Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-412/2025 03.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Bərdə rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə saat 23:20 radələrində Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan parkın ərazisinə gəlib həmin ərazidə yerləşən X3 işlətdiyi çayxananın qarşısında qonşusu ünvan 2 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə həmin gün saat 22 radələrində eyni məkanda aralarında baş vermiş mübahisə zamanı guya Zərərçəkmiş şəxs onu təhqir etməsini bəhanə edib hər hansı bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı ilə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa və sol yan nahiyələrinə 2(iki) dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin sol ön-yan divarının torakoab ominala nüfuz etməklə sol tərəfli hemopenvmotoraksla nəticələnən iki ədəd kəsilmişdeşilmiş yaraları ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü içkili vəziyyətdə parkda olmuş, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etdiyi üçün cibindəki bıçağı çıxardaraq sonuncuya iki bıçaq zərbəsi yetirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə günü Zərərçəkmiş şəxsla birgə içmiş, sonrasında isə zarafat nəticəsində aralarında mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı sərxoş olmuş, hadisənin necə baş verdiyini bilməmiş, içkili halda küçəyə çıxmış, orada da yıxılmışdır. Hadisədən sonra onu xəstəxanaya dostları aparmış, o isə mübahisənin səbəbini bilməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə zamanı kürək nahiyəsindən xəsarət almış və halhazırda təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxs ifadələri arasında ziddiyyət olduğundan ifadəsi elan edilir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, belə ki, onlar yaxın qonşu olmuşdurlar. Onlar həmişə bir yerdə olmuşlar, bəzəndə görüşüb yemək yemişdirlər. xx.xx.2024-cü il tarixdə onlar bir yerdə Bərdə rayonu, Qarabağ restoranında yemək yemişdirlər və spirtli içki qəbul etmişdirlər. Həmin vaxt Şahid6 xeyir işi ilə bağlı keçirilən qonaqlıq kimi bir yerdə olmuşdurlar. Daha sonra onlar bir yerdə oradan çıxaraq, Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan yerə getmişdirlər. O, spirtli içki qəbul etdiyi üçün dəqiq nə səbəbə mübahisə etdikləri yadında qalmamışdır. Onların mübahisələri nəticəsində Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət vurmuşdur. Bundan sonrasını dəqiq xatırlamamış, o, yolun qırağında olan zaman Yusif onu görmüş və onu xəstəxanaya aparmışdır. O, Təqsirləndirilən şəxs adını verməmək üçün yıxıldığını bildirmişdir. Elşən onu vuranda onları heç kim görməmiş, həmin vaxtda o, hamıya yəni, Yusifə, parkda olan adını bilmədiyi şəxslərə və polislərə yıxıldığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan yerdə baş vermişdir. Hadisənin baş verməsinin dəqiq səbəbini xatırlamamışdır. O, ilkin izahatında yıxıldığını bildirən zaman Elşənin onun qonşusu olduğunu, Elşənlə heç bir ədavət və düşmənçiliyinin olmadığını, buna görədə Elşənin adını verməmək elə demişdir. Eyni zamanda xəsarətinin yüngül olduğunu güman etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı futbola baxdığı üçün hadisənin necə necə baş verdiyini görməmişdir. Daha sonra isə Anar və Elşən arasında mübahisə olduğunu eşitmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, bıçaqlanma hadisəsini Ayxan adlı şəxsdən eşitmiş, mübahisənin səbəbini isə bilməmişdir. Şahid1 ifadələri arasında ziddiyyət olduğundan ifadəsi elan edilir. Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə şəhəri, Sabir küçəsində yerləşən İlkin adlı şəxsə məxsus çayxanada ofisiant kimi işləməyə təxminən 2024-cü ilin iyun ayından başlamışdır. Onu həmin çay evinə işə çayxananın sahibi İlkin götürmüşdür. Orda işləməyinə görə ona gündəlik 10-20 manat pul vermişdir. Onun orada işləməyinə görə heç bir sənədi, müqaviləsi olmamışdır. Onun orada işlədiyi müddətdə heç bir problemi olmamışdır. xx.xx.2024-cü il tarixdədə həmişəki kimi çay evində işləmişdir. Ondan başqa çayxanada 3 nəfərdə işləmiş, həmin şəxslər Səhman, Ayxan və “qoca” adlanan Elçin olmuşdur. Bundan başqa onların çayxananın kassasında “Koti” adlanan İlyas adlı şəxs dayanmışdır. O, həmin gün saat 22:30 radələrində çayxanada olan zaman çöldən səs-küy səsi gəldiyini eşitmişdir. O, maraqlananda bilmiş ki, çayxanada müştəri olan Zərərçəkmiş şəxsla Elşən adlı şəxsin söyüş üstündə mübahisələri olmuşdur. Anarla Elşənin mübahisəsi təxminən 10 dəqiqə çəkmişdir. Həmin vaxt X14, İlyas və digər tanımadığı şəxslər ayırmışdırlar. O, özü çayxananın içərisində olmuş və oraya yaxınlaşmamışdır. Bundan sonra Elşən adlı şəxs çayxananın içərisinə daxil olmuş və stolda əyləşərək bir stəkan çay içmişdir. 3-4 dəqiqə sonra yenidən Elşən adlı şəxs çölə çıxmış, həmin vaxt çayxananın içəri zalında futbola baxdıqları üçün o və Ayxan içəridə qalmışdırlar. Elşənin çölə çıxmasından təxminən 15-20 dəqiqə keçmişdi ki, yenidən səs gəldiyini eşitmişdir. Mən çölə çıxmaq istəyən zaman “Qoca” adlanan Elçin onun çölə çıxmağıma mane olmuşdur. Təxminən 9-10 dəqiqə arasında səs-küy gəlmiş, sonra isə sakitçilik olmuşdur. Bundan sonra Ayxanla “Koti” ləqəbli İlyas çayxanaya gəldikdə Elşənin Zərərçəkmiş şəxs bıçaqladığını eşitmişdir. Həmin vaxt saat təxminən, 23:20 radələri olardı, çayxananın sahibi İlkinin qardaşı olan Mosu adh şəxs onlara müştəriləri çıxardaraq, çayxananı bağlamalarını bildirmişdir. Bundan sonra onlar heç çayxanada olan stolların üzərini belə təmizləmədən oradan çıxmışdırlar. Hadisə təxminən saat 23:20 radələrində baş vermişdir, hadisəni o, özü görməmiş, lakin çayxanada işləyən Ayxan və Koti adlanan İlyas görmüşdür. İlyas birinci mübahisə olanda orada olmamış, Şahid6 ilə birlikdə Yusifin toy dəvətnamələrini paylamağa getmişdir. Lakin, Elşənin bıçaqla Anara xəsarət vuran zaman Ayxanla İlyasda orada olmuşdur. Həmin vaxt çöldə olan digər müştərilərdə olmuş, lakin həmin müştərilərin kim olmasını bilməmişdir. Mosu onlara çayxananı bağlatdırdıqdan sonra, o, evə getmiş və bu barədə atası Zamikə bildirmişdir. Həmçinin Şahid1 bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan yerdə İlkin adh şəxsə məxsus çay evinin qarşısında baş vermişdir. Hadisənin baş verməsinə səbəbin nə olduğunu dəqiq bilməmiş, eşitdiyinə görə Anarla Elşən arasında söyüş üstündə mübahisə düşmüşdür və nəticədə Elşən Anan bıçaqlayaraq xəsarət vurmuşdur. Hadisə zamanı bıçaqlanan Zərərçəkmiş şəxs adlı şəxs şəxs xəsarət almış, onun bildiyimə görə başqa heç kim xəsarət almamışdır. Hadisə başlamazdan əvvəl Zərərçəkmiş şəxs çayxanda Şahid6, Elçin adlı şəxslə birlikdə dəvətnamə yazıb, dəvətnaməni aparıb paylamışdırlar. Hadisə zamanı Şahid6, Elçin və koti adlanan İlyas dəvətnamə paylamağa getmişdir. Həmin vaxt Elşən içəri daxil olmuş və Elşənlə Anar görüşüb çölə çıxmışdırlar. Bundan sonra yuxarıda dediyi kimi mübahisə düşmüş, lakin mübahisənin əsas səbəbini bilməmişdir. Mübahisə çayxananın qarşısında çöldə baş verdiyi üçün, o, hadisədə kimlərin olduğunu dəqiq bilməmişdir. Onun bildiyi qədəri ilə hadisəni İlyasın gördüyünü və İlyasın onları ayırdığını bilmişdir. Digər kimlərin olmasını isə bilməmişdir. Hadisədən sonra bunu Ayxan, qoca adlanan Elçin, Mosu, Səhman və o, bilmişdir. Çayxanada olan müştərilər bunu bilməmişlər, hadisədən dərhal sonra Mosu əminin tapşırığı ilə hamını çayxanadan çıxardıb, oradan uzaqlaşmışdırlar. Bıçaqlanma hadisəsi təxminən 10 dəqiqə çəkmiş, o, hadisəni görməmiş, ancaq içəridə olmuş və heç nə etməmişdir. O, hadisə zamanı istifadə edilən bıçağı görməmiş və bu barədə heç bir məlumatım olmamışdır. Bıçaqlanma hadisəsi ilə bağlı heç kimə deməmiş, bu barədə ancaq yuxarıda adları çəkilən şəxslər bilmişdirlər. O, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Heç bir məqsədi olmamış, sadəcə məlumat vermək istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Kəriş oğlu ifadəsində göstərmişdir ki, hadisə zamanı işlədiyi çayxananın içərisində futbola baxan zaman səsləri eşitmiş, lakin hadisənin necə baş verdiyini görməmişdir. Hadisədən 1 gün sonra polis əməkdaşları onuda çağırmış həmin zaman hadisənin necə baş verdiyini öyrənmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə günü Anar və Elşəni parkın içərisində görmüş, lakin həmin vaxt aralarında heç bir problem olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə zamanı çayxanada olmamış, 1 gün sonra polis məlumat verən zaman hadisdən xəbərdar olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə günü axşam saat 23:30-da çayxanaya gəlmiş, orada səs-küy çox olduğu üçün çayxananı bağlamış, lakin hadisəni görməmişdir. Şahid3 ifadələri arasında ziddiyyət olduğundan ifadəsi elan edilir. Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, Atatürk küçəsində ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsində “Taksi dönər” adlı yeri işlədir. İşin mahiyyəti üzrə bildirmiş ki, qardaşı X6 özünə məxsus Bərdə şəhəri, Sabir küçəsində yerləşən çayxananın sahibidir. X10 xəstəliyi ilə bağlı müalicə almaq məqsədi ilə Bakı şəhərində olmuşdur. Qardaşı 1 həftədir ki, Bakı şəhərində olduğu üçün öz obyektini bağladıqdan sonra, saat 23:30 radələrində həmin çayxanaya gedərək bağlanmasına nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində o, həmin obyektə gəlmiş və çayxananın həyətində xeyli adamın yığışdığını görmüşdür. O, ora yaxınlaşanda əvvəl qonşusu olmuş Zərərçəkmiş şəxs ayaqlarını çəkə-çəkə pilləkənlərdən aşağıya düşdüyünü görmüşdür. Anarın yanında təxminən 7-8 nəfər olmuş, həmin şəxslərdən Şahid6 və İlyası görmüşdür. Digər şəxsləri tanımamışdır, həmin şəxslər yəqin ki, müştərilər olmuşdur. Anar maşına gələ-gələ, ancaq ağrıdığını bildirmiş, lakin Anarın üzərində heç bir qan ləkəsi görməmişdir. Zərərçəkmiş şəxs Yusif öz maşınına qoyaraq, oradan uzaqlaşdırmışdır. O, Zərərçəkmiş şəxs narahat olduğunu bilmiş və orada mübahisə düşməsindən xəbəri olmuşdur. Lakin, Anarın bıçaqlanmasını bilməmiş, o, davadalaş olmasından şübhələnmişdir. O, qardaşının işçisi olan Ayxana demiş ki, çayxananı bağlayın oradan çıxaq gedək. Bundan sonra, Ayxangil çayxananı bağlamışlar və onlar oradan gedərək, evlərinə qayıtmışdırlar. Səhərisi gün, yəni xx.xx.2024-cü il tarixdə o, öyrənmiş ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə düşmüş və Elşən Anarın kürəyindən iki ədəd bıçaq zərbəsi vurmuşdur. Həmçinin Şahid3 bildirmişdir ki, hadisə xx.xx.2024- cü il tarixdə saat 23:20 radələrində Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan yerdə qardaşı İlkinə məxsus çay evinin qarşısında baş vermişdir. Hadisənin baş verməsinə səbəbin nə olduğunu dəqiq bilməmiş, o, hadisəni görməmişdir. O, hadisə yerinə gələn zaman Zərərçəkmiş şəxs Şahid6 maşına qoyub xəstəxanaya aparmışdır. Hadisə zamanı bıçaqlanan Zərərçəkmiş şəxs adlı şəxs şəxs xəsarət almışdır, onun bildiyinə görə başqa heç kim xəsarət almamışdır. O, hadisəni özü görməmiş, hadisənin səhərisi günü, yəni xx.xx.2024-cü il tarixdə öyrənmiş ki, Elşən Anan bıçaqlamışdır. Hadisə zamanı orada müştərilərdə olmuş, müştərilərin adlarını dəqiq bilməmişdir. Hadisə zamanı çayxanada işləyən Səhman, Xəyal və “qoca” adlanan Elçin bunu bilmiş, daha doğrusu, həmin şəxslərdə hadisəni görməmişlər, o, işçilərə tapşırmış ki, çayxananı bağlasınlar və oradan uzaqlaşaraq getsinlər. Şahid6 Anan maşına qoyaraq, oradan aparmışdır. Anarın ağrıyaraq oradan getməsini gördüyü üçün, orada dava-dalaş olduğunu başa düşmüş, eyni zamanda Zərərçəkmiş şəxs keçmişdə narkaman olduğunu və nakotiklə bağlı məhkumluğunun olduğunuda bildiyi üçün hadisənin daha da böyüyəcəyindən çəkindiyi üçün tez çayxananı bağlamaları barədə göstəriş vermişdir. O, həmin göştərişi verən zaman bıçaqlarıma olduğunu bilməmişdir. O, bıçaqlanma xəsarəti olması barədə heç kimə məlumat verməmişdir. O, işçiləri oradan çıxartmış və maşınına əyləşərək, evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə yerinə çatan zaman Anarın narahat olduğunu görmüş, kömək etmək məqsdilə yaxınlaşmış, həmin vaxt Anar ona içkili olduğu üçün yıxıldığını və bu səbəbdən narahat olduğunu bildirmişdir. Daha sonra Anarı xəstəxanaya aparmağa kömək etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Anarı təxminən axşam saat 9-10 radələrində küçədə oturaq halda görmüş, həmin zaman Anarda heç bir xəsarət izi görməmiş, həmçinin Anarı xəstəxanaya maşınla aparmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü Anarı həkimə aparmış, ondan əvvəl hadisənin necə olduğunu görməmişdir. Maşını parkın yanında saxlamış bu zaman Yusif “həkimə aparmaq lazımdır” demişdir. Həmin zaman Anar yıxıldığını və ona mismar batdığını bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, mübahisənin səbəbini bilməmiş, Anarın bıçaqlandığını isə hadisədən 2-3 gün sonra polis tərəfindən öyrənmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, axşamtərəfi işdən gələn zaman Elşən və Anar arasında mübahisə olduğunu, mübahisə nəticəsində də Elşənin Anarı bıçaqladığını eşitmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Anar və Elşənlə qonşu olmuş, onların əvvəl mübahisələri olmamış, həmçinin hadisə zamanı oğlu Şahid1 orada olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 11 dekabr 2024-cü il tarixli Bərdə Rayon Məhkəməsinin hakimi X2 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətinə “Həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 11 mart 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4cü maddəsinə tövsüf edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilərək ona Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 1 ədəd bıçaq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2024-cü il tarixli əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Bərdə Mərkəzi Rayon X1 xadimə işləyən X5 bir ədəd qara rəngli köynəyi təqdim edərək Zərərçəkmiş şəxs yaralı vəziyyətdə xəstəxanaya gətirilərkən həmin paltarın Zərərçəkmiş şəxs əynində olduğunu, Zərərçəkmiş şəxs cərrahiyyə əməliyyatı olunması üçün paltarlarını soyundurduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2025-ci il tarixli, 138 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sol ön-yan divarının torakoabdominala nüfuz etmə ilə kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopenvmotoraks kəsici-deşici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 12 dekabr 2024-cü il tarixli, 1001 nömrəli rəydən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2025-ci il tarixli, 71-MTKŞ/2025 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində iki ədəd deşilmiş-kəsilmiş zədələrin xətti ölçülərinə görə iz törədən alətin (bıçağın) eni daxilolma səviyyəsində 1 sm-ə qədər ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli 141 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək iş üzrə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkərlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxsnm əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 07 dekabr 2024-cü il tarixdə saat 23:20 radələrində Bərdə şəhəri, Sabir küçəsində yerləşən “3 nömrəli park” adlanan parkın ərazisində yerləşən İlkin Cəfərova məxsus çayxananın yaxınlığında baş vermiş hadisə zamanı ətrafda kənar şəxslər olmuşdur, lakin həmin kənar şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hadisədən dərhal sonra hadisə yerinə Şahid4, Şahid6, Şahid5 və digər şəxsiyyəti müəyyən edilə bilməyən şəxslər gəlmişdir. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət vuran zaman, orada olub, hadisəni görən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəllər münaqişə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 07 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara müqayisəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəmnində münaqişə zamanı xəsarət yetirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq hərəkəti təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sözügedən Qərarda göstərilir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarının tövsiyyələrini əsas götürərək belə hesab edir ki, həmin cinayətin motivi xuliqanlıq niyyəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla arasında baş verən mübahisə zamanı zərəçəkmiş şəxs onun ünvanına nəlaiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs xəsarət yetirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, münaqişə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi müəyyən edilməmiş, eyni zamanda bu xüsusatlar məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına kütlə qarşısında nəlayiq ifadələr işlətməsi, orada olan ayrı şəxslərin onu sakitləşdirməsinə baxmayaraq Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələri işlətməyə davam etməsi nəticəsində sonuncu ona bıçaqla xəsarət yetirmişdir. Şəxslərin arasında mübahisənin olması, bu ədavətin davamı olaraq sonuncuya yetirilmiş bıçaqla xəsarət ittihamda qeyd olunan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 saylı Sərəncamın 13.3-cü bəndinə əsasən cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi məhkəmələrə tövsiyə edilmişdir. Qeyd olunan cinayət işi üzrə Zərərçəkmiş şəxs dəfələrlə məhkum olunması, cəmiyyətdə mübahisəyə və münaqişəyə meylli bir şəxs kimi tanınması, nüfuzunun olmaması ilə yanaşı heç bir əsas olmadan Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətməsi, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarına zidd olaraq qeyd olunan qeyri qanuni hərəkətləri davam etdirməsi nəticəsində qeyd olunan cinayət hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etmiş, bundan sonra Təqsirləndirilən şəxs çıxıb həmin yerdən getmişdir. Bir saatdan sonra həmin parka geri dönən zaman Zərərçəkmiş şəxs yenidən onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətmiş, sonuncudan dəfələrlə nəlayiq ifadələri işlətməməsini tələb etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs qeyri-əxlaqi hərəkətlərini davam etmiş və əlilə onun sinəsindən tutmuş, bu zaman orda olan üç nəfər Zərərçəkmiş şəxs sakitləşdirmiş və onu tutmuşlar, belə olan halda Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşaraq, parkın pilləkənlər olan tərəfinə getmişdir. Lakin, Zərərçəkmiş şəxs öz qeyrietik ifadələrinə uca səslə davam edərək, yenidən Elşənin ailə üzvlərini təhqir etmiş, onu saxlayan şəxslərin əlindən qaçaraq Təqsirləndirilən şəxs üzərinə gəlmişdir. Belə olan halda Təqsirləndirilən şəxs ona iki bıçaq zərbəsi vurmuş və yalnız bundan sonra Zərərçəkmiş şəxs sakitləşmiş, Təqsirləndirilən şəxs isə hadisə yerini tərk etmiş, daha sonra isə polis əməkdaşlarının onu axtarmasını eşidib Polis Şöbəsinə getmişdir. Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, eləcə də 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 29 (iyirmi doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 319 (üç yüz on doqquz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli köynək sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs hadisə törətdiyi 01 ədədn məişət təyinatlı cib bıcağı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 319 (üç yüz on doqquz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə törədilən zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli köynək sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs hadisəni törətdiyi 01 ədəd məişət təyinatlı cib bıcağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-412/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-412/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver