Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-415/2023 03.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəl məhkum olunmamış, Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 mart 2023-cü tarixdə saat 03:50 radələrində, onlarla bir yerdə yaşayan nikahı pozulmuş bacısı Şahid4 ilə qonşusu Şahid1 Səfdər oğlunu yaşadıqları evin həyatyanı sahəsində görüb həmin şəxslər arasında sevgi münasibətləri olmasından şübhələnərək qisas almaq məqsədilə Şahid1 yaşadığı evin həyətinə gələrək sonuncunu çağırmış, həyətdə qarşısına çıxan Şahid1 atası Zərərçəkmiş şəxs oğlu Şahid1 onun bacısı ilə münasibətdə olmasını, oğlunun namussuzluq etdiyini bildirmiş, Zərərçəkmiş şəxs isə oğlunu müdafiə edərək ona ağır ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı özü ilə gətirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sinə nahiyyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin ön səthində solda yerləşən, döş boşluğuna keçərək hemopnevmotoraksla müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərərvurmaya, bir ədəd döş qəfəsinin ön səthində ortada yerləşən kəsilmiş deşilmiş yara ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid, və sol qol nahiyəsinə qəsdən 1 zərbə vuraraq sol said nahiyəsində kəsilmiş yara ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır, heç yerdə işləmir. Şahid1 və atası Zərərçəkmiş şəxs tanıyır, qonşudurlar. 2005-ci ilxdən Bakıda işləsə də 2022-ci ilin mart ayından yaşadığı kəndə qayıtmış anası Fəridə, bacıları Ləman və Həcərlə birlikdə yaşayır. Ləman boşandığı üçün onlarla birlikdə yaşayır. 21 mart 2023-cü ildə Bakıda yaşayan qardaşı Şahid3 bayramla əlaqədar kəndə gəlmişdir. xx.xx.2023-cü ildə ailə üzvlərinin hamısı evdə olmuş, saat təxminən 21 radələrində yatsa da prostat problemi olduğundan tez-tez tualetə çıxdığı üçün xx.xx.2023-cü il saat 03 radələrində yuxudan oyanmış, çarpayıda uzandığı zaman digər otağın qapısının açıldığını eşitmişdir. Bir müddət yerində gözləsə də çıxan şəxs geriyə qayıtmamış, Ləman adlı bacısının otaq qapısının açıq olsa da Ləmanın yerində olmadığını görmüşdür. Ləmana zəng edəndə telefonun otaqda olmasını görmüş, eyni otaqda yatan azyaşlı bacısı oğlu Muradı oyadıb telefonun kilidini açmasını istəmişdir. Murad kilidi açanda son zəngin təxminən 25-30 dəqiqə əvvəl Arzuman adlı qonşudan gəlməsini bilmiş, şübhələnərək evdən bir ədəd dəstəyi ağ rəngli plastik materialdan olan bıçaq götürüb cibinə qoyaraq həyətə düşmüşdür. Sağa-sola baxdıqdan sonra baxçaya tərəf yönəldikdə baxçanın çölündə Ləmanın Arzumanla qucaqlaşdığını görmüş, yaxınlaşıb hər ikisini əli ilə tutsa da Ləman əlindən çıxıb qaçmış, o isə yüksək səslə nalayiq ifadələr işlədərək Arzumana bir neçə dəfə yumruqla zərbə endirmişdir. Arzuman qaçaraq öz həyətlərinə girmiş, həyətlərinə getdikdə isə atası Səfdər qarşısına çıxmış, ondan Arzumanı çağırmasını, oğlunun namusuzluq etməsini deyəndə Səfdər Arzumanın belə hərəkət etməyəcəyini, danışığına fikir verməyi, namussuzun özü olduğunu demişdir. Səfdərlə aralarında mübahisə yaranmış, üzərində olan bıçaqla Səfdərin sinəsindən bir neçə dəfə zərbə vurmuşdur. Səfdərin arvadı Zöhrə onu tutduğu üçün onu itələyib Arzumana tərəf gedərək onunla əlbəyaxa olmuş, üzbəüz dayandıqları üçün bıçağı yandan Arzumanın kürək nahiyyəsinə doğru ataraq ona da zərbələr endirmişdir. Zərbələrin onun kürək nahiyyəsinə dəyməsini hiss etsə də dəqiq hansı hissədən dəyməsini xatırlamır. Münaqişə zamanı Arzuman dəmir vedrə ilə onun alnından bir dəfə zərbə endirmiş, bir neçə dəqiqə sonra qardaşı Rafiq gələrək onları ayırmış və onu yaşadıqları evə aparmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki hadisədən sonra zərərçəkmiş şəxs Səfdər və oğlu Arzumanla barışmışdır, törətdiyi əməldən peşmandır, buna görə ona aşağı cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Göygöl rayonu, Quşçu kəndində arvadı Zöhrə, oğlu Arzumanla birlikdə yaşayır. Yaşadığı ev iki mərtəbəli olduğu üçün birinci mərtəbədə arvadı Zöhrə və o, ikinci mərtəbədə isə oğlu Arzuman yaşayır. xx.xx.2023-cü ildə Goranboy rayonuna getmiş, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı ünvana qayıtmışdır. həmin vaxt Arzuman evdə olmuşdur. Saat 03:30 radələrində yatdığı zaman darvazanın döyüldüyünü eşitmiş, Zöhrə pəncərədən çıxaraq kim olmasını soruşduqda qapıdakı asta səslə “Zöhrə xala mənəm, Tofiqdi, bir dəqiqə qapını aç” demişdir. Bundan sonra o qapını açmaq üçün bayıra çıxmış, qonşusu Təqsirləndirilən şəxs görmüşdür. Qapını açar açmaz Tofiq ondan Arzumanı çağırmağı, onunla kişi söhbəti edəcəyini demişdir. Nə olmasını soruşduqda isə oğlunun namussuzluq etməsini, onu bacısıyla gördüyünü demişdir. Tofiqə etiraz edib, oğlunun evdə yatdığını, namussuz olmadığını, danışığına fikir verməsini bildirmişdir. Tofiq isə ona nalayiq ifadələr işlədib “namussuz oğlunu müdafiə edirsənsə, sən də namussuzsan,” deyib söyüb təhqir etdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Tofiq bıçaqla bir neçə dəfə ona zərbə endirmişdir. Tofiq qapıdan həyətə keçsə də onu saxlayaraq mane olmaq istəmiş, Tofiq səsə Arzumanın ikinci mərtəbədən düşməsini görüb onunla əlbəyaxa olmuşdur. Arzuman Tofiqi vedrə ilə başından vurduqda Tofiq dizi üstə yerə düşmüş, əlbəyaxa olarkən Tofiq oğlu Arzumanın kürəyindən bıçaq zərbələri vurmuşdur. Tofiq ayağa qalxa bilməyib yarı bükülü şəkildə qapıdan çıxdıqda, qardaşı Rafiq həyətə girərək onu qaldırmış və həyətdən çıxartmışdır. Birtəhər gedərək qapını örtmək istəsə də yıxılmışdır. Rafiq geri qayıdıb onu qolundan tutaraq “şeytana nəhlət, dur səni aparım” deyib köməklik etmək istəsə də ondan qapıdan çıxıb getməsini istəmiş, Rafiq getmiş, o isə yıxılı vəziyyətdə qalmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki mübahisə Tofiqin oğlu Arzumanı bacısı Ləmanla ilə gördüyünü iddia etməsi ilə başlamış, aralarındakı münaqişəyə səbəb isə oğlunu müdafiə etdiyi üçün Tofiqin onu söyməsi, cavab qaytarmağı olmuşdur. Münaqişə zamanı Tofiq bıçaqla bir dəfə sinəsindən, bir dəfə sol qolundan və bir dəfə də döş qəfəsindən xəsarət yetirmişdir. Tofiqin əlindəki bıçaq qırılaraq həyətdə qalmışdır. Təqsirləndirilən şəxsla əvvəllər arasında hər hansı düşmənçilik və yaxud ədavət olmamış, münasibətləri normal olmuşdur. Hadisədən sonra Tofiqlə barışmış, ondan şikayət və tələbi yoxdur, vurulmuş ziyan ödənilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Səfdər oğlu ifadəsində bildirdi ki, o, Göygöl rayonu, Quşçu kəndində anası Zöhrə, atası Səfdərlə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə atasıgil toya getdikdən sonra o, saat 23 radələrində yatmışdır. xx.xx.2023-cü il saat 03:50 radələrində yatdığı zaman anası Zöhrə qışqıraraq onu çağırdığı üçün yatdığı otaqdan alt geyimində çölə çıxmış, darvazanın qarşısında qonşusu Tofiqin onu atasından soruşduğunu eşitmişdir. X6 namussuzluq etdiyini, onunla kişi söhbəti edəcəyini dediyi zaman atası Səfdər Tofiqə onun namussuz olmadığını, namussuz özünün olduğunu dediyi üçün aralarında münaqişə yaranmış, Tofiq atasına bıçaqla xəsarət yetirmişdir. Yaxınlaşmaq istədikdə atası Səfdər ona qayıtmağı, gəlməməyi demişdir. Tofiq içəri keçsə də Səfdər onu saxlayaraq mane olmaq istəmişdir. Tofiq həyətə girən kimi üzərinə hücum çəkib kəllə ilə bir dəfə ağız nahiyyəsindən, əlindəki tutacağı ağ rəngli bıçaqla isə bir dəfə sağ böyrəyinin üstündən vurmuş və onlar əlbəyaxa oluşlar. Tofiq əlindəki bıçaqla ona yenidən iki dəfə kürək nahiyəsindən bıçaqla vurmuş, anası Zöhrə yaxasından tutaraq onu saxlamaq istəsə də Tofiq anası Zöhrəni sağa sola itələmişdir. Əlinə keçən dəmir vedrə ilə bir dəfə Tofiqin alın nahiyyəsindən vurduqda Tofiq zərbənin təsirindən dizi üstə yerdə oturmuş, bu zaman atası Səfdər yanına çatmış, səs-küyə həyətə gələn qardaşı Rafiq Tofiqi götürüb həyətdən çıxmışdır. Rafiq Tofiqi darvazadan çıxartdıqdan sonra geri qayıdaraq atasına “gəl səni də götürüm aparım” desə də atası razı olmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, münaqişəyə səbəb Tofiqin Səfdərə onun namussuzluq etməsini, bacısı ilə gördüyünü deməsidən yaranan qısqanclıq olmuşdur. Lakin özünün Ləmanla hər hansı sevgi münasibəti olmamış, həmin gecə Ləmanla heç bir yerdə görüşməmiş, qohum kimi dayısıoğlunun arvadı olan Şahid4 ilə ayrılmış ərinin münasibətini düzəltməyə çalışmış və telefonda danışmışdır. Təqsirləndirilən şəxsla da ibtidai istintaq dövründə barışmış, onu bağışlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Göygöl rayonu, Quşçu kəndində əri Səfdər, oğlu Arzumanla ikimərtəbəli evdə yaşayır. xx.xx.2023cü ildə Arzumanla birlikdə yaşadıqları ünvanda olmuş, əri Səftər gecə 01:30 da getdiyi Goranboy rayonundan qayıtdığı üçün gec yatmışdır. Saat təxminən 03 radələrində darvazanın döyüldüyünü eşitmiş və pəncərədən çıxaraq kim olmasını soruşduqda qapıdakı şəxs asta səslə “Zöhrə xala mənəm, Tofiqdi, bir dəqiqə qapını aç” demişdir. Bundan sonra özü Səfdərə qapını açmasını deyərək içəriyə qayıtmış, qısa müddət sonra Səfdərin Arzumanı çağırdığını eşidib, yenidən çölə çıxmışdır. X4 mübahisə etdiyini, Tofiqin isə qapını açdığını görmüşdür. Səfdər Arzumana “geri qayıt!” qışqıraraq mübahisə etdiyi zaman Tofiq əlindəki bıçaqla Səfdərin sinəsindən vuranda ərinin bədənindən qan çıxmasını görmüşdür. Arzumanla birlikdə özünü Səfdərə çatdırdıqda Səfdər yerə yıxılmışdır. X9 kəllə ilə bir dəfə zərbə endirmiş, bundan sonra özü də Tofiqin yaxasından tutaraq buraxmamışdır. Tofiq onu sağa sola itələyib Arzumanla əlbəyaxa olmuş, Səfdər isə Tofiqin ayağından qucaqlayıb ona mane olmağa çalışmışdır. Arzuman bu zaman Tofiqin başına həyətdəki dəmir vedrə ilə bir dəfə zərbə endirmiş və Tofiq yerə yıxılmışdır. Arzuman onun üzərinə əyilən zaman isə Tofiq Arzumanın belindən bir neçə dəfə bıçaqla vuraraq oğluna da xəsarət yetirmiş, qardaşı Rafiq gələrək Tofiqi oradan aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Şahid1 və atası Zərərçəkmiş şəxs tanıyır, qonşuluqda yaşayırlar. Onlarla əvvəlki dövrdə qonşuluq zəminində xırda mübahisələri də olmuşdur. Özü 2005-ci ildən Bakıda yaşayır. 19 mart 2023-cü ildə bayramla əlaqədar yaşadığı kənddə anası Fəridə, bacıları Ləman, Həcər və qardaşı Tofiqin yaşadığı ünvana qonaq gəlmişdir. Ləman evlənib boşandığı üçün onlarla yaşayır. xx.xx.2023-cü il saat təxminən 04 radələrində otaqda yatdığı zaman Səfdərgil tərəfdən səs küy, qardaşı Tofiqin səsini eşidib həmin yerə getmiş, Tofiqin Səfdər və Arzumanla Səfdərgilin çöl qapısının qarşısında həyətdə dalaşdığını görmüş, yaxınlaşaraq onları ayırıb və qardaşı Tofiqi oradan çəkib aparmışdır. Münaqişənin baş vermə səbəbini isə sonradan öyrənmiş, Tofiqin ona Ləmanla Arzumanı baxçanın kənarında birlikdə gördüyünü demişdir. Hava qaranlıq, gözləri isə zəif olduğu üçün münaqişə yerinə çatanda Səfdər və Arzumanın üzərlərində xəsarətlər olmasını görməmiş, evə gəldikdən sonra isə Tofiqin alnında xəsarət izi görmüşdür. Tofiqlə gecə həyətdə ayaqüstə dayandıqları zaman bacısı Ləman baxça tərəfdən gəlmiş, Tofiq “niyə belə hərəkət etdin?!” deyəndə Ləman Tofiqə başını aşağı edəcək heç bir hərəkət etmədiyini bildirmiş, bir neçə dəqiqə sonra isə polislər gəlib Tofiqi aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Göygöl rayonu, Quşçu kəndində ailəsi ilə birlikdə yaşayır. Tofiq və Şahid3lar onun qardaşlarıdır. Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı dedikləri yalandır. xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində otaqda yatdığı zaman anası Fəridə gəlib onu oyatmış, Tofiqin qonşu Səfdər və oğlu Arzumanla dalaşmasını, qardaşlarını polislərin aparmasını öyrənmişdir. Tofiqin onunla qonşuları Arzuman arasında hansısa münasibət olmasını deməsi isə qardaşının qısqanclığından irəli gəlir. Şahid1la keçmiş ərinin qohumu olmasından başqa heçbir münasibəti olmamışdır. Şahid1 onu əri ilə barışdırmaq istədiyi üçün Tofiq əsəbi olmuş, münaqişə bu səbəbdən baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Göygül rayonu, Aşıqlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. Hadisə yerindən bir ədəd dəstəyi tiyəsindən ayrılmış bıçaq və qanabənzər ləkələrdən nümunələr götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtın əynində olan geyimlər götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Məhkəmə Tibbi Ekspertiza PHŞ-nin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 473 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində ortada bir ədəd, solda bir ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, qeyd edilən yaralar deşicikəsici əşya (ların) təsiri nəticəsində əmələ gəlmişdir. Döş qəfəsinin ön səthində solda yerləşən yara döş boşluğuna keçərək hemopnevmotoraksla müşahidə edildiyindən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Döş qəfəsinin ön səthində, ortada yerləşən yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərdən başqa sol said nahiyəsində aşkar edilmiş bir ədəd kəsilmiş yara kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş yaraların törənməsi qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə-trasoloji-soyuq silah ekspertizasının məhkəmə-trasoloji və ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/813 və 3/814 nömrəli ekpert rəylərindən görünür ki, tədqiqata təqdim edilən predmetlər zavod üsulu ilə istehsal edilmiş, məişət təyinatlı mətbəx bıçağının hissələri, tiyədir-dəstəkdir. Soyuq silah hesab edilmir və üzərlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Şahid1 məxsus alt geyim köynəyin və Zərərçəkmiş şəxs məxsus paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 635/2023 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 06:50-də tibbi müayinədən keçirilmiş və ayıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə hadisə yerindən götürülmüş cinayətin aləti olan tiyə hissəsi dəstəyindən ayrılmış 1 (bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs Məhəmməli oğlunun əynində olmuş 1 (bir) ədəd uzunqol köynək, 1(bir) qısaqol alt köyəyi iş üçün əhəmiyyətli olduğundan maddi sübut hesab edilərək saxlanılması üçün Göygöl RPŞ-nin saxlancına verilmiş, Şahid1 Səfdər oğlundan götürülmüş geyim əşyaları sübutlar siyahısından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Göygöl rayon İcra Hakimiyyəti başçısının Qarabulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 aprel 2023-ci il tarixli, 5-72-20/2-55/2023 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla ailə üzvləri anası qardaşları və bacısı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədli oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 mart 2023-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(066)-21/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onunla və ailə üzvləri ilə bir evdə yaşayan nikahı pozulmuş Şahid4 həmkəndlisi və qonşusu olan Şahid1 Səfdər oğlu ilə bir yerdə xx.xx.2023-cü ildə bağ sahəsində görüşməsindən və aralarında sevgi münasibəti olmasından şübhələnib qisas almaq məqsədilə sonuncunun yaşadığı evə gələrək Şahid1 çağırmış, atası Zərərçəkmiş şəxs oğlu Şahid1 namussuzluq etdiyini deməsi və zərərçəkmiş şəxsin oğlunu müdafiə edərkən aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı özü ilə yaşadığı evdən götürüb gətirdiyi məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs onun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışında qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, əməlini səmimi etirafını, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin faktiki halları, təqsirləndirilən şəxsin hadisə vaxtı və sonrakı davranışı (iki nəfər şəxsə qəsdən bədən xəsarətləri yetirməsi, cinayətin kəsici deşici alət olan bıçaqla törədilməsi, bıçağın vurulan zərbələrin təsirindən tiyə və dəstək hissəsinin bir-birindən ayrılması, vurulan zərbələrin sayı, şahid Zöhrə Məmmədovanın münaqişəyə son verilməsi üçün təqsirləndirilən şəxsə mane olmağa çalışsa da təqsirləndirilən şəxsin aktiv olaraq ictimai təhlükəli əməllərinə davam etməsi, hətta Şahid1 tərəfindən vedrə ilə ona xəsarət yetirilməsinə baxmayaraq hirsinin soyumayaraq cinayət hərəkətlərinə aktiv şəkildə davam etməsi) Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyinin istisna edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirlən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzədə tutulmuş orta həddə cəza təyinini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Göygöl rayon Polis şöbəsində saxlanılan tiyə hissəsi dəstəyindən ayrılmış 1 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd uzunqol köynək, 1(bir) qısaqol alt köynəyi sahibinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göygöl rayon Polis şöbəsində saxlanılan tiyə hissəsi dəstəyindən ayrılmış 1(bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs Məhəmməli oğlunun əynində olmuş 1(bir) ədəd uzunqol köynək, 1(bir) qısaqol alt köynəyi sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-415/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-415/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver