Məhkəmə qərarları › İş №1(100)-421/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-421/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-421/2024 26.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X10 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X20 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi - X2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Konsensus” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan X6 məxsus “Ford Fusion minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Əşrəf Məmmədovun həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verdiyi X11 avtomobildə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini pozaraq nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib Bərdə rayonu, Əyricə kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən, Əyricə-Bərdə avtomobil yolunun 2-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində 60 km/saatdan yüksək sürətlə idarə etməklə, eləcə də həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” kimi tələblərə əməl edib hadisənin qarşısı almağa texniki imkanı olduğu halda bunu etməyərək, əksinə əks istiqamətdə, yəni Bərdə rayonu, Əyricə kəndi istiqamətində hərəkətdə olan sürücü X3 idarə etdiyi “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq, həmin avtomobillə toqquşması nəticədə “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 sol bazunun yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sağ döş qəfəsində qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları, sol qasıq sümüyünü arxa çıxıntısının yerdəyişməyən sınığı, sol sirkə kasasının yerdəyişməyən sınığı, hər iki baldırın orta 1/3nin ön səthinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilən xəsarətlər almasına, həmçinin “VAZ- 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 sağ saidin sınıq-çıxığı, mil sümüyünün başının qəlpəli yerini dəyişmiş sınığı, dirsək sümüyünün proksimal oynaqdaxili sınığı, alt çənənin sol yarısının, çənəaltı nahiyənin əzilmiş yaraları, sol bazunun orta 1/3-nin bayır səthinin, sağ və sol diz oynağının ön səthlərinin sıyrıqları, sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilən xəsarətlər almasına, “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü qismində olan X3 döş sümüyü cismindən, sol orta körpücük xətti üzrə Vİİ-Vİİİ-İX qabırğaların, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sağ Vİİ-Vİİİ-İX-X qabırğaların ön qoltuq xətti üzrə, sağ İ-İİ qabırğaların isə orta körpücük xətti üzrə sınıqları və ağ ciyərin, ürəyin, qara ciyərin yaralanmaları ilə döş qəfəsi nahiyəsinin qapalı küt travması, başın sol gicgah, sol dirsək, sol əl nahiyələrinin əzilmiş yaraları, başın təpə nahiyəsinin yumşaq toxumasına qansızma, sol əl, sol bud, sol diz, sol baldır, sağ diz nahiyələrinin sıyrıqları, xarici cinsiyyət üzvünün qançırı və sıyrığı xəsarətləri ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlər almasına, o cümlədən Eldəniz Məmmədovun döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağ ciyərin, ürəyin, qara ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla, yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına, zərərçəkmiş şəxs X3 isə ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində yaşadığı kənddən “Ford Fusion” markalı avtomobillə Bərdə şəhərinə getmişdir. Bərdə rayonu, Əyricə kəndi ərazisində 45-50 km/saat sürətlə hərəkətdə olarkən qəfildən qarşıdan gələn “VAZ-21074” markalı avtomobillə toqquşmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı idarə etdiyi “Ford Fusion” markalı avtomobildə ondan başqa xalası oğlu İsmayıl İsmayılov olmuş və sonuncu spirtli içki qəbul etdiyi üçün avtomobili o, idarə etmişdir. O, hadisə zamanı avtomobili maksimum 45-50 km/saat sürətlə idarə etmişdir. Evlərində keçirilən yığıncağa adam gətirmək üçün hadisə zamanı yaşadığı kənddən Bərdə şəhəri istiqamətində hərəkət etmişdir. Hadisə baş verən ərazidə işıqlanma olmamış, hava qaranlıq olmuş, yol iki hərəkət istiqamətli olmaqla eni 6 metr olmuş, yolun sağ və sol hissəsi isə ağaclıq və kolluq olmuşdur. Onun sürücülük vəsiqəsi olmamasına baxmayaraq yol hərəkəti qaydalarını bilmiş, avtomobili idarə edərkən də işıqlardan istifadə etmişdir. Hadisə baş verən döngə çox sərt olduğundan hadisə ani bir anda baş vermişdir. Əvvəllər mərhum Eldəniz Məmmədovu qonşu kəndin sakini kimi tanımış, sonuncu ilə ədavəti və düşmənçiliyi olmamış, hadisədən sonra o və xalası oğlu X14 yoldaşı və qızını avtomobildən çıxarmışlar, lakin mərhumun ayağı avtomobilə ilişdiyi üçün sonuncunu çıxara bilməmişdir. Bir qədər sonra X5 hadisə yerinə gəlmiş, onlar Xəyyamın köməkliyi ilə Eldəniz Məmmədovu avtomobilindən çıxarmışlar. Hadisədən sonra qohumları dəfələrlə X14 evinə getmiş, lakin sonuncunun ailə üzvləri onları qovmuşdur. Hadisə baş verən sərt döngədə hər iki tərəfdən gələn avtomobili görmək olmamış, həmin döngəni maksimum 45 km/saat sürətlə öz yolunla dönmək mümkün olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki,.................xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində yaşadığı evdən çıxaraq Bərdə rayonu, Otuzikilər kəndi istiqamətinə getmək üçün avtomobili Bərdə şəhəri istiqamətinə idarə etməyə başlamışdır. Avtomobili o, idarə etmiş, İsmayıl İsmayılov isə avtomobilin sağ ön hissəsində sürücü kimi əyləşmişdir. O, təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Bərdə rayonu, Əyricə kəndi ərazisində olan “əyri”dən təxminən 10 metr keçdikdən sonra ağ rəngdə olan VAZ-21074 markalı avtomobil qəfil qarşısına çıxmışdır. Heç bir saniyə çəkməmiş həmin avtomobillə toqquşmuşlar. VAZ-21074 markalı avtomobilin sürücü tərəfindən, onun idarə etdiyi avtomobilin isə sürücü tərəfindən “krel” adlanan hissədən maşınlar toqquşmuşdur. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobil 2 dəfə öz ətrafında fırlanaraq getdiyi istiqamətin əks istiqamətində yolun kənarında dayanmışdır. O və İsmayıl maşından düşdükdə VAZ-21074 markalı avtomobil yolun kənarında kolluğun içərisində olduğunu görmüşlər. Həmin avtomobildə 3 nəfər olmuşdur. VAZ-21074 markalı avtomobilin arxa oturacağında olan qız qışqırdığından, birinci sonuncuya kömək etmiş və maşından düşürtmüşdür. Qızın vəziyyəti normal olmuşdur. İsmayıl ön sərnişin yerində oturan qadına kömək edib qadını maşından çıxartmışdır. Həmin qadının sol ayağında qırıq olduğu və qanadığını görmüşdür. Sonradan köməyə digər şəxslərdə gəlmiş və onların köməyi ilə sürücünü çıxartmaq istəmişlər, lakin sürücünün ayağı arada qaldığından çıxarda bilməmişlər. Buna görə də avtomobili kolluqdan dartıb çıxarmışlar və sürücünü də maşından götürmüşlər. Daha sonra təcili tibbi yardım maşını gəlmiş və xəsarət alanları təcili tibbi yardım maşınına qoyaraq xəstəxanaya aparmışlar. O və İsmayıl hadisə yerində qalmışdır. Sonradan eşitmiş ki, VAZ-21074 markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölmüşdür. Hadisə vaxtı onun idarə etdiyi avtomobilin hərəkət surəti təxminən 60 km/saat olmuş, qarşıdan gələn VAZ-21074 markalı avtomobili görən kimi ayağını tormoza basmış, qarşıdan gələn avtomobilin surəti təxminən 100-120 km/saat olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. VAZ-21074” markalı avtomobil Bərdə şəhərindən Əyricə kəndi istiqamətində gəlmiş və yolun öz hərəkət istiqamətində olmuşdur. Hadisə vaxtı VAZ-21074 markalı avtomobil yolun orta hissəsinə meyilli olmuş, o, sərt döngədən çıxdıqdan sonra həmin avtomobil sərt döngəyə girmək istəmiş, sərt döngədən çıxmaqla toqquşma baş vermişdir. O, qarşıdan gələn avtomobili sərt döngədən çıxdıqdan təxminən 5-10 metr məsafə qalmış görmüş və görən kimi dərhal hadisə baş vermişdir. O, hadisənin qarşısını almaq üçün heç nə edə bilməmişdir. O, nəqliyyat vasitəsini idarə edən zaman spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobil ona məxsus olmamış, həmin avtomobili idarə etmək üçün onun nə hüququ, nə də sürücülük vəsiqəsi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı həyəcanlı olduğu üçün hadisə zamanı “VAZ-21074” markalı avtomobilinin sürətinin 100-120 km/saat olduğunu, eləcə də həmin avtomobilin yolun orta hissəsinə meyilli hərəkətdə olduğunu demiş, lakin hadisə ani bir anda baş verdiyi üçün o, “VAZ-21074” markalı avtomobilin surətini dəqiq bilməmiş, həmin avtomobilin yolun orta hissəsinə meyilli hərəkətdə olub-olmamasını da görməmişdir. Hadisə hazırda danışdığı kimi baş vermiş, yol-nəqliyyat hadisəsi də yolun ortasında baş vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum X13 atası olmuşdur. 01 yanvar 2024-cü il tarixdə ona atasının yol-nəqliyyat hadisəsi keçirdiyini demişlər. Bundan sonra o, ailəsinin yol-nəqliyyat hadisəsinə düşməsi barədə zəng edib əmisi Zakir Məmmədova demişdir. Əmisi də gəlib onu avtomobili ilə götürmüş və onlar birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda X16 sıxılmış vəziyyətdə avtomobildə qaldığını görmüşdür. Atasını əmisi Zakirlə birlikdə o, avtomobildən çıxarıb xəstəxanaya aparmışdır. Sonradan da atasının xəstəxanada vəfat etdiyini bilmişdir. İfadəsinin davamı olaraq Xəyyam Məmmədov bildirmişdir ki, hadisə yerinə getdiyi vaxtı dəqiq xatırlamasa da hava qaranlıq olmuş, hadisə Bərdə rayonu, Əyricə kəndinin çıxacağında baş vermişdir. X16 avtomobili “VAZ-21074” markalı olmuşdur. Sonuncu hadisə zamanı Bərdə şəhərindən Əyricə kəndi istiqamətində hərəkətdə olmuş, hadisə yerinə çatanda atasının idarə etdiyi “VAZ-21074” markalı avtomobilin Əyricə kəndi istiqamətində yolun sağındakı kolluğa düşdüyünü görmüşdür. O, hadisə yerində olan zaman başqa avtomobil görməmiş, hadisənin necə baş verməsini bilməmiş, lakin sonradan digər bir avtomobilin atasının idarə etdiyi “VAZ-21074” markalı avtomobilin yoluna çıxaraq toqquşduğunu eşitmişdir. O, hadisə yerinə gələn zaman orada polis əməkdaşları olmamış, xəstəxanaya getdiyi üçün hadisə yerinə sonradan polis əməkdaşlarının gəlməsini bilməmiş, hadisə yerinə çatanda təcili yardım avtomobili anası Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmış, lakin atası Eldəniz Məmmədov idarə etdiyi avtomobildə sıxışıb qalmışdır. Atasıgil xx.xx.2024-cü il tarixdə səhər saatlarında yığıncaq üçün evdən şəhərə getmişlər. Ona yeznəsi Binnət Qədirli zəng edərək ailəsinin yol-nəqliyyat hadisəsinə düşdüyünü demişdir. Bildiyinə görə hadisə yerində olan şəxslərdən biri bacısı Günayın telefonu ilə sonuncu danışıq olmuş şəxs kimi Binnəti yığıb yol-nəqliyyat hadisəsi baş verdiyini dediyi üçün Binnət baş vermiş yolnəqliyyat hadisəsindən xəbərdar olmuşdur. Binnət Qədirli ona zəng edən zaman o, Bərdə rayonu, Nifçi kəndində yerləşən evində olmuş, yaşadığı kənd ilə hadisə baş vermiş yer arasında 15-20 dəqiqəlik məsafə olmuş və o, hadisə yerinə gələn zaman atası Eldəniz avtomobilindən çıxarılmamışdır, sonuncu sıxışmış vəziyyətdə qalmışdır. O, hadisə yerinə gələn zaman orada tanımadığı adamlar olmuş, hadisə yerinə çatdıqdan sonra əmi Zakirlə atasını avtomobilin arxa sağ qapısını açıb oradan çıxarmışlar. Hadisə Əyricə kəndindən şəhər istiqamətində dönəcəkdən çıxan kimi baş vermiş, o, hadisə yerinə gələn zaman avtomobillər toqquşduqdan sonra yola tökülmüş şüşə qırıqlarının harada olmasını görməmiş, hadisə baş verdikdən sonra təcili yardım avtomobilini kimin çağırmasını bilməmiş, anası Solmaz və bacısı Günayın hadisə baş verdikdən sonra avtomobildən necə çıxmalarını da görməmiş, lakin sonuncuların deməsinə görə hadisədən sonra özləri avtomobildən çıxmışlar. O, hadisə yerində Təqsirləndirilən şəxs görməmiş, sonuncudan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yoldaşı Eldəniz Məmmədovun idarə etdiyi avtomobillə Bərdə şəhərindən Bərdə rayonu, Nifçi kəndində yerləşən evlərinə getmişlər. Avtomobildə o, qızı Zərərçəkmiş şəxs2 və yoldaşı Eldəniz olmuşdur. Bərdə rayonu, Əyricə kəndi ərazisində öz yolları ilə hərəkət etdiyi zaman qarşıdakı döngədən yüksək sürətlə hərəkət edən bir avtomobil onların yoluna çıxmışdır. Mərhum yoldaşı Eldəniz hadisədən yayınmaq üçün avtomobili sağa çəkmək istəsə də onlar həmin avtomobillə toqquşmuşlar. Toqquşmanın təsirindən o, avtomobildən kənara düşmüşdür. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onlar yolun Əyricə kəndi istiqamətində sağ hissəsi ilə hərəkətdə olmuşlar, avtomobilin qabaq sağ oturacağında qızı Zərərçəkmiş şəxs2, arxa oturacaqda o əyləşmiş, yoldaşı Eldəniz isə avtomobili idarə etmişdir. Onlarla toqquşmuş avtomobil sərt döngədən yüksək sürətlə onların yoluna çıxmış, nəticədə hadisə baş vermişdir. Qarşı yoldan gələn avtomobil onların avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun olduğu avtomobil hərəkət istiqamətində yolun sağ hissəsində olan kolluğa düşmüş, lakin aşmamışdır. Hadisə baş verən zaman onlar sərt döngəyə daxil olmamış, qarşıdan gələn avtomobil isə sərt döngədən çıxıb onlarla toqquşmuşdur. Toqquşmadan sonra o, avtomobildən kənara düşmüş, qızı Günay isə avtomobildə qalmış, hadisədən sonra onlara yaxınlaşıb kömək edən olmamışdır. Yoldan keçən avtomobillər hadisəni görüb dayanmış, lakin kömək etməmişlər. Ola bilsin ki yoldan keçən şəxslərdən kimsə təcili-tibbi yardıma zəng etmişdir. Yoldaşı Eldənizi hadisədən bir neçə saat sonra oğlu və əmisi avtomobildən çıxarmışdır. Onların sərt döngəyə daxil olmağına 25-30 metr qalmış qarşıdan gələn avtomobil onların yoluna çıxmışdır. Hadisə zamanı yoldaşı Eldəniz avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş və sonuncu qarşıdan gələn avtomobilin onların yoluna çıxdığını görüb əyləci basaraq yoldan çıxmaq istəmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. O, Təqsirləndirilən şəxsdan şikayətçidir, sonuncu barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində əri Eldəniz Məmmədov, qızı Zərərçəkmiş şəxs2 və o, yoldaşına məxsus olan “VAZ-21074” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinə qardaşı nəvəsinin ad qoyması üçün keçirilən yığıncağa getmişdir. Həmin gün saat 19 radələrində Bərdə rayonu, Nifçi kəndinə evlərinə tərəf getmişlər. Maşında 3-ü əyləşmiş, qızı maşının ön oturacağında, o, isə arxada sərnişin kimi əyləşmişdir. Bərdə rayonu, Əyricə kəndində düz istiqamətdə gedən zaman qəfil onların maşının qarşısına döngədən markasını bilmədiyi bir maşın çıxmış, əri hadisənin qarşısını almaq üçün maşını sağ tərəf çəkmiş, lakin qarşıdan gələn nəqliyyat vasitəsi onların maşınını, onların yolunda sol tərəfdən vurmuş, nəticədə maşınlar toqquşmuşdur. Toqquşmaya görə onların maşını getdiyi istiqamətdə sağ tərəfdə olan kolluğa düşmüşdür. Bundan sonrasını xatırlamamış, huşunu itirmiş və özünə gəldiyində Bərdə Rayon Müalicə və Diaqnostika Mərkəzində olmuşdur. Hadisə nəticəsində əri Eldəniz Məmmədov ölmüş, qızı Zərərçəkmiş şəxs2 və o, xəsarət almışlar. Sonradan eşitdiyinə görə qarşı tərəfin maşınında iki nəfər şəxs olmuşdur. Hadisə baş verən zaman ətrafda heç kimi görməmiş, hadisədən sonra isə huşunu itirdiyindən heç nə xatırlamamışdır. Hadisə vaxtı onların surətini tam bilməmiş, lakin surətlərinin çox olmadığını xatırlamışdır. Qarşıdan gələn avtomobilin surəti yüksək olmuş, lakin surətinin neçə olduğunu dəqiq deyə bilməmişdir. Ərinin maşını bildiyi qədəri ilə normal vəziyyətdə olmuş, hər hansısa bir problemi olmamışdır. Qarşıdan gələn maşın sərt döngədən çıxmış və onların hərəkət istiqamətinə daxil olmuş, əri maşını sağa çəkmiş, lakin həmin maşın onların maşının sol qabaq tərəfindən vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində “Toqquşmadan sonrasını xatırlamıram, huşumu itirmişdim və özümə gəldiyimdə Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzindəydim” deməmiş, o, yoldaşı Eldənizin avtomobilindən çıxarılmasını görmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta radələrində o, atası Eldəniz Məmmədov və anası Solmaz Məmmədov ailə birlikdə qohumlarının yığıncağı üçün Mingəçevir şəhərinə getmişlər. Tədbirdə iştirak etdikdən sonra Mingəçevir şəhərindən yaşadıqları Bərdə rayonu, Nifçi kəndində yerləşən evlərinə qayıtmışlar. O, avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və mobil telefonla oynamışdır. Bərdə rayonu, Əyricə kəndi ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların yoluna çıxaraq onların avtomobilini sol tərəfindən vurmuşdur. Toqquşma nəticəsində onların avtomobili yolun sağ hissəsində olan kolluğa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlara avtomobildən çıxmaq üçün kömək etməmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, toqquşmadan qabaq o, yola baxmamış, başını aşağı salıb mobil telefonla oynamış, sadəcə toqquşma anını bilmişdir. Hadisədən sonra o özündə olmuş və ətrafda baş verənləri dərk etmişdir. Təcili yardımı kimin çağırdığını bilməmişdir. Hadisənin təsirindən anası Zərərçəkmiş şəxs1 avtomobildən kənara düşmüş, o isə hadisədən sonra özü avtomobildən düşmüşdür. Hadisədən sonra yoldan keçən avtomobillər dayansa da heç kim kömək üçün onların avtomobilinə yaxın gəlməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra atasına avtomobildən çıxarılmasına kömək etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində atası Eldəniz Məmmədov, anası Zərərçəkmiş şəxs1 və o, atasına məxsus olan “VAZ-21074” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinə dayısı nəvəsinin ad qoyması üçün keçirilən yığıncağa getmişlər. Həmin gün saat təxminən 19 radələrində Bərdə rayonu, Nifçi kəndinə evlərinə tərəf getmişlər. Maşında 3-ü əyləşmiş, o, maşının ön oturacağında, anası isə onun arxasında sərnişin kimi əyləşmişdir. Bərdə rayonu, Əyricə kəndində düz istiqamətdə gedən zaman qəfil onların maşının qarşısına döngədən markasını bilmədiyi bir maşın çıxmışdır. Atası hadisənin qarşısını almaq üçün maşını sağ tərəfə çəkmiş, lakin qarşıdan gələn nəqliyyat vasitəsi onların maşınlarını, onların yolunda sol tərəfdən vurmuş, nəticədə maşınlar toqquşmuşdur. Toqquşmaya görə onların maşını getdiyi istiqamətdə sağ tərəfdə olan kolluğa düşmüşdür. Hadisədən sonra özünə gəldiyində hər üçü maşında olmuş və hər üçü də xəsarət almışlar. Tanımadığı şəxslər ilk əvvəl onu maşından düşürtmüşlər, o, özünü yaxşı hiss etmədiyi üçün yerə yıxılmışdır. Daha sonrasını xatırlamamış, özünü itirmiş, lakin ətrafda xeyli insanların olduğunu və onların köməkləri ilə təcili tibbi yardım maşını ilə Bərdə Müalicə və Diaqnostika Mərkəzinə onları apardıqlarını xatırlamışdır. Hadisə nəticəsində atası Eldəniz Məmmədov ölmüş, anası Zərərçəkmiş şəxs1 və o, xəsarət almışdır. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Bərdə rayonu, Əyricə kənd ərazisində baş vermişdir. Sonradan eşitdiyinə görə qarşı tərəfin maşınında iki nəfər şəxs olmuşdur. Hadisə baş verən zaman ətrafda bildiyi qədər heç kim olmamış, lakin sonradan həmin yerə xeyli şəxslər köməyə gəlmişlər. Hadisə vaxtı X16 idarə etdiyi avtomobilin hərəkət surətini tam bilməmiş, lakin surətləri çox olmamış, çünki atası maşını daim yavaş sürmüşdür. Qarşıdan gələn avtomobilin surəti yüksək olmuş, lakin surətinin neçə olduğunu dəqiq deyə bilməmişdir. Atasının maşını normal vəziyyətdə olmuş, hər hansısa bir problemi olmamış, çünki atası maşına daim yaxşı baxmışdır. Qarşıdan gələn maşın sərt döngədən çıxmış və onların hərəkət istiqamətinə daxil olmuş, atası maşını sağa çəkmiş, lakin həmin maşın onların maşının sol qabaq tərəfindən vurmuşdur. Hadisə nəticəsində atası Eldəniz Məmmədov ölmüş, anası Zərərçəkmiş şəxs1 isə çoxlu sınıq xəsarətləri almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, müstəntiqə “hadisədən sonra özümə gəldiyim zaman üçümüz də maşında idik, tanımadığımız şəxslər ilk əvvəl məni maşından düşürdülər, özümü yaxşı hiss etmədiyim üçün yerə yıxıldım” deməmiş, ona görə də nə üçün elə yazıldığını bilməmişdir. O, hadisədən sonra özü avtomobildən çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Qədir qızı ifadəsində göstərimşdir ki, nəvəsinin ad günü olduğundan xx.xx.2024-cü il tarixdə evlərində yığıncaq keçirmişlər. Yığıncaqda qızı və kürəkəni İsmayıl İsmayılov da iştirak etmişdir. Oğlu Təqsirləndirilən şəxs saat 18-19 radələrində işdən gəlmiş və digər bacısını yığıncağa gətirmək üçün İsmayılla getmək qərarına gəlmişlər. İsmayılla Qüdrətin evdən çıxmalarından təxminən 10 dəqiqə sonra onlara zəng edərək Qüdrətgilin yol-nəqliyyat hadisəsinə düşdükləri demişlər. Xəbəri aldıqdan dərhal sonra hadisə yerinə getmişlər. Ora çatanda Qüdrətin mərhumun qızı Zərərçəkmiş şəxs2 və yoldaşı Zərərçəkmiş şəxs1 avtomobildən çıxardığını görmüşdür. Həmin vaxt orada olan qonşularından biri ona yaxınlaşıb oğlu Qüdrətin yük avtomobili vasitəsilə toqquşduğu “VAZ-21074” markalı avtomobili kolluqdan çıxarmağa çalışdığını, bundan başqa həmin avtomobildəki iki nəfər qadını çıxardığını demişdir. Mərhumun qızı ayaq-üstə hərəkət etmiş, lakin yoldaşı kənarda oturmuşdur. O, oradakı şəxslərdən qadını kənara aparmağa kömək etmələrini xahiş etsə də onlar zərərçəkənin qadın olmasına görə köməklik etməmişlər. O, həmin qadını tək qucağına alıb kənara qoymuşdur. Çünki Qüdrət toqquşduğu avtomobilin qapıları açıq olmuş və sonuncunu kolluqdan çıxararkən həmin qapılar mərhumun yoldaşına dəyəcəkdir. Bundan sonra oğlu Qüdrət çətinliklə də olsa toqquşduğu “VAZ-21074” markalı avtomobili kolluqdan çıxarmışdır. X14 ayağı avtomobildə ilişmiş, oğlu sonuncunun yaşayacağını düşünüb ayağından güclə çəkməmiş və təcili yardım avtomobilinin gəlməsini gözləmişdir. Təcili yardım avtomobili gəldikdən sonra mərhum Eldəniz Məmmədovu avtomobildən çıxarıb xəstəxanaya aparmışlar. Onlar da təcili yardım avtomobilinin arxası ilə xəstəxanaya getmişlər. Oğlu Qüdrəti isə polis əməkdaşları hadisə yerindən polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, hadisədən sonra onlar xəstəxanaya getmiş, lakin həkimlər zərərçəkmişləri görməyə icazə verməmişdir. Bundan əlavə mərhumun evinə də getmişlər, lakin qohumlar tərəfindən oradan qovulmuşlar. Onlar dəfələrlə zərərçəkmiş tərəflə barışığa cəhd etmiş, lakin sonuncular onları qovmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Məhərrəmov Şahid3 İlhamə Qədir qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid2 ilə xidmətdə olarkən Bərdə rayonu, Əyricə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal hadisə yerinə getmişlər. Oraya çatanda artıq “VAZ-21074” markalı avtomobilin sürücüsü təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. “VAZ-21074” markalı avtomobillə toqquşmuş “Ford Fusion” markalı avtomobilin sürücüsü və sahibi avtomobilin yanında dayanmışdır. Onlar müstəntiq gələnədək hadisə yerinin mühafizəsini təşkil etmişlər. Müstəntiq gəldikdən sonra hadisə yerinə baxış keçirmiş və müvafiq sənədləşmə aparmışdır. Bundan sonra nəqliyyat vasitələri duracağa yerləşdirilmiş və “Ford Fusion” markalı avtomobilin sürücüsünü, həmçinin sərnişini polis şöbəsinə aparmışlar. Sonradan “VAZ-21074” markalı avtomobilin sürücüsünün vəfat etdiyini bilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, yol-nəqliyyat hadisəsi Bərdə rayonu, Əyricə kəndi ərazisində baş vermişdir. Yolun Bərdə şəhəri istiqamətində sərt döngə olmuşdur. “Sərt döngə” dedikdə sürücünün 100 metr uzağı görməsinin məhdudlaşdığı ərazini nəzərdə tutmuşdur. Hadisə yerinə ilkin baxış zamanı “Ford Fusion” markalı avtomobilin sərt döngədən çıxarkən qarşı hərəkət zolağına çıxdığı və əks istiqamətdə hərəkətdə olan “VAZ-21074” markalı avtomobillə toqquşduğu müəyyən edilmişdir. Hadisə yerində hərəkət 60 km/saat sürət həddi ilə məhdudlaşdırılmışdır. Onlar hadisədən 15-20 dəqiqə sonra oraya çatmış, həmin vaxtı da “Ford Fusion” markalı avtomobilin sürücüsü və sahibi orada olmuşdur. Hadisə yerində onlar avtomobilin sahibinin sərxoş olduğunu görüb avtomobili sonuncunun idarə etdiyini düşünmüş, lakin şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs avtomobili özünün idarə etdiyini bildirmişdir. “Ford Fusion” markalı avtomobilin sərt döngədə “VAZ-21074” markalı avtomobilin yoluna çıxması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi hadisə yerinə ilkin baxış nəticəsindəki bir ehtimal olmuşdur. O, avtomobillərin yol-nəqliyyat hadisəsindən sonrakı vəziyyətlərinə, həmçinin onlarda olan zədələrin yerləşmə mövqeyinə görə “Ford Fusion” markalı avtomobilin “VAZ- 21074” markalı avtomobilin yoluna çıxması nəticəsində hadisənin baş verməsini düşünmüşdür. O, qeyd etdiklərini uzun müddətli iş təcrübəsinə uyğun bildirmişdir. Hadisə baş verən yerə yaxın olan sərt döngəni 60-70 km/saat sürətdən yuxarı sürətlə öz yolunda dönmək mümkün olmamışdır. Hadisə baş verən yolda zolaq olmuş, lakin hazırda pozulmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər - döş sümüyü cismindən, sol orta körpücük xətti üzrə Vİİ-Vİİİ-İX qabırğaların, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sağ Vİİ-Vİİİ-İX-X qabırğaların ön qoltuq xətti üzrə, sağ İ-İİ qabırğaların isə orta körpücük xətti üzrə sınıqları və ağ ciyərin, ürəyin, qara ciyərin yaralanmaları ilə döş qəfəsi nahiyəsinin qapalı küt travması, başın sol gicgah, sol dirsək, sol əl nahiyələrinin əzilmiş yaraları, başın təpə nahiyəsinin yumşaq toxumasına qansızma, sol əl, sol bud, sol diz, sol baldır, sağ diz nahiyələrinin sıyrıqlar, xarici cinsiyyət üzvünün qançırı və sıyrığı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən çox az vaxt törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, küt əşyanın (əşyaların) təsirindən törənmiş, yol-nəqliyyat hadisəsi nəticəsində sürücü kimi törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağ ciyərin, ürəyin, qara ciyərin yaralanmalarına görə baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2024-cü il tarixli 30/K saylı maddi sübutların müayinəsi aktı). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 43 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ saidin sınıq-çıxığı, mil sümüyünün başının qəlpəli yerini dəyişmiş sınığı, dirsək sümüyünün proksimal oynaqdaxili sınığı, alt çənənin sol yarısının, çənəaltı nahiyənin əzilmiş yaraları, sol bazunun orta 1/3nin bayır səthinin, sağ və sol diz oynağının ön səthlərinin sıyrıqları, sol bazunun aşağı 1/3nin bayır səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 154 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazunun yuxarı 1/3nin yerdəyişmiş sınığı, sağ döş qəfəsində qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları, sol qasıq sümüyünü arxa çıxıntısının yerdəyişməyən sınığı, sol sirkə kasasının yerdəyişməyən sınığı, hər iki baldırın orta 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların), sağ saidin 1/3-nin ön səthinin səthi kəsilmiş yaraları iti kənara malik əşya (əşyalar) ola bilsin sınmış şüşə parçası təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/487 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; 3) Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; 4) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 5) Sürücü E.M.Məmmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 256 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmiş, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Fikrə oğlu barəsində həbsetmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Fikrə oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(104)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apelyasiya protesti və apelyasiya şikayəti təmin edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və Şahid3 Qüdrət oğlu məhkəmə iclası zalında həbs edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi 01 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən asfalt yolda baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X3 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif dərəcəli xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əlavə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən asfalt yoldadır. Baxış zamanı “Ford Fusion” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Bərdə rayonu, Əyricə kəndindən Bərdə şəhəri istiqamətinə getdiyini, hərəkət surətinin 60-70 km/saat olduğunu, sərt döngədən çıxan kimi “VAZ-21074” markalı avtomobillə toqquşduğunu, hadisədən sonra “VAZ-21074” markalı avtomobilin Bərdə şəhəri istiqamətindən Əyricə kənd istiqamətində yolun sağ tərəfində aşağıda olduğunu, öz idarə etdiyi maşının isə fırlanaraq əks istiqamətdə digər hərəkət hissəsində dayandığını, “VAZ-21074” markalı avtomobilin daha çox kolluğun içərisində olduğunu, hadisədən sonra maşını kolluqdan çıxardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 21:00-da Bərdə RMX-nin tibbi bacısı Bərdə rayonu, Nifçi kənd sakini 1968-ci il təvəllüdlü X3, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 yolnəqliyyat hadisəsi nəticəsində müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya daxil olmaları barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur, Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 07 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 08 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, X11 hadisə vaxtı alkoqollu içkinin qəbulu nəticəsində 1 promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BB316684 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fusion minik” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BC-254779 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AC900919 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 412997 və AZ-İV 805243 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Şahid3 və xx.xx.2023-cü il təvəllüdlü Fidan Məhərrəmova adlı iki azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçi olmaqla sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-13508 və İ-42875 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Yeni Əyricə kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması və mülkiyyətçisi X6 qaytarılması, eləcə də “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəmə baxışı zamanı təqdim etdikləri ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmamışlar, sonuncudan şikayətçidirlər və onun barəsində ən ağır cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində hadisə baş verən zaman “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 45-50 km/saatda idarə etdiyini, hadisənin onun hərəkət zolağında baş verdiyini, “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də hadisə vaxtı sürətinin yüksək olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində hadisənin Bərdə rayonu, Əyricə kəndinin çıxacağında baş verdiyini, hadisə zamanı X16 idarə etdiyi “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərindən Əyricə kəndi istiqamətində hərəkətdə olduğunu, hadisə yerinə çatan zaman atasının idarə etdiyi avtomobilin Əyricə kəndi istiqamətində yolun sağındakı kolluğa düşdüyünü gördüyünü, sonradan da digər bir avtomobilin atasının idarə etdiyi avtomobilin yoluna çıxaraq toqquşduğunu eşitdiyini göstərmişdir. Həmçinin zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Bərdə rayonu, Əyricə kəndi ərazisində öz yolları ilə hərəkət etdiyi zaman sərt döngəyə daxil olmağına 25-30 metr qalmış həmin döngədən yüksək sürətlə hərəkət edən bir avtomobilin onların yoluna çıxdığını, mərhum əri Eldəniz Məmmədovun həmin vaxtı avtomobili təxminən 60 km/saat sürətlə idarə etdiyini və hadisədən yayınmaq üçün avtomobili sağa çəkmək istədiyini, lakin qarşı yoldan gələn avtomobilin onların avtomobilin qabaq sol hissəsi ilə toqquşduğunu, toqquşmanın təsirindən də özünün avtomobildən kənara düşdüyünü göstərmişdir. Qeyd edilən xüsusatları digər Zərərçəkmiş şəxs2 da ifadəsində təsdiq etmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin DYPB-nin YPXBnin inspektoru Şahid1 ifadəsində hadisə yerinə ilkin baxış zamanı “Ford Fusion” markalı avtomobilin sərt döngədən çıxarkən qarşı hərəkət zolağına çıxdığını və əks istiqamətdə hərəkətdə olan “VAZ-21074” markalı avtomobillə toqquşduğu müəyyən etdiyini, uzun müddətli iş təcrübəsinə, eləcə də hadisə yerində olan avtomobillərin yol-nəqliyyat hadisəsindən sonrakı vəziyyətlərinə və onlarda olan zədələrin yerləşmə mövqeyinə görə “Ford Fusion” markalı avtomobilin “VAZ-21074” markalı avtomobilin yoluna çıxması nəticəsində hadisənin baş verməsini düşündüyünü, hadisə baş verən yerə yaxın olan sərt döngəni də 60-70 km/saat sürətdən yuxarı sürətlə öz yolunda dönməyin mümkün olmadığını göstəmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 8/487 nömrəli yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olması, onun avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi, eləcə də zərərçəkmiş Eldəniz Məmmədovun “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saatda surətlə idarə etməsi öz təsdiqini tapmışdır. Habelə iş materiallarında olan xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola və xx.xx.2024-cü il tarixli “əlavə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş fotocədvəllərdən, eləcə də plan sxemdən görünür ki, iki avtomobilin toqquşması nəticəsində asfalt örtüyə tökülmüş maye avtomobil yolunun Təqsirləndirilən şəxs avtomobillə hərəkətdə olan hissəsinə yox, daha çox Eldəniz Məmmədovun avtomobillə hərəkətdə olan hissəsinə tökülmüşdür. Bütün yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saatdan yüksək sürətlə idarə etməsini, qanunvericiliyin tələbinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək Eldəniz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə özünün idarə etdiyi avtomobillə qarşı əks hərəkət zolağına çıxmasını, eləcə də hərəkət üçün təhlükə yaratmasını və “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı əks hərəkət zolağında toqquşmasını bir daha təsdiq edir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına, zərərçəkmiş şəxs X3 isə ehtiyatsızlıqdan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 6-cı bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İİ-ci hissəsinin 1-ci bəndində əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, “Vətən” müharibəsində göstərdiyi şücaətə görə medallarla təltif edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin qarşılıqlı təqsirinin mövcudluğu, hadisədən sonra zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərməyə cəhd etməsi, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, eləcə də hadisədən əvvəl nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməməsi, sonuncuların ondan şikayətçi olması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış X6 məxsus “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq dövründə X9, X1 idarə etdiyi “VAZ- 21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış X6 məxsus “Ford Fusion” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq dövründə X9, X1 idarə etdiyi “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar