Məhkəmə qərarları › İş №1(100)-42/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-42/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-42/2025 21.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Tərtər şəhəri, Cavanşir küçəsi, ev 64-də qeydiyyatda olub, Tərtər şəhəri, Raqub Orucov küçəsi, 4 saylı evdə yaşamış barəsində "həbs" qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən külli miqdarda, yəni 01 (bir) ədəd şəffaf sellofan bükümdə 4,679 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 30 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün yaşadığı ünvan 1 ünvanında yerləşən Tərtər rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,679 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mart ayının 29-u ramazan bayramı zamanı o, işlə bağlı evdə olan zaman qapı döyülmüş, 10 nəfərə yaxın mülki formada polis işçisi kobud formada içəri girmişdir. Polis işçiləri Vüqara rəisin onu gözlədiyini dedikdən sonra Təqsirləndirilən şəxs paltarını dəyişməsini gözləmiş və onunla bir yerdə polis şöbəsinə getmişlər. Həmin zaman təqsirəndirilən şəxsin dini musiqi dinlədiyi telefonunu da götürmüşlər. Polis işçiləri 3-4 maşın olmuş, şöbəyə getdikdən sonra isə orada Təqsirləndirilən şəxs onu tutmaq istədiklərindən danışılmış, barmaq izi götürüldükdən sonra isə 5 sutka ərzində azadlıqdan məhrum edilmiş, həmin vaxtda bəzi halların araşdırılacağı deyilmişdir. Təqsirləndirilən şəxsin 44 günlük müharibə zamanı müəyyən xeyriyyə işləri olmuş, polis işçilərinin bəziləri ilə orada tanış olmuşdur. 30 mart axşam saat 10-11 radələrində videoçəkiliş zamanı narkotikin onda olmalı olduğu deyilmiş, bəzi səbəblərə görə qəbul etmiş və qol çəkmişdir. Hadisə ilə bağlı 4 şahid hərəsi bir-birinə zidd ifadə verərək, Şahid2 ifadəsində onu evdən götürdüklərini, Şahid4 küçədən götürdüklərini, digərləri isə zibil atarkən götürdüklərini demişlər, lakin o, polis əməkadaşı Şahid4 əməliyyatda iştirak etmədiyini bildirmişdir. Onun üzərinə baxış keçirilən zaman cibindən təsbeh, möhür və cib dəsmalı aşkar olunmuşdur. O verdiyi ifadədə qeyd etmişdir ki, bu günə qədər içki içməmiş, siqaret çəkməmişdir, həmçinin polislərin ona gələcəkdə narkotik vasitə istifadə edəcəyini dediklərini bildirmişdir. Təqsirləndirilən şəxs Tərtər rayonunda məsciddə quran dərsləri keçdiyini, həmçinin həmin dərsləri axundun nəzarəti ilə keçdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Məşhəd ziyarətində olduğunu, dindirilən zaman isə ondan Kərbəlada, İranda olub-olmamasının soruşulduğunu demişdir. O, dindar şəxslər arasında nüfuz sahibi olduğunu və o səbəbdən tutulduğunu söyləmiş, eyni zamanda tutulma səbəbini soruşanda heç kimin ona heç nə demədiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, dindirmə zamanı ona dostu ilə bağlı hədə-qorxu gəlindiyi üçün narkotik vasitəni üzərinə götürmüş, hüquqlarını bilmədiyi üçün sonradan şikayət etməmiş, məhkəməyə çıxan zaman vaxt qısa olduğu üçün orada heç nə deyə bilməmiş, onu 29 mart saat 4-5 radələrində evindən apardıqlarını, həmçinin həmin vaxt dostunun və yoldaşının da evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ilkin izahatı, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə göstərmişdir ki, o, Tərtər şəhəri, Cavanşir küçəsi, ev 64-də qeydiyyatda olub, Tərtər şəhəri, Raqub Orucov küçəsində ikinci ailəsi ilə birlikdə yaşayır. Belə ki, o, 2014-cü il tarixdə birinci ailə həyatı qurmuş, həmin nigandan 2 az yaşlı uşaqları vardır. Lakin Ağdam rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə onların nigahına xitam verilmişdir. Həmin vaxtdan uşaqları anasının himayəsinə verilmişdir. Lakin o, uşaqlarına görə aliment ödəyir. O, boşanandan sonra ikinci dəfə, yəni 2022-ci ilin avqust ayının 1-də ailə həyatı qurmuşdur. Həyat yoldaşı hal-hazırda 3 aylıq hamilədir. O, ustadır. Yəni, fərdi evlərdə ev təmiri ilə məşğul olaraq ailəsini saxlayır. O, İran İslam Respublikasına məşət ziyarətinə getmişdir. Məşət ziyarəti ilə bağlı 2-3 dəfə iran İslam Respublikasında olmuşdur. O, 30 mart 2023-cü il tarixdə saat 16 radələrində evdə toplanmış tullantıları götürüb yaşadığı Raqub Orucov küçəsinin baş hissəsində yerləşən zibl qutusuna atmaq üçün evdən tək çıxmışdır. O, piyada yol kənarı ilə zibil qutusunun yanına gedib tullantıları zibil qutusuna atmış, sonra piyada yolun digər tərəfinə keçib evə tərəf qayıdan zaman yol kənarında 1 ədəd şəffaf sellofan büküm görmüşdür. O, maraq kəsb etdiyi üçün həmin bükümü yerdən götürmüşdür. O, ətrafı nəzərdən keçirib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra bükümü açıb içərisinə baxanda içərisində metamfetaminə oxşar maddə görmüşdür. El arasında həmin psixotrop maddəyə patı deyilir. Bu səbəbdən də həmin bükümü gələcəkdə istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra evə getmək üçün piyada tək hərəkət etməyə başlamışdır. Saat 17:30 radələrində evə çatmağa az qalmış ona 3 nəfər mülki formada şəxs yaxınlaşıb özlərini Tərtər rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edib psixotrop maddə olan metamfetamini əldə etməkdə, saxlamaqda, istifadə etməkdə və daşımaqda şübhəli olduğunu bildirib polis şöbəsinə aparılacağını demişlər. Bundan sonra həmin polis əməkdaşları onu Tərtər rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun şübhəli olmağı barədə polis şöbəsinin təhqiqatçısı qərar qəbul etdikdən sonra ona dövlət hesabına müdafiəçi təyin olunmağı barədə təklif edilmişdir. O, da razılaşmışdır. Bu barədə ərizə də yazmış, siyahıda olan vəkillərdən X6 onun hüquqlarının qorunması üçün onun razılığıyla Tərtər rayon polis şöbəsinə dəvət etdilmişdir. Bundan sonra şöbənin CAB-nin rəisi, polis polkovnik-leytenantı Şahid2, CAB-nin Axtarış Üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, KTQ-nın baş isnpektoru polis kapitanı Şahid4 və müdafiəçi Oktay Muradovun iştirakları ilə polis şöbəsinin inzibati binasında videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkliş Şahid4 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində psixotrop maddə olan metamfetamini, yəni el arasında patı deyilən maddəni saxlamaqda şübhəli olduğunu bildirib həmin psixotrop maddəni cibindən çıxardıb stolun üzərinə qoyması təklif edilmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığım 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddəni çıxardıb stolun üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılan zaman üzərindən 1 ədəd təsbeh, 1 ədəd möhür, 1 ədəd dəsmal və 1 ədəd salfetka çıxmışdır. Bundan başqa üzərində hər hansı bir əşya çıxmamışdır. Həmin vaxt təhqiqatçı ondan götürülən psixotrop maddə olan metamfetamini hardan nə məqsədlə əldə etməsini soruşmuşdur. O, da təhqiqatçıya digər polis əməkdaşlarının yanında həmin gün evdən çıxıb tullantıları yaşadığım küçənin baş hissəsində yerləşən zibil qutusuna atıb, yolun digər tərəfinə keçib piyada evə qayıdan zaman yol kənarından tapdığını, satış məqsədi olmadığını və gələcəkdə özü istifadə etmək məqsədi ilə yerdən götürüb cibinə qoyduğunu bildirmişdir. Həmin 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və sellofan bükümlə birlikdə 4,83 qram olması məlum olmuşdur. Bundan sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol yazılmış, o, da digər iştirakçılar kimi protokola imza etmişdir. O, əvvəllər 2-3 dəfə psixotrop maddə olan metamfetamini çəkmə yolu ilə qəbul etmişdir. Lakin narkotik vasitə qəbul etməmişdir. O, İran İslam Respublikasına məşət ziyarətinə getmiş, ziyarətlə bağlı 2-3 dəfə iran İslam Respublikasında olmuşdur. Üzərindən aşkar olunaraq 1 bükümdə götürülən təmiz çəkisi 4,679 qram psixotrop maddə olan metamfetamini İran İslam Respublikasından alıb gətirməmişdir. O, həmin psixotrop maddəni 30 mart 2023-cü il tarixdə yaşadığı küçə ilə evinə qayıdan zaman yol kənarında yerdən tapmışdır. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş cədvəllə tanış olmuş, cədvəldə göstərilən vaxtlarda və saatlarda özünə məxsus ***-***-**-** nömrəsindən şəxsi işləri üçün zənglər etmiş və ona da zənglər gəlmişdir. Lakin həmin şəxslərlə narkotik vasitə və yaxud psixotrop maddə alıb satmaqla bağlı heç bir söz danışmamışdır. Həmçinin ailəsi ilə həmin telefonla biri-birinə mesajlar yazmışlar. Ona zəng edən həmin nömrə həyat yoldaşı Məhəbbət Vüqar qızına məxsusdur. Ona həmin mesajları da həyat yoldaşı Məhəbbət yazmışdır. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş cədvəldən göstərilən istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən başqa ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr də onun adınadır. Lakin nömrələr hal-hazırda deaktividir. Həmin nömrələrdən istifadə etməmişdir. O, təkcə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. ***-***-**-** nömrəni ikinci həyat yoldaşı Məhəbbətə almış, lakin Məhəbbət də həmin nömrədən istifadə etmədiyi üçün nömrə bağlanmışdır. ***-***-**-** və ***-***-**-** saylı nömrələri isə birinci nigahından olan uşaqlarına almışdır. Uşaqları da həmin nömrələrdən istifadə etmədikləri üçün nömrələr bağlanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü ildə Tərtər rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı şöbə rəhbərliyinə raport yazmışlar və yazdıqdan sonra əməliyyat axtarış keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin zaman Şahid3, Şahid2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs Tərtər şəhərində yaşadığı evin yerləşdiyi küçədə saxlanılmış və üzərində metamfetamin narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün Tərtər rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi üçün qərar qəbul olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 4.83 qram metamfetamin aşkar olunmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən tapılan narkotik vasitəni küçədən tapdığını demiş, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Həmçinin şahid adını dəyişdirərək hal-hazırda İbrahim Mərdanov olduğunu, Təqsirləndirilən şəxs 30 mart 2023-cü ildə 17:30 radələrində saxladıqlarını, əməliyyat məlumatının özünə məxsus olduğunu, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində metamfetamin olması ilə bağlı təqsirləndirilən şəxs Tərtər rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra dövlət hesabına Tərtər rayon Vəkil Bürosunun vəkili Oktay müəllim dəvət olunmuş, vəkilin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış keçirilən zaman üzərindəki göy rəngli cins şalvarın sağ cibindən göy şəffaf bükümdə narkotik vasitə olan metamfetamin aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə-metamfetamin tərəzidə çəkilmiş və çəkisi 4.83 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitə ona məxsus olmuşdur və o, zibil tökən zaman yol kənarından tapmış və satış məqsədi olmadan öz istifadəsi üçün götürdüyünü demişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamış və o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin gəzdirməsi ilə bağlı Tərtər rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı polis əməkdaşları Tərtər şəhər, R.Orucov küçəsinə getmiş, təqsirləndirilən şəxsi oradan götürərək Tərtər rayon Polis şöbəsinə aparmışlar. Şöbəyə getdikdən sonra tədqiqat qrupu yaradılmış, vəkil Oktay Muradovun iştirakı ilə Anar İsmayılov tərəfindən videoçəkiliş olmuş və təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsin üzərinə axtaış keçirilən zaman üzərindən psixotrop maddə aşkar edilmiş, bundan əlavə şəxsin üzərindən təsbeh, möhür və cib dəsmalı çıxmışdır. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə çəkilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən çəkisi 4 qrama yaxın olan metamfetamin adlanan narkotik vasitə aşkar edilmiş, təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni daha sonra özünün şəxsi istifadəsi üçün saxladığını bildirmiş, o, Tərtər şəhəri R.Orucov küçəsində saxlanılmış, saxlanılan zaman isə heç bir etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis şöbəsinə gətirilmiş, təqsirləndirilən şəxs narkotik vasitəni zibil atmağa gedərkən yolun kənarından tapdığını və daha sonra istifadə etməyi düşündüyünü, Vəlizadə Elxan şəxsin üzərinə baxış keçirilən zaman həm videoçəkiliş olduğunu, həm də orada vəkilin olduğunu və şəxsə qarşə heç bir təzyiq olmadığını bildirmişdir. Həmçinin o, təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, saxlanıldığı küçə ilə təqsirləndirilən şəxsin yaşadığı ev arasındaki məsafənin təxminən 30 metr olduğunu, təqsirləndirilən şəxsin evində heç kimin olmadıqlarını və şəxsi ayın 30-u günü saxladığını, eyni zamanda şəxsə heç bir təzyiq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 X1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli Tərtər RPŞ-nin CAB-ın raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixatrop maddələri əldə etməkdə, daşımaqda, saxlamaqda və istifadə etmədə şübhəli olması qeyd olunub. iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilindiyindən qeyd olunan tarixdə Tərtər RPŞ tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnın 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Tərtər Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 30 mart 2023-cü il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin bükümün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 4,83 qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsinin 31 mart 2023-cü il tarixli 16/380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,679 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi – 4,679 qram, tədqiqata sərf edildi – 0,4 qram, qalıq – 4,279 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 28 aprel 2023-cü il tarixli, 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2023-cü il tarixli video diskə baxış protokolundan görünür ki, Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında 30 mart 2023-cü il Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin bükümün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 4,83 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş 01 ədəd büküm ekspertizaya göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 5(061)-30/2023 saylı Qərarı ilə Təqsirləndirilən şəxs məxsus olan Tərtər şəhəri, R.Orucov küçəsində yerləşən fərdi yaşayış evində və evin həyətyanı sahəsində olan yardımçı tikililərdə axtarış aparılmasına icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2023-cü il tarixli axtarış aparılması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan Tərtər şəhəri, R.Orucov küçəsində yerləşən fərdi yaşayış evində və evin həyətyanı sahəsində olan yardımçı tikililərdə axtarış aparılmış lakin, iş üçün zəruri əhəmiyyət kəsb edən heç bir şey aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, R.Orucov küçəsində narkotik vasitəni tapdığı yeri göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 2-2-455/2- 080842/2025 saylı 21 aprel 2025-ci il tarixli Tərtər Rayon Prokuroluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2025-ci il tarixli 113/2-6777/2025 saylı Tərtər RPŞ-nin məktubunda göstərilən “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” və “tibbi müayinə keçirilməsi və tibbi yardımımn göstərilməsinin qeydiyyatı” kitablarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RMX-nın xx.xx.2023-cü il tarixli, PHŞ-6-75/2-328/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsində tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 663 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan (050) ***-**-** mobil telefon nömrəsinə baxış keçirilmiş və qeyd olunan nömrəyə iş üzrə əhəmiyyət kəsb edən hər hansı mətn mesajlarının göndərilməsi aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsində tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 663 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-113/2-10878/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat işi aparılmış və sonuncunun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması müəyyən olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə əsaslandırılmayan, özünün iddia etdiyi təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası həqiqəti əks etdirmir. Müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir sübut təqdim edə bilmir, yalnız qohumların arasında olan bir “vatsap” ani mesajlaşma sistemində olan yazışma göstərilsə də, bu yazışmada yalnız Təqsirləndirilən şəxs arvadı ərinin aparılmasını bildirmiş, lakin sonuncunun 29 mart tarixində aparılmasını təsdiq edəcək heç bir əlavə məlumat olmamışdır. Habelə qeyd olunan xüsusatlara dair formal çıxışlar edir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda sorğu nəticəsində məhkəməyə təqdim olunmuş Tərtər RPŞ-nin məktubuna əlavə edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” və “Tibbi müayinə keçirilməsi və tibbi yardımımn göstərilməsinin qeydiyyatı” kitablarındakı çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RPŞ-yə gətirilmiş və üzərində xəsarət olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 28 aprel 2023-cü il tarixli, 734 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə hallarının olması təsdiqini tapmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qramdır, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan 31 mart 2023-cü il tarixli, 16/380 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 4,679 qram qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı övladlarıının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Ona görə onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay həbs qətimkam tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPMin 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30,40 (otuz manat, qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər Rayon Polis Şöbəsində saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,679 qram olmuş, 31 mart 2023-cü il tarixli 16/380 nömrəli ekspertiza zamanı 0,4 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 4,279 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxs! axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət ışının materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 09 avqust 2024-cü il tarixli, 1334 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü ildən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30,40 (otuz manat, qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər Rayon Polis Şöbəsində saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,679 qram olmuş, 31 mart 2023-cü il tarixli 16/380 nömrəli ekspertiza zamanı 0,4 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi 4,279 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxs! axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət ışının materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar