Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-421/2025 01.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər CM-nin 263.1 və 177.2.2, 177.2.3-ci maddələri ilə məhkum olunmuş, işsiz, Gəncə şəhəri Mahrasa bağı bina 22, mənzil 51-də yaşamış, barəsində 08 avqust 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2023-cü ilin iyun ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə X2 məxsus ünvan 1 ünvanına məxsus zirzəminin otağının qapısının kilidini fiziki təsir göstərməklə sındırıb qanunsuz olaraq içəri daxil olaraq oradan BMV markalı avtomobilə məxsus 01 ədəd 300 manat dəyərində səs boğucunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 300 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, Bundan başqa, o, təkrarən həmin gündən 4 gün sonra eyni zirzəmiyə sındırdığı qapıdan qanunsuz daxil olmaqla 250 manat dəyərində BMV markalı avtomobilə məxsus 01 cüt ön və 250 manat dəyərində 01 cüt arxa işıqlarını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir, Bundan başqa, o, təkrarən 2023-cü ilin iyul ayının ortalarında istintaqa məlum olmayan gündə eyni zirzəmiyə sındırdığı qapıdan qanunsuz daxil olmaqla 280 manat dəyərində Priora markalı avtomobilə məxsus katalizatoru və 300 manat dəyərində 03 top 2x2.5 ölçülü mis elektrik naqilləri, 01 ədəd 170 manat dəyərində 10 metr uzunluğunda aliminium nərdivanı gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 750 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, Bundan başqa, o, təkrarən 27 iyul 2023-cü il tarixdə eyni zirzəmiyə sındırdığı qapıdan qanunsuz daxil olmaqla 01 ədəd 450 manat dəyərində Adidas markalı velosipedi, gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 06 avqust 2024-cü il tarixdə, saat 12:20 radələrində DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ələkbər Seyfi küçəsində saxlanılaraq Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi 4-cü dalanda üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarının ön sağ bir ədəd şəffaf sellofanın içərisində ümumi təmiz çəkisi 2.241 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sank-Peterburq şəhərinə getmək üçün bilet almış, gedən zaman isə içkili olmuşdur. Açıq qapı gördüyü üçün girmiş, 1 gün sonra gömrükdən keçmiş, bu zaman anası zəng edərək onu çağırdıqlarını bildirmişdir. Qayıtdıqdan sonra izahat yazmalı olduğu deyilmiş, izahat yazmaq üçün baş idarəyə aparılmışdır. Orada 1000 manat pul verməyi üçün razılaşmış, səhər tezdən polis əməkdaşları evinə gedərək pulu götürmüşdür. Ev sahibi oraya gedən zaman şikayətçi olmadığını bildirmişdir. O narkotik vasitəni əvvəllər istifadə etmiş, daha sonra etməmişdir. Bundan başqa o, saxlanılan zaman evinin qabağında olmuş, marketə getmək üçün evdən çıxmış, bu zaman polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim etmiş və nazirliyin qərarı ilə tutulmalı olduğu bildirilmişdir. Bu zaman o polis əməkdaşlarına “nazir hara, mən hara” demişdir. Daha sonra o 16 nömrəli məktəbin qarşısına aparılmış, ona təzyiq və təsir göstərilmiş, ona “razılaş səni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə göndərək” deyilmişdir. Oğurluq qismində isə bir velosiped götürmüş, onun üçün də 1000 manat məbləğində pul vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, evdən oğurluq zamanı nərdivan və səsboğucu götürməmiş, oğurluqdan təxminən bir il sonra tutulmuş və saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Çəkiliş zamanı təzyiq altında qaldığı üçün narkotik vasitənin ona aid olduğunu və evinin yanından tapdığını bildirmişdir. Saat 21:00 radələrində evdən çıxmış, evinin yaxınlığında saxlanılmışdır. Saxlanıldıqdan sonra 16 nömrəli məktəbin yanına aparılmış və təxminən 1 saat sonra üzərinə baxış keçirilmişdir. Həmçinin çəkilişdənö öncə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış və üzərinə silah yaxuda 5 kq narkotik vasitəni götürməsi istənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evin zirzəmisində yerləşən əşyalar yoxa çıxmış, lakin həmin zaman xəbərləri olmamışdır. Bir gün nərdivan lazım olmuş, tapa bilmədiyi üçün zirzəmiyə kamera yerləşdirmiş və oğurluq olduğunu görmüşdür. Hər şeyi, eləcə də oğurlanmış nərdivanı Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən geri qaytarılmış, şikayəti olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, zirzəmidən avtomobilin ehtiyat hissələri, nərdivan və velosiped götürülmüş, velosiped qonşunun olmuş qiyməti isə təxminən 450 manata yaxındır, lakin aparılan malların hər biri geri qaytarılmışdır. Həmçinin zirzəmidə qıfıl olmuş, lakin qıfıl qırılmamışdır. O, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 İdris oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlanması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat Təqsirləndirilən şəxs Ələkbər Seyifli küçəsində hərəkətdə olması ilə bağlı olmuşdur. O məlumatdan sonra Şahid2lə birlikdə hadisə yerinə getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı onun olmuş, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin ərazidən bir az kənarda daha sakit yerdə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış keçirilən zaman təqsirləndirilən şəxsin üzərindən bir büküm metamfetamin adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun olduğunu və istifadə etdiyini bildirmiş, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 6 avqust tarixində Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumatın məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə bağlı olmuşdur. Daxil olmuş məlumata əsasən əməliyyat qrupu yaradılmış, təqsirləndirilən şəxs Ələkbər Seyifli küçəsində hərəkətdə olan zaman saxlanılmış, videoçəkilişi o etmişdir. Təqsirləndirilən şəxs salofan bükümdə metamfetamin adlanan narkotik vasitəni təqdim edərək istifadəçisi olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman həmin ərazidə hərəkət intensiv olduğuna görə çəkiliş bir az kənarda aparılmış, təqsirləndirilən şəxs təxminən saat 11-12 radələrində saxlanılmış, saxlanılan zaman isə polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Həmçinin əməliyyat zamanı onlar iki nəfər olmuş, təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq və təsir olmamış, eyni zaman təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəməyədək şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı evin zirzəmisindən təxminən iyun ayının əvvəllərindən bəzi əşyaları tapa bilməmişdirlər. Belə ki, zirzəmiyə anası tərəfindən yığılmış əşyalardan bir neçəsi yerində deyilmişdir. Bir neçə müddət bu belə davam etmişdir. Üzərindən təxminən 10 gün keçmiş, əvvəlcə aliminium pilləkəni axtarmışdırlar, ancaq tapa bilməmişdirlər. Bundan sonra o anasına bildirmişdir ki, həmin zirzəmiyə kamera çəkdirmək lazımdır. Bundan sonra o oraya müşahidə kamerası çəkdirmişdirlər. Təxminən 10 gün heç bir qeyri-adilik müşahidə etməmişdir. O ümumiyyətlə həmin video-müşahidə kameralarına mütəmadi olaraq, nəzarət edir. 27 iyul 2023-cü il tarixdə də gecə gec saatlar olmasına baxmayaraq, o videomüşahidə kameralarına baxmağa davam etmişdir. Belə ki, o təxminən yarım saatlıq evdə müəyyən işlər görməli olduğu üçün kameraya nəzarət edə bilməmişdir. O saat təxminən 04:25-də yenidən kameranın qarşısına keçmiş və yenə ətrafa nəzər salmağa başlamışdır. O kameraya baxan zaman bayaqdan gözünün önündə olan velosipedin yerində olmadığını görmüşdür. Dərhal o video-görüntünü geriyə yığmış və bu zaman 27 iyul gecə saat 03:56-da zirzəmiyə bir nəfər şəxsin qanunsuz daxil olduğunu görmüşdür. Belə ki, o ilk vəziyyətdə onu tanıya bilməsədə, daha sonra onun yaxınlıqda yerləşən binada qalan bir nəfər olduğunu xatırlamışdır. Lakin adını yadına sala bilməmişdir. O həmin kameradan o görüntülərə dəqiq baxmışdır və görmüşdür ki, o zirzəmidə qoyduqları Çin istehsalı olan “Adidas” markalı 01 ədəd velosipedi oğurlayır. O bu görüntülərə baxdıqdan sonra dərhal çölə çıxıb həmin şəxsi axtarmağa başlamışdır, lakin tapa bilməmişdir. O ən yaxşısı sabah olmasını və səhər tezdən həmin şəxsi axtarmağa qərar vermişdir. Səhər o öz yaşadığı ərazidə yaşayan uşaqlardan məlumat almışdır ki, həmin oğurluq edən şəxsin adı Emindir və gün ərzində bilet alaraq, Rusiya Federasiyasına getməyi planlaşdırır. Bundan sonra o Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, hadisə barədə məlumat vermişdir və oğurluq edən şəxsin Emin adlı şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu Gəncə şəhər Beynəlxalq Aeroportunda saxlamışdırlar. Həmçinin o qeyd etmək istəmişdir ki, bu hadisədən sonra onlar zirzəmidə olan bütün əşyaları yoxlamaq qərarına gəlmişdirlər və müəyyən etmişdirlər ki, həmin hadisə zamanı 01 ədəd 170 manat dəyərində 10 metrlik aliminium uzadıcı nərdivan, 01 ədəd “BMW” markalı avtomobilin 300 manat dəyərində arxa səs-boğucusu, “Lada VAZ Priora” avtomobilinin 280 manat dəyərində katalizatoru, 01 cüt ön, 01 cüt arxa olmaqla, “BMW F30” markalı avtomobilə məxsus 500 manat dəyərində işıqlar və 3 top hər biri 100 metr uzunluğunda olmaqla, ümumi dəyəri 300 manat olan elektrik naqili və 01 ədəd 450 manat dəyərində velosipedin də yerində olmadığını və oğurlandığını görmüşdür. Ümumilikdə 2000 manat dəyərində onlara maddi ziyan dəymişdir. Həmçinin sonda qeyd etmək istəyir ki, oğurluq hadisəsinin video- görüntüsünü istintaqa təqdim edə bilər. Ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o və ailə üzvləri həmin zirzəmidən tez-tez əşyaların itməsinin şahidi olmuşdurlar. Həmin kamera sisteminin quraşdırılmasından sonra isə oradan əşyaların itməsinin səbəbini müəyyən etmişdirlər. Belə ki, Emin adlı şəxsin qıfılı səliqəli formada açmaqla içəriyə daxil olub oradan əşyaları götürdüyünü, daha sonra isə oranı tərk etdiyini görmüşdür. Ancaq onların zirzəmidən oğurluq etməsinə rəğmən, başqa hər hansı bir yerdən oğurluq edib-etməməsi ilə bağlı hər hansı bir məlumata sahib olmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksertizası Məhkəməsinin Gəncə Regional Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 avqust 2024-cü il tarixli 16/836 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2.241qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindi. Qeyd: Metamfetamin təmiz çəkisi – 2,241 qram, tədqiqata sərf edildi-0,08 qr, qalıq – 2,161 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında Qərar və Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:40 radələrində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 1560 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/5549/2024 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif adda mallara 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1960 manat müəyyən edilir. Həmin əşyalar 01 ədəd 2018-ci ilin may ayında aldığı Cin istehsalı 28-lik Adidas markalı velosiped 150 manat, 01 ədəd 2011-ci il Rusiya istehsalı Lada Priora markalı avtomobilə məxsus katalizator 280 manat, 2014-cü il Almaniya istehsalı BMV F10 markalı markalı avtomobilə məxsus ön işıqları 800 manat, 2014-cü il Almaniya istehsalı BMV F10 markalı markalı avtomobilə məxsus arxa işıqları 400 manat, 03 top hər biri 100 metr uzunluğunda olan 2022-ci ildə Türkiyə istehsalı 2x2.5 mm ölçüsündə mis elektrik naqillər 330 manat cəmi 1960 manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş videodiskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:56-da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına məxsus zirzəmidən bir ədəd veloseped oğurlamışdır. Həmçinin videodan görünür ki, bir nəfər kişi cinsindən olan şəxs zirəmiyə daxil olaraq zirzəmidə olan bir ədəd velosipedi götürüb qapıdan çıxmış, sonradan isə geri qayıdıb zirzəmidən dəmir parçasını götürüb çıxıb getmişdir. Video görüntüyə baxış zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ona məxsus zirzəmidən bir neçə dəfə oğurluq hadisəsi baş verdikdən sonra o, zirzəmiyə müşahidə kamerası yerləşdirmiş bundan sonra xx.xx.2023-cü il tarixdə saat 03:56-da sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona məxsus zirzəmiyə daxil olaraq oğlurluq etməsini bildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edən zaman təqsirləndirilən şəxs qismində dindirməsini özündə əks etdirən video görüntü olan bir ədəd DVD diskə baxış keçirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb X5 ünvanlanmış raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında Qərar və Protokola əsasən Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb X1 əməkdaşları tərəfindən saxlanılmış və 14:40-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında Qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının 27-də gecə saatlarında Gəncə şəhəri Mahrasa bağı bina 10-nun zirzəmisinə daxil olaraq oradan bir ədəd velosiped oğradığını, həmin zirzəminin sahibini tanımadığını onunla heç bir düşmənçilik və ədavətinin olmadığını, 2023-cü il iyun ayının əvvələrində bir dəfə həmin zirzəmiyə girərək BMV avtomobilinə məxsus bir ədəd səs boğucu oğradığını, daha sonra həmin zirzəmiyə daxil olaraq oradan BMV avtomobilə məxsus qabaq işıqlarını, bir neçə gün sonra həmin zirzəmidən yenidən oğurluq edərək 3 top mis maqil oğurladığını, sonuncu dəfə 27 iyul 2023-cü il tarixdə həmin zirəmiyə daxil olaraq oradan bir ədəd velosiped oğurladığını, zirzəmidən oğurladığı BMV avtomobilə məxsus səs boğucu, qabaq işıqları və 03 top mis maqilləri motosikletlə səyyar alver edən tanımadığı şəxsə satdığını velosipedi isə geri qaytardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Gəncə şəhər Narkoloji Dispanserdə “Opiadlerdən” aslılıq diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 128 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən Gəncə şəhər Psixonevroloji Dispanserində “Orta dərəcəli nevrasteniya, emosinal-iradi pozuntularla və özünü kəsmələrə F43.3” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin vahid icraatda birləşdirilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli Qərarla barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi xx.xx.2024-cü il tarixdə barəsində xx.xx.2024-cü il tarixdə başlanmış cinayət işinə birləşdirilmiş, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddəsinə tövsif edilərək vahid icraatda aparılması barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında Protokola əsasən oğurluq hadiəsi baş vermiş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanına məxsus zirzəmiyə baxış keçirilərək şəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “şübhəli şəxs” qismində saxlanılmış, eləcə də xx.xx.2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 tərəfindən xx.xx.2023-cü il tarixli notarial ərizəyə əsasən Təqsirləndirilən şəxs ilə barışmasını və ona qarşı şikayətinin olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini, eləcə də onun psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Qeyd olunanları nəzərə alaraq, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli 1 nömrəli Plenum Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Eləcə də, həmin Qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə tərkibi toplanmış sənədlərin qarşılıqlı və müqayisəli tədqiqini nəzərə alaraq, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmişə məxsus zirzəmiyə daxil olması, müxtəlif vaxtlarda ordan oğurluq etməsi, eləcə də avtomobil hissələri, velosiped və digər əşyaları talaması qeyd olunan cinayətin tərkibini yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 20-ci bəndində qeyd olunur ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri digər qurğular aiddir. Eləcə də, Qərarın 21-ci maddəsinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Məhz Təqsirləndirilən şəxs talama məqsədilə qeyd olunan dəfələrlə zirzəmiyə daxil olması, əldə etdiyi predmetlərin bir hissəsini satması, eləcə də oğurlanmış nərdivanın ailə üzvləri tərəfindən zərərçəkmişə qaytarılması, sonuncu oğurluq zamanı videogörüntüyə düşməsi toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, metamfetamini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında psixotrop maddə metamfetamini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Büküm sayının çox olmasına baxmayaraq həmin bükümlərin məhz həmin bükümlərin Təqsirləndirilən şəxs tərəfindən bölünməsi sübut edilmir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsini, eləcə də onun narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu güman etmək olsa da, onun metamfetamini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi psixotrop maddəni satmaq niyyətində olmasını psixotrop maddənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kim qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən sadəcə aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Şöbəsi məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan 2.161 qram çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə tərkibi toplanmış sübutları hərtərəfli və müqayisəli tədqiq edərək, eləcə də araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bir sellofan bükümdə olmuş, telefon məlumatlarında, eləcə də Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tapşırığına cavab məktubunda, narkotik vasitələrin satışına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, ailə üzvləri ilə təhdid edildiyini, ona qarşı edilmiş psixi zorakılıq nəticəsində məcbur olaraq üzərinə qoyulmuş psixotrop maddə metamfetamini videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.20234-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs məhz qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlamasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi də Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. O cümlədən xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin yoxlanılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli uzunqol qış gödəkcəsinin sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan torbacığı təqdim etmişdir. Həmin torbacığa baxış zamanı içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan torbacıqda olan maddənin narkotik olduğunu bildiyini, lakin növünü bilmədiyini, bir gün əvvəl Gəncə şəhəri Nərimanov parkında gəzən zaman yerdən tapdığını və marağını çəkdiyi götürüb üzərində saxladığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs a qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə psixotrop maddə metamfetamin qoymadığını, ailəsi ilə hədələmədiyini, şəxsi axtarış zamanı aşkar olunan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddəni yerdən tapdığını və marağı kəsb etdiyi üçün götürərək üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1097 rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Eyni zamanda həm Gəncə şəhər BPİ-dən, həm də 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki müəssisəyə qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində köhnə xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ın məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. Eləcə də, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə şübhəli şəxs qismində “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 80.40 (səksən manat qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş 2.161 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” markalı, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının zirzəmisindən oğurluq etməsini əks etdirən bir ədəd DVD markalı və Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi polis leytenantı Amin Əsgərovun Təqsirləndirilən şəxs dindirməsini əks etdirən bir ədəd DVD markalı disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli 1560 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona 2 (iki) il və 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi həbsdə saxlandığı 1 (bir) gün çıxılsın, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə cəza saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 80.40 (səksən manat qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ -nin saxlanma anbarına saxlanca verilmiş 2.161 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” markalı, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanının zirzəmisindən oğurluq etməsini əks etdirən bir ədəd DVD markalı və Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin sabiq müstəntiqi polis leytenantı Amin Əsgərovun Təqsirləndirilən şəxs dindirməsini əks etdirən bir ədəd DVD markalı disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-421/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-421/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver