Məhkəmə qərarları › İş №1(100)-422/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-422/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-422/2023 21.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu (məruzəçi hakim) və X1 ibarət tərkibdə, məhkəmə iclas katibləri X2 və Məmmədov Orxan Elxan oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 220.1, 229.4 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib CM-in 315.2-ci maddəsi CM-in 315.1-ci maddəsinə tövsif edilərək CM-in 66.3-cü maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 03 (üç) ay müddətə endirilərək CM-in 66.3-cü maddəsinə əsasən 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 nömrəli sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən hazırda fəaliyyətini dayandırmış “N” saylı hərbi hissənin ərazisindən tapdığı bir ədəd sellofan bükümdə 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 7,545 qram dövriyyəsi qadağan olunmuş psixotrop maddə hesab olunan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla həmin küçə ilə yaşadığı evə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 29 mart 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın sağ ön cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə, kustar üsulla hazırlanmış, külli miqdarda 7,545 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə evdə olan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları Şahid1 və yanında başqa polis əməkdaşı yaşadığı evə gələrək Şəmkir RPŞ-nin rəis müavini Elşən müəllimin onu axtardığını və bu səbəbdən də onlarla birlikdə getməli olduğunu bildirmişlər. Həmin vaxt Ramazan ayı olduğu üçün o, oruc tutmuş və polis əməkdaşlarına orucunu açdıqdan sonra getməyi təklif etsə də, sonuncular “Gedək şöbəyə, orucunu gəlib açarsan” deyib etiraz etmişlər. O da məcbur olub polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş və orucunu orada açmışdır. Elşən müəllimdən onu hansı səbəblə axtardığını soruşduqda sonuncu “Getməlisən içəri, bizlik deyil, ya CM-in 274-cü maddəsini ya da CM-in 234-cü maddəsini seçməlisən” deyə bildirmişdir. O da CM-in 274cü maddəsi ilə, yəni vətənə xəyanətlə şərlənməmək üçün narkotiklə razılaşmışdır. Daha sonra polis əməkdaşı Şahid1 əlində siqaret bükümündə narkotik vasitə gətirib ona verərək həmin narkotik vasitənin özünə məxsus olduğunu deməsini, tapdığı yer olaraq da haranı istəsə deyə biləcəyini bildirmişdir. O da bu səbəbdən heç bir əsas və mənası olmadan narkotik vasitəni hərbi hissənin yanından tapdığını bildirmişdir. Halbuki həmin yer yararsız və zibil tullantıları olan bir yer olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamış, o, narkotik vasitə istifadəçisi olmamış və kiməsə narkotik satmamış, ümumiyyətlə narkotiklə heç bir əlaqəsi olmamışdır. O, polis şöbəsinə sərbəst şəkildə özü getmişdir. Evinə gələn zaman və daha sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir göstərilməmiş və fiziki zorakılığa da məruz qalmamışdır. Əksinə evinə gələn zaman ona hörmətlə davranmışlar, polis şöbəsində olan zaman hətta orucunu açması üçün dönər də almışlar. Polislər onu dini baxışlarına görə həbs etmişlər. Şəmkir RPŞ-nin rəis müavini Elşən müəllim ona tutulmalı olduğunu bildirmiş, tutulan günü atasının telefonuna zəng edib polis şöbəsində olduğunu və başına gələnləri danışıb seçim qarşısında qoyulduğunu, ya CM-in 274-cü maddəsini ya da ki CM-in 234-cü maddəsini seçərək içəri gedəcəyini bildirmişdir. İttihamda qeyd edilən narkotiki Şahid1 gətirib özü ona təqdim etmiş, narkotiklə bağlı ekspertizadan keçirilsə də, ekspertiza polislər tərəfindən saxtalaşdırılmış, çünki o, heç vaxtı narkotikdən istifadə etməmişdir. O, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edildiyi üçün CM-in 274-cü maddəsi ilə şərlənməkdən qorxaraq CM-in 234-cü maddəsi ilə razılaşıb narkotikin guya ki özünə məxsus olmasını etiraf etmişdir. Çünki CM-in 274-cü maddəsi ilə, yəni vətənə xəyanətlə tutulsa atası belə günahsız olduğuna inanmazmış. Polislər narkotiki seçəcəyi halda işinin yüngül olacağını bildirdikləri üçün o, narkotiklə razılaşmışdır. Lakin onun üzərində ümumiyyətlə narkotik olmamış, həmin narkotiki polislər onun üzərinə qoymuşlar. Polislər ona narkotikin yüngül forması ilə tutulacağını bildirdikləri üçün düşünmüş ki, narkotik vasitələrin istifadəsinə görə tutular. Lakin daha sonradan ona narkotik vasitələrin satışı ilə bağlı ittiham verildiyini bildiyi üçün polislərlə razılaşmamış və sənədlərə imza etməkdən imtina etmişdir. O, ibtidai istintaq zamanı “törətdiyi əməldən səmimi peşmanam” kimi ifadə işlətməmişdir. İbtidai istintaqdaki ifadəsini müstəntiqin özü yazmış, o da imzalamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CABın rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi ilə Şəmkir RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində küçədə müəyyən edilib saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. O, şəxsi axtarışda iştirak etməsə də sonradan eşitmiş ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə çəkisi təxminən 7-8 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılmasından təxminən yarım saat əvvəl Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı ona daxil olmuş, sonuncu üzərindən aşkar edilmiş narkotik vasitələri tapdığını bildirmiş, ona əvvəllər də Təqsirləndirilən şəxs barəsində narkotiklə bağlı əməliyyat məlumatı daxil olmuş, saxlanılan zaman və polis şöbəsində gətirilərkən Təqsirləndirilən şəxs qarşı özü və digər polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində evindən aşağıda o, Şahid3 və Şahid2 birlikdə saxlamışlar, Yavəri saxladıqları vaxt hava qaranlıq və saat təxminən saat 22-23 radələri olmuşdur. O, Təqsirləndirilən şəxs telefonuna zəng etməmiş, sonuncu özü üzərində olan narkotik vasitəni təqdim etmiş, polislər tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik qoyulmamış, sonuncunun dini baxışları ilə əlaqədar tutmasını bildirməsi yalan olmuş, çünki Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında narkotiklə bağlı tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Qasımov X8 Vüqar Qabil oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əmkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. O, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Sellofan büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxaşar kütlə elektron tərəzidə çəkilərkən 7-8 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd sellofan büküm qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilmiş, ancaq qanunla qadağan edilmiş əlavə əşya və ya predment aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, şəxsi axtarış zamanı psixotrop maddə olan metamfetaminə oxşar kütləni Təqsirləndirilən şəxs özü könüllü təqdim etmiş, sonuncuya qarşı da hər hansı polis əməkdaşı tərəfindən təsir və fiziki zorakılıq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, şəxsi axtarış isə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evində olan zaman bir nəfər qarabəniz şəxsin oğlu Təqsirləndirilən şəxs səslədiyini eşitmişdir. Həmin vaxt evdə ondan başqa əri Azər və oğlu Yavər olmuşdur. Yavər çölə çıxıb həmin şəxslə söhbət etdikdən bir qədər sonra evə qayıtmış və heç bir problem olmadığını, onun telefonunu özünə verməsini, həmin şəxslə gedib qısa müddətə qayıdacağını deyərək çölə çıxmışdır. Əri Azər və o, Yavərin haraya getdiyini öyrənmək üçün çölə çıxan zaman oğlunun qara rəngli avtomobilə əyləşib getdiyini görmüşdür. Əri də həmin avtomobilə əyləşmək istəsə də qara rəngli avtomobil evlərinin qarşısından uzaqlaşıb getmişdir. Daha sonra o, oğlunun narkotiklə tutulduğunu öyrənmişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs çağıran şəxs qarabəniz oğlan olmuş, o, həmin şəxsi əvvəllər tanımamış, oğlu tutulan gün evdə olmuş və ümumiyyətlə çölə çıxmamış, Təqsirləndirilən şəxs aparmaq üçün evinə gələn şəxs saat 19-20 radələrində, yəni iftar vaxtı gəlmiş, çünki həmin vaxtı o, iftara yemək hazırlamışdır. Oğlu Yavər də oruc tutmuş və onlar birlikdə iftar vaxtını gözləmişlər. Yavər qısa müddətə qayıdacağını desə də xeyli müddət sonra oğlundan xəbər ala bilmişdir. O, sonradan bilmiş ki, polis şöbəsində oğlunun üzərinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları oğluna ya narkotiki ya da ki vətənə xəyanəti üzərinə götürməsini bildirmişlər, oğlu da məcburiyyət altında qalaraq narkotik vasitəni üzərinə götürmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Gəncə şəhər Narkoloji Dispanserinin eksperti X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkoloji ekspertiza ilə bağlı sonuncunu müayinə etmişdir. Aparılan müayinə nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması müəyyən olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli 1429 nömrəli rəy verilmişdir. Onların müayinəsi zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görülməsi müəyyən olunmuşdur. Ümumiyyətlə də, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edən şəxslərdə somato – nevroloji pozuntuların əlamətləri mövcud olur. Şəxsin həmin maddələrdən istifadə etməsi müəyyən edilərkən hər hansı qurğulardan istifadə edilmir. Somato–nevroloji pozuntuların əlamətləri şəxslə fərdi danışıq əsasında, həmçinin əl barmaqlarının titrəməsi və qoltuq altlarının tərləməsində özünü göstərir. Şəxsə də diaqnoz həmin əlamətlər əsasında qoyulur. Sözügedən əlamətlər Təqsirləndirilən şəxs müayinəsi zamanı da müşahidə edilmişdir. Bundan əlavə, müayinə üçün gələn şəxslərdən qan və sidik nümunələri götürülür. Qan nümunələri şəxsdə “SPİD” xəstəliyinin olub-olmamasının müəyyən edilməsi məqsədilə götürülür, sidik nümunələri isə şəxsin narkotik vasitə istifadəçisi olma məsələsi barədə yekun nəticəyə gəlmək üçün kifayət etmir. Çünki, sidik nümunələri təxminən 3 günədək müddət ərzində şəxsdə istifadə hallarının olub-olmamasını özündə göstərə bilər. Şəxslərdə narkotik vasitələr və ya psixotrop maddələrdən fiziki asılılıq təxminən 21 gün müddətində, psixi asılılıq isə uzun müddət hətta illərlə davam edir. Təxminən 6-7 ay keçdikdən sonra ola bilər ki, şəxsdə olan həmin asılılıqlar aradan qalxmış olsun. Təqsirləndirilən şəxs müayinə etdiyi vaxt fərdi danışıq əsasında onun danışıq və davranışlarından, qollarından, həmçinin əl barmaqlarının titrəməsindən aludəçi olduğunu müəyyən etmişdir. Narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etmədiyini desə də o, apardığı müayinə nəticəsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması və onun narkoloji kabinetdə qeydiyyata alınması qənaətinə gəlmişdir. Hazırkı vəziyyətdə ola bilər ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən fiziki asılılığı yoxdur, lakin şəxsdə psixi asılılıq halları qalmaqdadır. Ümumi olaraq belə olan hallarda həmin şəxslərin narkoloji kabinetdə qeydiyyata alınması daha məqsədəuyğundur. Fiziki asılılıq dedikdə orqanizmdə narkotikə olan meyillilik, yuxusuzluq və.s halların şəxsdə müəyyən edilməsi başa düşülür. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/366 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər qablaşdırılmış vəziyyətdə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7,545 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 7,545 qr., tədqiqata sərf edildi – 0,6 qr., qalıq - 6,945 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 942 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin xx.xx.2023-cü il tarixli, 6562 nömrəli təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkotiklərdən asılılıq əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X12 Şöbəsinin 365 saylı, xx.xx.2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və ya 22-ci maddələrin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 310 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, narkotik vasitələri qəbul etməsində və qanunsuz olaraq saxlamasında şübhəli olduğu üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:15-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin gün saat 22:00-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli şalvarın sağ ön cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə, kustar üsulla hazırlanmış, külli miqdarda 7,545 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olmuş metamfetamini iki gün əvvəl yol ilə gedərkən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında zibillikdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında olan tullantılar atılan yeri əyani göstərərək xx.xx.2023-cü il tarixdə psixotrop maddə metamfetamini məhz oradan tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsindəki evə baxış zamanı narkotik vasitələr və psixotrop maddələr, həmçinin həmin kütlələrin dövriyyəsi ilə bağlı işi üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair məlumatlara baxış zamanı sonuncunun psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, həmçinin həmin maddələrin satışı ilə məşğul olması barədə işi üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A23” markalı mobil telefonun tədqiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/761 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş 2 ədəd xarici yaddaş qurğusuna baxış zamanı mobil telefonda Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, həmçinin həmin maddələrin satışı ilə məşğul olması barədə işi üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq həmin gün saat 22:30-da Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, eləcə də psixotrop maddə olan metamfetamindən istifadə edir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən, hazırda fəaliyyətini dayandırmış “N” saylı hərbi hissənin ərazisindən tapmış və satış məqsədi ilə saxlamışdır. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 220.1, 229.4 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib CM-in 315.2-ci maddəsi CM-in 315.1-ci maddəsinə tövsif edilərək CM-in 66.3-cü maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 03 (üç) ay müddətə endirilərək CM-in 66.3-cü maddəsinə əsasən 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 nömrəli sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 220.1, 229.4 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Çinarlı qəsəbə İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası X4, anası Şahid6 və qardaşı X6 ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,945 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, şəxsi axtarış və dindirmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 02 (iki) ədəd DVD-R diski maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək tutularkən üzərində psixotrop maddə və ya narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu dini baxışlarına görə tutduqlarını, Şəmkir RPŞ-də olarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq olunduğunu və seçim qarşısında qoyulduğunu, ya CM-in 274-cü maddəsini ya da ki CM-in 234-cü maddəsini seçərək içəri getməli olduğunu bildirdiklərini, ittihamda qeyd edilən narkotiki polis əməkdaşı Şahid1 gətirib ona təqdim etdiyini, narkotiklə bağlı ekspertizadan keçirilsə də, ekspertiza rəyinin polislər tərəfindən saxtalaşdırıldığını, əvvəllər azadlıqdan məhrum edildiyi üçün CM-in 274-cü maddəsi ilə şərlənməkdən qorxaraq CM-nin 234-cü maddəsi ilə razılaşıb narkotikin guya ki özünə məxsus olmasını etiraf etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsində və xx.xx.2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə dindirilərkən təqsirləndirilən şəxs qismində ilkin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən hazırda fəaliyyətini dayandırmış hərbi hissənin kənarı ilə piyada gedərkən yolun kənarında zibillik deyilən yerdə 1 ədəd sellofanın içərisində ağ rəngli parıltılı bir şey görmüş, yaxınlaşıb yerdən götürüb diqqətlə baxdıqda sellofanın içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bilib onu götürərək gələcəkdə istifadə etmək məqsədilə cibinə qoyub üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində küçədə olarkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin saxlanmasında şübhəli olduğu üçün polis şöbəsinə dəvət edilmişdir. Şəmkir rayon polis şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil X7 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində psixotrop maddə olduğunu deyərək əynindəki qara rəngli şalvarın sağ ön cibindən bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükümə baxıldıqda içərisində ağ-parıltılı rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütləni Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin kənarındakı zibillikdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin dindirilməsinə dair protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, videoçəkilişin 2-ci dəqiqəsində müstəntiqin sualına cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə qəti olaraq cavab verib ona qarşı heç bir təsir və təzyiqlərə yol verilmədiyini, üzərindən aşkar olunmuş metamfetamini Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin kənarındakı zibillikdən tapdığını göstərmiş və “yerdə görüb dedim görüm nə olan şeydir və götürdüm” kimi etirafedici ifadələr vermişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu deyərək əynindəki qara rəngli şalvarın sağ ön cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin şəffaf sellofan bükümə baxıldıqda içərisində ağparıltılı rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs də qeyd edilən kütləni Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin kənarındakı zibillikdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. O cümlədən iş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında olan tullantılar atılan yeri əyani göstərərək xx.xx.2023-cü il tarixdə psixotrop maddə metamfetamini məhz oradan tapdığını etiraf etmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid2 və Şahid4 da ifadələrində göstərmişlər ki, saxlanılan zaman və polis şöbəsində gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşları tərəfindən təsir və təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində evindən aşağıda saxlanılmış, Şahid1 Təqsirləndirilən şəxs telefonuna zəng etməmiş, sonuncu özü şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni könüllü təqdim etmiş, polislər tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik qoyulmamış, sonuncunun dini baxışları ilə əlaqədar tutulmasını bildirməsi yalan olmuş, çünki Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında narkotiklə bağlı tutulmuşdur. Həmçinin iş materiallarında olan Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələri qəbul etməsində və qanunsuz olaraq saxlamasında şübhəli bilinərək saxlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyində də Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izinin aşkar edilməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində evinə gələn zaman və daha sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir göstərilmədiyini və fiziki zorakılığa məruz qalmadığını, əksinə evinə gələn zaman ona hörmətlə davranıldığını, polis şöbəsində olan zaman hətta orucunu açması üçün dönər də aldıqlarını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək tutularkən üzərində psixotrop maddə və ya narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu dini baxışlarına görə tutduqlarını, Şəmkir RPŞ-də olarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq olunduğunu və seçim qarşısında qoyulduğunu, ya CM-in 274-cü maddəsini ya da ki CM-in 234-cü maddəsini seçərək içəri getməli olduğunu bildirdiklərini, ittihamda qeyd edilən narkotiki polis əməkdaşı Şahid1 gətirib ona təqdim etdiyini, əvvəllər azadlıqdan məhrum edildiyi üçün CM-in 274-cü maddəsi ilə şərlənməkdən qorxaraq CM-in 234-cü maddəsi ilə razılaşıb narkotikin guya ki özünə məxsus olmasını etiraf etdiyini göstərsə də iş materiallarında, o cümlədən şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs psixi zorakılığa məruz qalması və ona qarşı fiziki zorakılıq hallarına yol verilməsi xüsusatları öz təsdiqini tapmamışdır. Əksinə sözügedən istintaq hərəkətlərinə dair videoçəkilşlərdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə qəti olaraq ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, üzərindən aşkar edilmiş metamfetamini yerdən tapdığını və maraq kəsb etdiyi üçün yerdən götürərək üzərində saxladığını göstərmişdir. Bundan əlavə də ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq nə özü, nə də ki müdafiəçisi təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Hətta Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq, nə özü, nə də ki müdafiəçisi ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək və ya orqan qarşısında vəsatət qaldıraraq psixoloji təzyiqlərə məruz qalması və dini baxışlarına görə tutulması ilə bağlı əlavə ifadə vermək istədiklərini də bildirməmişlər. Əskinə xx.xx.2023-cü il tarixdə müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək digər xüsusatlarla bağlı ifadə verməkdən imtina etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Bundan başqa, ibtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş bütün ilkin sənədlərdə və verilmiş yekun ittihamda Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılması göstərilsə də, sonuncunun anası Samirə Mustafayevə və bibisi Şahid5 məhkəmə istintaqı verdikləri ifadələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evdən apardıqlarını göstərmişlər. Samirə Mustafayevə və Şahid5 iddia etdikləri xüsusatla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilmədikləri üçün, həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılması təsdiq edildiyi üçün məhkəmə tərkibi hesab edir ki, Samirə Mustafayevə anası, yəni yaxın qohumu, Şahid5 isə bibisi, yəni qohumu olduğundan həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç vaxtı narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, narkotiklə bağlı ekspertizadan keçirilməsinə baxmayaraq, ekspertiza rəyinin polislər tərəfindən saxtalaşdırıldığını göstərsə də iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 942 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 6562 nömrəli təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs müayinə zamanı narkotiklərdən asılılıq əlamətlərinin aşkar olunmadığı və sonuncunun müayinə zamanı narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı göstərilsə də, iş üzrə şahid qismində dindirilmiş eksperti X10 ifadəsində göstərmişdir ki, şəxslərdə narkotik vasitələr və ya psixotrop maddələrdən fiziki asılılıq təxminən 21 gün müddətində, psixi asılılıq isə uzun müddət hətta illərlə davam edir. Təxminən 6-7 ay keçdikdən sonra ola bilər ki, şəxsdə olan həmin asılılıqlar aradan qalxmış olsun. Hazırkı vəziyyətdə ola bilər ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən fiziki asılılığı yoxdur, lakin şəxsdə psixi asılılıq halları qalmaqdadır. Ümumi olaraq belə olan hallarda həmin şəxslərin narkoloji kabinetdə qeydiyyata alınması daha məqsədəuyğundur. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 6562 nömrəli təkrar ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs təkrar müayinədən tutulduğu vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən 06 (altı) ay müddət keçdikdən sonra keçirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən etibarən 16 oktyabr 2023-cü il tarixdə təkrar müayinədən keçirilənədək davamlı olaraq həbsdə saxlanıldığından və psixotrop maddələrdən istifadə etmədiyindən sonuncunun təkrar müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkməsi aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, təqsirləndirilən şəxs qismində dindirilmə protokolu və protokola əlavə edilmiş videoçəkilişlə, ifadənin yerində yoxlanılması istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş fotocədvəllə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda və xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda narkotik vasitələri qəbul etməsində və qanunsuz olaraq saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq həmin gün saat 22:30-da Şəmkir RPŞ-yə gətirilməsi göstərilmişdir. O cümlədən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında və sonrakı ifadələrində üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3, Şahid2 və Şahid4 da ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olması göstərilmişdir. Adları çəkilən polislərin ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinə dair hər hansı bir sübut yoxdur. Hətta "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair məlumatlara baxış zamanı, o cümlədən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A23” markalı mobil telefonun tədqiqinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/761 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş 2 ədəd xarici yaddaş qurğusuna baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, həmçinin həmin maddələrin satışı ilə məşğul olması barədə işi üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsindəki evə baxış zamanı narkotik vasitələr və psixotrop maddələr, həmçinin həmin kütlələrin dövriyyəsi ilə bağlı işi üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar edilməmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportunda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən hazırda fəaliyyətini dayandırmış “N” saylı hərbi hissənin ərazisindən tapması və satış məqsədi ilə saxlaması göstərilsə də, elə həmin raporta da Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsi, həmçinin narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, əməliyyat tapşırığına cavab məktubunda verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Bundan əlavə iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 942 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində də Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Göründüyü kimi məhkəmə-narkoloji ekspertizasının rəyi Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etməsini təsdiq edir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq ibtidai araşdırma orqanı xx.xx.2023cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, psixotrop maddələrin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında psixotrop maddələri məhz sifariş əsasında əldə etməsinə, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab raportunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi, o cümlədən narkomaniya xəstəliyindən əzab çəkməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/366 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 7,545 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 220.1, 229.4 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilib CM-in 315.2-ci maddəsi CM-in 315.1-ci maddəsinə tövsif edilərək CM-in 66.3-cü maddəsinə əsasən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 03 (üç) ay müddətə endirilərək CM-in 66.3-cü maddəsinə əsasən 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 nömrəli sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, CM-in 220.1-ci maddəsi ağır cinayətlərin təsnifatına aid edilirdi. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o ittiham olunduğu əməli 29 mart 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli, 3282 nömrəli sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablamaqla altı il keçməmiş və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 190 (bir yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 6,945 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli, 942 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkolоji dispanserdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 190 (bir yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 6,945 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkolоji dispanserdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar