Məhkəmə qərarları › İş №1(100)-42/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-42/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-42/2024 18.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X13 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(125)-107/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib, daşıyaraq, saxlamış və satmışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2.462 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsədlə bükümlərə bölərək, üzərində saxlayaraq daşımış, 28 may 2022-ci il tarixdə həmin psixotrop maddə olan metamfetaminin 0,062 qramını əvvəllər tanıdığı X21 30 manata satmış, Fuad Yaqubov xx.xx.2022-ci il tarixdə saat 21 radələrində, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Gəncə Mall ticarət və istirahət mərkəzinin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında gətirilmiş, Baş Polis İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,062 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 28 may 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən “Kolorit” kafenin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş, Baş Polis İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən Fuad Yaqubovun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminlə eynitərkibli olan 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdəki şəffaf polietilen kəsiyi bükümlərində, 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə və 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,182 qram, 0,669 qram, 0,405 qram, 0,356 qram, 0,398 qram 0,390 qram ümumi təmiz çəkisi 2,4 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əlində olan qara qəngli əl çantasının içərisindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o istifadəçi kimi özünü təqsirli bilir. O, Mərkəzi Univermaqda işləmişdir. Fuad adlı şəxsi oradan tanımışdır. Onlar hər ikisi narkotik vasitədən istifadə etmişlər. Həmin gün onlar narkotikdən istifadə etmək istəmişlər, lakin tutulmuşlar. Polis şöbəsində Fuadı döyülmüş və Fuadı onun üzünə qoymuşlar ki, guya Fuada narkotik vasitəni o satmışdır. Əslində isə onlar istifadə etmişlər. Onun üzərində 1,5 qram narkotik vasitə olmuşdur. Narkotik maddəni satan şəxsdən əldə etmiş, telefonla almış, lakin narkotik satan şəxsin mobil nömrəsini bilmir. Üzərində xəsarətlərin olmasını nə istintaq təcridxanasında nə dəki məhkəmədə bildirməmişdir. Zorakılıqla bağlı heç bir yerə müraciət etməmişdir. Onlar Sabir küçəsində görüşüb orada narkotik vasitəni bir yerdə qəbul edəcəklərini planlaşdırmışlar. Narkotik vasaitə onun üzərində olmuş, bir “çet”-i 20-30 manata almışdır. O, Fuadla görüşməyi planlaşdırmış, lakin görüş zamanı Fuad polislərlə birgə onun yanına gəlmişdir. O, Fuadın narkotik vasitəni kimdən əldə etməsini bilməmişdir. Özünə aid olan narkotik vasitə onun çantasında olmuşdur. O qızıl işi ilə məşğul olmuş, çantasının içərisində zərgər alətləri də olmuşdur. O tərəzinin üzərinə narkotik vasitə tökməmiş, hətta orada iz belə olmamışdır. Barəsində narkotik vasitələrin istifadəçi kimi hökm çıxarılmasını məhəkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirili bilərək ifadəsində göstərmaişdir ki, «ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanda yaşayır. Əvvəllər heç bir vaxtı məhkumluq həyatı yaşamamış, özü hal-hazırda heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroini falqada çəkir. Bundan əlavə həm istifadə, həm də gəlir əldə etməkdən ötrü instaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı, əsl adını bilmədiyim Kral ləqəbli şəxs kimi tanıdığı şəxsin vasitəsi ilə psixotrop maddə metamfetamini əldə edir. Belə ki, Kral ləqəbli şəxsin plastik kart hesabına milliön terminalı vasitəsi ilə pul göndərir. Göndərdiyi pul Kral ləqəbli şəxs tərəfindən qəbul edildikdən sonra onun Sumqayıt şəhərində yaşayan adını bilmədiyi və tanımadığı tanışının vasitəsi ilə Sumqayıt şəhəri ərazisində yerləşən Avtovağzalın yaxınlığına gedir və təyinat nöqtəsindən psixotrop maddə metamfetamini götürür. Sonuncu dəfə 23 may 2022-ci il tarixdə Kral ləqəbli şəxsin plastik pul kartına 170 pul göndərdikdən sonra Sumqayt şəhərinə getmiş, orada yerləşən avtovoğzalın yaxınlığında təxminən 5 qrama yaxın psixotrop maddə metamfetamini götürmüş, sonra yaşadığı Gəncə şəhərinə geri qayıtmış və yaşadığı evin otağında psixotrop maddə metamfetamini satmaqdan ötrü üzərində gəzdirdiyi elektron tərəzi ilə çəkilərini ölçüb kağız və sellofan bükümlərə doldurmuşdur. X28 tanışıdır. Fuad Yaqubovla əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. O, 3 dəfə, hər dəfəsində 30 manat pul müqabilində Fuada Gəncə şəhəri ərazisində psixotrop maddə metamfetamin satmışdır. Sonuncu dəfə 28 may 2022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən Muğanbank ASC-nin Gəncə filalının yaxınlığında 30 manat pul müqabilində Fuada 0,5 qram psixotrop maddə metamfetamin satmışdır. Üzərində gəzdirdiyi psixotrop maddə metamfetaminin üzərindən götürüb özü də istifadə etmişdir. 28 may 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən Kolorit adlanan kafenin yaxınlığı ilə piyada yaşadığı evə gedən zaman 02 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda, gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Polis İdarəsində hüquqlarının müdafiəsindən ötrü ona Gəncə şəhəri ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuşdur. Sonra dövlət hesabına müdafiəçi X7 dəvət edilərək ona təqdim edilmişdir. Sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarışa başlamazdan əvvəl üzərində qanunsuz olaraq hər hansı bir əşya olub olmadığı soruşulan zaman üzərində saxladığı 01 ədəd şəffaf rəngli dairəvi formalı olan krem qabının içərisində 06 bükümdə olan psixotrop maddə metamfetamini əynində olan şalvarın sağ yan cibindən çıxaraq polislərə təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, onların ümumi çəkisi 1,12 qram, 0,41 qram, 0,48 qram, 0,43 qram, 0,45 qram, 0,45 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr zərfdə qablaşdırılmış və üzəri möhürlənərək o və şəxsi axtarışda iştirak edən şəxslər və müdafiəçisi tərəfindən imzalanmışdır. Sonra əlində saxladığı qara rəngli əl çantasına baxış keçirilmişdir. Baxış zamanı çantanın içərisində saxladığı 02 ədəd plastik pul kartları, 01 ədəd suvenir bıçağı, 01 ədəd elektron tərəzi və 01 ədəd istifadəsində olan İphone markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb edəcəyinə görə polis əməkdaşları tərəfindən götürülmüşdür. Ekspertiza rəyi ona elan edilən zaman məlum olmuşdur ki, üzərindən 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdəki şəffaf polietilen kəsiyi bükümlərində, 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə və 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,182 qram, 0,669 qram, 0,405 qram, 0,356 qram, 0,398 qram 0,390 qram ümumi təmiz çəkisi 2,4 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Onun digər yerdə saxladığı narkotik vasitə və psixotrop maddə metamfetamin yoxdur. Yaquba sonuncu dəfə 28 may 2022-ci il tarixdə saat 15 radələrində 30 manat pul müqabilində psixotrop maddə metamfetamin satmışdır. İstifadəsində 055 *** ** ** nömrəli mobil telefonu vardır. Həmin mobil nömrəni 1 ildən artıq müddətdir ki, istifadə edir. O, Gəncə şəhəri ərazisində tanımadığı şəxslərə psixotorp maddə metamfetamin satmışdır. Psixotrop maddə metamfetamini müştəriyə satan zaman, onun çəkisini müştəriyə göstərmək üçün elektron tərəzini üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o həmin vaxt Cinayət Axtarış Şöbəsində işləmişdir. Ona əməliyyat məlumatı daxil olmuş və həmin vaxt onlar əməliyyat keçirmişlər. Həmin vaxt təqsirləndirilən şəxs «Kolorit» kafenin yanında saxlanılmışdır. Daha sonra Elvin Baş Polis İdarəsinə aparılmış orada təhqiqatçı ilə üzərinə video çəklişlə baxış keçirilmişdir. Baxış zamanı ayrı-ayrı sellofanlarda üzərindən narkotik maddə olan metamfetamin aşkar edilmişdir. Çəkisi yadında qalmamış, təxminən 3-4 büküm olmuşdur. Məlumat narkotik vasitənin satışı ilə bağlı daxil olmuşdur. Əvvəl Fuad adlı şəxs tutulmuş, sonuncu tutulan zaman müqavimət göstərmişdir. Onlar mülki geyimdə olmuşlar. Onlar narkotik vasitəni baxış zamanı götürmüşlər. Aşkar olunan metamfetaminin bir qədəri yerə tökülmüş qalanı üstündə qalmışdır. O çəklişdə axıra kimi olmuşdur. Onların neçə nəfər olmaları yadında qalmamışdır. Büküm çox olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o video çəkliş etmişdir. Çəklişdən sonra çıxıb getmişdir. Hadisədən 02 il keçdiyi üçün yadında heç nə qalmamışdır. Çəkliş zamanı çəklişdə heç bir dayandırmalar olmamışdır. Təqsirləndirlən şəxs saxlanılan zamanı o orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi işlə bağlı tanımışdır. Onlara əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında isə Elvinin narkotik vasitələrin üzərində daşıması, satması və istəfadəsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatın düzgünlüyü ilə bağlı onlar Elvin adlı şəxsin yerini müəyyən etmişlər. Elvin Sabir küçəsi «Kolorit» kafenin yanında saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Onun üzərinə təhqiqatçı və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və Elvinin üzərindən ağ sellofanda narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürlümşüdür. Elvin həmin bükümləri İran İslam Respublikası vətəndaşı Ağa adlı şəxsdən almasını bildirmişdir. Həmin vaxt bükümlərdən birini 30 manata satığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Elvini tanımış, onunla düşmənçəlik və ədavəti olmamışdır. İbtidai istintaq zamanı bu işlə bağlı ifadə vermiş, həmin ifadəsini təsdiq etmir. Sabir küçəsi adlanan ərazidə onu və Elvini tutmuşlar. Elvinin üzərində nə olmasını bilməmişdir. O, Elvinlə görüşən zaman onları tutmuşlar. Elvinlə salamlaşmış və görüşmüş, Elvin kompyuterə gedəcəklərini bilmişdir. Elvinin narkotik istifadəçisi olmasından xəbəri olmamışdır. Elvini Univermaqda qızıl satıcısı kimi tanımışdır. Onları saat 4-5 radələrində tutulmuşlar. Onun üzərinə videoçəklişlə baxış keçirilmişdir. Onun üzərində heç bir şey aşkar edilməmişdir. Həmin vaxt onları şübhəli şəxs kimi polis idarəsinə aparmışlar. O, Elvindən narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı özündə olmadığından verdiyi ifadəsini təsdiq etmir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şəfahət qızı ifadəsində göstərmişdir ki, Elvini dostu Elnura görə tanımışdır. Narkotik vasitələrdən istifadə etmişdir. 2021-ci ildə ifadə verimiş hadisə ilə bağlı həmin vaxt əməliyyat olduğundan yadında heç nə qalmamışdır. İstintaq zamanı düzgün ifadə vermişdir. Özü üçün psixotrop maddə metamfetamin almış və istifadə etmişdir. O karta pul atmış, Elnurdan xahiş etmiş, bundan sonra Elvin tutulmuş və o polis idarəsinə çağrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(044)-90/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən 29 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməkimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli 16/623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. X17 üzərindən aşkar edilmiş 0,21 qram kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,062 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxil olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 863 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifdə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli 16/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdəki şəfaff polietilen kəsiyi bükümlərdə, 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki şəfaff polietilen kəsiyi bükümündə və 3 (üç) ədəd şəfaff polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkisi 0,182 qram, 0,669 qram, 0,405 qram, 0,356 qram, 0,398 qram, 0,390 qram ümumi təmiz çəkisi 2,4 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər hər biri öz aralarında bir-biri ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə Ekspertiza mərkəzinin 29 iyul 2022-ci il tarixli 16/849 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd elektron tərəzi...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqaisəli tədqiqatını aparmaq mümkün deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 5(125)-94/2022 saylı qərarından görünür ki, "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 157000/2-51 nömrəli məktub əsasında daxil olmuş və Təqsirləndirilən şəxs oğluna məxsus olan 4169 73 ****** 9379 409858******2981 saylı kart üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində həyata keçirilmiş mədaxil və məxaric əməliyyatları barədə məlumatı əks etdirən “CD” diskə baxış keçirilmiş, həmin diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Kapital Bank ASC-yə məxsus 4169 7385 7602 9379 nömrəli plastik karttına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pul vəsaitləri köçürülmüş və həmin kartdan pul vəsaitləri digər plastik pul kartlarına köçürülmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X3 pul kartına 40,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X5 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 40,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X9 pul kartına 50,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X10 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 55,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X14 pul kartına 20,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 140,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 50,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 50,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 20,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 28,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 40,00 manat,xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 62,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 47,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 25,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 5,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 30,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 20,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 81,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 115,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 50,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 105,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 151,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X15 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 11,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 32,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 99,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X6 pul kartına 25,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 8,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X6 pul kartına 10,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 20,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X4 pul kartına 10,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə X14 pul kartına 20,00 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus plastik pul kartından birbank vasitəsi ilə Şahid5 qızının pul kartına 40,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X11 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 30,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X16 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 1,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X16 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 70,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X16 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 3,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X16 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 35,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X16 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 30,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X18 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 10,00 manat, xx.xx.2022-ci il tarixdə Birbank vasitəsi ilə X18 məxsus plastik pul kartından, Təqsirləndirilən şəxs məxsus plastik pul kartına 10,00 manat pul vəsaitləri köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin 28 iyul 2022-ci il tarixli 5(125)-94/2022 saylı qərarından görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli HTİD/8736 nömrəli məktub əsasında daxil olmuş və Təqsirləndirilən şəxs oğluna məxsus olan 409858******2981 saylı kart üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində həyata keçirilmiş mədaxil və məxaric əməliyyatları barədə məlumatı əks etdirən “CD” diskə baxış keçirilmiş, həmin diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş "xxxx" KB ASC-yə məxsus 4098 5844 5861 2981 nömrəli Leobank plastik pul kartına xx.xx.2022-ci il tarixində X22 30 manat, xx.xx.2022-ci il tarixdə isə X12 15 manat pul köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyətindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 4818 nömrəli arayışdan görünrü ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 4432 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 dekabr 2022-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 0,042, 0,032 və 2,34 qram psixotrop maddə metemfetamin, 01 ədəd elektron tərəzi, eləcədə içərisində X17 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınsın və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, psixotrop maddələr isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təstiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunua əlavə edilmiş 2 Saylı cədvəldən görünür ki, çəkisi 0,15 qramdan 2 (iki) qramadək olan psixotrop maddə metamfetamin istehlak miqdarından artıq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Həmin cədvələ əsasən 2 (iki) qramdan artıq olan psixotrop maddə metamfetamin külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhəkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlaması barədə verdiyi ifadəsini inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi tam etirafedici ifadəsi, şahidlərin ifadələri,ekspertiza ryələri və digər sübütlarla təkzib edildiyindən, özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirirərk sübut kimi qəbul etmir.Belə ki, təqsirləndirilən şəxs istintaq zamanı müdafiəçisinin iştiakı ilə verdiyi ifadəsində narkotik vasitəni kimdən alması,necə alması ,narkotik vasitənin alınması ilə bağlı ödənişləri necə ödəməsi və necə satması və kimlərə satması barədə dolğun ifadə verərək narkotik vasitən həm istifadə etmək və satmaq üçün əldə etməsini göstərmişdir. Məhəkəmə həmçinin şahid X17 onun saxlanılması zamanı üzərində heç nə aşkar olunmamsı və Elvindən narkotik vasitə almaması barəsində ifadəsinə də təniqidi yanaşaraq, cinayət işinin materialları ilə uyğunluq təşkil etmədiyindən və təqsirləndirilən şəxsin istintaq zamanı (Beli ki, X28 ifadəsində göstərmişdir ki, «şəxsi axtarışdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və əşya olub olmaması soruşulmuş, o isə əynində olan göy rəngli şalvarın sağ yan cibində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamini təqdim etmişdir. Həmin metamfetamini haradan aldığı soruşulmuş, o da üzərində olan metamfetamini bu gün günorta saatlarında Sabir küçəsində Muğan Bankın qarşısında Elvin adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Həmin metamfetamindən bir dəfə istifadə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir») verdyi ifadəsi və digər sübütlarla təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdəki şəffaf polietilen kəsiyi bükümlərində, 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə və 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,182 qram, 0,669 qram, 0,405 qram, 0,356 qram, 0,398 qram 0,390 qram ümumi təmiz çəkisi 2,4 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi,istintaq zamanı isə tam etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdardan dəfələrlə artıq olması, satış maqsədi ilə üzərində elektron tərəzi gəzdirməsi və tərəzinin üzərində ondan aşkar olunaraq götürülmüş narkotik vasitə ilə eynilik təşkil edən metamfetaminin qalıq hissəciklərinin olması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram, 0,669 qram, 0,405 qram, 0,356 qram, 0,398 qram 0,390 qram ümumi təmiz çəkisi 2,4 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsinə,daşınmasına və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəsasını yüngülləşdirən və CM-in 61-ci maddəsinə əsasən isə ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda da barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhəkəmə hesab edir ki,onun törətdiyi cinayətin xarakteri və ictimai təlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum elmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarına əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(125)-107/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir və bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə həsablanır. Məhəkəmə hesab edtir ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,042, 0,032 və 2,34 qram psixotrop maddə metemfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-107/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdam məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 06 (altı) 06 (altı) ay müddətə azadlıqdam məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsı nəzərə alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,042, 0,032 və 2,34 qram psixotrop maddə metemfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar