 ədəd “Nokia” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış hadisə yerindən götürülmüş 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li ov tüfəngi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-138/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 24 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) 01 il 01 ay 27 gün müddət hazırkı hökmlə təyin edilmiş 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - X8 hər iki əl və qol nahiyələrindən pambıq vasitəsi ilə götürülmüş 02 ədəd əl yaxma nümunələri, Bulud Fərzəliyevin xəstəxanaya gətirildiyi avtomobildən aşkar edilmiş 03 ədəd qan nümunələri, Təqsirləndirilən şəxs məxsus hər iki əlindən pambıq vasitəsilə götürülmüş 02 ədəd əl yaxma nümunələri, hadisə yerindən götürülmüş 03 ədəd ayrı-ayrı qablara yerləşdirilmiş qan nümunələri məhv edilsin, həmçinin Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübutlar- hadisə yerindən götürülmüş 1 ədəd giliz və Bulud Fərzəliyevin bədinindən çıxarılmış 6 ədəd qırma, 01 ədəd tıxac konteyner məhv edilsin, bundan başqa Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- X11 məxsus 1 ədəd tünd göy rəngli şalvar, 1 ədəd tünd yaşıl rəngli uzunqol köynək, 1 ədəd qara rəngli tursik onun hüquqi varisi X6 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin Bərdə rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində qara “Love” yazısı olan idman şalvarı, 1 ədəd ağ rəngli qısaqol üzərində qara rəngdə əjdaha şəkili həkk olunmuş köynək, 1 ədəd qara rəngli mayka Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, eyni zamanda X11 məxsus 01 ədəd “Nokia” markalı mobil telefonun zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş, hadisə yerindən götürülərək maddi sübut qismində tanınmış 16 kalibrli, Иж “17” modelli, 4192 Ж №li ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 192 (yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-412/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-412/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver