Məhkəmə qərarları › İş №1(100)-422/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-422/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-422/2022 28.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X4 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə ümumi təmiz çəkisi 17,537 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatını qanunsuz olaraq əldə edib, daşıyaraq 17,415 qram olmaqla psixotrop maddə olan metamfetamini özünə məxsus etibarnamə ilə idarə etdiyi “Niva 2121 minik” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan saxlanc yerində (bardaçokda) saxlamış, kimyəvi tərkibinə görə eyni olan 0,122 qramını isə 1 ml-lik birdəfəlik şprisin içərisində əvəzsiz olaraq qohumu Şahid5 vermiş, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatını isə avtomobilin salonunda siqaret çəkilməsi üçün nəzərdə tutulmuş zibil qutusunda satış məqsədi ilə saxlamış və 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, onun idarə etdiyi həmin markalı avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) təmiz çəkisi 17,415 qram psixotrop maddə metamfetamin, avtomobilin salonunda siqaret çəkilməsi üçün nəzərdə tutulmuş zibil qutusundan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatı və həmin tarixdə keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq avtomobildə sərnişin qismində olmuş qohumu Şahid5 şübhəli şəxs qismində tutulmaqla üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış zamanı sağ ayağında olan qara rəngli corabından satış məqsədi olmadan, özünün şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs əldə edib özündə saxlayaraq daşıdığı şəxsi istehlak miqdarında olan 1 ml-lik birdəfəlik şprisin içərisində 0,122 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunmuş Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1 maddələri ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, narkotik vasitə olan kakos və metafetamindən gündəlik 2-4 qram olmaqla çəkmək və dəri altına vurmaq yolu ilə istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 18-19 radələrində qohumu Şahid5 ilə birlikdə Samux şəhəri ərazisində avtomobillə hərəkətdə olan zaman üç-dörd nəfər mülki geyimli şəxs onları saxlayıb Samux RPŞ-nin əməkdaşlarını olduqlarını bildirmiş və onları polis şöbəsinə aparmışlar. Samux RPŞ-də onun üzərinə şəxsi axtarış keçrilimiş və üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra onun avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda yerləşən saxlanc yerindən sellofanda olan limon duzu və adi xörək duzu, nisbətən balaca saxlanc yerindən isə iki ədəd tramadol və bir ədəd istifadə edilmiş içərisində 0,22 qram narkotik vasitə olan şpris aşkar edilmişdir. O, avtomobilindən aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün Yevlax rayonu ərazisində Mişa kimi tanıdığı şəxsdən aldığını, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmadığını, avtomobilindən aşkar olunanların limon duzu və adi xörək duzu olduğunu, onun avtomobilində 17 qram narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa o, ifadəsinə onun avtomobilində özünə məxsus bir ədəd şpris olduğunu, həmin şprisin polislər tərəfindən Şahid5 üzərinə qoyulduğunu və Pərvizə Xəlilova narkotik vasitə vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı avtomobilindən aşkar olunmuş maddələrin birinin ağrıkəsici, digərinin narkotik tərkibli tramadol, rəngsiz sellofanın içərisində olan məddənin yemək duzu, digər şəffaf sellofanda olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, aşkar olunmuş psixotrop maddəni Yevlax rayonu ərazisində, adını Mişa kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və cinayət işində olan sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə marixuana istifadəçisi olmuşdur. 29 iyun 2021-ci il tarixdə saat təxminən 18-19 radələrində Samirlə birlikdə onun avtomobili ilə Zazalı postunu keçən vaxt polislər suni tıxac vasitəsilə onları saxlayıb Samux RPŞ-ə aparmışlar. Polis şöbəsində üzərlərinə və avtomobilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən polis əməkdaşlarının Samirin avtomobilinin döşəməsindən götürüb ona verdiyi bir ədəd şpris aşkar olunmuşdur. Polis əməkdaşı Elvin həmin şprisi ona verərək çəkiliş vaxtı üzərindən çıxarmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq vaxtı verdiyi ifadəsindən, eləcə də Təqsirləndirilən şəxsla üzləşdirilməsi haqqında protokoldan görünür ki, o, ibtidai istintaq zamanı üzərindən aşkar olunan metamfetamini ona Təqsirləndirilən şəxs əvəzsiz olaraq verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Samux RPŞ-nın NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında “Təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün avtomobildə sərnişin kimi olan Şahid5 ilə birlikdə idarə etdiyi avtomobillə Samux rayon ərazisində saxlanılaraq Samux RPŞ-nə aparılmış, Polis şöbəsində Samirin və Pərvizin üzərlərinə ayrı-ayrılıqda baxış keçirilmışdır. Baxış zamanı Şahid5 corabından içərisində narkotik vasitəyə bənzər kristal halda maddə olan şpiris aşkar olunmuş, sorğu zamanı içərisində narkotik vasitə olan həmin şprisi ona əvəzsiz olaraq Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundakı saxlanc yerindən narkotik vasitəyə bənzər maddələr, istifadə olunmuş şpris və iki ədəd həb aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün Yevlax rayonunda yaşayan bir nəfərdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli, 16/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus avtomobildən götürülmüş 1 ədəd şəffaf sellofanda, 1 ədəd rəngsiz sellofanda olan toz şəkilli və kristal formalı ağ rəngli maddələr 2 ədəd həblər və bir ədəd şpris.” yazılar və imzalar olan kağız paketdəki - 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 17,415 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 18,773 qram maddə, narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 1(bir) ədəd 1 ml-lik şprisin içərisində metamfetaminin izləri vardır, metamfetamin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş üzərində "Şahid5 üzərində aşkar edilmiş içərisində kristal formada olan 1 ədəd şpris.” Yazılar və imzalar olan kağız paketdəki, 1(bir) 1 ml-lik birdəfəlik şprisin içərisində təmiz çəkisi 0,122 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, iki ədəd kağız paketdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olmuşdur. Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli, 6/3379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsi N1” ştamp əksi olan paketdəki bir ədəd üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli və bir ədəd üzərində “ Para..” yazısı olan konvalyutdakı ağ rəngli dairəvi formalı həb asetamonofen tərkibli dərman preparatlarıdır. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və 1 ədəd həbdə tramadol hidroxloridin təsiredici maddəsinin miqdarı 0,225 qramdır. Asetaminofen (parasetamol) tərkibli dərman preparatı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorlar”-ın və 18 mart 2016-cı il Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxil deyildir. Məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" Telekom MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrin zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatların əks olunduğu CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə xx.xx.2021-ci il tarixdə Yevlax rayonu ərazisində olmuş, həmçinin sms mətnlərindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11:19-da 99***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və həmin tarixdə ona “Şpris alımmı”, saat 13:58-də “pulunnan yarım lazımdı” kimi mesajlar göndərilmişdir. Məhkəmədə tədqiq edilən 29 iyun 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuş, 01 iyul 2021-ci il tarixli “tutulmuş şəxsin azad edilməsi haqqında” qərarla həmin tarixdə Samux RPŞ-nin MSY-dən azad edilmiş və eyni tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Samux RPŞ-nin 25 iyun 2022-ci il tarixli, 181-11607-1222 saylı məktubundan və 24 iyun 2022-ci il tarixli “ axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(100)-300/2022 saylı “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi” haqqında qərarına əsasən Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə tutularaq ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən 29 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı onun üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar ediməmişdir. Məhkəmədə tədqiq edilən 29 iyun 2021-cil tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “VAZ 2121” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin salonunda yerləşən saxlanc (bardaçok) yerindən ayrı-ayrılıqda bir ədədinin içərisində ağ rəngli toz şəkilli, digərinin isə içərisində ağ rəngli kristal formalı narkotik vasitə və psixotrop maddələrə oxşar maddələr olan sellofan bağlamalar, digər saxlanc yerindən isə iki ədəd narkotik vasitəyə bənzər həblər və bir ədəd istifadə edilmiş şpris aşkar edilmişdir. Məhkəmədə tədqiq edilən 29 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şahid5 üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Şahid5 sağ ayağında olan qara rəngli corabından bir ədəd içərisində ağ rəngdə kristal formalı maddə olan şprisi çıxarıb təqdim etdi. Sorğu zamanı Şahid5 üzərindən aşkar olunan şprisin içərisindəkinin psixotrop maddə olan metafetamin olduğunu, istifadə etmək üçün hazırladığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Samux rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 3(058)-08/2022 saylı qərarından görünür ki, Şahid5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 320 manat məbləğində cərimə edilmiş, Samux RPŞ-nin maddi sübutlar otağında saxlanılan 0,122 qram çəkidə metamfetaminin məhv edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən 28 avqust 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arsaında aparılmış üzləşdirmə zamanı Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, ondan əvəzsiz olaraq aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən 29 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək “Mişa” adlı şəxsin dediyinə əsasən üzərindən aşkar olunan narkotik vasitəni götürdüyü yeri göstərmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri Zyuzin Rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilən Samux rayon İHB-nin Samux şəhər İƏD-si üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 10 may 2022ci il tarixli, 3070 nömrəli rəyindən görünür ki, Xəlilov X1 dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Samux rayon Mərkəzi Xəstəxanasının 10 may 2022-ci il tarixli. 254 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux RMX PHŞ-nin narkoloji və psixatrik kabinetlərində dispanser qeydiyyatında durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin 13 sentyabr 2021ci il tarixli, 1091 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən 30 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 17,365 qram psixotrop maddə metamfetamin, 0,225 qram çəkidə olan bir ədəd tramadol həbi, həmçinin Şahid5 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,072 qram psixotrop maddə metamfetamin, bir ədəd içərisində metamfetaminin izləri olan 1 ml-lik şpris, bir ədəd asetaminofen tərkibli dərman preparatı cinayət işi üzrə maddı sübut kimi tanınaraq saxlanılması üçün Samux RPŞ-nin saxlan yerinə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, avtomobilində içərisində 0,22 qram narkotik vasitə olan şpris olduğunu, aşkar olunan digər maddələrin limon duzu və adi xörək duzu olduğunu, eyni zamanda Şahid5 narkotik vasitə vermədiyini, onun avtomobilində bir ədəd istifadə olunmuş şpris olduğunu və həmin şprisin polislər tərəfindən Şahid5 üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar ekspertizanın gəldiyi nəticələr və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə də təkzib olunur. Beləki, Təqsirləndirilən şəxs avtomoblindən aşkar olunan 17,415 qram çəkidən maddənin, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamin olması, eyni zamanda Şahid5 üzərindən aşkar olunmuş şprisin içərisindəki 0,122 qram maddənin, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması və həmin metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin həmin rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş 1(bir) ədəd 1 ml-lik şprisin içərisində metamfetaminin izləri vardır, metamfetamin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində avtomobilindən aşkar olunan şəfaff sellefonda olan maddənin psixotrop maddə metamfetamin olduğunu və Yevlax rayonu ərazisindən Mişa kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində üzərindən aşkar olunan içərisində psixotrop maddə olan şprisi ona Təqsirləndirilən şəxs vermədiyini bildirmişdir. Məhkəmə, Şahid5 qeyd olunan ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini qohumluq münasibətləri olduğu üçün təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Şahid5 göstərdiyi xüsusatlar onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsla onun arasında keçirilmiş üzləşdirmə haqqında protokolla da təkzib olunur. Belə ki, Şahid5 həm ibtidai istintaq zamanı verdiyi ifadəsində, həm də Təqsirləndirilən şəxsla arasında aparılmış üzləşdirmə zamanı üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan şprisi ona əvəzsiz olaraq Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairələrinə dair məlumatlarından görünür ki, o, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu ərazisində olmuş, həmçinin sms mətnlərindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11:19-da 99***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və həmin tarixdə ona “Şpris alımmı”, saat 13:58-də “pulunnan yarım lazımdı” kimi mesajlar göndərilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etməsini, daşımasını, saxlamasını, Şahid5 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə verməsini nəzərə alaraq hesab edir ki, o, həmin maddələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2055-ci il tarixli Azərbaycan Respublikasının Qanunun İ siyahısında narkotik vasitə hesab edilən metafemfetaminin şəxsi istehlak miqdarı (təmiz halda qramla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı (təmiz halda qramla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda külli miqdarda narkotik vasitə olan metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə edib daşıdığına və saxladığına görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri Zyuzin Rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83.6-cı maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı residiv nəzərə alınmır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Moskva şəhəri Zyuzin Rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli hökmü ilə ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı tarixdən iki ildən artıq müddət keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikasının CM-nın 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(100)-300/2022 saylı “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi” haqqında qərarına əsasən 24 iyun 2022-ci il tarixdə tutularaq ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablanmalı, həmçinin şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3-cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi mualicəyə ehtiyacı olduğundan məcburi müalicə təyin olunmalı və о, ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Samux RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 17,365 qram psixotrop maddə metamfetamin, 0,225 qram çəkidə olan bir ədəd tramadol həbi, bir ədəd içərisində metamfetaminin izləri olan 1 ml-lik şpris, bir ədəd asetaminofen tərkibli dərman preparatı məhv edilməli, Şahid5 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,072 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə şəxsi axtarış və götürmə, avtomobilə baxış zamanı çəkilmiş video görüntünün əks olduğunu 03 ədəd CD disk, eyni zamanda Azercell Telefom MMC-dən təqdim olunmuş bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 146 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 28 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 168 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Samux RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 2121” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 17,365 qram psixotrop maddə metamfetamin, 0,225 qram çəkidə olan bir ədəd tramadol həbi, bir ədəd içərisində metamfetaminin izləri olan 1 ml-lik şpris, bir ədəd asetaminofen tərkibli dərman preparatı məhv edilsin, Şahid5 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,072 qram psixotrop maddə metamfetaminin məhv edilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə şəxsi axtarış və götürmə, avtomobilə baxış zamanı çəkilmiş video görüntünün əks olduğunu 03 ədəd CD disk, eyni zamanda Azercell Telefom MMC-dən təqdim olunmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 146 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 168 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər 1.(sədrlik edən) Natiq Əliyev

2. Nural Əliyev

3. Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar