Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-419/2025 02.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Firizman oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu Dəllər Daşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində idarə etdiyi “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 355-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olarkən "X17" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobili hərəkət təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə Kamaz 55111 markalı avtomobilin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək avtomobilin qabaq hissəsi ilə qarşıda onunla eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid 35 km/saat sürətlə idarə etdiyi “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “UPP- 1207” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa hissəsi ilə Qazax rayon istiqamətinin sağ zolağında sağdan sarı düz xəttdən sola doğru 1,65 metr məsafədə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sərnişinləri X6 alın nahiyəsinə uyğun hissədə başın toxumalarına qansızma (hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, boyun nahiyəsinin böyük ölçülü yarası-qırtlağın, qida borusunun, İV-V boyun fəqərələrinin, onurğa beynin, hər iki yuxu arteriyasının və onları müşayiət edən venaların, hər iki döş körpücük-məməyəbənzər əzələnin zədələnməsi, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların məmə və onurğa yanı xəttlər üzrə sınığı, sınıqətrafı yumşaq toxumalara qansıza, hər iki ağciyərin, dalağın və qara ciyərin cırılması, İİİ döş fəqərəsinin, döş sümüyünün, hər iki körpücük və burun sümüklərinin sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki bud və sağ baldır sümüklərinin qapalı sınığı, alın nahiyəsinin yarası, sol bud və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki bud və sağ baldır nahiyələrinin qançırları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X5 alın və ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma(hemotoma), ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinı qansızma, sol İ, İİ, İİİ, İV, V, Vİ,Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların məmə xətti üzrə, sağ İ,İİ, İİİ, İV, V, Vİ,Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarının isə həm məmə və həm də onurğa xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki körpücük sümüyünün sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması, burun sümüklərinin açıq sınığı, sol göz nahiyəsinin hemotoması, alın, sağ gözün alt qapağının, sol körpücük, sol bazu, sol bud və sol diz oynağı nahiyələrinin qançırları, sol bud və hər iki baldır nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən Göygöl RMX-da ölməsinə, X9 alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma(hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol İV-V, sağ İİİ-İV, V, Vİ, Vİİ qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalar qansızma, sağ ağciyərin, dalağın və qaraciyərin cırılması, sağ dirsək sümüyünün açıq sınığı, sağ qaşüstü nahiyənin yarası, sağ yanaq, sağ said, sağ diz, sol baldır nahiyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada ölməsinə, yəni üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CMnin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü əsgərlə görüşə getmişlər. Həmin vaxt 2 dəfə yolu səhv getmişlər. Gəncə şəhəri, DYP-in Zazalı postuna kimi arvadı ilə telefon ilə danışmışdır. Həmin vaxt onun taksi yoldaşı ona zəng etmişdir. O həmin günü gecə saat 4-də Bakı Beynəlxalq Hava Limanına getməli olmuşdur. Mamasının əmisi oğlu Kamil adlı şəxs arvadı ilə Azərbaycana gəlmişlər. Gəncə postunu keçmiş, 90-lıq radara çatanda bir siqaret yandırmışdır. Həmin vaxt yandırıcını yerinə qoyanda bütün dünyası qaralmışdır. Bundan sonra heç nə yadımda qalmamışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, anasigili Qarabağ, Şuşa şəhərinə əsgər yanına yola salmışdır. Gecə anası ilə danışmış, sabahı günü isə mobil telefonuna zəng etmiş, lakin mobil telefonlarına zəng çatmamışdır. Ətrafda olan insanlar onun mobil telefonuna zəng edərək anasının qəzaya düşməsi barədə məlumat vermişlər. Həmin vaxt anasına heç nə olmamasını bildirmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, anası vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o hadisə vaxtı Rusiya Federasiyasında olmuşdur. O hadisə olandan sonra Azərbaycan Respublikasına gəlmişdir. Şikayətçi deyildir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 Azərbaycan Respublikasından kənarda olduğundan onun iş vərəqə: 98-100 vərəqədə olan ibitidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. X13 istintaq zamanı ifadəsində göstərmişdir ki, “mənə verilmiş suallara cavab olaraq göstərirəm ki, mən Şəmkir rayonu pəllər-Daşbulaq kəndində ailə üzvlərimlə birlikdə yaşayıram. Baş vermiş yol nəqliyyat hadisəsində vəfat etmiş X11 mənim anam 14, da Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yaşayırdı. Hadisə nəticəsində vəfat etmiş X10 anamla qohum eyni zamanda qonşu idi, Əvəz isə Yeganənin kürəkəni idi. Hadisəni törətmiş sürücünü mən əvvəllər tanımamışam, sonradan bilmişəm ki, onun adı Eynurdur, həmkəndlimizdi. 25 avqust 2024-cü il taixdə mən işimlə əlaəqədar olaraq Bakı şəhərində olan zaman mənə qohumlarım zəng edib bildirdilər ki, anam Yeganə yol nəqliyyat hadisəsində vəfat edibdir. Həmin günü mən gecə saatlarında mən Şəmkir rayonuna Dəllər Daşbulaq kəndinə gəldim, mən gələnə kimi anamın meyitini evə gətirmişdilər. Mənə məlum oldu ki, 25 avqust 2024-cü il tarixdə saat təxminən 15:30 radələrində anam Aidə, qonşusu Yeganə Qasımova, onun kürəkəni Əvəz Əliyevlə birlikdə Həmkəndlimiz Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hadrut rayonunda əsgərlik xidmətində olan Yeganənin oğlunun ziyarətindən Şəmkir rayonuna qayıdan zaman Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən avtomobil yolunda onların olduğu avtomobil yolda “KAMAZ” yük markalı avtomobillə toqquşublar. Hadisə nəticəsində anam Aidə yerində vəfat edibdir, Yeganə Göygöl rayon xəstəxanasında, Əvəz isə Gəncə şəhər Z.Məmmədov adına xəstəxanada vəfat ediblər. 26 avqust 2024-cü il tarixdə saat təxminən 13:10 radələrində biz anamı Şəmkir rayonu Dəllər-Daşbulaq qəbiristanlığında dəfn etdik.” Məhkəmə dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o kamaz sürücüsüdür. O öz yolu ilə hərəkətdə olan zaman, səs eşitmişdir. Arxaya güzgüdən baxan zaman arxa hissədə toz duman və tustu olmasını görmüşdür. Həmin vaxt avtomobili avtomotik dayanmışdır. O avtomobildən düşərək, digər avtomobildə olan sürücünün sükanın arxasında sıxılmasını görmüşdür. O dərhal mobil telefon vasitəsi ilə, təcili tibbi yardım, sonra isə polisə məlumat vermişdir. Daha sonra o sürücüyə kömək etmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Daha sonra o özündə olmamışdır. Sonrasını xatırlamır. 03 mart 2025-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» haqqında qərardan görünür ki, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» seçilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 355-ci kilometrliyində yolun Qazax rayon istiqamətində baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolda 90 km/saat sürət nişanı ilə məhdudlaşdırılmışdır. Hadisə yeri yaşayış zonasına daxil deyildir. Avtomobil yolu 2 istiqamətlidir, Bakı şəhəri və Qazax rayonu hərəkət üçün nəzərdə tutulmuşdur, istiqamətlər dəmir arakəsmə ilə ayrılır. Qazax rayon istiqamətində yol örtüyünün ümumi eni 11,2 metrdir, hərəkət hissənin eni ümumilikdə 7,2 metrdir, həmin istiqamətdə iki hərəkət zolaqları vardır, zolaqlar ağ qırıq xətlərlə ayrılır, zolaqların ayrıayrılıqda eni 3,6 metrdir. Qazax rayon istiqamətində hərəkət hissənin sağında sarı düz xətt çəkilmişdir, sarı xətdən sonra 80 sm. enində asfalt hissə yerləşir, daha sonra isə 2,1 metr enində yol çiyni yerləşir. Həmin istiqamətdə hərəkət hissənin solunda sarı düz xətt çəkilmişdir, sarı xətdən sonra 90 sm. enində asfalt hissə yerləşir, daha sonra isə dəmir arakəsmə yerləşir. Yol kənarları yabanı kollar və ağaclar olan torpaq sahəsidir. Toqquşmadan sonra “Renault Megane” minik markalı avtomobilin toqquşma yerində qabaq hissəsi sarı xətdən sola doğru 65 sm. metr məsafədə arxa hissəsi sola doğru burulmuş vəziyyətdə dayanmış, “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı, “UPP-1207” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobil isə “Renault Megane” minik markalı avtomobildən 24 metr qarşıda yolun sağ hissəsində qabaq hissəsi sağdan dəmir səddən sola doğru 70 sm. metr məsafədə, arxa qoşqusu sağdan sarı xətdən sola doğru 90 sm. metr məsafədə dayanmışdır. Hadisənin baş verdiyi toqquşma yerinədək uzanan “Renault Megane” minik markalı avtomobilinə məxsus 22,5 metr uzunluğunda tormoz izi vardır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-sü il tarixli 2937/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitı hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikasının DİN-in BDYPİ-dən daxil olmuş 07 sentyabr 2024-cü il tarixli 3-13-16/2-6416/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək BD 312980 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi, Şahid Arid oğluna xx.xx.2022-ci il tarixdən xx.xx.2032-cü il tarixədək BD 39292 nömrəli BCE kateqoriyalı sürücülük vəsiqəsi verilib və onların sürücülük hüquqları məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixli Rusiya Federasiyası, Murmanski vilayəti, Kirov şəhər Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası CM-nin 30 M 1 H, 228.1-1 M 3 H A,Q,B(7EP)30 M3H, 228.1 M3 HA.Q BƏND, (2EP), 228.1 M3 HA BƏND (2EP) 69 M3H. 70 maddələri ilə təqsirləndirilərək 12 il azadlıqdan məhrum edilməklə 50000 rubl cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-sü il tarixli 30 nömrəli rəyindən görünür ki; 1.X1 bədənində müəyyən edilmiş xəsarətlər - alın və ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma(hemotoma), ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol İ, İİ, İİİ, İV, V, Vİ,Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğaların məmə xətti üzrə, sağ İ,İİ, İİİ, İV, V, Vİ,Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarının isə həm mənə və həm də onurğa xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki körpücük sümüyünün sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin, dalağın və qaraciyərin cırılması, burun sümüklərinin açıq sınığı, sol göz nahiyəsinin hemotoması, alın, sağ gözün alt qapağının, sol körpücük, sol bazu, sol bud və sol diz oynağı nahiyələrinin qançırları, sol bud və hər iki baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir - bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. 1.X1 ölümünə səbəb - başın, döş qəfəsinin və qarnın müştərək küt travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümükülərinin sınığı, baş beyinə qansızma, hər iki ağciyərin , dalağın və qaraciyərin cırılması olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 1-3 saatdır( meyitin müayinəsi xx.xx.2024-cü il taroxdə saat 17:30-da aparılmışdır.) 2.X1 bədəni üzətrində müəyəyn edilmiş xəsarətlərin yol - nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. 3.X1 meyitindən götürülümş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-sü il tarixli 31 nömrəli rəyindən görünür ki; 1.X2 bədənində müəyyən edilmiş xəsarətlər-alın nahiyəsinə uyğun hissədə başın toxumalarına qansızma(hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, boyun nahiyəsinin böyük ölçülü yarası-qırtlağın, qida borusunun, İV-V boyun fəqərələrinin, onurğa beynin, hər iki yuxu arteriyasının və onları müşayiət edən venaların, hər iki döş körpücük-məməyəbənzər əzələnin zədələnməsi, döş qəfəsinin hər iki tərəfində İ-Xİİ-dək qabırğaların məmə və onurğa yanı xəttlər üzrə sınığı, sınıqətrafı yumşaq toxumalara qansıza, hər iki ağciyərin, dalağın və qara ciyərin cırılması, İİİ döş fəqərəsinin, döş sümüyünün, hər iki körpücük və burun sümüklərinin sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki bud və sağ baldır sümüklərinin qapalı sınığı, alın nahiyəsinin yarası, sol bud və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki bud və sağ baldır nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər həyatidir - bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. 1.X2 ölümünə səbəb - başın, boynun, döş qəfəsinin və qarnın müştərək küt travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümükülərinin sınığı, baş beyinə qansızma, onurğa beynin, hər iki yuxu arteraiyasının və onları müşayət edən venaların zədələnməsi, hər iki ağciyərin , dalağın və qaraciyərin cırılması olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 3-6 saatdır( meyitin müayinəsi xx.xx.2024-cü il taroxdə saat 19:30-da aparılmışdır.) 2.X2 bədəni üzətrində müəyəyn edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. 3.X2 meyitindən götürülümş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-sü il tarixli 32 nömrəli rəyindən rəyindən görünür ki; X4 bədənində müəyyən edilmiş xəsarətlər-alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma(hemotoma), alın sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol İV-V, sağ İİİ-İV, V, Vİ, Vİİ qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalar qansızma, sağ ağciyərin, dalağın və qaraciyərin cırılması, sağ dirsək sümüyünün açıq sınığı, sağ qaşüstü nahiyənin yarası, sağ yanaq, sağ said, sağ diz, sol baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir- bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. 1.X4 ölümünə səbəb- açıq kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümükülərinin sınığı, baş beyinə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 3-6 saatdır (meyitin müayinəsi xx.xx.2024cü il taroxdə saat 21:30-da aparılmışdır). 2.X4 bədəni üzətrində müəyəyn edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. 3.X4 meyitindən götürülümş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 10 yanvar 2025-ci il tarixli 8/2795 nömrəli rəyindən rəyindən görünür ki; 1,2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3,4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz-55111 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobilin sürücüsü Şahid hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.
5. Yuxarıda aparılmış hesabatdan məlum olur ki, hadisə yerində Renault Megane markalı avtomobilə məxsus qalmış 22.5 metr uzunluğunda tormoz izinə uyğun onun hərəkət sürəti mövcud şəraitdə 66,3 km/saatdır. Lakin toqquşma zamanı kinetik enerjinin miqdarının bir hissəsinin avtomobilin hissələrinin deformasiyasına sərf olunması nəzərə alınmaqla qeyd edilir ki, Renault Megane markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 66,3 km/saatdan artıq olmuşdur. Nəqliyyat vasitələrinin toqquşması zamanı deformasiyaya sərf olunan kinetik enerjinin miqdarının itkisini nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodika olmadığlndan, Renault Megane markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürətinin 66,3 km/saatdan nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. xx.xx.2025-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı və “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “UPP-1207” markalı **-ZA- *** dövlət qeydiyyat nişanlı qoşqu maddi sübut hesab edilərək, sahiblərinə qaytarılmış, cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Zərər çəkmiş şəxsin hüquqi varislərinin zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X14, X13 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutların toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidin və zərərçəkmiş şəxslərinin hüquqi varislərinin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ixtisaslaşdırılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixli Rusiya Federasiyası Murmanski vilayəti Kirov şəhər məhkəməsinin qərarı ilə Rusiya Federasiyası CM-nin 30 M 1 H, 228.1-1 M 3 H A,Q,B(7EP)30 M3H, 228.1 M3 HA.Q BƏND, (2EP), 228.1 M3 HA BƏND (2EP) 69 M3H. 70 maddələri ilə təqsirləndirilərək 12 il azadlıqdan məhrum edilməklə 50000 rubl cərimə cəzasına məhkum edilmişdir. Həmin hökm Azərbaycan Respublikasında tanmadığından hazırki vəziyyətdə heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları nəzərə almaqla yanaşı, həmçinin törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 02 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. İş üzrə maddi sübut “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı və “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “UPP-1207” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 128 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 02 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut sübut “Renault Megane” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı və “KAMAZ 55111” yük markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş “UPP-1207” markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunun qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirlən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.