Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-416/2022 11.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1996-cı il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı X6 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, uzun müddətdir başqa şəxslərlə münasibətdə olmasından şübhələndiyi bacısı X4 mobil telefonuna daxil olan zəng və ismarıcları izləmək qərarına gələrək 14 iyul 2022-ci il tarixdə saat 08:00 radələrində Leyla Mustafayevanın işdə olmasından istifadə edərək yaşadığı ünvan 3 ünvanında yerləşən evdə sonuncuya məxsus mobil telefonu ələ keçirib incələyən zaman bacısının telefonuna quraşdırılmış “Whatsapp” sosial şəbəkəsində olan hesabına Rusiya Federasiyasının mobil operator şəbəkələrindən birində qeydiyyata alınmış, istintaqa məlum olmayan mobil nömrədən mütəmadi olaraq intim məzmunlu ismarıclar göndərildiyini və müxtəlif tarixlərdə adını bilmədiyi şəxslə intim mövzularda yazışdığını aşkarladığından, Leyla Mustafayevanın əxlaqsızlıq etməsi, bununla da ailəsinin namusuna xələl gətirməsi səbəbindən bacısını qəsdən öldürmək qərarına gəlib Tərtər şəhərində yerləşən mərkəzi bazara yollanaraq orada yerləşən dükandan bıçaq aldıqdan sonra özünə məxsus “VAZ-21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun işlədiyi çörək sexinə gedərək Leyla Mustafayevanı guya azyaşlı övladları xəstələndiyi üçün həkim nəzarətində olduqlarına görə təcili şəkildə onunla getməli olduğunu bildirib avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra avtomobili Tərtər-Şıxarx yolu ilə Şıxarx qəsəbəsi istiqamətində idarə edərkən Leyla Mustafayevaya telefonunda aşkarladığı intim məzmunları ismarıclara aydınlıq gətirməsini bildirdikdə sonuncu ismarıcları göndərən şəxsi tanıması və şəxsi həyatına müdaxilə etmək ixtiyarının olmaması ilə bağlı saymazyana ifadələrlə onunla mübahisə etməyə başladığı üçün avtomobili hərəkətdə olduqları yolun 2-ci kilometrliyində saxlayıb Leyla Mustafayevanı yolun kənarındakı su boru xəttinin yaxınlığına apararaq sonuncunun yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüququnu pozub əvvəlcədən avtomobilin saxlanc yerindən götürüb üzərində gizlətdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Leyla Mustafayevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək yuxu arteriyasının, vidaçi venanın, traxeyanın kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası, sol qoltuq nahiyəsinin ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid, döş boşluğuna keçməyən 2 ədəd, sağ kürəkaltı nahiyədə qarın boşluğuna keçməyən 3 ədəd, sol döş vəzinin 1 ədəd, göbək nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sol bazu, sol əl, sol əlin İ barmağı, sol əlin V barmağı nahiyələrinin kəsilmiş yaraları dərəcələrinə görə canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə sonuncunu hadisənin baş verdiyi yerdə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək fərdi əməklə məşğul olmuşdur. X3 onun böyük bacısıdır, Leyla 2020-ci ilin sonlarından etibarən onlarla birlikdə yaşamışdır. 14 iyul 2022-ci il tarixdə təxminən 10:00 radələrində yaşadıqları evdə səhər yeməyi yedikdən sonra evdə istirahət etmiş, həmin vaxt evdə ondan başqa anası Tamaşa, bacısı Arzu və Leylanın azyaşlı uşaqları Aysu və Ayxan olmuşdur. Leyla hər gün olduğu kimi səhər saatlarında işə getmiş, ancaq mobil telefonunu evdə qoymuşdur. Yemək yedikdən sonra Ayxan anasının mobil telefonunda oyun oynamışdır. Bir qədər sonra Leylanın mobil telefonuna tez-tez ismarıclar gəldiyini, ardınca Ayxanın oyunu saxlayıb evin digər otağa keçərək kiminləsə telefonda danışmağa başladığını eşitmişdir. Bundan şübhələndiyi üçün qəflətən Ayxanın telefonla danışdığı otağa daxil olub kiminlə danışdığını soruşmuş, Leylanın telefonunu Ayxanın əlindən alıb baxmış və şifrəsini öyrənmişdir. Bu zaman Leylanın telefonunda quraşdırılmış “Whatsapp” sosial şəbəkəsi vasitəsilə “Bahar sinif yoldaşı” adlı profildən intim məzmunlu ismarıclar göndərildiyini görmüşdür. İsmarıcları açıb oxuduqda onların xoşagəlməz məzmunda olduğunu və kişi cinsli şəxs tərəfindən göndərildiyini başa düşmüşdür. Bundan sonra oxuduğu xoşagəlməz məzmunlu ismarıclardan əsəbiləşərək onları anası Tamaşaya və digər bacısı Arzuya göstərmişdir. İsmarıcları göstərən zaman orada onlardan başqa Ayxan olmuş, Ayxanın bacısı Aysu isə həmin vaxt digər otaqda yatmışdır. Anası və bacısı ona Leyla axşam işdən evə qayıdan zaman söhbət edib məsələni aydınlaşdırmağı təklif etmiş, onlarla razılaşdığını desə də, həmin vaxt artıq Leylanı öldürmək qərarına gəlmişdir. Məqsədini reallaşdırmaq üçün Leylanın işlədiyi çörək sexində nahar fasiləsini gözləmişdir. Saat 12:00 radələrində Leylanın iş yerinə gedərək bacısına övladının xəstələndiyini və təcili evə gəlməsi lazım olduğunu demişdir. Daha sonra Leyla ona məxsus “VAZ-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşərək evə getməyə razılaşmışdır. Tərtər-Şıxarx yolunun Şıxarx qəsəbəsindən keçən 2-ci kilometrliyində avtomobildə olarkən əvvəlcədən Leylanın mobil telefonundan öz mobil telefonuna köçürdüyü fotoşəkilləri bacısına göstərərək ondan şəkildəki kişi cinsli şəxsin kim olduğunu soruşmuş, bu zaman Leyla həmin şəxsi tanıdığını, lakin mobil telefonunu nə üçün qurdaladığını soruşmuşdur. Həmin vaxt o, Leylanın bu sözlərinə daha da qəzəblənib həmin gün səhər saatlarında Tərtər rayonunda yerləşən mərkəzi bazardakı mağazaların birindən alıb avtomobilində saxladığı bıçaqla Leylanı öldürmək qərarına gəlmişdir. Bundan sonra avtomobili yolun kənarında saxlamış və bacısını avtomobildən düşürüb yolun kənarından keçən su boru xəttinin yaxınlığına apararaq orada bir neçə bıçaq zərbəsi endirməklə qətlə yetirmişdir. Ardınca yaşadığı evə gedərək paltarlarını dəyişib könüllü şəkildə Tərtər rayon prokurorluğuna yollanmış və törətdiyi cinayət əməlini etiraf edərək təqsirini boynuna almışdır. Həmçinin o, əlavə olaraq 2020-ci ilin xatırlamadığı günündə bacısı Leylanı Şıxarx qəsəbəsində tanımadığı şəxsə məxsus avtomobildə gördüyünü, buna çox qəzəblənsə də, Leylanın etdiklərini görməzdən gələrək bağışladığını bildirmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində Leylanın mobil telefonuna tanımadığı şəxs tərəfindən göndərilmiş intim məzmunlu ismarıcları anası Tamaşa və bacısı Arzuya göstərdikdən sonra onların fotoşəklini çəkib öz mobil telefonuna köçürdüyünü, Leylanın mobil telefonundan hər şeyi sildiyini, hadisəni törətdikdən sonra evə qayıdarkən yolda başqa şəxslərin əlinə keçməməsi üçün özünün mobil telefonundan həmin fotoşəkilləri və Leylanın mobil telefonundan götürdüyü bütün intim məzmunlu ismarıc və “skrinşot”ları sildiyini, hadisədən sonra paltarlarını dəyişmək üçün evə getdikdə mobil telefonunu evdə qoyduğunu, Leylanı öldürdükdən sonra bıçağı hadisə yerinin yaxınlığındakı otluq sahəyə atdığını, hadisənin təxminən 4-5 dəqiqə ərzində davam edib başa çatdığını, hadisə zamanı orada özündən və Leyladan başqa heç kimin olmadığını, hadisəni heç kimin görmədiyini, bacısı Leylanı bıçaqla vurub öldürməsinə səbəbin ailələrinin namusuna xələl gətirən əxlaqsız hərəkətləri olduğunu, Leylanın mobil telefonunda intim məzmunlu ismarıclar aşkarlayandan sonra Leylanı öldürmək qərarına gəldiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs Leylanı öldürdükdən sonra bıçağı hadisə yerinin yaxınlığındakı otluq əraziyə atdığını, həmin bıçağın dəstəyi sarı rəngli, qatlanmayan tipli, ümumi uzunluğu təxminən 25-30 santimetr olan məişət bıçağı olduğunu və xarici görünüşündən tanıya biləcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X9 ifadəsində göstərmişdir ki, Tərtər rayonu ərazisində fərdi əməklə məşğul olaraq özünün və ailəsinin maddi ehtiyaclarını ödəyir. Təqsirləndirilən şəxs onun qardaşı, X3 isə bacısıdır. Aqil sakit təbiətli, mehriban, tərbiyəli, hamı ilə yola gedən biri olmuş, heç kimlə ciddi problemi, ədavəti olmamış, qohumlar arasında müsbət biri kimi xarakterizə olunmuş, heç bir mənfi vərdişləri olmamışdır. Aqil və Leyla arasında 2020-ci ildə problem olsa da, ümumilikdə münasibətləri yaxşı olmuşdur. 14 iyul saat 11:46-da qardaşı Aqilin istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək nahar etməsi üçün onu əvəzləməsini xahiş etmiş, qısa müddət sonra Aqil ona dönər alıb gətirmişdir. Həmin gün saat 13:30 radələrində Tərtər şəhəri H.Əliyev prospektində yerləşən bazarda olarkən Aqilin Leylanı öldürdüyünü eşidib dərhal Tərtər-Şıxarx avtomobil yolunun Şıxarx qəsəbəsindən keçən hissəsinə getmişdir. Hadisə yerinə çatanda artıq Leylanın cəsədinin yolun kənarında olduğunu görmüşdür. Aqilin ailələrinin namusuna xələl gətirdiyi üçün Leylanı öldürdüyünü hesab etmişdir. Çünki Aqil 2020-ci ilin dəqiq xatırlamadığı günündə Leylanı Tərtər rayonu Şıxarx qəsəbəsində tanımadıqları şəxsin avtomobilində görərkən çox qəzəblənmiş, lakin anası X15 bağışlamasını istədiyi üçün Aqil Leylanın etdiklərini görməzdən gəlmişdir.Zərərçəkmiş şəxsin hüquqi varisi Zabil Mustafayev həmçinin ifadəsində Aqilin 14 iyul 2022-ci il tarixdə Leylanı öldürəcəyi barədə ona əvvəlcədən məlumat vermədiyini, Leylanın ailələrinin namusuna xələl gətirməsi səbəbindən Aqil tərəfindən öldürüldüyünü, Leylanın kənar şəxslərlə hər hansı münasibətinin olub-olmaması barədə heç bir məlumatı, həmçinin heç bir şikayət və tələbi olmadığını bildirmiş, ona azadlıqdan məhrumetmə ilə əlaqədar cəza verilməsini məhmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, atası Mübariz anası Leyla ilə kobud rəftar etdiyindən, demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gələrək dava-dalaş yaratdığından onlar 2017-ci ildə boşanmışlar. Atası həmişə anasına qarşı ifrat dərəcədə kobud olmuş, hətta onların yanında anasını döyməkdən çəkinməmişdir. Anaları isə həmişə onlarla yaxşı davranmış, onlar üçün əlindən gələni etmişdir. Atalarından çox qorxduqların üçün hər hansı söz deməkdən çəkinmiş, valideynləri boşanmazdan əvvəl də, sonra da heç vaxt atası ilə münasibəti yaxşı olmamış, lakin anası ilə çox yaxşı olmuşdur. Valideynlərinin boşanmasından sonra anası Leyla və qardaşı Ayxanla birlikdə babasıgildə babası Sabir, nənəsi Tamaşa və dayısı Aqillə birlikdə yaşamağa başlamışlar. 14 iyul 2022-ci il tarixdə saat 10:00 radələrində yuxudan oyanıb səhər yeməyini yedikdən sonra anası Leylanın mobil telefonunu götürüb oyun oynamağa başlamışdır. Anası işə gedəndə əksər vaxt telefonu evdə qoymuşdur. O, oyun oynayan zaman anasının telefonuna tez-tez ismarıclar gəlməsindən bezmiş. Buna görə də oyunu saxlayıb ismarıcların kim tərəfindən göndərildiyinə baxmaq istəmişdir. Həmin vaxt ismarıcların “Whatsapp” sosial şəbəkəsi vasitəsilə “Bahar sinif yoldaşı” adlı profildən göndərildiyini görmüşdür. İsmarıcları açıb oxuduqda onların xoşagəlməz məzmunda olduğunu gördüyü üçün digər otağa keçib həmin profilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng etmişdir. Zəngi cavablayan şəxsin səsindən kişi cinsli olmasını müəyyən edib yüksək səslə kim olduğunu və nə üçün belə ismarıclar yazdığını soruşmuşdur. Lakin həmin şəxs heç nə demədən telefon zəngini sonlandırmışdır. Bundan sonra dayısı Aqil qəflətən otağa daxil olub kim ilə danışdığını soruşmuş, əlavə heç nə demədən anasının telefonunu əlindən alıb baxmış və telefonun şifrəsini öyrənmişdir. Dayısı telefonda oxuduğu xoşagəlməz məzmunlu ismarıclardan əsəbiləşərək xalası Arzu və nənəsi Tamaşa ilə nə isə barəsində əsəbi şəkildə söhbət etməyə başlamışdır. Həmin vaxt nənəsi və xalası dayısı Aqili sakitləşdirməyə çalışmışlar. Təqribən yarım saat sonra dayısı Aqil çayxanaya gedəcəyini deyərək evdən çıxmışdır. Anası Leyla çörək sexində işlədiyi üçün hər gün saat 08:00 radələrində işə getmiş, hadisə baş verən gün də yuxudan oyanan zaman anası evdə olmamışdır. Bu səbəbdən həmin gün anasını görə bilməmiş, hazırlaşıb digər dayısı Zabilgilə getməyi planlaşdırmışdır. Dayısı Aqil evdən çıxdıqdan qısa müddət sonra o, qardaşı Ayxanla birlikdə Zabilgilə getmişdir. Həmin gün dəqiq yadında qalmasa da, günorta saatlarında qardaşı ilə birlikdə dayısıgildə olarkən anası Leyla və dayısı Aqil arasında mübahisə yarandığından dayısının anasını bıçaqla yaraladığını və könüllü şəkildə təslim olduğunu eşitmişdir. Qısa müddət sonra onlar anasının öldüyünü öyrənmiş, meyit babasıgilin həyətinə gətirildikdən təxminən yarım saat sonra son dəfə anasını görmək üçün onları da babasıgilə aparmışlar. Baş vermiş hadisə ilə bağlı detallı şəkildə məlumat verilmədiyindən o, işin əslini və hadisənin baş vermə səbəbini dəqiq bilməmişdir.Şahid1 həmçinin ifadəsində dayısı Aqilin 14 iyul 2022-ci il tarixdə anası Leylanı öldürəcəyi barədə onlara əvvəlcədən məlumat vermədiyini, anası ilə dayısının münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında hər hansı ciddi problem yaşanmadığını, anası Leylanın kənar şəxslərlə hər hansı münasibətinin olub-olmaması barədə heç bir məlumatı olmadığını, anasının mobil telefonunda gördüyü xoşagəlməz ismarıcların məzmununu xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun oğlu, X3 isə qızıdır. Aqil və Leyla sakit təbiətli, mehriban, tərbiyəli, hamı ilə yola gedən şəxslər olmuş, heç kimlə ciddi problemləri, ədavətləri olmamış, qohumlar arasında müsbət xarakterizə olunmuş, heç bir mənfi vərdişləri olmamışdır. 14 iyul 2022-ci il tarixdə saat 06:00 radələrində Leyla işlədiyi çörək sexinə getmək üçün evdən çıxmışdır. Leyla işə gedərkən adətən mobil telefonunu evdə saxlamışdı. Həmin vaxt evdə əri Sabir, digər qızı Arzu, oğlu Aqil, nəvələri Aysu və Ayxan olmuşlar. Həmin gün saat 10:00 radələrində nəvəsi Ayxan yuxudan oyanıb səhər yeməyini yedikdən sonra Leylanın mobil telefonunu götürüb oyun oynamağa başlamışdır. Bir qədər sonra Ayxan evin digər otağına keçib kiminləsə telefonda danışmış və bildiyi qədəri ilə kişi cinsli şəxsdən kim olduğunu və nə üçün ismarıclar yazdığını soruşmuşdur. Bundan sonra Aqil qəflətən otağa daxil olub Leylanın telefonunu Ayxanın əlindən alıb baxmış və telefonun şifrəsini soruşmuşdur. Aqil “Bahar sinif yoldaşı” adı ilə qeyd edilən profildən Leylanın telefonuna intim məzmunlu ismarıclar gəldiyini demiş və həmin ismarıcları göstərmişdir. Aqil telefona göndərilən ismarıcları onlara göstərib xoşagəlməz məzmunda olduğunu bildirmişdir. Lakin həmin ismarıcların konkret məzmunu yadında qalmamışdır. Bundan sonra o və Arzu həddindən çox əsəbiləşən Aqili sakitləşdirmişlər. Daha sonra səhər yeməyi yemişlər. Qısa müddət sonra Aqil yaşadıqları evdən çıxmış, təxminən 1 saat sonra geri qayıtsa da, saat 12:00 radələrində yenidən evdən çıxıb getmiş, ancaq haraya getdiyi barədə heç bir məlumat verməmişdir. O, evin digər otağında olarkən Aqilin evə gələrək paltarını dəyişib yenidən getdiyini öyrənmiş, əri Sabirdən Aqilin haraya getdiyini soruşmuş, bu zaman əri Aqilin ailələrinin namusuna xələl gətirdiyi üçün Leylanı öldürdüyünü dediyini və təslim olmaq üçün getdiyini demişdir. Leylanın öldüyünü eşitdikdən sonra özünü yaxşı hiss etmədiyi üçün bundan sonra olanları xatırlamamışdır. Leylanın ölümü ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. Şahid2 həmçinin ifadəsində oğlu Aqilin 14 iyul 2022-ci il tarixdə qızı Leylanı öldürəcəyi barədə ona əvvəlcədən məlumat vermədiyini, Aqilin 2020-ci ilin dəqiq xatırlamadığı günündə Leylanı Tərtər rayonu Şıxarx qəsəbəsində tanımadıqları şəxsin avtomobilində görərkən çox qəzəbləndiyini, lakin onun xahişi ilə Leylanın etdiklərini görməzdən gəldiyini, bundan başqa Aqil ilə Leyla arasında hər hansı ciddi problem yaşanmadığını, Leylanın kənar şəxslərlə hər hansı münasibətinin olub-olmaması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X1 bacısıdır. Əvvəllər nə qardaşım Aqil, nə də Leyla ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Aqil çox sakit, mehriban, ünsiyyətcil, zarafatcıl, böyük-kiçik yeri bilən biridir. 09 iyul 2022-ci il tarixdə əri Rais onu və azyaşlı uşaqları Mais və Simanı təxminən 1 həftə istirahət etmək məqsədilə yaşadıqları Bakı şəhərindən qayınatasıgilin yaşadığı Bərdə rayonu Gərənə kəndində yerləşən evə gətirmiş və işləri ilə əlaqədar özü Bakı şəhərinə qayıtmışdır. 09 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək Bərdə rayonu Gərənə kəndində qalıb istirahət etsələr də, valideynlərinə, eləcə də qardaşbacısına baş çəkmək qərarına gəlmişdir. Bu məqsədlə Aqil ilə mobil telefon əlaqəsi saxlayaraq onu və uşaqlarını avtomobillə gəlib Tərtər şəhərinə aparmasını xahiş etmişdir. Aqil 13 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində gəlib onları Tərtər şəhərində yaşadıqları evə aparmışdır. Həmin vaxt evdə atası Sabir, anası Tamaşa, bacısı Leyla və Leylanın azyaşlı uşaqları Aysu və Ayxan olmuşlar. Həmin gün uşaqları ilə birgə atasıgilin evində gecələmiş. Ertəsi gün saat 06:00 radələrində Leyla işlədiyi çörək sexinə getmək üçün evdən çıxmışdır. Leyla işə getsə də, adətən mobil telefonunu övladlarının oyun oynayaraq başlarının qarışması üçün evdə saxlamışdır. Saat 08:00 radələrində Leylanın oğlu Ayxan Leylanın mobil telefonu ilə oyun oynayarkən telefona gələn mesajdan şübhələnən Aqil telefonu Ayxanın əlindən alıb ismarıcları oxumuş və Leylaya xoşagəlməz, intim məzmunlu ismarıclar gəldiyini demişdir. Aqil oxuduqları barədə onlara danışanda onlar Aqili sakitləşdirmiş, daha sonra səhər yeməyi yemək üçün mətbəxə daxil olmuşlar. Qısa müddət sonra, yəni saat 12:00 radələrində Aqil haraya gedəcəyini demədən evdən çıxıb təxminən 1 saat sonra geri qayıtsa da, haradan gəlməsi barədə onlara heç bir məlumat verməmişdir. O, evin digər otağında olarkən Aqilin paltarını dəyişib yenidən getdiyini öyrənmişdir. Anası bu barədə atasından soruşduqda, atası Aqilin Leylanı ailələrinin namusuna xələl gətirdiyi üçün öldürdüyünü və cinayət törətməsi barədə məlumat vermək üçün könüllü şəkildə Tərtər rayon polis şöbəsinə getdiyini demişdir. Leylanın öldüyünü eşitdəndən sonra özünü yaxşı hiss etmədiyindən həmin andan sonra olanları xatırlamamışdır. Leylanın ölümü ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur.Şahid3 həmçinin ifadəsində qardaşı Aqilin 14 iyul 2022-ci il tarixdə bacısı Leylanı öldürəcəyi barədə onlara əvvəlcədən məlumat vermədiyini, Aqil ilə Leylanın münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında hər hansı ciddi problem yaşanmadığını, Leylanın kənar şəxslərlə hər hansı münasibətinin olub-olmaması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Tərtər rayonu ərazisində fərdi əməklə məşğul olaraq özünün və ailəsinin maddi ehtiyaclarını ödəyir. Təqsirləndirilən şəxs onun oğlu, X3 isə qızıdır. Aqil və Leyla sakit təbiətli, mehriban, tərbiyəli, hamı ilə yola gedən şəxslər olmuş, heç kimlə ciddi problemləri, ədavətləri olmamış, qohumlar arasında müsbət xarakterizə olunmuş, heç bir mənfi vərdişləri olmamışdır. 14 iyul 2022-ci il tarixdə saat 07:00 radələrində fərdi əməklə məşğul olmaq üçün yaşadığı evdən çıxarkən arvadı Tamaşa, qızı Arzu, oğlu Aqil, nəvələri Aysu və Ayxan evdə olmuşlar. Həmin gün saat 12:00 radələrində evə qayıtdıqdan təxminən yarım saat sonra oğlu Aqil üst geyimləri qana bulaşmış halda evə daxil olaraq Leylanı ailələrinin namusuna xələl gətirdiyinə görə qətlə yetirdiyini demişdir. Leylanın ölümü ilə bağlı Aqilə ətraflı suallar verməyə çalışsalar da, Aqil heç nə soruşmamalarını istəmiş, daha sonra qanlı paltarları dəyişib saat 13:00 radələrində könüllü şəkildə təslim olacağını bildirərək çıxıb getmişdir.Şahid4 həmçinin ifadəsində oğlu Aqilin 14 iyul 2022-ci il tarixdə qızı Leylanı öldürəcəyi barədə ona əvvəlcədən məlumat vermədiyini, Aqil ilə Leylanın münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında hər hansı ciddi problem yaşanmadığını, 2020-ci ildə Aqil və Leyla arasında yaşanmış problem barədə məlumatsız olduğunu, Leylanın kənar şəxslərlə hər hansı münasibətinin olub-olmaması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 oğlunun ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X3nı əvvəllər tanımamışdır. Buna görə də həmin şəxslərlə əvvəllər arasında heç bir münasibət olmamışdır. Təxminən 4-5 il əvvəl icarəyə götürdüyü Tərtər şəhəri H.Əliyev prospektində yerləşən mərkəzi bazardakı dükanda müxtəlif məişət əşyalarının, təsərrüfat mallarının pərakəndə satışını həyata keçirməklə ailəsini dolandırır. 14 iyul 2022-ci tarixdə səhər saatlarında tanımadığı bir nəfər şəxs dükana gələrək piştaxtanın üzərinə düzülmüş müxtəlif ölçülü mətbəx bıçaqlarını nəzərdən keçirmiş və dəstəyi sarı rəngdə olan bıçaqlardan birini alaraq çıxıb getmişdir. Hər gün işlətdiyi dükana müxtəlif müştərilər gələrək bıçaq aldıqları üçün həmin şəxsin üzü və paltarı yadında qalmamışdır. Bıçaq alan həmin şəxsi əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Həmçinin Şahid5 ifadəsində böyük ehtimal ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı onun işlətdiyi dükandan aldığını, çünki həmin gün səhər saatlarında tanımadığım şəxsə mətbəx bıçağı satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında” qərardan görünür ki, həmin cinayət işi 14 iyul 2022-ci il tarixdə X4 öldürülməsi faktına görə Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri Əli Qurbanov tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə başlanmış və ibtidai istintaqın aparılması Tərtər rayon prokurorluğunun müstəntiqi Süleyman Həsənova tapşırılmışdır. Cinayət işinin başlanmasına səbəb 14 iyul 2022-ci il tarixdə saat 13:00 radələrində Tərtər- Şıxarx avtomobil yolunun Şıxarx qəsəbəsindən keçən hissəsində yolun kənarında 1982-ci il təvəllüdlü bir nəfər qadın cinsli şəxsə məxsus meyitin aşkar edilməsi barədə Tərtər rayon polis şöbəsindən daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tərtər-Şıxarx avtomobil yolunun Şıxarx qəsəbəsindən keçən 2-ci kilometrliyində yolun kənarıdır. Həmin yerdən keçən su boru xəttinin yaxınlığında kürəyi üstə uzanmış, boğazı kəsilmiş vəziyyətdə X4 meyiti aşkar edilmişdir. Meyitin əynində üzərlərində qanabənzər ləkələr olan, bel nahiyəsində “Fashion” sözü yazılmış qara rəngli şalvar, üzərində naxışları olan sarımtıl rəngli qısaqol köynək, göy rəngli corablar, ayağında isə üst hissəsi qəhvəyi-bənövşəyi rəngli, yaşıl rənglə “4922-42” yazısı yazılmış başmaqlar vardır. Hadisə yerindən dəstəyi sarı rəngdə olan 01 ədəd bıçaq və qanabənzər ləkələr hopdurulmuş 02 ədəd pambıq tampon müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 13:50-də Tərtər rayon prokurorluğuna gələrək bacısı X6 ailələrinin namusuna xələl gətirən hərəkətlərə yol verdiyi üçün öldürdüyünü və könüllü olaraq təslim olmaq üçün şəxsi iradəsi və heç təsir və ya təzyiq altında olmadan rayon prokurorluğuna gəldiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X4 meyitinə baxış keçirilməsi haqqında 14 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində boyun nahiyəsinin ön səthində 14,5x4,8 sm, sağ döş vəzinin ön səthində 1,8x1,2 sm, göbək nahiyəsinin sol yan səthində - göbəkdən 5,0 sm sola 4,0x1,5 sm, sol qoltuq nahiyəsinin yuxarı səthində 3,0x1,0 sm, sol qoltuq nahiyəsinin orta səthində 2 ədəd 4,0x1,0 sm, 2,5x1,0 sm, sol qoltuq nahiyəsinin aşağı səthində 2,0x1,0 sm, sağ kürəkaltı nahiyədə 4 ədəd ən böyüyü 3,5x0,5 sm, ən kiçiyi 1,5x1,2 sm qeyri-müəyyən və xətt şəkilli formalarda, kənarları hamar, qansızmalı, uclarından biri iti, digəri küt olan yaralar vardır. Həmçinin sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthində 13,0x5,0 sm, sol əl nahiyəsinin ovuc səthində İ- İİ əl darağı səviyyəsində 6,0x1,0 sm, sol əlin İ barmağının bayır səthində 3,5x0,3 sm, V barmağın uc falanqasının ön-bayır səthində 4,0x0,3 sm ölçülərdə, qeyri-müəyyən və xətt şəkilli formalarda, kənarları hamar, qansızmalı, ucları iti yara xəsarətləri aşkar edilmişdir. Baxış zamanı meyitin əynindən çıxarılmış 01 ədəd açıq qəhvəyi rəngli köynək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd mavi rəngli trusik, 01 cüt mavi rəngli corab və 01 cüt başmaq müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 15 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli köynəyi təqdim etmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı şalvarın və köynəyin üzərində heç bir qanabənzər ləkə, zədə və ya zədə izi aşkar edilməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 4(061)-30/2022 saylı Tərtər rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Tərtər rayon mərkəzi xəstəxanası” X16 20 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Tərtər RMX PHŞ-nin poliklinika şöbəsində dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 iyul 2022-ci il tarixli 2377 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2nvanında ailə üzvləri ilə birgə yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin lifli materialların tədqiqi ekspertizasının 01 avqust 2022-ci il tarixli 6/4020 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik-trasoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 3/1028, 3/1029 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş X7 məxsus qısaqol köynəyin, maykanın, büstqalterin səthində zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş qısaqol köynəyin, maykanın, büstqalterin səthində olan zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər aşkar edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin, maykanın, büstqalterin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş X7 məxsus idman şalvarının, bir cüt tumanın, bir cüt corabın, bir cüt başmağın, Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin, şalvarın səthində zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X16 Bərdə rayonlararası ekspertiza şöbəsinin 05 avqust 2022-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-bioloji, məhkəmə-kimyəvi, məhkəmə-histoloji və məhkəmə-tibbi-kriminalistik müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər - yuxu arteriyasının, vidaçi venanın, traxeyanın kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası, sol döz vəzinin 1 ədəd, göbək nahiyəsinin 1 ədəd, sol qoltuq nahiyəsinin ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 ədəd və döş boşluğuna keçməyən 2 ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd, keçməyən 3 ədəd deşilmiş-kəsilmiş yaralar, sol bazu, sol əl, sol əlin İ barmağı, sol əlin V barmağı nahiyələrinin kəsilmiş yaraları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, göstərilən şəraitdə və tarixdə törənə bilər, deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişlər, törənmə müddəti 14 iyul 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə: a) yuxu arteriyasının, vidaçi venanın, traxeyanın kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası, sol qoltuq nahiyəsinin ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 2 ədəd, sağ kürəkaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər; b) döş boşluğuna keçməyən 2 ədəd, sağ kürəkaltı nahiyədə qarın boşluğuna keçməyən 3 ədəd, sol döş vəzinin 1 ədəd, göbək nahiyəsinin 1 ədəd deşilmişkəsilmiş yaraları, sol bazu, sol əl, sol əlin İ barmağı, sol əlin V barmağı nahiyələrinin kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb yuxu arteriyasının, ağ ciyərin zədələnməsi ilə gedən boyunun, döşün kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. X3 hamilə deyildir. X1 meyitinin bədənində qeyd olunan xəsarətlərin xarakterinə və yerləşmə nahiyəsinə görə demək olar ki, həmin xəsarətləri öz-özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 31 avqust 2022-ci il tarixli 486/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0/İ/-dir. X4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim olunmuş 02 ədəd çubuqlu pambıq tampon, 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Leyla Mustafayevaya məxsus trusik, 01 cüt corab, şalvar, lifçik, alt mayka və kofta üzərində alfa,beta(İ) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin AB0 sistemi üzrə X7 və ya Təqsirləndirilən şəxs məxsus olması inkar olunmur, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Leyla Mustafayevaya məxsus 01 cüt yay başmağı üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 avqust 2022-ci il tarixli 526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırda da hər hansı bir xroniki ruhi-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs ilə barışmışdır, dəyən ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyanın tanınmaya təqdim edilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, bıçağı dəstəyinin rəngindən və xarici görünüşündən tanıdığını, bıçağı Tərtər rayonu mərkəzi bazardakı dükanların birindən aldığını və X6 həmin bıçaqla öldürdüyünü bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və pambıq tampona hopdurulmuş 02 ədəd qan nümunələri, X7 01 ədəd açıq qəhvəyi rəngli qısaqol köynək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd mavi rəngli trusik, 01 cüt mavi rəngli corab və 01 cüt başmaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd qara rəngli şalvar Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli Tərtər şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə bacısı və onun 2 azyaşlı uşaqlarını saxlayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb İdarəsinin beyin MRT müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs hər iki frontal payda, semioval mərkəzlərdə, döyək cismində, sol mədəcik arxa buynuzunun ətrafında subkortikal yerləşmiş ən böyüyü 4.5 mm ölçülən, intravenoz kontrast maddə sonrası patoloji kontrast tutulumu göstərməyən ocaqlar izlənilir. İzlənilən ocaqlar dimielinizasiya ocaqları baxımından kilinik laborator dəyərləndirilməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon X2 Hepatitlərin təyini arayışından görünür ki, Təqsirləndirilən şəxs kəskin müsbət Hepatit “B” virusu aşkar edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərşəkmiş şəxsin hüquqi varisnin ondan hər hansı şikayət və tələblərinin olmamasını, onların barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını, xəstə olmasının Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və pambıq tampona hopdurulmuş 02 ədəd qan nümunələri məhv edilməli, X7 01 ədəd açıq qəhvəyi rəngli qısaqol köynək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd mavi rəngli trusik, 01 cüt mavi rəngli corab və 01 cüt başmaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd qara rəngli şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 334 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 14 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – hadisə yerindən götürülmüş 01 ədəd bıçaq və pambıq tampona hopdurulmuş 02 ədəd qan nümunələri məhv edilsin, X7 01 ədəd açıq qəhvəyi rəngli qısaqol köynək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd mavi rəngli trusik, 01 cüt mavi rəngli corab və 01 cüt başmaq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək və 01 ədəd qara rəngli şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə 334 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-416/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-416/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver