Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-421/2023 04.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X8 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu Qazanbulaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayonu Qazanbulaq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvandan yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X7 istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni 1 (bir) ədəd “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,020 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 09 aprel 2023-cü il tarixdə saat 15:30-da Samux rayon İnstitut qəsəbəsi ərazisində “Əlinin kafesi” adlanan yeməkxananın yaxınlığında Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq RPŞnin inzibati binasına gətirilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq üzərində saxladığı (bir) ədəd “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,020 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, epizodik olaraq 4-5 ildir narkotik vasitə və psixotrop maddələr istifadə etmiş və bu səbəbdən də narkotik vasitələrin aludəçisidir. 2023-ci ilin aprel ayının əvvəllərində Gəncə şəhəri “Köhnə avtovağzal” deyilən ərazidə xatırlamadığı bir dayanacaqda olan zaman yerdə qara rəngli “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunu görüb götürmüşdür. Həmin qutunun həm də gövdə hissəsi şişkin imiş və sanki narkotik bükümünə oxşamışdır. Qutunun içərisinə baxdıqda el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğuna görə həmin metamfetamini özü istifadə etmək üçün üzərində saxlamış və Goranboy rayonu Qazanbulaq kəndində yerləşən evinə getməklə üzərində daşımışdır. 09 aprel 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evdən çıxaraq həmin metamfetamin də üzərində olmaqla yol maşını ilə Samux rayonu İnstitut qəsəbəsi ərazisində yerləşən kafelərin birində iş axtarmaq üçün getmişdir. Həmin gün saat 15:30 radələrində Samux rayon İnstitut qəsəbəsi ərazisində yerləşən “Əlinin kafesi” adlanan yeməkxananın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyərək onu RPŞ-yə dəvət etmişlər. RPŞ-də müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş ilə axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən “Kent” markalı baş hissəsi cırılmış siqaret qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində bir bükümdə psixotrop maddə metamfetamin olduğunu demişdir. Aşkar edilmiş metamfetamin elektron tərəzidə çəkilmiş və 4.1 qram olması müəyyən edilmişdir. Daha sonra qeyd edilən maddə müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin davamı olaraq Mircalal İbrahimov bildirmişdir ki, aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin maddədən o, heç kəsə verməmiş və heç kəsə satmamış, ancaq özü istifadə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiqlərə məruz qalmamışdır. Etdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Mircalal İbrahimovun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Samux RPŞ-nin X5 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qazanbulaq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, 09 aprel 2023-cü il tarixdə saat 15 radələrində Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə X9 rayon İnstitut qəsəbəsi ərazisində “Əlinin kafesi” adlanan yeməkxananın yaxınlığında olmasını müəyyən edərək həmin şəxsə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək psixotrop maddələri əldə etməkdə, daşımaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib X12 RPŞ-yə dəvət etmişlər. RPŞ-də müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman Mircalal İbrahimov əynində olan açıq göy rəngli şalvarın sağ yan cibində saxladığı qara rəngli siqaret qutusunu təqdim edərək həmin qutuda sellofanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Mircalal İbrahimovdan aşkar edilmiş psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 4.1 qram olması müəyyən edilməklə qablaşdırılmışdır. Şifahi sorğu zamanı Mircalal İbrahimov aşkar edilən maddənin metamfetamin olduğunu, həmin maddəni 4-5 gün bundan əvvəl Gəncə şəhərində “Köhnə avtovağzal” deyilən ərazidə yerləşən dayanacaqda tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Mircalal İbrahimov saxlanılan zaman və polis şöbəsində olarkən sonuncuya qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki zorakılıq hallarına yol verilməmiş, psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və ya xəsarət yetirməmişdir. Şəxsi axtarış zamanı şifahi sorğu-sual edilərkən Mircalal İbrahimov üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mircalal İbrahimovun psixotrop maddə olan metamfetamini satış və ya satış məqsədi ilə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Sadıxov X11 Xəlil Xətai oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X7 onun övladıdır. Təxminən bir il əvvəl oğlu Mircalalın narkotik vasitələrin istifadəçisi olduğundan şübhələnmiş, buna görə də sonuncu ilə bir neçə dəfə bu barədə söhbət edib kömək etmək istəmiş, lakin oğlu ondan narkotik vasitələrin aludəçisi olduğunu gizlətmişdir. 09 aprel 2023-cü il tarixdə o, yaşadığı Goranboy rayonu Qazanbulaq qəsəbəsində yerləşən evində olan zaman ona Samux RPŞ-dən zəng edib oğlu Mircalalın tutulması barədə məlumat vermişlər. O da oğlunun tutulacağını təxmin edib heç yanına belə getməmişdir. Sonuncu bir neçə dəfə zəng etsə də o, oğlunun yanına getməmişdir. Çünki özü müəllimə işlədiyi üçün oğlunun bu hərəkətindən çox utanmışdır. Oğlu ancaq narkotik vasitələri istifadə etmiş, lakin heç kimə narkotik vasitə ya və psixotrop maddə satmamış və satışı ilə məşğul olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 16/406 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “09 aprel 2023-cü il X2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,020 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 4,020 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq – 3,920 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 937 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, X7 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X15 Şöbəsinin 267 saylı, xx.xx.2023-cü il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, X7 qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Mircalal İbrahimov hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Mircalal İbrahimovun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrin təsiri altına düşmür, onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Mircalal İbrahimov aşağıdaki fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt və problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Mircalal İbrahimovun emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Mircalal İbrahimov yalan danışmağa və özündən uydurmağa meyilli deyildir, o, hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X7 həmin gün saat 16:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Mircalal İbrahimovun üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,020 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X7 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 aprel 2023-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı X4 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X7 1 (bir) ədəd “Kent” adlı baş hissəsi cırılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,020 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X7 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 253481 nömrəli vəsiqənin surətindən görünür ki, X7 uşaqlıqdan 3-cü qrup əlildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Qazanbulaq kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, X7 anası – 1962-cü il təvəllüdlü Şahid3 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X4 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,920 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmişdir. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən X1 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdar təşkil edən, yəni təmiz çəkisi 4,020 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlaması tam sübuta yetirilmişdir. X3 aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X4 üzərindən aşkar edilmiş metamfetaminin ümumi təmiz çəkisi 4,020 qram, yəni külli miqdar təşkil edir. Məhkəmə tərkibi X4 uşaqlıqdan 3-cü qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs X6 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Mircalal İbrahimov Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Mircalal İbrahimovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, X7 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-in 180.1-ci maddəsi az ağır cinayətlərin təsnifatına aiddir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndirilən Mircalal İbrahimov xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş və onun məhkumluğu ödənilmişdir. CM-in 18.4.3-ci maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Mircalal İbrahimovun əməllərində cinayətlərin residivi də mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də X7 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X7 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də X4 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 09 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar X3 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Samux RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmiş X4 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,920 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 937 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən X4 barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X7 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. X4 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 aprel 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar X3 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Samux RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmiş X4 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,920 qram psixotrop maddə metamfetamin məhv edilsin. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, X6 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-421/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-421/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver