Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-416/2025 22.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri Regional Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1977-ci il tarixdə ünvan 1 ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 uşaq anası, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri "xxxx" QSC-də xadimə işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən, külli miqdarda, yəni təmiz çəkisi 4495 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, ayrı-ayrılıqda çəkiləri 855 qram, 995 qram, 1300 qram və 1345 qram olmaqla 4 ədəd yapışqanlı lentlə sarınmış polietilen torbada qablaşdırılmış halda, həmçinin külli miqdarda yəni, ümumi təmiz çəkisi 3150 qram olan narkotik vasitə hesab edilən tiryəki qanunsuz olaraq satış məqsədilə əldə edib 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada qablaşdırılmış halda əlində olan idman çantasında qanunsuz olaraq saxlayaraq daşımış, 02 yanvar 2025-ci il tarixdə saat 20:50-də Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Dəliməmmədli şəhərində saxlanılaraq üzərində yoxlama aparılan zaman yuxarıda qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Tutulanadək Gəncə şəhəri "xxxx" QSC-də xadimə işləyərək, aylıq 300 manat maaş almışdır. Özü və uşağı əməliyyat olunduğundan bankdan, eyni zamanda digər yerlərdən faizə pul götürmüş və bunun nəticəsində xeyli məbləğdə borcu yaranmışdır. Təxminən 1-2 il əvvəl “instagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Mustafa adlı şəxslə tanış olmuş, Mustafaya yaxın qohumlarının İran İslam Respublikasından olduğunu bildirmiş və aralarında səmimi münasibət yaranmışdır. O, Mustafanın sosial şəbəkədə “İran malları”nın satışı ilə məşğul olduğunu görüb, maddi vəziyyətini yaxşılaşdırdıqdan sonra İran İslam Respublikasından Mustafa vasitəsilə “İran malları” gətirib satacağını düşünmüşdür. Daha sonra sərhədlər bağlandığı üçün həmin fikrini reallaşdıra bilməmişdir. O, Mustafa adlı şəxslə “instagram” sosial şəbəkəsində danışdıqdan sonra “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə danışmağa davam etmişdir. Mustafa adlı şəxslə danışan zaman pula ehtiyacı olduğunu bildirmiş və ona 2.000-3.000 manat borca pul verməsini xahiş etmişdir. Mustafa Azərbaycan Respublikasına pul göndərə bilmədiyini, lakin tanışının Azərbaycana gələcəyini, onun vasitəsilə 3.500 manat pul göndərəcəyini bildirmişdir. Həmçinin Mustafa tanışının Gəncə şəhərinə gələ bilmədiyini, lakin Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən boş bir əraziyə ev tikmək üçün daş gətirəcəyini bildirib, ona həmin pulu idman çantasının içərisində həmin yerə qoyacağını və pulu sözügedən ünvandan götürə biləcəyini bildirmişdir. Həmin idman çantasının 1-2 gün onda qalmasını və daha sonra həmin idman çantasını ondan götürəcəklərini demişdir. Mustafa ona ilk əvvəl idman çantasının içərisində narkotik vasitə olduğunu bildirməmiş, lakin sonradan həmin idman çantasının yanına çatan zaman içərisində narkotik vasitə olduğunu demişdir. O, bacısına göstərilən ünvana birlikdə getmələrini demiş və onlar taksi ilə Goranboy rayonu, Dəliməmmədli şəhərinə getmişlər. Həmin ünvana çatdıqdan sonra o, Mustafanın telefon vasitəsilə şəklini göndərdiyi köhnə tikiliyə yaxınlaşaraq idman çantasını götürüb magistral yolu keçmək istəyərkən, polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Mustafanı “instagram” sosial şəbəkəsində canlı açaraq “İran malları”-nı reklam edərkən görmüş, onunda “İran malları” gətirib satmaq fikri olduğu üçün, Mustafaya həmin sosial şəbəkə vasitəsilə yazmış, Mustafa isə onun yazısını cavablandımışdır. Bir müddət sonra Mustafaya borcu olduğunu demiş, Mustafa isə ona borca pul verəcəyini bildirmişdir. Mustafa ona idman çantasını Goranboy rayonu, Dəliməmmədli şəhərində, magistral yolun kənarında olan yarımtikilidən götürəcəyini demiş və həmin yerin şəklini ona göndərmişdir. Mustafaya Goranboy rayonuna getmək üçün pulu olmadığını bildirmiş, Mustafa isə ona taksi ilə getməsi üçün 50 manat pul göndərmişdir. Həmin vaxt təxminən axşam saat 19:00 radələri olmuş, bacısının ona gəzintiyə getməsi barədə bildirməsinə baxmayaraq, tək getməmək üçün bacısının da onunla birlikdə getməsini təklif etmişdir. Bacısı ondan sözügedən ünvana getmə səbəbini soruşduqda, satmaq üçün paltar sifariş verdiyini və onları götürməli olduğunu bildirmişdir. Həmin ünvana çatanadək narkotik vasitə götürəcəyini bilməmiş, lakin ünvana çatdıqdan sonra Mustafa ona idman çantasının içərisində narkotik vasitə olduğunu bildirmiş və həmin andan sonra çantanın içərisində narkotik vasitə olduğundan məlumatı olmuşdur. Ünvana çatan zaman bacısı taksidə onu gözləmiş, o isə magistral yolu keçərək 5-6 addım irəlilədikdən sonra, orada olan yarımtikilidən həmin idman çantasını götürüb yolu keçmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Mustafa ondan həmin vaxt ilk dəfə narkotik vasitə götürməsini istəmiş, yəni əvvəllər heç vaxt aralarında belə bir söhbət keçməmişdir. Tanışlıqları ərzində Mustafa ona birlikdə işləməklə bağlı, həmçinin çantanı saxlamaq müqabilində əlavə pul verəcəyi barədə heç bir təklif etməmiş, ona çantanın yanına çatanadək içərisində adını bildirmədiyi əşya olacağını və sadəcə onu özündə bir müddət saxlamalı olduğunu bildirmişdir. Çantanın yanına çatmağa az qalmış, Mustafa çantanın içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 2-3 gün ərzində özündə saxladıqdan sonra ondan götürəcəklərini bildirmişdir. İdman çantasını götürməmişdən əvvəl ətrafda heç bir şəxs və ya avtomobil görməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Gəncə şəhər "xxxx" QSC-də xadimə işləyir. Əvvəllər məhkum olunmamışdır. Təxminən 1-2 ildirki, “instagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Mustafa adlı şəxslə tanış olmuş, Mustafaya yaxın qohumlarının İran İslam Respublikasından olduğunu bildirmiş və aralarında normal münasibət yaranmışdır. O, Mustafa adlı şəxslə danışdıqdan sonra “Whatsapp” ani mesajlaşma şəbəkəsində danışmağa başlamışdır. O, Mustafa adlı şəxslə danışan zaman pula ehtiyacı olduğunu və köməklik göstərməsini xahiş etmişdir. Tutulandan təxminən 5-6 ay qabaq Mustafa adlı şəxslə danışarkən ona narkotik vasitə veriləcəyini, həmin narkotik vasitəni saxlamağını, həmin xidmətin müqabilində isə ona 8000 manat pul verəcəyini demişdir. O, da Mustafa ilə razılaşmamışdır. Buna baxmayaraq o, dəfələrlə Mustafa adlı şəxsdən borca pul istəmiş, lakin Mustafa ona pul verməmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhərində yaşadığı evdə olan zaman Mustafa adlı şəxs ona yenidən zəng etmiş və Goranboy rayonu, Dəliməmmədli şəhərində içərisində narkotik vasitə olan idman çantası olduğunu, həmin çantanı götürüb 3-4 gün müddətində özündə saxladığı təqdirdə ona 3500 manat pul veriləcəyini demişdir. O da, pula ehtiyacı olduğu üçün razılaşmış və bacısı Nailəyə onunla birlikdə Dəliməmmədli şəhərinə getməsini bildirmişdir. Nailə ondan nə üçün getdiyini soruşan zaman işi olduğunu bildirmiş və Nailə onunla razılaşmışdır. Bundan sonra Nailə taksi xidməti ilə Goranboy rayonu, Dəliməmmədli şəhərinə Mustafa adlı şəxsin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə göndərmiş olduğu ünvana getmişdir. Dəliməmmədli şəhərində yerləşən yarımtikilidə, içərisində narkotik vasitə olan çantanı götürmüş və bacısı Nailə ilə birlikdə Gəncə şəhərinə getmək üçün yolun əks istiqamətinə keçmiş və yolun kənarında dayanan zaman polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onun narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu və üzərində yoxlama aparılacağını bildirmişlər. Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində üzərində yoxlama aparılan zaman ona könüllü olaraq əlindəki idman çantasının içərisində olan əşyaları çıxarmağı təklif olunmuş və daha sonra isə əlində olan qara rəngli üzərində göy rəngli zolaq olan idman çantasının içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və tiryəki çıxarmışlar. Yoxlama zamanı o, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və tiryəki xx.xx.2025-ci il tarixdə saat 20:50 radələrində Goranboy rayon Dəliməmmədli şəhəri ərazisində yolun kənarında yerləşən yarımtikilidən götürdüyünü, İran İslam Respublikasının vətəndaşı olan Mustafa adlı şəxslə “instagram” sosial şəbəkəsində tanış olduğunu, pul müqabilində həmin narkotik vasitələri özündə saxlayacağını, bunun müqabilində isə Mustafa adlı şəxsin ona 3500 manat pul verəcəyini demişdir. Onun çantasında yoxlama aparılan zaman video çəkilişdən də istifadə olunmuşdur. Ondan aşkar edilərək götürülmüş qara rəngli üzərində göy rəngli zolaq olan idman çantasının içərisində, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütələlər və tiryək iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və 1 ədəd ağ rəngli kisədə qablaşdırılaraq DİN-nin 121 saylı möhürü ilə möhürlənərək təhqiqat araşdırması aparılması üçün götürülmüşdür. O, polis əməkdaşları ilə birlikdə Goranboy RPŞ-yə gəlmiş, Goranboy RPŞ-də olan zaman onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin o, heç bir etiraz etməmişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, o, əynində olan qara rəngli uzun üst geyiminin sağ cibindən 3 ədəd 10 manatlıq və 9 ədəd bir manatlıq pul əskinazını və bir ədəd “Rabitə Bank”-a məxsus olan bank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, Mustafa adlı şəxsin xx.xx.2025-ci ildə “Rabitə Bank”-a məxsus olan bank kartına 50 manat pul köçürtdüyünü, həmin pulu bankdan çıxaran zaman bir manat komissiya haqqı tutulduğunu və 49 manat pul çıxartdığını, 10 manatı isə Goranboy rayonu, Dəliməmmədli şəhərinə gələn zaman taksiyə verdiyini və 39 manat pul qaldığını bildirmişdir. Buna görə də həmin 39 manat pul əskinazları və bir ədəd “Rabitə Bank”-a məxsus olan bank kartı maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək ağ rəngli zərfdə qablaşdırılmış və DİN-nin 121 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə Gəncə şəhər sakini, Təqsirləndirilən şəxs Goranboy rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri o, Şahid3 və Şahid2 ibarət olmuşdur. Bundan sonra həmin tarixdə, Şahid3 və Şahid2lə birlikdə Goranboy rayonu, Dəliməmmədli şəhərinə getmişlər. Həmin ünvana çatıb, bir qədər gözlədikdən sonra, Təqsirləndirilən şəxs əlində idman çantası ilə piyada olaraq onlara doğru hərəkətdə olduğunu görmüşlər. Onlar yaxınlaşıb özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onun üzərinə video çəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı, 1 ədəd mobil telefon və 1 ədəd idman çantası aşkar olunmuşdur. Çantanın içərisinə baxış keçirildikdə 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya, 1 ədəd bükümdə isə narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirmiş, təhqiqatçının otağında üzərinə yenidən videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələrdən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, ona daxil olmuş əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatında təqsirləndirilən şəxsin narkotik vasitəni Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən yarımtikilidən götürəcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində idman çantası yolun kənarında gözləmiş və daha sonra idman çantasına baxış zamanı çantadan birlikdə çəkisi təxminən 8 kq-dan artıq olan marixuana və tiryək aşkar olunmuşdur. Təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, şəxs üzərindən aşkar olunan narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Mustafa adlı şəxsin ona göndərdiyini, sözügedən narkotik vasitəni özündə saxlayıb onun dediyi şəxsə verəcəyi təqdirdə ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs Mustafa adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu, onunla görüntülü danışdığını bildirsə də, adıçəkilən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman güdməmişlər, əməliyyat məlumatında təqsirləndirilən şəxsin zahiri görünüşü ilə bağlı məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 yanvar 2025-ci il tarixdə Goranboy RPŞ-nin, NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində narkotik vasitələri qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 tərəfindən rəhbərliyə məruzə olunduqdan sonra, əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilərək, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri o, Şahid3 və Şahid1 ibarət olmuşdur. Bundan sonra həmin tarixdə Şahid3 və Şahid1lə birlikdə Goranboy rayonu, Dəliməmmədli şəhərinə getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yolu keçərək, əks istiqamətdə dayandığını müşahidə etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini xahiş etdikdən sonra o, 1 ədəd mobil telefonu və 1 ədəd idman çantasını təqdim etmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə İlahəmə Hüseynzadənin təqdim etdiyi çantanın içərisinə baxış keçirilən zaman 5 ədəd bağlama aşkar olunmuş, sözügedən bağlamalardan 4 ədədinin narkotik vasitə olan qurudulmuş marixuanaya, 1 ədədinin isə narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, üzərindən aşkar olunan narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Mustafa adlı şəxsin ona göndərdiyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə aparmış və Goranboy RPŞ-də təhqiqatçının otağında eynicinsdən olan Pərvanə adlı xanımın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə yenidən videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən pul və bank kartları aşkar olunmuşdur. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 8 kq-dan artıq olan bükümlərdə marixuana və tiryək aşkar olunmuşdur. Təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, şəxs üzərindən aşkar olunan narkotik vasitəni “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Mustafa adlı şəxsin ona göndərdiyini, sözügedən narkotik vasitəni özündə saxlayıb onun dediyi şəxsə verəcəyi təqdirdə ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsi saxlanan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs Mustafa adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu, onunla görüntülü danışdığını bildirsə də, Mustafanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman güdməmişlər, əməliyyat məlumatında təqsirləndirilən şəxsin zahiri görünüşü ilə bağlı məlumat verilmişdir. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün sözügedən narkotik vasitəni götürmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid3 və Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid3 və Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadələrində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. O, bacısı ilə atası evində birgə yaşayır. Hadisə baş verən gün yürüşə getmək istəyərkən bacısı ona işi olduğunu və onunla birlikdə getməyini xahiş etmişdir.İhamədən hara gedəcəklərini soruşan zaman o, işi olduğunu bildirmişdir. O da İlhamə ilə razılaşmış və qızlara yürüşə çıxa bilməyəcəyini bildirmişdir. Bundan sonra İlhamə ona taksi çağırmağını bildirmiş və bacısı ilə taksiyə əyləşib getmişlər. İlhamə taksi sürücüsünə ilk əvvəl “Kapital bank”a məxsus bankomata getməli olduğunu, bankomatdan pul çıxardıqdan sonra isə Goranboy rayonu, Dəliməmmədli şəhərinə gedəcəklərini bildirmişdir. O, İlhamədən ora getmə səbəbini soruşduqda, İlhamə ona işi olduğunu bildirmişdir. Onlar gedib həmin ünvana çatdıqdan sonra taksini göndərmişlər, o həmin ünvanın sökülü vəziyyətdə olan bir yer olduğunu görmüşdür. O, yenidən İlhaməyə hansı səbəbdən həmin yerə gəldiklərini soruşduqda, İlhamə işi olduğunu bildirmişdir. O, öz aləmində bacısının “falçı” yanına getdiyini fikirləşdiyi üçün çox sorğu-sual etməmişdir. Onlar həmin yarımtikili istiqamətində gedən zaman İlhamə ona təbii ehtiyaclarını ödəyəcəyini bildirmişdir. Bir qədər piyada yol qət etdikdən sonra o, telefonunun işiğını yandırmış, İlhamə isə ona telefonun işığını söndürməyini və taksi çağırmağını bildirmişdir. O isə X1 şəhərinə nə üçün gəlmələrini soruşduqda, İlhamə ona “sən telefonun işığını söndür get taksi çağır” demişdir. O da İlhamədən bir qədər kənarlaşaraq taksi sifariş etmiş və taksini qarşılamaq üçün getmişdir. Daha sonra o, İlhamə olan istiqamətə dönən vaxt İlhamənin əli cibində dayandığını görmüş, lakin əlində çanta olduğunu görməmişdir. O, daha sonra taksi ilə bacısını götürmək üçün gedən zaman onun qarşısında avtomobil saxlamış, telefonunu əlindən almışlar və içərisində olan şəxslər özlərinin polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin avtomobildə polis əməkdaşı bacısı İlhamənin narkotik vasitə götürmək üçün gəldiyini bildirən zaman inanmamış, avtomobillə bacısının yanına getdikdə, bacısının yanında polis əməkdaşları olduğunu və çəkiliş apardıqlarını görmüşdür. Onları polis şöbəsinə aparmışlar və Goranboy RPŞ-də onu bir gün saxladıqdan sonra izahatını alıb buraxmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon Məhkəməsinin 04 yanvar 2025-ci il tarixli, 4(045)-1/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni 02 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 03 yanvar 2025-ci il tarixli 16/1 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və tiryək...” sözləri və imzalar olan ağ rəngli sintetik kisədə: üzərində Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə sözləri yazılmış və üzəri yapışqanlı lentlə sarınmış 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 3150 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Üzərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və üzəri yapışqanlı lentlə sarınmış 04 (dörd) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 855 qram, 995 qram, 1300 qram və 1345 qram, ümumi təmiz çəkisi 4495 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 520 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan idman çantası və 1 ədəd samsung markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs əlində olan 1 ədəd iman çantasının içərsindən 4 ədəd içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər və 1 ədəd içərsində narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Sonra həmin bağlamalar elektron tərəzidə çəkilmiş və kütlələrin qablaşdırma ilə birlikdə çəkisinin 8,6 kiloqram olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd kisədə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3149,8 qram olan narkotik vasitə olan tiryək və ümumi təmiz çəkisi 4494,6 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd Rabitə banka məxsus bank kartı və 3 ədəd 10 manatlıq 9 ədəd 1 manatlıq pul əskinazları maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Mustafa adlı İran İslam Respublikası vətəndaşı idman çantasının içərisində narkotik vasitə olduğunu ona bildirmədiyini, idman çantasını özündə saxlaması müqabilində ona pul verəcəyini və onun yalnız həmin ünvana çatan zaman idman çantasının içərisində narkotik vasitə olduğunu bildirməsinə dair xüsusatlara tənqidi yanaşır, sözügeden xüsusatlar məhkəmə istintaqı zamanı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyat-axtarış subyektinin məlumatları və.s) tam təkzib edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o, həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd olunan maddi norma ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda əldə edilməsi və ya saxlanılmasını, hazırlanılmasını, istehsal edilməsini, emal edilməsini, daşınmasını, göndərilməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ««Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarında həmçinin göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuan və tiryək narkotik vasitə hesab olunurlar, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram və ondan yuxarı, külli miqdarı isə 50 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon Məhkəməsinin 04 yanvar 2025-ci il tarixli, 4(045)-1/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni 02 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli 520 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs götürülərək bir ədəd kisədə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3149,8 qram narkotik vasitə olan tiryək və ümumi təmiz çəkisi 4494,6 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd Rabitə banka məxsus bank kartı və 3 ədəd 10 manatlıq, 9 ədəd 1 manatlıq pul əskinazları maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülərək bir ədəd kisədə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3149,8 qram narkotik vasitə olan tiryək və ümumi təmiz çəkisi 4494,6 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 ədəd “Rabitə” banka məxsus bank kartı və 03 ədəd 10 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinazları isə qanuni sahibinə qaytarılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 02 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş ”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülərək bir ədəd kisədə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3149,8 qram narkotik vasitə olan tiryək və ümumi təmiz çəkisi 4494,6 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və 01 ədəd “Rabitə” banka məxsus bank kartı, 03 ədəd 10 manatlıq və 9 ədəd 1 manatlıq pul əskinazları isə qanuni sahibinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi oğlunun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-416/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-416/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver