Məhkəmə qərarları › İş №1(100)-415/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-415/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-415/2025 02.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2001-ci il təvəllüdlü, Ağstafa rayonu, Vurğun qəsəbəsində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, işsiz, himayəsində 1 azyaşlı uşağı olan, 2-ci “Qarabağ müharibəsi” iştirakçısı və veteranı işləməyən, əvvəllər məhkum olmamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, O.Sarıvəlli küçəsində yerləşən qayınatası X10 məxsus nömrəsiz evdə olarkən xx.xx.2024-cü il tarixdən həmin evdə qalan arvadı, 2006-cı il təvəllüdlü X11 yaşadıqları Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən evə geri dönməsi üçün razı salmaq məqsədi ilə əvvəlcə evin qonaq otağında evlərinə dönməyə razı salmağa çalışmış, lakin Mədinə Qədimova onların evinə dönməyəcəyini bildirərək mənzilə daxil olduqda sağ tərəfdə yerləşən birinci yataq otağına keçərək otağa daxil olduqda sağ tərəfdə yerləşən çarpayının üzərində uzanmış, o isə sonuncunun ayaq tərəfindən çarpayıda oturaraq söhbətinə davam etmiş, Mədinə Qədimovanın onların evinə dönməyəcəyini, ondan boşanaraq öz həyatını yaşayacağını qəti şəkildə bildirməsindən sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qısqanclıq zəminində öldürmək məqsədi ilə hər iki əli ilə əvvəlcə Mədinə Qədimovanın boğaz nahiyyəsindən tutub sıxaraq onu boğub öldürməyə çalışmış, sonuncu ona əlləri və ayyaqları ilə müqavimət göstərdiyindən hər ikisi çarpayının üzərindən döşəməyə yıxılmış, çarpayıdan yıxılmalarına baxmayaraq o, müstəsna dərəcədə rəhimsizlik və qəddarlığı ilə ifadə olunan xüsusi amansızlıqla qəsdən adam öldürmədən ibarət niyyətini həyata keçirtmək üçün Mədinə Qədimovanı döşəmənin üzərində də təqribən 5 dəqiqə müddətində boğmağa davam etmiş, Mədinə Qədimovanın xırıldadığını, lakin hələ ölmədiyini görüb xüsusi amansızlıqla qəsdən adam öldürməkdən ibarət niyyətini başa çatdırmaq üçün evin mətbəxinə gedərək orada olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı mətbəx bıçağını götürüb yenidən sonuncunun yanına qayıdaraq, döşəmədə kürəyi üstə uzanıqlı vəziyyətdə olan Mədinə Qədimovaya bıçaqla vuraraq ona alt çənənin sol səthində 2 ədəd köndələn istiqamətdə, ondan aşağı 5 ədəd bir-birinə yaxın, alt çənənin sağ aşağı səthində 3 ədəd səthi kəsilmiş, qida borusunun, traxeyanın kəsilmiş yüngül dərəcəli bədən xəsarətlərinə aid olan yaraları, boynun ön orta səthində boyun daxilinə nüfuz etmiş sağlamlığa ağır zərər vurmaya aid olan bıçaq yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək X7 boynun kəsilmiş yarası nəticəsində qida borusunun və traxeyanın kəsilməsindən törənmiş qanaxma nəticəsində ölümünə səbəb olan xəsarətlər yetirməklə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisənin necə baş verdiyini xatırlamadığını, həyat yoldaşı X7 hansı səbəbdən öldüyünü unutduğunu bildirmişdir. Həmçinin əlavə etmişdir ki, Maştağa ruhi əsəb dispanserinə müalicə almaq üçün göndərildikdən sonra orada ona dərman verilmiş və bu səbəbdən hər şeyi unutmuşdur. X23 ilə 2023-cü ildən bəridir evli olmuş, həmçinin həyat yoldaşı ilə əvvəllər mübahisələri olmamışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında hal-hazırda adını xatırlamadığı instagram hesabından onun instagramının mesaj bölməsinə bir nəfərin “salam” yazdığını görmüş, həmin hesab nömrəsi ilə “instagram” sosial şəbəkəsindən danışamağa başlamış, sonradan həmin adamın Ağstafa şəhəri, Füzuli küçəsində yaşayan molla Rafiqin qızı Mədinə olduğunu bilmiş, Mədinə ilə münasibəti daha da yaxınlaşaraq bir-birilərini sevməyə başlamış, 2023-cü ilin sentyabr ayının 30-da oğlan toyu edərək evlənmiş, evlilikləri ilk əvvəllər çox mehriban və şən keçmiş, mərhum arvadı Mədinə Qədimova ilə aralarında qızları dünyaya gələnə qədər hər hansı ciddi bir münaqişə və ya problem olmamış, 2024cü ilin iyul ayının 5-də onların qız övladı dünyaya gəlmiş, qızı Minurə Qədimovanın 40 günü tamam olmamış Mədinənin anası Aygün Əfəndizadə onların evinə gələrək evdə heç kimə hər hansı bir söz demədən Mədinəni götürüb öz evlərinə aparmış, elə həmin gün arvadı Mədinə ona mesaj yazaraq “məni anam aparır, mən gedirəm evimizə” demiş, mesajı görən kimi ona cavab yazmadan dərhal evə gəlmiş, evə gəldikdən sonra anası ilə Mədinənin sözü çəpləşdiyi üçün Mədinə həmin vaxt anası ilə də sözlü şəkildə mübahisə etmiş, daha sonra Mədinənin atası Rafiq Əfəndiyev də onların evinə gəlmiş, anası Aygün ona “ qoy Mədinə gəlsin bizdə qalsın, uşağın 40-ı çıxsın sonra özüm gətirəcəm” dedikdən sonra onların birlikdə getməyinə razı olmuş, buna baxmayaraq qızlarının 40-ı çıxandan sonra da Mədinə evə qayıtmaqdan imtina etmiş, bir müddət sonra yenidən mərhum arvadı Mədinə ilə münasibətini düzəltmiş, daha sonra Mədinəni və körpə qızlarını Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən evlərinə geri gətirmiş, Mədinə bundan sonra təqribən 4 ay onunla birlikdə qalmış, 2024-cü ilin dekabr ayının 16-da öz əmisinin atası Rafiq Əfəndiyevin evində keçirilən yas mərasiminə getmək adı ilə onun razılığı ilə öz atası evinə getmiş, Mədinə ona axşam saat 17-18-ə kimi oturub sonra birlikdə evə qayıdacaqlarını demiş, elə həmin gün Mədinəyə artıq evə getmək lazım olduğunu dedikdə o, heç bir yerə getmək istəmədiyini və burada qalacağını bildirmiş, bundan sonra insanların içində onunla heç bir mübahisə etmək istəmədiyindən oradan öz evinə qayıtmışdır. 2024-cü ilin dekabr ayının 17-də ailəsi ilə birlikdə mərhum arvadı Mədinə Qədimovanın əmisinin “40” mərasimində iştirak etmək üçün yenidən Mədinənin atası evinə gəlmiş, burada arvadı Mədinə ilə evə qayıtması barədə söhbət etməyimə baxmayaraq Mədinə evə qayıtmayacağını bildirmiş, dekabr ayının 18-də yenidən Mədinəgilin evinə gedib onu geri qaytarmaq istəmiş, evlərinə gəldikdə evin həyət qapısının bağlı olduğunu görmüş, həmin gün ona heç kim qapı açmamış, bundan sonra qayınatası X28 rayonu, 20 Yanvar küçəsində yerləşən şəhər Məscidinin yanında görüb ondan Mədinənin harada olduğunu soruşmuş, qayınatası ona Mədinənin xalasıgilə getdiyini bildirmiş, səhəri gün, yəni dekabr ayının 19-da saat 10 radələrində yenə Mədinənin atası evinə getmiş, həmin vaxt Mədinəni pəncərədə görmüş, Mədinə onu görən zaman pəncərədən “səni polisə şikayət edəcəm, səninlə boşanacam, bir də mənim arxamca gəlmə” demiş, həmin vaxt heç nə deməyərək oradan ayrılmışdır. Dekabr ayının 21-də Gəncə şəhərinə Psixatriya Xəstəxanasına əlilliklə bağlı sənədlərini düzəltmək üçün getmiş, həmin gün Gəncə şəhərindən saat təqribən 15 radələrində Ağstafa şəhərinə qayıtmış, yolda olarkən Mədinə ona zəng edərək ondan Vurğun qəsəbəsində yerləşən evlərinəd qalan bəzi əşyalarını gətirməyini istəmiş, daha sonra Mədinə onu öz evlərinə söhbət etmək üçün dəvət etmiş, həmin gün saat təqribən 16 radələrində Mədinənin atası evinə gəlmiş, onlar yataq otağında oturub bir qədər söhbət etmiş, Mədinə ilə həmin gün evə qayıtmağı ilə bağlı hər hansı bir söz danışmamış, Mədinə ondan evlərindən saç fenini və paltarlarını gətirməyini istəmiş, onun yanından ayrılaraq öz evlərinə gedib yemək yedikdən sonra Mədinənin dediyi əşyaları götürüb ona gətirmiş, daha sonra Mədinəyə Ağstafa şəhərinə birlikdə gedib bir restoranda yemək yeməyi təklif etmiş, mərhum Mədinə Qədimova onunla razılaşdıqdan sonra onlar evdən saat təqribən 17 radələrində çıxmış, Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Tez Gəl” restoranında oturmuş, burada yemək yedikdən sonra Ağstafa şəhərində təqribən 30 dəqiqə qardaşı Fazil Qədimliyə məxsus olan VAZ2107 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəzdikdən sonra Mədinəni evlərinə düşürtmüş, Mədinəyə evə qayıtmağını bildirdikdə ona “mən hələ bir müddət burada atam evində qalacam, hələ özümü evə qayıtmağa hazır hiss etmirəm” demiş, bundan sonra Mədinəni evlərinə düşürdüb öz evinə qayıtmış, Mədinəni evlərinə düşürtməmişdən əvvəl xx.xx.2024-cü il tarixdə onu Qazax şəhərinə gəzməyə aparmaq istədiyini demiş, Mədinə də onunla razılaşmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə axşam saat təqribən 21 radələrində qayınanası Aygün ona hal-hazırda xatırlamadığı telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng edərək sabah qayınatası Rafiq Əfəndiyev ilə birlikdə öz qohumlarının nişan mərasiminə gedəcəyini və buna görə də Mədinənin evdə tək qalmaması üçün onun Mədinə ilə onlar nişandan qayıdana qədər qalmağını istəmiş, Mədinəni xx.xx.2024-cü il tarixdə saat təqribən 10 radələrində evlərindən götürüb Qazax şəhərinə aparmış, Qazaxdan sonra Ağstafa şəhərinə qayıtmış, Mədinə Ağstafa şəhərində H.Əliyev prospektində yerləşən “Mərkəzi Univermaq”-dan özünə bəzi bijuteriya əşyaları almış, daha sonra onlar eyni ərazidə yerləşən “Fədək” restoranında oturub yemək yemiş, buradan saat təqribən 12 radələrində durmuş, daha sonra “Bazar Store”-dan “lays pendirli" cipsilərindən bir paçka, “Jalə” qarışıq meyvə suyu, “Pop Кек” və “Çiko” markalı ağ və qara günəbaxan tumu alaraq Mədinənin yaşadığı evə gəlmiş, onlar evə gələrkən Mədinənin anası Aygün evdə olmuş, təqribən saat 13 radələrində qayınanası Aygünü VAZ2107 markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə öz atası evinə düşürtmüş, daha sonra yenidən Mədinənin yanına qayıtmış, təqribən 10 dəqiqə keçdikdən sonra Mədinənin atası Rafiq Əfəndizadə nişan mərasiminə getmək üçün evə gələrək paltarlarını dəyişib onu arvadı Aygünün atası evinə aparmağını xahiş etmiş, qayınatasını da dediyi yerə düşürtüdkdən sonra yenidən Mədinənin yanına qayıtmış, O, Mədinəyə “gəl gedək evimizə, uşaq orada qalıb, onun da anasına ehtiyacı var. Gəl ailəmizi dağıtmayaq” demiş, Mədinə isə ona hələ heç bir yerə getmək istəmədiyini və burada qalacağını bildirmiş, O, “əgər məni yenə evə aparmaq istəsən mən qışqırıb qonşuları çağıracam, polisə zəng edəcəm” demiş, Mədinə onunla artıq əsəbi halda söhbət etməyə başlamış, daha sonra onlar birlikdə evə daxil olarkən sağ tərəfdə yerləşən yataq otağına keçmiş, həmin otağa Mədinənin özü keçmək istədiyini ona bildirmiş, Mədinə otağa daxil olarkən sağ tərəfdə yerləşən çarpayıda uzanıqlı halda onunla söhbət etmiş, O isə Mədinənin ayaq tərəfidən çarpayıda oturmuş, burada da mərhum Mədinə Qədimova onunla yenə eyni şəkildə əsəbi danışmış, O, boşanmaq üçün ərizə yazacağını və ondan ayrılacağını demiş, Mədinəyə “bizim körpə qızımız var bəs onu nə edəcəksən” dedikdə isə ona “Allah ödürsün onu, mən uşağı da səni də istəmirəm. Uşağı öldürəcəm” deyə cavab vermiş, Mədinəyə “bəs biz ayrılsaq həyatımız necə olacaq” deyən zaman Mədinə ona “mən səndən ayrılandan sonra gedib kafedə ofisiant işləyəcəm, gizlin şəkildə buradan qaçıb gedəcəm, özüm öz həyatımı yaşayacam” demiş, mərhum arvadının sözlərindən sonra o, əsəbiləşərək çarpayıda uzanıqlı olan Mədinənin boğazından əvvəlcə sol, daha sonra sağ əli ilə tutaraq sıxıb boğmağa başlamış, təqribən 5 dəqiqə onun boğazından tutub boğmuş, Mədinə ona əlləri və ayaqları ilə müqavimət göstərdiyinə görə onlar çarpayıdan yerə yıxılmış və otaqda olan iki çarpayının arasına, döşəmənin üzərinə düşmüşdür.Mədinə arxası üstdə iki çarpayının arasında yıxılmış, O, isə mərhum Mədinə Qədimovanı boğmaqda davam etmiş, artıq öz-özlüyündə arvadını öldürəcəyini qətiləşdirmiş, döşəmənin üzərində də təqribən 5 dəqiqə müddətində onun boğazından sıxmış, həmin vaxt artıq Mədinə gözü açıq olmasa da xırıldayaraq nəfəs almış, hələ də sakitləşməyərək evin mətbəxində mətbəx mebelinin üzərində çəngəl- qaşıqların qoyulduğu qabda olan turuncu rəngli mətbəx bıçağını götürüb Mədinənin yanına gəlmiş, ona yaxınlaşaraq aşağı əyilib əlindəki həmin bıçaqla Mədinənin boğaz nahiyyəsinə təqribən 4-5 dəfə ardıcıl zərbələr endirmiş, İlk bıçaq zərbəsindən sonra Mədinənin boğazından qan gəlməyə başlamış daha sonra Mədinənin ölməyinə tam əmin olmaq üçün yenə boğaz nahiyyəsinə bir neçə dəfə bıçaqla ardıcıl zərbələr endirmiş, son bıçaq zərbəsindən sonra bıçağı onun boğazından çıxartmayaraq hamama əllərini yumağa getmiş, dəqiq olaraq mərhum arvadı Mədinə Qədimovaya neçə zərbə vurduğunu xatırlamamış, cinayət hadisəsini törədən zaman saat təqribən 16 radələri olmuş, Mədinənin ölüb-ölmədiyini bilmədən əllərini yuduqdan sonra evdən çıxıb getmiş, hadisəni törədən vaxt onun üzərində göy rəngli cins şalvar, qara corab, ağ rəngli zamoklu idman gödəkçəsi, ağ rəngli vodalaska var olmuş, mərhum arvadı Mədinənin üzərində isə qara rəngli idman dəsti və qara rəngli corablar var olmuşdur. O, əli və üzərində olan ağ rəngli vadalaska qan olduğundan əlini hamamda yuyaraq dəsmalla qurulamış, sonra isə digər paltarlarını üzərinə geyinərək darvazadan çölə çıxıb qardaşına məxsus avtomobilə minərək üzü Vurğun qəsəbəsi istiqamətinə öz evlərinə tərəf getmiş, yolda olarkən əynində olan ağ rəngli vodalaska qana batdığından avtomobili “FAM OİL” YDM-yə çatmamış onun hərəkət istimətinin sol tərəfində yerləşən su kanalına atmış, daha sonra isə evə gedərək ailəsinə “mən Mədinəni vurmuşam” demiş, bu vaxt atası Şahid2 ondan “nə etmisən? De görüm Mədinə ölüb ya yox” deyə sual soruşmuş, ona Mədinənin yəqin ki öldüyünü demiş, mərhum arvadı X23 ona “mən səndən ayrılandan sonra gedib kafedə ofisiant işləyəcəm, gizlin şəkildə buradan qaçıb gedəcəm, özüm öz həyatımı yaşayacam” deməsindən sonra onu öldürdüyünə görə peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı sonrakı ifadələrində hadisəni xatırladığını hadisənin qısqanclıq zəmində baş verdiyini bildirmişdir. Qeyd etmişdir ki, hadisənin baş verməsində günahkar Mədinənin atası və anası olmuşdur. Anası Mədinəyə “gəlin olub geri qayıdarsan” demişdir. Onlar dava edən zaman Mədinə ona “uşağı öldürüb gedib kafedə işləyəcəm, səndən də boşanacam” demişdir. Həmçinin bu sözləri deməzdən öncə özünü öldürmək istmiş, lakin o, icazə verməmişdir. Hadisə zamanı əsəbi olmuş, Mədinəyə neçə bıçaq vurduğunu unutmuş, həmçinin Mədinəni vurduğu bıçağı oturduqları otaqdan götürmüşdür. Eyni zamanda əlavə etmişdir ki, telefonunda çıxan videonu Mədinə evdə nə isə doğrayan zaman özü çəkmiş, mübahisələri barədə Mədinəni atasına danışan zaman isə atası ona “əgər qızım sənə xəyanət etsə, onu mən özüm öldürərəm” demişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü Valeh onu nişana aparıb düşürmüşdür. Yolda olarkən o Valehə “Mədinəyə bir az zaman ver, aranız düzələcək” demiş, Valeh isə cavabında ona “sən bizə nəzarət edirsən, köməklik edirsən, səndən çox razıyam” demişdir. Nişana getdikdən 1-2 saat sonra qonşusu zəng edərək “evinizdə hadisə olub gəl” demiş, gedən zaman isə qızının öldüyünü görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişir ki, Valeh və Mədinə 2023-cü ilin avqust ayından etibarən evli olmuş, evli olduqları müddətdə mübahisələri olmuşdur. Həmçinin onların Valehin atasına aid evdə yaşaıqlarını və Mədinənin küsüb onlara gəldiyini bildirmişdir. Eyni zamanda əlavə etmişdir ki, Mədinənin küsüb gəlmək səbəbi evə qonaqların çox gəlib getməsi, qaynanasıgilin onu yola verməməsi və onun üzəinə çox yük düşməsi olmuşdur. Mədinənin gələn zaman uşağı gətirmədiyini, həyat yoldaşının ailəsinin uşağı ona vermədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, Mədinə boşanmaq istəməmiş, gəlmək səbəblərindən biri də Valehin ona şiddət göstərməsi, ailəsinə baxmaması olmuşdur. O, Valeh Mədinəyə “əgər məndən boşansan, Əhməd ailəsini necə öldürübsə, səni də elə öldürücəm” demişdir. Həmçinin o, Valehə mübahisələrindən bəhs edən zaman ona “icazə vermərəm ki, qızım sənə xəyanət etsin” demişdir. Həmçinin qudası Şahid2 bu cinayətdə iştirak etməsinə dair heç bir şübhəsinin olmadığını qeyd etmişdir. O, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirmiş, həmçinin istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü o nişana gedəndə Valehlə Mədinənin arası yaxşı olmuş, evdən çıxarkən onlara “tortu hazırlayın, axşam ad günü olacaq” demişdir. Getdikdən bir müddət sonra ona zəng edərək “evinizdə hadisə olub, gəlin” demişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Valeh və Mədinə 1 il 6 ay evli olmuş, birbirlərini sevib evlənmiş, amma sonra aralarında çox mübahisə olmuşdur. Daha sonra Valeh ailəsinə baxmamış, Mədinəyə heç nə almamış, nə isə alan zaman isə onun pulunu onlardan tələb etmişdir. O, Valeh və Mədinə arasıda qısqanclıq olmadığını bildirmiş, həmçinin Valehin Mədinəyə şiddət göstərdiyini, onun başına vurduğunu, ağzına yastıq sıxdığını bildirmişdir. O, həmin gün Valehi Mədinə evdə tək qalmasın deyə çağırdıqlarını, onlar əvvəldə bir yerdə yaşadıqları üçün belə bir şey edəcəyini düşünmədiklərini bildirmişdir. Həmçinin bildirmişdir ki, bıçaq evlərində yalnız mətbəxdə olur və Valeh Mədinəni boğduqdan sonra bıçağı mətbəxdən götürüb. O, qızının uşağını yanında istədiyini, lakin qaynanası uşağı vermədiyi üçün Mədinənin tək gəldiyini bildirmiş, həmçinin qızının bundan əvvəl iki dəfə küsüb gəldiyini demişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Valeh və Mədinəni öz aralarında mübahisələrinin olub olmaması barədə heç nə bilmədiyini bildirmiş, həmçinin Mədinənin onlarla mübahisəsinin olmadığını qeyd etmişdir. Hadisə olan gün Valeh evə gedərək ona “Mədinəni öldürmüşəm, iki bıçaq vurmuşam, indi də gedib polisə təslim olacam” demiş, lakin Mədinəni öldürmək səbəbini deməmişdir. Daha sonra o, Valehi qonşuları Şahid5lə birgə aparıb Ağstafa rayon Polis Şöbəsinə təhvil vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Valehin Mədinəni öldürmək səbəbini bilməmiş, Mədinə evli olduqları müddətdə 1 dəfə boşanmaq istədiyini demiş, lakin sonra heç nə deməmişdir. Həmçinin qeyd etmişdir ki, evə qardaşının uşaqları gəlib getmiş, hər zaman evə qonaq gələn insanlar olmuşlar. X12rın yanında döyməmiş, eyni zaman da mübahisələri də olmamışdır. O, Valehin Mədinəni öldürmək istədiyinə dair heç nə demədiyini bildirmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, bildirmişdir ki, Valeh saat 5-6 radələrində evə gələrək onlara “Mədinəni öldürmüşəm, polisə gedirəm” demişdir. Daha sonra atası Şahid2 və qonşuları Şahid5 onu Ağstafa rayon Polis Şöbəsinə apararaq polisə təhvil vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Valehdən Mədinəni öldürmək səbəbi soruşulanda sözlərinin düz gəlmədiyini demişdir. O, Mədinənin hadisədən 1 həftə əvvəl yas yerinə getmək adı ilə atası evinə getdiyini, daha sonra isə geri qayıtmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Mədinə ilə araları yaxşı olmuş, heç vaxt mübahisələri olmamış eyni zamanda oğlu ilə gəlininin münasibətləri yaxşı olmuş və Valeh Mədinəyə heç vaxt şiddət göstərməmişdir. O, Mədinənin boşanmaq istəmədiyini, lakin uşağına da yaxın getmədiyini bildirmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, saat 3-də işdən evə gələn zaman qonşusu ona orada polislər olduğunu demişdir. Daha sonra polislərdən biri ona “içəri keçin, görün içəridəki anasıdır, yoxsa Mədinədir?” demiş, o evin içinə girən zaman ölənin Mədinə olduğunu görmüşdür. Daha sonra isə o, onların xahişi ilə qüsülxanaya da getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, evə girən zaman Mədinəni yerdə uzanmış vəziyyətdə görmüş, həmin zaman onu boğazı kəsili halda olmuş və boğazında narıncı rəngli mətbəx bıçağı olmuş, başında bıçaq zərbələri, barmağı isə qırılmış vəziyyətdə olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsini həmkəndliləri kimi tanımış, onun yaşadığı ev ilə Valehin ailəsinin yaşadıqları ev bir-birinə yaxın ərazidə yerləşmiş, xx.xx.2024-cü il tarixdə saat təqribən 18 radələrində Valeh Qədiovun anası Şahid3 onların evinə gələrək oğlu Valehin Ağstafa şəhərində gəlinləri X1 yaşadığı atası evində öldürdüyünü bildirmiş, dərhal evdən çıxaraq Valehgilin evinə getmiş, burada olan Valehi də götürərək Ağstafa rayon Polis Şöbəsinə gətirmiş, yolda olarkən Valehdən hadisəni necə törətməsini soruşduqda o arvadı Mədinə Qədimova ilə söhbət edərkən Mədinənin ondan boşanmaq istəməsi, sərbəst qalmaq istəməsini, öz həyatını yaşamaq istməsini dedikdən sonra əvvəlcə əli ilə onun boğazından tutaraq sıxdığını daha sonra isə mətbəxdən götürdüyü bıçaqla Mədinənin boğazına bir neçə dəfə bıçaqla vurduğunu demiş, Valehin özünü şəxsən tanımasa da onun ailəsini qiyabi olaraq tanımış, onların sakit və heç kəslə işləri olmayan bir ailə olduqlarını bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Ağstafa şəhəri O.Sarıvəlli küçəsində yerləşən X10 məxsus olan fərdi yaşayış evidir. Evin girişi bir ədəd içəriyə doğru açılan palıdı rəngli dəmir qapıdan ibarətdir, qapıdan içəriyə, mənzilə daxil olan kimi solda evin mətbəx otağı yerləşir. Hadisə yeri olan otağın eni 4 metr uzunluğu da 4 metrdir, hündürlüyü 3 metr, giriş qapısının eni 1.15 metr, qapının hündürlüyü 2.40 metrdir. X4 meyiti iki çarpayının arasında arxası üstə əlləri yana doğru açılmış vəziyyətdə olmuş və meyit 1 nömrəsi ilə işarələnmişdir. Meyitin sol əlindən giriş qapısının sağ küncünədək 2.40 sm, sol ayağından giriş qapısının sağ küncünədək 2.77 sm, sağ əlindən otağa daxil olduqda qarşıdakı sağ küncə qədər isə 1.70 sm məsafə olmuş, meyitin başından iki çarpayı arasındakı divaradək 90 sm məsafə vardır. Meyitin sol əlindən 20 sm giriş qapısı istiqamətində üzərində qanabənzəl ləkələr olan yastıq vardır. Yastıq 2 nömrəsi ilə işarələndi. Meyitin başının sağ hissəsində yerləşən şkafın üzərində olan “Samsunq” markalı mobil telefonlar 3 nömrəsi ilə işarələndi. Meyitin sol çiynindən sağdakı, üzəri dağınıq olan çarpayıya qədər 95 sm məsafə vardır. Otağa daxil olduqda sağdakı çarpayının üzərində adeyalın dağınıq vəziyyətdə olduğu müşahidə edildi. Hadisənin baş verdiyi fərdi yaşayış evinin Mədinə Qədimovanın meyitinin olduğu otağa nəzər yetirdikdə meyitin əsasən başına yaxın hissəsində döşəmənin üzərində qanabənzər ləkələr aşkarlanmış, meyitin boyun və boğaz hissəsi qanabənzər maye olmaqla dəstəyi turuncu rəngli bıçaq boğazına sancılmış vəziyyətdə qalmışdır. Düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 170 smdir. Meyit əllə toxunduqda istidir. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında inkişaf etməmişdir. Başında qara saçları vardır. Uzunluğu 20-25 smdir. Gözləri qapalıdır və selikli qişası solğun rəngdədir. Bəbəklərinin diametri 0,5 smdir, buynuz qişa bulanıqdır. Qulaq seyvanları tamdırlar. Keçəcəkləri təmizdir. Arxa keçəcək qapalıdır. Ətrafındakı dəri eləcə də, arxa keçəcəyin selikli qişası təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafı düzgün inkişaf etmişdir. Əllədikdə sümükləri tamdırlar. Meyitin bədəni üzərində olan xəsarətlər: Alt çənənin sol səthində iki ədəd köndələn istiqamətdə 0,6x0,1 sm, 0,5x0,1 sm, ondan aşağı 5 ədəd bir-birinə yaxın alt çənənin sağ aşağı səthində 3 ədəd səthi kəsilmiş yaralar və boynun ön orta səthində çəhrayı rəngli bıçağın dəstəyi, tiyəsinin isə boyun daxilinə nüfuz etmiş bıçaq yarası vardır. Bıçağı çıxardıqda bıçağın tiyəsi əyilmişdir. Meyitin bədənində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət izləri tapılmadı. Meyitə baxış zamanı X5 01 ədəd qara rəngli üzərində “miu miu” yazılmış zəncirbəndli ev geyim dəstinin koftası, 01 ədəd üzərinə “miu miu yazılmış qara şalvar, 01 ədəd turuncu rəngli büstqalter, 01 ədəd qara rəngli mayka, 01 cüt qara rəngli qadın corabı, 01 ədəd dəstəyi turuncu rəngli olan mətbəx bıçağı, alın, ənsə, sağ və sol gicgah və təpə nahiyyələrindən tük nümunələri və əl izləri götürüldü. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 170 smdir. Meyit əllə toxunduqda istidir. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında inkişaf etməmişdir. Başında qara saçları vardır. Uzunluğu 20-25 smdir. Gözləri qapalıdır və selikli qişası solğun rəngdədir. Bəbəklərinin diametri 0,5 smdir, buynuz qişa bulanıqdır. Qulaq seyvanları tamdırlar. Keçəcəkləri təmizdir. Arxa keçəcək qapalıdır. Ətrafındakı dəri eləcə də, arxa keçəcəyin selikli qişası təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafı düzgün inkişaf etmişdir. Əllədikdə sümükləri tamdırlar. Meyitin bədəni üzərində olan xəsarətlər: Alt çənənin sol səthində iki ədəd köndələn istiqamətdə 0,6x0,1 sm, 0,5x0,1 sm, ondan aşağı 5 ədəd bir-birinə yaxın alt çənənin sağ aşağı səthində 3 ədəd səthi kəsilmiş yaralar və boynun ön orta səthində çəhrayı rəngli bıçağın dəstəyi, tiyəsinin isə boyun daxilinə nüfuz etmiş bıçaq yarası vardır. Bıçağı çıxardıqda bıçağın tiyəsi əyilmişdir. Meyitin bədənində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət izləri tapılmadı. Meyitə baxış zamanı X8 01 ədəd qara rəngli üzərində “miu miu” yazılmış zəncirbəndli ev geyim dəstinin koftası, 01 ədəd üzərinə “miu miu yazılmış qara şalvar, 01 ədəd turuncu rəngli büstqalter, 01 ədəd qara rəngli mayka, 01 cüt qara rəngli qadın corabı, 01 ədəd dəstəyi turuncu rəngli olan mətbəx bıçağı, alın, ənsə, sağ və sol gicgah və təpə nahiyyələrindən tük nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-63/2-19381/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə X11 qətlə yetirməkdə şübhəli bilinən hadisəni törətdikdən sonra könüllü olaraq Ağstafa Rayon Polis Şöbəsinə gələrək törətmiş olduğu cinayət əməlini etiraf etmiş və xx.xx.2024-cü il tarixdə, saat 17:25də təqsirini boynuna almaqla könüllü gəlmə haqqında Protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “müqayisəli tədqiqat üçün qan nümunəsinin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə müqayisəli tədqiqat üçün sonuncudan 01 ədəd 10 (on) qramlıq şprisdə qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “müqayisəli tədqiqat üçün qan nümunəsinin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə müqayisəli tədqiqat üçün sonuncunun sağ və sol ovuc icindən pambıq vasitəsilə yaxma nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə saat 16:00-da baxış keçirilməsi haqqında Protokola əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman əynində olmuş üzəri qana bulanmış ağ rəngli “vodalaska”-nı tulladığı yer müəyyən edilmişdir. Ağstafa rayonu, Vurğun qəsəbəsi ərazisində yerləşən su kanalının yerləşdiyi əraziyə baxış zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman əynində olmuş üzəri qana batmış ağ rəngli “vodalaska”nı atdığı yer Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən “Fam Oil” YDM-a çatmamış hərəkət istiqamətinin sol tərəfində yerləşən “R5” su kanalıdır. Yoldan su kanalının axını istiqamətində arxın içi ilə hərəkət etdikdə 17 metr sonra sol tərəfdə sıx kolluqların olduğu yerdə bir ədəd ağ rəngli uzunqol vodalaskanın kolluğa ilişərək qalması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin vodalaskanın ona məxsus olan cinayət hadisəsini törədən zaman əynində olması bildirmiş, vodalaska xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əşyanın tanınması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilən bıçaq soldan sağa doğru ikinci yerə qoyulmaqla “2” nömrəsi altında qeyd edilmiş, Təqsirləndirilən şəxs təqdim edilən 4 ədəd bıçağı nəzərdən keçirdikdən sonra sağdan ikinci yerdə olan “2” nömrəsi altında qeyd edilmiş bıçağı hadisə vaxtı əlində olmaqla mərhum arvadı X7 boğaz nahiyyəsinə batırdığı mətbəx bıçağı olmasını tanımış və hazırda həmin bıçağı dəstəyinin rənginə, ölçüsünə və materialına görədə eyni bıçaq olmasını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə X13 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 4(015)-47/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə, yəni 22 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin olunmuş Məhkəmə Tibbi Ekspertizası və X20 X32 Ağstafa Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 514№-li məhkəmə- tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa rayon X21 Hüquqi Şəxsindən daxil olmuş 18-1-24/2-824/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan “Vətən müharibəsi” iştirakçısı Təqsirləndirilən şəxs, Ağstafa RMX PHŞ-ə aşağıda göstərilən tarixlərdə müraciət etmişdir: xx.xx.2021-ci il tarixdə Ağstafa RMX PHŞ İSX-ə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Ağstafa RMX PHŞ İSX-ə müraciət etmişdir. “Dəqiqləşdirilməmiş xüsusi müayinə” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə Ağstafa RMX PHŞ həkim-otorinolarinqoloqa müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Ağstafa RMX PHŞ həkim-psixiatra müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Ağstafa RMX PHŞ İSX-ə müraciət etmişdir. “Posttravmatik stress pzontusu” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Ağstafa RMX PHŞ həkim-nevroloqa müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Ağstafa RMX PHŞ həkim-psixoloqa müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Ağstafa RMX PHŞ həkim- psixoloqa müraciət etmişdir. xx.xx.2023-ci il tarixdə Ağstafa RMX PHŞ həkim-nevroloqa müraciət etmişdir. “Dəqiqləşdirilməmiş distoniya” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə Ağstafa RMX PHŞ həkim-nevroloqa müraciət etmişdir. “Gərginlik tipli baş ağrısı” diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə Ağstafa RMX PHŞ həkim-nevroloqa müraciət etmişdir. “Radikulopatiya” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-İN TTTYS-na (103) çağırışı etmişdir. “Dəqiqləşdirilməmiş hipotenziya” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-in həkim-oftomoloqa mürəciət etmişdir. “Buynuz qişada yad cism” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-in TTY bölməsinə müraciət etmişdir. “Dəqiqləşdirilməmiş xroniki qastrit” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü İİ tarixdə Ağstafa RMX PHŞ-İN TTTYS-na (103) çağırışı etmişdir. “Dəqiqləşdirilməmiş hipotenziya” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-in TTY bölməsinə müraciət etmişdir. “Digər spontan pnevmotoraks” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-nin Cərrahiyə şübəsində “Digər spontan pnevmotoraks” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-ə müraciət etmişdir. “Digər spontan pnevmotoraks. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ-ə müraciət etmişdir. “Xroniki respirator çatmamazlıq. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Ağstafa RMX PHŞ həkim-nevroloqa müraciət etmişdir. “Epilepsiya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “müqayisəli tədqiqat üçün qan nümunəsinin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə müqayisəli tədqiqat üçün sonuncudan 01 ədəd 10 (on) qramlıq şprisdə qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-OK-*** qeydiyyat nişanlı avtomobil X18 adına Təqsirləndirilən şəxs icazəsi ilə müqayisəli tədqiqat üçün sonuncudan 01 ədəd 10 (on) qramlıq şprisdə qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya X25 Şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-132/2025 saylı məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. xx.xx.2024-cü il tarixdə xəstəxanadan evə yazılıb. Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, özünəqəsd fikirləri ilə diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 18-1-24/2-113/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan “Vətən müharibəsi” iştirakçısı Təqsirləndirilən şəxs, Ağstafa RMX PHŞ-in Poliklinika şöbəsinin narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. Psixiatr kabinetində “F 43.1 Posttravmatik stress pozuntusu. Travmatik nevroz" diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış protokoluna əlavə edilmiş DVD-R diskdə olan video-görüntülərə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs video-görüntünün öz üzərində əks olunmuş vaxt rejimi ilə xx.xx.2024-cü il tarixdə saat 13:25-də Vaz 2107 markalı, qara rəngli ** OK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yeri hesab olunan Ağstafa şəhəri, Osman Sarıvəlli küçəsində yerləşən X10 məxsus evin qarşısında saxlayaraq darvazadan evə daxil olur. Video-görüntüdən müəyyən edildiyi qədəri ilə Təqsirləndirilən şəxs həmin vaxt mərhum X23 ilə birlikdə evə daxil olur. Bundan sonra Təqsirləndirilən şəxs iki dəfə avtomobili ilə video-görüntüdə müəyyən edilə bilməyən saatda evdən çıxaraq yenidən evə qayıdır. xx.xx.2024-cü il tarixdə saat 16:51-də evin qarşısında saxladığı Vaz 2107 markalı, qara rəngli ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək hadisə yerini tərk edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X23 barəsində təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X20 X32 Ağstafa Rayon Şöbəsinin ‘‘məhkəmə-tibbi ekspertizası”-nın xx.xx.2024-cü il tarixli, 22 №-li rəyindən görünür ki, X4 meyiti üzərində olan xəsarətlər- Alt çənənin sol səthində iki ədəd köndələn istiqamətdə, ondan aşağı beş ədəd bir-birinə yaxın, alt çənənin sağ aşağı səthində 3 ədəd səthi kəsilmiş yaralar və boynun ön orta səthində boyun daxilinə nüfuz etmiş bıçaq yarası, qida borusunun, traxeyanın kəsilmiş yaraları, kəskin qanaxma həyatidirlər, ölümündən azacıq əvvəl kəsilmiş deşilmiş yaralar bıçaqla yaranmışdırlar, boynun ön orta səthində yara həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət vurmaya, digər xəsarətlər isə yüngül dərəcəli bədən zədələrinə aiddirlər. Həmin xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilmişdir və onlar hadisə zamanı üzbəüz olmuşdurlar. X4 ölümünün səbəbi boynun kəsilmiş yarası nəticəsində qida borusunun və traxeyanın kəsilməsindən törənmiş qanaxma olmuşdur. X7 bədəni üzərində zorlamaya xarakterik hər hasnı bir xəsarət aşkar edilmədi. 4534/k saylı kimyəvi aktdan görünür ki, X2 spirtli içki və narkotik maddə qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X20 X30 Təqsirləndirilən şəxs barəsində təqdim olunmuş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 57№-li rəyindən görünür ki, cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Qədimov X3 sonra şəxsiyyət dəyişməsi dəyişməsi XBT (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F62.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Qədimov X3 sonra şəxsiyyət dəyişməsi XBT10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F62.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Onun hal- hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs keçirdiyi fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişməsi XBT 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F62.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişməsi XBT 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F62.0 xəstəliyi aşkar edildiyindən qoyulmuş psixoloji suallara cavab vermək mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına verilmiş xx.xx.2025-cü il tarixli, 63/1-1481/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərhum arvadına xəsarət yetirməsini kənardan heç kəs görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X20 X32 məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 32/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, probil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İkiqat kütlə spektrometriyalı maye xromotoqrafiya metodu ilə Təqsirləndirilən şəxs götürülmüş qan nümunısinin tərkibində ekspert rəyinə əlavə edilən cədvəl-1-də qeyd edilən narkotik və psixotrop maddələr aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik, ballistik və trasoloji ekspertizasının xx.xx.2025-cü il tarixli 3/84; 3/85; 3/86 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs məxsus daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuz izlərinin tədqiqatı aparılmadı. - Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, siyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş üzərilərində “zərərçəkmiş şəxs X7 hadisə zamanı əynində olmuş” və “təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş” yazı qeydləri olan bağlamalaradan aşkar edilmiş geyim əşyalarının səthində trasoloji zədə yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/298 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X14 məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerinə baxış zamanı götürüldüyü qeyd edilən əşyaların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs sağ və sol ovuc içindən pambıqla götürülmüş yaxma nümunlərində kənar lif mikrohissəcikləri yoxdur. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X14 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X14 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerinə baxış zamanı götürüldüyü qeyd edilən əşyaların (qolsuz jilet, yastıq, üzlük (döşək), dəsmal, yataq örtüyü) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin Təqsirləndirilən şəxs İlays oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında hadisə yerinə baxış zamanı götürüldüyü qeyd edilən əşyaların (qolsuz jilet, yastıq, üzlük (döşək), dəsmal, yataq örtüyü tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Vurğun qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayou, Vurğun qəsəbəsində anadan olan, “Vətən müharibə”-si veteranı, “Vətən uğrunda”, Cəsur Döyüşçü", “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Vurğun qəsəbəsində yaşadığı müddətdə müsbət xarakterizə olunub. Yaşadığı dövr ərzində Təqsirləndirilən şəxs haqqında Vurğun qəsəbə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Vurğun qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, “126/g” nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı qızı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik Əməliyyat İdarəsindən alınmış tələbnamədən görünür ki, xx.xx.2025-ci il tarixli Tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 154/2025-TBŞ nömrəli rəyindən görünür ki,

1. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/ll/.

2. X7 ABO sistemi qan qrupu A/ll. (Təqdim olunan onların şəxsiyyət vəsiqəsinin məlumatlarını özündə əks etdirən arayışların kserosurətinə əsasən) Ekspertizaya təqdim olunan 01 ədəd mələfə, yastıq, odeyal, bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, M.R.Qədimovaya məxsus idman şalvarı və koftası, alt mayka, büstqalter, Təqsirləndirilən şəxs məxsus cins şalvar və idman gödəkcəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/ll/ qruplu şəxsə, o cümlədən mərhum X14 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa) Tədqiqata təqdim olunan hamam dəsmalı və vodolazka üzərindəki ləkələrdə qan, hadisə yerindən götürülmüş qadın jilei, Təqsirləndirilən şəxs sağ və sol əl ovucundan pampıq tapmona götürülmüş nümunələrdə, M.Qədimovaya məxsus 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus idman gödəkcəsi üzərindən götürülmüş 05 ədəd tüklər insanın baş tükləridir. Həmin tüklər öz aralarında və M.Qədimovanın başının tük nümunələri ilə müqayisə olundular. Bu zaman əsas morfoloji əlamətlərə görə müqayisə olunan tüklərin 1 ədədi M.Qədimovanın başının tük nümunələri arasında böyük oxşarlıq təşkil edir və ona məxsus ola bilər. Qalan 04 ədədi ilə morfoloji əlamətlərinə görə M.Qədimovanın başının tük nümunlərindən fərqlənir və ona məxsus ola bilməzlər. Təqsirləndirilən şəxs məxsus corab üzərindən götürülmüş 04 ədəd tüklər insanın regional (aşağı ətraf) tükləridir. Regional tük nümunələri təqdim olunmadığı üçün müqayisə aparılmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-3592 və İ-3835 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş naziri tərəfindən verilmiş İ-60536-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250 S nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan X9 İctimai Birliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş №81701-li vəsiqəyə əsasən o, X9 İctimai Birliyinin üzvüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X22 Şəxsin “kompleks stasionar məhkəmə psixiatrik və psixioloji ekspertizası”-mn xx.xx.2025-ci il tarixli, 36№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi”-dən əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkarlanan Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi cinayət hadisəsini törətdiyi dpvrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdəə dərk etmək və onları tam həcmdə idaə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinauət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliyi" formasında psixi pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs hal- hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlalan “Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliliyi” cinayət hadisəsini törədtiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Aəzrbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qitidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliliyinin gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi nəzərə alınaraq “onun daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi Fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişikliliyinin gedişində hal-hazırda kompensasiya vəziyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyən edərkən idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dalğınlıq, dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə ilişkənlik, emosional fonda proqnozlaşdırmasının zəifləməsi, psixi-emosional vəziyyətində əhvalının dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslıq, astenik əlamətlər-həvəssizlik, tez yorulma, şəxsi keyfiyyətlərində dəyişkənlik- kobudluq, dava-dalaşa və konfliktə meyllilik, inadkarlıq, eqosentrizm, höcətlilik, nümayişkaranəlik, emosional-iradi sferasında- xarici qıcıqlara qarşı həssaslıq, çılğınlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, impulsiv hərəkətlərə meyllilik aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində qıcığa qarşı həssaslıq, impulsivlik yaranmış, həmin halın yaranması onda müəyən edilən şəxsiyyət dəyişikliliyi ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Həmçinin iş materiallarında olan barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 4(015)-47/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə, dair müstəntiqin vəsatətinə münasibət bildirərək ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini göstərmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Təqsirləndirilən şəxs Mədinə Qədimovanı qəsdən həyatdan məhrum etmək məqsədilə boğması, daha sonra da xüsusi qəddarlıq nümayiş etdirərək ardıcıl olaraq 10 dəfə bıçaq zərbəsi vurması və sonuncu zərbəni vurduqdan sonra bıçağı zərərçəkmişin boğazına sancaraq saxlamışdır. Təqsirləndirilən şəxs zərərçəkmişi müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək öldürməsi yalnız ona vurduğu bıçaq xəsarətlərinin çoxluğu ilə deyil, eləcə də zərərçəkmişi həyatdan məhrum etmə məqamında sonuncunu boğması, bıçaq götürərək ardıcıl və çoxsaylı xəsarətlər yetirməsində ölümü xüsusi qəddarlıq nümayiş etdirərək yekunlaşmasında ifadə olunur. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istontaqı zamanı ilkin olaraq hadisəni xatırlamadığını bildirməsinə baxmayaraq, sonuncu ifadəsində hadisəni xatırlasa da zərərçəkmişə xəsarət yetirməsini xatırlamadığını bildirmişdir. Belə olan halda onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə əsas ifadə olaraq qəbul edilməli və əsas götürülməlidir. Əməlin xüsusi amansızlıqla törədilmiş cinayət olmasını həm Təqsirləndirilən şəxs ifadəsi həm də məhkəmə istintaqı zamanı toplanmış sənədlər sübut edir. Belə ki, Təqsirləndirilən şəxs aralarında yaranmış sözlü münaqişə zamanı mərhum arvadını yerə yıxaraq hər iki əliylə 5 dəqiqə fasiləsiz olaraq boğazını sıxmış, daha sonra mətbəxdən bıçaq götürməklə xüsusi qəddarlıq nümayiş etdirərək sonuncunun boğaz nahiyəsinə ardıcıl olaraq 10 zərbə vurmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən xüsusi amansızlıq göstərərək zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, “X26” müharibəsində göstərdiyi şücaətə görə medallarla təltif edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 209 (iki yüz doqquz) manat manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 289 (iki yüz səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə zamanı X5 meyitə baxış zamanı götürülmüş hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli üzərində “miu miu” yazılmış zəncirbəndli ev geyim dəstinin koftası, 01 ədəd üzərinə “miu miu yazılmış qara şalvar, 01 ədəd turuncu rəngli büstqalter, 01 ədəd qara rəngli mayka, 01 cüt qara rəngli qadın corabı, 01 ədəd dəstəyi turuncu rəngli olan mətbəx bıçağı, alın, ənsə, sağ və sol gicgah və təpə nahiyyələrindən götürülmüş tük nümunələri, sağ və sol əl barmaq izləri, hadisə yerinə baxış zamanı ağ-boz rəngli işləmələr olan odeyal, göy rəngli döşək üzlüyü, hamam otağından 01 ədəd dəsmalı, 01 ədəd tünd göy rəngli qadın jileti, 01 ədəd üzərində qanabənzər ləkələr olan mavi rəngli yastıq, meyitin olduğu otaqda yerdə olan qatılaşmış qanabənzər mayedən nümunə zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qara corab, 01 ədəd ağ rəngli zamoklu idman gödəkçəsi, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ rəngli vodalaska, Təqsirləndirilən şəxs sağ və sol əlinin ovuc içindən pambıq vasitəsilə götürülmüş yaxma nümunəsi, sağ və sol əl barmaq izləri, hər iki əlin ovuc izləri X19 yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. X15 evindən Təqsirləndirilən şəxs mərhum Mədinə Qədimovanın qaldığı Ağstafa şəhəri O.Sarıvəlli küçəsində yerləşən fərdi yaşayış evinə gəlməsini əks etdirən video-görüntülər cinayət işinin materiallarınsa saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 dekabr 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 209 (iki yüz doqquz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 289 (iki yüz səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə zamanı X5 meyitə baxış zamanı götürülmüş hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli üzərində “miu miu” yazılmış zəncirbəndli ev geyim dəstinin koftası, 01 ədəd üzərinə “miu miu yazılmış qara şalvar, 01 ədəd turuncu rəngli büstqalter, 01 ədəd qara rəngli mayka, 01 cüt qara rəngli qadın corabı, 01 ədəd dəstəyi turuncu rəngli olan mətbəx bıçağı, alın, ənsə, sağ və sol gicgah və təpə nahiyyələrindən götürülmüş tük nümunələri, sağ və sol əl barmaq izləri, hadisə yerinə baxış zamanı ağ-boz rəngli işləmələr olan odeyal, göy rəngli döşək üzlüyü, hamam otağından 01 ədəd dəsmalı, 01 ədəd tünd göy rəngli qadın jileti, 01 ədəd üzərində qanabənzər ləkələr olan mavi rəngli yastıq, meyitin olduğu otaqda yerdə olan qatılaşmış qanabənzər mayedən nümunə zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın, götürülmədikdə məhv edilsin. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qara corab, 01 ədəd ağ rəngli zamoklu idman gödəkçəsi, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd ağ rəngli vodalaska, Təqsirləndirilən şəxs sağ və sol əlinin ovuc içindən pambıq vasitəsilə götürülmüş yaxma nümunəsi, sağ və sol əl barmaq izləri, hər iki əlin ovuc izləri X19 yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. X15 evindən Təqsirləndirilən şəxs mərhum Mədinə Qədimovanın qaldığı Ağstafa şəhəri O.Sarıvəlli küçəsində yerləşən fərdi yaşayış evinə gəlməsini əks etdirən videogörüntülər cinayət işinin materiallarınsa saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar