Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-420/2023 04.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədirlik edən), X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və istintaqa məlum olmayan mənbədən 9.829 qram narkotik vasitə olan heroin, eləcədə 13.17 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən evinə daşıyaraq satış məqsədi ilə saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında qanunsuz olaraq qazanc əldə etmək məqsədilə bir bükümdə 1.296 qram narkotik vasitə olan heroini Şəmkir rayonu Çinarlı qəsəbəsindən olan tanışı Şahid7n İzzət oğluna 20 manata satmış, 06 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Həsənov X10 rayonu Çinarlı qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 1.296 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək 06 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən sonuncunun yaşadığı evindən çıxan və özünü şübhəli aparan qardaşı Məmmədov X8 rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.34 qram narkotik vasitə olan qurudulmuş marixuana, beş ədəd kağız bükümdə və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0.091 qram, 0.079 qram, 0.075 qram, 0.083 qram, 7.572 qram, ümumilikdə təmiz çəkisi 7.982 qram narkotik vasitə olan külli miqdarda heroin, Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən evinə baxış keçirilərkən isə evin damından bir ədəd kağız bükümdə təmiz çəkisi 12.20 qram, iki ədəd kağız bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.21 qram, 0.42 qram, ümumi təmiz çəkisi 0.63 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 07 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki ağ rəngli cins şalvarın sağ cibindən bir ədəd qara rəngli kağız bükümdə Şahid7n İzzət oğluna satmış olduğu narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin ilə eyni xassəli və eyni tərkibli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,551 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi da vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçi və təqsirləndirilən şəxs vəsatətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə işin faktiki hallarına uyğun olmayan qeyrimüəyyən ittiham verilmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, o cümlədən CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs qardaşı Şahid6la bağlı hissədə verilmiş ittihamda göstərilmişdir ki, “……………….., Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək 06 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən sonuncunun yaşadığı evindən çıxan və özünü şübhəli aparan qardaşı Məmmədov X8 rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət olunub üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.34 qram narkotik vasitə olan qurudulmuş marixuana, beş ədəd kağız bükümdə və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı ayrılıqda təmiz çəkiləri 0.091 qram, 0.079 qram, 0.075 qram, 0.083 qram, 7.572 qram, ümumilikdə təmiz çəkisi 7.982 qram narkotik vasitə olan külli miqdarda heroin,……………”. Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda 0.091 qram, 0.079 qram, 0.075 qram, 0.083 qram və 7.572 qram çəkidə narkotik vasitə olan heroinin ümumi çəkisi kimi 7.982 qram göstərilsə də, faktiki olaraq 5 büküm heroinin ümumi çəkisi 7.9 qram, yəni verilmiş ittihamda göstərilmiş ümumi çəkidən 0.082 qram daha az təşkil edir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 16/34 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, “tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Şahid6d oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “Prima” adlı siqaret qutusunun içərisində: - 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,34 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 05 (beş) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,091 qram, 0,079 qram, 0,075 qram, 0,082 qram, 0,083 qram, 7,572 qram, ümumi təmiz çəkisi 7,982 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs qardaşı Şahid6 üzərindən şəxsi axtarış zamanı məhz 05 (beş) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda qardaşı Şahid6 üzərindən 05 (beş) ədəd deyil, məhz 04 (dörd) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroinin aşkar olunması göstərilmişdir. Bu isə o deməkdir ki, şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan 0,082 qram heroinlə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürülməmişdir. Halbuki şəxsi axtarış zamanı qeyd edilən bükümdəki kütlə də Şahid6 üzərindən aşkar edilmişdir. Həmçinin istintaq orqanı tərəfindən 0,082 qram heroinlə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürülmədiyi halda, verilmiş ittihamda 0.082 qram da nəzərə alınaraq qardaşı Şahid6 üzərindən ümumilikdə təmiz çəkisi 7.982 qram narkotik vasitə olan heroinin aşkar edilməsi göstərilmişdir. Bundan başqa iş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “şəxsi axtarış aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən açıq-aşkar görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindən 01 (bir) ədəd kağız bükümdə narkotik vasitə olan marixuana, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 06 (altı) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroin aşkar edilir. Həmçinin videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Şahid6 üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağız bükümdə narkotik vasitə olan marixuana, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 06 (altı) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroin ilk əvvəl siqaret qutusuna qoyulur, daha sonra isə qutunun ağzı bağlanaraq bir ədəd zərfə qoyulur və zərf iştirakçılar tərəfindən imzalanmaqla ekspertizaya təqdim edilməsi üçün möhürlənir. Bununla belə iş materiallarındakı 16/34 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəməkimyəvi ekspertizasının rəyində Şahid6 üzərindən 05 (beş) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroin aşkar edildiyi göstərilmişdir. Həmçinin qeyd edilən rəyin təsviriəsaslandırıcı hissəsində “tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat” olan bölmədə Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindən 05 (beş) ədəd kağız bükümlərin olması göstərilmiş və maddi sübutların qablaşdırılmış şəkildə fotoşəkili çəkilmişdir. Həmin fotoşəkildən də görünür ki, ekspertiza tədqiqatına maddi sübut kimi 05 (beş) ədəd kağız bükümlər təqdim olunmuşdur. Göründüyü kimi şəxsi axtarış zamanı Şahid6 üzərindən 06 (altı) ədəd kağız bükümlərdə narkotik vasitə olan heroinin aşkar edilərək videoçəkiliş altında qablaşdırılsa da, ekspertiza tədqiqatı zamanı təqdim olunmuş siqaret qutusunun içərisindən 05 (beş) ədəd kağız bükümlər aşkar olunmuşdur. Bu halın mövcudluğu isə ekspert rəyinin şübhə altına alınmasına dəlalət edir. Yuxarıda qeyd edilən ittihamın təsvirindəki narkotik vasitə olan heroinin bükümlərinin sayı və heroinin ümumi çəkisi ilə bağlı kobud pozuntular ittiham aktının həm nəticəvi hissəsində, həm də təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir. Həmçinin qeyd edilən pozuntular xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda və digər prosessual qərarlarda da öz əksini tapmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsə verilmiş ittiham qeyri-müəyyən olmaqla, Təqsirləndirilən şəxs satış məqsədi ilə hansı miqdarda və bükümdə narkotik vasitə əldə etməsi dəqiq göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Bundan başqa iş materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xalidə İsayevaya cinayət işinin cildləri təqdim edilərkən 1-ci cildin 256 vərəqdən, 2-ci cildin isə 126 vərəqdən ibarət olması göstərilmişdir. Halbuki cinayət işinin 1-ci cildi 254 vərəqdən, 2-ci cildi isə tanış etmə üçün təqdim olunan zaman 142 vərəqdən ibarət idi. Bundan əlavə tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xalidə İsayevaya cinayət işinin materiallarında olan 03 (üç) ədəd informasiya daşıyıcı olan diskin təqdim edildiyi göstərilmişdir. Halbuki cinayət işinin materiallarında 04 (dörd) ədəd informasiya daşıyıcı olan disk, yəni Şahid6 şəxsi axtarışına dair 1 (bir) ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə dair baxış aid 1 (bir) ədəd, Təqsirləndirilən şəxs şəxsi axtarışına dair 1 (bir) ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair məlumatlar əks olunan 1 (bir) ədəd disk vardır. Azərbaycan Respublikası CPM-nin 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Bundan əlavə tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xalidə İsayevaya cinayət işinin materiallarında olan 03 (üç) ədəd informasiya daşıyıcı olan diskin təqdim edildiyi yazılsa da, qeyd edilən informasiya daşıyıcısı olan disklərin nümayiş etdirilməsi barədə hər hansı bir qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası CPM-nin 285.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Qeyd edilən maddədən görünür ki, müstəntiq təqsirləndirlən şəxsin və onun müdafiəçisinin xahişi ilə çəkiliş lentləri nümayiş etdirir. Bununla belə “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 12 iyul 2023-cü il tarixli protokolda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xalidə İsayevanın qeyd edilən informasiya daşıyıcı olan disklərlə tanış olmaqdan imtina etmələri barədə hər hansı bir qeyd yoxdur. Göründüyü kimi cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərini pozmaqla həm cinayət işinin müvafiq cildlərində olan vərəqlərin saylarını səhv göstərməklə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə tanış olmaları üçün cinayət işinin bütün materiallarını təqdim etməmiş, həm iş materiallarında olan informasiya daşıyıcı olan disklərin saylarını az göstərməklə yenə də cinayət işinin materiallarında olan bütün informasiya daşıyıcı olan diskləri tanış olmaları üçün təqdim etməmiş, həm də ki informasiya daşıyıcı olan diskləri nümayiş etdirməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə görə, cinayət törətməkdə ittiham olunan hər kəsin yararlanmalı olduğu "imkana" onun müdafiəsini hazırlamaq məqsədilə aparılmış istintaqın nəticələri ilə tanış olmaq daxil olmalıdır (Hüseyn və başqaları Azərbaycana qarşı, § 175; OAO X1rşı, § 538). Təqsirləndirilən şəxsə öz müdafiəsini həyata keçirməyə icazə verilirsə, onun iş materiallarına çıxışının rədd edilməsi müdafiə hüquqlarının pozulmasına bərabərdir (Fuçer Fransaya qarşı, §§ 3336). Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane olunmamalıdır (Rasmussen Polşaya qarşı, §§ 48-49; Moiseev Rusiyaya qarşı, §§ 213-218; Matişek Polşaya qarşı, § 59; Seleznev Rusiyaya qarşı, §§ 64-69). İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və ya polisin cinayət istintaqı metodlarına təminat kimi vacib ictimai marağın mühafizəsi məqsədilə müəyyən sübutun müdafiə tərəfinə verilməməsi zəruri ola bilər. Lakin 6-cı Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran belə tədbirlərə icazə verilir. Məhkəmə çəkişməli məhkəmə icraatı və tərəflərin bərabərliyi tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin maraqlarının qorunması üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə belə qərarın qəbulu prosedurunu diqqət yoxlayır (Natunen Finlandiyaya qarşı, §§ 40-41; X2rşı, §§ 42-43; Miraşvili Rusiyaya qarşı, §§ 203-209). Bundan başqa ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, cinayət işinin 1-ci cildində olan 25, 157, 158, 164 və 180-ci vərəqlər iki dəfə, 179 və 201-ci vərəqlər isə üç dəfə təkrarlanmışdır. Həmçinin cinayət işinin 1-ci cildində olan 147 və 174-cü, o cümlədən 2-ci cildə olan 37-ci vərəq ümumiyyətlə yoxdur, eyni zamanda 2-ci cildə olan 79-cu vərəqdən sonra 73-cü vərəq qeyd edilmişdir. Yuxarıda göstərilən vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyətini eyniləşdirmək üçün nə şəxsiyyət vəsiqəsi, nə də ki digər rəsmi sənəd iş materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı yalnız 1990-cı illərə aid “pasport verilməsi haqqında ərrizə” (forma № 1) sənədi əlavə etməklə həm ittiham aktının nəticəvi hissəsində, həm də ki “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda Təqsirləndirilən şəxs şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən məlumatları məhz həmin ərizəyə istintad edərək yazmışdır. Həmçinin iş materiallarında olan tələbnamədə fərdi indentifikasiya nömrəsi (FİN) olan qrafada Təqsirləndirilən şəxs FİN-i göstərilməmişdir. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamış, yəni Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilməmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 2.1-ci maddəsinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Azərbaycan Respublikası CPM-nin 223.3.1-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Bundan başqa ittiham akttının nəticəvi hissəsində anket məlumatlar olan bölmədə və ittiham aktına əlavə edilmiş arayışda Təqsirləndirilən şəxs soyadı “Məmməov” kimi göstərilmişdir. Halbuki iş materiallarında olan “pasport verilməsi haqqında ərrizə”dən (forma № 1) görünür ki, təqsirləndirilən şəxsin soyadı “Məmmədov”dur. Beləliklə də hazırki iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı həmçinin vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 avqust 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-420/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-420/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver