Məhkəmə qərarları › İş №1(100)-414/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-414/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-414/2025 03.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 55-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə şəxsiyyəti istintaqla məlum edilməyən Orxan adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qabaqcadan razılaşdırılmış şəkildə, sonuncunun ona WhatsApp ani mesajlaşma sistemi ilə göndərdiyi Bakı şəhəri, Babək prospektində olan koordinatdan satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla idarə etdiyi “VAZ-21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində Şəmkir rayonu, Düyərli kəndinin giriş hissəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində, həmçinin avtomobilində saxlamasında və daşımasında şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs 06 yanvar 2025ci il tarixdə saat 17:10-da Şəmkir rayonu, Düyərli kəndinin giriş hissəsində yerləşən “Petroil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “VAZ-21074” markalı, **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, həmin yerdə insanların sıx toplaşması və avtomobillərin intensiv hərəkəti nəzərə alınaraq təxminən 200 metr aralıda, Bakı-Ağstafa dəmiryolu xəttinin Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsinin kənarında fasiləsiz videoçəkiliş aparılaraq onun üstü yoxlanılan zaman əynində olan yaşıl rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 01 (bir) ədəd şəffaf sellofan bükümdə 6,398 qram çəkidə psixotrop maddə metamfetamin, idarə etdiyi “VAZ-21074” markalı avtomobilin ön oturacaqların arasında quraşdırılmış dirsəkliyin içərisində olan “Kent 8” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanıldığı gün o, atası və qardaşı ilə birlikdə idarə etdiyi avtomobillə bacısıgilə getmişdir. Yolda avtomobilə benzin almaq üçün yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Yanacaq doldurma məntəqəsində olarkən ağ rəngli “Fiat doblo” markalı avtomobil yanında dayanmış və içərisindən 4 nəfər düşmüşdür. Həmin vaxtı o, avtomobildən düşüb yanacaq üçün verdiyi pulun qalığını gözləmişdir. Həmin şəxslərdən ikisi onun avtomobilinin arxası ilə gəlib qolundan tutmuş, digər iki nəfər isə atası ilə qardaşını avtomobildən düşürüb özlərinin avtomobilinə mindirmişlər. O, sonunculardan nə baş verdiyini soruşduqda həmin şəxslər BNMİ-dən gəldiklərini demişlər. Daha sonra Qurban adlı əməkdaş özünü təqdim etməyərək onun avtomobilinə əyləşib gödəkçəsinin cibindən nəyisə çıxardaraq avtomobilin bardaçokuna qoymuşdur. Polislər onu öz avtomobilinin arxa sərnişin oturacağına oturtmuşlar. Yanında olan polis əməkdaşı onu vuraraq üzərində nə olduğunu soruşmuş, o da cibindəki siqaret qutusunda yarım marixuana olduğunu, başqa heç nə olmadığını demişdir. Daha sonra həmin şəxs bardaçoku açıb Qurban adlı polis əməkdaşının oraya qoyduğu bükümü çıxardaraq “bəs bu nədir?” demiş, o da təkidlə həmin bükümün özünə məxsus olmadığını, əyər özünə məxsus olsa idi ikisinin də eyni yerdə olacağını demişdir. Yanacaq doldurma məntəqəsində kamera olduğunu görən polis əməkdaşı digər polis əməkdaşına işarə edib kamera olduğunu bildirmiş və bundan sonra “bura ictimai yerdir, səni burada dindirə bilmərik” deyib polislər onun avtomobilini özləri idarə edərək dəmiryolunun kənarında saxlamışlar. Polislər İran vətəndaşına video göndərdiyi üçün onu CM-in 234.1-ci maddəsi ilə ittiham edəcəklərini, ya da üzərində külli miqdarda narkotik vasitə gəzdirməklə, yəni CM-in 234.4.3-cü maddəsi ilə ittiham etməli olduqlarını demişlər. O, üzərində olan marixuana və İran vətəndaşına göndərdiyi videoya görə cəzası nədirsə onu vermələrini deyib avtomobilinə qoyduqları narkotik vasitəni götürməyəcəyini bildirmişdir. Polis əməkdaşları bunun rəisin göstərişi olduğunu, qoyduqları narkotik vasitəni götürməli olduğunu, əks halda atası ilə qardaşının üzərinə narkotik vasitə qoyacaqlarını demişlər. O da üzərində olan marixuanaya görə CM-in 234.1-ci maddəsi ilə ittiham vermələri ilə bağlı razılaşmağı təklif etmişdir. Bundan sonra Ömər adlı polis onun cibində olan marixuananı çıxardıb digər polis əməkdaşına verərək “bunun üstündən bir az götür, atası və qardaşı dindardırlar, onların xətrinə 234.1-lə sənədləşdirək” demişdir. Həmin polis də kinayəli şəkildə gülərək marixuananı götürüb bir-iki addım uzaqlaşaraq aşağı əyilmiş, sonra gülə-gülə gətirib üzərindən götürdüyünü demişdir. Ömər narkotik vasitəni ona verib miqdarının az olduğunu və CM-in 234.1-ci maddəsinə düşdüyünü demişdir. Bir saatdan artıq həmin yerdə qalandan sonra CM-in 234.1-ci maddəsi ilə ittiham olunmaqla bağlı razılığa gəldiyi üçün videoçəkiliş aparmışlar. Sonra onu Gəncə şəhərinə gətirmişlər. Şöbədə olanda ona 234.4.1-ci maddəsi ilə bağlı sənədləri göstərib narkotik vasitə istifadəçisi kimi ittiham olunacağını və Şəmkir Rayon Məhkəməsində işə baxılandan sonra azadlığa çıxacağını deyib imza etdirmişlər. O da anlayışı olmadığı üçün sənədlərə imza etmişdir. Şəmkir Rayon Məhkəməsində olarkən narkotik vasitə istifadəçisi kimi ittiham olunmadığını öyrənmişdir. Həmin vaxtı barəsində 04 ay müddətinə sanksiya seçilmiş və o, 2 saylı istintaq təcridxanasına göndərilmişdir. Yolda müstəntiq atası və qardaşı ilə danışdıqlarını və onu buraxacaqlarını deyib lehinə olan iki sənədi imzalamağını istəmiş, o da imzalamışdır. Təcridxanaya daxil olandan sonra heç kimlə əlaqə saxlaya bilməmişdir. O, təcridxanada olanda polislər onun mobil telefonundan narkotik vasitə ilə heç bir əlaqəsi olmayan tanışlarının nömrələrini götürüb və hamısını şöbəyə dəvət edib hərəsindən 1000-2000 manat pul alaraq buraxmışlar. İki ay sonra polislər ona sinif yoldaşı Şahid5 10 manata marixuana satdığını demişlər. Emin də ifadəsində ondan narkotik vasitə aldığını demişdir. Emin imza etdikdən sonra o, sonuncuya narkotik vasitə satmadığını, sadəcə birlikdə marixuana çəkdiyini demişdir. İttiham aktında narkotik vasitəni xx.xx.2024cü il tarixdə Bakı şəhərində, İran İslam Respublikası vətəndaşından götürdüyü qeyd olunmuşdur. Halbuki dekabr ayının 22-i anasının ad günü olduğu üçün o, xx.xx.2024-cü il tarixdə Bakıdan Şəmkirə gəlmiş, yəni xx.xx.2024-cü il tarixdə Bakıda olmamışdır. Polis əməkdaşlarının onu saxlama səbəbi İran İslam Respublikasının vətəndaşına göndərdiyi video olduğunu düşünmüş, çünki dostları ilə birlikdə olan zaman dostları İran İslam Respublikası vətəndaşından narkotik vasitə almaq istədiklərini və bunun üçün video çəkib göndərmək lazım olduğunu demişlər. O da içkili vəziyyətdə video çəkmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikası vətəndaşına göndərmək üçün çəkdiyi video sosial şəbəkələrdə yayılmamış, yanında olan şəxslərdən kimsə həmin videonu BNMİ-nin QBRŞ-nin əməkdaşlarından birinə göndərmişdir. O, gündəlik olaraq kokos adlandırdığı narkotik vasitə heroindən istifadə etmişdir. Bir günlük istifadə etmək üçün 0,1-0,2 qram çəkidə heroini 15-20 manat qarşılığında İran islam Respublikası vətəndaşından almışdır. O, pul göndərmiş, sonuncu narkotik vasitəni qoyduğu yeri demiş, o da gedib götürmüşdür. İttiham aktında adı keçən Orxan adlı İran İslam Respublikası vətəndaşını tanımamış, həmin şəxsdən narkotik vasitə almamış, onun narkotik vasitə aldığı İran vətəndaşları başqa şəxslər olmuşlar. Üzərindən aşkar olunan yarım büküm narkotik vasitə olan qurudulmuş marixuananı dostları vermiş, çünki o, arabir marixuana da istifadə etmişdir. Saxlanıldığı gün üzərində olan marixuananın yarısını da istifadə etmişdir. Heroin istifadə edənlər marixuana da istifadə edə bilmiş, heroin olmayanda ağrıları olmuş, ağrılarının keçməsi üçün də marixuana istifadə etmişdir. Saxlanıldığı gün heroin istifadə etməmiş, marixuana istifadə etmişdir. Həm saxlanılan zaman, həm də BNMİ-nin QBRŞ-də olarkən polislər ona fiziki təsir göstərib verdikləri metamfetamini üzərinə götürməli olduğunu demişlər. O, sonuncu dəfə saxlanılmamışdan 1 həftə əvvəl 3 qram çəkidə marixuana almışdır. Hər dəfəsində 0,1-0,2 qram olmaqla gündə 3 dəfə istifadə etmişdir. O, Bakı şəhərində “Böyük Firat” restoranında dönərçi işləmiş, narkotik vasitəni də qazandığı pulla almışdır. Onu saxladıqları yerdə videoçəkiliş aparılmış, bir gün sonra da şöbədə olanda üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Onu 2025-ci ilin yanvar ayının ya 4-ü, ya da 5-i axşam saxlamışlar, dəqiq tarixi xatırlamamışdır. Ona həm fiziki təsir göstərib döymüşlər, həm də psixoloji təsir göstərərək atası və qardaşının üzərinə, uşağının da “uşaq arabası”na narkotik vasitə qoyacaqlarını demişlər, ona görə o, məcbur olub çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Videoçəkiliş zamanı atası və qardaşı yolun kənarında polis avtomobilində olmuş, çəkiliş zamanı o, etiraz etmiş, lakin polislər narahat olmamağını, CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklərini bildirib hava qaralandan sonra çəkiliş edə bilməyəcəklərini demişlər. Sanksiya zamanı o, hakimə hər şeyi olduğu kimi deyə bilməmiş, çünki həmin vaxt narkotik vasitənin ağrısında olduğu üçün huşunu itirmiş, ayılanda isə artıq MSY-də olmuşdur. Təcridxanaya daxil olandan sonra heç bir orqana şikayət etməmişdir. O, Eminlə birlikdə bir dəfə narkotik vasitə istifadə etmiş, ona görə o, sonuncuya narkotik vasitə satmamış, pay da verməmişdir. İran vətəndaşına göndərmək üçün videonu çəkəndə Bakı şəhərində olmuşdur. Çünki dostları ilə birlikdə olan zaman narkotik vasitə almaq üçün iranlıya video atmaq lazım olduğunu demişlər, o da içkili vəziyyətdə video çəkib WhatsAppla İranlıya göndərmişdir. Videonu göndərəndən sona İranlı onlara narkotik vasitə verməli olmuş, onlar da pulunu daha sonra verməli olmuşlar. Videonu çəkib iranlıya göndərəndən təxminən 20 gün sonra o, Şəmkirdə saxlanılmışdır. İranlıya göndərdiyi videonu ibtidai istintaq zamanı istintaq idarəsinin rəisi ona göstərmişdir. O, nadir hallarda aldığı narkotiki dostları ilə birlikdə istifadə etmiş, adətən özü tək istifadə etmişdir. Birlikdə narkotik vasitə istifadə etdiyi şəxslər bir yerdə işlədiyi adamlar olmuşdur. Çəkdiyi video İranlıya göndərilməmiş, çəkəndən sonra o, oradaca həmin videonu silmiş, bununla belə yanında olan şəxslərdən biri həmin videonu çatdırıb QBRŞ-nin əməkdaşlarına göndərmişdir. Saxlanılan zaman üzərində olan narkotik vasitə marixuananın yarısını istifadə etmiş, üzərindən aşkar olunan qalan yarısı olmuşdur. Narkotik vasitə əldə etmək üçün İran vətəndaşı ilə sövdələşdiyi hallar da olmuşdur. O, iranlı ilə WhatsApp vasitəsilə əlaqə saxlamış, lakin mesajları saxlamamış, narkotik vasitəni alandan sonra silmiş, hazırda həmin mesajlardan telefonunda qalıb-qalmadığını da bilməmişdir. İranlının nömrələri telefonunda durmuş, çünki silməmişdir. “İnfinix” markalı mobil telefondan istifadə etmişdir. Ona fiziki təsir göstərən 4 nəfərdən yalnız Qurban və Ömər adlı şəxslərin adlarını bilməmiş, digərlərinin adını bilməmişdir. Belində xəsarəti olmuş və göyərmiş, təcridxanaya daxil olanda da qeyd olunduğunu demişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə, həmçinin xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olsa da, təxminən 5 ildir Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Böyük Firat” restoranında dönərçi işlədiyinə görə orada kirayədə yaşamış, ara bir Şəmkir rayonuna gəlib-getmişdir. Bir ildir narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təxminən 3-4 ay bundan əvvəl WhatsApp mobil tətbiqi vasitəsi ilə əvvəllər tanımadığı, sonradan “Orxan” adlı şəxs kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxsdən 2-3 dəfə şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən əldə etmişdir. Təxminən hər dəfə 5-10 qram narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin əldə etmişdir. Həmin narkotik vasitələri Bakı şəhəri ərazisində Babək prospekti adlanan yerdən Orxan adlı şəxsin WhatsApp mobil tətbiqi vasitəsi ilə göndərdiyi məkana gedərək əldə etmişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin pulunu İran vətəndaşının kart hesabına göndərmişdir. Sonuncu dəfə təxminən 25 dekabr 2024-cü il tarixdə Orxan adlı şəxslə danışdıqdan sonra həmin şəxsin WhatsApp mobil tətbiqi vasitəsi ilə göndərdiyi məkana gedərək, 10 qram psixotrop maddə olan metamfetamin və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmişdir. 27 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsinə gəlmişdir. O, istifadə etmək üçün əldə etdiyi narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetmini özü ilə gətirmişdir. 06 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində X12 və qardaşı Asim Abdullayev ilə birlikdə özünün idarə etdiyi “VAZ-21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Düyərli kəndində yaşayan bacısı evinə getmək üçün yola çıxmışlar. Həmin vaxt “VAZ-21074” markalı avtomobili o, idarə etmişdir. O, idarə etdiyi avtomobili Düyərli kəndinin giriş hissəsində yerləşən “Petroil” yanacaqdoldurma məntəqəsində saxlamış, yanacaq doldurmaq üçün avtomobildən düşmüş və avtomobilin arxa hissəsində dayanmışdır. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları olmalarını, onun satış məqsədi ilə külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə edərək saxlmağında və avtomobilində daşımağında şübhəli olduğunu bildirib üzərini və avtomobilini yoxlayacaqlarını demişlər. Həmçinin həmin vaxt polis əməkdaşları avtomobilində olan X12ə və qardaşı Asim Abdullayevə yaxınlaşaraq nə məqsəd ilə onu saxladıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona həmin yerdə insanların sıx toplaşdığını və avtomobillərin intensiv hərəkətdə olduğunu bildirərək, onu təxminən 200 metr kənara, Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttinin kənarına dəvət etmişlər. X12 və qardaşı Asim Abdullayev onunla birlikdə gəlmişdir. Orada polis əməkdaşları videoçəkiliş etməklə ondan üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşmuş və olduğu halda təqdim etməyi təklif etmişlər. O, bu təklifdən sonra üzərində olan əşyaları təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümü göstərərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisindən İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürərək əldə etdiyini demişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 6,54 qram olduğu müəyyən edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Həmçinin təqdim etdiyi bir ədəd “İnfinix” markalı mobil telefon və bir ədəd plastik kart polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Sonra əlavə olaraq narkotik vasitə və psixotrop maddənin olubolmadığı soruşulmuş, həmin vaxt o, polis əməkdaşları tərəfindən avtomobilinin yoxlanılacağını və avtomobilində saxladığı narkotik vasitənin tapılacağını ehtimal etdiyi üçün avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Bu səbəbdən avtomobilin qabaq oturacaqlarının arasında quraşdırdığı dirsəkliyin içərisində 01 (bir) ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində saxladığı 01 (bir) ədəd ağ rəngli kağız bükümü çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,28 qram olması müəyyən edilmişdir. Qurudulmuş marixuana 01 (bir) ədəd zərfin içərisinə qoyularaq qablaşdırıldırıb götürülmüşdür. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin inzibati binasına gətirmişlər. Müdafiəçi ilə təmin olunduqdan sonra protokollar tərtib olunmuş, o da bütün sənədləri imzalamışdır. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş metamfetamini və avtomobilindən aşkar edilmiş qurudulmuş marixuananı 25 dekabr 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Orxan adlı şəxsin dediyi məkana, yəni Bakı şəhərində Babək prospekti adlanan yerə gedərək əldə etdiyini, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi narkotik vasitədən kiməsə vermədiyini və satmadığını, eləcə də kiməsə vermək və ya satmaq niyyətinin olmadığını, ***-***-**-** mobil nömrədən istifadə etdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, şikayət və vəsatətinin də olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrindəki əl yazıma və imza ona məxsus olmuş, istintaq zamanı müstəntiq elan olunan məzmunda ifadə verməyin lehinə olduğunu dediyi üçün həmin ifadələri imzalamışdır. O, Bakı şəhərindən əldə etdiyi narkotik vasitələri Şəmkir rayonuna apararaq sinif yoldaşları Röyal, Gündüz və Eminə verib qarşılığında marixuana almamış, ümumiyyətlə sonunculara heç vaxt narkotik vasitə verməmişdir. İranlıya göndərmək üçün çəkdiyi video onun telefonunda olmamış, yanında olan şəxslərdən biri həmin videonu polislərə göndərmişdir. Şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 onu döyməmiş və üzərinə narkotik vasitə qoymamışlar. Onu döyən digər polislər olmuşdur. Polis əməkdaşları onu avtomobilin içərisində yumruqla vuraraq təzyiq göstərdikləri üçün paltarında hər hansı iz qalmamışdır. Qeydə aldığı video görüntünü çəkməkdə məqsəd odur ki, əgər iranlının atdığı narkotiki götürüb qarşılığında pulunu verməsən, iranlı sənin ona göndərdiyin görüntünü ictimailəşdirərək polislərə göndərirdi, başqa sözlə pulun ödənilməsinin təminatıdır. Özünü çəkdiyi video görüntünü nə vaxt qeydə aldığını xatırlamamışdır. ***- ***-**-** mobil nömrə ona məxsus olmuşdur. “Qaqa salam menem Nurlan. Torpaqnan Dərman istiyirdim götürüm alınar” məzmunlu mesajı ona iş yoldaşı yazmış, həmin mesajda “torpaq” dedikdə, narkotik vasitə olan heroini nəzərdə tutmuşdur. İş yoldaşı işdə olan zaman imkan tapıb çıxa bilmədiyi üçün onun narkotik vasitə götürüb gətirməyimi xahiş etmişdir. “QAQA SALAM NECESAN ALNİR 05 GOTRUM” məzmunlu mesajı kimin yazdığını bilməmişdir. “50 m var sen ollllll qalnwam colerde” məzmunlu mesaj da eyni formada narkotiklə bağlı olmuşdur. “Qaqa20 manat pul verim birdeki o sumkadakilari mene 03 den zaddan birwey ver qaqamsan” məzmunlu mesajın kimin ona göndərdiyini xatırlamamışdır. Ümumiyyətlə də elan edilmiş mesajlar ona göndərilmişdir. ***-***-**-** mobil nömrə başqa şəxsin adına olsa da, onun istifadəsində olmuşdur. “Brat vallah tiramal yalan olaram amma lilka zad olur 300 dük oda baha çıxır da opşi bele” məzmunlu mesajda qeyd edilən “lirika” psixotrop maddə olmuşdur. Elə vaxt olmuş ki “lirika”-nı başqa narkotik vasitəyə dəyişmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəlində ona Şəmkir rayonu, Zəyəm qəsəbə sakini Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsi, daşıması, həmçinin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı 06 yanvar 2025-ci il tarixdə rəhbərliyə məruzə edildikdən sonra ondan, polis kapitanı Şahid2 Teyyub oğlu, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şəmkir rayonu, Düyərli kəndi ərazisində olması müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs Düyərli kəndinin girişindəki “Petroil” yanacaq doldurma məntəqəsində sonuncunun özünə məxsus “VAZ-21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs atası və qardaşı da orada olmuşdur. Onlar özlərini təqdim etdikdən sonra həmin ərazidə olan hərəkət intensivliyini nəzərə alaraq Təqsirləndirilən şəxs oradan 100-150 metr aralıda dəmiryolu xəttinin kənarına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirmişlər. Baxışda sonuncunun atası və qardaşı da iştirak etmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya olubolmaması soruşulmuş, sonuncu da cavabında üzərindəki siqaret qutusunun içərisində bir ədəd qurudulmuş marixuana, bundan əlavə avtomobilinin dirsəkliyində psixotrop maddə metamfetamin olduğunu demişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün Bakı şəhərində “Orxan” adlı İran İslam Respublikası vətəndaşının dediyi ünvandan götürdüyünü bildirmişdir. Aşkar edilmiş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə psixotrop maddə metamfetaminin çəkisinin 6,5 qram, narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin isə 0,28 qram olması müəyyən edilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, xatırladığı qədəri ilə əməliyyat tədbiri zamanı videoçəkilişi Şahid4 aparmışdır. Təqsirləndirilən şəxs saxladıqları yer magistral yolun kənarı və yanacaq doldurma məntəqəsinin yanı olduğundan hərəkət intensivliyi ilə bağlı olaraq həmin yerdə videoçəkilişin aparılması üçün şərait olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 100-150 metr kənara aparıb videoçəkilişi orada etmişlər. Təqsirləndirilən şəxs avtomobilini videoçəkiliş apardıqları yerə hansı əməkdaşın idarə edib apardığını xatırlamamış, lakin Nazir özü həmin vaxtı avtomobilin içərisində olmuşdur. Sonuncunun atası və qardaşı da çəkilişdə iştirak etmişlər. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki, yaxud psixoloji təzyiq-təsir göstərilməmiş, videoçəkilişdən qabaq da sonuncuya heç bir təzyiq göstərilməmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs telefonuna baxış keçirilmiş və iş üçün əhəmiyyətli hallar aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq saxlanıldığı yerdən 100-150 metr içəridə sonuncunun üzəri və avtomobili yoxlanılmışdır. Saxlanılan yerdə hərəkət intensivliyi və insanların tez-tez dayanması ilə bağlı çəkiliş aparılmasına şərait olmamış, bundan əlavə həmin yerdə çəkiliş aparmış olsa idilər kənar səslər düşər və çəkiliş tez-tez kəsilmiş olardı. Buna görə də bütün bu halları nəzərə alıb çəkilişi bir qədər aralıda aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Sabirabad RPŞ-nin əməliyyat müvəkkili Şahid2 Teyyub oğlu və QBRŞ-nin polis nəfəri Şahid4, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş QBRŞ-nin operatoru Çobanov X5 Qurban Həsən oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və sinif yoldaşı olmuşdur. Onun sonuncu ilə münasibəti normal olmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan şəxs kimi tanımamışdır. Nazir əksər vaxtı Bakı şəhərində olmuş, o isə rayonda yaşamışdır. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, o, birlikdə olduqları müddətdə Nazirlə narkotik vasitə istifadə etməmiş, idmanla məşğul olmuşdur. Onun ümumiyyətlə sonuncu ilə narkotik vasitə ilə bağlı münasibəti olmamışdır. Onu Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı polis şöbəsinə çağırmamışlar, o, özü CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. Barəsində olan işə Şəmkir rayon məhkəməsində hazırda baxılır. O, Təqsirləndirilən şəxslə eyni ərəfələrdə tutulmuşdur. Həmin vaxt üzərindən yolun kənarından tapdığı qurudulmuş marixuana aşkar edilmişdir. Polis şöbəsində ona Təqsirləndirilən şəxs barəsində hər hansı bir formada ifadə verməyi üçün təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı hazırkı iş üzrə Nazirlə telefon danışığı olduğu üçün ifadə vermişdir. Təqsirləndirilən şəxslə aralarında narkotik vasitə alqı-satqısı barəsində yazışma olmamış, sonuncudan narkotik vasitə almamış və birlikdə istifadə etməmişlər. Onun istifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid5 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, təxminən 2 ildir narkotik vasitə olan marixuananın istifadəçisi olmuşdur. Sinif yoldaşı Təqsirləndirilən şəxs də narkotik vasitələrdən istifadə etməsini bilmişdir. 2024-cü ilin dekabr ayının sonlarında yaşadıqları qəsəbə ərazisində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs satlıq narkotik vasitə marixuananın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs də ona satlıq narkotik vasitə olan marixuananın olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs bir başlıq, yəni bir dəfəlik istifadə etmək üçün narkotik vasitə olan marixuananı neçəyə satmasını soruşan zaman sonuncu bir dəfəlik istifadə etmək məqsədi ilə marixuananın bir başını 10 (on) manata satmasını bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşaraq sonuncuya nağd 10 (on) manat pulu yaşadıqları Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində verib bunun qarşılığında satın olaraq bir başlıq narkotik vasitə olan marixuana almışdır. Beləliklə, 2024-cü ilin dekabr ayının sonlarından 2025-ci ilin yanvar ayının təxminən 4-5-nə kimi olan müddət ərzində o, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuanadan hər dəfəsində bir başlıq, yəni birdəfəlik istifadə etmək üçün 10 (on) manat məbləğində pul verərək almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsindəki əlyazma və imza ona məxsus olmuşdur. İbtidai istintaq zamanı ona heç bir fiziki yaxud psixi təzyiq göstərilməmişdir. O, sadəcə həyəcanlı olduğu üçün ibtidai istintaq zamanı elan edilmiş məzmunda ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/18 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə olan metamfetaminə oxşar kütlə» yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,398 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2) Tədqiqata təqdim olunmuş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, dövlət nömrə nişanı **-LT-*** avtomaşının içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlə» yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 0,13 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 0,11 qram. Metamfetaminin təmiz çəkisi – 6,398 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 6,298 qram. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 12 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli, 18 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir, o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Onun əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin əlavə ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 17:10-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10-da Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən “Petroil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “VAZ-21074” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanarkən saxlanılmışdır. Saxlanıldığı yerdə insanların sıx toplaşması və avtomobillərin hərəkət intensivliyini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərinin və idarə etdiyi avtomobilinin yoxlanılması təxminən 200 metr aralıda, dəmiryolu xəttinin Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsinin kənarında aparılmışdır. Üstünə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Qeyd edilən büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 6,54 qram olması müəyyən edilmişdir. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs bir ədəd “İnfinix” markalı mobil telefon və bir ədəd “LEO” Banka məxsus plastik kart da aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq oturacaqlarının arasında quraşdırılmış dirsəkliyin içərisindən bir ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Qeyd edilən büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,28 qram olması müəyyən dilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini, həmin maddələri Bakı şəhərində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Orxan adlı şəxsin dediyi ünvandan götürdüyünü, həmin şəxslə aralarında olan telefon danışıqlarına dair məlumatların istifadəsində olan “İnfinix” markalı mobil telefonda olduğunu, narkotik vasitə ilə psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlan zaman fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 (bir) ədəd zərf, içərisində qurudulmuş marixuana bənzər kütlə olan 01 (bir) ədəd zərf, bir ədəd “İnfinix” markalı mobil telefon, bir dədə “LEO” Banka məxsus plastik kart və əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən bir ədəd disk təhqiqatçı tərəfindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşına göndərdiyi özünü lentə aldığı videoçəkiliş bir ədəd informasiya daşıyıcı olan diskdə təhqiqatçı tərəfindən götürülmüşdür. Videoçəkilişdə Təqsirləndirilən şəxs özü-özünü çəkərək İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edərək müxtəlif ünvanlara çatdıracağına dair söz verir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İnfinix” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “diksə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə +99***- ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsinə “QAQA SALAM NECESAN ALNİR 05 GOTRUM” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “Qaqa salam menem Nurlan. Torpaqnan Dərman istiyirdim götürüm alınar qardas?” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “Qaqa gondermirsense men bawqa adamdan isteyim” məzmunlu, xx.xx.2024cü il tarixdə +99***-***-**-** mobil nömrədən “**********092883 qaqamsan sonra srazi msji zadi sil helede axtarirlar gorek bawimiza ne iw gelir” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “50 m var sen ollllll qalnwam colerde” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “Qaqa20 manat pul verim birdeki o sumkadakilari mene 03 den zaddan birwey ver qaqamsan” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “Qaqa 40 manat pul atacam 30k 10p asif birde bir wey deyim mende splawnoy aparatura var eve gedende wekilleri atacam bax” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “X18 Sene Mehledeyem 0.3 Deyerdin Atsinlar” məzmunlu mesajların, eləcə də 2022-ci ilədək müxtəlif mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə arasında qarşılıqlı formada narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair dəlalət edən mesajların həm daxil olması, həm də çıxması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “diksə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə +99***- ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsinə “Qаqа Yаnindа Bir Tikе Dаs Qoyаrsаndа İmkаn Olsа.” məzmunlu, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən “yaxşı elemisen qaqa başına dönərəm. Düz deyirsen qardaşım. İmkan olsa qaqa sabah derman alınsa mene deyersen qardaşım. Birde brat xeste adam var tramal axtarır alındırmaq olsa mene deyersen brat” məzmunlu mesajların daxil olması, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədən +99***-***-**-** mobil nömrəyə “Brat vallah tiramal yalan olaram amma lilka zad olur 300 dük oda baha çıxır da opşi bele” məzmunlu mesajın göndərilməsi, eləcə də 2024-cü ilin may ayınadək müxtəlif mobil nömrələrlə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə arasında qarşılıqlı formada narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair dəlalət edən mesajların həm daxil olması, həm də çıxması aşkar edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair dəlalət edən qarşılıqlı formada mesajların olması aşkar edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsinə “Qardaş internetim yoxdu mən işdən cıxdım elimlərdən. Gəlim sen terefe imkan varsa 20 lik yola salardinda məni qardaşım cox xahiş edirem.” məzmunlu mesaj daxil olmuş, cavabında Təqsirləndirilən şəxs həmin şəxsə “Nə qədər vaxtda catarsan sen, 4098.5844.9609.7963 leo” məzmunlu mesaj göndərmiş, həmin şəxsdən “Metrodayam 30 deq ordayam, metrodan cıxım atiram karta qardaş”, “Qaqa Xalqlara catiram pulu göndərib hara gelim?” mesaj daxil olmuş, cavabında Təqsirləndirilən şəxs “Qaqa hemese hara gelirsen ora gel” məzmunlu mesaj göndərmiş, həmin şəxsdən “Yaxşı” məzmunlu mesaj daxil olmuş, cavabında Təqsirləndirilən şəxs “Qaqa atmamisan sen pul mene” məzmunlu mesaj göndərmiş, həmin şəxsdən “He qArdas” məzmunlu mesaj daxil olmuş, cavabında Təqsirləndirilən şəxs “Hemeşeki yerden 5 6 metir qabaqa gel işıq dirəyi var görəcən onan uzbe üz tut ağacının dibine bax ağacın içinde siqaret pacqasinda bükülü götür öpürəm mugayet ol” məzmunlu mesaj göndərmiş, həmin şəxsdən “Yaxşı qaqa ora catanda yıgaramda seni qardaşımsan” məzmunlu mesaj daxil olmuş, cavabında Təqsirləndirilən şəxs “Qaqa tam aydın yazmışam qubran sene telden dansa bilmirəm narahat olma rahat yerdi get götür” məzmunlu mesaj göndərmiş, həmin şəxsdən “Qardaş var ol götürdüm” məzmunlu mesaj daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid5 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 2024cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayının 4-5-nə kimi bir neçə dəfə 10 (on) manat qarşılığında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana aldığını sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində və avtomobilində saxlayaraq daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsində, üzərində və avtomobilində saxlayaraq daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsində, üzərində və avtomobilində saxlayaraq daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:10-da Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən “Petroil” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “VAZ-21074” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanarkən saxlanılaraq DİN-nin BNMİ-nin QBRŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdar hesab edilən psixotrop maddə olan metamfetamini və idarə etdiyi “VAZ-21074” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi şəxsiyyəti istintaqla məlum olmayan Orxan adlı İran İslam Respublikası vətəndaşının, Şəmkir rayonu, Zəyəm qəsəbə sakinləri Röyal və Gündüz adlı şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilməsi mümkün olmamışdır. Bununla belə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan Şəmkir rayonu, Zəyəm qəsəbə sakini Şahid5 satması müəyyən edilərək sonuncu istintaqa təqdim edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsə də, həmin vasitələri alan digər şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasında psixiatrik və narkoloji kabinetində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Zəyəm qəsəbə İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası - X2, anası - X3, qardaşı - X4 və qızı - X7 ilə birlikdə əvvəllər Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 982970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Qasımova (ana soyadı) Nuray Nazir qızı adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs qeydə aldığı videogörüntünü əks etdirən 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd disklər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə RPŞ-nin MSY-nə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, hazırkı iş üzrə şahid olan Şahid5 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək avtomobilindən aşkar edilmiş bir ədəd bükümdə olan qurudulmuş marixuananın özünə məxsus olmasına baxmayaraq, üstünün yoxlanılması zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olmadığını, həmin maddəni onun cibinə Qurban adlı polis əməkdaşının qoyduğunu, polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyini, sonuncuların onu döydüyünü, belində xəsarətin olduğunu, polislərin atasının və qardaşının üzərinə narkotik vasitə qoymaqla hədələdiklərini, bir sözlə ailəsi ilə təhdid edildiyini, məhz buna görə də məcbur olub bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu etiraf etdiyini və ilkin sənədlərə imza etdiyini, İran İslam Respublikası vətəndaşı üçün özünün videosunu çəkən zaman da alkoqol sərxoşluğu vəziyyətində olduğunu göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bilmədiyini və sonuncudan narkotik vasitə almadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs və Şahid5 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində tutulmamışdan təxminən 3-4 ay əvvəl WhatsApp ani mesajlaşma sistemində əvvəllər tanımadığı, sonradan “Orxan” adlı şəxs kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, xx.xx.2024-cü il tarixdə həmin iranlı ilə danışdıqdan sonra sonuncuya pul göndərdiyini, daha sonra isə həmin şəxsin göndərdiyi koordinata uyğun olaraq Bakı şəhərində Babək prospektinə gedərək 10 qram psixotrop maddə olan metamfetamin və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyini, xx.xx.2025-ci il tarixdə üstünün yoxlanılması zamanı üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminin və avtomobilinə baxış zamanı aşkar edilmiş bir bükümdə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə o, polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, eləcə də onun üzərinə psixotrop maddə qoyduqlarını göstərməmiş, əksinə ayrı-ayrılıqda təhqiqatçı ilə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsinə gətirilərkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş psixotrop maddə ilə narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin xüsusatları müdafiəçisinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsi ilə ifadə verərkən də təsdiq etmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisi tərəfindən verilmiş suallara qəti olaraq cavab verib üzərindən aşkar edilmiş psixotrop maddə ilə narkotik vasitənin özünə məxsus olduğunu və polislər tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirərək heç kimin onun üzərinə psixotrop maddə qoymadığını bir daha təsdiq etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən videoçəkilişdən görünür ki, üstü yoxlanılan zaman polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs üzərində bir bükümdə psixotrop maddə metamfetamin, eləcə də idarə etdiyi avtomobilində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib qeyd edilən bükümləri təqdim etmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, habelə ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də polislərin onun üzərinə psixotrop maddə qoymaları öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı əməliyyat müvəkkili tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həm üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddənin, həm də idarə etdiyi avtomobilindən aşkar edilmiş bir bükümdə narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və tanımadığı İran vətəndaşı ilə danışaraq Bakı şəhərindən əldə etdiyini göstərmişdir. Eyni zamanda qeyd edilən videoçəkilişdən görünür ki, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs atası ilə qardaşı da orada iştirak etmiş, yəni Təqsirləndirilən şəxs həm üstünün yoxlanılması, həm də idarə etdiyi avtomobilinə baxış yaxın qohumlarının iştirakı ilə aparılmışdır. Bununla belə videoçəkilişdə atası ilə qardaşının əməliyyat-axtarış tədbirinin aparılmasına, eləcə də polis əməkdaşlarının hərəkətlərinə etiraz etmələri və üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddənin məhz polislərin Təqsirləndirilən şəxs üstünə qoymalarını bildirmələri öz təsdiqini tapmır. Əksinə Təqsirləndirilən şəxs X12lə qardaşı Asim Abdullayev məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadələrində bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin və bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın məhz Təqsirləndirilən şəxs üstündən və idarə etdiyi avtomobilindən aşkar edildiyini təsdiq edərək sonuncuya qarşı polislər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsini göstərməmişlər. Adları qeyd edilən hər iki şahidin ibtidai istintaq zamanı şahid qismində dindirilmələrinə dair protokollardan görünür ki, dindirilməmişdən əvvəl onlara Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəllənin 20-ci maddəsinin tələbləri izah edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polislərin onun üzərinə psixotrop maddə qoyduqlarını və sonuncuların ona qarşı qanunsuz hərəkətlərə yol verdiklərini göstərsə də, məhkəməyədək icraat zamanı şahid qismində dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət- Prosessual Məcəllənin 20-ci maddəsinin tələbləri izah edildikdən sonra könüllü ifadə vermiş atası ilə qardaşı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təkzib etmişlər. O cümlədən xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bir daha üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş metamfetaminlə qurudulmuş marixuananın özünə məxsus olduğunu təsdiq edərək saxlan zaman və polis şöbəsinə gətirilərkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini və bədəni üzərində xəsarətin olmadığını göstərmişdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində adını bilmədiyi polis əməkdaşının idarə etdiyi avtomobildə onu yumruqla vurduğunu göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid4, o cümlədən ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadələrində üstünün yoxlanılması zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan metamfetaminin və idarə etdiyi avtomobilə baxış zamanı aşkar edilmiş bir bükümdə olan qurudulmuş marixuananın Nazir Abdullyevin özünə məxsus olduğunu etiraf edərək Bakı şəhərindən tanımadığı İran vətəndaşı ilə danışaraq əldə etdiyini bildirdiyini, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin də onun üzərinə psixotrop maddə qoymadığını göstərmişlər. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, vəsatətlə təqdimata münasibət bildirərkən Təqsirləndirilən şəxslə müdafiəçisi Akif İsmayılov polislər tərəfdən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini, həmçinin polislərin Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə qoymalarını göstərməmişlər. Eləcə də iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs polislər tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməsini inkar etmişdir. Həmçinin 2 saylı istintaq təcridxanası ilə Şəmkir RPŞ-dən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və belində xəsarətin olmasını iddia etsə də, məhkəmə istintaqı zamanı toplanmış tibbi sənədlərdə onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. O cümlədən iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq narkotiki özünün istifadəsi üçün saxladığını təsdiq etmişdir. Habelə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, narkoloji müayinədən keçərkən həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş naskotik vasitə ilə psixotrop maddəni onlayn yolu ilə tanmadığı İran vətəndaşından aldığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bir tərəfdən bir ədəd bükümdə olan psixotrop maddənin onun üzərinə məhz Qurban adlı polis əməkdaşının qoyduğunu göstərsə də, digər tərəfdən o, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 onun üzərinə psixotrop maddə qoymadığını, eləcə də sonuncunun onu döymədiyini göstərmişdir. Məhkəmə tərkibi hesab edir ki, əgər Təqsirləndirilən şəxs də dediyi kimi olmuş olsa idi, yəni polis əməkdaşı Şahid1 tərəfindən təqsirləndirilən şəxsə qarşı qanunsuzluğa yol verilmiş olsa idi Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı Şahid1 üzdən tanıyaraq elə həmin şəxsin ona qarşı qanunsuzluğa yol verdiyini bir daha təsdiq etmiş olardı. Lakin Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən Şahid1 ona qarşı qanunsuzluğa yol verməsini nəinki təsdiq etmiş, əksinə həmin şəxs tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsini birmənalı olaraq inkar etmişdir. Bu hal isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatın bir daha təkzib olunduğunu təsdiq edir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində üstünün yoxlanılması zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, həmin bükümü onun üzərinə polis əməkdaşlarının qoyduğunu, eyni zamanda ona qarşı polislər tərəfindən fiziki və psixi zorakılığa yol verildiyini göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair videoçəkilişdə, o cümlədən təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkilişdə, habelə şahidlərin ifadələrində Təqsirləndirilən şəxs birbaşa olaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Orxan adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar aparması, sonuncu ilə aralarında əldə olunmuş razılığa əsasən gedərək narkotik vasitə ilə psixotrop maddəni qoyulduğu yerdən götürməsi, eyni zamanda ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməməsi tam olaraq sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, o cümlədən təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bilmədiyini və sonuncudan narkotik vasitə almadığını göstərsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində, eləcə də üzləşdirmə istintaq hərəkəti zamanı 2024-cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayının 4-5-nə kimi bir neçə dəfə 10 (on) manat qarşılığında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana aldığını göstərmişdir. Həmin ifadələri ilə bağlı Şahid5 məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsindəki əlyazma və imzaların özünə məxsus olduğunu, polis şöbəsində Təqsirləndirilən şəxs barəsində hər hansı bir formada ifadə verməsi üçün ona təzyiqin göstərilmədiyini, fiziki və psixi təsirə də məruz qalmadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Şahid5la birlikdə bir dəfə narkotik vasitə istifadə etdiyini göstərsə də, sonuncu həmin faktı təsdiq etməyərək, Təqsirləndirilən şəxslə birlikdə heç vaxtı narkotik vasitə istifadə etdməyini göstərmişdir. Göründüyü kimi, hər iki şəxsin ifadələri arasında ziddiyyətlər vardır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Şahid5 özünün də barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Şəmkir Rayon Məhkəməsinin icraatında cinayət işinin olması, yəni onun özünün də digər iş üzrə təsqirləndirilən şəxs statusunda olması, eləcə də məhkəməyədək icraat zamanı ifadə verərkən ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verilməməsi faktları ona dəlalət edir ki, Şahid5 hazırkı iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və sonuncunun cinayət məsuliyyətindən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Məhz buna görə məhkəmə tərkibi bu qənaətə gəlir ki, ittihamın həllində Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə ilə psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisi 0,13 qram təşkil etməklə şəxsi istehlak miqdarında olsa da, psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 6,398 qram olmaqla külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərsə də, iş materiallarında olan onun öz-özünü qeydə aldığı videoçəkilişdən görünür ki, o, İran İslam Respublikası vətəndaşı ilə əlbir olaraq sonuncu ilə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu, İran vətəndaşından əldə etdiyi narkotiki sonuncunun dediyi ünvana çatdırmaqla məşğul olduğunu və bunun qarşılığında İran vətəndaşının ona müəyyən məbləğdə pul verdiyini etiraf edərək, əgər bu işdə İran vətəndaşının pulunu və ya malını mənimsədikdə sonuncunun onun videosunu ictimailəşdirərək polislərə göndərə biləcəyinə razılıq vermişdir. Qeyd edilən videoçəkilişlə bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, video görüntünü çəkməkdə məqsədi iranlının göndərdiyi narkotiki götürüb qarşılığında sonuncuya pulunu vaxtı-vaxtında göndərmədiyi halda, pulun təminatı kimi çıxış edən həmin videogörüntünü iranlının ictimailəşdirərək polislərə göndərə bilməsi olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünü görüntüyə almaqla iranlı ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını etiraf etmişdir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda iki növ, yəni psixotrop maddə ilə narkotik vasitənin aşkar edilməsi, psixotrop maddə metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ psixotrop maddə üçün Qanunla nəzərdə tutulmuş xeyli miqdarının yuxarı həddindən 3 dəfədən çox olması, idarə etdiyi avtomobildən narkotik vasitə qurudulmuş marixuananın da aşkar edilməsinə baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən onun narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, yəni narkotik vasitə olan qurudulmuş marixuananın aid olduğu kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməməsi, istifadəsində olmuş mobil nömrələrə dair mobil operatorları tərəfindən təqdim edilmiş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə aid qarşılıqlı mesajların aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi narkotik vasitə ilə psixotrop maddəni qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin dediyi ünvana çatdırmaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi əldə etdiyi narkotik vasitə ilə psixotrop maddənin satışından onun payına düşən müəyyən məbləğdə pul vəsaitini götürməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs qeydə aldığı videogörüntünü əks etdirən 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd disklər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 485 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,298 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Təqsirləndirilən şəxs qeydə aldığı videogörüntünü əks etdirən 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd disklər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar