Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-42/2022 05.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X1, X5 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.1, 234.1-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən narkotik vasitələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə 2020-ci ilin noyabr ayının əvvəllərində, günü məlum olmayan tarixdə,məlum olmayan mənbədən,ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,977 qram, 1,106 qram, 1,188 qram, ümumi təmiz çəkisi 4,331 qram, külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamış, həmçinin təkrarən Təqsirləndirilən şəxs2la danışıb satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək üçün razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs2 məlum olmayan vaxtda və məlum olmayan mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 11,803 qram, 12,277 qram, ümumi təmiz çəkisi 24,08 qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində daşımaqla saxlamış, 07 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Nizami rayon, Mahrasa bağı yaşayış massivində müəyyən edilərək Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,977 qram, 1,106 qram, 1,188 qram, ümumi təmiz çəkisi 4,331 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq qabaqcadan əlbir olmaqla qrup təşkil etdiyi Təqsirləndirilən şəxs2 isə həmin gün saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Bizim Market» adlı ərzaq mağazasının yaxınlığında müəyyən edilib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 2 ədəd polietilen paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11,803 qram və 12,277 qram, ümumi təmiz çəkisi 24,08 qram külli miqdarda narkotik vasitə olan heroin, ümumilikdə isə hər ikisinin qanunsuz olaraq satış məqsədilə əldə edib üzərilərində gəzdirərək saxladıqları ümumilikdə külli miqdar hesab edilən 28,411 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə 2020-ci ilin noyabr ayının əvvəllərində, məlum olmayan mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,977 qram, 1,106 qram, 1,188 qram, ümumi təmiz çəkisi 4,331 qram küllimiqdarda narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamış, bundan sonra Təqsirləndirilən şəxs1la danışıb təkrarən satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək üçün razılığa gəldikdən sonraməlum olmayan mənbədən ayrı-ayrılıqda təmiz çəkiləri 11,803 qram, 12,277 qram, ümumi təmiz çəkisi 24,08 qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib üzərində daşımaqla saxlamış, 07 noyabr 2020ci il tarixdə saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan qrup təşkil etdiyi Təqsirləndirilən şəxs1, Gəncə şəhəri, Nizami rayon, Mahrasa bağı yaşayış massivində müəyyən edilərək Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,977 qram, 1,106 qram, 1,188 qram, ümumi təmiz çəkisi 4,331 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq onu isə həmin gün saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Bizim Market» adlı ərzaq mağazasının yaxınlığında müəyyən edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,803 qram, 12,277 qram, ümumi təmiz çəkisi 24,08 qram külli miqdarda narkotik vasitə olan heroin, ümumilikdə isə hər ikisinin qanunsuz olaraq satış məqsədilə əldə edib üzərlərində gəzdirərək saxladıqları ümumilikdə külli miqdar hesab edilən 28,411 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. 2019-cu ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra da narkotik vasitə olan heroin istifadə etmiş, narkotik vasitə olan heroindən asılı olduğu üçün həmin maddəni tərgidə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3-4 gün əvvəl bədənində ağrılar yarandığı üçün orqanizmi narkotik vasitə tələb etmişdir. Həmin vaxt onunla eyni binada yaşayan tanışı Təqsirləndirilən şəxs2la yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindəki Hərbi Şəhərcikdə yerləşən binanın qarşısında rastlaşmışdır. Əvvəllər də Elnurla birlikdə narkotik vasitə istifadə etdiyindən Elnurdan narkotik vasitə istəmişdir. Tutulmamışdan təxminən 10-15 gün əvvəl də Elnurdan pulsuz olaraq narkotik vasitə olan heroin almışdır. Elnur da ona narkotik vasitə verə biləcəyini deyib binanın qarşısında gözləməyi ona tapşırmışdır ki, gedib narkotik gətirib gəlsin. Bundan sonra Elnur ondan ayrılıb getmiş, təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin yerə qayıtmışdır. Elnur ona təxminən 4 qram “kakos” kimi adlandırdıqları heroin vermişdir. O, həmin narkotik vasitəni əynində olan şalvarının cibinə qoyub üzərində saxlamışdır. Bundan sonra o, həmin narkotik vasitədən bir az istifadə etmiş, yerdə qalan narkotik vasitəni isə yenə də əynində olan şalvarın cibində saxlamışdır. 07 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində o, Gəncə şəhər Mahrasa bağında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşlarının avtomobilinə minib şöbəyə getmiş, inzibati binaya daxil olub xidməti otaqlarından birinə keçmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ cibindən kibrit qutusunun içində saxladığı narkotik vasitə olan heroin bükülmüş büküm aşkar edilib götürülmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Elnur və o narkotik asılılığından əziyyət çəkdikləri üçün bir-birilərinə narkotik vasitə vermişlər, bunun müqabilində isə bir-birilərindən pul almamışlar, Elnurdan aldığı narkotik vasitəni heç kimə satmamış, yalnız özü istifadə etmiş, Təqsirləndirilən şəxs2la narkotik satışı ilə bağlı qrup halında birləşmədiyini göstərmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək vermədiyi ifadə yazdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək, özünü yalnız CM-in 234.1ci maddəsilə təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki,narkotik vasitə istifadəçisidir, narkomaniyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs1 narkotik vasitə versə də ona həmin narkotiki satış məqsədi ilə verməmiş, ona axırıncı dəfə nə qədər narkotik vasitə verməyini xatırlamasa da, həmin narkotik vasitə bükümdə olmuşdur. Kamrana verdiyi narkotiki tutulmamışdan təxminən 3-4 gün əvvəl İran vətəndaşından internet üzərindən onlayn şəkildəalmışdır.Saxlanıldığı vaxt üzərində təxminən 2 qram narkotik vasitə olmuş, lakin polis şöbəsində baxış keçirilərkən üzərindən aşkar edilmiş 2 paketdə24 qram narkotiki onun üzərinə polis əməkdaşları qoymuşlar.Kamrana verdiyi narkotik vasitəni tutulmamışdan 3-4 gün qabaq götürmüş, Kamran ona zəng edərək narkotik vasitə istədiyindən o da Kamrana cəmi bir bükümdə narkotik vasitə vermiş, həmin narkotik vasitəni ona satmamış, həmin narkotik vasitə 8 qram olmamışdır. Kamranın ondan götürdüyü narkotik vasitəni kiməsə satmasını eşitmədiyini, Təqsirləndirilən şəxs1la narkotik satışı ilə bağlı qrup halında birləşmədiyini göstərmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Narkotiklərlə mübarizə idarəsinin regional şöbəsinin əməkdaşları onları güdərək saxlamışlar. Telefondan mesajlar çıxdığına və tutulduğu vaxt İlqarla bir yerdə olmağına görə ona verilmiş ittihamda guya onun narkotik vasitəni İlqardan aldığı göstərilmişdir. Halbuki, İlqarın narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X9 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 07 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Kamran adlı şəxsin qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib istifadə etməsi, üzərində saxlaması barədə Regional Şöbəyə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Kamran adlı şəxsin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 May küçəsiev 2X, mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etimş, Şöbənin rəisi tərəfindən onun rəhbərliyi altında təhqiqatçı X6, polis nəfərləri Şahid4, Şahid3 Kəmaləddin oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 adətən Gəncə şəhəri Mahrasa bağı ərazisində olması məlum olduğu üçün həmingün, saat 18:35 radələrində adlarını yuxarıda qeyd etdiyi Şöbənin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Mahrasa bağı ərazisində yerləşən «Proqres» adlanan marketin arxa tərəfində müəyyən edib sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Qərb X3 aparmışlar. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsinin təhqiqatçısı Yunis Quliyevə tapşırılmış, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə istəyi əsasında müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kibrit qutusunun içərisində narkotik vasitə olan heroin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həmin kibrit qutusunun içərisinə baxış keçirilən zamanı dörd ədəd sellofan torbacıqların içərisində kütlələr aşkar edilmiş, müdafiəçinin iştirakı ilə həmin kütlələr ayrı-ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və torbacıqların içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həmin kibrit qutusunun içərisində olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 4,83 qram müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş həmin torbacıqlar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri yazılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs1la yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan 4 ədəd kütlələri saxlanıldığı gündən üç gün əvvəl Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeş-beş” adlanan çay evinin yaxınlığında Təqsirləndirilən şəxs2 adlı şəxsdən 280 manata aldığını, həmin narkotik vasitəni alan zaman çəkisinin 8 qram olduğunu, üzərindən götürüb istifadə etdiyini və həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satan Təqsirləndirilən şəxs2 adlı şəxsin müyyən olunması istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, həmin şəxs Gəncə şəhəri Nizami küçəsi döngə 6, ev 21-də yaşayan Təqsirləndirilən şəxs2dur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlaması müəyyən edilmişdir. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2 ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, şöbənin rəisi tərəfindən onun rəhbərliyi altında təhqiqatçı X6, polis nəfərləri Şahid4, Şahid3 Kəmaləddin oğlundan ibarət əməliyyat qrupu yaradılmış, adlarını yuxarıda qeyd etdiyi Şöbənin əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 07 noyabr 2020-ci il tarixdə, saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 Gəncə şəhəri M.C.Paşayev küçəsində yerləşən «Bizim Market» adlanan ərzaq malları mağazasının yaxınlığında idarə etdiyi VAZ-21214 markalı avtomobilin sükanı arxasında əyləşməsini müəyyən etmişlər, Təqsirləndirilən şəxs2 sükan arxasından yerə düşən zamanı sonuncuya yaxınlaşıb, özlərini təqdim etmişlər, külli miqdarda narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olmaqda və qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi həmin VAZ-21214 markalı avtomobili ilə Qərb X3 aparmışlar. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması təhqiqatçı Yunis Quliyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə istəyi əsasında müdafiəçi şöbəyə dəvət olunub, Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan torba aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin torbalarının içərisindəki kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin sellofan torbalar ayrı-ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və torbaların içərisində qəhvəyi rəngli, kəskiniyli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 25,07 qram müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş həmin sellofan torbalar zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri yazılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs2la yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 razılığı əsasında sonuncunun idarə etdiyi VAZ-21214 markalı avtomobilə baxış keçirilsə də avtomobildən saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmadığı Təqsirləndirilən şəxs2 soruşulanda sonuncu etiraf edib bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən saxlanıldığı gündən üç gün əvvəl Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Şeş-beş” adlanan çay evinin yaxınlığında Təqsirləndirilən şəxs1 adlı şəxsə 8 qramını 280 manata satmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini satmaqda şübhəli olan Şahid1 əməliyyat axtarış tədbirləri nəticəsində 08 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Naftalan şəhəri ərazisində idarə etdiyi Opel Astra markalı avtomobilin sükanı arxasından yerə düşən zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər, külli miqdarda narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olmaqda və qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Şahid1 idarə etdiyi həmin Opel Astra markalı avtomobili ilə Qərb X3 aparmışlar. Orada müdafiəçinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış keçirilən zamanı aşkar olunmuş bir ədəd 50 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq pul əskinasları, bir ədəd avtomobilinə məxsus açar, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsindən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya aşkar edilməmiş və həmin əşyalar mühüm əhəmiyyət kəsb etmədiyinə görə Şahid1 özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Kəmaləddin oğlu və Şahid4 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la həmin gün 1-2 saat bir yerdə olmuşlar. Elnurla biryerdə olduqları vaxt kiminləsə görüş, haradansa nə isə götürmək kimi bir şey olmamışdır. Elnuru saxladıqları gündən bir gün sonra onu saxlamışlar. O da iş üzrə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilmiş, lakin sonratəqsirliliyi sübuta yetirilmədiyindən həmin işə xitam verilmişdir.Təqsirləndirilən şəxs2la aralarında narkotiklə bağlı söhbət olmamış, ona bununla bağlı hər hansı məbləğdə pul verilməmişdir. İş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında baxış keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində dörd ədəd sellofan torbacıqlarda ümumi çəkisi 4,83 qram narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasında baxış keçirilən zaman sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan torbalarda ümumi çəkisi 25,07 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin materialların məhkəmə ekspertizasına dair 08 noyabr 2020-ci il tarixli 16/753 nömrəli rəyindən görünr ki, tədqiqata təqdim edilmiş üzərində «……Təqsirləndirilən şəxs1 üzərindən 4 (dörd) ədəd sellofan torbacıqda aşkar edilmiş.....» sözləri olan kağız paketdəki, 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,977 qram, 1,106 qram, 1,188 qram, ümumi təmiz çəkisi 4,331 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində «……Təqsirləndirilən şəxs2 üzərindən.....» sözləri olan kağız paketdəki, 2 (iki) ədəd polietilen paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11,803 qram, 12,277 qram, ümumi təmiz çəkisi 24,08 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd sellofan bükümdə və 2 (iki) ədəd polietilen paketdə olan heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş edilmiş “şübhəli şəxsin tutulması haqqında” 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19.20-də Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə saat 21.15-dəAzərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 07 noyabr 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 07 noyabr 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli “həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay müddətinə, yəni 07 iyun 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli “həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay müddətinə yəni 07 iyun 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş DİN-in BNMİ-nin QBRŞ-nin 24.12.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X10, tanışı Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək narkotik vasitələrin satışı ilə məşğul olmuşlar. Həmçinin onların narkotik vasitə satmış olduqları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olmuş razılaşmaya əsasən qrup təşkil edərək gəlir əldə etmək məqsədilə narkotik vasitələrin Gəncə şəhəri ərazisində satışı ilə məşğul olmuşlar. Sonuncu dəfə onların üzərindən aşkar edilib götürülmüş nakotik vasitələri satış məqsədilə əldə etmişlər və həmin narkotik vasitələrin satışını həyata keçirtmək üçün istehlakçı axtarmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 09 sentyabr 2020-ci il tarixli, 778 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli, 65 nömrəliambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 180.1, 234.1,66.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Şahid1 təqsirləndirilən şəxs statusuna xitam verilmiş, onun ifadəsi iş üzrə şahid ifadəsi kimi nəzərə alınmış və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 307.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işinə hissəvi xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, Şahid1 təqsirləndirilən şəxs statusuna xitam verilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikasi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(100)-70/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(104)-410/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(100)-70/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1özünüAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilmədiyini, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini qeyd edərək ifadəsində özünün və Elnurun narkotik vasitə aludəçisi olduqlarını, buna görə də bir-birilərinə narkotik vasitə verdiklərini və bir-birilərindən pul almadıqlarını, narkotik vasitəni Elnurdan öz şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs2la narkotik satışı ilə bağlı qrup halında birləşmədiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək vermədiyi ifadənin yazıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2özünüAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri təqsirli bilmədiyini, özünü yalnız CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini qeyd edərəkifadəsində narkotik vasitə istifadəçisi olduğunu, Təqsirləndirilən şəxs1 narkotik vasitə versə də ona həmin narkotiki satış məqsədi ilə vermədiyini, saxlanıldığı vaxt üzərində təxminən 2 qram narkotik vasitə olduğunu, lakin polis şöbəsində baxış keçirilərkən üzərindən aşkar edilmiş 2 paketdə24 qram narkotiki onun üzərinə polis əməkdaşlarının qoyduğunu, Kamran ona zəng edərək narkotik vasitə istədiyindən o da Kamrana cəmi bir bükümdə narkotik vasitə verdiyini, həmin narkotik vasitəni ona satmadığını, həmin narkotik vasitənin 8 qram olmadığını, Təqsirləndirilən şəxs1la narkotik satışı ilə bağlı qrup halında birləşmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən məzmunlu ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətlərini yüngülləşdirməyə xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onların təqsirinin məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki,“...Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3-4 gün əvvəl bədənində ağırılar yarandığı üçün orqanizmi narkotik vasitə tələb etmişdir. Həmin vaxt o, onunla eyni binada yaşayan tanışı Təqsirləndirilən şəxs2la yaşadığı Gəncə şəhəri, Y.Gəncə qəsəbəsi Hərbi Şəhərcik X 2 saylı binanın qarşısında rastlaşmışdır. O, Elnurun da narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitə olan heroin qəbul etməsi barədə məlumatı olmuşdur. Təxminən tutulmamışdan 10-15 gün əvvəl Elnurdan narkotik vasitə olan heroin almışdır. Buna görə də o, Elnurdan yenə narkotik vasitə olan heroin istəyəndə sonuncu etiraz etməyib ona narkotik vasitə sata biləcəyini deyib hansı miqdarda lazım olduğunu soruşmuş, o, 280 manat pulun müqabilində lazım olduğunu söyləmişdir. Elnur da ona həmin pul müqabilində narkotik vasitə sata biləcəyini deyib binanın qarşısında gözləməyi ona tapşırmışdır ki, gedib narkotik gətirib gətirib gəlsin. Bundan sonra Elnur ondan ayrılıb getmiş, təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin yerə qayıtmışdır. Elnur seloffan bükümlərdə narkotik vasitə gətirib 8 qram heroin olduğunu, hər qramı üçün 40 manat, ümumilikdə həmin narkotik vasitənin müqabilində 320 manat pul istəmişdir. O, daElnura 280 manat pul verib yerdə qalan 40 manat pulu da verəcəyini demişdir. Elnur etiraz etməyib onunla razılaşmış, həmin seloffan bükümlərdə olan narkotik vasitə olan heroini ona vermiş, o, da aldığı narkotik vasitə olan heroinin müqabilində 280 manat pulu Elnura vermişdir. O, həmin narkotik vasitəni əynində olan şalvarının cibinə qoyub üzərində saxlamışdır. Bundan sonra o, üç gün müddətində həmin narkotik vasitədən 5-6 dəfə qaynadıb iynə ilə damara vurma yolu ilə qəbul etmiş, yerdə qalan narkotik vasitəni isə yenə də əynində olan şalvarın cibində saxlamışdır. 07 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində o, Gəncə şəhər Maxrasa bağında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşlarının avtomobilinə minib Şöbəyə getmiş, inzibati binaya daxil olub xidməti otaqlarından birinə keçmişlər. Onun hüquqlarını müdafi etməsi üçün dövlət hesabına vəkil X7 ona təqdim edilmiş, o, həmin vəkilə etirazı etməyib hüuqularını müdafiə etməsinə razılıq vermişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki şalvarın sağ cibindən kibrit qutusunun içində saxladığı narkotik vasitə olan heroin bükülmüş 4 ədəd xırda bükümlər aşkar edilib götürülmüşdür. Həmin kütlələr tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 4.83 qram müəyyən olunmuş, qablaşdırılaraq möhürlənmişdir.” Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki,“...Təqsirləndirilən şəxs1 tanıyır. O, Gəncə şəhərində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğuldur, Kamran da təxminən 2- 3 ay bundan əvvəl ona zəng edib dəqiq yadında qalmayan tanışlarından birinin adını verib, narkotik vasitə aludəçisi olduğunu və həmin şəxsə narkotik vasitə satmağını dediyi üçün o, Kamranı maraqlanıb həqiqətən də narkotik vasitə aludəçisi olduğunu və qanunsuz olaraq narkotik vasitə satmasını bilmişdir. Təxminən 1 ay bundan əvvəl yaşamaq üçün kirayə ev tutmuş, sonradan Təqsirləndirilən şəxs1 da orada yaşadığını bilmişdir. Bunun üçün də o, Kamrana narkotik vasitə satmağa razılıq vermişdir. Bundan sonra ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılmamışdan üç həftə əvvəl yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Y.Gəncə qəsəbəsi, Hərbi Şəhərcik X 2 saylı ünvanın yaxınlığında Kamrana hər qramı 40 manat olmaqla 160 manat dəyərində 4 qram narkotik vasitə olan heroin satmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 10-15 gün əvvəl yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Y.Gəncə qəsəbəsi, Hərbi Şəhərcik X 2 saylı ünvanın yaxınlığında 90 manat pulun müqabilində Kamrana 2.5 qram narkotik vasitə olan heroin satmışdır. Sonuncu dəfə isə 04 noyabr 2020-ci il tarixdə, saat 22 radələrində Kamran yenə də ondan 10 qram çəkidə narkotik vasitə olan heroin istəmiş, lakin o, üzərində 8 qram olduğunu bildirmiş və hər qramı üçün Kamrandan 40 manat olmaqla 320 manat pul verməli olduğunu demişdir. Kamran da onunla razılaşmış və həmin çəkidə narkotik vasitəni qeyd edilən yerdə satmışdır. O, Kamrana 8 qram olmaqla bir bükümdə narkotik vasitə satmışdır. 07 noyabr 2020-ci il tarixdə, saat 20 radələrində o, Gəncə şəhər, Y.Gəncə qəsəbəsində yerləşən “Gəncə bağı” restoranının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və narkotik vasitə saxlamaqda, satmaqda şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə özünə məxsus VAZ 2121 markalı, **-DZ-*** nömrə nişanlı avtomobillə həmin Polis Şöbəsinin inzibati binasının həyətinə gəlmiş, Polisin inzibati binasına daxil olub xidməti otaqlarından birinə keçmişdir. Onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil X11 təqdim edilmiş və o, həmin vəkilə etirazı olmadığını və hüquqlarını müdafiə etməsinə razılıq vermişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qısa qol gödəkçənin çöl sağ cibindən içərisində narkotik vasitə olan heroin olan 2 ədəd bükümlərdə bükülü aşkar edilmiş, həmin kütlələr tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 25,07 qram müəyyən olmuş, daha sonra isə qablaşdırılaraq möhürlənmişdir.” “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların əməlləri Azərbaycan Respublikası CM-nin 234..4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.10.2019-cu il tarixdə cəzasının sonu ilə azadedilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 az ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(100)-70/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(104)-410/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(100)-70/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə qəti cəza hazırkı iş üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı 07 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdırlar. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,931 qram və 23,88 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 06 ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza hazırkı hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 07 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 07 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,931 qram və 23,88 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 06 ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа alınsınlar. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-42/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-42/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver