Məhkəmə qərarları › İş №1(100)-421/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-421/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-421/2022 10.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Səxavət qızının iştirakları ilə xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Səxavət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Səxavət qızı may 2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanının həyətində anası X3 ilə qeyri-rəsmi münasibətdə olmaqla ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə sonuncun sərxoş vəziyyətdə yaşadıqları evin pəncərəsini sındırmasına, onunla və anası ilə münaqişə etdiyinə, əli ilə onun sağ qoluna vurub sağ bazu nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vahid qəsdlə zərbələr vuraraq döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa səviyyəsində bir ədəd, sağ kürək nahiyəsində iki ədəd, sağ bazu nahiyəsində isə iki ədəd olmaqla ümumilikdə beş ədəd daxilə nüfuz etməyən, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, döş qəfəsinin sağ yan səthində İİİ qabırğa səviyyəsində yerləşmiş, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa səviyyəsində yerləşmiş, eyni ilə ağciyərin zədələnməsi ilə müşayiət olan bir ədəd ümumilikdə iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs Səxavət qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq qazancını əyləncə tədbirlərində uşaq klonu kimi işləyərək əldə edir. Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs anası ilə qeyrirəsmi olaraq ər-arvad kimi birlikdə yaşayır. Fuad tez-tez spirtli içki içib sərxoş halda anası ilə mübahisə etmişdir. Bununla bağlı anası və o, əvvəllər də polisə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Fuad yenə də, sərxoş vəziyyətdə ortaq tanışları Ramillə birlikdə onların evlərinə gəlmiş, Fuad özü ilə 2 litrlik pivə də, almış, Fuad evlərində onlarla söhbət edə-edə pivə içmiş, bir qədər sonra Fuadla anası arasında sözlə mübahisə yaransa da, onları sakitləşdirmiş, bundan sonra o, telefonunun balansını artırmaq üçün evdən çıxaraq terminalın yanına gedib telefonuna kontur vurduqdan sonra evlərinə qayıtdıqda Fuadın binanın həyətində səs-küy saldığını, Ramilin isə onu sakitləşdirməyə çalışdığını görmüş, Fuada sakitləşməsini deyib evə keçmiş, Fuad isə arxasınca onu və anasını nalayiq ifadələrlə təhqir etmişdir. Evə daxil olduqda qonaq otağının pəncərəsinin sınmış vəziyyətdə döşmədə olduğunu görmüşdür. Daha sonra Fuad anasına zəng edərək nalayiq ifadələrlə təhqir etmiş, o, anasının əlindən telefonu alıb götürərək Fuada onlardan əl çəkməsini demiş, Fuad bu dəfə də, onu həmiçinin anasını nalayiq ifadələrlə təhqir etmiş, o, Fuadın sakitləşmədiyini görərək evin mətbəxindən bıçağı götürərək binanın həyətinə çıxmış, həyətə çıxdıqda Fuad yenidən onu və anasını təhqir edib sol əli ilə onun sağ qolunun yuxarı hissəsindən vurub “yaxşı edirəm...get işinlə məşğul...” deyərək həyətdə olan su ilə əlini yumuşdur. Fuadın onu və anasını bezdirdiyinə, nalayiq ifadələrlə təhqir etdiyinə görə o, Fuada yaxınlaşaraq bədəninə bir neçə dəfə bıçaqla zərbə endirmiş, zərbənin təsirindən Fuad yerə yıxılmış və bədənindən qan axmağa başlamışdır. O, etdiyi əməldən peşman olub şoka düşərək oturub ağlamağa başlamış, bir qədər sonra isə 103 xidməti həmin yerə gəlmiş, həkimlərə kömək etmiş və Fuadı ambulansa mindirərək xəstəxanaya aparmışlar. Özü isə əməlindən peşman olaraq xəsarət yetirdiyi bıçaqla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gedib təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını avtomobil yuma məntəqəsində avtomobil yuyaraq əldə edir. Təxminən 15 ildir ki, X2 ilə qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşayırlar. İnnanın qızı Mədinə də, onlarla birlikdə yaşamışdır. Mədinə ilə münasibətləri qaydasında olmuş, hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, dostu Ramillə “Piramida” şadlıq sarayının yaxınlığında yerləşən kafedə oturaraq araq, pivə içərək yemək yemişlər. Onlar təxminən saat 21 radələrinədək yeyib içdikdən sonra masadan qalxaraq hesabı ödəyib kafedən çıxmışlar. Bundan sonra o, İnna ilə telefonla danışıb evə nə lazım olmasını maraqlanmış və onlar marketə getmişlər. O, marketdən 2 litrlik pivə, həmçinin ərzaq məhsualları almış və birlikdə İnnagilə getmişlər. Mədinə ilə anası İnna evdə olmuş, yenə orada pivə içib söhbət etmişlər. Bir qədər sonra onunla İnna arasında sözləri düzgün gəlmədiyinə görə mübahisə yaransa da, Mədinə ilə Ramil onları sakitləşdirmişlər. Bundan sonra Mədinə kontur almaq üçün evdən çıxaraq getmişdir. Mədinə getdikdən sonra o da Ramillə birlikdə evdən çıxmışdır. Onlar Texnologiya universitetinin qarşısına çatdıqda telefonda İnna ilə danışmış və yenə də, sözlə mübahisəsi yaranmışdır. Bundan sonra sərxoş olduğu üçün geri İnnagilə qayıtmış, evə daxil olduqda aralarında İnna ilə yenə də mübahisə yaranmış və əsəbiləşib yumruqla evin pəncərəsini sındırmış, buna görə İnna onu evdən çölə çıxarıb qapını örtmüş, o isə binanın həyətinə çıxmış, həmin vaxt əli qanamış, bu zaman Ramil də onun arxasıca yanına gəlmiş və əlinin qan olduğunu görüb nə baş verməsini soruşduqda Ramilə baş verənləri danışmış və əsəbi olduğu üçün ucadan nalayiq ifadələr səsləndirmişdir. Bu vaxt Mədinə də, həmin yerə gəlib ona sakitləşməsini deyərək evə keçmişdir. Mədinənin anası tərəfdən çıxış etməsi onu daha da əsəbiləşdirmiş və o, İnnaya zəng edərək nalayiq ifadələrlə təhqir etmişdir. Bu zaman Mədinə dəstəyi götürərək onlardan əl çəkməsini demiş və sonuncu ilə arlarında sözlə mübahisə yaranmışdır. Bu zaman Mədinə yanına gələrək bir daha sakitləşməsini dedikdə sağ qolunun yuxarı hissəsindən vurub getməsini deyərək həyətdə olan su ilə əlini yumuş, bu zaman Mədinə ona yaxınlaşaraq bədəninə bir neçə dəfə bıçaqla zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış və bədənindən qan axmağa başlamışdır. Hadisədən qorxan Mədinə oturub ağlamağa başlamışdır. Bir qədər sonra TTYX 103 xidməti həmin yerə gəlmiş və onu xəstəxanaya aparıb əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid ifadəsində göstərmişdir ki, 2011ci ildən Gəncə Azəralüminum zavodunda növbə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Səxavət qızını təxminən 7 ildir ki, tanıyır. Mədinənin vasitəsilə təxminən 6 ildir ki, anası İnna ilə qeyri-rəsmi ər arvad kimi yaşayan Zərərçəkmiş şəxs tanıyır. Münasibəti qaydasında olmuşdur. Ara-sıra o, Mədinəgilin evlərinə gedib çay içib söhbət etmişlər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, Fuadla “Piramida” şadlıq sarayının yaxınlığında yerləşən kafedə oturaraq araq, pivə içərək yemək yemişlər. Təxminən saat 21 radələrinədək yeyib içdikdən sonra masadan qalxaraq hesabı ödəyib kafedən çıxmışlar. Bundan sonra Fuad İnna ilə telefonla danışıb evə nə lazım olmasını maraqlanmış və onlar marketə getmişlər. Fuad marketdən 2 litrlik pivə, həmçinin ərzaq məhsualları almış və birlikdə Mədinəgilə getmişlər. Mədinə ilə anası İnna evdə olmuş, onlar yenə pivə içib söhbət etmişlər. Bir qədər sonra Fuadla İnna arasında sözlə mübahisə yaransa da, onları sakitləşdirmiş, bundan sonra Mədinə kontur almaq üçün evdən çıxaraq getmişdir. O da Fuadla evdən çıxmışdır. Onlar Texnologiya universitetinin qarşısına çatdıqda Fuad telefonda İnna ilə danışmış və yenə də, sözlə mübahisəsi yaranmışdır. Bundan sonra Fuad geri İnnagilə qayıtmış, bir qədər gözlədikdən sonra Fuadın dava edəcəyindən narahat qalaraq arxası ilə getmiş, binanın qarşısına çatdıqda Fuadın əlinin qan olduğunu görüb nə baş verməsini soruşduqda Fuad İnnanın evdə əsəbləşib pəncərənin şüşəsini sındırdığını deyərək ucadan nalayiq ifadələr səsləndirmiş, bu vaxt Mədinə də, həmin yerə gəlib Fuada sakitləşməsini deyərək evə keçmişdir.X7 məhəl qoymayaraq nalayiq ifadələr işlətməkdə davam edə edə həyətdə olan su kranında əlini yumuş, bu zaman Mədinə çölə çıxıb yenidən Fuada sakitləşməsini desə də, Fuad nalayiq ifadələrlə onu təhqir edərək əli ilə sağ qolundan vurmuş və su kranına doğru getmişdir. Mədinə bundan əsəbiləşərək Fuada yaxınlaşaraq bədəninə bir neçə dəfə bıçaqla zərbə endirmişdir. Zərbənin təsirindən Fuad yerə yıxılmış və bədənindən qan axmağa başlamışdır. Mədinə etdiyi əməldən şoka düşərək oturub ağlamağa başlamış, polisə həkimə məlumat verməyini istəmişdir. Onlar dərhal 103 xidmətinə məlumat vermiş və həkimlər həmin yerə gəlmiş, həkimlərə kömək etmişlər və Fuadı ambulansa mindirərək xəstəxanaya aparmışlar. Mədinə isə polisə gedərək təslim olmuş, daha sonra polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın həyətində bıçaqla xəsarət yetirmişdir. Hadisənin baş verməsinə səbəb isə Fuadın Mədinəni və anasını nalayiq ifadələrlə təhqir etməsi olmuşdur. Həmin vaxt orada sadəcə üçü olmuşdur. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsa bıçaqla xəsarət yetirəcəyi ilə bağlı əvvəlcədən hər hansı bir məlumatı olmamış, bu barədə Təqsirləndirilən şəxs ilə hər hansı bir razılaşması olmamış və ya köməklik edəcəyi barədə hər hansı bir vəd verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb xx.xx.2022-ci il tarixdə saat 22:43-də ünvan 3 ünvanında yaşayan İnna Xalafovanın DİN-in 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs evinə gəlib münaqişə edərək evin əşyalarını sındırıb onu yandırmaqla hədələməsini, bundan əlavə ********** saylı mobil nömrədən DİN-in 102 xidmətinə zəng edilərək ünvan 4 ünvanının həyətində bir nəfər şəxsin bıçaqlanaraq yerə yıxılması bildirməsi, bundan əlavə xx.xx.2022-ci il tarixdə Gəncə şəhər TTYX-dan həkim Məmmədova tərəfindən Gəncə şəhər 2-ci PŞ-nin Növbətçi Hissəsinə zəng edilərək 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin divarının çoxsaylı açıq yaraları, döş qəfəsinin sağ tərəfinin daxilə keçən yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs Səxavət qızının ərizəsindən və həmin tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Xələfova X4 şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanının həyətində ögey atası Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs zərbə vuraraq xəsarət yetirmiş, törətdiyi əməldən çox peşmandır, buna görə də, könüllü olaraq təqsirini boynuna alır, cinayətin aləti kimi istifadə etdiyi bıçağı istintaqa təqdim etmək və zərər çəkmiş şəxə dəymiş ziyanı ödəmək istəyir. Həmin ərizə ilə əlaqədar olaraq “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolu tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 may 2022-ci il tarixli “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızının istintaqa təqdim etdiyi cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızının iştirakı ilə ünvan 1 ünvanın həyətinə - hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən ilk baxışdan qana bənzər nümunə götürülmüş bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol köynək və bir ədəd mayka iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızı 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli 3488 nömrəli arayışdan görünür ki, Xələfova X4 şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səxavət qızı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, 02 iyun 2022-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Səxavət qızının barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızı əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkolji Dispanseri tərəfindən verilmiş 18 iyun 2022-ci il tarixli 2499 nömrəli arayışdan görünür ki, Xələfova X4 şəhər Rayonlararası Narkolji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 07 iyun 2022-ci il tarixli 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bazu nahiyəsinin qançırları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyul 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızının istintaqa təqdim etdiyi cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin bıçağı tanıyıb göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Səxavət qızı xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanının həyətində həmin bıçaqla ona xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 01 iyul 2022-ci il tarixli 1093 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş yeddi ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan biri döş qəfəsinin sağ yan səthində İİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, ağciyərin zədələnməsi ilə müşayiət olunur, digər ikinci yara döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, eyni ilə ağciyərin zədələnməsi ilə müşayiət olunur, hər iki yara dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yaralar daxilə nüfuz etməyən yaralardır, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur, yaralardan biri döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa səviyyəsində, digər iki yara sağ kürək, sonuncu iki yara isə sağ bazu nahiyəsində yerləşmişdir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin onun yıxılması nəticəsində əmələ gəlməsi və ya özü tərəfindən yetirilməsi mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-soyuq silah və trasoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli 16/926/927 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan qısaqol köynəyin üzərində olan 06 ədəd “a”, “b”, “c” zədələri və maykanın üzərində olan 04 ədəd “d”, “e” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2022-ci il tarixli 1093 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “birinci: döş qəfəsinin sağ yan səthində İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara”, “ikinci: döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara”, “üçüncü: döş qəfəsinin sağ yan səthində Vİİ qabırğa qabırğa səviyyəsində daxilə nüfuz etməyən yara”, “növbəti iki yara sağ kürək nahiyəsində yerləşən daxilə nüfuz etməyən yara”, “sonrakı iki yara isə sağ bazu nahiyəsində yerləşən daxilə nüfuz etməyən yara” xəsarətləri ilə köynəyin üzərində olan “a”, “b”, “c” zədələri və maykanın üzərində olan “d”, “e” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin X1 əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızı xx.xx.2019-cu il tarixdə DİN-in 102 xidmətinə, xx.xx.2019-cu il tarixdə isə Gəncə şəhər Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onu və anasını, söyüb təhqir etdiyini bildirmiş, bununla bağlı Gəncə şəhər Kəpəz RPİ-də müvafiq araşdırma aparılmışdır. Həmçinin X3 xx.xx.2021-ci il tarixdə DİN-in 102 xidmətinə daha sonra Gəncə şəhər Kəpəz RPİ-yə ərizə ilə müraciət etmiş, həmin müraciətin məzmunundan aydın olmuşdur ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq spirtli içki qəbul edib sərxoş olmuş, İnna Xalafova ilə mübahisə etmişdir. Bununla bağlı da, Gəncə şəhər Kəpəz RPİ-də müvafiq araşdırma aparılmışdır. Həmin araşdırmaya dair sənədlərin surəti çıxarılaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızı ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs Səxavət qızı ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs Səxavət qızından heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 122-40771-1222 nömrəli məktubundan görünür ki, İstintaqın obyektiv və hərtərəfli aparılmasını təmin etmək üçün əməliyyat tapşırığı verilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, sözügedən hadisə zamanı Zərərçəkmiş şəxs nalayiq ifadə işlədib, Təqsirləndirilən şəxs Səxavət qızını vurmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxslə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Səxavət qızının baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası müəyyən edilməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmiş, Zərərçəkmiş şəxsdan başqa hər hansı bir şəxsə fiziki və ya maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin Təqsirləndirilən şəxs Səxavət qızının cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Səxavət qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Səxavət qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Səxavət qızının şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Səxavət qızının zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Səxavət qızının cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səxavət qızı 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSYdən azad edilməsi haqqında” qərardan görünür ki, 02 iyun 2022-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Səxavət qızının barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Səxavət qızının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, bu iş üzrə iki gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Səxavət qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Səxavət qızının barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs Səxavət qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Səxavət qızının cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs Səxavət qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin Təqsirləndirilən şəxs Səxavət qızının cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs Səxavət qızının cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı isə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Səxavət qızının maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs Səxavət qızından tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Səxavət qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Səxavət qızının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Səxavət qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Səxavət qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs Səxavət qızının cinayətin aləti kimi istifadə etdiyi bir ədəd mətbəx bıçağı isə məhv edilsin. İş üzrə 63 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs Səxavət qızından tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcinin Təqsirləndirilən şəxs Səxavət qızından tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi Gəncə şəhər İcra İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar