Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-422/2025 22.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; İbişov İlkin İlqar oğlu, Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X12 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X14, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 İnqilab oğlu, təqsirləndirilən şəxsin müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X9 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il təvəllüdlü, Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Altunitdağ qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, onunla ünvan 1 ünvanda yerləşən “Dilqəm” marketdə satıcı qismində işləyən iş yoldaşı X4 ağartı məhsullarının plastik qablara yığılmasını bildirməsinə baxmayaraq, sonuncunun onun göstərişindən imtina edib onu ağır söyüşlərlə təhqir etməsindən hiddətləndiyindən aralarında yaranmış mübahisəyə birdəfəlik son qoymaq üçün onu öldürmək qərarına gəlmiş və bu məqsədlə cinayətkar niyyətini həyata keçirməkdən ötrü 22 dekabr 2024-cü il tarixdə saat 17:40 radələrində qeyd edilən ünvanda yerləşən “Dilqəm” marketdə Məhəbbət Hüseynov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək qisas almaq məqsədi ilə marketin kolbasa vitrinindən götürdüyü tiyəsinin uzunluğu 148 mm, dəstəyinin uzunluğu 116 mm, ümumi uzunluğu 264 mm olan qatlanmayan , bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinin sol hissəsinə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirmiş, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn ürəyin sol mədəciyinin zədələnməsinə səbəb olan xəsarətlə Məhəbbət Hüseynovu qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o marketdə işləmişdir. Həmin vaxt mağazaya müştəri gəlmişdir. Qablarda şor olmuş və o mərhumdan həmin şorları vitirinə yerləşdirilməsini xahiş etmişdir. Mərhum isə həmin şorları aparıb xadiməyə vermişdir. Bundan sonra həmin şorlar ona qaytarılmışdır. O həmin vaxt Şahnura “bunu yerləşdir” demiş, həmin vaxt Şahnurla onun mübahisəsi olmuş və onları aralamışlar. Şahnur ona qarşı nəlayiq ifadələr işlədərək çölə çıxmışdır. Bundan sonra o bıçaq götürmüş və mərhum dabakeş ilə onun üzərinə gəlmişdir. Daha sonra istəmdən bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə qısa ifadə verdiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir.Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək xx.xx.2025-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki,… 15 oktyabr 2024-cü il tarixdən satıcı kimi “Dilqəm” marketdə işə başlamış və aylıq 350 manat müqabilində satıcı kimi işə götürmüşdür. Onun işi marketdə olan malları vitrinə yığmaqdan ibarət olmuşdur. Onun iş saatı səhər saat 08-dən axşam saat 08-dək olmuşdur. xx.xx.2024-cü il tarixdən Elşən müəllim onu kassir kimi aylıq 400 manat pul müqabilində işə başlamağını bildirmişdir. “Dilqəm” marketdə satıcı və kassir kimi Elnarə, Eşqin, Sərxan, Məhhəbbət (biz onu Şahnur deyə çağırmışıq), Kamran, Murad (müdürün köməkçisi), o, xadiməçi Nailə, axşam növbəsində kassir kimi Eşqin (günorta növbəsində digər Eşqin işləmişdir) işləmişdir. Məhəbbət Hüseynov təxminən 15 gün olardıki satıcı kimi işə başlamışdır. Əvvəllər Məhəbbətlə münasibətləri yaxşı olmuşdur. Son 4-5 gündə aralarında söz-söhbət yaranmışdır. Belə ki, o səhər tezdən işə gələrək kassaya keçməmişdən əvvəl malları vitrinə yığaraq Məhəbbət gəldikdən sonra kassaya keçmişdir. Məhəbbət işə gec gəlmiş, gəldikdən sonra da heç bir işi yerinə yetirmədiyi üçün aralarında soyuqluq yaranmışdır. Məhəbbət işə saat 12-də 1-də gələrək gecə saat 11-də 12-də çıxmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində işlədiyi “Dilqəm” marketə gəlmişdir. O işə gələn zaman marketdə müdirin atası Rabil dayı, Elnarə və xadiməçi Nailə olmuşdur. O işə gəldikdən sonra meyvələri düzməyə başlamış və ləpələri yerlərinə qoymuşdur. Məhəbbət saat 12 də işə gəlmiş, heç bir iş görməyərək çay içməyə başlamışdır. Təxminən saat 17 radələrində o, süd məhsullarını düzməyə başlamış və süzməni qablara yerləşdirən zaman müştəri gələrək kartof, soğan istəmişdir. Həmin vaxt Məhəbbət vitrinə söykənərək durmuşdur. O, Məhəbbətə gəlib süzməni qablara doldurmağını onun isə gələn müştərini yola salmalı olduğunu demişdir. Məhəbbət ona əlini heç nəyə vurmayacağını bildirmiş və süzməni çəkməyi Nailəyə tapşırmışdır. Nailə də xadiməçi olduğunu, işinin bu olmadığını bildirmiş, daha sonra o, Nailəyə özü süzməni qablara dolduracağını dedikdə Nailə müştərini yola salmağını işi özü görəcəyini demişdir. Həmin vaxt Məhəbbət ona “sənin işlərini mən görürəm” demişdir. O da heç bir iş görmədiyini, səhər işə gələrək malları vitrinə yığdığını demişdir. Bunu deyən zaman Məhəbbət onun üzərinə gələrək sinəsindən tutmuş və onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt Rabil dayı onları ayırmış və Məhəbbət çölə çıxmışdır. Məhəbbət marketin qapısının ağzına çıxan zaman ona tərəf çönərək “ beş dəqiqə sonra çölə gəlmiyənin var yoxunu si-m” demiş, o heç bir cavab verməmişdir. Həmin vaxt yenə Məhəbbət yüksək səslə “5 dəqiqə vaxtın var səni gözləyirəm, gəlməyən peysərdi” deyə qışqırmışdır. O, Məhəbbətin sözlərinə əsəbləşərək heç nə deməmiş və kolbosa vitrinin yanına keçərək Məhəbbəti öldürmək niyyətilə bıçaq götürmüşdür. Bıçağın tutacaq yeri göy, qırmızı və ağ rəngli olmuşdur. Bir əlində çay ilə dolu stəkan, digər əlində isə bıçaqla meyvə vitrininə doğru getmişdir. Həmin vaxt Məhəbbət meyvə vitrininin yanında əlində gümüş rəngli dəmir dabankeşlə qaçaraq üzərinə gəlmiş, o dərhal stəkanı yanında olan şirniyyat qutularılarının üzərinə qoyaraq bıçağı sağ əlinə götürmüşdür. Məhəbbət onu dabankeşlə vurmaq istəyən zaman sol əli ilə Məhəbbəti itələmiş, Məhəbbətin ayağı səbətə ilişmiş və yerə yıxılarkən sağ əlində olan bıçaqla ürək nahiyyəsinə bir dəfə zərbə vurmuş və Məhəbbət yerə yıxılmışdır. O dərhal marketdə olan adaptırını və telefonunu götürərək oradan çıxmışdır. Məhəbbət ayaqüstə durmuş və əlini döş qəfəsinə tutaraq çölə çıxmışdır. O, «Bolt» taksi proqramı ilə taksi çağırmış və ailəsinin yaşadığı Daşkəsən rayonu, Altunitdağ qəsəbəsinə getmişdir. O evə gedən zaman atası, anası və balaca qardaşı evdə olmuşdur. O atası Məhərrəmə işlədiyi marketdə Məhəbbətlə mübahisələrinin yarandığını və sonuncunu bıçaqladığını bildirmişdir. Qısa müddətdən sonra polis əməkdaşları yaşadığı evə gəlmiş və onu Daşkəsən rayon Polis Şöbəsinə və oradan da Gəncə şəhərinə gətirmişlər. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, işlə bağlı onun hər hansı bir məlumatı olmamışdır. O, sadəcə yazılanları bilmişdir. Onun qardaşı davankeşlə təqsirləndirilən şəxsin üzərinə getmişdir. Bununla bağlı kamera görüntüləri də, var. Hadisə günü onun yeznəsi ona zəng etmiş və hadisənin olması barədə məlumat vermişdir. O, başqa heç nə bilmir. O, qardaşını tabutda evə gələndə görmüşdür. Təqçirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o araşdırma zamanı ifadəsini vermişdir. Olan şeyləri təsdiq edir. O hadisənin şahidi olmamış sadəcə hadisə barədə eşitmişdir. O, Sənanı tanımışdır, Sənan mağazada fəhləlik etmişdir. O Sənanla mərhumun arasında nə olmasını bilməmişdir. Hadisə olandan sonra Sənanın dalaşmasını eşitmişdir. Sənan mərhumu vurmuşdur. O, mübahisəni görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o işlədiyi marketə firmadan kənd məhsulları gəlmişdir. Həmin günü süzmə gəlmişdir. O həmin günü digər mağazada işləmişdir. Həmin vaxt Şahnur gəlmiş və ona süzməni verərk “Sənan deyir ki, süzməni təhvil versin” demişdir. O Şahnurun ona dediyi sözlərə görə əsəbləşmişdir. Bundan sonra o Sənana yaxınlaşaraq fikirini bildirmiş Sənan isə ona “işinizi görün mən sizin işinizi görəsi deyiləm” demiş və aralarında mübahisələri olmuşdur. O həmin vaxt marketdə xadiməçi işləyən qadına “bunlar mənim üstümə düşüblər, məndə ağ məhsuldan diysinirəm” demişdir. O həmin qadına “olarmı ki, sən düzəldəsən, qadın da ona olar” demişdir. X22 mübahisə edərək aşağı getmişlər. Həmin vaxt o mağaza da kassir işləyən Elnarə adlı xanımla söhbət etmişdir. Həmin vaxt Sənanla Şahnur bir birlərinə “sən niyə iş görmüsən” deyərək mübahisə etmişlər. O onlara yaxınlaşaraq zaman onları ayırmışdır. Həmin vaxtı marketin sahibinin qardaşı Rabil adlı şəxs ora gəlmişdir. Bundan sonra Sənan kiməsə zəng vurmaq üçün getmişdir.Sonra Rabil adlı şəxs Şahnuru həmin yerdən dava-dalaş olmasın deyə uzaqlaşdırmışdır .Həmin vaxt Şahnur Sənana “səni də belə.... axşam görüşərik” demişdir. Bundan sonra Şahnur digər qapıdan çıxaraq meyvə tərəvəz olan qapı istiqamətinə gedərək qapını açaraq “axşam yox 10 dəqiqəyə gəlməyənin .....” nəlayiq ifadə işlətmişdir. Sonra Sənan əllərini sürməyə atmış və həmin an o, Sənana “eləmə” demişdir. O elə fikirlərşmişdir ki, Sənan bıçaq axtarmışdır. Sonra Sənan digər mağazaya keçmişdir. Sənan orada olan zaman ona “burax su içirəm” demiş o isə Sənanın bir əlini buraxmışdır ki, o su içsin. Sənan su içən zaman onun sinəsindən tuturaq ona “sənlik” deyildir. Həmin vaxt Sənan bıçağı əlinin arasına gizlədərək getmişdir. O, 11 yaşında travma aldığı üçün qorxaraq Sənanın ardı ilə getməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, işlə bağlı istintaqda verdiyi ifadəsini təsdiq edir. Uzun müddət keçdiyindən ifadəsi tam olaraq yadında qalmamışdır. O hadisə olandan sonra orada olmuşdur. Sənanla Şahnur sözləri uyğun düşmədiyindən bir-birilərinə xəsarət yetirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, işlə bağlı istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Sənan ilə onun mağazada olan yerləri başqa-başqa yerlərdə yerləşmişdir. O həmin vaxt onların yanında olmamışdır. O tam dəqiq heç nə bilməmişdir. O sonradan bilmişdir ki, Sənan vəfat edən Şahnuru vurmuşdur. 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” etmənin əvvəli 22 dekabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsini, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı təsdiq etmişdir. X3 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 108 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X1 meyitinin bədənində bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol mədəcəyini zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti öndən arxaya, bir qədər soldan sağa, aşağıdan yuxarıya doğrudur. X1 bədənində deşilmiş-kəsilmiş yaradan başqa digər hər hansı bir xəsarət müəyyən edilməmişdir. X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn ürəyin sol mədəciyinin zədələnməsi olmuşdur. X1 bədənində müəyyən edilən kəsilmiş-deşilmiş yaranın ağırlığın, istiqamətini nəzərə alaraq hesab edirəm ki, həmin xəsarətin onun özü tərəfindən yetirilməsi mümkün deyil. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 02 saylı rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən B(İİİ) Rh+ dir. Təqdim edilmiş bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhum X4 məxsus ola bilər. Təqdim edilmiş X4 məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd kofta, bir ədəd mayka, bir ədəd alt tumanı (pijama)) üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Tədim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar ( bir ədəd uzunqol kofta, bir ədəd uzunqol gödəkçə, bir ədəd şalvar) üzərində qan aşkar olunmadı. Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1701 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 958 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılhq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstə olmamışdır. O öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətdikdən sonra hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və ya həmin əməlləri idarə etmək imkanındadır. Onun hərəkətləri Azərbaycan RespublikasıCM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə soyuq silah və trasoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 16/233/234 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan X4 məxsus poluverin üzərində olan 01 (bir) ədəd zədənin və maykanın üzərində olan 01 (bir) ədəd zədənin bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş X4 məxsus poluverin və maykanın üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş X4 məxsus şalvarların və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 108 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X4 məxsus poluverin və maykanın səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə X4 məxsus poluverin üzərində olan 01 (bir) ədəd zədə və maykanın üzərində olan 01 (bir) ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 16/232 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus gödəkcənin üzərindən tapılmış qırmızı rəngli kimyəvi matirə olunmuş poliester liflər cinsi əlamətlərinə görə X4 məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində X4 məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. X4 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxus geyim əşyalarının tərkib liflərindən yoxdur. xx.xx.2024-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən iki mərtəbəli tikilişdən ibarət olan obyektdir. Obyektin 1-ci mərtəbəsində market, 2-ci mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulmuşdur. Obyekt ilə qarşı-qarşıya dayandıqda sağ tərəfdə 1 mərtəbəli iaşə obyektləri, sol tərəfdə isə həmçinin iki mərtəbədən ibarət tikili yerləşir. Obyektin 1-ci mərtəıbəsində “Dilqəm market” vardır. Həmin marketin şüşədən hazırlanmış iki ədəd giriş qapısısından ibarətdir. Obyektlə üzbə-üz dayandıqda sağ tərəfdəki qapı üzərində marketin adı yazılmışdır. Həmin qapıdan içəri daxil olduqda qapıdan sağ tərəfdə üzərində “kassa” aparatları və monitor olan masa vardır. Marketdə tütün, spirtli içki məlumatları, qida məhsulları və təmizləyici vasitələr satılır. Marketin içərisində bir- birinə keçid etmək üçün divarlarda qapı boşluqları vardır. Marketin ikinci qapısından içəri daxil olduqda qapıdan sol tərəfdə meyvə - tərəvəz məhsulları satıldığı müəyyən edildi. 1-ci qapının sağ tərəfində olduğu kimi ikinci qapıdan sağ tərəfdə üzərində “kassa” aparatları və monitor olan masa vardır. İkinci qapıın sağ küncündən 13 m 84 sm aralı divarda qapı boşluğu vardır. Həmin boşluqdan marketin digər tərəflərinə keçid etmək mümkündür. Marketin birinci və iki tərəfləri arasında eni 1m 66, uzunluğu isə 2 m 08 sm ölçüdə dəhliz vardır. Həmin dəhlizin qurtaracağında plastik materialdan hazırlanmış ağ rəngli qapı yerləşir. Qapıdan 58 sm yuxarıda 01 ədəd müşahidə kamerası quraşdırılmışdır. Ağ rəngli plastik materialdan hazırlanmış qapıdan keçid edilərək otağa daxil olundu. Daxil olunmuş otaq marketdə quraşdırılmış kameralara nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Marketin sahibi Şahid1 göstərərək bildirdi ki, Təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zamanı Məhəbbət Hüseynovu həmin dəhlizdə bıçaqla vurmuşdur. Məhəbbət Hüseynovun vurulduğu yerə baxış keçirildi, lakin hər hansı qanabənzər ləkələr aşkar edilmədi. Marketin daxilində quraşdırılmış müşahidə kameralarına nəzarət edilən otaqda quraşdırılmış yaddaş qurğusuna baxış keçirilərkən həqiqətən də Şahid1 dediyi kimi Təqsirləndirilən şəxs dəhlizdə Məhəbbət Hüseynova bıçaqla xəsarət yetirdiyi müəyyən edilmişdir. Marketin anbarına baxış keçirilən zaman döşəmənin üzərində qanabənzər ləkələr olan bıçaq aşkar edilmişdir. xx.xx.2024-ci il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində meyit arxası üstə uzandırılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Boz rəngli jaket. 2. Ağ rəngli mayka. Jaket və maykanın ön səthində solda sinə nahiyəsinə uyğun hissədə 1,5 sm uzunlluqda kənarları hamar dəlib-keçən zədə vardır , zədənin ətrafı tünd qırmızı rəngdə qanabənzər maddəyə bulaşmışdır, yaşdır. 3.Boz rəngli cins şalvar. 4.Qara rəngli dəriəvəzedici materialdan toqqa.5.Qəhvəri rəngli gecə şalvarı. 6. Qara rəngli tursik.
7. Qara rəngli corab. 8.Qara rəngli çəkmələr. Paltarlar köhnədir, əyninə düzgün və səligəli geynilmişdir. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, yaxşı köklükdədir,boyunun uzunluğu 167 sm-dir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda bir qədər istidir. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, zəifdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rəngi 30 saniyədan sonra bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları qapalıdır, gözlərin birləşdirici toxumalarına qansızma müşahidə edilmir, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, diametrləri 0,5 sm-dir, buynuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir. Üz sümükləri, burun sümükləri və burun qığırdaqları əllə yoxlandıqda tamdır. Ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthləri solğun çəhrayı rəngdədir. Dişləri təbiidir, tamdır. Dili dişlərin arxasmdadır. Döş qəfəsi normastenikdir, simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Döş qəfəsinin ön səthində solda orta körpücük xəttlə V-Vİ qabırğalar səviyyəsində köndələn yerləşmiş 2x 0,5 sm ölçüdə kənarları hamar yara vardır, yaranın sol ucu iti, sağ ucu isə qövsvari formalıdır. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvüləri düzgün inkişaf etmişdir; anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri, əllə yoxladıqda tamdır. Meyitin xarici müayinəsi zamanı başqa xəsarət müəyyən edilmədi. xx.xx.2024-cü il tarixli videogörüntü ilə bağlı elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin flaşkart tipli elektron daşıyıcı «HP» markalı kompüterə yerləşdirilmişdir. Flaşkart açıldıqdan sonra onun içərisində “D3_S**********3930_E**********4144” adlı fayl “Windows media player” proqramı vasitəsilə açılmışdır. Videogörüntü 02 dəqiqə 16 saniyə çəkir. Video görüntü “Dilqəm marketin” içərisini əks etdirir. Video görüntüdə mağazanın içərisində olan rəflər və içərisində olan ərzaqlar vardır. xx.xx.2024-cü il tarixdə saat 17:40:12-də mağazanın giriş hissəsində X7 əlindəki saatı göstərək Təqsirləndirilən şəxs çölə gəlməsini işarə edir. Təqsirləndirilən şəxs kassanın yanında nə isə axtarır, həmin vaxt Şahid2 Sənana mane olmağa çalışır, lakin Sənan mağazanın içərisində olan kolbosa vitrininə doğru gedir. Saat 17:40:44-də məhəbbət Hüseynov əlində dabankeşlə mağazanın girişində yerləşən kassaya doğru gəlir və sarı rəngli burğac (atvyorka) götürərək mağazanın içərisinə doğru gedir. Saat 17:40:50də Təqsirləndirilən şəxs kolbosa vitrinindən bıçaq götürmək istəyir, həmin vaxt Şahid2 ona mane olmağa çalışır, lakin Sənana mane ola bilmir. Təqsirləndirilən şəxs əlində bıçaqla Məhəbbət Hüseynovun yanına gedir. Saat 17:40:58-də Məhəbbət Hüseynov əlində dabankeş ilə arxa tərəfində tutaraq gəlir, saat 17:41:03-da Təqsirləndirilən şəxs sağ əlində tutduğu bıçaqla Məhəbbət Hüseynovun üzərinə doğru gedərək 17:41.06-da Məhəbbət Hüseynovun döş qəfəsinə bir dəfə bıçaqla zərbə endirir və Məhəbbət Hüseynov yerə yıxılır. Şahid1 saat 17:41:12-də gəlir, Təqsirləndirilən şəxs oradan mağazanın girişinə doğru gedir, Saat 17:41.25-də telefon adapterini və gödəkçəsini götürür əlində olan bıçağı isə meyvə vitrininə ataraq mağazadan uzaqlaşır. Saat 17:41.36-da Məhəbbət Hüseynov əlini döş qəfəsinə tutaraq mağazadan çölə çıxır və diz nahiyələrini yerə qoyaraq yarımoturaq vəziyyətdə durur. Bundan başqa “D6_S**********1208_E**********1240” adlı fayl “Windows media player” proqramı vasitəsilə açılmış. Videogörüntü 0 dəqiqə 34 saniyə çəkir. Videogörüntü “Dilqəm marketin” içərisini əks etdirir. Video görüntüdə mağazanın içərisini olan rəflər və içərisində olan ərzaqlar vardır. xx.xx.2024-cü il tarixdə saat 18:12:10-də mağazanın giriş hissəsindən Şahid2 və Şahid3 içəriyə doğru gəlir. Şahid2 əli ilə meyvə vitrində olan bıçağı Şahid3 göstərir. Şahid3 meyvə vitrinində olan bıçağı götürür. Şahid2 çölə çıxır, Ayxan isə mağazanın deposuna doğru irəliləyir. Həmin vaxt mağazanın içərisində müştərilər vardır. Saat 18:12:38-də Şahid3 mağazanın içərisində olan depodan içəri daxil olaraq bıçağı içəri atır. Daha sonra mağazadan çölə çıxır. Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 1400 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 1502 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal Kommunal Müəssisələri Kombinatının xx.xx.2025-ci il tarixli, 5-42-20/2-235/25 saylı arayışından görünür ki, Şəfiyev X8 şəhəri, Altunitdağ qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 3 ünvanda yaşamışdır. Ailə tərkibi atası- X10, anası Şəfiyeva Hicran Fazil qızı, qardaşları-X11 və X5 ibarətdir. Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal Kommunal Müəssisələri Kombinatının xx.xx.2025-ci il tarixli, 5-42-20/2-37/25 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətləri protokolları, o cümlədən hadisə yerinə və meyitə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolları, cinayət işinə əlavə olunmuş videogörüntülər və digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenimunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndinin izahını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 22 dekabr 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv edilməldir. X4 məxsus göy rəngli cins şalvar, ağ və qırmızı xətləri olan tünd boz rəngli kofta, ağ rəngli mayka, sarı və qara rəngləri olan pijama şalvar zərərçəkmiş şxsin hüquqi varsinə qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus qara rəngli kofta, qara rəngli gödəkçə və göy rəngli cins şalvar təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüləri olan 01 ədəd CD disk və hadisənin görüntülərini əks etdirən elektron daşıyıcı cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri məhkəmə xərci materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 60,80 (altmış manat səksən qəpik) manat və məhkəmə ballistik və trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 63 (altmış üç manat ) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 384 -387-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv edilsin. X4 məxsus göy rəngli cins şalvar, ağ və qırmızı xətləri olan tünd boz rəngli kofta, ağ rəngli mayka, sarı və qara rəngləri olan pijama şalvar zərərçəkmiş şəxsin hüquqi varsinə qaytarılsın, imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus qara rəngli kofta, qara rəngli gödəkçə və göy rəngli cins şalvar təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin video görüntüləri olan 01 ədəd CD disk və hadisənin görüntülərini əks etdirən elektron daşıyıcı cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri məhkəmə xərci materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 60,80 (altmış manat səksən qəpik) manat və məhkəmə ballistik və trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar 63 (altmış üç manat) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.