Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-42/2023 23.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X16 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X26 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11, tərcüməçi X20 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu, İbrahimhacılı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının, Buryatiya Respublikasının, Ulan-Ude şəhərində yerli vaxtla saat 21:20 radələrində həmyerlisi, Yevlax rayonu, Duzdağ kənd sakini Şahid1 ilə birlikdə Rusiya Federasiyasının vətəndaşı olan X9 məxsus “Toyota İpsum” markalı, C767ET dövlət qeydiyyat nişanlı avtomobildə Buryatiya Respublikasının Ulan-Ude şəhəri Sovetskiy rayonu, Batareynaya küçəsi 30 ünvanında olarkən avtomobildə dostu Şahid1la azərbaycan dilində danışarkən X1ra rus dilində danışmamalarını irad tutaraq nalayiq sözlə təhqir etməsindən və həmyerlisinin yanında şəxsiyyətinin aşağılamasından əsəbiləşərək şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X10 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan əvvəlcədən üzərində gəzdirdiyi bıçağı çıxararaq X6 bədəninin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə bir neçə dəfə vuraraq, sonuncuya ölümünə səbəb olan-dərəcəsinə görə döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin daxilə nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yarası və çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin daxilə nüfuz edən 1 ədəd, ümumilikdə 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və magistral damarları və sinir dəstələrini zədələmədən yumşaq toxumaların zədələnməsi ilə sol çiynin daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası, çiyin və döş qəfəsinin yumşaq toxumalarının zədələnməsi ilə sol tərəfdən döş qəfəsinin ön səthinin və sol çiynin daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası, yumşaq toxumaların zədələnməsi ilə sol dirsək oynağının daxilə nüfuz etməyən 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra X12 avtomobildən düşərək qaçmış, zərərçəkmiş X12 hadisə yerindən xəstəxanaya aparılarkən almış olduğu xəsarətlərdən kəskin qanitirmə nəticəsində xəstəxanada xx.xx.2018-ci il tarixdə saat 22:28-də ölmüş, bununla da Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X10 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, mənəvi ziyanla bağlı verilmiş mülki iddianı da qəbul etməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Rusiya Federasiyasına getmiş və avtomobil təmiri ilə məşğul olaraq dolanışığını təmin etmişdir. 2018-ci ilin oktyabr ayının xatırlamadığı günündə sexdə avtomobil motoru təmir edən zaman Şahid1 onun yanına gələrək telefonunda kontur olubolmadığını soruşmuşdur. O, kimə zəng edəcəyini soruşduqda Şahid1 Andreyə zəng edəcəyini bildirmişdir. O, əvvəllər Andreyin avtomobilini təmir etdiyi üçün sonuncunu tanımışdır. İlham onun telefonunu götürüb Andreylə danışmış, bu vaxt o, Şahid1 yanına gedərək nə danışdığını soruşmuş, Şahid1 isə axşam saat 19-20 radələrində Andreylə görüşəcəyini bildirmişdir. O, Şahid1 Andreyin ona borcu olduğunu, bu səbəbdən də onunla birlikdə getmək istədiyini bildirmiş, gedən zaman ona xəbər etməyəcəyi təqdirdə Andreylə danışması barədə Şahid1 atası Şahid2 məlumat verəcəyini demişdir. Bu səbəbdən də onlar birlikdə İlhamın avtomobili ilə Andreylə görüşməyə getmiş, yanına çatanda Andrey İlhamın avtomobilin qabaq oturacağında əyləşmiş və sonuncular söhbət etməyə başlamışlar. O, rus dilini bilmədiyi üçün onların nə danışdıqlarını başa düşməmişdir. Andrey ona rus dilində nəsə demiş, Şahid1 Andreyin ondan niyə danışmadığını soruşduğunu bildirmiş, o isə rus dili bilmədiyi üçün danışmadığını söyləmişdir. Daha sonra Şahid1 kiməsə zəng edərək azərbaycan dilində “Mən xəbər edəndə telefonu söndür” demiş və Andreylə söhbətə davam etmişdir. Şahid1 anidən Andreyin sinə nahiyəsindən vurmuş, lakin o, həmin vaxt ilhamın Andreyi bıçaqla vurduğunu bilməmiş və sonuncuların öz aralarında mübahisə etdiklərini zənn etmişdir. Andreylə İlham avtomobildən düşdükdən sonra o da sonuncuları ayırmaq məqsədilə avtomobildən düşmüşdür. Həmin vaxt Andrey əlini sinəsinə tutaraq qaçmışdır. İlhamın əlində isə əlcək və bıçaq, bıçağın ucunda isə qan olduğunu görmüşdür. O, İlhamdan neçə zərbə vurduğunu soruşanda sonuncu Andreyə 3 bıçaq zərbəsi vurduğunu demişdir. Daha sonra onlar avtomobilə əyləşmiş və avtomobili o idarə etmişdir. Onlar Andreyi xəstəxanaya aparmaq üçün sonuncunun arxasınca getmiş, bir qədər getdikdən sonra hərbi hissəyə çatmışlar və orada avtomobilləri anidən sönmüşdür. O, İlhama taksi çağırıb polisə getməyi və təslim olmağı təklif etsə də, sonuncu həmin yerin ünvanını bilmədiyini deyərək birlikdə yaşadığı qadının evinə getməyi və oradan taksi çağırmağı demişdir. O, İlhamla razılaşaraq həmin qadının evinə getmişdir. Orada olan zaman Şahid1 pasportunun sexdə qaldığını, sabah pastortu götürdükdən sonra polisə gedəcəyini demiş, sonra isə Vüqar adlı şəxsə zəng edərək adam öldürdüyünü bildirmişdir. O, həmin vaxt Şahid1 telefonu alaraq Vüqara İlhamın adam öldürmədiyini, sadəcə dalaşdıqlarını bildirmişdir. Daha sonra İlhamın atası Şahid2 gələrək onları avtomobillə götürmüş, İlham atasına adam öldürdüyünü desə də atası “Heç nə olmaz” deyə bildirmiş, o, Şahid2 İlhamın Andreyi öldürdüyünü dedikdə isə Xaliq qorxaraq “Bizi öldürəcəklər” deyə bildirmişdir. O, Andreyi İlhamın öldürdüyünü deyərək məsələyə onu qatmamasını demişdir. Daha sonra Şahid2 onları sexə aparmış, o, qaçıb polisə getmək istəyən zaman sonuncu onun qarşısını kəsərək “mənim oğlumun adını çəksən qardaşını öldürtdürüb ailəni də yandırtdıracam, mənim pulum çoxdur” deyərək polisə getməyə qoymamış, ona servisin otağında gözləməyini demişlər. Gecə saat 02-03 radələrində İlham və Xaliq onu çağırmış, sonucu əlindəki bıçaqla onu hədələyərək cinayəti boynuna almağını tələb etmişdir. O, belə olan halda İlham və Xaliqdən polisə gedərək təslim olması üçün ona icazə vermələrini istəsə də, sonuncular razılaşmayaraq ona Azərbaycana, yaxud Türkiyəyə getməsini demişlər. İlham və Xaliqin Andreyə pul borcu olduqları üçün Şahid2 “pulu verək bizdən şübhələnməsinlər” deyə bildirmişdir. Məhkəmə istintaqı zamanı keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, mənəvi ziyanla bağlı verilmiş mülki iddianı isə qəbul etməyərək, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Rusiya Federasiyasına getdikdən sonra Şahid2 məxsus sexdə motorist kimi işləməyə başlamış, X10 işlədiyi texniki xidmət stansiyasında avtomobilini ona düzətdirməyə başladığı vaxtdan tanımış və sonuncu ilə normal münasibətləri yaranmışdır. Andrey metal qəbulu işi ilə məşğul olmuşdur. O, rus dilini yaxşı bilməsə də Andreylə birbirlərini başa düşmüşlər. Andrey əvvəllər düzəltdirdiyi maşınının təmir pulunu ödəmişdir. Lakin sonradan yenə də avtomobilinin lazım olan detallarını təmir edib düzəltsə də, Andrey ona maşının təmir pulunu sonra verəcəyini deyərək getmişdir. 10 gün keçdikdən sonra Andrey işlədiyi texniki xidmət stansiyasına gəlmişdir. O, Andreydən maşının təmir pulunu ehtiyacı olduğu üçün istəmiş və sonuncu əvvəlcə ona təmir pulunu verəcəyini desə də, sonra onu nalayiq ifadələrlə təhqir etmişdir. O isə Andreyə əhəmiyyət verməyərək öz işi ilə məşğul olmağa başlamışdır. 03 oktyabr 2018-ci il tarixdə “Titan” mağazasından ərzaq məhsullarını kəsmək üçün mətbəx bıçağı almış, elə həmin günü də “U-Xaliqa” texniki xidmət stansiyasında işləyən iş yoldaşı Şahid1 onun telefonu ilə Andreyə zəng vuraraq metal məlumatları olduğunu və gedib həmin metal məlumatlarını almağı təklif etmiş, Andrey də telefonda onunla razılaşmışdır. İlham özü “U-Xaliqa” texniki xidmət stansiyasının sahibi olan Şahid2 oğludur. Həmin gün təxminən axşam saat 20 radələrində Andrey işlədiyi sexə gəlmiş və ona həmin metal məlumatlarını yığmağa kömək etməyi təklif edərək, həm təmir elədiyi maşının pulunu, həm də metal yığmağa görə işlədiyi pulun haqqını verəcəyini demişdir. İlham da Andreyin ona borcu olduğunu bilmişdir. O, metal məlumatlarını yığıb əvəzində pul qazanmaq istədiyi üçün Andreylə razılaşmışdır. Daha sonra o, mübahisə edə biləcəklərini ehtimal edərək hər ehtimala qarşı gedəcəkləri yeri tanımadığından, eyni zamanda yolda nə isə olacağından ehtiyatlandığı üçün əvvəlcədən aldığı mətbəx bıçağını özü ilə götürmüşdür. O və İlham Andreyə məxsus avtomobilə əyləşərək birlikdə metal olan yerə getmişlər. Andrey sükan arxasında, İlham sonuncunun yanında, o isə sürücünün arxa tərəfində, yəni arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Onlar həmin yerə çatdıqdan sonra Andrey metal satan şəxsə zəng vurmuş, lakin həmin şəxs telefona cavab verməmişdir. Andrey də əsəbiləşdiyi üçün o, sonuncuya orada gözləməyə ehtiyac olmadığını, evə getmək lazım olduğunu demiş, Andrey isə biraz da gözləmək lazım olduğunu bildirərək yenidən həmin şəxsə zəng etsə də, qeyd edilən şəxs zəngə cavab verməmişdir. Andrey də əsəbi halda telefonunu maşının oturacağına vurmuş və əlində yaşıl tiyəli bıçağı oynatmağa başlamışdır. Həmin vaxtı o, rus dilində bilmədiyi üçün İlhama getmək istədiyini və bu barədə Andreyə deməsini xahiş etmişdir. Onlar ana dilində danışdıqları üçün Andrey əsəbiləşərək söyüşlər söyməyə başlamışdır. O, İlhama Andreyin ona 3-4 min rubl xırda borcu olduğunu xatırlatmağını da xahiş etmiş, bundan sonra isə Andrey onun və ailəsinin ünvanına söyüşlər söymüş, eyni zamanda onun ünvanına “tvoya mat” dediyi üçün həmin söyüşləri özünə qəbul etmədiyindən və Andreyin ona nəsə etməyindən qorxduğu üçün o, arxadan sol əli ilə bıçaqla yuxarıdan aşağıya doğru bir neçə dəfə Andreyə ardıcıl zərbə endirmişdir. Bundan sonra Andrey avtomobildən düşərək qaçmış, o da kömək etmək məqsədilə maşından düşərək sonuncunun arxası ilə getmişdir. Şahid1 da onun arxasınca gələrək polislərin gələcəyini demişdir. O, qorxduğu üçün Andreyə məxsus avtomobilə əyləşmiş, Şahid1 da onunla birlikdə avtomobilə əyləşmiş, sonra isə o, avtomobili idarə edərək hadisə yerindən qaçmışlar. Andreyi vurduğu bıçağı isə maşınla gedə-gedə yolda meşəyə tullamışdır. Daha sonra həmin avtomobili sürərək meşəlik kimi bir yerə gəlib maşından düşərək oradan uzaqlaşmağa başlamış, telefonu avtomobildə qaldığı üçün geriyə qayıdıb telefonunu götürərək yenidən İlhamın yanına qayıtmış və oradan uzaqlaşmışlar. Sonradan yolda tanımadıqları adamla qarşılaşıb sonuncudan onlara taksi çağırmağını xahiş etmişlər və həmin şəxs də taksi çağırmışdır. Sonra isə onlar taksi ilə İlhamın sevgilisinin evinə gedib orada bir müddət qaldıqdan sonra işlədiyi “U-Xaliqa” texniki xidmət stansiyasına getmişlər. İlham hadisədən sonra həmyerliləri Rusiya Federasiyasında meyvə-tərəvəz alveri ilə məşğul olan Vüqar Vəliyevə zəng vuraraq sonuncunu özlərinə məxsus texniki xidmət servisinə çağırmışdır. Vüqarı İlhamın vasitəsilə tanımışdır. Vüqar servisə gəldikdən sonra o, sonuncuya onu söydüyünə görə Andreylə dalaşdığını demişdir. 4-gün orada qaldıqdan sonra tutulmaqdan qorxduğu üçün Azərbaycan Respublikasına qayıtmış, ümumiyyətlə nə hadisədən sonra, nə də ki, Azərbaycan Respublikasına qayıtdıqdan sonra törətdiyi cinayət əməlləri barədə heç kimə heç nə deməmiş, yalnız 25 iyul 2021-ci il tarixdə atası Şahid5 Rusiya Federasiyasının Buryatiya Respublikasında Ulan-Ude şəhərində Rusiya vətəndaşı X10 öldürdüyünü etiraf etmişdir. Bundan sonra isə polis şöbəsinə gələrək könüllü surətdə təslim olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun əvvəllər X7 münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Uzun müddətdir onu alçaldaraq söydüyü söyüşlərə görə, həmçinin əlindəki bıçaqla onu vuracağından qorxduğu üçün o, Andrey Samofalova bıçaqla zərbələr vurmuşdur. Andrey Samofalovu bıçaqla vurarkən yanında Şahid1 başqa hər hansı şəxs olmamışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, əri Andrey Samofalov fərdi sahibkar kimi Ulan-Ude şəhərində boks icarə götürərək metal qəbulu ilə məşğul olmuşdur. xx.xx.2018-ci saat 20 radələrində Andrey quraşdırdığı videomüşahidə kameraları üçün kabel çəkmək məqsədi ilə işə getmişdir. Evdə yemək yeyən zaman əri özünü normal aparmış, davranışında dəyişiklik olmamış və mobil telefonuna heç kim zəng etməmişdir. İşə gedərkən də o qədər də çox işi olmadığını bildirmişdir. Həmin gün saat 22-23 radələrində o, Andreyin mobil nömrələrinə zəng vursa da, düşə bilməmişdir. O, ərinin telefonuna zəng çatmadığından narahat olmuş və kiçik övladı ilə Andreyin iş yerinə getmişdir. Saat 23 radələrində Andreyin işi yerinə çatdıqda boksun qapısının bağlı olduğunu və ərinin maşınının olmadığını görmüşdür. O, təxminən Andreyi yarım saat gözləsə də əri gəlməmiş, o da evə getmişdir. Növbəti gün saat 11 radələrində polis əməkdaşları ona ərinin öldürüldüyünü bildirmişlər. İlk əvvəl ərinin kim tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. Əri evdən çıxarkən C 767 ET dövlət nömrə nişanlı Toyota İpsum markalı, buraxılış ili 2002, ağ rəngli, nəqliyyat vasitəsinin pasportu ** OC ***673 olan avtomobili idarə etmişdir. Həmçinin üzərində dəyəri 1000 rubl olan əl çantası, çantada ərinin pasportu, nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi, sürücülük vəsiqəsi, iki ədəd birində 2000 rubl, digərində 200 rubl vəsait olan SBERBANK bankının kartı olmuşdur. Lakin həmin vəsait kartdan çıxarılmamışdır. Eyni zamanda ərinin üzərində 13000 rubl dəyərində qiymətləndirdiyi Samsung Galaxy G 5 markalı mobil telefon, telefonda 400 rubl dəyərində yaddaş kartı, həmçinin telefonda hər biri 100 rubl olan iki ədəd sim kart olmuşdur. Bundan başqa, ərinin boynunda “Yeva” zərgərlik salonundan 68 580 rubla alınmış qızıl boyunbağı, boyunbağının üzərində dəyəri 5000 rubl olan xaç olmuşdur. Həmçinin ərinin sol əlində 6000 rubl dəyərində qiymətləndirdiyi geniş qızıl üzük, sağ əlində isə 4000 rubl dəyərində qiymətləndirdiyi qızıl nişan üzüyü olmuşdur. Cəmi dəymiş zərəri 98180 rubl dəyərində qiymətləndirmiş və həmin məbləğ onun üçün əhəmiyyətli olmuşdur. İfadəsinin davamı olaraq Yelena Samofalova göstərmişdir ki, Andreyin tanışı olan Xaliqlə danışmış, sonuncunun ərinə 100000 rubl borcu olmuş, nəyə görə olduğunu bilməsə də, əri Andrey öldükdən sonra Xaliq özü 100000 rubl borcunu şəxsən ona vermişdir. Xaliqlə Andrey arasında heç bir münaqişə və rəqabət olmamış, Andrey onun barəsində müsbət sözlər danışmışdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamışdır. Ona dəymiş mənəvi zərərə görə 10.000.000 rubl məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini və bununla bağlı iş üzrə verdiyi mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə nahar saatlarında Təqsirləndirilən şəxs ona birlikdə Andrey Samafalovun yanına getməyi və sonuncu ilə onun pulunu qaytarması barədə danışmağı xahiş etmişdir. Həmin gün onlar Andreylə texniki xidmət stansiyasında rastlaşmışlar. O, Buludxanla birlikdə Andreyə yaxınlaşaraq sonuncudan Buludxana olan borcunu qaytarmasını xahiş etmişdir. Andrey isə “axşam Buludxanın dalınca gələcək, Ulan–Ude ş. Divizionnaya stansiyasından metalı götürməyə kömək etsə ona pulu ödəyəcək, beləliklə də köməyə görə daha çox verəcək” demişdir. Buludxan rus dilini çox pis bildiyi üçün və sonuncuya kömək etmək üçün o, onlarla getmək qərarına gəlmişdir. Buludxan Andreyin maşınını təmir etdiyi üçün o, sonuncuların tez tez zəngləşdiklərini bilmişdir. Saat 19 radələrində o və Buludxan Babuşkin küçəsindəki “Titan 100” mağazasına girmişlər, o, peçenye almış, Buludxan isə mağazada bıçaq axtarmışdır. O, Buludxandan bıçaq nə üçün lazım olduğunu soruşanda sonuncu “heç nə” cavabı vermişdir. Buludxanın aldığı bıçaq qara dəstəkli metal bıçaq olmuşdur. Mağazadan çıxıb yenidən avtoservisə getmişlər və orada avtomobil təmiri ilə məşğul olmuşlar. Həmin gün saat 20-21 radələrində Buludxan Andreyə zəng etmiş və nə vaxt gələcəyini soruşmuş, Andrey də təxminən saat 21-də gələcəyini demişdir. Saat 21 radələrində Andrey gəlmiş və Buludxanı götürmüş, o, Buludxanı tək buraxmaq istəməmiş və sonuncu ilə birlikdə getmişdir. X22 pul borclu olduğuna görə münaqişə yarana biləcəyini düşünmüşdür. O, öndə Andreyin sol tərəfində oturmuş, Buludxan isə arxa sərnişin oturacağında Andreyin arxasında (sağdan) oturmuşdur. Andrey onlara Divizkaya gedəcəklərini və metalı qoymaq üçün bazaya qayıdacaqlarını bildirmişdir. Andreyin avtomobilində onların üçündən başqa heç kim olmamış və hərəkət zamanı yerlərini dəyişməmişlər. Andreyin maşınında pul qabı və ya çantanın olub-olmadığını görməmiş və buna fikir verməmişdir. Divizkaya getdikdən sonra orada təxminən 10 dəqiqə kimisə gözləmişlər. O, evə getməli olduğu üçün əsəbiləşməyə başlamış, Andrey isə metalı götürüb dərhal qayıdacaqlarını bildirmişdir. Həmin vaxt Andrey telefonda qızla dalaşmışdır. Buludxan ondan ana dilində Andreyin nə danışdığını və nəyə görə əsəbiləşdiyini soruşmuş, o, Buludxana ana dilində “kiməsə zəng edə bilmir” deyə cavab vermişdir. Həmin anda Andrey onlara ana dillərində danışdığlarına görə irad bildirmiş, sonra isə onları təhqir etməyə başlamış, həmçinin Buludxana ona 3-4 min rubl xırda borcu olduğunu xatırlamışdır. Buludxan rus dilini bilmədiyi üçün elə bilmiş ki, bütün bunlar ona ünvanlanıbdır. Daha sonra Buludxan əsəbiləşərək Andreyin nəyə görə qışqırdığını və söyüş söydüyünü soruşmuşdur. O, buna əhəmiyyət verməmiş və sadəcə “hər şey yaxşıdır, bunları ona demir” demişdir. Saat 21-22 radələrində Andrey söyüş söyməyə davam etmiş, o isə ön sərnişin oturacağında oturub telefonla oynamış və Buludxana fikir verməmişdir. Buludxan anidən qalxaraq önə tərəf əyilmiş və Andreyə zərbə endirməyə başlamışdır. Həmin vaxtı hər şey çox tez baş verdiyi üçün o, nə baş verdiyini başa düşməsə də, Andreyin xırıltısını eşitmiş və Buludxanın sonuncuya nə isə etdiyini anlamışdır. Andrey dərhal qapını açaraq qaçmış, Buludxan da arxasınca qaçmış, o da dərhal küçəyə çıxmış və həmin vaxt Buludxanın əlində günorta aldıqları bıçağı görüb sonuncunun Andreyi bıçaqladığını anlamışdır. Buludxan öz bədəni ilə görüntünü bağladığı üçün zərbə endirdiyi zaman bıçağı necə tutduğunu görməsə də, Buludxanın Andreyə bir neçə bıçaq zərbəsi vurduğunu görmüşdür. O qışqırmağa başlamış, Buludxandan nəyə görə Andreyin arxasınca qaçdığını soruşmuş, Buludxan isə “onu öldürmək lazımdır, o məni satacaq” demişdir. O isə Buludxana “satmayacaq” demişdir. Buludxan isə onu bıçaqla hədələmiş və “getdik” demişdir. Lakin Buludxan ona real təhlükə yaratmamış, sadəcə bıçağı göstərmiş, sonuncunun üzü çox qəzəbli olmuş, qorxmuş, susaraq maşına öz yerinə oturmuşdur. O, mübahisə etməkdən qorxduğu üçün Buludxana tabe olmuşdur. Sonra o və Buludxan Anderyin maşınına oturmuş, Buludxan sükan arxasına, o isə Buludxanın sol tərəfində əyləşmişdir. Buludxan qəsəbənin içinə sürmüş, təxminən 3 kilometr getdikdən sonra maşını şəhər istiqamətə döndərərək saxlamış, motoru və faraları söndürmüşdür. Buludxan və o maşından düşərək şəhər istiqamətində qaçmışlar. Buludxan kolluqların yanında bıçağı yerə atmış, o, bıçağın qan içində olduğunu görmüşdür. Bir qədər sonra Buludxan telefonunu Andreyin maşınında unutduğunu deyib maşının yanına qayıtmış, o isə Buludxanı yolda gözləmiş, Buludxan öz telefonu ilə gəlmiş və yolda ayağı ilə mobil telefonunu sındıraraq kolluğa atmışdır. O, yolda rastlaşdıqları tanımadığı şəxsdən mobil telefonla taksi çağırmasını xahiş etmiş, həmin şəxs taksi çağırdıqdan sonra onlar tanışı Annagilə getmişlər. Annanın evindən Buludxan yerlisi Vüqar Vəliyevə zəng etmişdir. Daha sonra Annagildən atasının avtoemalatxanasına getmişlər və orada Vüqar Vəliyevlə rastlaşmışlar. Buludxan sonuncuya bir oğlanla dalaşdığını və təhqirə görə sonuncunu vurduğunu demişdir. xx.xx.2018-ci il tarixdə o və Buludxan Namiqin əmisindən Andreyin öldüyünü eşitmiş, bundan sonra Buludxanın əhval-ruhiyyəsi düzəlmiş və sonuncu 6 yaxud 7 oktyabr 2018-ci ildə Azərbaycana getmiş və o, bir daha Buludxanı görməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Andreyin Buludxana pulunu ödəməməsi barədə sonuncunun özündən eşitmişdir. Hadisə günü maşında Qafqazlıların ünvanına söyüş söydüyü üçün Buludxan üzərində olan qara dəstəkli açılıb-qatlanan bıçaqla çiyin nahiyəsindən bir neçə bıçaq zərbəsi vuraraq Andreyi öldürmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2018-ci il oktyabr ayının ortalarında Moskva şəhərində yerliləri Buludxanın qətldə şübhələndiyini bildirmişlər və ona bu barədə konkret heç nə deməmişlər. O, Buludxanın doğma qardaşı Məhərrəm Kazımova zəng etmiş və sonuncudan Buludxanın əli olduğu qətl barədə nə bildiyini soruşmuşdur. Məhərrəm isə bunun telefon söhbəti olmadığını, lakin bunun həqiqət olduğunu, Buludxanın qətldə əli olduğunu və Buludxanın özünün bu barədə dediyini bildirmişdir. Məhərrəm ona Buludxanın Bakı şəhərinə, vətənə getdiyini demişdir. O, bu barədə Buludxanın qohumları ilə danışmamışdır. Onun dəqiq məlumatı olmasa da, Buludxanın qardaşının dediklərindən və Buludxanın tez bir müddətdə Ulan-Ude şəhərindən getməsindən belə bir hadisənin baş verdiyindən şübhələnmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Arvadı Şahid6, oğlu Buludxan, sonuncunun arvadı Şahid7 və azyaşlı qızı Milana Kazımova ilə birlikdə Tovuz rayonu, İbrahimhacılı kəndində yaşamışlar. Böyük oğlu Məhərrəm Kazımov isə Rusiya Federasiyası vətəndaşı olduğundan orada yaşamışdır. Buludxan həbs edilənədək yaşadığı kənddə maşın ustası işləmişdir. Təxminən 2018-ci ilin iyun-iyul aylarında Rusiya Federasiyasında işləyən qardaşı oğlu Vüsal Təqsirləndirilən şəxs zəng edərək işləmək üçün Rusiya Federasiyasına çağırmışdır. Bu səbəbdən də Buludxan 2018-ci ilin-iyul ayılarında işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2018-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Buludxan Azərbaycan Respublikasına, yaşadıqları Tovuz rayonu İbrahimhacılı kəndinə qayıtmışdır. Qayıtdıqdan bir neçə il sonra Buludxan rayon prokurorluğuna çağırılmış və Rusiya Federasiyasında adam öldürdüyü üçün həbs edilmişdir. Lakin oğlunun Rusiyada kimisə öldürməsindən onun məlumatı olmamış, oğlu da bu barədə ona heç bir şey deməmişdir. O, Buludxandan bunun nə məsələ olduğunu, yəni adam öldürüb-öldürmədiyini soruşduqda, Buludxan heç kəsi öldürmədiyini, bu məsələnin onunla əlaqədar olmadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 23-24 radələrində evdə tək olan zaman yatmağa hazırlaşarkən Şahid1 öz tanışı azərbaycanlı, soyadını bilmədiyi Buludxan adında oğlanla onun evinə gəlmişdir. Sonuncular nədənsə həyəcanlı olmuş və zəng etmək üçün ondan mobil telefonunu istəmişlər. O, İlhamla söhbət edərkən ilk dəfə gördüyü Buludxanın rus dilində pis danışdığını başa düşmüşdür. İlham Buludxanı iş yoldaşı kimi təqdim etmişdir. Sonuncuların telefonu olmamış, o, telefonlarının harada olduğunu başa düşməmiş, İlham özü də ona heç nə izah etməmiş, sadəcə telefon və sim-kartın olmadığını və böyük problemləri olduğunu demişdir. Lakin İlham problemlərin nə ilə bağlı olduğunu izah etməmişdir. O, nə baş verdiyi ilə maraqlandıqda İlham isə “oy, sonra” demişdir. Daha sonra İlham onun evində gecələmələrini xahiş etmişdir. O isə rədd cavabı vermişdir. İlham və Buludxan təxminən saat 23-24 radələrində 03 oktyabr 2018-ci ildən 04 oktyabr 2018-ci ilə keçən gecə gəlmişlər və onun evində təxminən bir saat qalmışlar. Həmin vaxtı onun evində başqa heç kim olmamışdır. İlham onun BQ mobil telefonundan, sim-kart **********4 kiməsə zəng etmiş, sonra ona zəng gəlmiş və bu söhbət gecə saat 23-dən saat 02-dək olan müddət ərzində olmuşdur. Həmin vaxtı İlham telefonla Azərbaycan dilində danışmışdır. O, söhbətin mahiyyətini başa düşməmiş, lakin İlham emosional şəkildə danışmışdır. Sonuncu zəngdən sonra onlar çıxıb getmişlər və bir daha onun yanına gəlməmişlər. Onların nə ilə və hara getdiklərini bilməmişdir. Onun evində olarkən İlham həyəcanlı olmuş, “onları tutacaqlar” demiş, daimi Azərbaycan dilində Buludxanı danlamış, sonuncu isə çox fikirli və “yüklü” olmuş, susmuş və İlhama qışqırmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2018-ci il tarixli, 1555 saylı rəyindən görünür ki: 1) A.V.Safonovun ölümü çoxsaylı qanaxma ilə kəskinləşmiş döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 1) və çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 2) nəticəsində baş vermişdir. 2) Təqdim edilmiş tibbi sənədlərə müvafiq olaraq (insan ölümünün müəyyən edilməsi protokolu) A.V.Samofalovun ölümü xx.xx.2018 tarixində saat 22:28-də baş vermişdir. 3) A.V.Samofalovun meyitinin ekspertizası zamanı aşağıdakı zədələr aşkar edilmişdir: 3.1. Döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 1). 3.2. Çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 2). 3.1. və 3.2. bəndlərdə göstərilən yaralar bıçaq ola bilən kəsici-deşici alətin ən azı 2 dəfə təsiri nəticəsində ölüm baş verməzdən qabaq əmələ gəlmişdir, öz xüsusiyyətlərinə görə insanın sağlamlığına ağır zərər vuran zədələrə aiddir, həyat üçün təhlükə əlamətlərinə görə ölümə səbəb olmuşdur. Həmin zədələr və ölümün baş verməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi var. Yuxarıda göstərilən zədələrin alınmasından sonra zərərçəkmiş qanaxma artanadək qısa müddət ərzində aktiv hərəkət edə bilməmişdir. 3.3. Magistral damarları və sinir dəstələrini zədələmədən yumşaq toxumaların zədələnməsi ilə sol çiynin nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 3). 3.4. Çiyin və döş qəfəsinin yumşaq toxumalarının zədələnməsi ilə sol tərəfdən döş qəfəsinin ön səthinin və sol çiynin nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 4 və 6). 3.5. Yumşaq toxumaların zədələnməsi ilə sol dirsək oynağının nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 5). 3.3., 3.4. və 3.6 bəndlərində göstərilən zədələr bıçaq ola bilən kəsici-deşici alətin ən azı 3 dəfə təsiri nəticəsində ölüm baş verməzdən qabaq əmələ gəlmişdir, 21 günədək sağlamlığın qısa müddətli pozulması əlamətləri ilə öz xüsusiyyətlərinə görə insanın sağlamlığına yüngül zərər vuran zədələrə aiddir. 4) Zərərçəkmiş hücum edən şəxslə nisbətdə zədələrin aşkar edildiyi nahiyələrin anatomik sahələrinin əlçatan olduğu istənilən vəziyyətdə ola bilərdi. 5) 1986-cı il təvəllüdlü A.V.Samofalovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil və sair izomerlər aşkar edilmədi (xx.xx.2018-ci il tarixli 2243 nömrəli məhkəmə-kimyəvi aktından). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş molekulyar-genetik məhkəmə ekspertizasının 3/238 saylı, 01 noyabr 2018 -ci il tarixli rəyindən görünür ki, üzərində nümunələr olan iki pambıq çubuqda (qərarda tənzif çubuqda): sağ arxa qapının daxili tutacağında (obyekt № 11), sağ arxa qapının qoltuqaltı hissəsində (obyekt № 15) bir nəfər naməlum kişi cinsindən olan şəxsdən (genotip № 1) əmələ gəlmişdir; 2. Qaz balonunda (obyekt № 1) birinin naməlum kişi cinsli şəxsdən (genotip № 1) əmələ gəlməsi ehtimalı olan üç və daha artıq şəxsdən əmələ gələn bioloji (genetik) material aşkar edilmişdir. DNT nümunələrində (obyekt №1) və naməlum kişi cinsli şəxsin (genotip № 1) genetik əlamətlərin təsadüfi üst-üstə düşməsi ehtimalı 9.44 x 10-9 bərabərdir. Bu o deməkdir ki, nəzəri olaraq 106 milyon nəfərdən bir nəfər DNT (obyekt № 1) nümunələrində aşkar edilmiş genetik əlamətlərlə razılaşdırılan genetik əlamətlərə malikdir. Bioloji izlərin (obyekt № 1) A.V.Samofalovdan əmələ gəlməsi istisna olunur; 3. Bıçağın dəstəsində (obyekt № 7) ən azı bir nəfəri kişi cinsindən olan şəxs olan iki və ya daha çox şəxsdən əmələ gələn qarışıq bioloji (genetik) material izləri aşkar edilmişdir. Bioloji izlərin (obyekt № 1) A.V. Samofalovdan və ya naməlum kişi cinsindən olan şəxsdən (genotip № 1) əmələ gəlməsi istisna olunur; 4. Torpaq nümunəsi olan tənzif fraqmentində (obyekt № 8), dəmirbeton dirəkdən götürülmüş yaxmalı tənzif fraqmentində (obyekt № 9), sürücülük qapısının şüşəsinin daxili səthindən götürülmüş yaxmalı tənzif fraqmentində (obyekt № 20) A.V. Samofalovdan əmələ gəlmiş qan aşkar edilmişdir; 5. Sağ ön qapının daxili tutacağından aşkar edilmiş yaxmalı pambıq çubuqda (obyekt № 10) A.V. Samofalovdan əmələ gəlmiş bioloji (genetik) material aşkar edilmişdir; 6. Qaz balonunda (obyekt № 2, 3), bıçaqda (obyekt № 4-6), üzərində yaxma olan pambıq çubuqlarda: sol ön qapının daxili tutacağından (obyekt № 12), sol arxa qapının daxili tutacağından (obyekt № 13), sağ arxa qapının qoltuqaltı hissəsindən (obyekt № 14), sol ön qapının qoltuqaltı hissəsindən (obyekt № 16), sol arxa qapının qoltuqaltı hissəsindən (obyekt № 17), sol ön oturacağın qarşısında yerləşən baqaj hissəsinin tutacağından (obyekt № 18), mərkəzi hissədə olan panelin altında yerləşən baqaj hissəsinin tutacağından (obyekt № 19), sükan çarxı çexolundan (obyekt № 21-25), DNT-də identifikasiya üçün yararsız olan genetik əlamətləri olan bioloji material aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş molekulyar-genetik məhkəmə ekspertizasının 3/265 saylı, 20 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, 1. Üzərində nümunələr olan iki pambıq çubuqda (qərarda tənzif çubuqda): sağ arxa qapının daxili tutacağında (obyekt № 11), sağ arxa qapının qoltuqaltı hissəsində (obyekt № 15) (Buryatiya Respublikası üzrə DİN EKM ekspertinin xx.xx.2018 tarixli 3/238 nömrəli rəyi) təri paltarda aşkar edilmiş şəxsdən əmələ gəlmişdir. 2. Qaz balonunda (obyekt № 1) birinin naməlum kişi cinsli şəxsdən (genotip № 1) əmələ gəlməsi ehtimalı olan üç və daha artıq şəxsdən əmələ gələn bioloji (genetik) material aşkar edilmişdir. DNT nümunələrində (obyekt №1) və naməlum kişi cinsli şəxsin (genotip № 1) genetik əlamətlərin təsadüfi üstüstə düşməsi ehtimalı 9.44 x 10-9 bərabərdir. Bu o deməkdir ki, nəzəri olaraq 106 milyon nəfərdən bir nəfər DNT (obyekt № 1) nümunələrində aşkar edilmiş genetik əlamətlərlə razılaşdırılan genetik əlamətlərə malikdir. Bioloji izlərin (obyekt № 1) Şahid1 əmələ gəlməsi istisna olunur. 3. Bıçağın dəstəsində (obyekt № 7) ən azı bir nəfəri kişi cinsindən olan şəxs olan iki və ya daha çox şəxsdən əmələ gələn qarışıq bioloji (genetik) material izləri aşkar edilmişdir. Bioloji izlərin (obyekt № 1) İ.X. Zeynalovdan və təri paltarda aşkar edilmiş şəxsdən əmələ gəlməsi istisna olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməkriminalistika ekspertizasının xx.xx.2019-cu il tarixli,16 saylı ekspert rəyindən görünür ki, A.V. Samofalovun meyitinin döş qəfəsinin sol hissəsinin dəri nümunəsində və sol çiynin dəri nümunəsində 2 kəsici-deşici yara var ki, onlar bıçaq № 2 (qara rəngli plastik dəstəli) alətin, yaxud oxşar konstruksiyalı və xətti əlamətlərə malik olan digər alətin təsirindən əmələ gələ bilər. 2. Bıçaq № 1 (yaşıl rəngli plastik dəstəli) təsiri nəticəsində törədilməsi istisna edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbkriminalistika ekspertizasının xx.xx.2020-ci il tarixli, 98 saylı ekspert rəyindən görünür ki, 1) A.V. Samofalovun bədənində aşkar edilmiş xəsarətlərin (Döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin nüfuzedən kəsilmişdeşilmiş yarası (yara № 1). Çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 2). Magistral damarları və sinir dəstələrini zədələmədən yumşaq toxumaların zədələnməsi ilə sol çiynin nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 3). Çiyin və döş qəfəsinin yumşaq toxumalarının zədələnməsi ilə sol tərəfdən döş qəfəsinin ön səthinin və sol çiynin nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 4 və 6). Yumşaq toxumaların zədələnməsi ilə sol dirsək oynağının nüfuz etməyən kəsilmiş-deşilmiş yarası (yara № 5)) İ.X. Zeynalovun göstərdiyi şəraitdə əmələ gəlməsi istisna edilmir, bunlar tədqiq edilən diaqnostik əhəmiyyətli əlamətlərlə təsdiqini tapır (zədə törədən gücün yerləşməsi, təsir xarakteri, təsir istiqaməti, zədə törədən alət, müddət) (Sxem 1, 2 bənd 1, Cədvəl 1 bənd 3, Ekspertizanın analitik hissəsi). 2) Cinayət işinin materiallarında göstərilmiş hallar (hal, zərərçəkmişin və hücum edənin statik və dinamik mövqeyi, anatomik sahələrin əlçatanlığı, istifadə edilən alət və s.) A.V. Samofalovun bədənində aşkar edilmiş xəsarətlərin ehtimal edilən üsulla yetirilməsinə imkan verir. 3) Yaraların nisbətən kompakt yerləşməsi, onların oriyentasiyasının və yara kanallarının istiqamətinin həmcinsliyi onların oxşar şəraitdə baş verməsinə işarə edə bilər (zərbələrin vurulma üsulu, qarşılıqlı mövqe və zərərçəkmişin və hücum edənin pozaları). 4) Zədələrin oxşar morfoloji xarakteristikaları və xətti parametrləri (A.V.Samofalovun sol döş qəfəsindən və sol çiynindən götürülmüş dəri nümunələri) onların tiyəsi birtərəfli iti olan, ehtimal olaraq ekspertizaya təqdim edilən bıçaq № 2 (qara rəngli plastik dəstəli) ilə yetirilməsi ehtimalını verir (xx.xx.2019 tarixli 16 nömrəli ekspert rəyi). 5) A.V.Samofalovun ölümü çoxsaylı qanaxma ilə kəskinləşmiş döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 1) və çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin nüfuzedən kəsilmiş-deşilmiş yarası (yara № 2) nəticəsində baş vermişdir, bu da yuxarıda göstərilən xəsarətlərin mövcudluğu, meyitin morfoloji tədqiqatları ilə təsdiqlənir: dəri örtüklərinin avazı olması, cüzi əks olunan ada şəkilli meyit ləkələri, endokardın aşağısında tünd-qırmızı zolaqlı qanaxma (Minakov ləkələri), daxili orqanların azqanlılığı, soltərəfli hemotoraks (1900 ml yaxın duru qan və laxta), hemoperikard (100 ml yaxın qan) (xx.xx.2018 tarixli 1555 nömrəli ekspert rəyi). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş insanın, heyvanların toxuma və ifrazatlarının məhkəmə ekspertizasının (DNT tədqiqatı) 16 iyun 2020-ci il tarixli, 3/200 saylı rəyindən görünür ki, A.V. Samofalova məxsus olan Toyota İpsum markalı avtomobilin sağ arxa qapının daxili tutacağında (obyekt № 11), sağ arxa qapının qoltuqaltı hissəsində (obyekt № 15) (Buryatiya Respublikası üzrə DİN EKM ekspertinin xx.xx.2018 tarixli 3/238 nömrəli rəyi) paltarda (Buryatiya Respublikası üzrə DİN EKM ekspertinin xx.xx.2020 tarixli 3/265 nömrəli rəyi, obyekt № 1) aşkar edilmiş bioloji izlərin sahibi olan naməlum şəxs X2 bioloji qardaşıdır, belə ki, naməlum şəxsin (genotip 1) bioloji valideynləri 713 min dəfə daha çox ehtimalla naməlum şəxslər cütlüyü ilə müqayisədə M.Şahid5 valideynləridir. DNT bioloji materialda olan şəxslərin və M.Şahid5 bioloji qohumluğunu təhlil etmək və ehtimal-statistik qiymətləndirilməsini aparmaq mümkün olmadı (Buryatiya Respublikası üzrə DİN EKM ekspertinin xx.xx.2018 tarixli 3/238 nömrəli rəyi, obyekt № 1). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş insanın, heyvanların toxuma və ifrazatlarının məhkəmə ekspertizasının (DNT tədqiqatı) 19 avqust 2020-ci il tarixli, 3/300 saylı rəyindən görünür ki, Ulan-Ude şəhəri, Oktyabr küçəsi, 27-26 ünvanında xx.xx.2018 tarixli axtarış zamanı aşkarlanaraq götürülmüş üzərində qanabənzər qonurqırmızı rəngli ləkələr olan “Bank prikolov” 5000 rubl dəyərində əsginas üzərində qan ləkələri aşkarlandı: - “genotip 1” kişi cinsli bir nəfər şəxsdən əmələ gəlmiş epiteli hüceyrələri və tər (obyekt 2) qarışıq izləri. Həmin izlərin xx.xx.1986-cı il təvəllüdlü X5 əmələ gəlməsi istisna olunur. - “genotip 1” kişi cinsli iki və daha çox şəxsdən əmələ gəlmiş epiteli hüceyrələri və tər (obyekt № 3) qarışıq izləri. Həmin izlərin xx.xx.1986-cı il təvəllüdlü X5 əmələ gəlməsi istisna olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 avqust 2021-ci il tarixli, 442/146 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, halhazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji 09 avqust 2021-ci il tarixli, 442/146 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda da anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl adi, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 924 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Rusiya Federasiyası İstintaq Komitəsinin Buryatiya Respublikası üzrə istintaq idarəsinin Ulan-Ude ş. Sovet rayonu üzrə istintaq şöbəsinin müstəntiqi, ədliyyə kapitanı M.S.Yefimova tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Buryatiya Respublikası Ulan-Ude şəhəri, Sovet rayon məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində faktiki tutulduğu tarixdən 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2021-ci il tarixli “könüllü gəlmə barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.00-da Tovuz RPŞ-nə könüllü gəlib təqsirini boynuna almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(062)-36-2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Ulan-Ude ş., İnşaatçılar pr., 1 ünvanında yerləşən Ulan Ude ş. V.V.Anqapov adında Respublika Klinik Təcili tibbi yardım xəstəxanası dövlət büdcə səhiyyə müəssisəsi inzibati binasının 1ci mərtəbəsində yerləşən morqdur. Morqda xərəyin üzərində avropoid irqindən olan, 30-35 yaşlı kişi cəsədi vardır. Cəsədin bədənində aşkar edilmiş zədələr: ön yan səth üzrə döş qəfəsindən solda, sol çiyin nahiyəsində, sol dirsək oynağı nahiyəsində çoxsaylı kəsicideşici yaralar. Sol çiyinin üz səthində pələng başı şəklində tatuirovka, aşağı hissədə "KDVO" yazısı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ulan-Ude ş. Batareynaya küç 30 saylı evin yanında sahəyə baxış keçirilir. 10 m məsafədə: boz rəngli bir tay krossovka və üzərində "Jquçiy perec" yazısı olan qırımızı rəngli yapışqanlı qara rəngli qaz balonu aşkar edilir, onlar müvafiq qaydada qablaşdırılmaqla götürülür. 30 saylı evin çəpəri sahəsindən sağ tərəfdə nəqliyyat vasitəsi izi aşkar olunmuşdur - hərəkət istiqaməti sol dairəvi 10 m yaxın, istiqamət Batareynaya küç. ilə sağ tərəfə. İz 9 m məsafədə görünür. İzin eni 20 sm, təkər bazasının eni təxminən 145 sm. İzin fraqmenti fotoaparata çəkilir. Daha sonra baxış Ulan-Ude ş. Sotnikovskaya kü. yerləşən T-62 tankına heykələ tərəf keçir, həmin heykəldən Sotnikovskaya küç. ilə aşağı təxminın 80 m. məsafədə səkidə, həmçinin bordürlarda qana bənzər qırmızı-al rəngli maddə ləkələri aşkar olunmuşdur, T 62 tankına abidədən Dizivionnaya st. 1 sahəyə tərəf. Daha sonra Sotnikovskaya küç. quraşdırılan RİSV 11935 P 42 020718 UZ saylı beton dirəkdən 1,5 m məsafədə qərb istiqamətində küçədə qana bənzər qırmızı-al rəngli maddə ləkələri aşkar olunmuşdur, ondan tənzif tampona nümunə götürülür. RİSV 11933 P 13 03 0718 saylı beton dirəkdə aşağıdan 40 sm məsafədə pozulmalar və qana bənzər qırmızı-al rəngli maddə ləkələri aşkar olunmuş, ondan tənzif tampona nümunə götürülmüş, kağız zərfə qoyulmuş, imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Ulan-Ude ş. Kamennaya küç. 77 saylı evin çəpərindən təxminən 20 m. cənub-şərq istiqamətində yerləşən aralıq yolu sahəsidir. Qeyd olunan yol sahəsində C 767 ET dövlət qeydiyyat nişanlı "Toyota" "İpsum" markalı avtomobil vardır. Avtomobilin sağ sürücü pəncərəsi aşağı salınıb. Avtomobil ön hissəsi ilə Ulan-Ude ş. tərəf istiqamətlənmiş və açarlar yoxdur. Avtomobilin ön şüşənin plastik əlavəsində sol tərəfdən yaşıl tutacağı olan bıçaq aşkar olunmuş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra avtomobilin salonundan aşkar olunmuşdur: avtomobilin polkasında sağ stəkan qoyan yerdə üzərində “Adrenalin raş” yazısı olan dəmir banka, o tünd daktiloskopik tozla emal olunur, əl barmaq izləri aşkar olunmamışdır. Bundan sonra qeyd olunan banka polietilen paketə qablaşdırılır, müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra ön oturacaqlar arasında polkada aşağıdakılar aşkar olunmuşdur: 3 açar bağlaması, qırmızı rəngli metal adapter, gün eynəkləri, onlar götürülür və polietilen paketə qablaşdırılır, müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra ön sərnişin xalçasında sənədlər, dərman vasitələri aşkar olunub, onlar götürülür və polietilen paketə qablaşdırılır, müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra avtomobil salonunun mərkəzi hissədə panel altında yerləşən saxlanc yerində (bardaçokda) pul əsginasları aşkar olunmuşdur: 2 əsginas 100 rublluq, 2 əsginas 50 rublluq, metal pullar: 1 rubl nominalında - 5 ədəd, 2 rubl nominalında - 8 ədəd, 5 rubl nominalında - 11 ədəd, 10 rubl nominalında - 16 ədəd, onlar götürülür və polietilen paketə qablaşdırılır, paketin üzərinə qorunması üçün izahlı yazı yapışdırılır müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra sükan çarxında çexol aşkar olunmuşdur, həmçinin sürücü və ön sərnişin oturacağında qara rəngli çexollar aşkar olunub, onlar götürülür və polietilen paketə qablaşdırılır, paketin üzərinə qorunması üçün izahlı yazı yapışdırılır müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra baxış zamanı ön sağ qapının daxili tutacağından, arxa sağ qapının daxili tutacağından, ön sol qapının daxili tutacağından, arxa sol qapının daxili tutacağından, ön sağ qapının dirsək yerindən, arxa sağ qapının dirsək yerindən, ön sol qapının dirsək yerindən, arxa sol qapının dirsək yerindən, avtomobil salonunun mərkəzi hissədə panel altında yerləşən saxlanc yerinin tutacağından pambıq çubuqlara qazmalar götürülüb. Qeyd olunan pambıq çubuq üzərində qazmalar izahlı yazı ilə kağız zərfə qablaşdırılır, müstəntiqin imzası ilə təsdiq olunur. Daha sonra avtomobil Ulan-Ude ş, Limonov küç., 6Q ünvanına Rusiya İstintaq Komitəsinin Buryatiya Respublikası üzrə istintaq idarəsinin binasının yanına gətirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Ulan-Ude ş., Limonov küç., 6 "q" ünvanında yerləşən RF İK BR üzrə İİ xidməti şöbələr binasında yerləşən qarajdır. Qarajı qapıları arxasında zərərçəkmiş şəxs A.Samofalofun idarə etdiyi ağ rəngli C 767 ET dövlət qeydiyyat nişanlı "Toyota" "İpsum" markalı avtomobil aşkar olunmuşdur. Daha sonra avtomobilin salonuna baxış zamanı: plastik panellər, işığı, dönmə işıqlarını yandırıb söndürmə lingləri, daxili tərəfdən şüşələr, həmçinin avtomobilin salonunun bütün plastik elementləri qara rəngli daktiloskopik toz olan antrasitlə emal olunur. Detalların tozla emalı zamanı eyniləşdirmə üçün yararlı olan əl barmaq izləri aşkar olunmamışdır. Daha sonra avtomobilin kuzovu "Sansa" daktiloskopit tozla və "Antrasit" maqnit tozu ilə emal olunur. Lakin yararlı olan əl barmaq izləri aşkar olunmamışdır. Daha sonra sürücü qapısından şüşənin çıxarılması üçün qapının üzlük panelinin çıxarılması və şüşə qaldırıcısının ötürücüsünün demontajı həyata keçirilir. Şüşə çıxarılmışdır, onda daxili tərəfdən ölçüsü 0,5 ö 1 sm olan, yuxarı tərəfi iti şəkillə, damcının aşağı hissəsi yarımkəsik olan qana bənzər al rəngli maddə ləkəsi aşkar olunmuşdur. Qeyd olunan ləkədən tənzif tampona yaxma götürülür, tampon izahlı yazılı kağız zərfə qablaşdırılır. Daha sonra şüşə "Antrasit" maqnit daktiloskopik tozla emal olunur, emal zamanı eyniləşdirmə üçün yararlı əl barmaq izləri aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Ulan-Ude ş., Limonov küç., 6 "q" ünvanında olan qaraj blokunda yerləşən C 767 ET dövlət qeydiyyat nişanlı "Toyota" "İpsum" markalı avtomobildir. Avtomobilə baxış keçirilərkən "MİKS 450" kriminalistik işıq mənbəyi istifadə olunur, bu zaman sol tərəfdə alın şüşəsinin plastik haşiyyəsində tünd ləkə aşkar olunmuş, ondan pambıq çubuğa yaxma götürülmüş, o izahlı yazılı kağız zərfə qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Ulan-Ude ş., Babuşkin küç, 202 ünvanında yerləşən məişət otağıdır, 1-ci mərtəbədə kəmərli şort və idman fəhlə paltarı aşkar olunmuşdur, X.A.Zeynalovun sözlərindən onlar Təqsirləndirilən şəxs məxsusdur, daha sonra əşyalar götürülür və polietilen paketlərə qablaşdırılır, üzərinə izahlı yazı yazılır, hal-şahidlərinin və müstəntiqin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “əşyalara və sənədlərə baxış” protokoldan görünür ki, baxış obyekti şahid V.V.Ovçinnikovadan xx.xx.2018-ci ildə götürülmüş “İphone A 1524 6 plyus” markalı mobil telefona baxış zamanı cinayət işi üçün əhəmiyyətli olmuş informasiya çap olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “əşyalara və sənədlərə baxış” protokoldan görünür ki, baxış obyekti şahid B.B.Badmayevadan xx.xx.2018-ci ildə götürülmüş “İphone A 1530” markalı mobil telefona baxış zamanı cinayət işi üçün əhəmiyyətli olmuş, informasiya çap olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “axtarış (görümə)” protokolundan görünür ki, Rusiya DİN Ulan-Ude şəhəri üzrə idarəsinin əməliyyat müvəkkili olan şahid İ.S.Kobısovun təqdim etdiyi Ulan-Ude şəhəri, Qaqarin küçəsində yerləşən Vodoley mağazasının video qeydiyyatçısının DVD diski, Kazımov tərəfindən qara dəstəli bıçağın alındığı “Titan 100” mağazasının video qeydiyyatçısının DVD diski, Akita” universal mətbəx bıçağı, xx.xx.2018-ci il tarixində B.İ. Kazımov tərəfindən alınmış bıçağa dair mağazanın satış barədə hesabat götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-cil il tarixli “əşya və sənədlərə baxış” protokolundan görünür ki, baxış obyekti xx.xx.2018 tarixli zərərçəkmiş şəxs Y.P. Samofalovanın dindirilməsi zamanı təqdim edilmiş **********3 abunə nömrəsinin (nömrə zərərçəkmiş A.V. Samofalov tərəfindən istifadə edilirdi) detallaşdırılmasıdır, detallaşdırma 6 ədəd A4 formatlı kağızdadır, detallaşdırmanın müddəti xx.xx.2018 – xx.xx.2018 (Moskva saat qurşağı). Detallaşdırmaya əsasən: - xx.xx.2018 tarixində saat 16:29-da (Ulan-Ude 21:29), 16:30-da (Ulan-Ude 21:30), 16:31-də (Ulan-Ude 21:31), 16:32-də (Ulan-Ude 21:32) V.V.Ovçinnikovaya məxsus **********20 abunə nömrəsi ilə danışığın tarifikasiyası olmadan çıxan zənglər var. - xx.xx.2018 tarixində saat 16:22-də (Ulan-Ude 21:22) E.A.İbrahimova (İ.X. Zeynalovun tanışı) məxsus olan **********4 abunə nömrəsi ilə 1 dəqiqəlik çıxan zəng var. - xx.xx.2018 tarixində saat 15:14-də (Ulan-Ude 20:14) Təqsirləndirilən şəxs məxsus olan **********8 abunə nömrəsi ilə 14 saniyəlik daxil olan zəng var.
2. Baxış obyekti xx.xx.2018 tarixində şahid V.V.Ovçinnikovanın dindirilməsi zamanı təqdim edilmiş **********0 (şahid V.V.Ovçinnikovanın nömrəsi) abunə nömrəsinin detallaşdırılmasıdır, detallaşdırma 3 ədəd A4 formatlı kağızdadır, detallaşdırmanın müddəti xx.xx.2018 – xx.xx.2018 (Ulan-Ude saat qurşağı). Detallaşdırmaya əsasən: - xx.xx.2018 tarixində saat 21:29-da, 16:30-da, 21:31-də, 21:32-də A.V.Samofalova məxsus olan **********3 abunə nömrəsi ilə danışığın tarifikasiyası olmadan daxil olan zənglər var.
3. Baxış obyekti xx.xx.2018 tarixində şahid N.Şahid7 dindirilməsi zamanı təqdim edilmiş **********3 (şahid N.Şahid7 nömrəsi) abunə nömrəsinin detallaşdırılmasıdır, detallaşdırma 3 ədəd A4 formatlı kağızdadır, detallaşdırmanın müddəti xx.xx.2018 – xx.xx.2018 (Ulan-Ude saat qurşağı). İstintaqı maraqlandıran məlumatlar aşkar edilmədi.
4. Baxış obyekti xx.xx.2018 tarixində şahid E.E.İbrahimovun dindirilməsi zamanı təqdim edilmiş **********4 (şahid E.E. İbrahimovun nömrəsi) abunə nömrəsinin detallaşdırılmasıdır, detallaşdırma 7 ədəd A4 formatlı kağızdadır, detallaşdırmanın müddəti xx.xx.2018 – xx.xx.2018 (Ulan-Ude saat qurşağı). Detallaşdırmaya əsasən: - xx.xx.2018-ci il tarixində saat 21:22-də A.V.Samofalova məxsus **********3 abunə nömrəsindən 35 saniyəlik daxil olan zəng var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “videokonfrans əlaqə sistemindən istifadə etməklə üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə təqsriləndirilən şəxs X4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 X7 birlikdə sonuncuya məxsus olan avtomobildə olan zaman Təqsirləndirilən şəxs qəfildən əlində olan bıçaqla Andrey Samofalova bir neçə dəfə vuraraq sonuncunu öldürdüyünü, sonra isə əlindəki bıçağı ona göstərib hədələdiyini, daha sonra isə onunla birlikdə münasibətdə olduğu Anna adlı qızgilə getdiklərini, orada olan zaman Buludxanın təklifi ilə Annanın telefonundan tanışları olan Vüqar Vəliyevə yığdıqlarını, Buludxanla sonuncunun danışdığını və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “videokonfrans əlaqə sistemindən istifadə etməklə üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə təqsriləndirilən şəxs X4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 Andreyin ölümü ilə bağlı olan hadisə barəsində əvvəldən xəbərinin olmadığını, bu barədə ona heç kimin, eləcə də Təqsirləndirilən şəxs bir söz demədiyini, hadisə gününün səhəri Andrey Samofolovun öldüyündən xəbəri olduğunu, polisə ifadə verməyə getdikdən sonra X18 Kazımov tərəfindən öldürüldüyünü bildiyini, polisdə oğlu İlham hadisə ilə bağlı ifadə verəndə hadisə vaxtı Buludxan, Andrey və özünün maşında olduğunu dediyini və ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki; - meyitə məxsus paltarlar: 01 ədəd gödəkcə, 01 ədəd triko, 01 ədəd futbolka, 01 ədəd trusu, 01 cüt corab, gödəkcənin sağ cibində aşkar olunan 01 ədəd açar; xx.xx.2018ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş boz rəngli idman ayaqqabısının sağ tayı; xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş üzərində “Adrenalin RAŞ” yazısı olan tənəkə banka, 3 bağlama açar, qırmızı rəngli metal adapter, günəş eynəyi, sənədlər və dərman vasitələri, sükan çarxının çexolu, sürücü oturacağının çexolu, sol oturacağın çexolu; - xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş pul vəsaitləri: 2 ədəd 50 rubl, 2 ədəd 100 rubl, 5 ədəd 1 rubl, 8 ədəd 2 rubl, 11 ədəd 5 rubl, 16 ədəd 10 rubl dəyərində əsginaslar; - xx.xx.2018 tarixdə hadisə yerinə baxış zamanı götürülmüş tuman, cins jilet, cins şort, idman koftası; - xx.xx.2018-ci il tarixdə Oktyabrskaya küçəsi 27-26 ünvanında axtarış zamanı aşkarlanmış 5000 rubl dəyərində əsginas (bank prikolov); - xx.xx.2018-ci il tarixdə Şahid1 götürülmüş sviter, triko, idman ayaqqabıları, xx.xx.2018-ci il tarixdə TTYX HDB zamanı götürülmüş açar, bir cüt corab, idman köynəyi, triko, gödəkcə və tuman; - xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş “jquçiy perçik” yazılı qırmızı rəngli etiketli qaz balonu, qanabənzər qırmızı-qonur rəngli maddə laxtası olan tənzif tamponun üzərindəki nümunə, qanabənzər qırmızı-qonur rəngli maddə olan tənzif tamponun üzərindəki yaxma, xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş yaşıl dəstəli bıçaq, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının tutacağından tənzif çubuğa nümunə, sağ arxa qapının tutacağından tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, mərkəzi hissədə panelin altında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, ön sol oturacağın qarşısında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilin ön şüşəsinin plastik hissəsindən pambıq çubuğa yaxma, xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş bıçaq; - xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş satışlar haqqında hesabat, Babuşkin küçəsi 202 ünvanında yerləşən Titan 100 mağazasının videomüşahidə kameralarından olan əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş DVD disk, “Vodoley” mağazasının videomüşahidə kameralarından, mikrorayon Qorki keçidinin videomüşahidə kameralarından olan vidoegürüntüləri əks etdirən, əməliyyat müvəkkili İ.S. Kobısovdan götürülən DVD disk maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən verilmiş mülki iddia haqqında ərizədən görünür ki, hadisə nəticəsində keçirdiyi mənəvi sarsıntıya görə 10.000.000 rubl məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tovuz Rayon Xəstəxanası” PHŞ-i tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkim-psixiatrın dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının İbrahimhacılı KİƏDÜN-nin xx.xx.2021-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs - atası Şahid5, anası Şahid6, arvadı Şahid7 və 2021-ci il təvəllüdlü qızı X14 ilə birlikdə Tovuz rayonu, İbrahimhacılı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-cik il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Milana Kazımova adlı qız övladı vardır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. Məhkəmə istintaqının əvvəlində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində Şahid1 anidən Andrey Samafalovun sinə nahiyəsindən vurduğunu gördüyünü, lakin İlhamın Andreyi bıçaqla vurduğunu bilmədiyini, daha sonra Andreyin əlini sinəsinə tutaraq qaçdığını, İlhamın əlində əlcək və bıçaq, bıçağın ucunda isə qan olduğunu gördüyünü, İlhamdan neçə zərbə vurduğunu soruşduqda sonuncunun Andreyə üç bıçaq zərbəsi vurduğunu dediyini göstərsə də, məhkəmə istintaqı zamanı keçirilmiş növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və törətdiyi əmələ görə peşmançılıq hissi keçirdiyini qeyd edərək ifadəsində Andreyin onun və ailəsinin ünvanına söyüşlər söydüyü, eyni zamanda onun ünvanına dediyi “tvoya mat” söyüşlərini özünə qəbul etmədiyi və Andreyin ona nəsə etməsindən qorxduğu üçün arxadan sol əli ilə bıçaqla yuxarıdan aşağıya doğru bir neçə dəfə ardıcıl zərbə endirərək Andreyi öldürdüyünü, Azərbaycan Respublikasına gəldikdən sonra törətdiyi cinayət əməlləri barədə heç kimə heç nə demədiyini, yalnız 25 iyul 2021-ci il tarixdə atası Şahid5 Rusiya Federasiyasının Buryatiya Respublikasında Ulan-Ude şəhərində Rusiya vətəndaşı X10 öldürdüyünü dediyini, bundan sonra isə polis şöbəsinə gedərək könüllü surətdə təslim olduğunu bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün etirafedici ifadələri, şahid ifadələri, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Həmçinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı keçirilmiş növbəti məhkəmə iclasında verdiyi etirafedici ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin ifadələri daha inandırıcı, işin faktiki hallarına uyğun gələn və obyektiv ifadələr kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid5, anası Şahid6 və arvadı Şahid7 verdikləri ifadələrdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında kimisə öldürməsindən məlumatlarının olmadıqlarını, Buludxanın da onlara bu barədə heç bir şey demədiyini, Buludxandan bunun nə məsələ olduğunu, yəni adam öldürüb-öldürmədiyini soruşduqda sonuncunun heç kəsi öldürmədiyini, bu məsələnin onunla əlaqəsinin olmadığını dediyini göstərmişlər. Bununla belə, məhkəmə istintaq zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid5 ifadəsində göstərmişdir ki, “2018-ci ilin oktyabr ayında dəqiq günü yadında qalmayan vaxtda Buludxan Azərbaycan Respublikasına yaşadıqları Tovuz rayonu İbrahimhacılı kəndinə qayıtmış, əvvəllər hər şey normal olsa da, son bir-iki gündə Buludxan çox kefsiz və halsız vəziyyətdə olmuşdur. İlk əvvəl Buludxandan nə məsələ olduğunu və niyə kefsiz olduğunu soruşduqda sonuncu onlara heç nə deməmişdir. Lakin növbəti gün Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Rusiya Federasiyasının Buryatiya Respublikasında Ulan-Ude şəhərində Rusiya vətəndaşı X10 öldürdüyünü etiraf etmişdir. Oğlundan niyə belə etdiyini soruşduqda, Buludxan ona X3 və ailə üzvlərinin ünvanına söyüş söydüyü üçün sonuncunu öldürdüyünü bildirmişdir.” Həmçinin Təqsirləndirilən şəxs anası Şahid6 və arvadı Şahid7 da ibtidai istintaq zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Adları qeyd edilən hər üç şahidin ibtidai istintaq zamanı şahid qismində dindirilmələrinə dair protokollardan görünür ki, dindirilməmişdən əvvəl onlara Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Ona görə də, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid5, anası Şahid6 və arvadı Şahid7 verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri obyektiv ifadələr kimi qəbul edir və ittihamın həllində adları qeyd edilən şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadələri əsas götürülməlidir. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə, Rusiya Federasiyasının, Buryatiya Respublikasının, Ulan-Ude şəhəri, Sovetskiy rayonu, Batareynaya küçəsi 30 ünvanında olarkən avtomobildə şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X10 qəsdən öldürmək qərarına gəlməsi, bu məqsədlə istintaqa məlum olmayan əvvəlcədən üzərində gəzdirdiyi bıçağı çıxararaq X6 bədəninin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə bir neçə dəfə vuraraq, sonuncuya 2 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yarası xəsarətlər, 3 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, ümumilikdə isə 5 ədəd xəsarətlər yetirməsi nəticəsində zərərçəkmiş X12 hadisə yerindən xəstəxanaya aparılarkən almış olduğu xəsarətlərdən kəskin qanitirmə səbəbindən xəstəxanada xx.xx.2018-ci il tarixdə saat 22:28-də ölməsi nəticəsində Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X10 qəsdən öldürməsi, yəni onu qəsdən həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 21-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Tovuz RPŞ-nə könüllü gəlib təqsirini boynuna almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması kimi halları Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını isə Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Bulduxan Kazımov qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının CM-nin 12.5-ci maddəsinə əsasən CM-nin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Yuxarıda qeyd edilən plenum qərarında formalaşan hüquqi mövqeyə görə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı məhz onların vəziyyətini yaxşılaşdıran normaların tətbiq edilməsidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində 09 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində qəsdən adam öldürmə ilə əlaqədar 06 (altı) ildən 15 (on beş) ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi, qəsdən adam öldürmə cinayət əməlinə görə Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddin, yəni 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını, həmçinin qeyd edilən cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddin, yəni 14 (ön dörd) il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə münasibətdə Rusiya Federasiyasının CM-nin 105ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş sanksiya, yuxarı həddinə münasibətdə isə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməlidir. Məhkəmə həmin mövqeyini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe baxımından düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X21 məhkəməyə mülki iddia haqqında ərizə verərək hadisə nəticəsində keçirdiyi mənəvi sarsıntıya görə 10.000.000 rubl (2018-ci ilin oktyabr 3-nə 1 Rus rublun manat ekvivalenti 0.0260 manat təşkil etdiyini nəzərə alaraq 10.000.000 rus rublu bərabərdir 260.000 (iki yüz altmış min) manat) məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessaul Məcəlləsinin 179.-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessaul Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarın 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və X19 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X19 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X19 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Yuxarıda şərh olunanları və qanunvericiliyin tələblərini nəzərə alıb məhkəmə tərkibi hesab edir ki, 260.000 (iki yüz altmış min) manat məbləğində mənəvi ziyanla bağlı mülki iddia qismən təmin edilməli, mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi və mülki iddiaçı X15 ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş: - meyitə məxsus paltarlar: 01 ədəd gödəkcə, 01 ədəd triko, 01 ədəd futbolka, 01 ədəd trusu, 01 cüt corab, gödəkcənin sağ cibində aşkar olunan 01 ədəd açar; xx.xx.2018ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş boz rəngli idman ayaqqabısının sağ tayı; xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş üzərində “Adrenalin RAŞ” yazısı olan tənəkə banka, 3 bağlama açar, qırmızı rəngli metal adapter, günəş eynəyi, sənədlər və dərman vasitələri, sükan çarxının çexolu, sürücü oturacağının çexolu, sol oturacağın çexolu zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. - xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş pul vəsaitləri: 2 ədəd 50 rubl, 2 ədəd 100 rubl, 5 ədəd 1 rubl, 8 ədəd 2 rubl, 11 ədəd 5 rubl, 16 ədəd 10 rubl dəyərində əsginaslar zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilməlidir. - xx.xx.2018 tarixdə hadisə yerinə baxış zamanı götürülmüş tuman, cins jilet, cins şort, idman koftası Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. - xx.xx.2018-ci il tarixdə Oktyabrskaya küçəsi 27-26 ünvanında axtarış zamanı aşkarlanmış 5000 rubl dəyərində əsginas (bank prikolov) Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilməlidir. - xx.xx.2018-ci il tarixdə Şahid1 götürülmüş sviter, triko, idman ayaqqabıları, xx.xx.2018-ci il tarixdə TTYX HDB zamanı götürülmüş açar, bir cüt corab, idman köynəyi, triko, gödəkcə və tuman sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. - xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş “jquçiy perçik” yazılı qırmızı rəngli etiketli qaz balonu, qanabənzər qırmızı-qonur rəngli maddə laxtası olan tənzif tamponun üzərindəki nümunə, qanabənzər qırmızı-qonur rəngli maddə olan tənzif tamponun üzərindəki yaxma, xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş yaşıl dəstəli bıçaq, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının tutacağından tənzif çubuğa nümunə, sağ arxa qapının tutacağından tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, mərkəzi hissədə panelin altında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, ön sol oturacağın qarşısında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilin ön şüşəsinin plastik hissəsindən pambıq çubuğa yaxma, xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş bıçaq məhv edilməlidir. - xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş satışlar haqqında hesabat, Babuşkin küçəsi 202 ünvanında yerləşən Titan 100 mağazasının videomüşahidə kameralarından olan əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş DVD disk, “Vodoley” mağazasının videomüşahidə kameralarından, mikrorayon Qorki keçidinin videomüşahidə kameralarından olan vidoegürüntüləri əks etdirən, əməliyyat müvəkkili İ.S. Kobısovdan götürülən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-183, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 26 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X21 tərəfindən verilmiş mənəvi ziyanla bağlı mülki iddia qismən təmin edilsin, mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq ölmüş zərərçəkmiş şəxs X6 hüquqi varisi və mülki iddiaçı X15 ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş: - meyitə məxsus paltarlar: 01 ədəd gödəkcə, 01 ədəd triko, 01 ədəd futbolka, 01 ədəd trusu, 01 cüt corab, gödəkcənin sağ cibində aşkar olunan 01 ədəd açar; xx.xx.2018ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş boz rəngli idman ayaqqabısının sağ tayı; xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş üzərində “Adrenalin RAŞ” yazısı olan tənəkə banka, 3 bağlama açar, qırmızı rəngli metal adapter, günəş eynəyi, sənədlər və dərman vasitələri, sükan çarxının çexolu, sürücü oturacağının çexolu, sol oturacağın çexolu zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. - xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş pul vəsaitləri: 2 ədəd 50 rubl, 2 ədəd 100 rubl, 5 ədəd 1 rubl, 8 ədəd 2 rubl, 11 ədəd 5 rubl, 16 ədəd 10 rubl dəyərində əsginaslar zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, götürülmədikdə Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilsin. - xx.xx.2018 tarixdə hadisə yerinə baxış zamanı götürülmüş tuman, cins jilet, cins şort, idman koftası Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. - xx.xx.2018-ci il tarixdə Oktyabrskaya küçəsi 27-26 ünvanında axtarış zamanı aşkarlanmış 5000 rubl dəyərində əsginas (bank prikolov) Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə Azərbaycan Respublikası Mərkəzi Bankına təhvil verilsin. - xx.xx.2018-ci il tarixdə Şahid1 götürülmüş sviter, triko, idman ayaqqabıları, xx.xx.2018-ci il tarixdə TTYX HDB zamanı götürülmüş açar, bir cüt corab, idman köynəyi, triko, gödəkcə və tuman sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. - xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı aşkarlanaraq götürülmüş “jquçiy perçik” yazılı qırmızı rəngli etiketli qaz balonu, qanabənzər qırmızı-qonur rəngli maddə laxtası olan tənzif tamponun üzərindəki nümunə, qanabənzər qırmızı-qonur rəngli maddə olan tənzif tamponun üzərindəki yaxma, xx.xx.2018-ci il tarixdə C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilə baxış zamanı aşkarlanaraq götürülmüş yaşıl dəstəli bıçaq, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının tutacağından tənzif çubuğa nümunə, sağ arxa qapının tutacağından tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol ön qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sağ arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, sol arxa qapının qoltuqaltı hissəsindən tənzif çubuğa nümunə, mərkəzi hissədə panelin altında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, ön sol oturacağın qarşısında yerləşən baqaj hissəsinin tutacağından pambıq çubuqda nümunə, C797ET dövlət nömrə nişanlı Toyota İpsum markalı avtomobilin ön şüşəsinin plastik hissəsindən pambıq çubuğa yaxma, xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş bıçaq məhv edilsin. - xx.xx.2019-cu il tarixdə Ulan-Ude şəhəri üzrə DİN əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş satışlar haqqında hesabat, Babuşkin küçəsi 202 ünvanında yerləşən Titan 100 mağazasının videomüşahidə kameralarından olan əməliyyat müvəkkili İ.S. Kobısevdən götürülmüş DVD disk, “Vodoley” mağazasının videomüşahidə kameralarından, mikrorayon Qorki keçidinin videomüşahidə kameralarından olan vidoegürüntüləri əks etdirən, əməliyyat müvəkkili İ.S. Kobısovdan götürülən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.