Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-419/2022 25.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1972-ci il ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 206,328 qram çəkidə narkotik vasitə olan heroin və 51,66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən yaşadığı evə daşıyaraq yataq otağında paltar dolabında saxlamış, 18 may 2022-ci il tarixdə saxladığı bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı bir ədəd sellofan paketdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər-Cəyir kəndində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan paketdə təmiz çəkisi 40.76 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də, həmin tarixdə yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən oradan yataq otağında paltar dolabının içərisindən bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə olan şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 10,90 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 206,328 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və üzərində heroin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. O, təxminən 10 ildir ki, narkotik vasitə qəbul edir və narkotik vasitə istifadəçisidir. O, əvvəllər 2 dəfə CM-nin 234.2-ci maddəsi, 1 dəfə 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 18 may 2022-ci il tarixdə saat 14 radələrində özünə məxsus olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evində oturan zaman polis əməkdaşları evə daxil olmuş, onun narkotik vasitənin saxlanılması və satışında şübhəli olduğunu deyib ondan Şəmkir rayon polis şöbəsinə getməyini tələb etmiş, o, polis əməkdaşlarına etiraz etməmiş və Şəmkir rayon polis şöbəsinə getmişdir. Şöbədə ona narkotik vasitə verərək, bunu “üzərinə” götürməli olduğunu demişlər. O, isə həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra hazırda adını xatırlamadığı polis əməkdaşları tərəfindən ona oğlunun da polis şöbəsinə gətirələcəyi və üzərinə narkotik vasitə qoyulacağı ilə bağlı təyziqlər göstərildiyindən narkotik vasitəni öz üzərinə götürərək kurtkasının sağ cibinə qoymuşdur. Bundan sonra evinə baxış keçiriləcəyi deyilmiş, o isə evində heç nə olmadığını bildirmişdir. O, polis əməkdaşları ilə evə gəlmişdir. Evə girdikdən sonra girişdən sağ tərəfdə yerləşən yataq otağında kiçik həcmli şkafa baxan zaman içərisindən 2 ədəd büküm marixuana və heroin aşkar edilmişdir. Həmin narkotik vasitələr də ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq, qohumlarının ona dediyinə görə onu evdən apardıqdan sonra polis əməkdaşlarının bir hissəsi orada qalmış, Vüqar adlı polis əməkdaşı isə əvvəlcədən evə girib çıxmışdır. O, polis şöbəsində olan zaman üzərindən aşkar olunmuş marixuananı oğlunu şöbəyə gətirəcəkləri ilə hədələdikləri üçün boynuna almışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitənin satışı ilə məşğul olduğu üçün məhkum olunmasına baxmayaraq, hazırda narkotik vasitənin satışı ilə məşğul olmadığını, şahid qismində dindirilmiş Şahid8 tanımadığını, onun mobil telefonuna müxtəlif mobil nömrələrdən narkotik vasitə istəmələri ilə bağlı sms-lər göndərilsə də, o, həmin sms-ləri cavablandırmadığını bildirdi. Polis əməkdaşları tərəfindən ona təzyiq olunsa da hər hansı fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zaman bildirmişdir ki, “........ Təxminən tutulduğu vaxtdan 15 gün əvvəl yaşadığı kənddə yaşadığı küçənin yuxarı hissəsində su arxının kənarı ilə piyada gedərkən yolun kənarında yerdə sellofan paket görmüş, əvvəllər də narkotik vasitə istifadəçisi olduğu üçün paketin içərisindəkini narkotik vasitəyə oxşadıb tanımış, sellofan paketin içərisinə baxdıqda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, bundan sonra narkotik vasitəni götürüb üzərində saxlamış, gələcəkdə qəbul etmək məqsədilə cibinə qoymuş, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində özünə məxsus olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin önündə olarkən polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitənin saxlanılması və satışında şübhəli olduğunu deyib ondan həmin şəxslərlə birlikdə Şəmkir rayon polis şöbəsinə getməyini tələb etmiş, o da bu vaxt qaçmağa cəhd göstərərkən qəfildən öz ehtiyatsızlığından yerə yıxılmış, polis əməkdaşları onu yerdən qaldırıb maşına əyləşdirmiş, polis şöbəsinə aparmış, Şəmkir rayon polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələrin izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququ izah edilmiş, o, dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçisi X4 iştirakı ilə təkrarən hüquq və vəzifələrin izah edilmiş, bundan sonra müdafiəçisinin də iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etmək təklif edilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ cibində içərisində narkotik vasitə marixuana olan sellofan paketi çıxarıb təqdim etmiş, təqdim etdiyi narkotik vasitə elektron tərəzi ilə çəkilmiş, çəkisi sellafon paketlə birlikdə 41,8 qram olmuş, həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüş, o, da vəkili ilə birlikdə imza etmiş, bundan sonra isə ona yaşadığı evə baxış keçirilməsi zərurəti olduğu izah edilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə narazılığının olmadığını bildirmiş, onlar polis əməkdaşları ilə birlikdə ona məxsus olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə getmiş, həmin vaxt ona məxsus fərdi yaşayış evinə, evin həyətyanı sahəsinə, həmçinin həyətdə olan idarə etdiyi Kia Cadenza markalı, **-LD-*** nömrə nişanlı avtomaşına baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Şəmkir RPŞ-nə müraciət etmiş, evdə olarkən polis əməkdaşları onun və müdafiəçisi Əfqan Zeynalovun iştirakı ilə ona məxsus fərdi yaşayış evinə baxış keçirərkən girişdən sağ tərəfdə yerləşən yataq otağında kiçik həcmli şkafa baxan zaman içərisindən sellofan paket aşkar olunmuş, sellofan paketin içərisində isə iki ayrı sellofana bükülmüş narkotik vasitə marixuana və heroinə bənzər kütlələr olmuş, aşkar olunmuş narkotik vasitələr hər biri ayrı-ayrılıqda elektron tərəzi ilə çəkilmiş, narkotik vasitə olan marixuananın sellofan bükümlə birlikdə çəkisi 11,8 qram, narkotik vasitə heroinin isə sellofan paketlə birlikdə çəkisi 216,7 qram təşkil etmiş, həmin narkotik vasitələr qablaşdırılıb möhürlənərək götürülmüş, o, həmin qablaşdırmaları imza etməkdən imtina etmiş, polis əməkdaşları ondan həmin narkotik vasitələri haradan əldə etdiyimi soruşduqda, o, həmin narkotik vasitələrin ona məxsus olmadığını demiş, bundan sonra isə evin digər otaqlarına baxış keçirilmiş, evin zal-qonaq otağında saatın arxasında ona məxsus elektron tərəzi və televizorun alt hissəsində olan şkafdan isə narkotik vasitəni bükmək üçün istifadə etdiyi kağız aşkar olunmuş, daha sonra isə evin həyətyanı sahəsinə, həmçinin həyətdə olan idarə etdiyi Kia Cadenza markalı, **-LD-*** markalı avtomaşına da baxış keçirilmiş, baxış zamanı orada narkotik vasitə, psixotrop maddə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır.Yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamış, üzərindən aşkar edilən narkotik vasitəni isə o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 15 gün əvvəl yaşadığı küçənin yaxınlığından tapmış, üzərində gəzdirdiyi ona məxsus narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində daşımış, o, narkotik vasitə satmamış, istifadəsində ***-***-**-** saylı telefon nömrə olmuş, ona məxsus həmin nömrəyə narkotik vasitə almaq ilə mesaj yazan şəxslərə o, narkotik vasitə satmamış, sadəcə olaraq həmin şəxslər o, əvvəllər narkotik vasitə satmaqla məşğul olduğu üçün onun yenə də narkotik vasitələrin satışı ilə məşğul olduğunu düşünüb ona mesaj yazmış, ilkin ifadəsində göstərdiyi yaşadığı evdən aşkar edilən elektron tərəzi də ona məxsus olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, şöbəyə Elşən adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə və yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evinə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması, həmin vaxt Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı evin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid2, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid4, Şahid3, Şahid5, həmin bölmənin axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ilə birlikdə Şəmkir rayonu Dəllər Cəyir kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gedilmiş, onlar Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin dəvət etmiş, onlar Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ-nin rəhbərliyinə müraciət etmiş, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin TB-nə təqdim etmiş, sonradan onlara Elşənin üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan paketin içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edildiyi məlum olmuş, keçirilmiş tədbirlərin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən evinə baxış keçirilməsi üçün yuxarıda adları qeyd edilən polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Dəllər Cəyir kəndinə gedilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə ilə müraciət etdikdən sonra yaşadığı evə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağının giriş qapısından sağda yerləşən balaca şkafın içərisindən 1 ədəd sellofan paket aşkar edilmiş, həmin sellofan paketin içərisinə baxış keçirilən zaman içərisində 2 ədəd sellofan büküm olduğu, həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroinə, digərində isə narkotik vasitə marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisinin təxminən 11 qram, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin təxminən 200 qramdan artıq təşkil etmiş, sonradan evə baxış davam etdirilmiş, baxış zamanı əlavə olaraq qonaq otağında yerləşən saatın arxasından balaca elektron tərəzi, qonaq otağında olan televizorun alt hissəsində yerləşən şkafdan 1 ədəd narkotik vasitə marixuananı doldurmaq üçün istifadə olunduğunu ehtimal etdikləri içərisi boş olan siqaret formalı kağız götürülmüş, sonradan aşkar edilən narkotik vasitələr və maddi sübutlar qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid İnar Adıgözəlovun verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin doğru olmadığını, təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tutulduqdan sonra o da digər polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini, sonradan Təqsirləndirilən şəxs və digər polis əməkdaşları ilə birlikdə evə baxışa keçirilməsi üçün qayıtdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 və Şahid6 İnar Adıgözəlovun ifadəsində oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ********** saylı mobil nömrə onun qaynı X3 adına olsa da təxminən 3 ildir ki, həmin nömrəni o, istifadə edir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana qəbul etmişdir. O, həmçinin Təqsirləndirilən şəxs də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu bildiyi üçün, Elşənə məxsus ***-***-**-** saylı mobil nömrəyə 1 dəfə mesaj yazıb Elşənlə danışaraq 20 manat pulun qarşılığında narkotik vasitə qurudulmuş marixuana ala bilib bilməyəcəyi barədə mesaj yazmış, bundan başqa hər hansı vaxtda o, Elşəndən narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 18 may 2022ci il tarixdə Şəmkir RPŞ-də xidmətdə olan zaman şöbəyə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçı Salman Atayevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçi X8 onun müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi bükümlə birlikdə təxminən 41 qram gəlmiş, bundan sonra həmin kütlə kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı yaşadığı evin yaxınlığından tapdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlavə olaraq onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 may 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd göstərmiş və yıxılaraq əl və ayaq nahiyyələrindən sıyrıq xəsarətləri almışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 may 2022-ci il tarixli “şəxsi axtarış aparılması barədə və baxış keçirilməsi haqqında” protokollardan, fotoşəkillərdən və disklərdən görünür ki, üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan paketdə 41.8 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, eləcə də, həmin tarixdə yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evə baxış keçirilərkən oradan yataq otağında paltar dolabının içərisindən bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,98 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 216,7 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroinə bənzər kütlə və qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X20 Bölməsinin 19 may 2022-ci il tarixli 16/586 nömrəli ekspert rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütlə sellofan paketdə qablaşdırıldı” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada təmiz çəkisi 40,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki: 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 10.9 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 1 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə olan şəffaf polietilen torbada təmiz çəkisi 206,328 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş bir ədəd elektron tərəzi” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqat aparmaq mümkün deyil. Həmin kağız paketdə olan 1 ədəd qara rəngli parça materialdan olan üzlükdə narkotik vasitələrə məxsus iz aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin 19 may 2022-ci il tarixli 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlə-sağ əlin ovuc səthinin və sağ diz oynağının ön səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi səraitdə-öz böyu hündürlüyündə yıxılma nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 18 may 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 23 avqust 2022-ci il tarixli, 1231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispaserin 21 may 2022-ci il tarixli 317 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq ona şamil edilən cinayət əməlinin törədərkən öz hərəkətlərini ölçüb biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi və cinayət işinə əlavə edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin 01 yanvar 2021-ci il tarixdən 19 may 2022-ci il tarixə qədər olan müddət ərzində hansı əhatə dairəsində olması, həmin müddət ərizədən daxil olan və çıxan sms mətnləri və zənglərinin müəyyən edilməsi üçün sorğu verilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, X6 məxsus ***-***-**-** saylı mobil nömrəyə 22 aprel 2022-ci il tarixdə +**********54 saylı mobil nömrədən “salam. Reşadtır narahat eden seni. Nizami kendinden. Qırmızı Yarım qutu isteyirdim adayı o berk şeyden. Yanka ydan biryerdeyem adayı senAllah cıx svyaza menden. Beş saatdır yıgıram seni” 28 aprel 2021-ci il tarixdə +**********46 saylı mobil nömrədən “melim 05 naqda var 50m çavab ver”, “melim çavidi vezir oqlu 20 lazğmdı”, 06 may 2022-ci il tarixdə +**********23 saylı mobil nömrədən “Ay dədə ərım meşok meyve lazımdı xabar elə da rayon terefdeem”, 20 may 2021-ci il tarixdə +**********47 saylı mobil nömrədən “Melim.Menem.Mazaxirn.BACİSİ.OQLU.2dene lazimdir”, 04 may 2022-ci il tarixdə +**********72 saylı mobil nömrədən “birazdan pul alaçam mana yarım duzalt zanq edaçam” məzmunlu Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını göstərən sms mətnləri aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 31 avqust 2022-ci il tarixli “üzləşdirmə protokolundan görünür ki, Şahid8 Təqsirləndirilən şəxs üzünə qarşı 20 manat müqabilində narkotik vasitə marixuana aldığını bildirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 7 iyul 2022-ci il tarixli “əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarının qanuniliyinin yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evində və həyatyanı torpaq sahəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirin keçirilməsi barədə Şəmkir rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 18 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 5 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş təmiz çəkisi 40.71 qram narkotik vasitə marixuana, yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 206,128 qram narkotik vasitə heroin və 10,85 qram narkotik vasitə marixuana, 1 ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞnin anbarına saxlanca verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evinə baxış keçirilməsi barədə videoçəkilişin köçürüldüyü 2 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəlisinin 23 iyun 2022-ci il tarixli, 328, 329 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X9, arvadı X11, oğlu X15 və qızı X12 ilə birlikdə Şəmirk rayonu, Dəllər Cəyir kəndində yaşamış və barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 may 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Şəmkir Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 3 iyun 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 29 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, 26 sentybar 2005-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə cəzadan azad olunmuş, Şəmkir rayon Məhkəməsinin 22 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş, 3 dekabr 2009-cu il tarixdə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək xüsusi müəssisəyə keçirilmiş, 1 sentyabr 2011-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qərarı ilə qalan 10 ay 2 gün cəzası 400 manat cərimə cəzası ilə əvəz olunmuş, Şəmkir rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilmiş, 17 iyun 2016-cı il tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 9 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, Şəmkir rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilmiş, 17 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı evə qoyulmasına dair ifadələri, özünün ibtidai istintaq zamanı tam etirafedici ifadəsi, şahidlərin ifadələri, “şəxsi axtarış” və “baxış keçirilməsi haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı fərdi yaşayış evinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən “DVD” disklərə baxış zamanı, üzləşdirmə protokolu, ekspert rəyləri, təqsirləndirilən şəxsin mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnləri və zənglərinin özündə əks etdirən diskə baxış zamanı, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin yaşadığı evdən aşkarlanmış narkotik vasitə heroinin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına, onun üzərindən və evindən aşkarlanmış narkotik vasitələrin müxtəlif növdə olmasına, üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan marixuananın eyni tərkibli olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 59-cu maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 3 iyun 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəmkir rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli hökmü ilə 3 il azadlıqdan məhrum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə göə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmlərin surətindən göründüyü kimi Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmişdən yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin resdivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 18 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 40.71 qram narkotik vasitə marixuana, yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 206,128 qram narkotik vasitə heroin və 10,85 qram narkotik vasitə marixuana, 1 ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd DVD və 1 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X16 28 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili X16 həyata keçirdiyindən 168 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 40.71 qram narkotik vasitə marixuana, 206,128 qram narkotik vasitə heroin və 10,85 qram narkotik vasitə marixuana, 1 ədəd elektron tərəzi məhv edilsin, 2 ədəd DVD və 1 ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-419/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-419/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver