Məhkəmə qərarları › İş №1(100)-417/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-417/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-417/2025 23.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1990-cı il tarixdə, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində qeydiyyatda olmaqla tutulduğu vaxtadək həmin ünvanda yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1992-ci il tarixdə, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də çörəkçi işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla tutulduğu vaxtadək həmin ünvanda yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1990-cı il tarixdə, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində qeydiyyatda olmaqla tutulduğu vaxtadək həmin ünvanda yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəlib 05 noyabr 2024-cü il tarixdə, saat 15:30 radələrində özünə məxsus olmaqla qrup üzvü Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ 21154” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlədiyi Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Z.Abbasov adma Dəllər qəsəbə tam orta məktəbin qarşısına gələrək sonununcunun iş yerindən çıxaraq piyada getməsini izlədikdən sonra aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs qəsəbənin ara küçəsinə daxil olmasından istifadə edib avtomobildən düşərək ona yaxınlaşıb müqavimətini sındırmaq və səs-küy salıb kömək üçün insanları çağırmasının qarşısını almaqdan ötrü bir əli ilə Zərərçəkmiş şəxsnin ağzından tutaraq qapamış, digər əli ilə gövdəsindən tutub iradəsinə zidd olaraq fiziki zor göstərməklə “VAZ 21154” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağına mindirib özü isə onun yanında əyləşmiş, həmin vaxt arxa sol oturacaqda əyləşən Təqsirləndirilən şəxs2 ilə birlikdə onun ağzından və qollarından tutaraq qışqırmağa və avtomobildən düşməsinə imkan verməmiş, Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq onun sağ bazunun, sağ əlin arxa səthinin, sağ baldır nahiyəsinin aşağı üçdə birinin ön səthinin qançırları, sağ əlin ovuc səthinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər alması ilə nəticələnən fiziki zor tətbiq edərək onu sükan arxasında əyləşmiş Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə qohumu Şahid4 qızma məxsus Şəmkir şəhəri, Morul Yaşayış massivi, Qaqarin küçəsi 4a-da yerləşən fərdi yaşayış evinə aparıb orada saxlayaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında evlənmək məqsədilə adam oğurlamışdır. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəlib 05 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində qrup üzvləri Təqsirləndirilən şəxs1 məxsus olmaqla Təqsirləndirilən şəxs3 idarə etdiyi “VAZ 21154” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanh avtomobillə Zərərçəkmiş şəxs işlədiyi Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Z.Abbasov adma Dəllər qəsəbə tam orta məktəbin qarşısına gələrək sonununcunun iş yerindən çıxaraq piyada getməsini izlədikdən sonra aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs qəsəbənin ara küçəsinə daxil olmasından istifadə edib Təqsirləndirilən şəxs1 avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb onun müqavimətini sındırmaq və səs-küy salıb kömək üçün insanları çağırmasının qarşısını almaqdan ötrü bir əli ilə ağzından tutaraq qapayıb, digər əli ilə gövdəsindən tutub iradəsinə zidd olaraq fiziki zor göstərməklə “VAZ 21154” minik markalı 50- CF-408 dövlət qeydiyyat nişanh avtomobilin arxa sağ oturacağına mindirdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə onun ağzından və qollarından tutaraq qışqırmağa və avtomobildən düşməsinə imkan verməmiş, Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq onun sağ bazunun, sağ əlin arxa səthinin, sağ baldır nahiyəsinin aşağı üçdə birinin ön səthinin qançırları, sağ əlin ovuc səthinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər alması ilə nəticələnən fiziki zor tətbiq edərək onu sükan arxasında əyləşmiş Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 qohumu Şahid4 qızma məxsus Şəmkir şəhəri, Morul Yaşayış massivi, Qaqarin küçəsi 4a-da yerləşən fərdi yaşayış evinə aparıb orada saxlayaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında evlənmək məqsədilə adam oğurlamışdır. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında həmkəndlisi xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəlib 05 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi Təqsirləndirilən şəxs1 məxsus “VAZ 21154” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlədiyi Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Z.Abbasov adına Dəllər qəsəbə tam orta məktəbin qarşısına gələrək sonununcunun iş yerindən çıxaraq piyada getməsini izlədikdən sonra aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs qəsəbənin ara küçəsinə daxil olmasından istifadə edib Təqsirləndirilən şəxs1 avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb onun müqavimətini sındırmaq və səs-küy salıb kömək üçün insanları çağırmasının qarşısını almaqdan ötrü bir əli ilə ağzından tutaraq qapayıb, digər əli ilə gövdəsindən tutub iradəsinə zidd olaraq fiziki zor göstərməklə “VAZ 21154” minik markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağına mindirdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə onun ağzından və qollarından tutaraq qışqırmağa və avtomobildən düşməsinə imkan verməmiş, Zərərçəkmiş şəxs yalvarışlarına məhəl qoymayaraq onun sağ bazunun, sağ əlin arxa səthinin, sağ baldır nahiyəsinin aşağı üçdə birinin ön səthinin qançırları, sağ əlin ovuc səthinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarətlər alması ilə nəticələnən fiziki zor tətbiq edərək onu idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 qohumu Şahid4 qızma məxsus Şəmkir şəhəri, Morul Yaşayış massivi, Qaqarin küçəsi 4a-da yerləşən fərdi yaşayış evinə aparıb orada saxlayaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında evlənmək məqsədilə adam oğurlamışdır. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin səmimi etirafları ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CMnin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs arxasınca uzun müddət gedib-gəldiyini, onunla evlənmək istədiyini Nailəyə bildirdiyini, lakin Nailənin atasına baxdığı üçün bu təklifə razılıq vermədiyini göstərmişdir. Sonda Nailəni qaçıraraq evlənmək qərarı aldığını, lakin hadisələrin bu şəkildə inkişaf edəcəyini düşünmədiyini, məqsədinin evlənmək olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs başqa bir müəllimlə birlikdə yolla getdiyini görüb onların yanında dayandığını və qızı maşına mindirdiyini demişdir. Bildirmişdir ki, maşın ona məxsus olmuş, lakin sükanı Təqsirləndirilən şəxs3 idarə etmişdir. Qızı əvvəlcə Şəmkirə, bibisinin qohumunun evinə apardığını, orada qalmadığı üçün daha sonra Gəncəyə, əmisi oğlunun evinə gətirdiyini qeyd etmişdir. Orada da durmadığı üçün qadınlarla birlikdə evinə göndərdiklərini, həmin vaxt Nailənin and içdiyini heç kimə şikayət etməyəcəyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı daim yanında olduğunu, hadisələrin bu cür nəticələnəcəyini gözləmədiyini əlavə etmişdir. Qızın qonşuları olduğunu, onu uşaqlıqdan tanıdığını, evlənmək istədiyini əvvəldən Nailəyə dediyini, lakin onun razı olmadığını qeyd etmişdir. Eyni zamanda, elçi getmədiklərini, qaçırmaq qərarını özü verdiyini, bu barədə dostlarına sonradan dediyini bildirmişdir. Maşını Təqsirləndirilən şəxs3 sürdüyünü, Nailənin harada işlədiyini bildiyini, onu qaçıran zaman ağzını tutmadığını, lakin maşında qışqıraraq “burax” dediyini eşitdiyini göstərmişdir. Qızı evə apardığını, daha sonra qadınlara “qızla danışıb başa salın” dediyini, Nailənin sonradan aynadan qaçmağa çalışdığını, evə girən kimi də yenidən qaçmaq istədiyini ifadə etmişdir. Nailə ilk dəfə razılıq vermədikdə, sonradan razı ola biləcəyini düşündüyünü, dostlarının isə qızın narazı olduğunu görsələr də heç bir müdaxilə etmədiklərini bildirmişdir. Bildirmişdir ki, ada oğurluğu deyil evlənmək məqsədi ilə zərərçəkmişi qaçırmış əşəlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məktəbdən çıxarkən maşına mindirib aparmışlar. Əvvəlcə Bəhruzun bibisinin evinə getdiklərini, daha sonra isə Gəncəyə qayıtdıqlarını qeyd etmişdir. Həmin vaxt maşında Bəhruz, özü və Vasifin olduğunu göstərmişdir. Maşını Təqsirləndirilən şəxs3 idarə etdiyini təsdiqləmişdir. Bəhruzun ona qızın razı olduğunu dediyini, məhz Bəhruzun maşından düşərək Nailəni maşına mindirdiyini bildirmişdir. Özü həmin vaxt maşının arxa sol tərəfində oturduğunu göstərmişdir. Qız maşına əyləşəndə etiraz etdiyini gördüyünü, sonradan isə qızın geri qaytarıldığını demişdir. Qız ilk narazılığını bildirdikdən sonra onu geri qaytarmaq qərarına gəldiklərini, bu məqsədlə gecə saat 2-də qızın geri aparıldığını qeyd etmişdir. Gəncəyə qayıtdıqdan sonra Bəhruza qızın geri qaytarılmasının zəruri olduğunu dediklərini ifadə etmişdir. Nailə xanımın qaçırılmasını Bəhruzun təklif etdiyini və bu barədə ilk dəfə ona məhz Bəhruzun dediyini bildirmişdir. Hadisə zamanı arxa sol oturacaqda əyləşdiyini, qız qaçırılarkən Bəhruza heç bir söz demədiyini, Zərərçəkmiş şəxs həmin vaxt heç kim tərəfindən vurulmadığını, gecə saat 2 radələrində qız dayısıgilə aparılarkən özü orada olmadığını və həmin vaxt Gəncədə olduğunu qeyd etmişdir. Nailə xanımı dayısıgilə özünün aparmadığını, onun taksi ilə göndərildiyini demişdir. Maşına minən zaman qızın razı olmadığını anladığını, lakin sonradan razı olacağını düşündüyünü bildirmişdir. Evə gəldikdən sonra bu hərəkətin səhv olduğunu dərk etdiyini ifadə etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona zəng edərək qızı qaçırmağı təklif etmiş, o da bu çağırışa cavab verərək gəlmiş və birlikdə Zərərçəkmiş şəxs qaçırmışlar. Hadisə zamanı maşını özü idarə etmişdir. Qız qaçırıldıqdan sonra onu Bəhruzun bibisinin evinə apardıqlarını, daha sonra isə Bəhruz və Nailənin taksi ilə Gəncəyə getdiklərini, lakin onun həmin vaxt onlarla getmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs pəncərəyə çıxmağa çalışdığını gördüyünü təsdiq etmişdir. Qızın əvvəlcədən razı olmadığını bilmədiyini qeyd etmişdir. Polisə məlumat verməyə cəhd etmədiyini, lakin hadisədən bir gün sonra könüllü şəkildə gedərək təslim olduğunu bildirmişdir. Onun sözlərinə görə, polis həmin gündən etibarən onları axtarırmış və özü də polisin onu axtara biləcəyini təxmin edirmiş. kinci dəfə baş verən görüş zamanı isə başqa bir yerdə olduğunu və sonradan öz istəyi ilə geri çəkildiyini əlavə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, saat 16:30 radələrində iş yoldaşı ilə birlikdə işdən çıxaraq evə getdiyini bildirmişdir. Hərəkət zamanı yanından sürətlə keçən bir avtomobilin qarşıda dayanaraq saxladığını və dönüb baxdıqda avtomobildə Təqsirləndirilən şəxs1 gördüyünü qeyd etmişdir. Daha sonra Bəhruzun onu zorla maşına mindirdiyini, avtomobilin hərəkətə başladığını bildirmişdir. O, maşında olan şəxslərə getmək istəmədiyini deməsinə, hətta sürücünü ayağı ilə vurmasına baxmayaraq, maşının dayandırılmadığını bildirmişdir. Sonra onu maşından düşürərək zorla bir evə apardıqlarını, qonşudan da adamlar toplayaraq onun orada qalması üçün təkid edildiyini qeyd etmişdir. Ardınca pəncərədən qaçmaq istədiyi zaman Bəhruz tərəfindən tutulduğunu və yenidən zorla evə salındığını ifadə etmişdir. Həmin vaxt evdə olan Xatun adlı qadının heç bir müdaxilə etməyərək yalnız müşahidə etdiyini bildirmişdir. Təxminən saat 19:00 radələrində ev sahibinin “qızı zorla gətirmisiz, evdən çıxardın” dediyini və bundan sonra Bəhruzun əmisi oğlunun avtomobillə gəlib onu başqa yerə apardığını göstərmişdir. Yolda səs salmaq istədiyi zaman avtomobildə musiqi səsləndirildiyini, bununla da səsinin çölə çıxmasının qarşısının alındığını demişdir. O, ikinci dəfə Məshəti qəsəbəsində yerləşən başqa bir evə aparıldığını, gecə saat 01:00–02:00 radələrinədək həmin evdə saxlanıldığını bildirmişdir. Orada da ona təzyiq göstərildiyini, razı olmadığını bildirdikdə “ərizə yaz, öz razılığınla gəldiyini de, səni buraxaq” dediklərini, lakin Bəhruzun buna razı olmayaraq onun başına zərbə endirdiyini, yenə də razı olmayanda isə təcavüzlə hədələdiyini göstərmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, evdə olan digər şəxslər də Bəhruzu təcavüz etməyə təşviq etmişlər. O, həmin vaxt özünü öldürməyi belə düşündüyünü, sonradan məcbur qalıb Qurana əl basaraq şikayətçi olmayacağına and içdiyini və bundan sonra onu buraxdıqlarını ifadə etmişdir. Valideynlərinə – atasına və anasına dəfələrlə baş verənlərlə bağlı vəziyyəti izah etdiyini bildirmişdir. Əvvəllər Bəhruzun ona söz göndərdiyini, lakin onun qaçırılması barədə heç vaxt danışmadığını qeyd etmişdir. Həmçinin valideynlərinin də bu nikaha razı olmadığını bildiyini, qaçırıldığı zaman avtomobilin sol tərəfində Təqsirləndirilən şəxs2 oturduğunu, lakin onun tərəfindən tutulmadığını göstərmişdir. Həmin vaxt xəsarət almadığını, and içməyin isə onun öz təklifi ilə baş verdiyini bildirmişdir. Onu evinə iki bibisi və əmisi qızının apardığını, həmin zaman Bəhruzun harada olduğunu bilmədiyini, eləcə də Bəhruzun ona həmin anda heç bir zor tətbiq etmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, barışdığını Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələb irəli sürmədiyini, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiqlədiyini, Bəhruzun onu təkbaşına maşına mindirdiyini, əllərinin bağlanmadığını, lakin başına torba keçirildiyini, maşın sürən şəxsə xəsarət yetirdiyini və ərizə yazmadığı üçün Bəhruz tərəfindən döyüldüyünü də ifadəsində göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs1 ona zəng edərək qız qaçırtdığını bildirdiyini qeyd etmişdir. Bundan sonra evə gedərək bu barədə anasına məlumat vermiş və qızın tək qalmaması üçün həyat yoldaşını da götürərək həmin ünvana getmişdir. Daha sonra qızı da götürərək Gəncədə yerləşən evlərinə getmişlər. Oraya getdikdən bir müddət sonra şahid qızın narazı olduğunu müşahidə etmişdir. Bu zaman anası ona “Əgər razı deyilsə, geri qaytaraq” demişdir. Həmin vaxt Nailə onlara xalasıgilə getmək istədiyini bildirmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Nailə onun anası, bacısı və bibisi tərəfindən Şəmkirdə yaşayan xalasıgilə aparılmışdır. Şahid ilkin olaraq qızın razılığının olduğunu düşündüyünü, lakin sonradan onun narazı olduğunu anlayaraq bu barədə Bəhruzla danışdığını və qızın geri göndərilməsini təmin etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, O, evdə olduğu vaxt Bəhruzun bibisinin ona zəng edərək “Bəhruz sizə qız gətirəcək” dediyini bildirmişdir. Həmin anda qızın məcburi şəkildə gətirildiyini bilməmişdir. Daha sonra həyat yoldaşı ona “Əgər qızı məcbur gətiribsə, geri qaytarsın” deyə bildirmişdir.İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, qız evə gətirilən zaman onu görmüş, lakin onun zorla gətirildiyindən xəbərdar olmamışdır. Həmçinin qeyd etmişdir ki, Nailə evə gətirildikdən sonra geri qaytarılmaq istədiyini bildirmişdir.İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, O, hadisə baş verən zaman heç bir şey görmədiyini bildirmişdir. Onun sözlərinə görə, evdə olduğu vaxt polis əməkdaşları onların yaşadığı ünvana gələrək onları Polis Şöbəsinə aparmış və o, hadisə barədə ilk dəfə orada xəbər tutmuşdur. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Bəhruzun Nailəni sevdiyindən əvvəldən xəbərdar olsa da, onun Nailəyə elçi getdiyini xatırlamır. Bildirmişdir ki, Bəhruz Nailəni qaçırdıqdan müəyyən müddət sonra geri qaytarmışdır. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Bir gün əvvəl Bəhruz ona qız qaçıracağını bildirmiş, lakin o, ilkin mərhələdə buna razı olmamışdır. Daha sonra Bəhruzun yaşının artıq keçdiyini nəzərə alaraq razılıq vermiş və qudasına zəng edərək Bəhruzun qız qaçıracağını, onların evinə gələcəyini demişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, oğlunun gəlib ona Bəhruzun qız qaçırdığını bildirdiyini qeyd etmişdir. Bundan sonra o, qızın onlara gətirilməsinə icazə vermişdir. Lakin qızın zorla gətirildiyini bilmədiyini bildirmişdir. Qız onlara gəldikdə görüşmək üçün onun yanına getmiş, lakin qızın onu vurduğunu görmüşdür. Qızın razı olmadığını müşahidə etdikdən sonra geri qaytarmağı təklif etmişdir. Qızı xalasıgilə apardıqlarını, həmin vaxt Bəhruzun orada olmadığını, lakin Bəhruzun qızın apardığını bildiyini ifadə etmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 2 övladı var, Şəmkir rayonu Dəllər qəsəbə, Zaur Abbasov adına tam orta məktəbdə psixoloq vəzifəsində çalışır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Nailə onun həmkəndlisidir, eyni zamanda onunla eyni məktəbdə coğrafiya müəllimi işləyir. Nailə ilə hər gün yol yoldaşıdır, onunla işə bir gedib-gəlir, yaxın münasibətləri var. Təqsirləndirilən şəxs1 isə üzdən tanıyır, belə ki, onun Nailəni sevməsi ona məlum olmuşdur. Mütəmadi olaraq işə gedib-gəldikdə Bəhruz avtobus dayanacağında durub Nailəni müşahidə etmişdir. Bu barədə Nailə ilə bir neçə dəfə söhbətləri olmuşdur, bilirmiş ki, Nailənin Bəhruzdan xoşu gəlmir, onu istəmir və onunla evlənmək niyyətində deyil. Hətta Bəhruzun demək olar ki, hər gün onu izləməsi Nailəni narahat etmiş, bir neçə dəfə Ayselə bu barədə polisə şikayət edəcəyini də demişdir. Aysel Nailə ilə hər gün məktəbdən çıxıb təxminən 500 metr yolu piyada avtobus dayanacağına getmiş, oradan isə avtobusla və ya taksilərlə Dəllər- Cırdaxan kəndinə getmişdir. 05 noyabr 2024-cü il tarixdə də saat 15:30 radələrində o, Nailə ilə məktəbdən çıxaraq dayanacağa doğru getmişdir. Məktəbdən təxminən 100-150 metr məsafə getdikdən sonra Oktay adlı şəxsin evinin qarşısında olan dar küçədən keçmişlər, həmin vaxt küçədə Aysel solda, Nailə isə sağda olmuşdur. Anidən olaraq onlara az məsafədə avtomobil keçib yanlarında dayanmış, onlar avtomobilin arxasında qalmışlar. Həmin vaxt Bəhruz avtomobilin arxa sağ sərnişin tərəfindən düşərək sürətli hərəkət edib onlar tərəfə gəlmiş və Nailəni qucağına alaraq avtomobildən düşdüyü tərəfdən gedib onu maşına mindirmişdir. Bəhruz Nailəni qucağına alanda Aysel onun tərəfə addım atıb buna imkan verməmək istəmiş, lakin Bəhruz ona əli ilə “dayan” işarəsini vermiş və Aysel dayanmışdır. Həmin vaxt sürücü də avtomobildən düşüb ona tərəf gəlmiş, daha sonra onlar avtomobilə əyləşmiş və getdikləri istiqamətdə çıxıb getmişlər. Bundan sonra o məktəbə gələrək iş yoldaşlarına bu barədə danışıb kiminsə atasına məlumat verməsini demiş, məktəbin uşaq birliyinin təşkilat rəhbəri Kazımova X5 qonşusu Ədilə müəlliməyə zəng edərək Nailənin atasına bu barədə məlumat verməyi demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə yaxın münasibətiləri olmuşdur, onunla həm həmkəndli, həm iş yoldaşı, həm də gündəlik olaraq yol yoldaşı olmuşlar. Bəhruz adlı şəxsi üzdən tanıyır, belə ki, mütəmadi olaraq Nailə ilə piyada avtomobus dayanacağına gedənə kimi Bəhruz onları izləmiş, Bəhruzun Nailəni sevməsini və Nailənin isə bu münasibəti istəməməsini hamı kimi o da bilmişdir. Çünki Nailənin evlənmək kimi niyyəti olmamışdır. Nailə Bəhruzun onu izləməsindən, ona zəng etməsindən narahat olmuş, hətta bu barədə danışdıqda Ayselə Bəhruz barəsində polisə şikayət edəcəyini də demişdir, lakin edib-etməməsini Aysel bilməmişdir. 05 noyabr 2024-cü il tarixdə Nailə qara şalvar, açıq yaşıl rəngli qış gödəkçəsi geyinmişdir. Onun davranışların heç bir qəribəlik olmamış, hər günkü kimi yolu getmişlər, o, yol boyu heç kimlə mobil telefonla danışmamışdır. 05 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində o, Nailə ilə məktəbin yaxınlığında olan dar küçədən keçib piyada avtobus dayanacağına getmiş, həmin vaxt yolun solunda o, sağında isə Nailə getmişdir. Anidən olaraq arxadan gələn boz rəngli avtomobil onları az məsafədə keçib dayanmış, həmin vaxt Bəhruz avtomobilin arxa sağ oturacağından düşərək onlara tərəf keçmiş və onun sağında olan Nailəni ani vaxtda qucağına almış, həmin hadisə ani zaman kəsiyində baş verdiyindən onlar şoka düşmüş, Bəhruz Nailəni qucağına alanda Aysel ona tərəf durmaq istəmiş, həmin vaxt Bəhruz ona əli ilə “dayan” işarəsi göstərmiş, sürücünün də avtomobildən düşüb ona tərəf gəlmək istəməsini görüb dayanmışdır. Bəhruz Nailəni düşdüyü tərəfdən avtomobilə mindirmiş, sürücü də sükanın arxasına keçmiş, Aysel avtomobilin üstünə əlini qoyaraq Bəhruza “aparma, o, onsuz da səni istəmir, polisə məlumat veriləcək” demiş, lakin onlar bu sözünə məhəl qoymayıb çıxıb getmişlər. Bildirmişdir ki, Bəhruzun Nailəni qaçırması ani vaxt kəsiyində, təxminən bir dəqiqə içərisində baş vermiş, həmin vaxt Nailə şoka düşmüş, fiziki müqavimət göstərmiş, lakin səsini də çıxara bilməmişdir. Avtomobil boz rəngli olmuş, lakin markasını bilməmiş və dövlət qeydiyyat nişanını görə bilməmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır, evlidir, iki övladı var, heç bir yerdə işləmir, evdar qadındır. Mahiyyət üzrə bildirmişdir ki, X3 onun əridir, Təqsirləndirilən şəxs1 Raufun əmisi oğludur, onunla yaxşı münasibətləri olmuşdur. 05 noyabr 2024-cü il tarixdə xatırlamasına görə saat 18-19 radələrində Rauf anası Şahid14 qızma Bəhruzun qız qaçırtmasını, qızı onlara gətirmək üçün onu çağırmasını demiş, qaynanasə Cəlalət isə qızın maşında tək gəlməməsi üçün Qənirənin də onunla birlikdə getməyini demişdir. Bundan sonra o, 9 yaşlı övladı və əri Raufla birlikdə özlərinə məxsus “Kia Rio” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir şəhərinə gəlmişlər, Rauf hansısa ünvana getmiş, həmin ünvana çatdıqda maşını həyətə salmışlar, o Raufla tualetə getmiş, uşaq da maşında qalmışdır. Geri qayıtdıqda Bəhruzun sol arxa sərnişin oturacağında, arxa orta sərnişin oturacağında əvvəlcədən tanımadığı Nailə adlı qız, arxa sağ sərnişin oturacağında bir nəfər tanımadığı oğlan, ön sərnişin oturacağında Xatirə əyləşmiş olmuşdur, maşında yer qalmadığına görə o uşağı ilə yük yerində əyləşmişdir. Rauf avtomobili hərəkətə gətirmişdir və onlar oradan Gəncə şəhəri istiqamətində getmişlər. Bəhruz dediyi yollarla Rauf maşını sürmüşdür və Bakı-Qazax yoluna çıxıb hərəkəti davam etdirmişlər. Onlar evlərinə getmiş, maşını həyətə salmışlar. Evə çatdıqda Nailə evə keçmiş, çarpayıda oturub sakitcə durmuşdur. Nailə orada qaynanasına zorla qaçırılmasını demişdir, bundan sonra onu evinə qaytarmağa qərar vermişlər, bundan sonra taksi çağırılmış və qaynanası, Xatirə və Xəyalə Nailəni taksi ilə aparmışlar. Onun hadisə barədə bildikləri bu qədər olmuşdur. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan deyir, o evlərinə çatana qədər onun zorla qaçırılmasını bilməmişdir. Maşında onun səsini eşitməmiş, həmçinin Nailə yoldaşı Raufun boğazını cırmaqlamamışdır. Onlar evdə onun zorla qaçırılmasını bildikdən sonra onu öz evinə qaytamağa qərar vermişlər. Nailə onlara rahat formada daxil olmuş, qaynatası xəstə olduğundan demək olar ki, hər gün onların evində qonaqlar olmuşdur. O da həmin qonaqlara yemək, çay hazırladığı üçün demək olar ki, o mətbəxdə olmuşdur. O nə Xəyalənin, nə də Bəhruzun Nailəni döyməsini bilməmişdir. Nailənin qeyd etdiyi proseslərin heç birini görməmiş, həmçinin onun qışqırıq səslərini də eşitməmişdir. Etibar və ailəsi isə demək olar ki, hər gün onlara qonaq gəlmiş, qaynatasına baş çəkmişlər. O Nailəni razı salmaqla bağh onunla danışmamışdır. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qaqarin küçəsi ev 4a-da ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, bir övladı var. Rəsmi iş yeri yoxdur, fərdi olaraq tikinti ustası kimi çalışaraq dolanır. Mahiyyət üzrə bildirmişdir ki, qızı X6 evlidir, o, da Şəmkir rayonu, X20 massivində yaşayır. İlahənin Səyyarənin gəlinidir, 05 noyabr 2024-cü il tarixdə saat 18 radələrində arvadı Rahilə ona zəng edərək Səyyarənin qardaşı oğlu Bəhruzun Nailəni zorla qaçırıb onlara gətirməsini, qızın özünü pəncərədən atmaq istəməsini dedikdə, ona dərhal onları evdın çıxarmasnı demişdir. Saat 19 radələrində o evə gəldikdən sonra ona məlum olmuşdur ki, Bəhruz Nailəni zorla qaçıraraq onların evinə gətirmiş, o arvadına tapşırdıqdan sonra isə onları evdən çıxarmışdır. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 3 övladı var, Şəmkir rayonu Dəllər qəsəbə, Zaur Abbasov adına tam orta məktəbdə uşaq birliyinin rəhbəri vəzifəsində çalışır. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, o, onunla eyni məktəbdə coğrafiya müəllimi işləyir. 05 noyabr 2024-cü il tarixdə də saat 15:40 radələrində o məktəbdə olan zaman məktəbin psixoloqu Şahid1 ağlaya- ağlaya məktəbə gəlib Nailə müəllimə ilə yol gedən zaman yanlarında maşın dayanmasını, maşından düşən şəxslərin Nailəni zorla qaçırmalarım xəbər vermiş və onun ailə üzvlərinə məlumat vermələrini istəmişdir. O da bibisi qızı Rüstəmova Adi ləyə zəng edib qonşusu Məzahirin qızı Nailənin qaçırılmasım deyib gedib qonşusu Məzahirgilə bu barədə xəbər verməsini demişdir. Bundan bir neçə gün sonra o camaatdan eşitmişdir ki, üç nəfər şəxs Nailəni zorla qaçırmışdır. Lakin onu qaçıran şəxslərin heç birini tanımır. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində ailə üzvlərimlə birlikdə yaşayıram, evliyəm, 2 övladım var, Şəmkir rayonu Dəllər-Cırdaxan kənd tam orta məktəbində müəllim işləyirəm. Mahiyyət üzrə bildirirəm ki, Zərərçəkmiş şəxs tanıyıram, o, atası ilə birlilkdə mənimlə qonşuluqda yaşayır, onlarla qonşu kimi yaxşı münasibətimiz var. X12 isə mənim iş yoldaşımdır. 05 noyabr 2024-cü il tarixdə də saat 15:40 radələrində mən evdə olan zaman Günel mənə zəng edib qonşumuz Nailənin qaçırılması barədə xəbər verib bu barədə onun ailə üzvlərinə deməyimi xahiş etdi. Qeyd edirəm ki, Günel mənim Nailə ilə qonşu olduğumu bilidiyi üçün mənə zəng etmişdi. Mən dərhal Nailənin evinə getdim və atasına qızının qaçırılmasım dedim. Sonradan isə kənd camaatından eşitdim ki, həmin gün Nailə Bəhruz, Vasif və Əmir adlı şəxslər tərəfindən zorla qaçırılmışdır. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində xx.xx.1990-cı il təvəllüdlü, övladım Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Mahiyyət üzrə bildirmişdir ki, həyat yoldaşı 2010-cu ildə vəfat etmişdir, onunla birgə nigahdan olan üç qızının ikisi evlənib köçmüşdür, balaca qızı Nailə isə onunla yaşayır, Nailə ali təhsillidir, Şəmkir rayonu Dəllər qəsəbə tam orta məktəbində coğrafiya müəllimi işləyir. Nailənin 34 yaşı var, indiyə kimi Nailə üçün dəfələrlə elçi gəlmişlər, həmçinin söz də göndərmişlər, lakin onun ürəyində xəstəlik olduğundan və tək yaşadığı üçün Nailə evlənmək istəməmişdir, buna görə də indiyə kimi subay qalmışdır. Təxminən bir ilə əvvəl də həmkəndlisi Təqsirləndirilən şəxs1 da qızı ilə evlənmək üçün söz göndərmiş, qızı razı olmadıqda isə onu narahat etməyə başlamışdır, belə ki, qızı işə gedib-gələn zaman onu izləmiş, telefonuna zəng edərək narahat etmişdir. Qızı bunu onlara bildirdikdə bu barədə Bəhruzun valideynlərinə deyilmiş, bundan sonra bir müddət Bəhruzdan xəbər çıxmamışdır. Qısa müddət əvvəl digər qızları Ülviyyə və Məryəm ona Bəhruzun yenə başlayıb qızını narahat etməsini ona demişlər, lakin o qızının Bəhruz tərəfindən qaçıralacağını gözləmədiyi üçün o, qədər də reaksiya verməmişdir. 05 noyabr 2024-cü il tarixdə də qızı Şəmkir rayonu Dəllər qəsəbə kənd orta məktəbinə işə getmişdir. Həmin gün saat 15:40 radələrində qonşusu Ədilə müəllimə onun ünvanına gələrək həyəcanlı formada ona qızı Nailənin qaçırılmasım xəbər vermiş, ondan maraqlanan zaman ona məlum olmuşdur ki, qızı soyadı Şahid1 adlı müəllimə ilə məktəbdən çıxıb piyada avtobus dayanacağına evə gedən zaman məktəbin yaxınlığında Bəhruzun tanışları Vasif və Əmir ilə atasına məxsus “Vaz 2105” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə anidən yanında dayanmış, həmin vaxt avtomobildən düşən iki nəfər şəxs qızının qolundan tutub zorla avtomobilə mindirmiş, onun yanında olan müəllimə kömək etmək istədikdə isə onu itələyərək müqavimətini qırmışlar. Həmin şəxslərdən biri avtomobili idarə etmiş, ikisi isə arxa sərnişin oturacağında əyləşərək qızının əllərini tutaraq onu zorla saxlamış, avtomobil oradan uzaqlaşmışdır. Bundan sonra Aysel adh müəllimə qonşusu Ədiləyə zəng edərək ona məlumat verməsini demişdir. O da Şəmkir rayon polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra isə həmin gün gecə qızı Nailə ona zəng edərək Bəhruzgilin əlindən qurtulmasını demişdir, ona məlum olmuşdur ki, qızı həmin şəxslər tərəfindən zorla və fiziki güc tətbiq edilərək Şəmkir rayonu, Morul yaşayış massivinə aparılmış, orada isə Şəmkir rayonu Məhsəti qəsəbəsinə aparılmışdır. Gecə saatlarına qədər onlar qızını zorla saxlamışlar, qızı Bəhruzla evlənməyə razı olmamış və onların qızını buraxmaqdan başqa əlacları olmamışdır. Bundan sonra qızım Nailə xalası evinə gəlmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qızı Nailənin Bəhruzla heç bir əlaqəsi olmamışdır, əgər qızının Bəhruzla əlaqəsi olsa idi bir müddət əvvəl Bəhruzun onu narahat etməsi barədə onlara şikayətlənməzdi. Həmçinin qızı Nailə Bəhruzla evlənmək istəsə idi Bəhruzun valideynləri onlara elçi gələrdilər. Bəhruz özü bilir ki, qızı onu istəmir, bu səbəbdən onu zorla qaçırmışdır. Həmçinin qızının qaçırılması müəllimə yoldaşının yanında olmuşdur, o, da qızının zorla 3 nəfər tərəfindən qaçırılmasım bildirmişdir. Bildirmişdir ki, o ilkin olaraq elə hesab etmişdir ki, qızını 4 nəfər qaçırmışdır, lakin sonradan qızı 3 nəfər tərəfindən qaçırılmasım demişdir, o bunu səhv bilmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayır, heç bir yerdə işləmir, evdar qadındır. Həyat yoldaşı isə Rusiya Federasiyasında yaşayır. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşı Eyvazın oğludur, onunla eyni kənddə yaşayır. Bəhruz uzun müddət imiş ki, həmkəndlisi Zərərçəkmiş şəxs sevirmiş. 06 noyabr 2024-cü il tarixdə saat 17-18 radələrində Rahilə ona özünə məxsus ***-***-**-** mobil nömrəsindən ona məxsus adh qohumları istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək qardaşı oğlu Bəhruzun qız qaçırtmasını deyib onu ünvanına çağırmışdır. Bundan sonra o qızı Səma ilə birlikdə taksi ilə Rahilənin Şəmkir rayonu X20 massivində yerləşən evinə getmişdir. Onlara çatdıqda Nailə adh əvvəlcədən tanımadığı qızın yataq otağında olmasını, Bəhruzun isə yanında olmasını, onların söhbət etməsini görmüşlər. Bir neçə dəqiqə sonra Nailə səs-küy salaraq çıxıb getmək istədiyini demiş, o həmin vaxt Nailənin zorla qaçırılmasım başa düşmüşdür. Ondan və qızı Səmadan başqa orada Bəhruz, Rahilənin qonşuları da olmuşdur. Onlar da Nailəni yola gətirməyə çalışmışlar, lakin Nailə razılaşmamışdır. X9 dərman gətirməsini istəyib otaqda tək qaldıqdan sonra özünü pəncərədən atmaq istəmiş, lakin həmin vaxt Bəhruz onu tutub saxlamışdır. Bundan sonra Rahilə Nailənin dinc dayanmadığını görüb onu aparmağını demişlər. Bundan sonra Bəhruz əmisi oğlu qaqaş ləqəbli Raufu ora çağırmış, bundan sonra Raufun idarə etdiyi avtobildə o ön sərnişin oturacağında Əmir arxa sol oturacaqda Nailə arxada ortada, Bəhruz isə arxa sağ oturacaqda əyləmişdir. Raufun arvadı isə yük yerində əyləşmişdir. Onlar birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində qardaşı Əvəzin evinə getmişlər. Ora çatdıqdan sonra yenə də Nailəni razı salmağa çalışmışlar. Lakin Nailə yenə də razılaşmamış, bundan sonra ondan şikayət etməməsini istəmişlər. Lakin Nailə yalnız xalası evinə getdikdən sonra ərizə verəcəyini demişdir. Bundan sonra Bəhruz taksi çağırmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs düz ifadə vermişdir, təkcə onu səhv deyir ki, Xatirə Bəhruzun əmisi qızı yox, bibisidir. Yanında olan qız isə qızı Səma olmuşdur. Lakin Səma orada çox qalmamış, çıxıb getmişdir. Nailə özünü pəncərədən atmaq istəməsi və Bəhruzun buna imkan verməməsi barədə düz deyir. DYP postuna çatan zaman isə Nailənin sürücüyə mane olmaq istəməsi halını isə xatırlamır. Nailənin onlardan qaçmaq istəməsi və hadisələrin onun iradəsinə zidd olaraq baş verməsi isə doğrudur. Nailənin zorla qaçırılmasım bilsə də düşünmüşdür ki, Bəhruz onu razı salacaq və o, Bəhruzla evlənəcək. Bu səbəbdən də polisə və ya hansısa hüquq-mühafizə orqanına məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayır, rəsmi iş yeri yoxdur, fərdi olaraq dırnaq ustası kimi çalışır. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısı Eyvazın oğludur. Eşitmişdir ki, Bəhruz uzun müddət idi ki, Zərərçəkmiş şəxs sevir. 06 noyabr 2024-cü il tarixdə saat 17-18 radələrində o evdə olan zaman anası Xatirə ona Bəhruzun qız qaçırtmasını və ora getməsini demiş, o da onunla birlikdə getmişdir. Onlar birlikdə Şəmkir rayonbu Morul yaşayış massivində qohumları Rahilənin evinə getmiş, onlara çatdıqda Nailə adlı əvvəlcədən tanımadığı qızın yataq otağında olmasını, Bəhruzun isə yanında olmasını, onların söhbət etməsini görmüşlər. Bir neçə dəqiqə sonra Nailə səs-küy salaraq çıxıb getmək istədiyini demiş, Sima həmin vaxt Nailənin zorla qaçırılmasım başa düşmüşdür. Ondan və anası Xatirədən başqa orada Bəhruz, Rahilənin qonşuları da olmuşdur. Onlar da Nailəni yola gətirməyə çalışmış, lakin Nailə razılaşmamışdır. Hətta Nailə ilə qonaq otağında ona çantasından dərman gətirməyini istəmiş, o gedib-geri qayıtdıqda Nailənin pəncərənin qarşısında olmasını, özünü atmaq istəməsini görmüşdür, lakin Bəhruz onu tutub saxlamışdır, o orada təxminən bir-iki saat olmuş, daha sonra isə çıxıb getmişdir. Şahid11 ona verilən suala cavab olaraq bildirmişdir ki, Nailənin zorla qaçırılmasım bilsə də düşünmüşdür ki, Bəhruz onu razı salacaq və o, Bəhruzla evlənəcək. Bu səbəbdən də polisə və ya hansısa hüquq-mühafizə orqanına məlumat verməmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid13 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayır, evlidir, bir övladı var, rəsmi olaraq "xxxx" ASC-də mütəxəssis işləyir. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır, onunla yaxşı münasibətləri olmuşdur. 05 noyabr 2024-cü il tarixdə saat 17 radələrində o, Nailənin qaçırılmasım eşitmişdir. Bundan sonra onun atası polis şöbəsinə müraciət etmişdir və polislər Nailəni axtarmağa başlamışlar, onlara məlum olmuşdur ki, Nailə Təqsirləndirilən şəxs1 tərəfindən tanışları ilə birlikdə qaçırılmışdır, onlar da Nailənin tapılması üçün onun hara aparıla biləcəyi barədə soraqlamışlar. 06 noyabr 2024-cü il tarixdə saat 02 radələrində o evdə olmuş, atası və anası isə Nailəgildə olmuşlar. Həmin vaxt qapı döyülmüş, həmin vaxt iki nəfər qadın Nailəni evə gətirmişlər, Nailənin vəziyyəti yaxşı olmamış, Nailəni gətirən qadınlar xahiş edərək onlardan şikayət edilməməsini bildirmiş, bundan sonra isə çıxıb getmişlər. Nailəni danışdırdıqda ona məlum olmuşdur ki, o, Bəhruz və tanışı iki nəfər tərəfindən zorla qaçırılaraq Şəmkir rayonu Morul qəsəbəsində yaşayan qohumunun evinə aparılmış, oradan isə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan qohumunun evinə aparılmış, saatlarla azadlığı məhdudlaşdırılmış, sonda isə Nailənin razılaşmadığını görmüşlər. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən şahid qismində dindirilmiş Şahid15 Yaqub qızı məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Goranboy rayonu, Qazançı kəndində qeydiyyada olmaqla Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yaşayır, rəsmi iş yeri yoxdur, fərdi olaraq kursda xadimə işləyir. Mahiyyət üzrə bildirmişdir ki, X3 onun əmisi oğludur. 05 noyabr 2024-cü il tarixdə atası xəstə olmasına görə ona hər günki kimi baş çəkməyə getmişdir. Orada Bəhruzun qız qaçırmasını eşitmiş, həmin gün saat 22 radələrində Raufgil gəlmişlər, onlar həmin vaxt Nailə adlı qızı gətirmişlər, Bəhruz və yanında da bir nəfər Əmir adlı oğlan gəlmişdir. Nailə anasını itəliyərək üstünə qışqırmış, həmin vaxt başa düşmüşdür ki, Nailə öz xoşu ilə gəlməmişdir. Lakin onlar əvvəlcədən elə hesab etmişlər ki, qız Bəhruzla öz xoşu ilə gəlmişdir. Nailə evə gəlmiş, bir xeyli dəhlizdə durmuş, bundan sonra isə onların hamısını söymüş, təhqir etmiş, zorla qaçınlmasını bildirmişdir. Həmin vaxtlar onun atası Eyvaz xəstə olmasına görə demək olar ki, hər gün onların evinə qonaq gəlirmiş. Həmin gün də dayısı X4 və yoldaşı X1 da onlara gəlmişlər. Etibar və yoldaşı hazırda Rusiya Federasiyasındadırlar. Atası Əvəz 09 mart 2025-ci il tarixdə vəfat etmişdir. Onlar Nailənin sakitləşməməsini və etiraz etməsini görüb onu evlərinə qaytarmağa qərar vermişlər. Belə düşünmüşlər ki, Nailə getdikdən sonra Bəhruzgil barəsində şikayət edəcəkdir, ona görə də ondan şikayətçi olmamasını istəmişlər, bunun üçün də and içdirmişlər. Bu barədə ərizəni isə yalnız xalasınının evinə gedərsə orada verəcəyini demiş, bundan sonra taksi çağırmışlar, o, anası və Bəhruzun bibisi Xatirə taksi ilə Nailəni Şəmkir rayonunda yaşayan xalası evinə aparmışlar. Orada Nailə şikayətçi olmaması barədə kağız yazıb onlara vermiş, həmin kağızı də xatırlamasına görə Bəhruzun qohumlarına vermişlər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Nailə qismən düz, qismən isə yalan deyir. Onun döyülməsi və söyülməsi barədə dedikləri yalandır. Nailənin Bəhruzla evlənməsinə razı olması barədə onunla söhbətlər etmişlər, lakin onu heç kim vurmamışdır. Onun da Nailəni vurmağı yalandır. Lakin onun daha razılaşmadığını görüb evinə aparmışlar. Evdə olan şəxslər onun yataq xəstəsi olan mərhum atasının ziyarətinə gələnlər olmuşdur. O, həmin gün gecə atası evində qalmış, lakin oğulları evdə olmuşlar. Onun Bəhruzun onlarda qalmasından xəbəri olmamışdır. Nailəni heç kim vurmamışdır, Əmir də onu vurmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X18 Şəmkir rayon şöbəsində Zərərçəkmiş şəxs adına tərtib olunmuş 06 noyabr 2024-cü il tarixli 1112 saylı rəyindən görünür ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-sağ bazunun, sağ əlin arxa səthinin, sağ baldır nahiyəsinin aşağı üçdə birinin bayır və orta üçdə birinin ön səthinin qançırları, sağ əlin ovuc səthinin sıyrığı, KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 05 noyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2025-ci il tarixli 49 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini iadrə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2025-ci il tarixli 51 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini iadrə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal- hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2025-ci il tarixli 50 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət çəkmir.Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini iadrə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 noyabr 2024cü il tarixdə təqsirləndirilən şəxsər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntülərin olduğu üç ədəd disk iş üzrə maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 noyabr 2024cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrıhqda ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və həmin vaxt təqsirləndirilən şəxslər hadisə vaxtı olan davranışlarını hadisə yerində əyani surətdə göstərərək öz ifadələrini bir daha təsdiq etmişlər.Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək fotocədvəl halında və videogörüntülər çəkilərək disk halında həmin protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 dekabr 2024cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdri ki, 05 noyabr 2025-ci il tarixdə saat 15:30 radələrində Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs hahnda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la evlənmək məqsədi ilə qaçırılması barədə razılığa gəldikdən sonra birgə hazırladıqları plan üzrə hərəkət edərək Şəmkir rayonu Dəllər qəsəbə kənd orta məktəbində olan işindən çıxaraq evinə gedən Zərərçəkmiş şəxsm izləmişlər, daha sonra onun dar küçəyə daxil olmasından istifadə edib Təqsirləndirilən şəxs3 idarə etdiyi Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21154” markalı, ** CF *** dövlət qeydiyyat nişanh avtomobil ilə yanlarında dayanmışlar və Təqsirləndirilən şəxs1 avtomobildən düşüb Zərərçəkmiş şəxsm əl qolunu tutub zorla avtomobilin arxa oturacağına mindirmiş, həmin vaxt qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsmn avtomobilin arxa sol tərəfindən düşməsinin qarşısını almış, qrup halında Zərərçəkmiş şəxs zor tətbiq edərək onu oğurlayaraq Şəmkir şəhəri, Morul Massivi, Qaqarin küçəsi ev 4a-da yerləşən Şahid4 qızma məxsus evə aparmışlar. Hadisə vaxtı Zərərçəkmiş şəxs yanında onun iş yoldaşı Şahid1 olmuşdur, hadisənin digər şahidlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır və hadisə yerində müşahidə kamerası aşkar edilməmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs1 dəfələrlə Zərərçəkmiş şəxs ilə evlənmək Həmçinin Şahid4 Təqsirləndirilən şəxs1 evlənmək məqsədi ilə qız qaçıraraq onun evinə gətirilməsi barədə qabaqcadan məlumatlı olmuş, lakin Zərərçəkmiş şəxsmn zorla qaçırılacağını bilməmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs zorla qaçırılması barədə hadisəni törədən şəxslərdən başqa əvvəlcədən heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 başqa hansısa cinayətdə iştirakları olması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Belə ki, toplanmış sənədlər və iş üzrə verilmiş ifadələrlə birlikdə digər sənədlərin qarşılıqlı müqayisəsi nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və dostlarının niyyəti adam oğurlamaq olmamışdır. Təqsirləndirilən şəxs1 zərərçəkmişi uzun müddət sevmiş və onunla ailə həyatı qurmaq arzusunda olmuşdur. Dəfələrlə ona ailə qurmağı təklif etməsinə baxmayaraq, sonuncu onunla bu izdivaca razılıq verməmişdir. Belə olan halda isə Bəhruz dostları ilə birlikdə uzun illər formalaşmış adət və ənənələri əsas götürmüklə sonuncunu qaçırtmaq niyyətinə düşmüş və ailə qurmaq məqsədilə onu qaçırmışdır. Lakin, bir neçə saat ərzində zərərçəkmişin razılaşmadığını və ailə qurmaq niyyətində olmadığını başa düşdüyü üçün sonuncudan üzr istəyərək, yaxın qohumları ilə birlikdə onu evlərinə göndərmişdir. Zərərçəkmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun dostları ilə barışmasını bildirmiş, Bəhruzun onu qaçırmasında məqsədinin onunla evlənmək olmasını qeyd etmiş, sonuncudan və ona bu işdə kömək etmiş dostlarının onu azad etməsini bildirərək, şikayətçi olmadığını qeyd etmişdir. Eləcə də, ifadəsində ona hər hansı fiziki zorun olmadığını bildirməklə, həmin dövrdən baş verən hadisənin ona pis təsir etməsini, Bəhruzun evlənmək təklifinə rədd cavab verməsinə baxmayaraq təqsirləndirilənin öz dostları Əmir və Vasifin belə bir addım atmasını qəbul etmədiyini bildirmiş, indiki məqamda bir daha şikayətinin olmamasını əsas gətirərək, təqsirləndirilən şəxslərə yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş təqsirləndirilən şəxslər zərərçəkmişdən bir daha üzr istəyərək, peşman olduqlarını, baş vermiş hadisədən böyük təəssüf hissi keçirmələrini bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpa olunması, məhkumun islah olunması, həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərinin törədilməsinin qarşısının alınmasına hesablanmışdır. Cəzanın məqsədi ədaləti olmaqla bərabər törədilmiş əmələ hüquqa uyğun qiymət verilməsini xarakterizə edir. Nə qədər ki, Təqsirləndirilən şəxs1 zərərçəkmişi evlənmək məqsədilə qaçırmış, zərərçəkmiş şəxs onlarla barışaraq, heç bir şikayətinin olmadığını qeyd etməklə, məhkəmədən onlara yüngül cəza verməsini xahiş etmişsə onlara qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni doqquz ildən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, səmimi etiraflarını və əməllərindən peşman olmalarını müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Şəmkir Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarları ilə onlar barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hal-hazıradək həbsdə saxlanılır. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən həmin cəzanın təyin edilməsinin əsaslarını və qaydalarını təsbit edən Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərinə əməl etməli və həmin maddədə göstərilən məcburi və əlavə məhdudiyyətlərin tətbiq edilməsini əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olumuş şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq və 52-1.3cü maddəsində nəzərdə tutulmuş əlavə vəzifələrlə yanaşı digər vəzifələri də qoya bilər. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini və yaxud məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək zərurəti yarandıqda, Cəzaların İcrası Məcəlləsinin 51-3.3-cü maddəsinə müvafiq olaraq buna icazəni məhkumun müraciətinə əsasən icra məmuru verir. Məhkumun yaşayış yerini tamamilə dəyişməsinə icazəni isə Cəzaların İcrası Məcəlləsinin 53-3.6.1 – 53-3.6.3-cü maddələrində göstərilən müstəsna hallar olduqda, məhkumun müvafiq ərizə ilə icra məmuruna müraciət etməsindən sonra icra məmurunun tərtib etdiyi təqdimat əsasında məhkəmə verir. Təqsirləndirilən şəxsin üzərinə məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək vəzifəsini qoyarkən məhkəmə belə yerlərin əlamətlərini də mütləq göstərməlidir (məsələn, alkoqollu içkilər satılan satış məntəqələri və ya ictimai iaşə obyektləri və s.). Eynilə təqsirləndirilən şəxs üçün kütləvi və digər tədbirləri təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri müəyyən edərkən də, məhkəmələr nəzərə almalıdırlar ki, belə qadağalar həm bütün kütləvi tədbirlərə, həm də cəzanın məqsədi baxımından bunların bir hisəssinə aid edilə bilər. Hər bir halda bu məsələ hökmün təsviriəsaslandırıcı hissəsəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yerindən axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxlərin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 330 (üç yüz otuz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 330 (üç yüz otuz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 330 (üç yüz otuz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 08 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntülərin olduğu 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı tarix Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil edilsin. Cinayət Məcəlləsinin 68.1.1-1 bir günə iki gün müddətinə hesablansın üzərində qəti olaraq cəza 2 (iki) il 8 (səkkiz) ay 26 (iyimi altı) gün il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəyə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 03 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı tarix Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil edilsin. Cinayət Məcəlləsinin 68.1.1-1 bir günə iki gün müddətinə hesablansın üzərində qəti olaraq cəza 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəyə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində oğlunun həbsdə saxlandığı tarix Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil edilsin. Cinayət Məcəlləsinin 68.1.1- 1 bir günə iki gün müddətinə hesablansın üzərində qəti olaraq cəza 1(bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəyə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 330 (üç yüz otuz) manat, Müdafiəçi1 üçün 330 (üç yüz otuz) manat və Müdafiəçi3 üçün 330 (üç yüz otuz) manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq 08 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması zamanı çəkilmiş videogörüntülərin olduğu 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlansın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalında dərhal həbsdən azad olunsunlar. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar