Məhkəmə qərarları › İş №1(100)-418/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-418/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-418/2021 30.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal- hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 86 saylı binanın qarşısında bacısı Nigarın əri Zərərçəkmiş şəxs1 və sonuncunun qardaşı X13 öz qardaşı arvadı Nigara “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əxlaqsız yazı, eləcə də əxlaqsız təkliflər etdiyinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış dava-dalaş zamanı əvvəlcədən özü ilə gətirdiyi ilkin istintaq zamanı müəyyən edilə bilməyən bıçaqla ilk əvvəl Salman Dadaşovun bədəninin sinə və çiyin nahiyələrinə zərbələr endirərək sonuncuya sağ çiyin nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində isə daxilə keçməyən iki ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərəvurmaya aid xəsarətlər, həmçinin döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən sol ağciyərin yaralanması, sol tərəfli hemotoraksla müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının ön səthinin sağ körpücükaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığınaa ağır zərər vurmuş, həmin vaxt o, Salman Dadaşovun qardaşı Zərərçəkmiş şəxs1 əli ilə onun atası Şahid1 bədninin müxtəlif nahiyyələrinə vuraraq sol bazu nahiyələrinin qançırları, sol əlin arxa səthinin və sağ əlin İİ barmağının yaraları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyini gördükdən sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək sonuncuya sol kürəküstü nahiyədə bir ədəd, sol said nahiyəsində dəlib-çıxan bir ədəd, qarının sol yan səthində və bel nahiyəsində daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlət, həmçinin döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən sol ağciyərin zədələnməsi, sol tərəfli hemotoraksla müşaiyət olunan bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən lakin daxili orqanların zədələnməsinə səbəb olmayan bir ədəd, qarının sol yan şəthinin bir ədəd daxilə keçən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən hər iki şəxsin sağlamlığa ağır zərər vurmuşdur. X1 qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə axşam saat 21-22 radələrində bacısı Nigar ona zəng edərək evə çağırmış, o, evə gedəndə evdə səsküy olduğunu görmüş, həmin vaxt Osman evlərində ailə üzvləri ilə mübahisə etmişdir. Nigar qaynı Salmanın ona “Whatsapp” sosial şəbəkəsində əxlaqsız təkliflər etdiyini, özünün yarıçılpaq şəkillərini göndərdiyini demiş, Salman da Nigarın ona şər atdığını, Nigara əxlaqsız təkliflər etmədiyini, mesajları Nigarı yoxlamaq üçün yazdığını bildirmişdir. Osman telefona baxıb mesajları görəndə telefonu yerə çırparaq sındırmış, qardaşına şər atdıqlarını demiş və Nigarı aparmaq istəyəndə atası Davud ona mane olarkən Osman atasını kəllə ilə vurmuş və buna görə aralarında mübahisə yaranmışdır. Osman ona gözləməsini deyərək getmiş, o da Osmanın əlində bıçaqla gələcəyini fikirləşdiyindən evdən çıxanda özü ilə mətbəx bıçağı götürmüş, təxminən 15-20 dəqiqə sonra Osman qardaşı Salmanla birlikdə yenidən binanın həyətində atası Davudun üstünə gələrək onu vuranda o, üzərində götürdüyü mətbəx bıçağı ilə də birinci Salmanı sonra da Osmanı vurmuşdur. Bundan başqa o, ifadəsində əməlindən peşman olaraq Osman və Salmana xəsarət yetirdikdən sonra yardım edərək onların xəstəxanaya aparılmasına köməklik etdiyini bildirərək ona köməklik etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə saat 21 radələrində qaynanası Nəcibə zəng edərək onu yaşadıqları evə çağırmış, o, oraya gedəndə qaynanası Nəcibə ona qardaşı Salmanın Nigara mesaj yazaraq əxlaqsız təkliflər etdiyini bildirib, həmin mesajları ona göstərmişdir. O, həmin mesajların qurğu olduğunu, qardaşına şər atdıqlarını deyərək, əsəbləşib Nigarın telefonunu masaya vurub sındırmış və onu yaşadıqları evə aparmaq istəyərkən qaynanası Nəcibə və qaynatası Davud ona mane olduqlarından aralarında mübahisə yaranmış və Nicat onu evdən çıxarmışdır. Sonra o, qardaşı Salmana zəng edərək onu çağırmış və onlar birlikdə qaynatası Davudun evinin qarşısına gedib onunla dalaşan zaman qaynı Nicat Salmanı və onu bıçaqla vurmuş, sonra peşman olaraq onlara yardım etmiş və xəstəxanaya yola salmışdır. Bundan başqa o, ifadəsində Nicta qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X13 zərəçəkmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 25.03.2021-ci il tarixdə saat 21-22 radələrində qardaşı Osmanla birlikdə sonuncunun qaynatası Davudun evinin qarşısına getmişlər və orada Davud ilə mübahisə edəndə Osmanın qaynı Nicat onu və Osmanı bıçaqla vurmuş, vurduqdan sonra da Nicat əməlindən peşman olaraq onlara yardım edib xəstəxanaya yola salmışdır. Bundan başqa o, ifadəsində qardaşı arvadı Nigara “Whatsapp” vasitəsilə əxlaqsız təkliflər etmədiyini, sonuncuya mesajları onun yazmadığını və Nicta qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ailə həyatı qumuş, 2021-ci ilin mart ayından başlayaraq qaynı Salman ona mesaj yazaraq ona əxlaqsız təkliflər etmiş, yarıçılpaq qadın şəkilləri göndərmiş, ona öz şəklini göndərməsini və yazdığı mesajları silməsini demişdir. O da Salmanın ona yazdığı mesajları silməmiş, sübut kimi qalması üçün şəklini çəkərək qohumu Kəmaləyə göndərmiş və bu barədə anası Nəcibəyə demişdir. Anası Salmana irad bildirəndə Salman ona əxlaqsız təkliflər etmədiyini, mesajları onu yoxlamaq üçün yazdığını demiş və Osmanı çağırmışdır. Osman gələndə Salmanın yazdığı mesajları ona göstərmişlər, o da mesajların qurğu olduğunu, qardaşına şər atdıqlarını deyib telefonu sındırmışdır. Bundan sonra atası Davudla Osman arasıda mübahisə yaranmış, Nicat da Osmanı evdən çıxarmışdır. Bir qədər sonra Osman yenidən gələrək onu aparmaq istəyəndə atası Davud və anası Nəcibə ona mane olduqlarından Osman onları vurmuş, Nicat da əsəbləşib Osmanla dalaşmışdır. O, X15 bıçaqlamasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə ilasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral-mart aylarında Nigarla telefonla danışanda Nigar qaynı Salmanın ona əxlaqsız təkliflər etdiyini, hətta dolabını axtarıb Nigarın alt paltarlarına baxdığını bildirərək Salmanın yazdığı mesajların şəkillərini ona göndərmiş və sübut kimi saxlamasını demişdir. Sonra dayısı Davudun evində dava dalaş olan zaman Nigar həmin şəkilləri ona göndərməsini demiş, o da şəkilləri Nigara göndərmişdir. O, Nicatın Osman və Salmanı bıçaqlamasının şahidi olmamışdır. Məhkəmədə tədqiq edilən 26 mart 2021-ci il tarixli və 27 mart 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd alt köynəyi, X10 məxsus 1 ədəd qara rəngli köynək istintaq orqanı tərəfindən götürülmüş və baxış zamanı paltarların üzərində zədələr və qanabənzər ləkələr olması aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27 mart 2021-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, X6 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) –alfadır. Təqdim olunmuş bir ədə köynək, bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qruo göstəricisi B(İİİ) olduğundan X12 məxsus ola bilər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27 mart 2021-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) –alfadır. Təqdim olunmuş bir ədəd köynək, bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) olduğundan Zərərçəkmiş şəxs1n məxsus ola bilər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27 mart 2021-ci il tarixli 745 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən sol ağciyərin zədələnməsi, sol tərəfli hemotoraksla müşaiyət olunan bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən lakin daxili orqanların zədələnməsinə səbəb olmayan bir ədəd, qarının sol yan şəthinin özr ədəd daxilə keçən yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunan deşilmişkəsilmiş yaraları – deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir və ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. Bunda başqa Zərərçəkmiş şəxs1 bədənində qeyd edilən xəsarətlərdən başqa, sol kürəküstü nahiyədə Öir ədəd, sol said nahiyəsində dəlib-çıxan bir ədəd, qarının sol yan səthində və bel nahiyəsində daxilə keçməyən Bir ədəd deşilmiş-kəsilmiş yaralar da müəyyən edildi. Bu xəsarətlər də deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir və ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 25.03.2021-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27 mart 2021-ci il tarixli 746 nömrəli rəyindən görünür ki, X6 bədənində müəyyən edilən xəsarətlər - döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən sol ağciyərin yaralanması, sol tərəfli hemotoraksla müşaiyət olunan Öir ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin sağ yarısının ön səthinin sağ körpücükaltı arteriyanın zədələnməsi ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası — deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir və ağırlıq dərəcələrinə görə həmin xəsarətlər hər biri ayrı-ayrılıqda həyat üçün təhükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. X2 bədənində qeyd edilən xəsarətlərdən başqa sağ çiyin nahiyəsində Öir ədəd, döş qəfəsinin sol yarısının ön səthində isə daxilə keçməyən iki ədəd deşilmiş-kəsilmiş yaralar da müəyyən edildi. Bu xəsarətlər də deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir və ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər. X6 bədənində olan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 25.03.2021-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26 mart 2021-ci il tarixli 436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol əlin üst səthinin sıyrıqları, sol bazu, sağ kürəküstü nahiyələrin qançırları, alt dodağın selikli qişasına qansızma – bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 25.03.2021-ci il tarixə uyğun gəlir və sağlamlığıa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən 07 aprel 2021-ci il tarixli baxış və götürmə aparılması haqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Şahid4 təqdim etdiyi, X6 X8 “Whatsapp” sosial şəbəkəsində yazdığı mesajların şəkilləri götürülmüş və baxış zamanı mesajların 23 mart 2021-ci il tarixdən, ***-***-**-** saylı mobil nömrədən və “Salman” sözləri yazılmış mobil nömrəsindən yazılan mesajlar olması müəyən olmuşdur. Məhkəmədə tədqiq edilən 27 mart 2021-ci il tarixli ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və X10 yetirdiyi xəsarətləri əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən 26 mart 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Kəpəz rayon Məhkəməsinin 27 mart 2021-ci il tarixli, 4(043)-46/2021 saylı qərarında görünür ki, X7 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbestmənin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021-ci il tarixli 16/688 nömrəli rəyindən görünür ki, təqdim olunan poluverin üzərində olan 07 ədəd zədlər bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021-ci il tarixli 16/689 nömrəli rəyindən görünür ki, təqdim olunan poluverin üzərində olan 07 ədəd zədlər bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazırliyi Məһkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 24.05.2021-ci il tarixli 745 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin və maykarın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin arxa səthinin sol yarısının daxilə keçən sol ağ ciyərin zədələnməsi, sol tərəfli hemotraksla müşaiyət olunan bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən lakin daxili orqanların zədələnməsinə səbəb olmayan bir ədəd, qarının sol yan səthinin bir ədəd daxilə keçən yoğun bağırsağın zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş, sol kürək üstu nahiyyədə bir ədəd, qarının sol yan səthində və bel nahiyyəsində daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yaralar” xəsarəti ilə poluverin və maykanın səthində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və mxəsarətlər üst-üstə düşür. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin hərbi biletinin surətlərindən görünür ki, 29.09.2021-ci il tarixli, 92 nömrəli əmrə əsasən Nicta Qurbanov 2-ci Qarabağ müharibəsi zamanı 01.10.2020-ci il tarixdən N saylı hərbi hissənin tərkibində Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak etmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs1 14 iyun 2021-ci il tarixli və 18 iyun 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə tədqiq edilən 01 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, X6 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-yə məsul saxlanca verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 86 saylı binanın qarşısında Salman Dadaşov və Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış dava-dalaş zamanı, qəsdən hər iki şəxsin sağlamlığa həyat üçün təhlükəli olan ağır zərər vurduğuna görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxslərin xəstəxanaya aparılmasına köməklik etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak etməsini isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxslərin xəstəxanaya aparılmasına köməklik etməsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün hadisə nəticəsində xəsarət alan şəxslərin xəstəxanaya aparılmasına köməklik etməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, bundan başqa törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak etməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasını məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən onun üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, X6 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver zərəçəkmiş şəxslərin özlərinə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Zabil Qəhrəmanov 11 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənək “başqa yerə getməmək haqqında iltizam” tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də hadisə zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, zərərçəkmiş X6 zamanı əynində olmuş 1 ədəd uzunqol poluver rəngli mayka zərəçəkmiş şəxslərin özlərinə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 63 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar